Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-73/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə, ev 1, mənzil 143-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Talıblı küçəsi, ev 105-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,814 qram psixotrop maddə olan metamfetamini, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 yanvar 2024-cü il tarixdə saat 12:15 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospekti yol kənarında saxlanılaraq, Gəncə şəhər, H.Əliyev 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli şalvarının ön sağ cibindən 01(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,814 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0.507 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımıış xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Hərbi şəhərcik 38 adlanan ərazidə saxlanılaraq Gəncə şəhər, H.Əliyev 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının ön sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0.507 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2024-cü il tarixdə onun üzərindən aşkar olunan psixatrop maddəni o, tutulduğu gün Gəncə şəhəri Sadıllı qəsəbəsində yaşadığı küçənin başından tapmış və həmin bükümü təxminən bir saat üzərində saxladıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra ikinci dəfə xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixatrop maddəni isə o, tanışının köməkliyi ilə tanımadığı şəxsdən almışdır. O, aldığı psixatrop maddənin qarşılığı olaraq həmin tanımadığı şəxsə 35 (otuz beş) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ikinci dəfə psixatrop maddə aldığı şəxsi o, tanımır. O, psixotrop dərmanlardan istifadə edir və həmin istifadə etdiyi dərmanlar qurtardığı vaxtlar psixatrop maddələrdən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparıldığı zaman ona qarşı hər hansı fiziki, psixi təsirlər olmamışdır. Əməlini etiraf edib peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, özünün psixi xəstə olmaqla İİ qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün o, hadisəni tam xatırlamır ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1 ilə birlikdə saxlamış, onlar Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək olmuş və əməliyyat məlumatı ona aid olmamışdır. Ona görə də məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Sadıllı qəsəbəsi, İ.Talıblı küçəsi, ev 105-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Gəncə şəhər BPİ-nin2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Gəncə şəhər Hərbi şəhərcik 38 adlanan ərazidə saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X1 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü haradan alması soruşulmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri Sadıllı qəsəbəsi, İ.Talıblı küçəsində evin yaxınlığında yerdən tapmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ona aid olmuşdur. Bu məlumat əsasında tədbirlər həyata keçirərək onu saxlamış və Polis Şöbəsinə aparmışlar. Şöbədə onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir.Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs təxmini 8-9 ay bundan qabaq saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin onun olduğunu könüllü şəkildə boynuna almışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şöbəyə aparmışlar. Şöbədə ona hüquq və vəzifələri izah olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə çıxarıb onlara təqdim etmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddənin onun olduğunu könüllü şəkildə boynuna almışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başqa bir cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işinin ********* saylı nömrə ilə davam etdirilməsi qərara alınmışdır. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı X4, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ön sağ cibinin içərisində olan balaca cibində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni saxlanılmamışdan bir neçə dəqiqə əvvəl tutulduğu yerin yaxınlığında küçədə yerdən tapmasını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 0,89 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X10, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Talıblı küçəsində evin yaxınlığında yolun kənarından tapmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 0,57 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 16/276 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Üzərindən psixotrop maddə aşkar olunan Təqsirləndirilən şəxs o...”yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə, təmiz çəkisi 0,507 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - Məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2024-cü il tarixli 16/147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzər maddə..” yazılar və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə, təmiz çəkisi 0,814 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 14 may 2024-cü il tarixli 820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2024-cü il tarixli 397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTİN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) f60.2 xəstəliyindən əziyət çəkir. Təqsirləndirilən şəxs ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTİN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) f60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə olması səbəbindən o hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR MM xx.xx.2021-ci il tarixli Amnistya qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 1771 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin xx.xx.2024-cü il tarixli 264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən həmin dispanserdə“ Dissosial tipli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatda durur. - xx.xx.2024-cü il tarixli ********* nömrəli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri satması, ona psixotrop maddə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,507 qram və 0,814 qram maddə psixatrop maddə olan metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. - Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X14 adlı iki yetkinlik yaşına çatmayan övladı var. - Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, psixi xəstə olmasını, İİ qrup əlil olmasını və təqsirini könüllü şəkildə boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən eyni xarakterli cinayətin təkrar törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla külli miqdara yaxın olmuş, cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, psixotrop maddələrin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilməməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır . Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqardan sonra qalıq çəkisi 0,457 qram və 0,764 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat (altmış dörd manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi tədiqaqatdan qalıq qalmış 0,457 qram və 0,764 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat (altmış dörd manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-73/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-73/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver