Məhkəmə qərarları › İş №1(125)-78/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-78/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-78/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada avto-yuyucu işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2, 167-3.1 və 214-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsinə təkrarən açıq çağırışlar etmiş, müvafiq razılıq olmadan kağız daşıyıcılarda olan dini təyinatlı ədəbiyyatı təkrarən satış və yayma məqsədi ilə qanunsuz idxal etmiş, eləcə də dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər istifadəsində olmuş “Samsung” markalı mobil telefondan istifadə etməklə faktiki yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evindən internet şəbəkəsinə qoşularaq “İnstagram” sosial şəbəkəsində “baqiyah_media” adlı istifadəçi hesabından 13 dekabr 2020-ci il tarixdə “tək aktor terroru” hesab edilən “yalnız canavar” hücumlarının planlaşdırılması və həyata keçirilməsi qaydalarını açıqlayan “yalnız kurdun el kitabı” adlı kitabı “PDF” formatda paylaşmış, daha sonra həmin istifadəçi hesabından 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Bakı şəhərində birgə keçirilmiş hərbi paradı əks olunmuş videogörüntüyə “Kafirlər tağut yolunda vuruşurlar, elə isə şeytanın dostları ilə vuruşun” məzmunlu, habelə həmin vaxt istifadəsində olmuş “Samsung” markalı mobil telefona yüklədiyi “İnshot” mobil tətbiqi vasitəsilə xarici dildə verilmiş yazıları azərbaycan dilinə tərcümə etdikdən sonra “baqiyah_media” adlı istifadəçi hesabından 27 yanvar 2021ci il tarixdə, “al.baqiyah.media” adlı istifadəçi hesabından 14 aprel 2021-ci il tarixdə «Biz sizi mübarizəmizdə yeni bir mərhələyə girdiyimiz mövzusunda müjdələyirik», «Sizə ən əvvəldəki öncələyimiz mövzusunda xatırlatma etmək istəyirəm, O da “Əsirlərin Qurtarılmasıdır”», «Bu mərhələyə «Divarların Dağıdılışı» adını verdiyimiz əməliyyat ilə başlayacağıq», «Əsirlərimizə zülm edən hakimlər, prokurorlar, sorğu zabitləri və gözətçiləri axtarılanlar siyahısının ən başında qoyun», «Düşmənlərimizin qalalarını parçalayacağıq» məzmunlu, 08 fevral 2021-ci il tarixdə «baqiyah_media» adlı istifadəçi hesabından «Terror islamdandır və bunu inkar edən kafirdir» məzmunlu sosial şəbəkənin bütün istifadəçilərinə aşkar surətdə yayılan yazılar yerləşdirməkləictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsinə təkrarən açıq çağırışlar etmiş, 2022-ci ilin aprel ayından 2023-cü ilin aprel ayının 19-dək olan müddət ərzində Azərbaycan Respublikasının X24 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan İbn Teymiyyənin müəllifi olduğu 2 ədəd “Sırati Mustakim” (İtisam yayınları, İstanbul, 2021),X5 müəlifi olduğu 1 ədəd “X1” (Hadis yayınları, Ankara, 2004),Həsən əl- Aruminin müəllifi olduğu 1 ədəd “Münafıklığın 50 alameti” (Karınca Polen yayınları, İstanbul 2006),Məhəmməd bin Əbdülvəhhab və Nəcd alimlərinin müəllifi olduğu 1 ədəd “Ed-Dürerüs-seniyye fil-ecvibetin necdiyye” (Varakat yayınları, Konya, 2020. 3-cü cild),Abdullah ibn Əhməd ibn Hənbəlin müəllifi olduğu 1 ədəd “Kitabus Sünne er-Reddu ala el Cehmiyye” (Varakat yayınları, Konya),X32 Hibətullah əl-Lələkainin müəllifi olduğu 3 ədəd“Ehli-sünnet vel cemaatin itikadı” (Karınca Polen yayınları, İstanbul, 2022),İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “Kitabul İman” (Karınca Polen yayınları, İstanbul, 2020),İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “Mecmuul fetava” (Darul İman yayınları, İstanbul, 2020), Məhəmməd ibn Saleh əl-Useymin müəllifi olduğu 1 ədəd “Akıdetul vasıtıyye” (Guraba yayınları, İstanbul, 2016),İbn Əbdülhakəmin müəllifi olduğu 1 ədəd “İmam Malik və ashabının rivayetleriyle Ömer b. Abdulaziz. Hayatı-ahlakı-siyaseti” (Nesaim yayınları, Konya, 2019), X18 ibn Əbdülvəhhab ən-Nəcdin müəllifi olduğu 1 ədəd “Nevakidul-İslam metni ve şerhi” (Tevhid ve Sünnet yayın evi, Bursa, 2016),Birgivinin müəllifi olduğu 1 ədəd “Bid'at ve müstehab kabir ziyaretleri” (Guraba yayınları, İstanbul, 2015), Əbül-Fərəc İbnul-Cəvzinin müəllifi olduğu 1 ədəd “Ehli sünnetin İmamı Ahmed bin Hanbel” (İtisam yayınları, İstanbul, 2022),X23 əl-Çubukabadinin müəllifi olduğu 2 ədəd ”Kitabus-Sıfat” (Darus-Sunne yayınları),Məhəmməd ibn İbrahim ibn Saleh əbal-Haylın müəllifi olduğu 1 ədəd “Dört Halife” (Nebevi hayat yayınları, İstanbul, 2017), X31 müəllifi olduğu 1 ədəd “Kitabul İman” (Neda yayınları, Konya, 2021),Mahmud ibn Əbül-Qasım ibn Bedrən əd-Dəştinin müəllifi olduğu 4 ədəd “Allahın mahlukatından ayrı oluşu” (Neda yayınları, Konya, 2023), X9 müəllifi olduğu 1 ədəd “Tevhid Meali” (Tevhid yayınları, İstanbul, 2018),İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “İfrat ve tefrit arasında istikamet” (Guraba yayınları, İstanbul, 2017),İbnül bənna əl-Hənbəlinin müəllifi olduğu 1 ədəd “Erreddu alel mubtedia” (Neda yayınları, Konya, 2020), Əbdülhakim ibn Abdullah əl-Qasımın müəllifi olduğu 2 ədəd “Kulluk ve tevhid acısından mescidleri titreten Fatiha suresi” (Guraba yayınları, İstanbul, 2018),Məhəmməd bin Əbdülvəhhabın müəllifi olduğu 3 ədəd “Mufidul mustefid fi kufri tarikit tevhid” (Akide & Menhec yayınları, İstanbul, 2022),İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “Kabirleri ziyaret etmek ve kabir ehlinden yardım dilemek” (Neda yayınları, Konya, 2021), Məhəmməd ibn Əbdürrəhman əl-Hümeyyisin müəllifi olduğu 1 ədəd “Hanefi ulamasına göre şirk ve sebebleri” (Guraba yayınları, İstanbul, 1999),X19 ibn İsmail əl-Buxarinin müəllifi olduğu 2 ədəd “Kulların fiillerinin yaratılması” (Nesaim yayınları, İstanbul 2021), İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “es- Sarimul-Meslul ala Şatimir-Rasul” (Neda yayınları, Konya, 2018), X26 ibn Əl-Hüseyn əl- Acurrinin müəllifi olduğu 2 ədəd “Eşcinselliğin islamdakı hükmü” (Neda yayınları, Konya, 2020),Məhəmməd Nasiruddin əl-Albaninin müəllifi olduğu 1 ədəd “Muhtasar el-Uluvv lil- Aliyyil-Azim” (Ümmülkura yayınları, İstanbul, 2009),Əhməd ibn Hənbəlin müəllifi olduğu 1 ədəd “Fedailus-Sahabe (Səhabənin fəzilətləri)” (İtisam yayınları, İstanbul, 2020),X35 ibn Səid ibn Xalid əd-Dariminin müəllifi olduğu 2 ədəd “Er-reddu alel cehmiyye” (Neda yayınları, Konya, 2020),Xalis Bayancukun müəllifi olduğu 1 ədəd “Tevhid Kuranı-kerim ve türkçe meali” (Tevhid yayınları, İstanbul, 2021),X27 ibn X20 müəllifi olduğu “Sünnet ve eser ehlinin akidesine dair risaleler” (Neda yayınları, Konya, 2022),Qıvamus-Sünnə ət- Teymi əl-İsfahaninin müəllifi olduğu 2 ədəd “el-Hucce” (İtisam yayınları, İstanbul, (2021), İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “el-Akidetul vasıtıyye ve şerhi” (Guraba yayınları, İstanbul, 2014), Əbdürrəhman ibn Hasəmin müəllifi olduğu 1 ədəd “Kitabut-tevhid fethulmecid şerhi” (Neda yayınları, Konya, 2023),Əbu Məhəmməd əl-ərəbinin müəllifi olduğu 2 ədəd “Dinin aslı nedir? Tekfir dinin aslından midir?” (El-Azir Hükmü), İmam Zəhəbinin müəllifi olduğu 1 ədəd “İlmi böyle tahsil ettiler” (Beka yayınları, İstanbul, 2022), Əli Xəlilin müəllifi olduğu 1 ədəd “Keşke güvende olsan Ey Müslüman!” (Guraba yayınları, İstanbul, 2021), Məhəmmədibn Əbdülvəhhabın müəllifi olduğu 1 ədəd “İslamın fazileti & imanın asılları” (Neda yayınları, Konya, 2023),X27 ibn Abdullahın müəllifi olduğu 3 ədəd “Selefin eserleriyle Allahın sıfatlarının isbatı” (Neda yayınları, Konya, 2023),Məhəmməd bin Əbdülvəhhabın müəllifi olduğu 1 ədəd “Rasulullahın hayatı” (Hüccet yayınları, İstanbul, 2019), Əbdürrəhman Rəfət əl-Başanın müəllifi olduğu 2 ədəd “Hanım sahabilerin hayatı” (İtisam yayınları, Ankara),Məhəmməd ibn Əbdülvəhhabın müəllifi olduğu 1 ədəd “Tevhid risaleleri külliyyatı” (Neda yayınları, Konya, 2020), İmam Əhməd ibn Hənbəlin müəllifi olduğu 1 ədəd “El-İcra” (Kitabul İman) (Neda yayınları, Konya, 2020), Məhəmməd ibn Əbdülvəhhabın müəllifi olduğu 1 ədəd “Büyük günahlar” (Neda yayınları, Konya, 2023), İbn Qəyyim əl-Cövziyyənin müəllifi olduğu 1 ədəd “Kalbin İlacı” (Guraba yayınları, İstanbul, 2019), İbn Qəyyim əl-Cövziyyənin müəllifi olduğu 1 ədəd “İslam ordularının toplantısı” (Nesaim yayınları, Konya, 2018), Məhəmməd ibn Əbdülvəhhabın müəllifi olduğu 1 ədəd “Tevhidi terk edenin küfrü hakkında” (Neda yayınları, Konya, 2023), Əbu Abdullah ibn Məndənin müəllifi olduğu 1 ədəd “Kitabut Tevhid” (İtisam yayınları, Ankara, 2020), Xalid əl- Lahimin müəllifi olduğu 1 ədəd “Hayatta başarının sırrı namaz” (Guraba yayınları, İstanbul 2020), İbn Rəcəb əl-Hənbəlinin müəllifi olduğu 1 ədəd Rasulullah (s.a.v)-in ibn Abbasa vasiyeti” (Neda yayınları, Konya, 2015) adlı olmaqla 51 (əlli bir) müxtəlif adda ümumilikdə 70 (yetmiş) ədəddini təyinatlı ədəbiyyatı (kağız daşıyıcıda) satış və yayma məqsədi ilə təkrarən qanunsuz olaraq idxal etmiş, 2022-ci ilin sonlarında həmin ədəbiyyatdan X26 ibn əl-Hüseyn əl-Acurrinin müəllifi olduğu 1 ədəd “Eşcinselliğin islamdakı hükmü” (Neda yayınları, Konya, 2020), İbn Teymiyyənin müəllifi olduğu 1 ədəd “Sırati Mustakim” (İtisam yayınları, İstanbul, 2021), X27 ibn Abdullahın müəllifi olduğu 1 ədəd“Selefin eserleriyle Allahın sıfatlarının isbatı” (Neda yayınları, Konya, 2023) və Əbdürrəhman Rəfət əl-Başanın müəllifi olduğu 1 ədəd “Hanım sahabilerin hayatı” (İtisam yayınları, Ankara) adlı ümumilikdə 4 ədəd ədəbiyyatı Şahid5 satmış, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, yəni dini ekstremist material hesab edilən Əbu Malik ən-Nəcdinin müəllifi olduğu 1 ədəd “Nevakıdul islam şerhi” (Akide & Menhec yayınları, İstanbul, 2023), Əbu Musab əl-Mühacirin müəllifi olduğu 1 ədəd “Bütün yönleriyle Hilafet ve Halifelik” (Meva yayınları, Konya, 2015), Faruk Furkanın müəllifi olduğu 1 ədəd “X28 ne demek biliyor musun?” (Konya, 2019) və Əbu Malik ət-Təmiminin müəllifi olduğu 1 ədəd “Fıkıh kaidesi şerhi” (Kafire kafir demeyen kafirdir) adlı ümumilikdə 4 ədəd ədəbiyyatı yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlamışdır.Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə 19 aprel 2023-cü il tarixdə keçirilmiş baxış zamanı oradan həmin dini təyinatlı ədəbiyyat və dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.2, 167-3.1 və 214-2, -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2, 167-3.1 və 214-2-ci maddələri ilə elan olunmuş maddələri ilə ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun uşaqlıqdan dinə marağı olmuş, 2020-ci ildə “instagram” sosial hesabı yaradaraq açıq paylaşımlar etməyə başlamış, belə ki, o, dini məsələlər və dövlət əleyhinə olan paylaşımlar etmişdir.O, dini kitabları gətirərkən Dövlət Gömrük Xidmətinə bəyan etmiş, 5-6 ay ərzində kitablar onda olmuş və kitablardan cəmi dörd ədədini satmış, ümumilikdə isə 112 ədəd kitab sifariş vermişdir.O, bildirmişdir ki, paylaşımları dövlət əleyhinə çağırışlar etmək məqsədilə etməmişdir. O, kitabların qadağan olunduğundan xəbərsiz olduğundan xəbərsiz olmuşdur, əks halda kitabları gətirməzdi. Kitab satan şəxslərdən isə yalnız birini əvvəlcədən tanımışdır. Kitabları satmaq, yaymaq niyyəti olmamış, sadəcə oxumaq üçün gətirmiş, dövlət əleyhinə təxribat xarakterli məlumatlardan xəbərsiz olmuşdur. Onun 2022-ci ilədək dinə aid paylaşımları olmuş, 2023cü ildə Dövlət Təhlükəsizlik Xidmətinin 2023-cü ilin aprel ayında Abbas Səhhət deyilən ərazidə “İrşad Electronics” mağazasının qarşısındakı mağazada saxlayaraq istifadəsində olan “Redmi Note 9” telefona baxış keçirmişdir. Həmin vaxt onun heç bir paylaşımı olmamışdır. Onu 10-11 saat nəzarətdə saxlamış və buraxmışlar. Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onun yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə 19 aprel 2023-cü il tarixdə keçirilmiş baxış zamanı oradan həmin dini təyinatlı ədəbiyyat və materiallar aşkar edilərək götürülmüşdür. Bundan sonra bir il ərzində azadlıqda olmuş, 06 may 2024-cü il tarixdə yenidən əməliyyat keçirmişdir. Bu müddət ərzində onun ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamamışdır.O, bütün paylaşımları silmişdir, qalanlar isə əməliyyatçıda əvvəl olan paylaşımlardır. İbtidai istintaqda verdiyi ifadələr 2022-ci ildən əvvələ aid olan ifadələrdir. Şahidlərin ifadələrindən də görünür ki, onlar belə paylaşımları görməyiblər. Şahidlərdən birinin belə paylaşıma münasibət bildirərək şərh yazılması ilə bağlı verdiyi ifadə isə inandırıcı deyil, çünki istintaqda ifadə hədə-qorxu altında və təhqir olunmuş şəraitdə baş vermişdir.Onun heç bir cinayətkar qrup ilə əlaqəsi olmamış, ancaq 2022-ci ilə kimi paylaşımlar etmişdir. O, paylaşımları etdikdən sonra yanlış olduğunu başa düşüb silmişdir. Əgər məqsədi ona irəli sürülən ittihamda olanlar olsaydı 2022-ci ildən indiyədək məqsədini həyata keçirə bilərdi. O, özü hər şeyi yanlış dərk etmiş və dini anlayışını bu cür təfsir etmişdir. O, öz dinini yaşamaqda sərbəstdir, vicdan azadlığı Konstitusion hüququdur. Partlayış törədib insanlara zərər yetirmək niyyəti də olmamış, bunu heç kimə də təbliğ etmişdir. O, yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Əgər kitabların məqsədəmüvafiq olmadığını bilsəydi məhv edər və saxlamazdı. Buna görə təəssüflənir və peşmançılıq hissi keçirir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxs onun nəvəsidir. Elşənin sadəcə uşaqlıqdan dini kitablar oxumağa həvəsi olmuş, radikal fikirləri və hərəkətlərini heç vaxt görməmişdir.Onlar kriminal ailə deyillər, lakin nəvəsinin səhv hərəkəti yalnız belə paylaşımlar etməsində olmuşdur. Elşən trendyoldan kitablar sifariş vermişdir, hansı ki, bu kitabların heç biri dövlət əleyhinə heç bir məzmun daşımır. AR CM-nin 214-cü maddəsi ilə nəvəsinə ittiham elan edilməsini doğru hesab etmir. Elşənin terrorçuluqla bağlı hər hansı hərəkət etdiyini düşünmür və belə bir hal sübut olunmur. Onun məqsədi ancaq kitabları oxumaq olmuşdur ki, bu da onun uşaqlıqdan dinə marağı ilə bağlı olmuşdur. Oxuduğu kitablar həmişə evdə olmuşdur, ancaq dindən bəhs olmuşdur. İnternetdən kitab sifariş verməsindən xəbərdar olmuşdur, lakin kitabların terrorçuluğa cəhd kimi fikirlərə rast gəlməmişdir. Heç vaxt Elşənin ətrafında toplaşdığı dost-tanışı olmamış, heç bir qruplaşma halında birləşməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki,o, ibtidai istintaqda verdiyi ifadəsi ilə razılaşır.Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsindən tanımış “terror islamdandır” adlı videoya “tam qaz, davam” rəyi yazmış və onu dəstəkləmişdir. O, Elşənlə hansı tarixdə yazışdığını xatırlamır. O, Elşəndən kitab qiymətlərini soruşmuş və yalnız “instagram” sosial şəbəkəsi ilə əlaqə saxlamışdır. O, Elşənin videosuna baxaraq heç bir vahiməyə düşməmiş, lakin dini fikirləri qiymətləndirmişdir. Lakin sonradan Elşənindinə aid qatı paylaşımlar etdiyini görmüş və qohumlarının təkidi ilə belə paylaşımlardan uzaq durmuş və səhifəni silmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki,2022-ci ildə isə dindar dostları vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs “sələfi” təriqəti üzrə dindar həyat tərzi keçirən şəxs olmuşdur. Təqsirləndirilən şəxs tanış olduqları ilk vaxtlarda ona adını əvvəlcə “Muhəmməd” olaraq təqdim etmişdir. O, sonradan Təqsirləndirilən şəxs əsl adının Elşən olduğunu, “Muhəmməd” adının isə dini ləqəb olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs maddi baxımdan vəziyyəti pis olduğu üçün Türkiyə Respublikasından dini kitablar sifariş verərək həmin kitabları Azərbaycanda tanıdığı şəxslərə satması barədə ona məlumat vermişdir. O, da dini məsələlərin internet informasiya ehtiyatlarından istifadə edərək öyrənməyin əleyhinə olmuş, buna görə də kitab oxumağa üstünlük vermişdir. O, internet üzərindən kitab sifariş verməyi bacarmadığı üçün 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqində statusa yerləşdirərək reklam məqsədilə paylaşdığı dini kitablardan bəzilərini ona sifariş vermişdir. Təqsirləndirilən şəxs da həmin dini kitabları onun əsas iş yeri olan Gəncə şəhəri ərazisindəki “Gəncə Univermağı”nın yaxınlığında yerləşən avtobus dayanacağına gətirib özünə təhvil vermiş və müvafiq ödənişləri ondan qəbul etmişdir.O, Təqsirləndirilən şəxs satın aldığı həmin kitablardan X26 və Əl- Hüseyn əl-Acurrinin müəllifləri olduğu “Eşcinselliğin islamdakı hükmü” adlı, İbn Teymiyyənin müəllifi olduğu “Sıratı Mustakim” adlı, X27 Abdullahın müəllifi olduğu “Selefin eserleriyle Allahın sitatlarının isbatı” adlı və Əbdürrəhman Rəfətin müəllifi olduğu “Hanım sahabilerin hayatı” adlı kitabların adlarını çəkərək həmin ədəbiyyatı 20 avqust 2024-cü il tarixdə könüllü qaydada ərizə ilə müraciət edərək ibtidai istintaqa təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, Elşəni təxminən 2-3 ildir ki, ortaq tanışları vasitəsilə tanıyır. Buna baxmayaraq cəmi onunla cəmi 3-4 dəfə görüşmüşlər. Onun “fake” səhifəsi olsa da Elşənlə “instagram” sosial şəbəkəsində yazışmamışlar. Onlar “əhli-sünnə” məzhəbindəndirlər. O, bir dəfə Elşəndən kitab almaq istəmiş, lakin pulu olmadığına görə ala bilməmişdir. Onda olan məlumata görə Elşənin pula ehtiyacı olduğundan kitab satmışdır. O, Buxarinin kitabını satın almaq istəmişdir, hansı ki, dövlət tərəfindən qadağan olunmamışdır. O, qadağan olunmamış kitablardan almaq istəmiş, Elşən də ondan pulunu verərsə sifariş verə biləcəyini bildirmişdir. O, heç zaman Elşənin radikal düşüncələrini görməmiş, eləcə də sonununun evdən qovulmasından xəbərdar olmamışdır. Onun fikrincə əhlisünnəlik vəhabilik sayılmır. O, Dövlət Təhlükəsizlik Xidmətində şahid kimi ifadə vermiş və onun ifadəsinin olduğu kimi yazıldığını düşünmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadə ilə razılaşmayaraq bir daha belə ifadə vermədiyini israrla bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki,o, Elşənlə Gəncə şəhəri 44 nömrəli məktəbdə təhsil almışdır. Cinayət işinin ibtidai istintaqını aparan müstəntiqdən narazıdır.Belə ki, müstəntiq onun ifadəsini aldıqdan sonra əvvəlcə oxumağı, daha sonra isə imzalamağı bildirmiş, o ifadəsini oxumaq istəyərkən müstəntiq əsəbləşərək onu oxumağa imkan verməyərək imzalamasını tələb etmişdir. O, uzun mübahisədən sonra ifadəsini oxuya bilmiş, lakin ifadəsinin dediyi kimi yazılmadığının şahidi olmuşdur. Bu səbəbdən ifadəni imzalamayacağınhı bildirmiş, müstəntiq isə otağı tərk etmişdir. Bundan sonra otağa Rəşad adlı bir nəfər gələrək hər kəsin imza etdiyini, bir tək onun imzalamadığını bildirmişdir. O da ifadəsinin özünün yazmaq istədiyini bildirmişdir. Buna baxmayaraq ona kimsə məhəl qoymamışdır. O, Elşəni “əhlisünnə” kimi tanımış, belə ki, onun özü də “əhlisünnə” məzhəbindədir. Onun ləqəbi “Muaz”, Elşənin ləqəbi isə “Muhəmməd” idi. Elşənin “instagram” səhifəsinin adı təxminən “Sadıqov” və arxasınca rəqəmlər olmuş, sonuncu sosial şəbəkədə ancaq imanlardan, “Quran” kitabından danışmış, başqa qeyri-qanuni paylaşımı olmamışdır. Elşənin “instagram” səhifəsində hansı paylaşımı etməsindən xəbərsizdir. O, Elşənin kitab satmasından xəbəri olmamış, sonuncudan kitab almamışdır.Onun isə “instagram” səhifəsinin adı “Allah bizə yetər”dir və hazırda aktivdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirdi ki, o, Elşəni cəmi bir dəfə evlərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə getdiyini görmüşdür. Belə ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə hal şahidi qismində Elşənin evində olmuşdur. Axtarış zamanı evlərindən kitablar çıxmışdır, 1 ədədi yadındadır. O, kitablardan “Quranı-Kərimi” xatırlayır, digər kitablar yadında deyil. Kitabların sayı təxminən ümumilikdə 25-30 ədəd olardı. Ev sahibi kitablara baxış keçirilməsi ilə bağlı heç bir etiraz olmamışdır. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid7 Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Elşənlə uzun müddətdir ki, tanışdır. Onlar bir yerdə ibadət etmiş, dinə dair söhbətlər etmişlər.O, Elşənlə Gəncə şəhərində tanış olmuş və münasibətləri yaxındır. Elşənin bəzi paylaşımlarını bəyənmişdir. Onun paylaşımlarında radikal paylaşımlar, çıxışlar görmüş, lakin səbəbini soruşmamışdır. Əslində Elşənin niyyəti radikal çıxışlar olmamış, paylaşımın mahiyyəti isə terrorçuluq anlamında deyil, “qorxutmaq islamdandır” anlamında dini tərəfləri çatdırmaq istəmişdir. Kitablardan isə Elşənin qadağan olunmamış kitablardan bir neçəsini satdığını xatırlayır. İstintaqda ifadə verməsindən uzun müddət keçdiyinə görə izahatını bütövlüklə xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -06 may 2022-ci il tarixli cinayət işinin başlanılması və iş üzrəə istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 167-2.1 və 167-3.-ci maddələri ilə cinayət işi başlanılmışdır (cild İ, i.v.1-2); -06 may 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 167-2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanılaraq dərhal ibtidai istintaq başlanılmışdır (cild İ, i.v. 3) - xx.xx.2021-c i il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DTX əməkdaşı Rəşad Cəfərov tərəfindən “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən açılmış və onun istifadəsində olan “baqiyah_media” adlı profildə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerləşdirilən paylaşımlara baxış keçirilmiş, baxış zamanı profildə dini videolar, təkfirçi fikirlər təbliğ olunur. Belə ki, xx.xx.2021-ci il tarixdə “İnsanlığa bəyanat” başlıqlı, “Terror islamlandır” mövzulu, qısamətinli videoçarx paylaşılmışdır. Qeyd olunan videonun şərh hissəsində terroru təbliğ edən şərh yerləşdirilmişdir. (cild İ, i.v.109); - 27 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DTX əməkdaşı Rəşad Cəfərov tərəfindən “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən açılmış və onun istifadəsində olan “baqiyah_media” və “al.bagiyah.media” adlı profil hesablarına baxış keçirilmiş, baxış zamanı profildə dini vieolar, təkfirçi fikirlər və terrorçuluğa çağırışlar əks olunmuşdur. Qeyd olunan paylaşımların ekran görüntüləri 01 ədəd diskə yazılaraq protokola əlavə əlavə olunmuşdur (cild İ, i.v.114); - 07 iyul 2023-cü il tarixli X24 üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələri barədə arayışdan görünür ki, a) Dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən dini ədəbiyyat nümunələri X24 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan idxal edilmişdir: (cild İ, i.v.138-164);

1. X13. “Sıratı Mustakim” (İtisam yayınları, İstanbul. 2021)

2. X10. “X1” (Hadis yayınları, Ankara, 2004)

3. Hasan el-Arumi. “Münafıklğın 50 alameti”. (Karınca Polen yayınları, İstanbul, 2006)

4. Muhammed bin Abdulvehhab ve Necd Uleması. “Ed-Dürerüs-seniyye fil-ecvibetin necdiyye” (Varakat yayınları, Konya, 2020. 3-cü cild)

5. Abdullah b. Ahmed b. Hanbel. “Kitabus Sünne er-Reddu ala el Cehmiyye” (Varakat yayınları, Konya) 6.X33 Hibetullah el-Lalakai, "Ehli-sünnet vel cemaatin itikadı” (3 ədəd) ea Polen yayınları, İstanbul, 2022)

7. 14.Şeyhul-İslam ibn Teymiyye. "Kitabul İman” (Karınca Polen yayınları, İstanbul, 2020)

8. İbn Teymiyyə. "Mecmuul fetava” (Darul İman yayınları, İstanbul, 2020)

9. Muhammed b. Salih el-Useymin. "Akıdetul vasıtıyye” (Guraba yayınları, İstanbul 2020)

10. İbn Abdulhakem. "İmam Malik və ashabının rivayetleriyle Ömer b. Abdulaziz. Hayatıahlakı-siyaseti” (Nesaim yayınları, Konya, 2019)

11. X11 Muhammed b, Abdilvahhab en-Necdi. “Nevakidulislam metni ve şerhi” (Tevhid ve Sünnet yayın evi, Bursa, 2016)

12. İmam Birgivi. “Bid"at ve müstehab kabir ziyaretleri” (Guraba yayınları, İstanbul, 2015)

13. Ebul-Ferec İbnul-Cevzi. “Ehli sünnetin İmamı Ahmed bin Hanbel” (İtisam yayınları, istanbul, 2022)

14. X25 el-Çubukabadi "Kitabus-Sıfat” (Darus-Sunne yayınları) (2ədəd)

15. Muhammed b. İbrahim b. Salih Ebal-Hayl, "Dört Halife” (Nebevi hayat yayınları, İstanbul, 2017)

16. X37. “Kitabul İman” (Neda yayınları, Konya, 2021)

17. Mahmud b. Ebil Kasım b. Bedran ed-Deşti, “Allahın mahlukatından ayrı oluşu” (Neda yayınları, Konya, 2023) (4 ədəd)

18. X16. “Tevhid Mealı” (Tevhid yayınları, İstanbul, 2018)

19. Şeyhul-İslam ibn Teymiyye. “İfrat ve tefrit arasında istikamet” (Guraba yayınları, İstanbul, 2017)

20. İbnul benna el-Hanbeli. “Er-reddu alel mubtedia” (Neda yayınları, Konya, 2020)

21. Ebu Malik en-Necdi. "Nevakıdul ıslam şerhi” (Akide 8, Menhec yayınları, İstanbul,

22. Abdulhakim b. Abdullah el-Kasım. “Kulluk ve tevhid acısından mescidleri titreten Fatiha suresi” (Guraba yayınları, İstanbul, 2018) (2 ədəd)

23. Muhammed bin Abdulvehhab. “Mufidul mustefid fi kufri tarikit tevhid” (3 ədəd) Akide Menhec yayınları, İstanbul, 2022)

24. X13. “Kabirleri ziyaret etmek ve kabir ehlinden yardım İlemek"(Neda yayınları, Konya, 2021)

25. Ebu Malik et-Temimi. “Fıkıh kaidesi şerhi” (Kafire kafir demeyen kafirdir)

26. Dr.Muhammed b.Abdurrahman el-Humeyyis. "Hanefi ulamasına göre şirk ve Sebebleri” (Guraba yayınları, İstanbul, 1999)

27. X21 b.İsmail el-Buhari. “Kulların fiillerinin yaratılması" "Saim yayınları, İstanbul 2021) (2 ədəd)

28. X13. “es-Sarimul-Meslul ala Şatimir-Rasul” (Neda yayınları, 8, 2018) 29. X29 b. El- Huseyn el-Acurri. "Eşcinselliğin islamdakı hükmü" a yayınları, Konya, 2020)

30. Muhammed Nasıruddin el-Elbani. “Muhtasar el-Uluvv lil-Aliyyil-Azim” (Ümmülkura arı, İstanbul, 2009)

31. Ebu Musab el-Muhacir. “Bütün yönleriyle Hilafet ve Halifelik” (Meva yayınları, 2015)

32. Ahmed ibn Hanbel. “Fedailus-Sahabe (Sahabenin faizletleri)”. (İtisam yayınları, ul, 2020)

33. X36 b. Said b. Halid ed Darimi. “Er-reddu alel cehmiyye” (Neda ari, Konya, 2020) (2 ədəd) 34.Halis Bayancuk (Ebu Hanzala). “Tevhid Kuranı-kerim ve türkçe meali” (Tevhid qarı, İstanbul, 2021)

35. X30 b X22. “Sünnet ve eser ehlinin akidesine dair ler” (Neda yayınları, Konya, 2022) (2 ədəd) 36.Kıvamus Sünne et Teymi el İsfahani. “el Hucce” (İtisam yayınları, İstanbul, (2021)

37. Şeyhul İslam ibn Teymiyye. “el Akidetul vasıtıyye ve şerhi” (Guraba yayınları, istanbul, 2014) 38.Şeyh Abdurrahman b. Hasem. “Kitabut-tevhid fethul-mecid şerhi” (Neda yayınları, 2023)

39. Ebu Muhammed el-Arabi. “Dinin aslı nedir? Tekfir dinin aslından midir?” (El-Azir Hükmü) (2 ədəd)

40. İmam Zehebi. “İlmi böyle tahsil ettiler” (Beka yayınları, İstanbul, 2022)

41. Ali Halil. “Keşke güvende olsan Ey Müslümani” (Guraba yayınları, İstanbul, 2021)

42. Muhammed b. Abdulvehhab. “İslamın fazileti 6, imanın asılları” (Neda yayınları, Kony8. 2023) 43. X30 b. Abdullah “Selefin eserleriyle Allahın sıfatlarının isbatı” (Neda yayınları, Konya, 2023) (2 ədəd)

44. Muhammed bin Abdulvehhab. “Rasulullahın hayatı” (Hüccet yayınları, İstanbul, 2019

45. Abdurrahman Refet el-Başa. “Hanım sahabilerin hayatı” (İtisam yayınları, Ankara)

46. Şeyh Muhammed b. Abdulvehhab. “Tevhid risaleleri külliyyatı” (Neda yayınları, Konya, 2020) 47. İmam Ahmed b. Hanbel “El-İcra” (Kitabul İman) (Neda yayınları, Konya, 2020)

48. Muhammed b. Abdulvehhab. “Büyük günahlar” (Neda yayınları, Konya, 2023)

49. İbnul-kayyım el-Cevziyye. “Kalbin İlacı” (Guraba yayınları, İstanbul, 2019)

50. İbn Kayyım el-Cevziyye “İslam ordularının toplantısı” (Nesaim yayınları, Konya, 2018)

51. Muhammed b. Abdulvehhab. “Tevhidi terk edenin küfrü hakkında” (Neda yayınları, Konya, 2023)

52. Ebu Abdullah ibn Mende “Kitabut Tevhid” (İtisam yayınları, Ankara, 2020)

53. Faruk Furkan. “X28 ne demek biliyor musun?” (Konya, 2019)

54. Dr.Halid el-Lahim. “Hayatta başarının sırrı namaz” (Guraba yayınları, İstanbul)

55. İbn Receb el-Hanbeli. “Rasulullah (s.a.v)-in ibn Abbasa vasiyeti” (Neda yayınları, Konya, 2015) b) Dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən dini sdəbiyyat nümunələri dini ekstremist material hesab edilir:

1. Ebu Malik en-Necdi. “Nevakıdul islam şerhi” (Akide 6, Menhec yayınları, İstanbul,

2. Ebu Musab el-Muhacir. “Bütün yönleriyle Hilafet ve Halifelik” (Meva yayınları, onya, 2015)

3. Faruk Furkan. “X28 ne demek biliyor musun?”

4. Ebu Malik et-Temimi. “Fıkıh kaidesi şerhi" (Kafire kafir demeyen kafirdir) c) Dinşünaslıq ekspertizasına təqdim edilmiş İmam əbu Osman İsmail bin bdür-.Rəhman əs-Sabuni. “Sələf və hədis əhlinin etiqadı” (hicri, 1443/2023. 2 ədəd) əbiyyat nümunəsi X24 üzrə Dövlət Komitəsinin müvafiq razılığı madan nəşr edilmişdir. d) Dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən dini ədəbiyyat nümunələrində dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatlar vardır:

1. X13 "Sıratı Mustakim” (İtisam yayınları, İstanbul, 2021) 2.Hasan el-Arumi “Munafikiğin 50 alameti” (Karınca Polen yayınları, İstanbul 2006) 3.Muhammed bın Abdulvehhab ve Necd Uleması “Ed Dürerüs seniyye fil-ecvibetin necdiyye” (Varakat yayınları, Konya 2020 3 cü cild)

4. Abdullah b Ahmed b Hanbel "Kıtabus Sunne er Reddu ala el Cehmiyye” (Varakat yayınları, Konya)

5. Muhammed b Salıh el-Useymin “Akidetul vasitiyye” (Guüraba yayınları, İstanbul, 2016)

6. İbn Teymiyyə “Mecmduul fetava (Darul İman yayınları İstanbul 2020)

7. X11 Muhammed b Abdılvahhab en Necdi “Nevakiıdul-İslam metni ve şerhi” (Tevhid ve Sunnet yayın evi Bursa 2016) (2 ədəd)

8. İmam Bırgıvı “Bid"at ve müstehab kabır ziyaretleri” (Güraba yayınları, İstanbul, 2015) 9.X17 Tevhid Meali (Tevhid yayınları, İstanbul, 2018)

10. Ebu Malik en-Necdiı “Nevakıdul islam şerhi (Akide 8, Menhec yayınları, İ İstanbul, 2023)

11. Muhammed bın Abdulvehhab Mufidul mustefid fi küfri tarikit tevhid” (3 ədəd) (Akide 6, Menhec yayınları, İstanbul 2022)

12. Şeyhulıslam ibn Teymiyye Kabirleri ziyaret etmek ve kabir ehlinden yardım dilemek” (Neda yayınları, Konya 2021)

13. Ebu Malik et-Temimi Fikih kaidesi şerhi (Kafire kafir demeyen kafirdir) 14.Dr Muhammed b Abdurrahman el Humeyyıs Hanelfi ulamasına göre şırk ve sebebleri (Guraba yayınları, İstanbul 1999)

15. X29 b El Huseyn el Acurri “Eşcinselliğin islamdakı hükmü” (Neda yayınları, Konya 2020)

16. Ebu Musab el-Muhacır Butun yönleriyle Hilafet ve Halıfelik” (Meva yayınları, Konya, 2015) 17.X36 b Said b Halıd ed Darımı Er-reddu alel cehmiyye” (Neda yayınları, Konya, 2020) (2 ədəd) 18.Halıs Bayancuk (Ebu Hanzala) “Tevhid Kuranı-kerim ve türkçe meali” (Tevhid yayınları, İstanbul, 2021)

19. Ebu Muhammed el-Arabı “Dının aslı nedir? Tekfir dinin aslından midir?” (El-Azir Hükmü) (2 ədəd)

20. Şeyh Muhammed b Abdulvehhab “Tevhid rısaleleri külliyyatı” (Neda yayınları, Konya, 2020) 21.Muhammed b. Abdulvehhab “Tevhidi terk edenin küfrü hakkında” (Neda yayınları, Konya, 2023) 22.Faruk Furkan. "X28 ne demek bılıiyor musun?” (Konya, 2019) e) Dinşünaslıq ekspertizasına təqdim edilmiş digər ədəbiyyat nümunələri X34 üzrə Dövlət Komitəsinin müvafiq razılığı ilə nəşr və ya idxal edilmişdir (cild İ 138-164); -08 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 214-2, 167-2.1 və 167-3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( cild İ, 210-212); -xx.xx.2024-cü il tarixli “həbs” qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 214-2, 167-2.1 və 167-3.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.(cild İ, 239-245); - 28 iyun 2024-cü il tarixli X24 üzrə Dövlət Komitəsindən daxil olmuş 3- 32/2- 939/2024 nömrəli məktubla, həmin məktubun məzmunundan görünür ki, X24 üzrə Dövlət Komitəsinə Təqsirləndirilən şəxs tərəfindən dini ədəbiyyatın ölkə ərazisinə idxalı ilə bağlı hər hansı müraciət daxil olmamışdır ( cild İİ, i.v 68); - 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun 11 iyul 2024-cü il tarixli qərarı ilə iş üzrə ibtidai istintaq müddəti 06 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild İİ, i.v. 78-80); - 13 iyul 2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 06 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild İİ, i.v. 84- 87); - 21 may 2024-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsindən daxil olmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hazırda isə hər hansı psixi xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, onda həmçinin ona istinad edilən əməli törədərkıə dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ,q iş vərəq: 88-91); - 03 iyul 2024-cü il tarixli 3-16-16/2-4/855 nömrəli Təqsirləndirilən şəxs tərəfindən “İnstagram” sosial şəbəkəsində açılmış “baqiyah media” və “al.baqiyah.media” adlı istifadəçi hesablarından edilmiş paylaşımlarla bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə- linqvistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “baqiyah_media” və “al.baqiyah.media” adlı istifadəçi hesablarından edilmiş paylaşımlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsinə açıq çağırışlar mövcuddur (cild İİ, iş vərəq: 98-106); -xx.xx.2024-cü–il tarixli 3-16-16/2-4/787 nömrəli məhkəmə linqvistik ekspertizası-nitq fəaliyyətinin məhsullarının tədqiqi, məhkəmə-dinşünasılıq ekspertizasının rəyinin təqdiqatın nəticə hissəsində a) dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı 27 adda ədəbiyyatın istehsalı, idxal edilməsi, satışı və ya yayılması X24 üzrə Dövlət Komitəsi tərəfindən məqsədəyğun hesab edilməmişdir.b)Dinşünaslıq ekspertizasına təqdim edilmiş 51 adda 66 adda dini təyinatlı ədəbiyyat nümunələrinin istehsalı, idxal edilməsi, satışı və ya yayılması üçün Təqsirləndirilən şəxs X24 üzrə Dövlət Komitəsi tərəfindən hər hansı icazə və ya razılıq verilməmişdir.2. Dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən dini təyinatlı ədəbiyyat nümunələri dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran və yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran material hesab edilir: 1. Ebu Malik en-Necdi. “Nevakıdul islam şerhi” (Akide 7& Menhec yayınları, İstanbul, 2023).2. Ebu Musab el-Muhacır: “Bütün yönleriyle Hilafet ve Halifelik” (Meva yayınları, Konya 2015).3. Faruk Furkan. “X28 ne demek biliyor musun?”. 4. Ebu Malik et-Temimi. “Fıkıh kaidesi şerhi” Kafire kafir demeyen kafirdir). (cild İİ, iş vərəq: 113-123); - 21 avqust 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03” markalı mobil telefona baxış protokolundan görünür ki, mobil telefonun yaddaşında Azərbaycan Respublikası X24 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan idxal edilmiş və 19 aprel 2023-cü il tarixli baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş dini ədəbiyyatdan Əbu Məhəmməd əl-Ərəbinin müəllifi olduğu “Dinin aslı nedir? Tekfir dinin aslından midir?” (El- Azir Hükmü), Məhəmməd bin Əbdülvəhhab ve Nəcd alimlərinin müəllifi olduğu “Ed-Dürerüs-seniyye fil-ecvibetin necdiyye” (Varakat yayınları, Konya, 2020. 3-cü cild), Abdullah bin Əhməd bin Hənbəlin müəllifi olduğu “Kitabus Sünne er-Reddu ala el Cehmiyye” (Varakat yayınları, Konya), İbn Teymiyyənin müəllifi olduğu “Sırati Mustakim” (İtisam yayınları, İstanbul, 2021), X35 bin Səid bin Xalid əd-Dariminin müəllifi olduğu “Er-reddu alel cehmiyye” (Neda yayınları, Konya, 2020) adlı dini kitabların fotoşəkillərinin olması, eləcə də 20 avqust 2024-cü il tarixdə könüllü olaraq ibtidai istintaqa Təqsirləndirilən şəxs satın aldığı kitabları təqdim etmiş Şahid5 məxsus “***-***-**-**” mobil nömrəsinin telefonun yaddaşında “Hsn” adı ilə qeyd olunması müəyyən olunmuşdur.(cild 2, iş vərəq: 151-155); -09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəqiqləşdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.2, 167-3.1 və 214-2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild İİ, 189-192); - 01 iyul 2024-cü il tarixli 3-39-9/1-1939/24 nömrəli və 15 avqust 2024-cü il tarixli 3- 39-9/1-2413/24 nömrəli məktublarla və əlavələri ilə, həmin materiallardan görünür ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına 24 dekabr 2022-ci il tarixdən 04 aprel 2023-cü il tarixədək ümumilikdə 48 ədəd ədəbiyyat idxal edilmişdir.Bununla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadələrində bildirmişdir ki, o, 2022-ci ilin aprel ayından 2023-cü ilin aprel ayına qədər satmaq məqsədilə dini kitabların idxalı ilə məşğul olmuş, həmin kitabların bir hissəsini öz adına, digər hissəsini isə adlarını xatırlamadığı tanışlarının adlarına idxal edərək gömrük rəsmiləşdirməsini aparmışdır. O, həmin tanışlarına adlarına dini kitab idxal etdiyini deyəcəyi təqdirdə razılıq verməyəklərini düşünərək bu barədə məlumat verməmişdir (cild İİ, iş v. 64-67, 145-147, 166-171); - 23 yanvar 2025-ci il tarixli Az İİ 622053 saylı X6 surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə rəsmi nikaha daxil olmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.1-ci maddəsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma və eləcə də Məcəllənin 167-2.2.2-ci maddəsinə əsasən həmin əməllər təkrar törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 167-3.1-cü maddəsinə əsasən, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yaymaya görə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma həmin Məcəllənin 167-3.1-ci maddəsinin tərkibini yaradır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1.8-ci maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstremizmin təzahür formalarındandır. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakı, terror fəaliyyətinin həyata keçirilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsinə əsasən 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yaymaya görə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə; Həmin Məcəllənin 214-cü maddəsinə əsasən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə; Həmin Məcəllənin 214-3-cü maddəsinə əsasən, 214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma; Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama; Məcəllənin 219-cu maddəsinə əsasən, Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə; Məcəllənin 219-1-ci maddəsinə əsasən, dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın; Məcəllənin 226-cı maddəsinə əsasən, radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına vermə və ya dağıtma; Məcəllənin 227-ci maddəsinə əsasən, radioaktiv materialları talama və ya hədəqorxu ilə tələbə etmə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2, 167-3.1 və 214-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona isnad olunan 214-2-ci maddəsinə dair ittihamı qəbul etməmişdir. Lakin, iş üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsinə təkrarən açıq çağırışlar etdiyi sübut olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dini kitablara rəğbətini gizlətməmiş, müvafiq razılıq olmadan kağız daşıyıcılarda olan dini təyinatlı ədəbiyyatı təkrarən satış və yayma məqsədi ilə qanunsuz idxal etmiş, eləcə də dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. İş materialları öyrənilərkən müəyyən edilir ki, o, ibtidai istintaq zamanı da təqsirini qismən etiraf etmişdir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzib olunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2,167-3.1-ci və 214-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 2.2.2,167-3.1-ci və 214-2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2 və 167-3.1-ci maddələri ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin yüngülləşdirici halı və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 06 may 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Belə ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 4 ədəd dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran material hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 47 adda 62 ədəd dini təyinatlı ədəbiyyat isə dövlət nəfinə müsadirə edilsin. İş üzrə bir ədəd “Samsung Galaxy A03” markalı mobil telefon və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.Həmçinin təqsirləndirilən şəxsin yaşadığı ünvanda, işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 600 (altı yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2, 167- 3.1 və 214-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2-ci maddəsi ilə 3 il müddətinə, Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 3 il müddətinə, Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə 2 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.2, 167-3.1 və 214-2-ci maddələri ilə təyin olunmuş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübutlar - Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 4 ədəd dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran material hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 47 adda 62 ədəd dini təyinatlı ədəbiyyat isə dövlət nəfinə müsadirə edilsin. İş üzrə bir ədəd “Samsung Galaxy A03” markalı mobil telefon və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar