Məhkəmə qərarları › İş №1(125)-71/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-71/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-71/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində“həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1,561 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 16 may 2024-cü il tarixdə saat 20:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 may küçəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyinində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən 1 (bir) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 1,561 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildiyini qeyd etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, ibtidai istintaq zamanı ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddə aludəçisi olmuşdur. O, əvvəllər mütəmadi olaraq istifadə etdiyi psixotrop maddə olan metamfetamini tanıyır və "patı" kimi adlandırır. O, xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsində piyada gəzərkən yerdə olan kiçik sellefon büküm diqqətini çəkmiş və yerdən götürüb içərisində olan şəffav rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu gördükdə istifadə etmək üçün bükümü əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibinə qoyaraq üzərində gəzdirməyə başlamışdır. Həmin gün saat 20 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 may küçəsində piyada yol gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə, daşımaqda şübhəli olduğu üçün Gəncə şəhər 3-cü Polis Bölməsinə getməsini bildirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellefon bükülünün içərisində metamfetamin olan kütlə aşkar olunaraq götürülmüş və kütlə elektron tərəzidə çəkilərək 2.8 (iki tam onda səkkiz) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə zərfə qablaşdırılaraq üzəri DİN-nin "Zərflər üçün" 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.O, üzərindən aşkar edilmiş metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni yerdən tapdığını, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamadığını və polis idarəsində ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Sonda isə ll qrup əlil olmasını nəzərə çatdıraraq barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. . Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs hazırkı iş üzrə tanıdığını bildirərək 16 may 2024-cü il tarixdə onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməliyyat müvəkkili Şahid1ilə birlikdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 may küçəsində ona yaxınlaşıb üzərində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilindiyi üçün Gəncə şəhəri BPİnin 3-cü Polis Bölmsinə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş vəhəmin bükümü yaşadığı küçənin yaxınlığında yerdən tapdığını bildirmişdir. Kütlə elektron tərəzidə çəkilərək 2.8 (iki tam onda səkkiz) qram olması müəyyən edilmiş və zərfə qablaşdırılaraq üzəri DİN-nin "Zərflər üçün" 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17may 2024-cü il tarixli qərardan görünür ki, icraatda olan HK-1/451 saylı materialda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); -şübhəli şəxsin tutulması haqqında 16 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur(i.v. 11, 19); -“şəxsi axtarış və götürmə haqqında”16 may 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1, həmin bölmənin CA üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, təhqiqatçı polis mayoru X2, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxsna şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmiş, sonra həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı küçənin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddə “Digital Scale” markalı elektron tərəzidə çəkilərəktəmiz çəkisi 2,8 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, DİN-in “Zərflər üçün” 182 nömrəli möhürlə möhürlənir və imzalarla təsdiq edilir.(i.v. 28-29); -Məhkəmə Ekspertiza Mərkəzinin X8 17may 2024-cü il tarixli 16/571 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə“ yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 1,561 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-“metamfetamindir”(i.v. 37); -eksperiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30,40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir(i.v.36); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin qərarlaittiham elan edilmişdir (i.v. 52); -təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmişdir (i.v. 60-62); -təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir (i.v. 73); - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, Moskva şəhər Koptevski rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzanın sonu ilə zazad edilmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 206.2 və 234.1-ci maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Milli Məclisin Amnistiya qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir( i.v. 84); - Gəncə şəhəri X3 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 12iyun 2024-cü il tarixli 1053 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir.Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.ll qrup əlil olduğu üçün məcburi müalicə tətbiq oluna bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v.88 ); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4111 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.93); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 4667 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “psixotrop maddə olan metamfetamindən asılılıq” diaqnozu ilə dispanserdə qesydiyyatdadır(i.v. 94); - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ll qrup əlildir, infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, lll klinin mərhələ, ağız boşluğunun kandidozu, anqulyar xyelit, allergik dermatit, generalizə olunmuş limfoadenopatiya, virus mənşəli xroniki C hepatiti, subklinik forma diaqnozu qoyulmuşdur (i.v. 95); -Sübutların qiymətləndirilməsi haqqında 24iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,561 qram olan metamfetamin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, təqsirləndirilən şəxs və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.99-105); - Gəncə şəhər Məhkəməsinin 1(125)-422/2024 saylı xx.xx.2024-cü il, 1(125)-71/2025 saylı xx.xx.2025-ci il, 1(125)-71/2025 saylı xx.xx.2025-ci ilvə 1(125)-71/2025 saylı xx.xx.2025-ci il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə məcburi gətirilmə tətbiq edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 1(125)-71/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. - “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer xx.xx.2025-ci i tarixdə Gəncə şəhərində müəyyən edilərək Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin X9 təhvil verilmişdir. - Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə müəssisəyə daxil olmuşdur. -Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetamin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; -41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; -69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ll qrup əlil olmasını, immun çatışmazlıq virusu (İİÇV) və hepatit C xəstəliyi olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsna təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş və 15 may 2025-ci il tarixdə isə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək 2 gün, Gəncə şəhər Məhkəməsinin 1(125)-71/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlanıldığı 1 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunacaq cəzadan 2 ay 4 gün müddət çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, qalıq qalan 1,511qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 1 (bir) ay müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 2 ay 4 gün çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olinsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1,511 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar