Məhkəmə qərarları › İş №1(125)-70/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-70/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-70/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0.996 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq psixotrop maddə əldə edib, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 12 fevral 2024-cü il tarixdə, saat 18:5O-də Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Tağıyev Mail” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsininin 1-ci Polis Şöbəsinə aparılmış, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın ön sağ hissəsində yerləşən cibində saxladığı 01 ədəd sellofan bükümə bükülmüş təmiz çəkisi 0,996 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən 18 radələrində əməliyyatçılar onu saxlayaraq xidməti avtomobilə mindirmiş, avtomobildə də üzərinə baxış keçirməmişlər. Daha sonra onu polis şöbəsinə aparmış, ona təzyiq göstərərək səs-küy salmışlar. Bu zaman o, özündən getmiş, özünə gələndə polislər ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, əks təqdirdə ona CM-in 234.4.3-cü maddəsi ilə ona ittiham elən ediləcəyi ilə bağlı hədə-qorxu gəlinmişdir.O, da məcbur qalıb psixotrop maddəni istifadə etməsini etiraf etmişdir. Daha sonra bildirmişdir ki, iİttihamdagöstərilənlərlə razılaşmır. Çünki ittihamda göstərilir ki, guya o, şəhərin mərkəzində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün saxlamışdır. Bu heç inandırıcı deyil. Sadəcə o, daha ağır ittihamdan qorxararaq istifadə etməsi ilə bağlı ona elan olunmuş ittihamı qəbul etmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir.Sonda məhkəmədən himayəsində 1 azyaşlı uşağının olmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər o bir neçə dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O əvvəllər bir neçə dəfə istifadə etdiyi psixotrop maddəni “şüşə” kimi tanıyır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Gəncə şəhəri, Əttarlar küçəsi, Gəncə çayının sahilində satıb pul qazanmaq məqsədi ilə dəmir parçalarını yerdən yığan zaman zibilliyin yanında yerdən sellofan büküm tapdığını, həmin sellofan bükümü götürüb açdığını, quruluşundan və görünüşündən bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu başa düşmüşdür. Daha sonra həmin bükümü əynində olan tünd boz rəngli şalvarın cibinə qoyaraq saxlamış və istifadə etmək üçün həmin içərisində metamfetamin olan sellofan bükümü öz üzərində gəzdirməyə başlamışdır. xx.xx.2024-cü il tarixində saat 18 radələrində o, Gəncə şəhəri, Nizami prospektində yerləşən “TagıyevMall” Ticarət Mərkəzinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, psixotrop maddə və narkotik vasitəni qanunsuz olaraq, üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada ona müdafiəçi tutmaq hüququ izah edilmişdir. Onun maddi vəziyyəti imkan vermədiyi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. O müdafiəçinin ilə konspirativ söhbət etməyi üçün şərait yaradılmışdır. Daha sonra ona vəkilinin iştirakı ilə hüquqları və vəzifələri ətraflı izah edilmiş, vəkilinin iştirakı və video görüntü ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı, predmet və ya əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan tünd boz rəngli şalvarının ön sağ hissəsində yerləşən cibindən saxladığı sellofan bükümü təqdim etmişdir. Daha sonra üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmişdir. Onun üzərindən aşkar edilmiş, həmin büküm götürülmüş və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin bükümlə birlikdə çəkisi 01 (bir) qram gəlmişdir. Həmin sellofan büküm xüsusi zərfin içərisinə qoyulmuş, həmin zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış keçirilərkən üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya predmet aşkar edilməmişdir. Şahid qismində dindirilmişGəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 12 fevral 2024-cü il tarixdə Gəncə şəhəri, Məhrəsə bağı, bina 9 mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2024-cü il tarixdə, saat 18:50 radələrində Təqsirləndirilən şəxs “Tağıyev Mall” Ticarət Mərkəzinin yaxınlığında narkotik vasitələrin, psixatrop maddələrin istifadəsində, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X6 dəvət edib Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan tünd boz rəngli şalvarın ön sağ cibindən 1 ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli kristal formalı ilk görüşündən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “patı” olmasını və həmin bükümü Gəncə şəhəri, Əttarlar küçəsindəGəncə çayının sahilində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və satmaq fikrinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-ninkiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Gəncə şəhəri, Məhrəsə bağı, bina 9 mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis serjantı Şahid1 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2024-cü il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı “TagıyevMall” Ticarət Mərkəzinin yaxınlığında narkotik vasitələrin, psixatrop maddələrin istifadəsində, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanılaraq Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl sonuncu müdafiəçi ilə təmin edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağa olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdə sonra Təqsirləndirilən şəxs əynindəki olan tünd boz rəngli şalvarın ön sağ cibindən ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli kristal formalı ilk görüşündə pisxotrop maddə olan metanfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin şüşə kimi tanıdığı metamfetami olmasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri, Əttarlar küçəsi,Gəncə çayının sahilində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağa edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli “cinayət işini başlama və icraata qəbul etmə haqqında” qərardan görünür ki,toplanmış HK-1/426saylımaterial əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasıvə icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə saat 18:50 dəqiqədə tutulmuşdur.(i.v.10); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki,Gəncə şəhər 1-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X8, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili HüseynovRaul Arzu oğlu, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, Gəncə şəhər 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxsTəqsirləndirilən şəxs əynindəki əynində olan tünd boz rəngli şalvarın ön sağ hissəsində yerləşən cibində saxladığı 01 ədəd sellofan bükümə bükülmüş təmiz çəkisi 0,996 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilərək 1 qram müəyyən edilmişdir. Həmin kütlə kağız zərfəqablaşdırılaraq, DİN-nin “Zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspertiziyagöndərilmişdir.(i.v.30-31); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin13fevral 2024-cü il tarixli 16/208nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 qram kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,996 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v.43-45); -xx.xx.2024-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. - 13fevral 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-ninİstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantıƏsgərov Amin İlqar oğlu ********* nömrəli cinayət işini icraatına qəbul etmişdir.(i.v.52); - 14fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.61); - 14 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir.(i.v.70-72); - 14 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi MYS-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v.83-84); - 01 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün 01 mart 2024-cü il tarixdə müstəntiq Amin Əsgərov tərəfindən barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.92-93); - 20 may 2024-cü il tarixli “icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işininin icraatı təzələnmişdir (i.v.97-98); - 27 may 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı VerdizadəRöyal Məsud oğlunun icraatına qəbul edilmişdir. (i.v.107); - 12 iyun 2024-cü il tarixliDİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur ( i.v. 123-124); - 08 iyun 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında maddi sübut DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər 1-ci PŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı X2 şəhər 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və müdafiəçi X4 iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın ön sağ cibindən 1 ədəd sellofan bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan ilk görüşündən psixatrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri, Əttərlar küçəsi Gəncə çayının sahilində zibilliyin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq fikri olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Sellofana bükülmüş olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi «çəkisinin 01 qram, olması müəyyən edildi. Həmin kağız bükümü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı (i.v.122); - 10 iyun 2024-cü il tarixli 1031 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən sui-istifadə edir. Psixotrop maddə olan metamfetamininsui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.125); - 07 iyun 2024-cü il tarixli 396 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir (130-132); - 01 iyun 2024-cü il tarixli 300 nömrəli Gəncə şəhriPsixo-Nevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs “ruhi xəstəliyi yoxdur, anamnezin də nevrotik reaksiyalar diaqnozu qoyulmuşdur”.(i.v.111); - 01 avqust 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir.(i.v.141-142); - 01 avqust 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da könüllü gəlib özünü Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında təqdim etmişdir (i.v.145); - 01 avqust 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.147-148); - Sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuşGəncə şəhər BPİ-nin 1-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, təqsirləndirilənşəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir( i.v.151-159); - 19 mart 2024-cü il “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində tolanmış 299-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması, psixotrop maddənin özünə aid olmasına dair etiraf ifadəsi verməyə məcbur edilməsi və fiziki təsirə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. - 13 noyabr 2024-cü il tarixli “axtarışda olan şəxin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00-da Gəncə şəhəri ərazisində saxlananılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - 14 noyabr 2024-cü il tarixli 6667/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı hədi 0,15 qram təşkil edir Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdəntəqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi izahatında da polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirmişdir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Gəncə şəhəri, Əttarlar küçəsi, Gəncə çayının yaxınlığıdan satmaq üçün dəmir parçaları toplayarkən zibilliyin yanından sellofan büküm tapmış və bükümün içərisinə baxanda bükümün içərisində olan maddənin patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin bükümün içərisində kütlə ağ rəngli kristal şəklində olmuşdur. Oda psixotrop maddələrdən istifadə etdiyi üçün tapdığı metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. - Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən –19 mart 2024-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilənşəxsin məhkəmə iclasında verdiyi izahatıözünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifedilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs Gəncə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməklə, törətdiyi cinayət əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan metamfetaminin xeyli miqdardan dəfələrlə çox olması təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması üçün inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsiniəsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik vasitənin miqdarından şəxsi istehlak miqdarından dəfələrlə çox olması və hazırda psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CM-nin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 13 noyabr 2024-cüil tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,946 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 144 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,946 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın Ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar