Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-76/2025 20.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi –Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 119B, mənzil 8-də yaşamış, barəsində ”həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və Gəncə şəhər 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində 19 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Gəncə şəhəri, Vaqif küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər 1-ci PŞ-yə gətirilmiş və Polis Şöbəsinin inzibati binasında üzərində aparılmış şəxsi axtarış zamanı, onun əynində olan tünd boz rəngli cins şalvarın sağ ön yan cibindən gümüşü rəngli siqaret falqasma bükülmüş təmiz çəkisi 1,076 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, 2 aya yaxındır ki, “patı” adlandırdığı psixatrop maddə olan metamfetamindən istifadə etməyə başlamış, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində “Gəncə” çayının yaxınlığında gəzən zaman yerdə siqaret qutusu görmüş, həmin siqaret qutusunu götürüb içərisinə baxdıqda içərisində siqaret falqasına bükülmüş bükülü olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülünün də narkotik vasitə olduğunu fikirləşərək bükülünü açmış, bükülünü açıb baxan zaman içərisində «patı» kimi adlandırdığıpsixotrop maddə olan metamfetamin olmasını görüb gələcəkdə özü istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Gəncə şəhəri Vaqif küçəsi ilə V.Xuluflu küçəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişlər, Şöbədə onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməyi təklif etmiş, o da əynində olan tünd boz rəngli cins şalvarının sağ ön cibində saxladığı siqaret falqasına bükülmüş halda psixotrop maddə olan metamfetamin olan bükümü təqdim etmiş, bundan başqa üzərində olan bir ədəd alışqanı, bir ədəd 1 manatlıq və bir ədəd 20 qəpiklik pulu təqdim etmiş, bundan sonra onun üzərinə baxış keçirilmiş və ondan başqa heç bir əşya aşkar edilməmiş, onun təqdim etdiyi bükülü açılmış və həmin bükülüdən patı kimi adlandırdığı psixotrop maddə olan metamfetamin çıxmışdır. Lakin təqsirləndirilən şəxs son sözündə onun heç bir təqsiri olmadığını, psixotrop maddəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, belə ki, əməliyyatçılardan Oktay, digəri isə qeyri-rəsmi işçi olan bir şəxs ona əgər psixotrop maddənin ona məxsus olduğunu etiraf edərsə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza alacağını və 3 ay sonra buraxılacağını bildirmişlər. O, da bu vədə inanaraq razılaşmış, sonradan azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyini dərk etdiyindən özünə xəsarət yetirmişdir. Onun çəkilişdən öncə psixotrop maddə cibinə qoyulmuş və o, da maddənin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə iclasında Şahid1 izahatında göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 may 2024-cü il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 119, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, bundan sonra cinayət axtarış bölməsinin əməliyyat müvəkkili OktayVerdiyev ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Vaqif küçəsi ilə Vəli Xuluflu küçəsinin yaxınlığında olmasını müəyyən edib həmin yerdə yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra Orxana üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar, müdafiəçi ilə təmin edildikdən sonra, ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ ön cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş bükülünü təqdim etmiş, həmin 1 ədəd qızılı rəngli siqaret falqasına baxış zamanı ağ rəngli kristal şəkilli spesifik iyli ilk baxış psixotrop maddə olan metamfetamin olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 18 may 2024-cü il tarixdə «Gəncə» çayının yaxınlığından yerdən tapdığını öz istifadəsi üçün üzərində gəzdirdiyini heç kəsə satmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1.29 qram gəlmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqındaxx.xx.2024-cü il tarixli qərardan görünür ki,toplanmış HK-1/1388 material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan, görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həmən tarixdə, saat 00:10-datutulmuşdur(i.v.8); - “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki,Gəncə BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 həmin şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat müvəkkili polis kapitanı Şahid2Dunay oğlunun, və Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ ön cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş bükülünü təqdim edir. Həmin 1 ədəd qızılı rəngli siqaret falqasıra baxış zamanı ağ rəngli kristal şəkilli spesfik iyli ilk baxış pisxotrop maddə olan metamfetamin olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəyə öz aralarında patı deyirlər və həmin maddəni 18 may 2024-cü il tarixdə “Gəncə” çayının yaxınlığından yerdən tapdığını öz istifadəsi üçün üzərində gəzdirdiyini heç kəsə satmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və 1.29 qram gəldiyini görünür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində ilk baxışdan pisxotrop maddə olan metanfetamin' olan bir ədəd gümüşü falqa zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 110 şaylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir (i.v.30-31); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin19 may 2024-cü il tarixli 16/576nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxsüzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 1,076 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotropmaddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (i.v.40-41); - “cinayət işinin icraata qəbul edilməsi” haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsi üçün icraata götürülmüşdür. - 20 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v. 53); - 20 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 61-63); - 20 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və polisin nəzarəti altına vermə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsidə“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v.74-75); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir.( i.v. 79); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 489 saylı rəydən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifafə halları olmuşdur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v.108); - “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.109-110); - “Şəxsin könüllü olaraq özünü təhqiqat orqanına təqdim etməsi” barədə 07 avqust 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40da könüllü olaraq Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim etmişdir (i.v. 115); - “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.112-113); - “Sübutların qiymətləndirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvifiziki ekspertizasının19 may 2024-cü il tarixli 16/576 saylı, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 489 saylı rəyi,24 may 2024-cü il tarixli, ********* saylı əməliyyat tapşırığına cavab məktubu, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TBdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir( i.v.121-128); - xx.xx.2024-cü il tarixli 1(125)-432/2024-cü il tarixli Gəncə Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs qətimkan” tədbiri ilə əvəz edilmişdir. - 19.11.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması” barədə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:15-də Gəncə şəhər ərazisində saxlanılan zaman məsuliyyətdən yayınmaq üçün üzərində olan bıçaqla qarın boşluğuna 2 dəfə daxilə keçən xəsarət yetirmiş, dərhal bıçaq əlindən alınaraq 1 saylı Gəncə Şəhər Birləşmiş xəstəxasına aparılaraq Cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. - xx.xx.2024-cü il tarixli 3-16-17/41/2-6901 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. - 25.11.2024-cü il tarixli 3-16-17/412-6950/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə Müəssisəsinə göndərilmişdir. - Ambulator, stasionar xəstənin tibb kartasından 1827 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarın divarı açıq yarası, sol aşağı epiqastralarter yaralanması, nazik bağırsağın çoxsaylı yaralanması, müsaqirənin çoxsaylı yaralanması diaqnozu qoyulmuşdur. - Gəncə şəhər Probasiya Şöbəsinin 20 fevral 2025-ci il il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci i tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 1 (104)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə onun cəzası 4 il müddətinə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2020-ci il, cəzasının sonu isə xx.xx.2024-cü il tarix hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-687/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetamin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında son sözündə polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində psixotrop maddə metafetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş, məhkəmə istintaqı zamanı bu barədə heç bir ifadə və yaxud vəsatət verməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdəntəqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Eləcə də ibtidai istintaqda verdiyi ifadənin eynisi də məhkəmə istintaqı zamanı vermişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilənşəxsin məhkəmə iclasında son söz olaraq verdiyi ifadəsini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq psixotrop maddə qəbul etməsi, psixotrop maddəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsifedilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Belə ki, O.S.X3 Məhkəməsinin 1(104)-572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının, Binəqədi Rayon Məhkəməsinin 7(001)-687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. O, şərti olaraq cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 19 may 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. CM-nin67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdiricihalları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədiO.M.Məmmədovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının, Binəqədi Rayon Məhkəməsinin 7(001)-687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 10 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin oluncaq azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli Gəncə şəhəri ərazisində saxlanıldığı andan – xx.xx.2024-cüil tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 1,016 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2Müsəllim oğluna dövlət büdcəsi vəsaiti hesabına 144 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 7(001)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-572/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Binəqədi Rayon Məhkəməsinin 7(001)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 10 (on) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmdədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 1,016 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-76/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-76/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver