Məhkəmə qərarları › İş №1(125)-77/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-77/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-77/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Nizami küçəsi, 4-cü döngə, bina 1, mənzil 25 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o təkrar silah qismində əşyadan istifadə edilməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 bir neçə il bundan əvvəl guya böhtan atmasını bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 29 yanvar 2023-cü il tarixdə saat 11 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstəribictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 saylı binanın dəhlizin giriş hissəsində əlində olan kəlbətini silah qismində tətbiq edib Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq xəbəri olmadan sifət və sol qoluna zərbələr endirib sonuncuya sol qol nahiyəsi və sol gözün alt qapağının qançırı lə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 bir neçə il bundan əvvəl guya böhtan atmasını bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 29 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 saylı binanın qarşısında əlində olan kəlbətini silah qismində tətbiq edib Zərərçəkmiş şəxs1 onu vuracağını deyib zor tətbiq etməsi ilə hədələyib üzərinə hücum edərkən Zərərçəkmiş şəxs1 onun əlində olan kəlbətini almış, bu zaman o, bundan əsəbiləşərək yerdə olan daş parçasını götürüb Zərərçəkmiş şəxs1 atan zaman Zərərçəkmiş şəxs1 həmin an yanında olan Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onları aralamaq istədikdə o, yerdə götürdüyü daş parçasını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 ataraq sonuncuya sağ əlinin üst səthinin yumşaq toxumalarının əzilməsi və hemotoması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlımlığa yüngül xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 bir neçə il bundan əvvəl guya böhtan atmasını bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 29 yanvar 2023-cü il tarixdə saat 19 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, Nizami prospekti, 4-cü dalanda yerləşən 1 saylı binanın yanında Zərərçəkmiş şəxs1 özünə məxsus olan “VAZ 21074” minik markalı **-EX- *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olan zaman o ayaq zərbələri və əlində olan istintaqa məlum olmayan vintaçanla həmin avtomobilə zərbələr endirərək 252 (iki yüz əlli iki) manat dəyərində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs1 avtomobildən düşüb ona bu hərəkətlərinə son qoymasını bildirərkən o, əlində olan vintaçanı silah qismində tətbiq edib tiyəsi ilə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə zərbələr endirib sonuncuya qarın nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsləri uşaq vaxtından tanıyır. Zərərçəkmiş şəxslər uşaq olanda o, sonuncuların oğurluq etdiyinə şahid olmuş, onların həmin vaxtdan bəri ona qarşı ədavəti olmuşdur. Daha sonar o, 2011-ci ildə əsgərlikdə qospitalda yolxucu xəstəliklər şöbəsində müalicə alanda iş üzrə şahid olan Turalın dostu Şükür Şahabzov da orada müalicə almış və orada onun böyrəyini deşməyə çalışmışdır. O, Zərərçəkmiş şəxs1 sexində açar düzəltməklə məşğul olmuş, orada 6-7 ay işləmişdir. Sonra onu zəhərləmək istəmişlər o, zəhərlənərək evdə 4-5 gün yatmışdır. Daha sonra onların yanından işdən çıxmışdır. Üstündən 6-7 ay keçdikdən sonra xx.xx.2023-cü il tarixdə o, həmin şəxlərə qarşı acıqlı olduğu üçün metal sexindən tapdığı evdə saxladığı kəlbətini götürüb Zərərçəkmiş şəxs1 vurmaq üçün getmiş, həmin vaxt Turalın piləkəndən ona doğru gəldiyini görmüş və o, əlindəki kəlbətinlə sonuncunun qolundan vurmuşdur. Daha sonra Tual gedib Aqil Quliyev, Elnur Mustafeyev ilə onun üstünə gəlib, onu təkləmişlər. Biri onun əlini tutub digərləri onu döymüşlər. O, yerdən daş götürüb onlara qarşı atmaq istədikdə onun əlini tutub vurmağa maneə olmuşlar. Həmin gününün axşamçağı o, dayanıb siqarət çəkərkən Tural avtomobil ilə gəlmiş avtomobili onun üzərinə sürmüşdür. Daha sonra oraya Aqil Quliyev, Şahid1 gəlmiş və onu döyməyə başlamışlar. Həmin vaxt o, özünü müdafiə etmək üçün Turalın avtomobilinə təpik vurmuş, lakin avtomobilə heç bir zərbə dəyməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyindən məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun obyektində işləyən Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, Elnur 2019-cu ildə xarici ölkəyə getdiyi üçün öz yerinə işləmək üçün onun obyektinə Təqsirləndirilən şəxs gətirmişdir. Daha sonra karantin olduğu üçün Elnur geri qayıtmış, o, Əlicana işinə davam edə biləcəyini desə də Əlican işləmək istəməmişdir. Əlican onun yanında işləyən vaxt son zamanlar özünü qəribə aparmış, əvvəl o, işlətdiyi mobil telefonun kamerasını sökmüş, daha sonra isə işdə kompyuterin qarşısında kameraları bağlamış, demişdir ki, guya onu izləyirlər. Daha sonra o, evdə qardaşı ilə dalaşmış, ondan onun obyektində gecələyə biləcəyini soruşmuş, o da icazə vermiş, bir gün obyektdə gecələdikdən sonra ona dostuna məxsus evi öz hesabına 150 manat məbləğində kirayə tutmuşdur. Eyni zamanda gündəlik də ona 8 manat işlədiyi üçün pul vermiş və evindən yemək gətirmişdir. Əlican daha sonra öz ailəsi ilə barışmış və öz evinə geri dönmüşdür. O, Əlicanın gördüyü işi bəyənmişdir. Əlican xx.xx.2020-ci il tarixində öləcəyini demiş və həmin tarixdə işə gəlməmiş, daha sonra gəldikdən sonra aqresiv olmuş, gələn müştərilərlə kobud danışmışdır. O, Əlicana sakitləşmək üçün üç gün icazə vermiş, Əlican getmiş və bir daha işə qayıtmamışdır. Daha sonra onlar yeni bir obyekti də istifadəyə vermişlər. O, Əlicanı yolda görəndə təzə obyektdə işləməyi təklif etmiş, lakin o, istəməmişdir. Əlican dediyi kimi onların arasında heç bir ədavət olmamış, onun dostu Şükür Əlicanı onun vasitəsi ilə tanımış, Əlicanın dediyi kimi nə əsgərlikdə nə də başqa yerdə onların mübahisəsi olmamış, həmin vaxtı onlar tanış olmamışdır. xx.xx.2023-cü il saat 10:00-10:30 radələrində o, evindən çıxanda qapını açarla bağladıqda arxadan qaraltı hiss etmiş, arxaya baxmaq istədikdə Əlican onu əlində küt əşya ilə gözündən vurmuş, daha sonra qoluna vurmuşdur. Sonra səs-küyə qonşu gəlmiş, onları aralamış və Əlicanı aparmışdır. Əlican gülə-gülə getmişdir. Daha sonra o, polisə şikayət etmişdir. Hadisənin üstündən biriki saat keçdikdən sonra onun dostu olan Elnur demişdir ki, gedək görək Əlican niyə belə hərəkət edib. Əlican Elnuru görəndə yenidən qızışmış, onu vurduğu küt əşya olan kəlbətini götürmüş, onların üstünə gəlmişdir. Həmin vaxt kənardakı şəxslər onu tutub əlindəki kəlbətini almaq istədikdə o, yerdən daş götürüb onlara tərəf atmışdır. Daş Amilə dəymişdir. Onlar yenə polisə şikayət etmiş, polis onu aparıb dindirib, buraxmışdır. Axşam o, evə gedəndə qonşusu ona zəng etmiş, Əlicanın evin qarşısında onu gözlədiyini ehtiyatlı olmağını demişdir. Əlican onu görən kimi onun avtomobilinə doğru qaçmış, o, özünü itirib tez obyektə doğru geri qayıtmaq istəmişdir ki, obyektdə işçilər ona kömək edər. Əlican avtomobilə təpiklə vurmuş, avtomobil zərbə almışdır. Daha sonra o, özünü avtomobilin qabağına atmış, o təntiyib avtomobili çəkəndə avtomobil kənardakı bardura dəymişdir. O, avtomobildən düşmüş Əlican onun üstünə gələndə o, özünü müdafiə etmək üçün Əlicanla əlbəyaxa olmuş, həmin vaxt Əlican onun qarın nahiyəsindən cızmışdır. Daha sonra o, bilmişdir ki, onun qarnını cızdığı əşya vintaçan olmuşdur. Səsə-küyə kənardan onun tanışları yığılmış və onları aralamağa çalışmışlar. Daha sonra dəfələrlə onu tutublar, yenə də buraxılanda gəlir obyektdə nəlayiq ifadələr işlətmişdir. Ona tez-tez zəng edib, mesaj yazmış onu hədələmişdir ki, dediyi yerə gəlməsə uşaqlarını oğurlayacaqdır. Sonda o, Əlicandan şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamadığı vaxtda işlədiyi obyektdə olan zaman səs-küy eşidib bayıra çıxmış, görmüşdür ki, Əlican əlində vintaçanla Turalın üstünə gəlir, səs-küyə ətrafa qonşular da yığılmışlar. Həmin vaxt Əlicanın anası gəlmiş onu oradan uzaqlaşdırmışdır. Həmin gün Əlican yenə obyektə gəlmiş Şahid1 Əlicana yaxınlaşmaq istəmişdir ki, soruşsun nə istəyir həmin vaxt Əlican yenə vintaçanla Turala doğru cummuşdur, onlar onu sakitləşdirməyə çalışmışlar. O, yerdən daş götürüb atanda daş ona dəymiş və onun əli xəsarət almışdır. Daha sonra Əlicanın anası yenə də gəlmiş, onu yenə aparmışlar. Onlar polisə şikayət etmişlər. Polis aparıb dindirdikdən sonra axşamı Əlicanı buraxmışdır. Həmin gün gecə Tural obyektdən evinə qayıdarkən yenə səs-küy eşitmişlər. Səsə onlar bayıra çıxmış və bayırda insanların yığıldığını Əlicanın yenə Turala hücum etdiyini görmüş və onu ayırmışlar. Turalı obyektə qaytaranda onun paltarları cırıq-cırıq olmuşdur. Onlar yenə də polisə şikayət etmiş, lakin şikayətin nəticəsi olmamışdır. Daha sonra Əlican obyektin qarşısından keçəndə onların ünvanına qarşı nəlayiq ifadələr işlətmişdir. Sonda o, Əlicandan şikayətçi olduğunu, ona qarşı ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun qardaşı əvvəllər tam sağlam, sakit biri olsa da son iki üç ildir ki, onda psixoloji problemlər yaranmışdır. Əlican Zərərçəkmiş şəxs1 obyektində hardasa 6-7 ay işləmiş, daha sonra işdən çıxmışdır. Onlar Turalı tanımış Turalla heç bir ədavətləri olmamışdır. Əlicanın heç bir qohum və qonşu ilə mübahisəsi olmamış, lakin psixoloji problemləri yaranandan bəri Turala qarşı aqressivliyi müşahidə olunmuşdur. Əlicanda hansı səbəbdən psixoloji problemlər yarandığını o bilmir. Hadisə olan günü Elnur ona zəng etmiş, binanın qabağına gəlməyini istəmiş, qardaşı ilə Turalın dalaşdığını demişdir. O, evə gələndə Əlicanın evdə olduğunu görmüşdür. Daha sonra isə polislər gəlib Əlicanı aparmışdır. O, Əlicanla söhbət etdikdə Turalla niyə dalaşdığını soruşanda Əlican hər dəfə bir söz demişdir. Əlicanın hər hansı zəhərlənmə keçirməsini isə o, xatırlamır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işdən evə avtomobili ilə gedəndə yolda çörək almaq üçün dayanmış, həmin vaxt o, Aqilin harasa tələsərək qaçdığını görmüş, nə baş verdiyini soruşanda Aqil cavab verməmiş, o, Aqilin arxasınca gedəndə görmüşdür ki, Tural ilə Əlican bir-birini vurur. O, Aqil ilə birlikdə onları ayırmağa çalışmışlar. Həmin dava təxminən beş dəqiqə çəkmişdir. Səsə-küyə qonşuluqda yaşayan qadınlar çıxmışlar. O, Turalı atasının işlətdiyi aptekin yanında olan obyekti işlətdiyi üçün oradan tanıyır Əlican da orada Turalın yanında işləmişdir. Əlican orada işləyən vaxt onun Tural ilə heç bir mübahisəsi olmamışdur. O, Əlicanın hər hansı psixi pozuntusunun olduğunu bilmir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səhər saat 11:00 radələrində o, obyektdə olanda bir qadın ona Əlican əlində biçaq Turalın üstünə getdiyini demiş, o, qaçaraq həmin yerə getmişdir. O, Əlicanı daha əvvəldən tanımış, Tural ilə Əlicanı da o tanış etmişdir. Onlar bir yerdə işləyəndə Əlican notebookların kameralarını bağlayırmış ki, guya onu kimsə izləyir. Hadisə olan günü Əlican balkonda siqaret çəkərkən o, Əlicandan niyə belə tez-tez Turala hücüm etməsini aydınlaşdırmaq üçün onu çağırmış, belə olan halda Əlican əlindəki vintaçanla ona da hücüm etmişdir. O, Tural ilə birgə Əlicanın əlindəki vintaçanı almışlar. Daha sonra Əlican onlara doğru daş atmışdır. Əlican onlara daş atan vaxt daş Aqilin əlinə dəymişdir. Onların arasında olan mübahisə təxmini 20 dəqiqə çəkmişdir. Onlar onu polisə şikayət etmişdir. Əlican dəfələrlə Tural ilə mübahisə yaşamış, o, hər dəfə Əlicanı sakitləşdirməyə çalışmışdır. Əlican onlarla işləyən vaxt ailəsi ilə mübahisə yaşamış Tural öz evini ona təmannasız vermişdir həmin evdə Əlican 4-5 ay yaşamışdır. Onlar bir yerdə işləyən vaxt Əlican xəstə olduğunu demiş, günorta saatlarında Turaldan pulunu tam şəkildə alıb getmiş, bir daha işə qayıtmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Sabirabad rayonu, Cangən kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində müvəqqəti yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən dayısına məxsus olan 24 saat marketində vaxtını keçirir. Təqsirləndirilən şəxs 2008-ci ildən tanıyır. Zərərçəkmiş şəxs1 isə 2015-ci ildən Gəncə Aqrar Universitetində oxuduğu vaxtdan tanıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində işdən çıxıb Əlicangilin yaşadığı binanın yanında dayısının avtomobilini götürərək evə getmək istəyərkən, binanın yanında bu zaman səsküy eşitmiş, yaxınlaşanda görmüşdür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 mübahisə edir. Həmin vaxt Əlicanın anası Zərərçəkmiş şəxs1 ilə söhbət etmiş, o da Əlicanı qolundan tutaraq evlərinə aparmış daha sonra isə çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti 44 saylı binanın yanında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan eyni zamanda həmin günü, yəni 29.01,2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Nizami prospekti, 4-cü dalan,1 saylı binanın yanında olan dava-dalaşı görməmiş, o sonradan ora gəlmiş, saat 19 radələrində o həmin yerə gələn zaman dava-dalaş artıq olub qurtarmışdır. Təqsirləndirilən şəxs yalan danışır və o oraya gələn zaman artıq dava-dalaş olub qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus bir ədəd kəlbətinə baxış keçirilmiş, götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, təqdim edilən əşya götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 4-cü dalan, 1 saylı binanın yanına hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi 131 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün alt qapağının qançırı, qarın nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi 132 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin üst səthinin yumşaq toxumalarının əzilməsi, hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 82 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs şəxsiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal- hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X2 azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əmələ hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd kəlbətin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi və əməlin onun tərəfindən törədilməməsi ilə bağlı bildirdikləri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamış və məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 11-13 fevral 2023-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 1 (bir)ədəd kəlbətin məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X6 , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 1 (bir) ədəd kəlbətin məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar