Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-76/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 331.3-cü maddələri təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə və 100 manat cərimə cəzasına məhkum edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR.CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həbsdən azad edilmiş, Gədəbəy rayonu, Anqıran kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq cinayəti etmişdir. Belə ki, o, 01 avqust 2023-cü il tarixdə, saat 10 radələrində özünə məxsus “Hyundai İX35” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Şəmkir şossesinin 1-ci kilometrliyi ilə üzü Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən Dostluq mebel salonunun bərabərliyində onunla eyni istiqamətdə şossi ilə hərəkət edən Zərərçəkmiş şəxs2 Sofı oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı **-EX-*** qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobili ötməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə-Şəmkir şossesinin 1-ci kilometrliyində idarə etdiyi "Hyundai İX35” markalı avtomobilin sürətini artırıb Zərərçəkmiş şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ötüb önünə keçdikdən sonra sonuncuların qarşısını kəsmək üçün anidən əyləci basmış, bu zaman Arzu Mirzəyev qəzadan yayına bilməyərək idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil onun onun idarə etdiyi "Hyundai İX35” markalı avtomobilə çırpılaraq “Chevrolet Cruze” markalı avtomobilin ön buferinin zədələnməsi ilə müşayiət edilən 30 manat maddi ziyan vurmuş, həmin xuliqanlıq hərəkətlərinin davamı olaraq idarə etdiyi avtomobildən düşüb ucadan nalayiq ifadələr işlədikdə “Chevrolet Cruze” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 avtomobildən düşərək ona nə üçün onların qarşısının kəsməsini soruşub iradını bildirməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək həmin hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlədərək sonuncunun üzərinə hücum edib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 zərbələr endirərək sonuncuya fiziki ağrı yetirməklə zor tətbiq etmiş, davamında yerdə olan 1 ədəd dəmir parçasını götürüb silah qismində tətbiq edərərk Zərərçəkmiş şəxs1 hər iki qoluna zərbələr endirərək sonucuya sağ mil-bilək oynağı nahiyəsinin yumşaq toxumalarının oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinlik halında əzilməsi, sol bazu nahiyəsinin zədələnməsi, sol bazu nahiyəsinin qançırı, hər iki said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəməiclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə Gədəbəy rayonuna hüzr yerinə getmək üçün Bakı şəhərindən özünə məxsus avtomobillə yola düşmüş, həmin vaxt Bakı şəhərinin Lökbatan dairəsindən yolu tək getməmək üçün maşınına bir əsgər mindirmiş, onu Gəncə şəhərində düşürmüşdür.Hadisə baş verən zaman onun avtomobilində heç bir sərnişin olmamış, özü tək olmuş, 01 avqust 2023-cü il tarixdə, saat təxminən 10 radələrində Gəncə şəhəri “Şəmkir avtovağzalına” çatmış, o avtovağzalda idarə etdiyi avtomobili saxlayaraq tualetə getmiş, o, avtovağzaldan çıxıb Şəmkir rayonu istiqamətində hərəkət etməyə başlamış, bu zaman onun telefonuna mesaj gəlmiş o, mesajlara cavab vermək üçün maşınını yolun kənarında yavaş sürməyə başlamışdır. Sonrayaşıl rəngli “Chevrolet Cruze” markalı avtomobili idarə edən şəxslər ona baxmağa başlamışlar. O, maşınını saxlamış, lakin onların dayanmadığını görüb yenidən maşını sürməyə başlamışdır. Onlar gəlib onun maşınını arxadan vurmuşlar. O, maşını saxlayıb düşdükdə Tofiq adlı şəxsdə onunla bərabər düşərək ona qarşı nalayiq ifadələr işlətmişdir. O, onlara bildirmişdir ki, bu məsələni ya danışaraq öz aramızda həll edək, yada polis əməkdaşlarını çağıraq. O, 102 xidmətinə zəng etmiş, təxmini 10-15 dəqiqə ərzində polis əməkdaşları hadisə yerinə gəlmişdir. Polis əməkdaşları onu öz maşınları ilə şöbəyə aparmışlar. Zərərçəkmiş şəxslər isə Polis şöbəsinə taksi ilə getmişlər. Onların maşınları hadisə yerində qalmışdır. O, baş verən hadisəni öz telefonu ilə çəkmiş, onun telefonunda səs yazıları və hadisənin görüntüləri olmuşdur. Şöbədə onun telefonunu alıb hadisə ilə bağlı olan hərşeyi silmişlər. Onada bildirmişlər ki, belə bir səs yazısı olmamışdır. O, zərərçəkmiş şəxslərə heç bir xəsarət yetirməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. O, dəmir parçasında olan əl izlərinin yoxlanmasını, telefonunda olan səs yazısının bərpa edilməsini, həmin günü zərərçəkmişlərinin telefonuna gələn zənglərinin yoxlanmasını xahiş etmişdir. İrəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun maşınını vurub onun qabağında saxlamışlar. Onun Tovuz rayon polis şöbəsinin rəisi ilə arasında ədavəti vardır. Bu ona qarşı qurulan bir oyundur. Polislər ona əvvəllər bildirmişlər ki, onu 2- 3 ay ərzində tutacaqlar. Tofiq polislərlə birlikdə işləyir. Bu işin əsasında Daxili İşlər Nazirliyi dayanır. O, bildirmişdir ki, onun başqa ölkədə sığıncağını təmin etsinlər. O, heçkimi vurmamış, döyməmiş, heçkimə qarşı nalayiq ifadələr işlətməmişdir. Hadisə zamanı onun maşınında özündən başqa heçkim olmamışdır. Onu polislər özləri ilə aparmışlar və zərərçəkmiş şəxslərə taksi ilə gəlmələrini bildirmişlər. Polislər gəldiyi zaman zərərçəkmiş şəxslər ona qarşı nalayiq ifadələr işlədirdilər. O, onlara bildirmişdir ki, “ nə etsələrdə onları döyməyəcəkdir”. Onlar maşını idarə edə-edə telefonla danışırdılar. O, onları dəmir parçası ilə vurmamışdır. Onu Baş İdarəyə apardıqda orda telefonunu əlindən alıb içindəki məlumatları silmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o,01 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində Arzuya zəng edərək onu Göygölə bacısıgilə aparmağını xahiş etmişdir. Onlar, Gəncə şəhəri “Şəmkir avtovağzalı”nı keçdikdən sonra Arzunun idarə etdiyi avtomobilin qarşısında ağ rəngli “Hyundai İX35” markalı avtomobil hərəkət etmiş, həmin avtomobil ikinci hərəkət zolağında çox aşağı surətlə hərəkət etmiş, buna görə də Arzu həmin avtomobilin sol tərəfindən keçərək hərəkətini davam etdirmiş, Arzu həmin avtomobili keçdikdən sonra mobil telefonuna zəng gəldiyi üçün idarə etdiyi avtomobilin surətini azaldıb hərəkət istiqamətinin sağ tərəfinə çəkmiş, həmin vaxt “Hyundai İX35” markalı avtomobil onların olduğu avtomobili ötüb keçmiş, həmin avtomobil onların olduğu avtomobili keçdikdən sonra qəsdən Arzunun idarə etdiyi avtomobilin qarşısında qəfildən əyləci sıxmış, həmin vaxt Arzunun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin Hyundai markalı avtomobilin arxa sol tərəfindən yüngül dəymiş, bundan sonra Arzu avtomobili saxlamış, həmçinin Təqsirləndirilən şəxs avtomobili saxlamış, həmin vaxt o avtomobildən düşüb həmin şəxsə etdiyi hərəkətə görə iradını bildirmiş, o, Təqsirləndirilən şəxs sözlə iradını bildirdikdən sonra Zaur onun ünvanına nalayiq söyüşlər söymüş, Arzu maşından düşüb gəldiyi zaman Arzunu təpiklə vurmaq isdədikdə o, qolunu qabağa vermiş və təpik onun qoluna dəymişdir. Yolun kənarında ağaclara dayaq kimi qoyulmuş dəmirlərdən birini götürüb onun qoluna dəmir parçası ilə zərbələr endirmişdir. O, 102 xidmətinə zəng etmiş və gəlib onları İdarəyə aparmışlar. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zaurun təpik zərbəsi onun qoluna dəymiş, dəmir parçası onun qolunu cızmışdır. Həmin dəmir parçasını yolun kənarında olan şam ağaclarını qorumaq üçün qoymuşlar. Arzunun əmlakına zərər dəymişdir. Ona fiziki zərər dəyməmişdir.O, əvvəllər analoji hadisədə zərərçəkmiş qismində iştirak etməmişdir. Bu başına gələn ilk hadisədir. Onların maşını Zaurun maşınına toxunmuşdur. Onların maşını Zaurun maşınına dəydikdə Zaur maşınını saxlayıb düşərək onlara söyüş söyməyə başlamışdır. O, onlara bildirmişdir ki, o, jurnalistdir, onları çəkib xəbər sayıtlarında paylaşacaqdır. Həmin yolda başqa avtomobillərdə olmuşdur. Onlar kənardan durub onları izləmişlər. Onlara müdaxilə edən olmamışdır. Polislər gəldikdən sonra Zaur sakitləşməyə başlamışdır. Polislər gələnə kimi o, çox əsəbi idi. Hadisə təxmini 10-15 dəqiqə davam etmiş, sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Etdiyi hərəkətə görə onu bağışlamır. O, Arzunu çoxdan tanıyır. Arzu onu evindən götürmüşdür. Hadisə şəhərin çıxacağında Gəncə petrolun yaxınlığında baş vermişdir. Zaur onların qabağına keçib qəfildən əyləci sıxmış və nəticədə onların maşını Zaurun maşınına dəymişdir. Həmin günü polis əməkdaşları ona zəng etməmişlər. Zaur ümumi söyürdü, konkret ad bildirmirdi, O, Arzudan qabaq maşından düşmüşdür. Arzuya təpik atmaq isdəyəndə o, özünü qabağa vermiş və nəticədə təpik ona dəymişdir. Eyni zamanda Zaur onun alnından yumruq zərbəsidə vurmuşdur. Zaur onun sinəsindən itələyərək yerə yıxmış və yerdəki dəmir parçasın götürərək ona həmin dəmir parçası ilə zərbə endirmişdir. Hadisə zamanı Zaur çox əsəbi olduğu üçünonlara üzr isdəməyə şans verməmişdir. İbtidai istintaqdakı ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından müdafiə tərəfinin vəsatəti əsasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, Zərərçəkmiş şəxs2 onun dostudur, 01 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində o, Arzunun idarə etdiyi “Chevrolet Cruze” markalı, **- EX-*** dövlət nömrə nişanlı avtomobili ilə Göygöl rayonu Quşqara qəsəbəsinə gedərkən o qabaq sağ oturacaqda oturmuş, Gəncə şəhəri, “Şəmkir avtovağzalı”nı keçdikdən sonra Arzunun idarə etdiyi avtomobilin qarşısında ağ rəngli “Hyundai İX35” markalı **-DT-*** dövlət nömrə nişanlı avtomobil hərəkət etmiş, həmin avtomobil ikinci hərəkət zolağında çox aşağı surətlə hərəkət etmiş, buna görə də Arzu həmin avtomobilin sol tərəfindən keçərək hərəkətini davam etdirmiş, Arzu həmin avtomobili keçdikdən sonra mobil telefonuna zəng gəldiyi üçün idarə etdiyi avtomobilin surətini azaldıb hərəkət istiqamətinin sağ tərəfinə çəkmiş, həmin vaxt “Hyundai İX35” markalı avtomobil onların olduğu avtomobili ötüb keçmiş, həmin avtomobil onların olduğu avtomobili keçdikdən sonra qəsdən Arzunun idarə etdiyi avtomobilin qarşısında qəfildən tormoz vermiş, həmin vaxt Arzunun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin Hyundai markalı avtomobilin arxa sol tərəfindən yüngül dəymiş, bundan sonra Arzu avtomobili saxlamış, həmçinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili saxlamış, həmin vaxt o avtomobildən düşüb həmin şəxsə etdiyi hərəkətə görə iradını bildirmiş, o adını sonradan bildiyi Təqsirləndirilən şəxs sözlə iradını bildirdikdən sonra Zaur onun ünvanına nalayiq söyüşlər söyərək üzərinə gəlmiş və təpiklə ona tərəf zərbə atmış, o sağ qolunu qabağa tutduğu üçün Zaurun atdığı təpik onun sağ qoluna dəymiş, sonra Zaur ona tərəf yumruq zərbələri atmış və Zaurun zərbələrindən biri onun alın nahiyyəsinə dəymiş, bundan sonra onlar əlbəyaxa olmuşlar və həmin vaxt Zaur onu yolun kənarına çəkilmiş divardan ağacların arasına yıxmış, Zaur onu ağacların arasına yıxdıqdan sonra həmin yerdən bir ədəd dəmir parçası götürüb yenidən onun üzərinə gəlmiş, Zaur onun üzərinə gələrək əlində olan dəmir parçası ilə onun sol qoluna zərbələr vurmuş, bundan sonra Arzu onlara yaxınlaşaraq aralaşdırmağa çalışmış, həmin vaxt yoldan keçən maşınlar da onların yanında dayanaraq dava-dalaşa baxmışlar, həmçinin həmin vaxt yanlarına polis maşını gəlmiş və polis əməkdaşları onları aralaşdırmış, həmçinin həmin vaxt hadisə yerinə X3 əməkdaşları gəlib yol nəqliyyat hadisəsini sənədləşdirmişlər, sonra isə onları Gəncə şəhər Baş polis idarəsinə gətirmişlər. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Arzudan qabaq avtomobildən düşdüyü üçün Təqsirləndirilən şəxs onunla dalaşmağa başlamış və onu əvvəlcə təpik-yumruqla, sonra isə yerə yıxdıqdan sonra yerdən götürdüyü dəmin parçası ilə vurmuş, həmin vaxt Arzu da yanlarına gələrək onu Zaurun əlindən almağa çalışmış, belə ki, Arzu onun belindən tutub kənara çəkirmiş, həmin hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə vaxtı yanlarında əvvəlcə yoldan keçən tanımadığı avtomobillər dayanıb onlara baxmış, sonradan isə polis əməkdaşları da gələrək onları aralaşdırmış, hadisə vaxtı o hər iki qollarından və alın nahiyyəsindən xəsarət almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə zamanı maşını o idarə edirdi. Birinci olaraq Tofiq ona zəng etmişdir. Hadisə olan günü o, Tofiqlə iki dəfə görüşmüşdür. Onlar birinci görüşüb çay içmişlər. Bir neçə saat sonra Tofiq ona zəng edərək onu Göygöl rayonuna bacısıgilə aparmasını xahiş etmişdir. O, Tofiqi Sadıllı yolunda götürmüşdür. Maşını idarə edən zaman o, telefonla danışmamışdır. Ona maşını idarə etdiyi zaman telefon zəngləri gəlmiş o, zəngə cavab vermək üçün maşını kənarda saxlamış, zəng dayandığı üçün təkrar maşını sürməyə başlamışdır. Sonra görmüşdür ki, Zaur onlara baxaraq telefonla danışır. o, Zaurun maşınını arxadan vurmamışdır. O, diqqət etmişdir ki, onun maşının hər iki tərəfidə vurulmuşdur. Bunu Zaura bildirdikdə isə ona cavab olaraq bildirmişdir ki, “ vururlar da, pulunu verirlərdə”. Zaur onlara qarşı nalayiq ifadələr işlətmişdir. Tofiq maşından ondan qabaq düşərək Zaurun yanına getmişdir. O, artıq maşından düşdüyü zaman Zaurla Tofiq arasında mübahisə başlamışdır. Tofiqin Zaura hər hansı bir zərbə vurduğunu görməmişdir. O, onların ikisinində yerə yıxıldığını görmüşdür. Hadisə təxmini 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki,o, yolu keçmək isdəyəndə Zaurda onunla bərabər surəti artırmış, o, surəti azaldanda Zaurda onunla bərabər surətini azaltmışdır. Onun Zaurun qabağına keçib saxlaması Zaurun xoşuna gəlməmiş, Tofiq maşının pəncərəsin açaraq Zaura nə iş gördüyünü bildirmiş və Zaur nalayiq ifadələr işlətməyə başlamışdır.O, maşından düşdüyü zaman Zaurun Tofiqi vurduğunu görmüşdür. Zaur onu iki dəfə vurmaq isdəyəndə Tofiq qoymamışdır. Tofiqin qolları cırıq-cırıq idi, qolunda və alnında qızartılar var idi. Onlar dalaşdığı zaman onun onları ayırmağa gücü çatmamışdır. Zaur telefonu əlinə alaraq Tofiqi hədələmiş, ona bildirmişdir ki, sən gör mən nə edəcəm. Hadisə zamanı orda iki maşın da dayanmışdır. Kənardan hadisəyə birbaşa müdaxilə edən olmamış, ancaq “lazım deyil” kimi ifadələr işlədilmişdir. Polis əməkdaşları gəlib onları ayırmışdır. Zaur Polis əməkdaşları gəldikdə sakitləşməyə başlamışdır. O, polis əməkdaşlarına kimin zəng etdiyini bilməmişdir. Polis əməkdaşları gəlib onun haqqında qanunsuz protokol tərtib etmişlər. O, cərimə məbləği az olduğu üçün həmin protokoldan heç bir şikayət verməmişdir. O, Tofiqi uzun müddətdir tanıyır. O, Tofiqlə hadisə baş verən günü iki dəfə görüşmüşdür. Birinci görüşlərində onlar birlikdə oturub çay içmişlər. Onlar ayrıldıqda iki saat sonra görüşmüşlər. Hadisə baş verdiyi yerdə Təhlükəsizlik kameralarının olub-olmamağını bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,hadisə təxmini olaraq onun yadında qalmışdır. Tam olaraq hadisəni xatırlamır. Onlar öz marşurut xətləri istiqamətində hərəkət edən zaman yolda bir neçə maşınların dayandığını görmüşlər. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün növbədə olmuş, üç nəfər şəxsin yolun kənarında bir-birinə söyməsini görmüşdür. Növbə yoldaşı Pərviz maşından ondan qabaq düşmüş, sonra isə o düşmüşdür. Zaur öz maşınının yanında dayanmışdı, aralarında mübahisə gedirdi. Bir-birləri ilə söz mübahisəsi edirdilər. Əlbəyaxa olmadılar. Onlar mübahisə edən bütün şəxslərigötürüb şöbəyə aparmışlar. O, hadisədən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamır. Onların bir-birinə dediyi sözlər onun yadında qalmamışdır.Onları şöbəyə aparmışlar, amma onların maşınları hadisə yerində qalmışdır. O, maşından düşəndə Pərviz artıq onları maşına mindirirdi. Şahid2ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqında elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 10 saylı marşurut xətti üzrə xidmətdə olmuş, xidməti əraziləri Gəncə şəhəri, təzə “Şəmkir avtovağzalı” və avtovağzalın ətrafı yəni aeroport yoluna qədər olan ərazi olmuş, 01 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində o yenə Şahid1 ilə birlikdə marşurut xətti üzrə aeroport istiqamətində hərəkət edən vaxt Gəncə-Şəmkir yolunun “dostluq” mebel evinin yaxınlığında avtomobillərin dayandığını və insanların toplaşdığını görmüş, buna görə də tez həmin yerə yaxınlaşmış, onlar həmin yerə yaxınlaşdıqda bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin yüksək səslə nalayiq söyüşlər söyərək əlində olan dəmir parçası ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 vurduğunu görmüşlər, onlar tez xidməti avtomobildən düşüb yaxınlaşıb aralaşdırmış, bundan sonra onların hər ikisi mobil telefonları ilə DİN-nin 102 xidmətinə müraciət etmişlər, həmin vaxt onlara məlum olmuşdur ki, “Chevrolet Cruze”markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı və “Hyundai İX35” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduğu üçün “Hyundai İX35” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs digər avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə söymüş və onu əvvəlcə yumruq təpiklə vurmuş, onlar gələn vaxt isə əlində dəmir parçası ilə vurmuş, çox çətinliklə Təqsirləndirilən şəxs sakitləşdirərək, Təqsirləndirilən şəxs və Zaurun hücumlarına məruz qalmış Zərərçəkmiş şəxs1 Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirməyə nail olmuşlar. Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, onlar hadisə yerinə çatdıqda yoldan keçən bir neçə avtomobildə dayanmış və təxminən 5- 6 nəfər şəxsin ətrafa toplaşdığını görmüş, lakin o həmin şəxslərin kim olmasını bilməmiş, onlar hadisə yerinə çatan kimi dalaşan adamian aralaşdırmağa başlamışlar, artıq həmin şəxsləri aralaşdıran vaxt isə ətrafda dayanmış digər avtomobillər çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar hadisə olan vaxt Heydər Əliyev parkında xidmətdə olmuşlar. Onlar öz marşrut xətti istiqamətində hərəkətdə olduqları zaman yolda bir neçə maşının dayandığını görmüşlər. Bir nəfər onlara yaxınlaşaraq 102 xidmətinə zəng etdiyini bildirmişdir. Onlardan biri gəlib demişdir ki,onun maşınının qabağında əyləc sıxılmışdır. Zaur həmin vaxt telefonla danışırdı.Onlar 3 nəfər idilər, ikisi onlarla getmiş, digəri isə taksi ilə getmişdir. 3 nəfər şəxsdən biri bildirmişdir ki, o döyülmüşdür. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerində tərəflərin bir-birinə nalayiq ifadələr işlətdiyini eşitmişdir. Biri bildirmişdir ki, digərinin maşını onun qabağına keçmiş, digəridə bildirmişdirki, onun maşını vurulmuşdur. Həmin 3 nəfər şəxslərdən biri bildirmişdir ki, hərşeyi çəkmişdir. Zaur onu dəmir parçası ilə vurmadığını bildirmişdir. O, dəmir parçasını görməmişdir. Zərərçəkmiş bildirmişdir ki, Zaur onları gördükdə dəmir parçasının yerə atmışdır.Hadisə yerində başqa maşınlar da dayanmışdı, cəmi 7-8 nəfər var idi. O, kənar maşınların sürücülərindən oranı tərk etməsini tələb etmişdir. O, aralarında mübahisə olan şəxsləri Baş İdarəyə aparıb Təhqiqat şöbəsinə təhvil vermişdir. O, onları 1-ci mərtəbədə təhvil verib xidmətə qayıtmışdır. O, əvvəllər həmin şəxsləri tanımamışdır. Onlara hadisə haqqında heç bir məlumat verilməmişdir. Onlar hadisəni təsadüfən görmüşlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqında elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 2013-cü ildən DİO-da və həmin ildən də Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı xüsusi rütbəsindədir, vəzifəsi təyin olunmuş marşurut xətti üzrə hərəkət edərək baş vermiş cinayətlərin qarşısını almaq olmuş, 01 avqust 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə 10 saylı marşurut xətti üzrə xidmətdə olmuş, xidməti əraziləri Gəncə şəhəri, təzə “Şəmkir avtovağzalı” və avtovağzalın ətrafı yəni aeroport yoluna qədər olan ərazi olmuş, 01 avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində o yenə Şahid2 ilə birlikdə marşurut xətti üzrə aeroport istiqamətində hərəkət edən vaxt Gəncə-Şəmkir yolunun “dostluq” mebel evinin yaxınlığında avtomobillərin dayandığını və insanların toplaşdığını görmüş, buna görə də tez həmin yerə yaxınlaşmış, onlar həmin yerə yaxınlaşdıqda bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin yüksək səslə nalayiq söyüşlər söyərək əlində olan dəmir parçası ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 vurduğunu görmüşlər, onlar tez xidməti avtomobildən düşüb yaxınlaşıb aralaşdırmış, bundan sonra onların hər ikisi mobil telefonları ilə DİN-nin 102 xidmətinə müraciət etmişlər, həmin vaxt onlara məlum olmuşdur ki, “Chevrolet Cruze”markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı və “Hyundai İX35” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduğu üçün “Hyundai İX35” markalı, 99-DT- 035 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs digər avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 nalayiq söyüşlər söymüş və ona əvvəlcə yumruq təpiklə vurmuş, onlar gələn vaxt isə əlində dəmir parçası ilə vurmuş, çox çətinliklə Təqsirləndirilən şəxs sakitləşdirərək, Təqsirləndirilən şəxs və Zaurun hücumlarına məruz qalmış Zərərçəkmiş şəxs1 Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirməyə nail olmuşlar.Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, onlar hadisə yerinə çatdıqda yoldan keçən bir neçə avtomobildə dayanmış və təxminən 5-6 nəfər şəxsin ətrafa toplaşdığını görmüş, lakin o həmin şəxslərin kim olmasını bilməmiş, onlar hadisə yerinə çatan kimi dalaşan adamlarıaralaşdırmağa başlamışlar, artıq həmin şəxsləri aralaşdıran vaxt isə ətrafda dayanmış digər avtomobillər çıxıb getmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 01 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində baş vermişdir. - 01 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Məhkəmə tibbi ekspertizasının 01 avqust 2023-cü il tarixli 1184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. - “Avtoservis və Ticarət” Gəncə müəssisəsindən xx.xx.2023-cü il tarixdə alınmış arayışdın görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Cruze” markalı, **-EX-*** dövlət nömrə nişanlı Tünd yaşıl rəngli avtomobilin qabaq ön bamperinin sol yarımkürəsi sıyrılmış və zədələnmiş, nəticədə avtomobilə 30 manat maddi ziyan dəymişdir. - Məhkəmə tibbi ekspertizasının 02 avqust 2023-ci il tarixli 1180 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 İsrəfıl oğlunun bədən səthi üzərində sağ mil bilək oynağı nahiyyəsinin yumuşaq toxumalarının oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinlik halında əzilməsi, sol bazu nahiyəsinin qançırı yarasıbərk küt əşyanın təsiri nəticəsində, hər iki said nahiyyəsinin sıyrıqları iti uclu əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2023-cü il tarixli Qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 331.3-cü maddələri təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə və 100 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və xx.xx.2010-cu il tarixdə cərimə cəzasını tam ödəmişdir. Bundan başqa Gədəbəy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Gəncə Appelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR.CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon məhkməsinin qərarı ilə barəsində Amnistiya aktı tətbiq edilərək cəzası azaldılmışdır. - 01 avqust 2023-cü il inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. -Məhkəmə kompüter texniki ekspertizanın xx.xx.2023-cü, il tarixli 5/1382 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10”əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A50” markalı “SM-A505F/DS” modelli **********85377, **********85375 “İmei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Həmin smartfonun yaddaşından pozulmuş məlumatlar müəyyən edilərək xarici yaddaş qurğusuna əlavə edilmişdir. -Məhkəmə ekspertiza mərkəzindən təqdim olunmuş bir ədəd Flaş karta məhkəmə istintaqında baxış keçirilmiş,baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefonda bərpa olunmuş faylların arasında 01 avqust 2023-cü il tarixdə yazılıb sonradan silinmiş səs yazısı olmamışdır. - Gəncə Şəhər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli Qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 noyabr 2023-cü il tarixədək uzadılmışdır. - Gəncə şəhər Baş Polis İdarəsinin 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, cinayət hadisəsinin baş verdiyi ərazidə “Təhlükəsiz şəhər” xidmətinin kameralarının yaddaşsaxlama müddəti 1 ayadək olduğundan 01 avqust 2023-cü il tarixə hər-hansı görüntünün əldə edilməsi mümkün olmamışdır. - 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin Gəncə şəhər Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 102 Xidmətinə müraciətləri daxil olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin özünü ona qarşı irəli sürülən ittihamda təqsirli bilməməsi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilmişdir. Belə ki: Müdafiə tərəfi ilk olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxslər cinayət hadisəsi törədildiyi əraziyə xeyli əvvəlcədən bir neçə dəfə gəlmiş, Təqsirləndirilən şəxs həmin ərazidən səhər saat 10 radələrindən keçəcəyindən məlumatlı olmuş, edəcəkləri provokasiyanı öncədən planlaşdırmışlar. Məhkəmə bu məsələnin araşdırılması məqsədilə, müdafiə tərəfinin vəsatəti əsasında 11 mart 2024-cü il tarixli Qərar qəbul etmiş, zərərçəkmiş şəxslərin istifadəsində olan mobil nömrələrin hadisə baş verən gün hansı anten dairəsində olmasının müəyyən edilməsini qərara almışdır. Bakcell MMC-nin məktubuna əlavə edilmiş CD disk məhkəmə iclasında tədqiq edilmiş, zərərçəkmiş şəxslərin hadisə baş verən gün məhz saat 10 radələrində həmin ərazidən keçməkləri, öncədən həmin əraziyə gəlməmələri müəyyən edilmişdir. Beləliklə, müdafiə tərəfinin yuxarıda göstərilənlər barədə bildirdikləri təkzib edilmişdir. Digər tərəfdən, şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə məhkəmə istintaqında vermiş olduqları ifadələri arasında ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, ibtidai istintaq zamanı şahidlər təqsirlənirilən şəxsin zərərçəkmiş şəxsi dəmir parçası ilə vurduğunu gördüklərini bildirsələr də, məhkəmə istintaqında verdikləri ifadələrində bunu təkzib etmişlər. Həmin ziddiyyətin nə ilə bağlı olması barədə şahidlərə sual ünvanlanmış, onlar bunu ibtidai istintaqdakı ifadələrini oxumadan imzalamaları ilə əsaslandırmışlar. Belə olan halda, məhkəmə həmin ziddiyyətin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsini məqsədəmüvafiq hesab edərək, şahidlərin məhkəmə istintaqında vermiş olduqları ifadələri daha mötəbər hesab edir. Lakin, iş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 02 avqust 2023ci il tarixli 1180 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs1 bədəni üzərindəki xəsarətlərin bərk küt əşyanın təsiri nəticəsində, məhz həmin gün əmələ gəlməsi müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı şahid ifadələri ilə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəmir parçası ilə onun sağlamlığına zərər yetirməsi faktı öz təsdiqini tapmasa da, Cinayət Prosessual Məcəllənin 264.1-ci maddəsinə elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tətbiq edilməklə əldə edilmiş ekspert rəyi iləhəmin fakt öz təsidiqini tapmışdır. Məhkəmə yuxarıda qeyd edilən fakta münasibətdə ekspert rəyini daha mötəbər sübut hesab edir. Əlavə olaraq, məhkəmə bu halın müəyyən edilməsi məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə həmin gün təqsirləndirilən şəxs və ya zərərçəkmiş şəxslər tərəfindən müraciətlərin edilibedilməməsi, edildiyi halda həmin müraciətlərin məzmunu barədə, Gəncə şəhər Baş Polis İdarəsinə həmin ərazidə olan “Təhlükəsiz şəhər” xidməti kameralarının hadisə baş verən gün üçün görüntülərinin əldə edilməsinə dair sorğu ünvanlasa da, hər hansı məlumat əldə edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında istinad etdiyi digər hal isə hadisənin görüntülərinin onun tərəfindən mobil telefonun kamerasına qeydə alınması, lakin sonradan polis əməkdaşları tərəfindən onun silinməsi olmuşdur. Məhkəmə bu hala qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə kompüter texniki ekspertiza Təqsirləndirilən şəxs mobil telefonunun yaddaşında silinmiş faylların olması nəticəsinə gəlmiş, həmin faylları xarici yaddaş qurğusuna əlavə etmişdir. Cinayət işi materiallarına sübut qismində əlavə edilmiş Flaş karta məhkəmə istintaqında baxış keçirilsə də, hadisə baş verən tarixə aid hər hansı bir faylın silinmiş fayllar sırasında olmaması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxsin şəxsiyyətinə aid hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müşahidə edilməsə də, şəxsin əvvəllər analoji cinayətə görə məhkum edilməsi iş materiallarına əlavə edilmiş tələbnamədən görünür. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bütün humanist institutlardan yararlandığı halda onun yenidən eyni xarakterli cinayəti törətməsi onun islah edilmədiyi, azadlıqdan məhrum etməyə alternativ cəzanın onun islah edilməyinə kifayət etməməsi nəticəsinə gəlinməsinə əsas verir. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şəxsin həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi barədə qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung A50” markalı telefon sahibinə qaytarılmalı, bir ədəd dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan məhv edilməli, iş üzrə sübut kimi tanınmış 1 ədəd “flaş” kart cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə obyekti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung A50” markalı telefon sahibinə qaytarılsın, bir ədəd dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan məhv edilsin, iş üzrə sübut kimi tanınmış 1 ədəd “flaş” kart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-76/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-76/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver