Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-68/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanıdığı X6 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 özünün “SOCAR” şirkətində xüsusi bir vəzifədə işləyən tanışlarının olduğunu, sonuncunun X4nu “SOCAR” şirkətində mühasib vəzifəsində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 2600 manat məbləğındə, daha sonra vahid niyyətlə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin içərisində yerləşən 1 saylı notariat ofisində rəsmi borc müqaviləsi bağlayaraq 12500 manat məbləğində, ümumilikdə 15100 (on beş min yüz) manat məbləğində nağd pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Şahid1 Kəmaləddin qızı, Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 özünün Təhsil Nazirliyində xüsusi bir vəzifədə işləyən tanışlarının olduğunu, sonuncunun qohumu X2 Gəncə şəhəri 32 saylı tam orta məktəbdə müəllim vəzifəsində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 2023-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı xəstəxananın qarşısında 9000 (doqquz min) manat məbləğındə nağd pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, zərərçəkimş şəxslərdən Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır və onun Gəncə şəhərində yerləşən Dəmiryol xəstəxanasında həkim olduğunu bilir. 2023-cü ilin yay aylarında Rafət ona məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edərək oğlunu işə düzəltmək üçün onunla görüşmək istədiyini bildirmişdir. O da həmin günün səhəri Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhəri Dəmiryol vağzalı tərəfdə yerləşən çayçıların birində görüşmüşdür. Rafət orada ona oğlunun mühasiblik ixtisası üzrə ali təhsilinin olduğunu, lakin iş tapa bilmədiyini demiş və ondan oğluna iş tapıb, oğlunu işə düzəltməyini istəmişdir. O da neft şirkəti olan SOCAR-da tanışlarının olduğunu və onun oğlunu həmin şirkətdə işə düzəldə biləcəyini demişdir. Daha sonra o Rafətə bu məsələni tanışı ilə danışıb ona xəbər edəcəyini demişdir. Bundan sonra onlar ayrılmışlar. O, bundan sonra Bakıda yaşayan tanışı Faiq adlı şəxsə zəng etmişdir. O, Faiqə adam olduğunu və oğlunu SOCAR-da işə düzəltmək istədiyini bildirmişdir. Faiq də SOCAR-da işləyən tanışları ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Faiq ona zəng edib işi danışıb həll etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 işini düzəltmək üçün də halhazırda 10000 (on min) manat pul lazım olduğunu, daha sonra isə əlavə pul lazım olacağını qeyd etmiş və Faiq həmin puldan 500 manatını da zəhmət haqqı kimi ona verəcəyini bildirmişdir. O da Faiqin dediklərini Zərərçəkmiş şəxs1 çatdırmış və əlavə olaraq sonradan lazım olacağı üçün Rafətdən 5000 əlavə pul istəmişdir. Rafət də onun dedikləri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 həmin vaxtı əlində 2500 manat pulun olduğunu ona bildirmiş və bir neçə gün sonra, yəni 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gün həmin 2500 manat pulu Gəncə şəhəri “Asan Xidmət” mərkəzinin qarşısında ona vermişdir. Həmin vaxtı Rafətin yanında oğlu Səfər də olmuşdur. O, həmin pulu götürdükdən sonra pulu Gəncə şəhəri Dəmiryol Vağzalı yaxınlığında olan “Maksi Market” adlı mağazada yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə Faiq adlı tanışının hazırda nömrəsini xatırlamadığı “Tam Kart” plastik bank kartının hesabına göndərmişdir. Bundan bir neçə gün sonra isə Rafət yerdə qalan 12500 manat pulu hazırlamış və həmin pulu Gəncə şəhəri Asan Xidmət Mərkəzində yerləşən 1 saylı Notariusda rəsmi borc müqaviləsi şəklində ona vermişdir. O da həmin pulu Gəncə şəhəri Dəmiryol Vağzalı yaxınlığında olan “Maksi Market” adlı mağazada yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə Faiq adlı tanışının hazırda nömrəsini xatırlamadığı “Tam Kart” plastik bank kartına göndərmişdir. O, pulu göndərdikdən sonra Faiqin ***-***-**-** mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrəsi ilə zəng etmiş, Faiq də ona “narahat olma, hər şey düzələcək, işi həll edəcəm” demişdir. 2023-cü ilin noyabr ayına qədər gözlədikdən sonra noyabr ayında Rafətin oğlu Səfəri SOCAR şirkətinə imtahana çağırmışlar. Səfər imtahana gedibgəldikdən sonra o, Faiq adlı tanışına zəng etmiş, Faiq də ona Səfərin işini danışdığını və işin həll olunacağını qeyd etmişdir. Bundan sonra bir müddət keçdiyinə baxmayaraq Səfərin işi düzəlməmişdir. Rafət də ondan həmin işin düzəlməyini tələb etmişdir. O da Faiqə dəfələrlə zəng etmişdir. O da işin həll olacağını, səbrli olmağını demişdir. Artıq 2023cü ilin dekabr ayında o, Faiqdən pulu geri qaytarmasını tələb etmiş, bundan sonra Faiq zənglərinə cavab verməməyə başlamışdır. Həmin vaxtdan indiyə qədər də Faiqdən pulu ala bilməmişdir. Öz maddi imkanı da zəif olduğu üçün həmin puldan 1500 manatını Rafətə qaytardıqdan sonra yerdə qalanını ödəyə bilməmişdir. Həmin pulu ödəyəcəkdir. Bundan başqa qeyd etmək istəyir ki, digər Zərərçəkmiş şəxs2 Gəncə şəhərində ortaq dostları vasitəsilə tanımışdır. Onlar arabir Gəncə şəhərində oturub söhbət etmişlər. Belə söhbətlərin birində Yaşar ali təhsilli müəllim olan qohumunun iş tapa bilmədiyini ona bildirmişdir. O da Təhsil Nazirliyində tanışlarının olduğunu və həmin qohumunu işə düzəldə biləcəyini bildirmişdir. Yaşar da elə bir tanışı varsa, əlaqə qurmağını ondan xahiş etmişdir. O da həmin tanışları ilə əlaqə saxlayıb ona xəbər edəcəyini bildirmişdir. Həmin günün sabahısı o təhsil idarəsində iş düzəldən kimi tanıdığı Nuriyyə adlı qadınla əlaqə saxlamış və bu işi düzəltmək ilə bağlı Nuriyyə ilə ilk söhbətləri olmuşdur. O, Nuriyyəyə məsələni danışmışdır. Nuriyyə də həmin işi düzəldilməli olan şəxsin diplom və əmək kitabçasını ondan istəmiş və işin həll olunması üçün 8000 (səkkiz min) manat pulun lazım olduğunu ona bildirmişdir. O da Yaşara bu barədə dedikdən sonra Yaşarla razılaşmışlar ki, Yaşarın qohumundan 9000 manat alsınlar, 8000 (səkkiz min) manatını Nuriyyəyə göndərsin, yerdə qalan 1000 manatı isə aralarında iki yerə bölsünlər. Yaşar da onunla razılaşmışdır. Sonra o, 2023-cü ilin sentyabr ayında xatırlamadığı gündə Yaşardan Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında Günel adlı şəxsin diplomunu və əmək kitabçasını və 9000 manat pulu alıb elə həmin gün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Təzə Gəncə Bazarında həmin pulun 4000 manatını Nuriyyəyə vermişdir. Yerdə qalan pulu isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Nuriyyə sənədləri və pulu götürüb sənədləri yoxlatdıracağını bildirmişdir. O, yerdə qalan 5000 manat pulu özündə saxlamışdır. Sonradan isə qalan pulu öz şəxsi xərcləri üçün xərcləmişdir. Yaşara da onun payına çatacaq 500 manatını verməmişdir. Bir neçə gün sonra Nuriyyə ona zəng edib sənədlərin düzgün olduğunu işin həll olunacağını bildirmişdir. Bundan bir ay sonra Nuriyyə ona “əmr” göndərib Günelin əmrinin hazır olduğunu əmrdə tarix olmadığını və 2023-cü ilin dekabr ayına qədər Gəncə Təhsil İdarəsinə əmr gələcəyini və əmr gələndə əmrə tarix qoyulacağını bildirmişdir. 2023-cü ilin dekabr ayı olmuş lakin əmr gəlməmişdir. O da Nuriyyədən pulu tələb etmişdir. Nuriyyə də işin düzəlmədiyini və işi düzəldən adama verdiyi pulun geri qaytarmadığını bildirmiş və demişdir ki, pulu ala bilmir. Bir müddətdən sonra Nuriyyə ona iş düzəldən şəxsin Şəmkirdə müəllim işləyən Sahib adlı şəxs olduğunu və ona pul göndərəcəyini bildirmişdir. 2024-cü ilin əvvəllərində həmin Sahib adlı şəxs hissə-hissə olmaqla 1000 manat pulu Zərərçəkmiş şəxs2 göndərmişdir. Yerdə qalan 3000 manat pulu isə geri qaytarmamışdır. O da həmin vaxtlar Rafət həkimin işinə görə Faiqi axtarmağa Bakıya getdiyi üçün bu işlə məşğul ola bilməmişdir. Zərərçəkmiş şəxs1 əvvəlcə 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə 2500 manat pulu Gəncə şəhəri Asan Xidmət mərkəzinin qarşısında, daha sonra xx.xx.2023-cü il tarixdə isə 12500 manat pulu Gəncə şəhəri Asan Xidmət mərkəzində yerləşən 1 saylı Notariusda rəsmi borc müqaviləsi şəklində almışdır. O, həmin pulları Zərərçəkmiş şəxs1 oğlunu SOCAR şirkətində işə düzəltmək üçün almışdır. Həmin pulları aldıqdan sonra Bakı şəhərində yaşayan Faiq adlı şəxsə göndərmişdir. Faiq də həmin puldan 500 manatını ona zəhmət haqqı kimi vermişdir. Sonradan Faiq işi düzəltmədiyi və pulu geri qaytarmadığı üçün o öz cibindən 1500 manat pulu Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Yerdə qalan pulu isə ödəyəcəkdir. Yaşar ilə Gəncə şəhərində ortaq dostları vasitəsilə tanış olmuşdur. Yaşarın qohumu Günel xanımı tanışı Nuriyyə vasitəsilə Gəncə şəhərində yerləşən 32 saylı tam orta məktəbə müəllim kimi işə düzəldəcəkdi. Nuriyyə ilə ortaq tanışları vardır. Onunla bağlı heç bir məlumat yadında qalmayıb. O, ona Zərərçəkmiş şəxs2 qohumunu Gəncə şəhəri 32 saylı tam orta məktəbdə işə düzəltmək üçün 8000 manat məbləğində pula işə düzəldəcəkdir. O, həmin pulun 4000 manatını Nuriyyəyə vermiş, yerdə qalanını isə özündə saxlamışdır. Nuriyyə də həmin işi düzəldə bilməmişdir. Sonradan həmin pulun 1000 manatını Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. O, həmin vaxtı Zərərçəkmiş şəxs2 9000 manat pul götürmüş, onun 1000 manatını Yaşarla iki yerə bölməyi planlaşdırmışlar, lakin o, Yaşara pul verməmişdir. O, Zərərçəkmiş şəxs2 onun qohumuna məxsus 9000 manat pulu onun qohumu Günel xanımı Gəncə şəhəri 32 saylı tam orta məktəbdə işə düzəltmək üçün 2023-cü ilin sentyabr ayında Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında almış, həmin pulun 4000 manatını işi həll etməsi üçün Nuriyyə adlı xanıma vermiş, Nuriyyə də həmin 4000 manat puldan 200 manatını ona vermişdir. Yerdə qalan 5000 manat da onda qalmışdır. Həmin pulları işləri düzəltməsi üçün başqa şəxslərə verdiyinə görə özünü qismən təqsirli bilir. Hazırda maddi imkanı zəif oluduğu üçün dəymiş ziyanı ödəyə bilmir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu və ailə vəziyyətini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirdi ki, Gəncə şəhəri Dəmiryol xəstəxanasında reanimotoloq vəzifəsində işləyir. X4 2021-ci ildə Ukrayna dövlətinin Xarkov vilayətində yerləşən İqtisadiyyat Universitetini bitirmiş və ölkəyə qayıtmışdır. Daha sonra oğlu hərbi xidmətə getmiş və 2022-ci il tarixdə hərbi xidmətdən geri qayıtmışdır. Həmin vaxtdan heç bir iş tapa bilməmişdir. O da oğluna iş axtarmışdır. Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, şəhərli kimi tanıyır. Amma, çox da yaxın münasibətləri olmamışdır. Rastlaşdığı vaxtlar Teyyubla çayçıda oturub çay içmişlər. Belə görüşlərin birində söhbət əsnasında o Teyyuba demişdir ki, “oğlum işsizdir, iş tapa bilmirəm”. Teyyub da ona demişdir ki, “mənim “SOCAR”-da yaxın tanışlarım var, istəsən sənin oğlunu “SOCAR”-da öz ixtisası üzrə işə düzəldə bilərəm. Teyyubun bu təklifindən sonra onunla razılaşmışdır. Teyyub ona demişdir ki, “ilk öncə 2600 manat pul ver. Mən həmin tanışıma göndərim. Sonra isə qalanını nə desə göndərərik”. Bu danışıqdan 2 gün sonra 2023-cü ilin iyun ayının sonlarında onlar Teyyub ilə Gəncə şəhərində yerləşən “ASAN XİDMƏT”-in inzibati binasının qarşısında görüşmüşlər. Həmin vaxtı oğlu Səfər də yanında olmuşdur. O, 2600 manat pulu həmin yerdə, Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu sayıb cibinə qoymuş və demişdir ki, “Bu pulu göndərirəm, Bakıya, nə istəsə, o pulu da göndərərik”. 10 gündən sonra artıq 2023-cü ilin iyul ayında onlar Teyyub ilə Gəncə şəhərində Dəmir yolu vağzalında yerləşən çayçıda görüşmüşlər. Teyyub demişdir ki,” işi düzəldən adam 12500 manat pul istəyir”. O da sabahısı gün 12500 (on iki min beş yüz) manatı özünü müdafiə etmək üçün Gəncə şəhrində yerləşən 1 saylı Notariusda rəsmi borc müqaviləsi şəklində Təqsirləndirilən şəxs vermişdir. Teyyub pulu götürüb demişdir ki, “göndərirəm pulu Bakıya görək işi düzəldən şəxs bizə nə cavab verəcək?”. Təxminən iki ay sonra Teyyubla çayçıda oturub söhbət edərkən Teyyub ona demişdir ki, “sənin yanında işi düzəldən adama zəng edəcəm görək nə cavab verir”. Teyyub tanımadığı Faiq adlı şəxsə onun yanında zəng etmişdir. Teyyubun dediyinə görə Faiq əvvəllər prokurorluğun işçisi olub, təqaüdə çıxdıqdan sonra Bakı şəhərində yaşayır və işə adam düzəldir. Daha sonra Teyyub Faiqə zəng etmiş və Faiq adlı şəxsdən soruşmuşdur ki, “Doxturun işi nə yerdə qaldı?”. Faiq adlı şəxs də demişdir ki, “səbrli olun düzələcək”. Daha sonra Teyyub telefonu ona vermiş və demişdir ki, “Gör doxtur nə deyir?”. O, Faiq adlı şəxslə danışmış və Faiq ona demişdir ki, “arxayın ol, düzələcək, söz vermişəm düzəldəcəm”. Daha sonra o, Teyyubdan bir neçə dəfə də məlumat almaq istəmiş, amma Teyyub onu yola vermiş və demişdir ki, “arxayın ol düzələcək, narahat olma”. Daha sonra o, görmuşdür ki, iş düzəlmir, ona görə də, Teyyubdan tələb etmişdir ki, pulu qaytarsın. Teyyub da 1500 manat pulu geri qaytarmış və demişdir ki, “qalan pulu da Faiqdədir və ala bilmir”. Bundan sonra Teyyub yoxa çıxmış və telefonu bağlamışdır. Həmin vaxtdan sonra pullarını geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilməmişdir. Hazırda dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2023-cü ilin sentyabr ayında qohumu Elnur adlı şəxslə söbət zamanı Elnur ona demişdir ki, həyat yoldaşı Günel Azərbaycan Müəllimlər Universitetini bitirmiş, müəllim kimi işləmək üçün diplomu vardır, lakin, uzun müddətdir ona iş tapa bilmirlər. Elnur həmin vaxtı ondan xahiş etmişdir ki, əgər tanışı varsa ona kömək etsin, arvadı işlə təmin edilsin. O da ona “maraqlanım, əgər nəsə olsa sənə məlumat verərəm” demişdir. Bundan bir həftə sonra o, Gəncə şəhəri ərazisində kafedə oturub dostu Vüqar adlı şəxslə birlikdə çay içən zaman o, Vüqar ilə Elnurgilin məsələsi barəsində söhbət edən zaman bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmış, həmin şəxs Vüqarın tanışı olmuş, Vüqar orada ona həmin şəxsin dostu Teyyub olduğunu demişdir. O də Teyyub ilə tanış olmuş və onlar çay içə-içə söhbət etmişlər. Söhbət zamanı Teyyub ona demişdir ki, “niyə keyfin yoxdur?”. O da ona Elnurgilin iş məsələsini danışmışdır. Bu zaman Teyyub ona demişdir ki, “problem deyil, Təhsil Nazirliyində onun tanışları var. Diplom ilə əmək kitabçasını göndərsə, o sizə köməklik edəcək”. Həmin günü Teyyub ***-***-**-** mobil nömrəsini vermiş və demişdir ki, “mənlə əlaqə saxla”. Sabahı gün o Teyyubun qeyd etdiyi mobil nömrənin “Whatsapp” mobil tətbiqinə qohumu Günelin diplomunun və əmək kitabçasının fotoşəkillərini göndərmişdir. Teyyub da ona demişdir ki, “həmin şəkilləri Təhsil Nazirliyində işləyən qohumuna göndərəcək, sistemdə yoxlatdıracaq, sonra ona cavab verəcək”. İki gün sonra, yəni 2023cü ilin sentyabr ayının sonlarında Teyyub ona zəng edərək demişdir ki, “diplomu yoxlatdırdım, diplom təmizdir, Günel işlə təmin oluna bilər və iki gün sonra ona dəqiq cavab veriləcək”. İki gün sonra Teyyub onun ***-***-**-** mobil nömrəsinə zəng vurub demişdir ki, “sənlə danışmaq istəyirəm, telefon söhbəti deyil, səhəri gün tezdən Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında görüşək, söhbət edək”. Səhəri gün saat 10:30-da o, Teyyubla Gəncə şəhəri A.Səhhət adına xəstəxananın yanında görüşmüşdür. Teyyub ona demişdir ki, “işini danışmışam, ən uzağı ay yarıma işiniz həll olunacaq və qohumun Gəncə şəhəri 32 saylı tam orta məktəbdə müəllim vəzifəsinə işə düzələcək, lakin 9000 min manat pul vermək lazımdır, həmin pul Təhsil Nazirliyindəki adama çatacaq və həmin pul sayəsində Günel bütün imtahanlardan keçəcək və işlə təmin olunacaq”. O da ona demişdir ki, “gedim qohumumla məsləhətləşim, əgər razı olsa, görüşərik, pulu sənə verərəm”. Həmçinin, o, Teyyubdan soruşmuşdur ki, “iş düzəlsə qohumum nə qədər maaş alacaq”. O da ona demişdir ki, “iş düzəlsə, qohumunun hansı miqdarda maaş alacağını dəqiq bilmirəm, amma düzələcəyi yerin maaşı yüksəkdir”. O da həmin günü Elnurla məsləhətləşmiş və ona izah etmişdir ki, tanışı işi həll edəcək və arvadını Gəncə şəhəri 32 saylı tam orta məktəbdə müəllim vəzifəsinə işə düzəldəcəkdir, maaş da yüksək olacaq və işin həll olması üçün 9000 manat lazımdır. Elnur da ona demişdir ki, ”maaş əgər həqiqətən yüksəkdirsə, mən razıyam və məni qane edir”. Sabahı gün Elnur ona zəng edib onu evlərinə çağırmışdır. O da Elnurgilin evlərinə getmişdir. Elnur orada ona 9000 manat pul vermişdir. O da həmin pulu götürüb, Teyyubla əlaqə saxlamışdır. Sabahı günü, yəni 2023-cü ilin axırlarında Teyyubla Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında görüş təyin etmişdir. Sabahı gün o, X14 adına xəstəxananın qarşısında görüşmüşdür. Orada Teyyub və o, tək olmuşdur. Yanlarında heç kim olmamışdır. O, həmin vaxtı bir ədəd zərfin arasında qohumu Günelin diplomunun, əmək kitabçasının əslini və 9000 manat pulu Teyyuba vermişdir. Teyyub da demişdir ki, “sənədləri və pulu gecə taksi ilə Bakıya Təhsil Nazirliyində işləyən adamına göndərəcəm”. Sabahı gün də Teyyub zəng edib demişdir ki, “pul və sənədlər çatıb, yaxın müddətdə sizinlə əlaqə saxlanılacaq”. 09 oktyabr 2023-cü il tarixdə Teyyub onun mobil nömrəsinə iki ədəd səs göndərib demişdir ki, “işi düzəldən şəxslər bunlardı. Bu səsləri onlar atıb və işinizi düzəldirlər”. O, həmin səsə qulaq asmış və bu ona inandırıcı gəlmişdir. 22 oktyabr 2023-cü il tarixdə isə Teyyub yenidən ona Təhsil Naziri Emin Əmrullayevin imzası ilə olan əmr göndərmiş və demişdir ki, “Günelin artıq əmri imzalanıb, yaxında onlara məlumat veriləcəkdir”. O, həmin sənədə baxdıqda sənəddə ayın tarixinin qeyd olunmadığını görmüşdür. Bu da onda şübhə yaratmışdır.Teyyubdan bunu soruşanda ona demişdir ki, “tarixi Günel işə götürəndə qoyulacaq, bu həmin sənədin nüsxəsidir, əsli hazır olanda tarix qoyulacaq”. O da ona demişdir ki, “məni aldatma, belə əmr olmur, bu saxta sənəddir”. Teyyub da ona demişdir ki, “mənə Nazirlikdə iş görən adamlarım bunu göndəriblər, mənim anlayışım yoxdur”. O, Teyyuba demişdir ki, “mən artıq sizə inanmıram, bu saxta sənəddir, mənim pulumu geri qaytarın və pulu verdiyin adamları mənimlə üzləşdir”. Teyyub da ona demişdir ki, “sabah gəl birlikdə zəng edib araşdıraq”. Sabahı gün onlar Gəncə şəhəri Abbas Səhhət küçəsində görüşmüş, Teyyub bir nəfər Nuriyyə adlı xanıma zəng etmiş və demişdir ki, “Yaşar işin düzəlməyini tələb edir, ya işi düzəldin, ya da pulu geri qaytarın”. Həmin Nuriyyə adlı xanım da telefonda demişdir ki, “səbrli olun iş düzələcək”. O da demişdir ki, “mənə iş lazım deyil, pulumu geri qaytarın”. Bundan sonra o, Teyyubla dəfələrlə əlaqə saxlamış, Teyyub ona hər dəfə vəd vermiş və demişdir ki, “pulunu gedib həmin şəxsdən alıb geri qaytaracam”. 2023-cü ilin dekabr ayının ortalarında Teyyub ona demişdir ki, gedirəm Bakıya, pulunu götürüb geri qayıdacam”. Ondan sonra Teyyub ilə əlaqə saxlaya bilməmiş, onda olan ***-***-**-** mobil nömrəsinə zəng çatmamışdır. Sonda görmüşdür ki, Teyyub ona qarşı dələduzluq edib gizlənmişdir. Ona görə də o, Elnurgildən götürdüyü 9000 manat pulu kredit götürərək geri qaytarmışdır. Daha sonra isə polis orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Hazırda dəymiş ziyanın ödənilməsini, əks halda onun ciddi cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, atasının Bakı şəhərində Faiq adlı tanışının olduğunu bilmiş və onun atasının həmin Faiq adlı şəxsin vasitəsilə iş düzəltdiyi barəsində məlumatı olmuşdur. Lakin onun onların kimləri və hansı yollarla işə düzəltməsi barədə məlumatı olmamışdır. 2024-cü ilin əvvəllərində atası Bakı şəhərində olmuşdur. O, 10-15 gündən bir ona zəng edib hal-əlval tutmuşdur. Təxminən 2024-cü ilin yanvar ayında Yaşar adlı şəxs onun mobil nömrəsinə zəng edərək iş düzəltmək üçün atasına 9000 manat pul verdiyini, lakin atasının nə işi düzəltdiyini, nə də həmin pulu geri qaytardığını bildirmişdir. Həmin vaxtı Yaşar adlı şəxs pulunu geri istəmişdir. O da bildirmişdir ki, “məndən pul almayıbsan, ona görə də, mən sənə heç bir pul verə bilmərəm”. Bundan sonra həmin Yaşar adlı şəxs atasının yerini ondan soruşmuşdur. O da ona Bakı şəhərində olduğunu bildirmişdir. O da bundan sonra atasına zəng edib məsələni soruşmuş, atası isə ona heç nə deməmişdir. Bundan bir neçə gün sonra isə Səfər adlı şəxs ona zəng edib yenə atasının onlardan da pul aldığını və pulu geri verməyini tələb etmişdir. O da Yaşara verdiyi cavabları ona da bildirmişdir. O, yenə bu məsələni atasından sonruşduqda isə o ona Rafət həkim adlı şəxsdən pul aldığını və həmin pulu iş düzəltməsi üçün Faiq Çələbizadə adlı tanışına verdiyini bildirmişdir. Atası həmçinin, qeyd etmişdir ki, pulu Faiqdən qaytarıb alacaq və Rafət həkimin pulunu geri qaytaracaqdır. Bundan sonra atası ilə əlaqəsi demək olar ki, kəsilmiş və 2024-cü ilin may ayında atası polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında “Whatsapp” proqramı vasitəsi ilə ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Göygöl şərab 2 MMC-də mühafizəçi vəzifəsində işləyir. X15 Nazirliyində işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanımış və onun iş yoldaşı olmuşdur. Onunla münasibəti yaxın olmuşdur. X17 Nazirliyində vəzifədən azad olunduqdan sonra da onların münasibəti davam etmişdir. Zərərçəkmiş şəxs2 şəhər sakini kimi tanıyır. Onunla münasibəti vardır. Onlar arabir Yaşarla şəhərdə görüşüb çay içirlər. 2023-cü ilin sentyabr ayında, onlar Gəncə şəhərində yerləşən çayçıların birində oturub Yaşarla çay içmişdir. Həmin vaxtı Teyyub onun mobil nömrəsinə zəng edib onun harada olduğunu soruşdu. O da olduğu yeri demişdir. Bir qədər sonra Teyyub Yaşarla onun oturduğu çayçıya gəlmişdir. Orada o, Yaşarla Teyyubu tanış etmişdir. Onlar orada çay içib söhbət etməyə başlamışlar. Söhbətin gedişində Yaşar qohumunun olduğunu və həmin qohumuna təhsildə iş tapa bilmədiklərini dilə gətirmişdir. Teyyub da bu sözdən sonra Yaşara bildirmişdir ki, onun təhsil sahəsində yüksək vəzifədə işləyən tanışları var və qohumunun işini həll edə biləcəyini demişdir. Həmin vaxtı Yaşarla Teyyub bir-birinin nömrələrini götürmüşlər. Onlar bir qədər də söhbət etdikdən sonra sağollaşıb və o, öz evinə qayıtmışdır. Bundan sonra onların nə danışdığından xəbəri olmamış, təxminən 2-3 ay sonra Yaşarla söhbət edən zaman Yaşar ona Teyyubun onun qohumundan aldığı 9000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu Cahangir Rüstəmov adına tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. Bildirmək istəyir ki, 2023-cü ilin iyun-iyul aylarında ona tanımadığı mobil nömrədən zəng gəlmişdir. O, zəngi götürdükdən sonra telefonda danışan qadın özünü ona Nuriyyə kimi təqdim etmiş və demişdir ki, nömrəni Mikayıl müəllimdən alıb, bir adamı var, onu işə düzəltmək istəyir. O da ona deyib ki, “maraqlanıb öyrənib deyərəm”. Daha sonra o, həmin vaxtı təqaüddə olan əmisi Yolçu İsgəndərova zəng etmiş, ona bildirmişdir ki, belə bir adam var, işə düzəltməyə, əmisi də demiş ki, “maraqlanıb deyərəm”. Bundan bir həftə-on gün sonra əmisi ona zəng etmiş və demişdir ki, Gəncə şəhərində yerləşən məktəblərin birində laborant vəzifəsi vardır, Nuriyyənin qohumunu orada işə düzəldə bilərlər, lakin 5000 manat pul lazımdır. Əvvəlcə 2500 manat versin, daha sonra yerdə qalan 2500 manat pul verməlidir. O da Nuriyyə adlı xanıma zəng etmiş və məsələni ona danışmışdır. Nuriyyə də onunla razılaşmışdır. Daha sonra ilk öncə ondan 2500 manat pul vəsaiti istəmişdir. Nuriyyə də onunla razılaşmışdır. 2023-cü ilin iyul ayında Nuriyyə 2500 manat pulu Gəncə şəhərində “Moskva marketin” yanında ona vermiş, o da həmin pulu götürmüş və aparıb əmisi Yolçuya vermişdir. Əmisi də həmin pulu götürmüş və işin düzələcəyini ona bildirmişdir. Bundan 15-20 gün sonra Nuriyyə yenidən onunla əlaqə saxlamış, ona demiş ki, bir nəfər də var, onun işini düzəldə bilərsənmi? O da ona demiş ki, “maraqlanım alınsa, xəbər edəcəm”. O, bundan sonra yenidən əmisi ilə maraqlanmış, Nuriyyənin yenidən iş axtardığını ona bildirmişdir. Əmisi də yenidən maraqlanmış və ona demiş ki, “narahat olma məktəblərin birində iş yeri var, işin düzəlməsi üçün 5000 (beş min) manat pul lazımdır. O da bu barədə Nuriyyəyə demişdir. Nuriyyə də ona demiş ki, “hazırda 3750 (üç min yeddi yüz əlli) manat pulum var, onu verim, yerdə qalanını isə iş düzələndə verəcəyəm”. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı gündə Nuriyyə 3750 manat pulu Gəncə şəhərində dəqiq xatırlamadığı yerdə əlbəəl şəkildə ona vermiş, o da həmin pulu əmisi Yolçuya aparıb vermişdir. Bundan 3 ay sonra Nuriyyə tez-tez ona zəng edib işin düzəlməməyinə narazılıq etmişdir. O da hər dəfə ona öyrənib deyəcəyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında isə Nuriyyə və yanında bir nəfər taksi sürücüsü Şəmkir şəhərinə gəlmişdir. Ona vermiş olduğu pulları ondan istəmişdir. O da həmin pulları 3-4 günə verəcəyini Nuriyyəyə demişdir. Lakin Nuriyyə razı olmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində Nuriyyə xanım ərizə vermiş, onun da izahatı alınmışdır. O da orada ərizə ilə müraciət etmişdir və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan bir qədər sonra Nuriyyədən aldığı 2500 (iki min beş yüz) manat pulu Şəmkir rayonunda vermişdir. Daha sonra aldığı 3750 manat pulu isə hissə-hissə Nuriyyənin ona dediyi plastik kart hesablarına göndərmişdir. O, pulları göndərərkən görmüşdür ki, kart hesabları Teyyub və Yaşar adlı şəxslərə məxsusdur. Nuriyyəyə zəng etmiş və Nuriyyə də təsdiq etmişdir ki, “pul həmin kartlara göndərilməlidir”. Bundan sonra o Nuriyyəni görməmişdir. Onun bu işdə heç bir marağı olmamışdır. O, Təqsirləndirilən şəxs tanımır. Sadəcə olaraq Nuriyyəyə pul ödənişi edəndə bu şəxsin ad və soyadını kartda görmüşdür. Başqa bir əlaqəsı olmamışdır. Məhkəmə istintaqında elan edilmiş Şahid1 Kəmaləddin qızının ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, təxminən bir-iki il əvvəl o, gəlinini işə düzəltdirmək istəmişdir. Bunun üçün də adam axtarmışdır. Həmin vaxtı o, ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. Onun iş düzəldə bildiyi barəsində eşitmişdir. Elə də güclü münasibətləri olmamışdır. Teyyubla hər hansı bir iş görməmişdir. 2023-cü ilin iyun-iyul aylarında eşitmişdir ki, X7 laborant yeri vardır. O, həmin vaxtı gəlinini ora işə düzəltmək üçün Kollecə getmişdir. O, Kollecə daxil olub orada işçilərə demişdir ki, gəlinini işə düzəltmək istəyir və kimə müraciət edə bilər?”. Oradakı işçilərdən biri də ona demişdir ki, kollecin direktor muavini Mikayıl Niftəliyevə yaxınlaşsın. O da Kollecin birinci mərtəbəsində Mikayıl Niftəlyevin xidməti otagına daxil olmuşdur. O, otaqda Mikayıl müəllimə demişdir ki, “gəlinimi bura lobarant kimi işə duzəltdirmək istəyirəm”. Mikayil muəllim də ona bildirmişdir ki, “yerlər tutulub, boş yer yoxdur”. Daha sonra Mikayıl müəllim ona demişdir ki, bir nəfər şəxs var, iş düzəltməklə məşğuldur, deyər əlaqə saxlayar". O da ***-***-**-** saylı mobil nömrəsini Mikayıl müəllimə vermişdir və geri qayıtmışdır. Təxminən bir həftə sonra ***-***-**-** mobil nömrəsindən ona zəng olunmuşdur. Zəng edən şəxs özünü ona Sahib kimi təqdim etmişdir. Həmin şəxs ona demiş ki, “nömrənizi Mikayil müəllim verib, uşaqlarınıza iş axtarırsınız, nə iş istəyirsiniz?”. O da ona demiş ki, “nə iş olsa olar əsas odu iş olsun". Sahib də ona demiş ki, “yaxşı sizə xəbər edəcəm”. Təxminən 5 gün sonra Sahib ona zəng edib demiş ki, iş yerləri var”. Həmin vaxtı Sahib bir neçə iş yerinin adını çəkmiş və demiş ki, sənin gəlinini bu yerlərdə işə düzəldə bilərəm”. O da məsələni ailə üzvlərilə müzakirə etmiş və qərara gəlmişdir ki, gəlinini Gəncə şəhərində yerləşən orta məktəblərin birində laborant kimi işə düzəltsin. Səhəri gün o, Sahibə zəng edib demiş ki, “razıyam, gəlinimin laborant kimi işə düzəlməyini istəyirəm, bunun qarşılığında nə qədər pul verməliyəm?”. Sahib də ona cavabında bildirmişdir ki, "5000 manat versəz, bu işi həll edərəm”. O da Sahibə demiş ki, “mənim 2500 manat pulum var, sən işi həll et, yerdə qalanını da kredit göturub verəcəm”. Təxminən 2-3 gün sonra o, 2500 manatı almış və həmin pulu Sahibin ona göndərdiyi kart hesabına Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Bazarstore” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 2500 manat pul gondərmişdir. O, pulu göndərdikdən sonra Sahiblə əlaqə saxlamış, Sahib ona demişdir ki, “gözlə işi həll edim, əmr veriləcək". Bundan 15-20 gun sonra onlar hələ də əmri gözləmişlər. Bu zaman Teyyub adlı şəxs onunla əlaqə saxlayıb və qohumunun olduğunu, onu təhsildə işə duzəldə biləcəyini ondan soruşmuşdur. O da demiş ki, Sahiblə danışım görüm alınır?”. Daha sonra o da Sahibə zəng vurmuş və məsələni ona izah etmişdir. Sahib də ona demiş ki, “problem deyil, düzəldərik". Daha sonra Sahib ona zəng edərək Gəncə şəhəri 32 saylı tam orta məktəbdə müəllim vəzifəsi üzrə boş yerin olduğunu bildirmişdir. O da bunu Teyyuba demişdir. Teyyubda onunla razılaşmışdır. O da Sahiblə danışmışdır. Sahib ilk öncə işə düzələn şəxsin sənədlərini istəmişdir. Teyyub işə düzələn şəxsin sənədini ona həm telefon vasitəsilə göndərmiş, həm də Gəncə şəhərində əlbəəl vermişdir. Həmin sənədlər Günel adlı xanıma məxsus şəxsiyyət vəsiqəsi və diplom olmuşdur. O, həmin sənədləri Teyyubdan göturub Gəncə şəhərində Sahibə vermişdir. Sahib sənədləri götürüb Günel xanımı işə düzəltmək üçün 5000 pul istəmişdir. O da bunu Teyyuba demişdir. Teyyub sabahı gün yəni 2023-cü ilin iyun-iyul aylarında xatırlamadığı gündə ona 3750 manat pul vermiş və demiş ki,” pulun yerdə qalanını da iş düzələndən sonra verəcək”. O, həmin 3750 manat pulu götürüb Gəncə şəhərində mağazaların birində olan “Milliön” ödəmə termianlı vasiləsilə Sahibin verdiyi kart hesabına göndərmişdir. Sahib də pulu götürüb demiş ki “gözləyin mən sizə xəbər edəcəm”. Daha sonra 1-2 iki ay Sahibi gözləmişlər. Lakin əmr verilməmişdir. Həmin vaxtı Teyyub da onunla əlaqə saxlamış, ona demiş ki, “gözləyin hər şey həllini tapacaq”. Bir müddət sonra artıq narazılıqlar yaranmağa başlamış, Sahib işi ləngitmişdir. O da Sahibə demiş ki, “pulu geri qaytar”. O da ona demiş ki, “narahat olma düzüb qoşub pulu geri qaytaracam”. Bir müddət sonra Sahib pulu geri qaytarmadığı üçün Şəmkir rayonunda polisə şikayət etmişdir və Sahib onun pulunu özunə, Teyyubdan alınan pulu isə Teyyubun kart hesabına göndərmişdir. Bundan sonra nə Teyyubu, nə də Sahibi görməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: İbtidai istintaq materiallarında olan “üzləşdirmə haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha öz ifadəsində göstərdiklərini demişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 12 iyun 2024-cü il tarixli məktuba cavab olaraq vermiş olduğu xx.xx.2024cü il tarixli 3-21-3-33/2-4130/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Əmlak Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi BDYPİ-nin Gəncə RQİTBŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-9821/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1 maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1,44.2.1-ci maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2ci maddəsindən 178.2.2 və 178.2.4-cü maddəsinə tövsüf olunaraq ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 6 ay 1 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4533 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 3453 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. 15 avqust 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X3 və Şahid1 Kəmaləddin qızının, həmçinin digər şəxs və ya şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin və qeyd olunan cinayətin iştirakçısı olmuş digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaqının davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X5 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,əvvəllərdə eyni xarekterli cinayət əməlləri törətməklə islah yolunda olmadığını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normalarının məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə “mülkiyyət əleyhinə olan” qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs səmimi peşmanlıq hissi keçirməsini və dəymiş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onların cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş zərərin tam ödənilməməsini, buna görə də zərərçəkmiş şəxslərin şikayətçi olmasını və dəymiş zərərin tam ödənilməsini tələb etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin az ciddi cəza növünün cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 11 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Lakin məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərə cinayət mühakimə icraatı zamanı onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki məhkəmə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 (otuz beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 210 (iki yüz on) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-68/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-68/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver