Məhkəmə qərarları › İş №1(125)-69/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-69/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-69/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəfqızının sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz,subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 47 ünvanındaqeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,212 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış,04avqust 2023-cü il tarixdə, saat 18:45-də Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri M.P.Vaqif küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və şəxsi axtarış zamanı əyinində olan qara rəngli parça cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş 1,212 qram çəkidə kustar üsulla hazırlanmış olan psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü qismən təqsili bilərək ifadəsində göstərmişdir ki, ara bir psixotrop maddə olan metamfetamindən istifadə edir. O, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Vaqif küçəsində dostunun evində olan zaman oraya polis əməkdaşlarının gəldiyini, onu şübhəli şəxs qismində şöbəyə apardıqlarını, şöbədə ona qarşı fiziki və psixoloji təzyiq olunduğunu və narkotik vasitənin üzərinə qoyulmasını bildirmişdir. O, üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını qeyd etmişdir. Bundan başqa evdə dostu Şahid3 Tanrıverdi oğlunun da onunla birlikdə olmasını və hər ikisinin şöbəyə aparılmasını qeyd edərək, onu şöbədə saxladıqlarını, Abbası isə saat sərbəst buraxdıqlarını bildirmişdir. Son sözündə isə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəndə çəkmək istədiyini bildirərək, cəzaçəkmə müəssisənin növünü xüsusi rejim təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Vaqif küçəsində olan zamanı yerdən bir ədəd ağ rəngli büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün götürmüş və siqaret folqasına bükülmüş bükülünü açıb içərisinə baxanda orada kütlə olduğunu görmüşdür. Həmin kütlə iyindən onun qəbul etdiyi metamfetaminə bənzədiyi üçün dili ilə dadına baxanda metamfetamin olduğuna əmin olmuşdur. O, istifadəçisi olduğu üçün həmin metamfetamin olan kütləni götürüb əynindəki qara rəngli, daha dəqiq desək tünd boz rəngə bənzər şalvarının çöl sağ cibinə qoysa da həmin metamfetamindən istifadə edə bilməmişdir. Bundan sonra 04 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Vaqif küçəsində olan vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Gəncə şəhər 1-ci Polis Çöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 1-ci Polis Şöbəsinin inzibati binasında getmiş, orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş psixotrop maddə varsa çıxardıb təqdim etməsi təklif olunmuş, o, da üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin kütlə açılaraq içərisinə baxış keçirilən zamanı orada kristal formalı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı o, həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, yerdən tapdığını, həmin psixotrop maddədən heç kimə satmadığını, pay vermədiyini, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Həmin bükülü iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş və ümumi çəkisi 1.59 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, 110 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Onun psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı psixotrop maddə olan metamfetamin barədə məlumatı olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. Polis əməkdaşları onu saxlayıb Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparan zamanı ona qarşı hər hansı bir zor və ya təzyiq göstərməmişlər. Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən DİO-da, 2022-ci ildən isə Gəncə şəhər BPİ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 avqust 2023-cü il tarixdə Gəncə şəhəri, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən daxil olmuş məlumat idarə rəhbərliyinə raportla məruzə edilmiş, yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirtməyə başlamışlar. Həmin gün saat 18:45-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, Vaqif küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə dəvət edilmiş və sonuncu onlarla razılaşaraq idarəyə getmişdir. Gəncə şəhər BPİ-nin 1-ci X13 Həsənovun şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş büküm aşkarlanmışdır. Həmin bükümün içərisinə baxış keçirilən zaman oradan psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, özünə məxsus olduğunu, Vaqif küçəsində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1.59 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan metamfetamin müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, o cümlədən hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da polisə qarşı hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Abbasov X6 Orxan Aydın oğlu ilə dost olduğunu, hadisə günü günorta saatlarında Orxanla birlikdə Vaqif küçəsində yerləşən dostlarının evində çay içməyə getdiklərini bildirmişdir. O, bir müddət sonra qapının döyülməsini, qapını döyən şəxslərin polis əməkdaşları olduqlarını bildirərək qapını açılmasını tələb etmişlər. Daha sonra qapını Orxan açmış bu zaman Gəncə Şəhər 1–ci Polis şöbəsinin əməkdaşları ilə qarşılaşmışlar. Polis əməkdaşları onlara narkotik maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirilərək, onları günorta vaxtı təxminən saat 16:00 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinə aparmışlar. Təxminən saat 19:00-də onu sərbəst buraxmış, Orxan isə orada qalmışdır. Sonradan Orxan barəsində cinayət işinin başladığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki,toplanmış HK-1/2121 material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” protokolundan, görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur (i.v.24); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki,DİN-in Gəncəşəhər 1-ci PŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis kapitanıŞahid1, həmin şöbənin CAB-nin əməliyyat müvəkkili polis baş serjantıŞahid2, TB-nin təhqiqatçısı, polis baş leytenantı X11 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəli Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ kağızda büküm aşkar edilmiş və həmin bükümün içərisində psixorop maddə metafetamin oduğunu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 1.59 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir (i.v.28); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 05avqust 2023-cü il tarixli 16/785nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metafetaminə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,212 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir(i.v.37-39) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v. 50-51); - 06 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi və onun MYS-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 74-75) - Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-191/2021 saylı, 19 noyabr 2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.( i.v.89-93); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif və eyni maddələri dəfələrlə məhkum olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır.( i.v. 79-81); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 5224 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya diaqnozu ilə dispanserdə qeydiyyatdadır (i.v.87); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 sentyabr 2023-cü il tarixli 1634 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etmişdir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsindənarkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur.( i.v.108) - Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 592saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyət müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 496 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığınçağında aparılan müayinə gedişində onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması xırda qıcığa affektiv tipli reaksiyalarla cavab verməsi, əvvəllər psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, yaddaş, təfəkkür, qavrama və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməsi və əməlindən peşman olduğunu söyləməsi, əsəbilik zamanı özünə xəsarətlər yetirməsi və s.) sübut edir. (i.v.104-106); - Sübutların qiymətləndirilməsi haqqında 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2023-cü il tarixli, 16/785 saylı, məhkəmə-narkoloji ekpertizasının 29 sentyabr 2023-cü il tarixli, 1634 saylı, ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 592 saylı rəyləri, xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2-18634/2023 saylı əməliyyat tapşırığına cavab məktubu, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, ifadənin yerində yoxlanması protokolu, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.110-118); - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində 04 avqust 2023cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. - 12.03.2024-cü il tarixində Gəncə Şəhər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmiş, o, xx.xx.2024-cü il tarixdə tutularaq Gəncə Şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - Bakcell MMC tərəfindən təqdim edilmiş BKC /LGL-15485/23 saylı xx.xx.2023-cü il tarixli, məktuba əlavə edilmiş zənglərin siyahısından görünür ki, şahid qismində dindirilmiş Şahid3 Tanrıverdi oğlunun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrənin anten məlumatları 04 avqust 2023-cü il tarixində saat 13:49 və 18:58 radələrində Gəncə şəhəri Vaqif küçəsinin yaxınlığını göstərir. - 01 dekabr 2023-cü il tarixli, 745-c-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən 01 dekabr 2023-cü il tarixli qərarla rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (13 dekabr 2023-cü il tarixli yeni redaksiya) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetamin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstəməsi və hədələməsi nəticəsində psixotrop maddə metafetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Gəncə şəhəri Vaqif küçəsində olan zamanı yerdən bir ədəd ağ rəngli büküm gördüyünü, həmin büküm diqqətini cəlb etdiyi üçün götürdüyünü və siqaret folqasına bükülmüş bükülünü açıb içərisinə baxanda orada kütlə gördüyünü bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid3 Tanrıverdi oğlu ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu da Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə aparmış, lakin saat 19:00 radələrində onu sərbəst buraxılmışdır. Lakin Bakcell MMC tərəfindən təqdim edilmiş BKC /LGL-15485/23 saylı xx.xx.2023-cü il tarixli, məktuba əlavə edilmiş zənglərin siyahısından görünür ki, şahid qismində dindirilmiş Şahid3 Tanrıverdi oğlunun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrənin anten məlumatları 04 avqust 2023-cü il tarixində saat 13:49 və 18:58 radələrində Gəncə şəhəri Vaqif küçəsinin yaxınlığını göstərir. Bu da şahidin və təqsirləndirilən şəxsin ifadələrinin yalan olmasını, yani Şahid3 19:00 radələrində polis şöbəsində deyil, Vaqif küçəsi 104-104a ünvanında olmasını təsdiq edir. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixi təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən 01 dekabr 2023-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş 01 il 09 ay müddətinə azadlıqdan məhrumetməcəzasını çəkib qurtardığı, yəni 30 yanvar 2023-cü il tarixdən 02 il keçmədən, məhkumluq müddəti ərzində yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu(CM-nin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 06 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,112 qram qalan psixotrop maddə olan metafetaminCinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 32 saat üçün nəzərdə tutulan 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,112 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 32 saat üçün 192 manat məbləğində pulGəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar