Məhkəmə qərarları › İş №1(125)-72/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-72/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-72/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi və tərcüməçi – X2 iştirakı ilə, 04 avqust 2006-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Heydər Əliyev prospektində qeydiyyatda olmaqla Gəncə şəhəri, Dəmiryol Vağzalı yaxınlığında ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, bu məqsədlə 12 aprel 2023-cü il tarixdə saat 04 radələrində Samux rayonu, Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə təmir-tikinti işi üçün gedib gecələdikləri Göygöl rayonu, Toğanalı kəndində yerləşən Şahid3 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs yatmasından istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun əynindən çıxarıb kənara qoyduğu gödəkçənin cibindən tamah və ya digər niyyətilə, rəsmi-digər mühüm sənəd hesab edilən Gəncə ASAN xidmət tərəfindən verilmiş AA ******* seriya nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsi, BC kateqoriyalı AC 631468 nömrəli sürücülük vəsiqəsini, eləcə də 50 (əlli) manat dəyərində pul kisəsini, 310 (üç yüz on) manat nəğd pulu, 400 (dörd yüz) manat dəyərində “Redmi Note 8 pro” markalı mobil telefonu, 5 (beş) manat dəyərində telefon qoruyucusunu, 4 (dörd) manat dəyərində +**********65 saylı SİM kartını, 1 (bir) manat dəyərində olan “Birbank” kartını, eləcə də gizli yolla taladığı Zərərçəkmiş şəxs adına balansında 114.57 (yüz on dörd manat, əlli yeddi qəpik) olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx"ın “Birbank” kartındakı hesabından 12 aprel 2023-cü il tarixdə saat 08 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Oba Market”dən 105.09 (bir yüz beş manat, 9 qəpik) manat, həmin gün, saat 10 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Oba Market”dən 8.40 (səkkiz manat, qırx qəpik) manat dəyərində məhsulların pulunu ödəməklə, ümumilikdə Zərərçəkmiş şəxs 884,57 (səkkiz yüz səksən dörd manat, 57 qəpik) dəyərində əmlakını gizli olaraq talayaraq oğurlamış, tamah və ya digər niyyətilə, rəsmi-digər mühüm sənəd hesab edilən şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini gizlətməklə oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 326.1 və 326.2-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, CM-nin 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilməyərək, ifadəsində göstərdi ki, oğurluq cinayəti törətdiyi ərəfədə maddi imkanı aşağı olduğundan işləmək qərarına gəlmiş və bu məqsədlə dostu Ayaz adlı şəxsdən xahiş etmişdir ki, əgər iş olsa ona xəbər versin. Bundan sonra təxminən 09 aprel 2023-cü il tarixdə Ayaz onu Zərərçəkmiş şəxs ilə tanış etmiş və Anar ona fərdi qaydada evlərin təmir-tikinti işləri ilə məşğul olduğunu, yanında işləməyə fəhlə lazım olduğunu bildirmişdir. Anar ona işləməyi qarşılığında gününə 10 (on) manat pul və yeməyini verəciyini bildirmişdir. O, Anarla razılaşmışdır. 11 aprel 2023-cü il tarixdə təxminən saat 08 radələrində Anarla Gəncə şəhərində yerləşən Dəmir yolu Vağzalının qarşısında görüşmüş və Göygöl rayonuna Toğanalı kəndində yerləşən tanımadığı şəxsin fərdi yaşayış evinə gəlmişlər. Həmin gün orada işləmiş və təxminən saat 18 radələrində Anara lazım olan vinti axtararkən Anarın gödəkcəsinin cibindən pul kisəsi yerə düşmüşdür. O, pul kisəsinin içərisinə baxdıqda pul kisəsinin bir cibində 200 manatlıq və 20 manatlıq pul əskinazları, digər cibində 20 manatlıq və 10 ədəd 1 manatlıq pul əskinazları, ümumilikdə 250 (iki yüz əlli) manat nəğd pul və birbank kartı olduğunu görmüş və pulları oğurlamaq qərarına gəlmişdir. Anar ona demişdir ki, həmin gün orada qalıb sabah axşam işləri gördükdən sonra Gəncə şəhərinə qayıdıb gedərlər. Razılaşmış və orada darıxdığından, Anara demişdir ki, mobil telefonunu versin, biraz başı qarışsın. Daha sonra isə o, mobil telefonu Anarın özünə qaytarmışdır. Bundan sonra Anarın yatmasını gözləmişdir ki, onun mobil telefonunu və pul kisəsini oğurlasın. Həmin gün təxminən gecə saat 03 radələrində Anar mobil telefonunu enerjiyə qoşub yatmışdır. O, Anarın yatmağını gözlədikdən bir qədər sonra Anarın stolun üzərinə qoyduğu gödəkcəsinin cibindən pul kisəsini və enerji yığmaq üçün qoyduğu mobil telefonu götürüb evdən çıxmış və Göygöl rayonunda olan “Toğanalı” restoranının qarşına getmişdir. Orada Anara məxsus mobil telefonla *2244 taksi xidmətinə zəng edib, Gəncə şəhəri Kəpəz mehmanxanasının qarşısında yerləşən “Kalorit” restoranının yanına taksi sifariş vermişdir. Bundan sonra VAZ 21015 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Gəncə şəhərində yerləşən “Kalorit” restoranına getmişdir. Taksi ilə yolda gələn zaman isə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindən keçərkən pul kisəsində olan Anara məxsus pul kisəsində olan şəxsiyyət vəsiqəsini, Redmi Note 8 Pro markalı mobil telefonun qoruyucusunu və həmin telefonun içərisində olan SİM kartı sındırıb avtomobilin pəncərəsindən çölə atmış, pulları və Birbank kartını isə götürüb cibinə qoymuşdur. O, “Kalorit” restoranında dostu İbrahimlə qarşılaşmış və İbrahimlə orada oturub pivə içib qəlyan çəkdikdən sonra Anardan oğurladığı puldan təxminən 58 (əlli səkkiz) manat hesab ödəmişdir. İbrahimə həmin vaxt yanında işlədiyi Anar adlı şəxsin pul kisəsini və telefonunu oğurladığını onu oğurluq etdiyinə görə polisin axtaracağını ona görə birlikdə Bakı şəhərinə getməyi təklif etmiş, o da razılaşmışdır. Bundan sonra İbrahimlə 12 aprel 2023-cü il tarixdə təxminən saat 07:30 radələrində “Kalorit” restoranında oturduqdan sonra *2244 taksi xidmətinə zəng edib, İbrahimgilin yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən beş mərtəbəli binaların yanında olan “OBA” marketin yanına taksi sifariş vermişlər. İbrahimlə birlikdə yaşadığı evin yanında yerləşən “OBA” marketə girib pivə və enerji içkiləri, çipsi, suxari və siqaret almış və Anara məxsus Birbank kartı ilə 105 (yüz beş) manat pul ödəmişdir. Daha sonra həmin yerin yaxınlığında yerləşən İbrahimin yaşadığı evə getmişlər. Aldıqları şeylərin bir qismini orada yeyib içdikdən sonra, yerdə qalanını Bakı şəhərinə gedən zaman yola saxlamışdır. İbrahim ona öz paltarlarından götürmüş və İbrahimə demişdir ki, əvvəlcə gedib Anardan oğurladığı mobil telefonu satsınlar. Ona görə İbrahim onunla birlikdə Gəncə şəhərində yerşən Univermağın qarşısına getmiş və o, mobil telefonu tanımadığı şəxsə 65 (altmış beş) manata satmışdır. Daha sonra Univermaqla üzbəüz yolun kənarında dayanmış markasını və dövlət qeydiyyat nömrəsini hazırda xatırlamadığı avtomobillə Gəncə şəhəri X5 adlanan yerə getmişlər və orada dayanmış ağ rəngli VAZ 21074 markalı dövlət qetdiyyat nişanını xatırlamadığı avtomobillə Bakı şəhərinə getmişlər. Anardan oğurladığı puldan taksiyə hərəsinə 15 (on beş) manat olmaqla ümumilikdə 30 manat pul vermişdir. Bakı şəhərində yerdə qalan pulu İbrahimlə birlikdə xərcləmişlər. 29 aprel 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq Göygöl RPŞ-yə gətirmişlər. Onun niyyəti ancaq Anardan pul və mobil telefon oğurlamaq olmuş və sonuncuya məxsus sənədləri isə lazımsız bildiyi üçün yolda, yəni taksi ilə Gəncə şəhərinə gələn zaman xatırlamadığı bir yerdə tullamışdır.O, Anara məxsus pul qabında həmin vaxt ümumiyyətlə sürücülük vəsiqəsi görməmiş və oğurlamamışdır. Əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini və hazırda yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstədi ki, fərdi olaraq evlərin təmirində usta kimi işləyir. Gəncə şəhər sakini Adil adlı şəxsə məxsus Göygöl rayonu Toğanalı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görməli olmuşdur. İşə başlamazdan əvvəl yanında köməkçi olaraq bir nəfər şəxs axtarmışdır. Gəncə şəhərində yaşayan Ayaz adlı tanışı ondan xahiş etmişdir ki, Sabir adlı bir tanıdığı şəxs var, ailəsi maddi cəhətdən çətinlik çəkir və imkan varsa Sabiri yanında köməkçi kimi işlədib, gündəlik zəhmət haqqı versin. O, Ayazın təklifi ilə razılaşmış və təxminən 09 aprel 2023-cü il tarixdə görüşüb işlə bağlı söhbət etmişlər. Sabir işləmək istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində Sabirlə Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısında görüşüb Toğanalı kəndində işləyəcəyi evə getmişlər. Həmin gün orada işləmişlər. O, Sabirə demişdir “bu gün gəldiyimiz evdə qalaq, sabah işdən sonra Gəncə şəhərinə öz yaşadığımız evə gedərik”. Həmin gün Toğanalı kəndində evdə qalmışlar. Sabir mobil telefon istifadə etmədiyi üçün evdə darıxmışdır. Sabir ona demişdir ki, “telefonu ver, instaqram sosial şəbəkəsinə girim, başım qarışsın”. O, telefonunu Sabirə vermişdir. Daha sonra Sabirdən mobil telefonunu götürüb, bir az işlətdikdən sonra, telefonu eneri yığması üçün cəryana qoşmuşdur. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində o, yatmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 07 radələrində yuxudan oyanıb görmüşdür ki, Sabir yerində yoxdur, tez yerdən durub telefonun yerində olmadığını və evin həyətyanı sahəsinin qapısının açıq olduğunu görmüşdür. Həmin vaxt bilmişdir ki, Sabir telefonunu və enerji kabelini götürüb getmişdir. O, evə girib gödəkçənin cibinə baxdıqda pul kisəsinin yerində olmadığını görmüşdür. Sabir ona məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, içərisində 114 manat 57 qəpik olan 1 manat dəyərində Birbank kartı və 310 (üç yüz on) manat nəğd pul olan 50 manat dəyərində pul qabını, 5 manat dəyərində telefon qoruyucusu, 4 manat dəyərində +**********65 saylı SİM kartnı və təxminən 400 (dörd yüz) manat dəyərində Redmi Note 8 Pro markalı mobil telefon oğurlamışdır. Sonra evin qapısını bağlayıb yol maşını ilə Gəncə şəhərinə gəlmiş, daha sonra DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) manat ziyan vurmuşdur. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam deyil, qismən ödənildiyindən ondan şikayətçidir. Məhkəmə baxışı zamanı Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumudur. 12 aprel 2023-cü il tarixdə təxminən saat 08:30 radələrində Anar onun yaşadığı Gəncə şəhəri, Z.Əliyeva küçəsi, bina 12, ev 6-da yerləşən fərdi yaşayış evinə gəlmiş və bildirmişdir ki, Göygöl rayonu Toğanalı kəndində birlikdə işlədikləri Sabir adlı şəxs ona məxsus mobil telefonu və içərisində pul, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan pul qabını oğurlamışdır. Daha sonra isə ona məxsus mobil telefonla DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Anarın deməsinə görə xx.xx.2023-cü il tarixdə birlikdə işlədikləri Göygöl rayonu, Toğanalı kəndində yerləşən fərdi yaşayış evində qalan zaman, gecə təxminən saat 04 radələrində Sabir adlı şəxs ona məxsus mobil telefonu və içərisində pul, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan pul kisəsini oğurlamışdır. Məhkəmə baxışı zamanı Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus Göygöl rayonu Toğanalı kəndində yerləşən evi var, həmin evə yay aylarında gedib ailə üzvləri ilə birlikdə qalırlar. Zərərçəkmiş şəxs ona məxsus olan Göygöl rayonu Toğanalı kəndində yerləşən evi təmir etmək üçün usta kimi işləyirdi. 12 aprel 2023-cü il tarixdə Anar ona məxsus mobil telefona zəng edərək, Göygöl rayonu Toğanalı kəndində evinin təmiri zamanı birlikdə işlədikləri Sabir adlı şəxs ona məxsus mobil telefonu və içərisində pul, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan pul qabının oğurlandığını bildirmişdir. O, ondan həmin şəxsin kim olduğunu və evdən başqa nəsə oğurladığını soruşduqda Anar bildirmişdir ki, Sabir adlı şəxsi evin təmirində ona kömək etmək üçün gətirmiş və gecə qayıtmaq gec olduğundan həmin evdə qalmışlar, səhər yuxudan duranda isə görmüşdür ki, ona məxsus pul qabı və mobil telefon oğurlanmışdır. Lakin evdən heç bir əşyanın oğurlanmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid1 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Göygöl RPŞ-nin X6 polis sahə nəfəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 12 aprel 2023-cü il tarixdə Samux rayonu Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edərək, 12 aprel 2023-cü il tarixdə təxminən saat 04 radələrində Göygöl rayonu Toğanalı kəndində usta işlədiyi evdə Gəncə şəhər sakini Sabir adlı şəxsin ona məxsus, içərisində şəxsiyyət vəsiqəsi, birbank kartı və 310 manat nəğd pul olan pul kisəsini və təxminən 400 (dörd yüz) manat dəyərində Redmi Not-8 pro markalı mobil telefonunun oğurlanmasını bildirmişdir. Həmin məlumat əsasında Sabir adlı şəxsin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən avtobusla Gəncə şəhərinə gəlməsi barədə məlumat daxil olmuşdur. Ona görə də onun tərəfindən məlumat əsasında Gəncə-Bakı avtomobil yolu üzərində olan “Gəncə şəhər qapıları” deyilən yerdə Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Göygöl RPŞ-yə gətirilmiş və barəsində müvafiq araşdırma aparılması üçün raportla müraciət olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus plastik kartdan istifadə edərək alış-veriş etmişdir. Həmin yer Gəncə Avtomobil zavadounun yaxınlığında Gəncə şəhəri istiqamətində yolun sağ tərəfində yerləşir. 12 aprel 2023-cü il tarixdə təxminən saat 08 radələrində dostu İbrahim ilə birlikdə marketə daxil olmuş, ümumilikdə təxminən 105 (yüz beş) manat dəyərində pivə və enerji içkiləri, çipsi, suxari, siqaret və digər ərzaq məhsulları almışlar. O, dostu İbrahimlə onun yaşadığı evə, sonra Gəncə şəhərinə getdiklərini, Zərərçəkmiş şəxs adına olan "xxxx"ın “Birbank” kart hesabından Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhər Məhkəməsinin yaxınlığında yerləşən “Oba market”dən enerji içkisini və meyvə şirəsi aldıqlarını bildirmişdir. Daha sonra İbrahimlə birlikdə Gəncə şəhərində yerləşən Univermağın qarşısına gedib, mobil telefonu tanımadığı şəxsə 65 (altmış beş) manata sataraq Bakı şəhərinə getmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2023-cü il tarixli 9/4392 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus və oğurlanmış istifadə olunmuş “Redmi Note 8 Pro” markalı mobil telefon və 1 ədəd istifadə olunmuş dəri pul kisəsinin orta istismar müddəti və orta istismar intensevliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 260,00 manat müəyyən edilir. "xxxx" ASC-dən alınmış çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “X8” plastik kartından xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Oba Market”dən saat 08:05-də 33 manat 22 qəpik, saat 08:15-də 71 manat 87 qəpik, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Oba Market”dən isə saat 10:13-də 8 manat 40 qəpik ödəniş olunmuşdur. Göygöl rayon DYPB-nin məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci ildən xx.xx.2027-ci ilə qədər qüvvədə olan BC kateqoriyalı AC631468 nömrəli sürücülük vəsiqəsinin olduğu müəyyən olunmuşdur. Şəxsiyyəti təsdiq edən sənədlərin elektron portal çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi vardır və həmin şəxsiyyət vəsiqəsinin müddəti 01 aprel 2029-cu il tarixinə qədərdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3045 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan qəbzlərin surətindən görünür Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 884,57 (səkkiz yüz səksən dörd manat, 57 qəpik) manat ziyandan 400 manat nəğd qaydada ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin, təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsini talama ilə bağlı ibtidai istintaq tərəfindən araşdırılaraq təqdim edilmiş sübutlara qiymət verərək və həmin hissədə aparılmış məhkəmə istintaqı zamanı məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin talama hərəkəti kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələrinin dispozisiyasının mənasına görə həmin maddələr ilə nəzərdə tutulmuş cinayət yalnız bir başa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələri ilə şəxs o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən onun iradəsinin ziddinə olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını (əməlin ictimai təhlükəli nəticələrini) qabaqcadan görsün və bunları arzu etsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, bu məqsədlə 12 aprel 2023-cü il tarixdə saat 04 radələrində Samux rayonu, Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə təmir-tikinti işi üçün gedib gecələdikləri Göygöl rayonu Toğanalı kəndində yerləşən Şahid3 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs yatmasından istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun əynindən çıxarıb kənara qoyduğu gödəkçənin cibindən tamah və ya digər niyyətilə, rəsmi-digər mühüm sənəd hesab edilən Gəncə ASAN xidmət tərəfindən verilmiş AA ******* seriya nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsi, BC kateqoriyalı AC 631468 nömrəli sürücülük vəsiqəsini, eləcə də 50 (əlli) manat dəyərində pul kisəsini, 310 (üç yüz on) manat nəğd pulu, 400 (dörd yüz) manat dəyərində “Redmi Note 8 pro” markalı mobil telefonu, 5 (beş) manat dəyərində telefon qoruyucusunu, 4 (dörd) manat dəyərində +**********65 saylı SİM kartını, 1 (bir) manat dəyərində olan “Birbank” kartını, eləcə də gizli yolla taladığı Zərərçəkmiş şəxs adına balansında 114.57 (yüz on dörd manat, əlli qəpik) olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx"ın “Birbank” kartındakı hesabından 12 aprel 2023-cü il tarixdə saat 08 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Oba Market”dən 105.09 (bir yüz beş manat, 9 qəpik) manat, həmin gün, saat 10 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Oba Market”dən 8.40 (səkkiz manat, qırx qəpik) manat dəyərində məhsulların pulunu ödəməklə, ümumilikdə Zərərçəkmiş şəxs 884,57 (səkkiz yüz səksən dörd manat, 57 qəpik) manat dəyərində əmlakını gizli olaraq talayaraq oğurlamış, tamah və ya digər niyyətilə, rəsmi-digər mühüm sənəd hesab edilən şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini gizlətməklə oğurlamışdır. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs ona məxsus şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin digər əmlakları ilə birlikdə çantada olduğunu göstərmişdir. Halbuki ittiham aktında Təqsirləndirilən şəxs niyyətinin məhz yuxarıda qeyd olunan sənədin oğurlanmasına yönəlməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. İşin hallarından da görünür ki, təqsirləndirilən şəxsin məqsədi zərərçəkmişə məxsus pul və mobil telefonu ələ keçirmək olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul qabını gizli yolla götürsə də, iş materiallarından göründüyü kimi şəxsiyyət vəsiqəsi pul qabının içərisində olduğundan, Təqsirləndirilən şəxs qeyd olunan rəsmi sənədləri oğurlamaq niyyətində olması, həmin sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-in 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması (subyektiv cəhətin olması) barədə hər hansı fikir yalnız mülahizə xarakteri daşıyır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna dair şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə həmin maddələr üzrə ona bəraət verilməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi sübut olunmuş, buna görə də təqsirləndirilən şəxsə cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması və cərimə cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halın olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, təqsirləndirilən şəxsin cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 04 avqust 2006-cı il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşıdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələblərini rəhbər tutur. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Lakin məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki məhkəmə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 (otuz beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 85.4-1ci maddəsi tətbiq olunmaqla ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 210 (iki yüz on) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş zərərin əvəzini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar