Məhkəmə qərarları › İş №1(125)-74/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-74/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-74/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Gəncə şəhəri, S.Qazıyeva küçəsi dalan 3, ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə saat 08 radələrində "xxxx" MMC-nə məxsus idarə etdiyi “Ford Transit yük” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yolun kənarında saxladığı yerdən arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmsin ediləcəyinə əmin olmalı olduğu halda, buna əməl etməyərək “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə cinayətkarcasına özünə güvənərək idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurub ona döş qəfəsinin sol yarısında ikinci qabırğanın qapalı sınığı, birinci bel fəqərə cisminin kompression sınığı, sol dirsək və hər iki sarğı yumşaq toxumalarının əzilməsi və qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, avtomobil idarə edir. O, Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də sürücü kimi “Ford Transit” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində o, idarə etdiyi “Ford Transit” markalı avtomobillə işə gedən vaxt Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Vəli Xuluflu küçəsinə çatmamış yolun sağ kənarında dayanmışdır. O, avtomobili saxladıqdan sonra avtomobildən düşüb yolun kənarında olan “Milli Ön” aparatı ilə telefonuna kontur yükləmiş, bundan sonra isə yenidən qayıdıb avtomobilə əyləşib yolu davam etdirmək üçün arxaya doğru hərəkət etdirmişdir. O, təxminən arxaya doğru 1-1,5 metr hərəkət etdikdən sonra yanından keçən markasını xatırlamadığı avtomobilin sürücüsü ona “dəydin, dayan” deyərək qışqırmış, o, da tez avtomobili saxlayıb avtomobildən düşərək arxa tərəfə getmişdir. O, avtomobilin arxa tərəfinə çatanda görmüşdür ki, bir nəfər adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı qadın yerdə oturmuş, həmin vaxt yoldan keçən adamların köməkliyi ilə onu yerdən qaldırıb tanımadığı şəxsin avtomobili ilə Gəncə şəhər 1 saylı xəstəxanaya aparmışdır. O, xəstəxanada olan vaxt polis əməkdaşları da gəlmişlər və özünü onlara təqdim etmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat təxminən 08 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Grand Qafqaz” ticarət mərkəzinə bazara getmək üçün Gəncə şəhəri “köhnə Yevlax avtovağzalı” adlanan yerdən 9 nömrəli marşurut avtobusuna minmişdir. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Gəncə şəhər prokurorluğunun qarşısında yolun əks tərəfində avtobusdan düşmüş, avtobusdan düşdükdən sonra yolu qarşı tərəfə keçmək üçün avtomobillərin keçməsini gözləmişdir. Həmin vaxt sağ yolun kənarında dayanmış yük avtomobili arxaya tərəf hərəkət etdirərək onun sağ tərəfindən dəymiş, zərbənin təsirindən o yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra həmin avtomobil yenə arxaya tərəf hərəkətini davam etdirmişdir. Lakin kanarda olan avtomobillərin işarələrindən sonra həmin avtomobilin sürücüsü avtomobili dayandırmış, avtomobildən düşərək onun yanına gəlmişdir. Bundan sonra hadisə yerinə tanımadıqları şəxslər toplaşmışlar. Sonra onu yoldan keçən şəxslərin avtomobilləri ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Sonda o, ona dəymiş ziyanın ödəməsini köməklik edilməsini və Təqsirləndirilən şəxs həmin ziyanı ödəmədiyi halda sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, DYPŞ-nin inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər hadisə yerində bütün mexanizim və incəliklərə diqqət yetirib qorumaq olmuşdur. 15 iyul 2022-ci il tarixdə saat 08:40 radələrində Gəncə şəhəri, Ş,İ.Xətari prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verməsi və piyadanın sürücü tərəfindən xəstəxanaya aparılması barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat almış, bundan sonra Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda bir nəfər özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlara yaxınlaşaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində idarə etdiyi avtomaşını arxaya tərəf hərəkət etdirərkən yolu keçən piyadanı vurduğunu və həmin piyadanı yoldan keçən avtomobillə xəstəxanaya gətirdiyini bildirmiş, bundan sonra təhqiqatçı ilə birlikdə sürücü ilə hadisə yerinə getmiş, təşhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu bildirmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. O, anası Zərərçəkmiş şəxs avtomobillə vurulduğunu, xəstəxanada olduğunu bilmiş, dərxal anasının olduğu Abbas Səhhət adına xəstəxanaya getmişdir. Orada tqəsirləndiirlən şəxsin anası, digər qohumları ona anası Bəsti Hüseynovanın müalicəsi üçün köməklik edəcəklərini demişlər. Lakin onlar təqsirləndirilənin ailəsinə dəfələrlə MRT və digər dərmanlarin xərci üçün zəng etsələr onlar kömək etməmişlər. Onların qarşısına şərt qoymuşlar ki, barışıq ərizəsi yazacaqları təqdirdə kömək edəcəklər. Onun anasınındöş qəfəsini Gəncə şəhər Mərkəzi xəstəxanasında və Yevlax şəhərində MRT etmişlər və iki fədə X7 adına xəstəxanada və İstanbul klinikasında müalicəsini aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə V.Xluflu küçəsinin kəsişməsində baş vermişdir. Hadisə baş verən quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 23 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 11,5 metrdir. Hadisə baş vermiş yolun soldan səki sağdan köbə daşları, hərəkətin nizamlama üsulu nizamlanandır. Hadisə baş verərkən şəhər elektrik işiği ilə işıqlı olmuşdur. Hadisə “Ford Transit yük” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 1594/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AC634889 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-Cİ il tarixli, 1379 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısında ikinci qabırğanın qapalı sınığı, birinci bel fəqərə cisminin kompression sınığı, sol dirsək və hər iki sarğı yumşaq toxumalarının əzilməsi və qançırı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəməyol-nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2573 nömrəli rəyindən görünür ki, “Ford Transit” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il tarixli X3 adlı uşaqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindəiki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “X4” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Təqsirləndirilən şəxs “X4” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbinə əsasən geriyə hərəkəti təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələblərə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford Tranzit” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Tranzit” yük markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar