Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-73/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Yardımlı rayonu Əngövül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Əngövül kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmişşəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələbetmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində olan zaman istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” proqramı ilə “Azercell” mobil operatoruna aid olan +**********65 mobil nömrəsində Zərərçəkmiş şəxs aid +**********75 mobil nömrəli telefonla görüntülü danışıqlar apararaq onun yarıçılpaq vəziyyətdə şəkillərini öz “Samsung” markalı mobil telefonu ilə çəkmiş, sonuncunun onda olan şəkillərini internet sosial şəbəkələrində yayacağı ilə hədələyib pul tələb edərək fotoşəkilləri aymamaq üçün 25 mart 2023-cü il tarixdə saat 11:43-də 100 (yüz) manat pulu, 25 mart 2023-cü il tarixdə saat 22:09-da 300 (üç yüz) manat pulu, 03 aprel 2023-cü il tarixdə saat 10:15-də 850 (səkkiz yüz əlli) manat pulu, 10 aprel 2023-cü il tarixdə saat 10:54-də 500 (beş yüz) manat pulu, 17 aprel 2023-cü il tarixdə saat 16:14-də 300 (üç yüz) manat pulu, 03 may 2023-cü il tarixdə saat 10:54-də 300 (üç yüz) manat pulu vahid niyyət ilə ümumilikdə 2350 (iki min üç yüz əlli) manat pulu **********005542 nömrəli kart hesabına göndərtdirməklə almışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxsona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, günün axşam saatlarında dostlarından birinə “Whatsapp” mesajlaşma sistemi vasitəsilə avtomobil kirayəsinin təşkil etmək üçün qısa mesaj göndərmiş, həmin mesaj səhvən sonradan adını bildiyi Zərərçəkmiş şəxs göndərilmişdir. Həmin təsadüfdən sonra Sevda ilə onun arasında tanışlıq yaranmış, ünsiyyətlərini qısa mesajlaşma, bir-birilərinə şəkillər göndərmə, canlı videozəng formasında davam etdirmişlər. Bir müddət ünsiyyətdə olduqdan sonra, təxminən 20 gündən sonra onun həmin dövrdə pula ehtiyacı olduğundan, Sevdadan pul istəmək qərarına gəlmişdir. O, Sevdadan pul istədikdə Sevda ona etiraz etməmiş, 2023-cü ilin mart ayından həmin ilin may ayınadək hissə-hissə olmaqla, ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul göndərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxssuallara cavab olaraq bildirdi ki, Sevdadan pulu Sevdanın açıq-saçıq şəkillərini yayma hədəsi ilə almamış, sadəcə ehtiyacı olduğu üçün ondan xahiş etmiş, Sevda isə onun xahişini yerə salmamışdır. Onun ümumilikdə 4000 (dörd min) manat pula ehtiyacı olmuşdur. Sevda ona 2350 (iki min üç yüz əlli) manat pulu göndərdikdən sonra daha pulunun qalmamasını, telefonunda saxladığı Sevdaya məxsus açıq-saçıq şəkillərini özünün yanında, Gəncədə silməsini xahiş etmişdir. Sevda açıq-saçıq şəkillərinin onun telefonunda olmasını bilmiş, onun şəkilləri yayacağından qorxmuşdur. O isə Sevdanın xahişi əsasında Gəncəyə gəlmiş, Gəncədə adını yadında saxlamadığı ziyarətgahın yanında polis əməkdaşları onu saxlamışlar. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan mobil nömrəyə sms gəlmişdir. Onun bacısı oğlu əsgərlikdə olduğu üçün onun telefonuna gələn bütün yad nömrələrə və sms-lərə cavab vermişdir ki, birdən uşaqla bağlı hər hansı məlumat olar. Təqsirləndirilən şəxs ilə belə tanış olmuş. Alim ona adının Vüsal olduğunu demişdir. O, adının Vüsal kimi bildiyi şəxsin yaşının ondan az olduğunu bilməmişdir. Vüsal yəni Alim ona on gün müddətində hər gün yazmış, onunla münasibət qurmaq istədiyini demişdir. adını Vüsal kimi tanıdığı Alim ona Bakı şəhərinə gəlməyini orada görüşmələrini təklif etmiş, lakin o, qəbul etməmişdir. Onlar telefon vasitəsi ilə görünütülü danışan zaman adını Vüsal kimi tanıdığı Alim ondan döşlərini ona göstərməsini istəmiş və o, Vüsal kimi tanıdığı Alimin istəyini yerinə yetirmişdir. Daha sonra o, Vüsal kimi tanıdığı Alimin yaşının az olduğunu bilmiş və ondan ayrılmaq qərarına gəlmiş, lakin Vüsal kimi tanıdığı Alim ona onun yarıçılpaq şəklini göndərmiş və onu hədələyərək onun şəklini sosial şəbəkələrdə yayacağı, qohumları içərisində biyabır edəcəyini deyərək ondan ümumilikdə 4000 manat pul tələb etmişdir. O, Vüsal kimi tanıdığı Alimə hər ay 100 manat verməyi təklif etsə də Vüsal kimi tanıdığı Alim onunla razılaşmamış ayda azı 300 manat göndərməli olduğunu demişdir. O, adını Vüsal kimi tanıdığı Alimə yalvarsa da İİ qrup əlil olduğunu, aylıq aldığı əlillik pensiya ilə dolandığını desə də Vüsal kimi tanıdığı İlqaronun dediklərinə məhəl qoymamışdır. O, Vüsal kimi tanıdığı Alim hissə-hissə ümumilikdə 2350 manat pul ödədikdən sonra adını Vüsal kimi tanıdığı Alim ilə razılaşmışdır ki, Gəncə şəhərində yerləşən İmamzadə Dini kompleksində 18 may 2023-cü il tarixdə görüşsün. O, adını Vüsal kimi tanıdığı Alimə etibar etmədiyi üçün polisə məlumat vermiş və onlar adını Vüsal kimi tanıdığı Alim ilə görüş yerinə gedən saatda polis əməkdaşları adını Vüsal kimi tanıdığı Alimi tutmuşdur. Sonda o, adını Vüsal kimi tanıdığı Alim tərəfindən ona dəymiş ziyanın ödənildiyini və adını Vüsal kimi tanıdığı Alimdən heç bir şikayət və tələbinin olmadığını onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmədiyini bildirmiş, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsona məxsus 1 ədəd qırıq vəziyyətdə olan Samsung markalı mobil telefonu təqdim etmişdir. Mobil telefon işlək vəziyyətdə olmadığı üçün onun içərisinə baxış keçirlməsi mümkün olmamışdır. Belə ki, ona polis əməkdaşları yaxınlaşan zaman mobil telefonu çırparaq sındırmışdır. 19 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və X4 azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC-yə məxsus 416973******5542 nömrəli kart hesabına müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 2350 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd mobil telefon qara rəngli Samsung markalı mobil telefondur. Həmin mobil telefonun Whatsapp proqramına baxış keçirilən zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin adını kontakta Vüsal kimi qeyd etmişdir. Həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən başlayan yazışmalar vardır. Mesajlardan görünür ki,ilkin olaraq Təqsirləndirilən şəxs istyifaəsində olan***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə salam qaqa necəsən məzmununda mesaj yazılmışdır. Bundan sonrakı yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs şəxsi tanışlıq məzmununda bir birinə mesajlar yazmışdır. Həmçinin mesajlardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında görüntülü danışıqlar olmuşdur. Bundan sonrakı yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs açıq saçıq şəkili var. Təqsirləndirilən şəxs həmin şəkili siləcəyini lakin qarşılığında Zərərçəkmiş şəxs nə edə biləcəyini soruşur. Yazışmnalarn görünür ki, Təqsirləndirilən şəxs şəkili silməyi üçün Zərərçəkmiş şəxs pul istəyir. Zərərçəkmiş şəxs isə bildirir ki, mənim maddi imkanım yoxdur hər ay 100 manat göndərməyə razılaşır. Təqsirləndirilən şəxs mesajlarda bildirir ki, pul çatmayan qədər fotoşəkillər silinməyəcək. Həmçinin Təqsirləndirilən şəxs bildirir ki, 10 manat bu gün at sabahda 200 manat tapıb atarasan. Təqsirləndirilən şəxs bildirir ki, 800 manat tam atmayınca şəkillər məndədi sabah mənə yaz kartı atacam. Zərərçəkmiş şəxs isə cavabında bildirir ki, söz verisən şəkillər qlır səndə 800 bitir amma mənim yanımda siləcəksən və təsdiqələyəckənki silindi. Həmçinin yazışmalaran görünür ki, Zərərçəkmiş şəxs pul göndərməyi üçün Təqsirləndirilən şəxs ona **********005542 nömrəli kartın fotoşəkilini çəkib atmışdır. Bundan başqa yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ilə videogörüntülü danışan zaman çəkilən yarıçılpaq fotoşəkillərini göndərmişdir. DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Tibbi ərazi X1 Yardımlı Rayon Mərkəzi X6 şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb, vərəm, kardioji, onkoloji və sair xəstəliklərlə bağlı Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Zərərçəkmiş şəxs notariat qaydasında verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxsqarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır.Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə xx.xx.2023-cü il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. 12 iyun 2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pul məbləğinin hədə-qorxu ilə deyil, xahiş əsasında alması ilə bağlı bildirdiklərini məhkəmə özünümüdafiə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsini bu istiqamətdə verməsindən, əməlində hədəqorxu əlamətlərinin olmamasını bildirməsindən sonra, məhkəmə ittiham tərəfinin vəsatəti əsasında, cinayət işinə əlavə edilmiş “Whatsapp” qısa mesajlaşma sistemi vasitəsilə onun Zərərçəkmiş şəxs ilə mesaj mətnlərini elan etmiş, bu prosessual hərəkət icra edildikdən dərhal sonra ona ünvanlanmış suala cavab olaraq, Təqsirləndirilən şəxs maddi ehtiyac içində olması səbəbindən Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pul əldə etməsini etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadəsi ilə, cinayət işində olan digər materiallar ilə onun hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını tələb etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasənhədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onlarınəmlakınıtələfetməhədəsiiləözgəninəmlakınıvəyaəmlakaolanhüququnuvə ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarındaməhkəmələrətövsiyəolunurki,hərbirkonkrethaldatəqsirləndirilənşəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, cinayət nəticəsində vurulmuş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsinona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdanməhrumetmə növündə cəzaya məhkum edilməli,sonuncunun 19 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs həmin Məcəllənin56.1.2-cimaddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış1 ədəd “Samsung” markalı telefonun sahibinə qaytarılması nəzərə alınmalı və maddi sübut kimi tanınmış 6 (altı) ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198,341-349,351- 353,358 və 384cümaddələrinirəhbətutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd “Samsung” markalı telefonun sahibinə qaytarılması nəzərə alınsın, 06 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-73/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-73/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver