Məhkəmə qərarları › İş №1(125)-68/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-68/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-68/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,321 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 mart 2023-cü il tarixdə, saat 16:10 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayonu Nəbiağalı qəsəbəsində saxlanılaraq Samux rayonu Şahid3 prospektində yerləşən PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 1,321 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, zavod üsulu ilə SSSR-də Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar təklüləli, odlu yivsiz silah, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hazırda öz təyinatını itirmiş ov tüfəngi kəsiyini, döyüş ov sürsatı hesab olunan döyüş üçün yararlı 16 kalibrli ov patronları əldə edib daşıyaraq, üzərində gəzdirmiş bu barədə daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə saat 18:50 radələrində Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən 37 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman sağ bel nahiyyəsindən həmin 1 ədəd ov tüfəngi kəsiyi, 3 ədəd 16 kalibr ov patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə deyil, yalnız 234.1-ci maddəsinə əsasən qismən təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Daha sonra 23 mart 2023-cü il tarixdə onun istifadəsində olan mobil nömrəsinə Samux rayon Polis şöbəsinin CAİ-nin rəisi Turan ona zəng edərək Samux rayon Polis şöbəsinə dəvət etmiş, ona şöbədə psixi və fiziki təsir göstərsələr də xəsarət almadığını və qorxduğu üçün polis şöbəsində video görüntü çəkilən zaman həmin psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Lakin o, narkotik maddə istifadəçisi olsa da, tutulan zaman üzərində hər hansı narkotik maddə olmadığını bildirmişdir. Bundan başqa 12 may 2023-cü il tarixdə polis əməkdaşları onu Gəncə şəhəri ərazisində saxlayaraq 2-ci polis şöbəsinə aparmış, ona fiziki və psixoloji təsir göstərmiş və bükülü vəziyyətdə olan silahın ona məxsus olmasını, silahı zibillikdən tapmasına dair izahat verməsinə məcbur etmişlər. O, da qorxduğu üçün video çəkiliş zamanı polis əməkdaşlarının dedikləri kimi həmin silahı saat 13-14 radələrində Gəncə şəhəri Aydınbəyov küçəsində olan zaman zibillikdən tapdığını bildirmişdir. İfadəsinin sonunda isə həmin odlu silahın ona məxsus olmadığını, narkotik vasitə istifadəçisi kimi ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 13-14 radələrində Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən katelninin yəni istixananın-qazanxananın yaxınlığında yerləşən zibilliyin yanında göy rəngli bükülü sellofan tapmış, həmin sellofan paketdə üzərində nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş 1 ədəd tək lülə ov silahı və 3 ədəd 16 kalibr patronları oradan götürüb, əynində olan göy rəngli cins şalvarının bel nahiyyəsində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində həmin 1 ədəd ov silahını və 3 ədəd 16 kalibr patronları başqa yerə aparıb gizlətmək fikri ilə Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən 37 nömrəli orta məktəbin yanı ilə piyada gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və şöbəyə dəvət etmişdirlər. O polis əməkdaşlarına etiraz etmədən şöbəyə getmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, o isə üzərindən sağ bel nahiyyəsindən 1 ədəd ov silahı, 3 ədəd 16 kalibr patronları təqdim etmişdir. Həmin 1 ədəd ov silahı və 3 ədəd 16 kalibr patronları Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən katelninin yəni istixananın-qazanxananın yaxınlığında yerləşən zibilliyin yanında tapdığını, ona məxsus olduğunu, lakin heç vaxt istifadə etmədiyini, atəş açmadığını, azyaşlı uşaqların əlinə keçməməsi üçün üzərində saxlayıb başqa yerdə gizlətmək istədiyini və heç vaxt silah satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı 25 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özü ara-bir narkotik istifadə edir. Onun istifadəsində ***-***-**- ** va ***-***-**-** saylı mobil nömrələr vardır. Təxminən mart ayının 19-da Gəncə şəhərində yerləşən Gömrük idarəsinin yaxınlığında olan zaman bir ədəd sellofan paket onun diqqətini çəkmişdir. O, həmin bükülünü götürən zaman içərisində əvvəllərdə istifadə etdiyi üçün psixotrop maddə olan adını patı kimi bildiyi metanfetamin olduğunu görmüşdür. O, həmin psixotrop maddəni tez cibinə qoymuş ki, gələcəkdə ondan istifadə etsin. O, həmin psixotrop maddəni cibində saxlayırmış ki, münasib bir vaxtda istifadə etsin. xx.xx.2023-cü il tarixde Samux rayonuna özünə iş axtarmağa gəlmişdir. Samux rayonuna gələn zaman tapmış olduğu psixotrop maddə metanfetamində onun üzərində olmuşdur. O, Samux rayonu Nəbiağalı qəsəbəsində olan zaman saat 16 radələrində mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra onun narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmişdir. İnzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan qara rəngli qış gödəkçəsinin cibində saxladığı şəffaf bükülüdə olan metanfetamini könüllü olaraq təqdim etmiş və həmin sellofanın içərisində metanfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddəni təxminən tutulmamışdan 4 gün bundan qabaq Gəncə şəhərindən tapmış və özü istifadə etdiyi üçün üzərində gəzdirirmişdir. Üzərində saxladığı psixotrop maddə çəkilən zaman 1.05 (bir tam onda beş) qram olmuşdur. O, əvvəllər heç kəsdən narkotik vasitə və psixotrop maddə almamış, heç kimə də narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməkdə şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən 37 nömrəli məktəbin yaxınlığında saxlanılaraq PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X7 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman bel nahiyyəsindən 1 ədəd göy rəngli sellofan torbanın içərisində 1 ədəd odlu silah və 3 ədəd patron aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin odlu silahı və patronu Gəncə şəhəri Aydınbəyov küçəsindən tapdığını bildirmişdir. Sonra həmin aşkar edilmiş odlu silah və patronlar müdafiəçisinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü 4 gün bundan əvvəl Gəncə şəhərində tapdığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmadığını və narkotik vasitələrin satışı lə məşğul olması barədə əməliyyat məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis-baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı əsasında 23 mart 2023-cü il tarixdə saat 16:10 radələrində əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsində saxlanılaraq Samux RPŞ-yə gətirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin cibindən bir ədəd şəffaf bükülünü təqdim etmişdir. Həmin sellofan paket elektron tərəzidə çəkilərək psixotrop maddəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 1.05 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfındən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü 4 gün bundan əvvəl Gəncə şəhərində tapdığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmadığını və narkotik vasitələrin satışı lə məşğul olması barədə əməliyyat məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Samux RPŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (l cild, i.v.1); - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmış və ibtidai istintaq aparılmışdır (l cild, i.v.88); - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması” protokolundan, görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur (l cild, i.v.20); - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması” protokolundan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” qərarından məlum olur ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.103, 159); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, 2-ci PŞ-nin TB-nin baş təhqiqtçısı, polis mayoru X1, həmin şöbənin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid3, 2-ci PŞ-nin Krminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti polis leytenantı X16 və müdafiəçi X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəli Təqsirləndirilən şəxs sağ bel nahiyəsindən 1 ədəd ov silahı, 3 ədəd 16 kalibr patronlar aşkar edilmişdir. Götürülmüş nömrəsi silinmiş 1 ədəd ov silahı, 3 ədəd 16 kalibr patronlar göy rəngli selofan paketə qablaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış nömrəsi silinmiş 1 ədəd ov silahı, 3 ədəd 16 kalibr patronlar atəşə yararlı olub olmamasının və patronların atəşə yararlı, döyüş sursatı olubolmamasının müəyyən edilməsi məqsədi ilə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir (l cild, i.v. 25); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, DİN-in Samux rayon PŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X8, həmin şöbənin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X13, əməliyyat müvəkkili polis kapitanı Şahid2 və müdafiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəli Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində olan şəffaf sellofana bükülü təqdim edərək metamfetamin olduğunu bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 1,05 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və ekspertizya göndərilmişdir (İ cild, i.v.113); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/367 nömrəli rəyində göstərilmişdir ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təhlükəli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, lakin komponentləri sonradan kustar üsulla doldurulmuş 16 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdır. (İ cild, i.v.39-42); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 24 mart 2023-cü il tarixli 16/341 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,321 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (İ cild, i.v.123-124) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 01 may 2023-cü il tarixli 776 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v.182) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Psixo-Nevroloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Kəpəz rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 2/09 saylı göndərişinə əsasən müayinədə olub ona “Nevrosteniya, vaxtaşırı müşahidə edilən nevotik reaksiyalarla” diaqnozu qoyulmuşdur (İİ cild, i.v.66); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (İİ cild, i.v.67); - Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 1198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol said və qarın nahiyyəsinin kəsilmiş yaraları-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 15-20 günə uyğun gəlir və ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (İİ cild, i.v.90-91); - Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 474 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hərhansı xroniki psixi xəstəlik, psixi fəaliyyət müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərərkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.93-95); - Sübutların qiymətləndirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ekspert rəyləri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolları, ifadənin yerində yoxlanması protokolu, maddi sübutlar və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (İİ cild, i.v.101-112);  Gəncə Şəhər Məhkəməsinin 4(125)-252/2023 nömrəli, 14 may 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.69-72);  Gəncə Şəhər Məhkəməsinin 4(125)-366/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə yəni, 12 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü ilə qədər uzadılmışdır (İİ cild, i.v.62-64);  Gəncə Şəhər Məhkəməsinin 4(125)-415/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 12 oktyabr 2023-cü il tarixə qədər uzadılmışdır (İİ cild, i.v.83-86);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Arxenqel Ş. Lamanosov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF CM-in 162-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 228.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (cild İ, i.v. 170-171); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və yabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstəməsi və hədələməsi nəticəsində silahın ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs silahın onun tərəfindən Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən katelninin yəni istixananınqazanxananın yaxınlığında yerləşən zibilliyin yanından tapıldığını bildirir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. X2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi X2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində 23 mart 2023-cü il tarixdə tutulmuş, barəsində 25 mart 2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, CM-in 228.1-ci maddəsi üzrə isə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 12 may 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş və 14 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 oğlunun tutulduğu (CM-nin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, X4 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, X4 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. X6 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 12 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 01 ədəd ov silahı, 2 ədəd 16 kalibr ov patronu müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli və təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,221 qram qalan psixotrop maddə olan metafetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 16 saat üçün nəzərdə tutulan 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd ov silahı, 2 ədəd 16 kalibr ov patronu müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,221 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 16 saat üçün 192 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar