Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-8/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs14, Quliyeva (Xəlilova) Nuranə Nəriman qızının, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 Əmralı oğlunun, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 nümayəndəsi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə şəxsiyyəti istintaqa Elşad kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsində operator kimi işə düzəlməyə köməklik etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq 2020-ci ilin mart ayında Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın poliklinikasının dəhlizində 1500 (min beş yüz) manat pulu, 2020-ci ilin aprel ayında Gəncə şəhəri, Cavdxan küçəsində yerləşən Beynəlxalq Bank adlı lombardın qaşısında isə 3000 (üç min) manat pulu, vahid niyyət ilə ümumilikdə 4500 (dörd min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın poliklinikasının dəhlizində Zərərçəkmiş şəxs1 ərinin təqaüdünün bərpa edilməsinə köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq 4500 (dörd min beş yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 qızı Şahid5 Gəncə şəhəri 4 nömrəli orta məktəbə müəllimə düzəltmək adı ilə ona yalan vədlər verib aldadaraq 15 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri, R.Əliyev küçəsində 1500 (min beş yüz) manat pulu, 20 fevral 2021ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34-də 2000 (iki min) manat pulu, 2021-ci ilin mart ayında Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34-də 3500 (üç min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 7000 (yeddi min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında Abşeron rayonu, Xırdalan qəsəbəsində Zərərçəkmiş şəxs16 hərbi xidmətdən təxris olunduğu üçün sığorta düzəltməyə köməkilk etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq 1700 (min yeddi yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs16 anası X7 təqaüdünü bərpa etdirmək adı ilə yalan vədlər verib aldadaraq Sumqayıt şəhəri, Göyçay marketdə quraşdırılmış “milli ön” ödəmə terminalı vasitəsi ilə göndəridiyi 1200 (min iki yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Şöbəsinbə qeydiyyatçı kimi işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq 2021-ci ilin fevral ayının əvəllərində Azərbaycan küçəsi, 9-cu döngə, ev 46-da 3000 (üç min) manat pulu, 28 fevral 2021-ci il tarixdə həmin ünvanda 3500 (üç min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda 6500 (altı min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayında Gəncə şəhər Mərkəzi Univermağın qarşısında Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında aldığı diplomunu Azərbaycan Resublikasında təsdiq etdirəcəyi adı ilə yalan vədlər verib aldadaraq 2000 (iki min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Gəncə şəhər Asan Xidmətdə işə düzəltmək adı ilə yalan vədlər verib aldadaraq 2021-ci ilin iyun ayının əvvəllərində Gəncə şəhəri, 95 Aptekin qarşısnda 3000 (üç min) manat pulu, 29 iyun 2021-ci il tarixdə Gəncə şəhəri, Natavan qəsəbəsində 12500 (on iki min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 15500 (on beş min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs12 qızı X2 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın qarşısında 4500 (dörd min beş yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 ADAU-ya qəbul edilməsinə köməklik etmək adı ilə yalan vədlər verib aldadaraq 21 iyul 2021-ci il tarixdə 1 nömrəli Uşaq Xəstəxanasında 3000 (üç min) manat pulu, 2021-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanının qarşısında 5750 (beş min yeddi yüz əlli) manat pulu, ümumilikdə xeyli miqdarda, yəni 8750 (səkkiz min yeddi yüz əlli) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs14 nəvəsi X8 Tibb Kollecinə tələbə kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq ünvan 2-də xeyli miqdarda, yəni 7200 (yeddi min iki yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 ADAU-ya qəbul edilməsi üçün köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 21 iyul 2021-ci il tarixdə 1 nömrəli Uşaq Xəstəxanasında 3000 (üç min) manat pulu, 30 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 5500 (beş min beş yüz) manat pulu, vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 8500 (səkkiz min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 20 Yanvar abidəsinin qarşısında yerləşən çörək bişirmə sexində hissə-hissə olmaqla vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 7500 (yeddi min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi 12 saylı orta məktəbin yanında təzə məhlələrdə 3500 (üç min beş yüz ) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələdzuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 oğlu X13 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 20 Yanvar abidəsinin qarşısında yerləşən çörək bişirmə sexində 4000 (dörd min) manat pulu, 2021-ci ilin avqust ayının ortalarında isə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulu vahid niyyət ilə ümumilkdə xeyli miqdarda, yəni 6500 (altı min beş yüz ) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs7 Əmralı oğlunu təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Dan Ulduzu şadlıq sarayının qarşısında yerləşən parkda 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs8 qızı X18 Gəncə şəhərində yerləşən muzeylərdən birinə işə düzəltmək adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Natavan qəsəbəsində 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq 2021-ci ilin sentyabr ayının ortalarında ünvan 2 ünvanında 800 (səkkiz yüz) manat pulu, 30 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 3000 (üç min) manat pulu, ümumlikdə 3800 (üç min səkkiz yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 26 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsində operator işinə düzəldəcəyi adı ilə ona yalan vədlər verib aldadaraq Gəncə şəhər Təhsil İdarəsinin qarşısında 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ağamalıoğlu küçəsi, ev 2də qeydiyyatda olmaqla anası və bir azyaşlı övladı ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. X14 adlı şəxslə o, 2018-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahdan bir övladları dünyaya gəlmiş, lakin 2021-ci ilin oktyabr ayında onlar boşanmışlar. O, təxminən 2011-ci ildən 2019-cu ilədək Gəncə İnzibati-İqtisad Məhkəməsində dəftərxanada kargüzar işləmiş, daha sonra səhhəti ilə əlaqədar olaraq işdən azad olmuşdur. O, məhkəmədən çıxdıqdan sonra 2020-ci ilin yanvar ayından Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasında Natiq adlı şəxsin rəhbər olduğu Audit yoxlamalar İdarəsində ştatdan kənar köməkçi kimi işləmiş və ancaq kompüterdə yazılar yazmışdır. O, Natiq müəllimin yanında işlədiyi müddət ərzində oraya gəlib gedən, özünü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən Rəşad Babayev adlı şəxslə tanış olmuşdur. Rəşad əlaqələrinin geniş olduğunu, hər yerdə tanışı olduğunu və vətəndaşları işə düzəltməkdə köməklik edə biləcəyini ona bildirmişdir. Hətta həmin vaxt Rəşad müəllimin hazırda xatırlamadığı mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra Rəşad müəllimlə hər hansı bir əlaqəsi olmamış, ona zəng etməmiş, sadəcə olaraq Rəşad müəllim Natiq müəllimin yanına Gəncə şəhərinə gələndə onunla görüşüb hal-əhval tuturmuşlar. O, bir neçə ay Natiq müəllimin yanında işləmiş və oradan çıxmışdır. O, Natiq müəllimin yanında işlədiyi müddət ərzində, yəni 2020-ci ilin mart ayında, gününü dəqiq bilmədiyi tarixdə Elşad adlı şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən xatırlamadığı hər hansı biri ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi düzəlmək istəyən bir nəfər olduğunu bildirmişdir. O, Elşadın yaşadığı ünvanı bilmir və onunla məhkəmədə işlədiyi müddət ərzində tanış olmuşdur. O da Rəşad Babayevlə əlaqə saxlayıb Nizami Rayon Məhkəməsinə işə düzəlmək istəyən bir nəfər olduğunu bildirmiş və Rəşad müəllim 3000 manat pulun müqabilində işə düzəltməkdə köməklik göstərəcəyini, həmin pulu alıb üstündən 300 manat özü üçün götürməyini ona bildirmişdir. O isə Elşada işə düzəlmək üçün 3300 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Gəncə şəhəri A.Səhhət adına Xəstəxananın Poliklinikasında birinci mərtəbədə Elşad müəllim və adını sonradan bildiyi işə düzəlmək istəyən Zərərçəkmiş şəxs1 ilə görüşmüşlər. Onu da qeyd edir ki, onlar görüşməmişdən əvvəl Elşad ona tapşırmışdır ki, Zərərçəkmiş şəxs1 yanında pul barəsində söhbət etməsin. O, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surətini almış, özünü Məkanə kimi təqdim etmiş və Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bir nəfər tanışının vasitəsilə tez bir zamanda onun işini Nizami Rayon Məhkəməsinə düzəldəcəkdir. Bundan sonra onlar ayrılıb getmişdir. O bu barədə Rəşad Babayevlə danışmış, işə düzəlməsi üçün pulu bir neçə gündən sonra alacağını demiş və əvvəlcədən Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surətini aldığını demişdir. Rəşad Babayev də bildirmişdir ki, bir nəfər şəxs gəlib ondan həmin vəsiqənin surətini götürəcəkdir. Daha sonra Rəşad Babayev ona zəng edib bildirmişdir ki, sənədi vermək üçün Gəncə şəhərində 95 nömrəli aptekin qarşısına getsin. O da həmin yerə getmiş, Rəşad Babayevlə zəng edib danışan vaxt Rəşad ona alçaqboy, təxminən 35-38 yaşlı, orta bədən quruluşlu bir nəfər şəxsin ona yaxınlaşacağını bildirmiş, daha sonra ona yaxınlaşan şəxsə Rəşad müəllimlə danışmaq üçün mobil telefonu həmin şəxsə vermiş, dəqiqləşdirdikdən sonra Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə vermiş və ayrılıb çıxıb getmişdir. Təxminən 4-5 gün keçdikdən sonra, yəni 2020-ci ilin mart ayında, gününü dəqiq bilmədiyi tarixdə, günorta saatlarında Elşad müəllimlə Gəncə şəhər İcra Hakimiyyətinin İnzibati binasının yaxınlığında görüşmüş, Elşad müəllim ona Zərərçəkmiş şəxs1 Nizami Rayon Məhkəməsinə operator kimi düzəltməyi məqsədilə 3300 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O da həmin puldan 600 manat özü üçün götürmüş, yerdə qalan 2700 manatı Rəşad Babayevə göndərmək üçün onunla əlaqə saxlayanda Rəşad müəllim demişdir ki, “mən özüm sənə xəbər edəcəm, gəlib səndən götürəcəklər”. Səhəri gün Rəşad müəllim ona zəng edib şəhərdə 95 nömrəli aptekin qarşısına getməyini bildirmiş, orada bir nəfər şəxs ondan pulu götürəcəyini demişdir. O da həmin yerə getmiş, Rəşad müəllimin oraya göndərdiyi ilk dəfə gördüyü, adını bilmədiyi, orta boy, təxminən 30-32 yaşlı, orta bədən quruluşlu bir nəfər şəxs ona yaxınlaşmış, Rəşad müəllim göndərən şəxs olduğunu demiş, yanında Rəşad müəllimlə mobil telefonla danışdıqdan sonra Zərərçəkmiş şəxs1 Nizami Rayon Məhkəməsinə operator kimi düzəlməsi məqsədilə 2700 manat məbləğində pulu Rəşad müəllimə çatdırması üçün həmin şəxsə vermişdir. Təxminən 10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 ona zəng edib bildirmişdir ki, «Covid 19» pandemiyası ilə əlaqədar olaraq Xəstəxanadan aldığı əmək haqqı yüksək olduğu üçün onun məhkəmə işinin düzəlməsi bir qədər yubansa yaxşıdır. O isə etiraz etməyib bu barədə Rəşad Babayevə zəng edib bildirəndə Rəşad problem olmadığını demişdir. Onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 onunla danışan vaxt bildirmişdir ki, işinin düzəlməsi 2021-ci ilin avqust-sentyabr ayınadək yubanmasnı istəmiş, çünki həmin vaxt pandemiya ilə əlaqədar olaraq Xəstəxanada əmək haqqı yüksək olmuşdur. Bundan başqa 2020-ci ilin avqust ayında rəfiqəsi Jalənin bacısı İlahə ilə telefonda danışan vaxt İlahə ondan xahiş etmişdir ki, onun yanına hazırlığa gələn Aygül adlı şəxsin Gəncə şəhərində fəaliyyət göstərən məktəblərdən birinə dəyişdirilməsinə köməklik etsin. Belə ki, bildiyinə görə İlahə magistraturaya və dövlət qulluğuna tələbə hazırlamışdır. Bu səbəbdən də o, İlahəyə bildirmişdir ki, mobil telefon nömrəsini onunla əlaqə saxlamaq üçün Aygülgilə bildirsin. 2020-ci ilin avqust ayında gününü dəqiq bilmədiyi tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən ona zəng gəlmiş, həmin şəxs özünü Zərərçəkmiş şəxs11 kimi təqdim edərək qızının işi ilə bağlı görüşüb üzbəüz söhbət etmək istədiyini bildirmişdir. O isə etiraz etməmişdir. Bundan sonra O, Zərərçəkmiş şəxs11 ilə Mərkəzi Univermağın yaxınlığında görüşmüş, Zərərçəkmiş şəxs11 qızı Aygülün Goranboy rayon orta məktəbində informatika müəlliməsi işlədiyini, ailə vəziyyəti ilə əlaqədar olaraq işə gedə bilmədiyini, Aygülün Gəncə şəhər 4 saylı orta məktəbə dəyişdirilməsinə köməklik göstərməyi ondan xahiş etmişdir. O isə tanışının vasitəsilə bu işdə köməklik göstərəcəyini Zərərçəkmiş şəxs11 söz vermişdir. Zərərçəkmiş şəxs11 da ətraflı öyrənib neçəyə qızının işinin düzələcəyini deməyi ona bildirmişdir. Daha sonra qızının müəllimə kimi işləməsi barədə sənədin surətini çəkib “whatsapp”la ona göndərmişdir. Lakin o, bu barədə heç kimlə danışmamış, maraqlanmamış, həmin ərəfələrdə şəxsi ehtiyacları üçün ona pul lazım olduğuna görə Zərərçəkmiş şəxs11 pulunu ələ keçirmək qərarına gəlmişdir. O, bir az keçdikdən sonra Zərərçəkmiş şəxs11 zəng edib yalandan bildirmişdir ki, tanışı 7000 manat pulun müqabilində Şahid5 işlədiyi Goranboy rayon orta məktəbindən Gəncə şəhər 4 saylı orta məktəbə dəyişdirəcəyinə söz veribdir. Zərərçəkmiş şəxs11 razı olsa da maddi imkanı zəif olduğu üçün həmin məbləğdə pulu ona hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra 15 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 ona zəng edib pulun bir qisminin düzəldiyini bildirdiyi üçün o, *2244 taksi xidmətindən çağırdığı tanımadığı sürücünün idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs11 yaşadığı evin yaxınlığına getmiş, orada Sevinclə görüşmüş, qızının işinin düzəlməsi üçün ondan 1500 (min beş yüz) manat pul, qızı Aygülə məxsus X16 bal barədə çıxarışı, şəxsiyyət vəsiqəsinin surətini, azyaşlı övladının doğum haqqında şəhadətnaməsinin surətini almış və oraya getdiyi taksi avtomobili ilə yaşadığı evə getmişdir. O, Şahid5 Gəncə şəhər 4 saylı orta məktəbə dəyişdirmək məqsədilə Sevincdən aldığı 1500 manat məbləğində pulu və müvafiq sənədlərin surətini özündə saxlamışdır. Həmin məbləğdə pulu heç kimə verməyib öz şəxsi ehtiyacları üçün xərcləmiş, Zərərçəkmiş şəxs11 götürdüyü Aygülün barəsində olan sənədlərin surətini isə xatırlamadığı yerdə cırıb atmışdır. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs11 zəng edib ondan xahiş etmişdir ki, qızının ailə vəziyyəti ilə əlaqədar olaraq Goranboy rayonunda işlədiyi məktəbə gedə bilmədiyi üçün direktorla danışıb köməklik göstərsinlər. O isə bu barədə tanışı ilə danışıb köməklik göstərəcəyinə yalandan söz vermişdir. Lakin, o heç kimlə danışmamış, çünki bu işi düzəltməkdə onun hər hansı bir tanışı olmamışdır. Bir neçə saat keçdikdən sonra Zərərçəkmiş şəxs11 zəng edib yalandan bildirmişdir ki, qızı məktəbə getməsə də olar, direktorla danışılıb və adı məktəbdə gedəcək, ancaq qızının işinin düzəlməsi üçün yerdə qalan puldan 2000 manat verilməlidir. Zərərçəkmiş şəxs11 da bu xəbəri eşidən kimi sevinmişdir. 20 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 zəng edib onu qaynanasının yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34 ünvanına çağırdığı üçün o, oraya tək getmişdir. Mənzilin mətbəxində Zərərçəkmiş şəxs11 qızı Aygülün yanında ona 2000 (iki min) manat pul vermişdir. Həmin məbləğdə pulu heç kimə verməyib öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs11 zəng edib ona bildirmişdir ki, Aygül Goranboy rayonunda işlədiyi məktəbə getmədiyi üçün rəhbərlik tərəfindən işdən azad olunub. Bir az keçdikdən sonra o, Sevincə zəng edib bildirmişdir ki, “narahat olmayın, onsuz da Gəncə şəhər 4 saylı orta məktəbə işi dəyişdirildikdən sonra yenə də müəllimə kimi işləyəcəkdir”. 2021-ci ilin mart ayının ikinci yarısında, o, Sevincə zəng edib pulun qalan hissəsini, yəni 3500 manat pulu istəyəndə Zərərçəkmiş şəxs11 pulun hazır olduğunu bildirmiş, onu qaynanasının yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34 ünvanına çağırdığı üçün o, oraya tək getmiş, Sevinc qızı Aygülün iştirakı ilə ona 3500 (üç min beş yüz) manat pul vermişdir. O, yenə oradan çıxıb öz yaşadığı evə getmişdir. Həmin məbləğdə pulu heç kimə verməyib öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra mütəmadi olaraq Zərərçəkmiş şəxs11 və qızı Aygül onunla telefon vasitəsilə əlaqə saxlayıb işlərinin nə yerdə olmasını maraqlanmağa başlamışlar. O isə hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda Aygülün işinin düzələcəyini Sevincə söz vermişdir. 2021-ci ilin yazında, gününü dəqiq bilmədiyi tarixdə əvvəllər öz istifadəsində olan ***-***-**-**, daha sonra isə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə Rəşad müəllimin istifadəsində olan hazırda xatırlamadığı, mobil telefonundan sildiyi nömrəsinə zəng etmiş, dövlət işində işləmək üçün işə düzəlmək istədiyini bildirəndə Rəşad müəllim danışıb ona xəbər edəcəyini bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra növbəti dəfə Rəşad müəllimlə danışanda Rəşad ona Gəncə şəhər prokurorluğunda dəftərxanaya işə düzəldəcəyinə söz vermiş, sadəcə olaraq ştat gəlmədiyi üçün bir az gözləməyi ona tapşırmışdır. Bundan sonra Rəşad müəllim ona bir neçə sahədə iş olduğu üçün işə düzəlmək istəyən olarsa ona xəbər verməyini təklif etmişdir. Rəşad müəllim ona demişdir ki, «işə düzələn olarsa 5-10 manat da sən pul qazanarsan». Həmin ərəfələrdə onun maddi çətinliyi olduğu üçün Rəşad müəllimin dediklərinə inanmış və tanışlardan işə düzəlmək istəyənlərlə maraqlanmağa başlamışdır. Bundan başqa 2021-ci ilin fevral ayında, gününü dəqiq bilmədiyi tarixdə həyat yoldaşı Səbuhi Əliyevin nənəsinin yas mərasimində iştirak edən vaxt Səbuhinin qohumu olan Zərərçəkmiş şəxs3 ona Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini bildirmişdir. O da Gülnara Bakı da tanışı olduğunu, bu işdə köməklik edəcəyinə söz vermişdir. Bundan sonra o Rəşad Babayevlə danışıb bir nəfər şəxsin Fövqəladə Nazirliyinə işə düzəlmək istədiyini bildirmişdir. Rəşad Babayev də bu barədə maraqlanıb ona xəbər edəcəyini bildirmişdir. 2 gün keçdikdən sonra Rəşad Babayev ona zəng edib bildirmişdir ki, 6000 manat pulun müqabilində onun tanışını Fövqəladə Nazirliyinə işə düzəldə bilər. O da işinin düzəlməsi üçün Zərərçəkmiş şəxs3 6500 manat pul istəmişdir ki, 500 manatını özünə götürər. Zərərçəkmiş şəxs3 isə onunla razılaşmışdır. Bundan sonra 2021-ci ilin mart ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs3 Fövqəladə Nazirliyinə işə düzəlmək üçün ona qaynatasıgilin evində 3000 və 3500 manat olmaqla iki dəfəyə ayrı-ayrı vaxtlarda ümumilikdə 6500 manat pul vermişdir. O, da 3000 və 3500 manat olmaqla iki dəfəyə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs3 aldığı ümumilikdə 6500 manat puldan 6000 manatı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «Aura» parkın qarşısında Rəşad Babayevin göndərdiyi şəxsə verib Bakı şəhərinə yola salmış, 500 manatı isə özünə götürmüşdür. Həmin şəxsin adını bilmir, sərnişin qismində oraya gəldiyi avtomobilin markasını xatırlamır. Rəşad Babayev də tez bir zamanda Zərərçəkmiş şəxs3 işini düzəldəcəyinə söz versə də vədinə əməl etməmiş, nə Zərərçəkmiş şəxs3 işini düzəltmiş, nə də ki, onun pulunu qaytarmışdır. 2021-ci ilin may ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib həyat yoldaşının pensiyasının kəsildiyini bildirmiş və bu işdə ona köməklik etdiyini ondan xahiş etmişdir. O da bu barədə Rəşad Babayevlə əlaqə saxlamış, Rəşad ona 4500 manat pulun müqabilində pensiyanın bərpa olunmasına söz vermiş və həmin pulun 500 manatının ona çatacağını bildirmişdir. O da Zərərçəkmiş şəxs1 zəng edib həyat yoldaşının pensiyasının 4500 manat pul müqabilində bərpa olunacağını bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra Zərərçəkmiş şəxs1 zəng edib pulun hazır olduğunu bildirdiyi üçün o, A.Səhhət adına xəstəxanaya getmiş, orada Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Həmin vaxt yanlarında heç kim olmamışdır. 2021-ci ilin may ayında, gününü dəqiq bilmədiyi tarixdə Gəncə şəhəri, A.Səhhət adına xəstəxanada Zərərçəkmiş şəxs1 həyat yoldaşının pensiyasının bərpa olunması məqsədilə ona 4500 manat pul, həyat yoldaşının pensiya işi ilə bağlı xatırlamadığı adda müvafiq sənədlərin surətini vermişdir. O, sənədlərin şəklini çəkib “whatsapp” sosial şəbəkəsi vasitəsilə Rəşad Babayevin nömrəsinə göndərmişdir. Zərərçəkmiş şəxs1 həyat yoldaşının pensiyasının bərpa olunması məqsədilə aldığı 4500 manat puldan 500 manatını özü götürmüş, yerdə qalan 4000 manatı isə Rəşad Babayevin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik kart hesabına “milli ön” ödəmə terminalı vasitəsilə göndərmişdir. O, həmin kartın hesab nömrəsini xatırlamır. Rəşad Babayev də tez bir zamanda Zərərçəkmiş şəxs1 həyat yoldaşının pensiyasının bərpa olunacağına söz vermiş və o da bu barədə Zərərçəkmiş şəxs1 zəng edib məlumat vermişdir. Lakin daha sonra Rəşad Babayev vədinə əməl etməmişdir. Bundan başqa 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib qohumu Zərərçəkmiş şəxs12 adlı şəxsin qızını Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzəlməsinə köməklik etməyini ondan xahiş etmişdir. O da bu barədə Rəşad Babayevlə əlaqə saxlamış, Rəşad ona 4000 manat pulun müqabilində Elmiranın qızı X29 şəhəri Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzəldəcəyinə söz vermişdir. O da Zərərçəkmiş şəxs1 zəng edib 4500 manat pulun müqabilində Elmiranın qızı X22 şəhəri Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzələcəyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs1 4500 manat pul deməkdə məqsədi 500 manatı özü götürmək olmuşdur. Zərərçəkmiş şəxs1 da qohumu Elmira ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Daha sonra 10 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs12, qızı Yeganə Qazıyeva və kürəkəni ilə birlikdə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın qarşısında görüşmüş, Elmiranın kürəkəninin idarə etdiyi avtomobilin içərisində Elmira qızını Gəncə şəhər Təhsil İdarəsində qeydiyyatçı kimi işə düzəltmək məqsədilə ona 4500 manat pul vermişdir. O da pulu sayıb götürüb bir ay müddətinə Yeganəni işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, Yeganə Qazıyevanın işi ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinə getməli olduğunu bildirdiyi üçün Yeganəgil avtomobillə onu aparıb Gəncə şəhər Təhsil İdarəsinin qarşısında düşürtmüş, özləri isə çıxıb getmişlər. Əslində isə Gəncə şəhər Təhsil İdarəsində onun hər hansı bir tanışı olmamış, yalandan Elmiragili inandırmaq üçün Yeganə Qazıyevanın işi ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinə getməli olduğunu bildirmişdir. Yeganəgil onu həmin yerdə düşürdüb getdikdən sonra o, şəhərin mərkəzinə gəlmiş, Yeganə Qazıyevadan işə düzəltmək məqsədilə aldığı 4500 manat puldan 500 manatını özü üçün götürmüş, yerdə qalan 4000 manat məbləğində pulu isə 10 iyun 2021-ci il tarixdə xatırlamadığı yerdə “mili ön” ödəmə terminalı vasitəsilə Rəşad Babayevin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərmişdir. O, həmin kartın hesab nömrəsini xatırlamır. Bundan sonra Rəşad Babayev tez bir zamanda Yeganə Qazıyevanın işinin düzələcəyini bildirmişdir. Lakin artıq onun dediyi vaxtdan keçdiyi üçün Zərərçəkmiş şəxs12 ona zəng etməyə başlamış, qızının işinin düzəlib-düzəlmədiyini soruşanda o, tez bir zamanda X22 şəhər Təhsil İdarəsində qeydiyyatçı kimi işə düzələcəyinə söz vermişdir. Lakin, o müddət uzandığı üçün inandırmaq məqsədilə X29 şəhər Təhsil İdarəsinə çağırmış, öz yanında işə düzəlməsi üçün yazdığı ərizəni Yeganəyə verib demişdir ki, «işi tezliklə düzələcək, imza etsin». Yeganə Qazıyeva da Gəncə şəhər Təhsil İdarəsinə yazdığı ərizəyə imza etmiş və ondan ayrılıb çıxıb getmişdir. Yeganə Qazıyeva çıxıb getdikdən sonra o, Yeganənin imza etdiyi ərizəni cırıb zibil qutusuna atmış, özü də oradan çıxıb getmişdir. Bundan başqa əvvəllər tanıdığı Mətanət adlı qadınla əlaqə saxlayıb Mətanətə bildirmişdir ki, işə düzəlmək istəyən olarsa ona xəbər etsin. Onu da qeyd edir ki, Mətanət adlı qadını təxminən 2016-cı ildən tanıyır, Mətanətlə məhkəmədə işlədiyi müddət ərzində tanış olmuşdur. Mətanət də ona işə düzəlmək istəyən olarsa xəbər edəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayında, gününü dəqiq bilmədiyi tarixdə Mətanət ona zəng edib bildirmişdir ki, ailəvi tanışları olan Arifə Həsənovanın həyat yoldaşı Aqilin Əli adlı dostu var, Əlinin işə düzəlməsində köməklik etsin. Mətanət Əlinin təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək istədiyini bildirmiş və o, da Mətanətə 7500 manat pulun müqabilində sürücü kimi Əlini işə düzəldəcəyinə söz vermişdir. Çünki o, əvvəlcədən Rəşad Babayevlə danışanda Rəşad ona təcili tibbi yardıma sürücü kimi işə 7500 manata düzəlməyin mümkün olduğunu demişdir. Mətanət də bu barədə Aqillə danışıb xəbər edəcəyini bildirmişdir. Daha sonra Mətanət Bakı şəhərinə əməliyyata getdiyi üçün Aqil onunla əlaqə saxlamış, onun yaşadığı Gəncə şəhəri Natəvan qəsəbəsinə gəlmiş, yaşadığı evin yaxınlığında küçədə Aqilnən görüşmüş və sonuncu ona Əlinin təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi üçün ona 4000 manat pul vermişdir. Həmin vaxt onların yanlarında heç kim olmamışdır. Bir gün keçdikdən sonra isə Aqil “milli ön” ödəmə terminalı vasitəsilə onun adına olan 5261 6333 3376 9991 nömrəli Rabitə Banka məxsus plastik kart hesabına 2800 manat pul göndərmişdir. O, Əlinin təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi üçün ümumilikdə aldığı 6800 manat məbləğində pulun hamısını yaşadığı evin yaxınlığındakı mağazada olan “e-manat” vasitəsilə Rəşad Babayevin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərmişdir. Şahid1 bildirmişdir ki, Əli işə düzəldikdən sonra pulun yerdə qalan hissəsini də, yəni 700 manat pulu da ödəyəcəkdir. O da bu barədə Rəşad Babayevə bildirmiş, Rəşad da ona demişdir ki, bir ay müddətində Əli təcili tibbi yardıma sürücü kimi işə düzələcək, yerdə qalan 700 manat pulu Əli işə düzəldikdən sonra alanda oradan 500 manatı ona verəcəkdir. O da razılaşmışdır. Bundan sonra Şahid1 ondan Əlinin işi ilə maraqlananda o da Rəşad Babayevə zəng etmiş, Rəşad ona hər dəfə müxtəlif bəhanələr gətirərək işin tez bir zamanda düzələcəyinə söz vermiş, lakin Əlinin işini düzəltməmiş və bu məqsədlə aldığı pulu da qaytarmamışdır. Bundan başqa 2021-ci ilin avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1 ona zəng edib bildirmişdir ki, dostunun qızını Gəncə şəhərində fəaliyyət göstərən muzeylərdən birinə işçi kimi düzltməkdə köməklik etsin. O da tanışı ilə söhbət edib xəbər edəcəyini Aqilə bildirmişdir. Bundan sonra Rəşad Babayevlə telefon əlaqəsi saxlamış, Gəncə şəhərində fəaliyyət göstərən muzeylərdən birinə bir nəfər şəxsin düzəlmək istədiyini bildirəndə Rəşad ona 4000 manat pulun müqabilində köməklik edəcəyini və həmin puldan 500 manatı ona çatacağını bildirmişdir. O da Şahid1 bildirmişdir ki, Arifin qızını 4000 manat pulun müqabilində muzeyə işçi kimi düzəldə bilər və fikirləşmişdir ki, həmin puldan 500 manatını özünə götürər, 3500 manatı da Rəşad Babayevə göndərər. Bundan sonra Şahid1 onun yaşadığı Gəncə şəhəri Natəvan qəsəbəsinə gəlmiş, Arifin qızını muzeyə işçi kimi düzəltmək məqsədilə ona 4000 manat pul vermişdir. Həmin vaxt onların yanlarında heç kim olmamşdır. Səhəri gün o, Arifin qızını Gəncə şəhərində yerləşən muzeylərdən birinə işə düzəlməsi məqsədilə Aqilin ona verdiyi 3500 manat məbləğində pulu yaşadığı evin yaxınlığındakı mağazada olan «emanat» vasitəsilə Rəşad Babayevin ona göndərdiyi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmişdir. 500 manatı da Rəşad Babayevlə əvvəlcədən razılaşdıqları kimi özünə götürmüş və 500 manat məbləğində pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Şahid1 ondan Arifin qızının işi ilə maraqlananda O da Rəşad Babayevə zəng etmiş, Rəşad da ona hər dəfə müxtəlif bəhanələr gətirərək Arifin qızını işə düzəltməmiş və bu məqsədlə aldığı pulu da qaytarmamışdır. 2021-ci ilin avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Mətanət ona zəng edib bildirmişdir ki, Şahid1 Orxan adlı dostu var, Orxanın işə düzəlməsində köməklik etsin. Mətanət Orxanın təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək istədiyini bildirmiş və o da Mətanətə 7500 manat pulun müqabilində sürücü kimi Orxanı işə düzəldəcəyinə söz vermişdir. Çünki, o əvvəlcədən Rəşad Babayevlə danışanda Rəşad ona təcili tibbi yardıma sürücü kimi 7500 manata düzəlməyin mümkün olduğunu demişdir. Onu da qeyd edir ki, Rəşad Babayev 7500 manat pulun 500 manatını özünə götürməyi ona təklif etmişdir. Mətanət də bu barədə Aqilnən danışıb xəbər edəcəyini bildirmişdir. Daha sonra Mətanət onunla əlaqə saxlayıb Orxanın işə düzəlməsi üçün lazım olan pulun onda olduğunu bildirmişdir. Daha sonra o, özü tək Mətanətin dəmir yolunun altında yaşadığı qardaşı evinə getmişdir. Mətanət Zərərçəkmiş şəxs4 təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi məqsədilə 4000 manat məbləğində pul vermişdir. Mətanət bildirmişdir ki, bir neçə saatdan sonra Orxan işə düzəlməsi üçün ona əlavə olaraq 2000 manat da verəcək. Həmin vaxt onların yanlarında heç kim olmamışdır. O, 4000 manat məbləğində pulu götürüb öz evinə getmişdir. Həmin gün axşam saatlarında Mətanət ona zəng edib Orxanın işə düzəlməsi məqsədilə 2000 manat pulun da hazır olduğunu bildirdiyi üçün onu evlərinə çağırmışdır. O da yoldan ötən taksi avtomobili ilə Mətanətin dəmir yolunun altında yaşadığı qardaşı evinə getmişdir. Mətanət ona Zərərçəkmiş şəxs4 işə düzəlməsi məqsədilə 2000 manat da vermişdir. Təxminən bir neçə gün keçdikdən sonra Mətanət yenə ona zəng edib Orxanın işə düzəlməsi məqsədilə 1500 manat pulun da hazır olduğunu bildirdiyi üçün onu evlərinə çağırmışdır. O da yoldan ötən taksi avtomobili ilə Mətanətin dəmir yolunun altında yaşadığı qardaşı evinə getmişdir. Mətanət ona Zərərçəkmiş şəxs4 işə düzəlməsi məqsədilə 1500 manat da vermişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs4 təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi məqsədilə əldə etdiyi 7500 manat məbləğində pulun 7000 manatını «Dəmir yol» vağzalının yaxınlığında yerləşən marketin içərisində «milli ön» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərmişdir. Bundan sonra Mətanət ondan Orxanın işi ilə maraqlananda o da Rəşad Babayevə zəng etmiş, Rəşad da ona hər dəfə müxtəlif bəhanələr gətirərək Orxanın işini düzəltməmiş və bu məqsədlə aldığı pulu da qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 pulunu tələb etməyə başladığı üçün o, məcbur qalıb Orxanın pulunu ödəməyə başlamışdır. 2021-ci ilin avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Mətanət ona zəng edib bildirmişdir ki, Aqilin dostu Fəxri adlı qohumunu işə düzəltməkdə köməklik etsin. Mətanət Fəxrinin təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək istədiyini bildirmiş və o da Mətanətə 3800 manat pulun müqabilində sürücü kimi Fəxrini işə düzəldəcəyinə söz vermişdir. Mətanət də bu barədə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra Mətanət onunla əlaqə saxlayıb bildirmişdir ki, Fəxri işə düzəlməsi üçün 3800 manat pulu ona verib və Mətanət xahiş etmişdir ki, gedib pulu ondan götürsün. O da etiraz etməyib Mətanətin dedikləri ilə razılaşmış, özü tək Mətanətin dəmir yolunun altında yaşadığı qardaşı evinə getmişdir. Mətanət Fəxrinin təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi məqsədilə 3800 manat məbləğində pulu ona vermişdir. O, Fəxrini təcili tibbi yardıma sürücü kimi işə düzəlməsi məqsədilə Mətanətdən aldığı 3800 manat məbləğində pulun 3500 manatını «Dəmir yol» vağzalının yaxınlığında yerləşən marketin içərisində «milli ön» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin ona göndərdiyi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmiş, yerdə qalan 300 manatı isə özü üçün götürmüşdür. Bundan sonra Mətanət ondan Fəxrinin işi ilə maraqlananda o da Rəşad Babayevə zəng etmiş Rəşad da ona hər dəfə müxtəlif bəhanələr gətirərək Fəxrinin işini düzəltməmiş və bu məqsədlə aldığı pulu da qaytarmamışdır. Bundan sonra Fəxri pulunu tələb etməyə başlamışdır. O da əvvəlcə 300 manatı, daha sonra isə 3500 manatı Aqilin vasitəsilə Fəxriyə göndərmişdir. 2021-ci ilin avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Mətanət ona zəng edib bildirmişdir ki, Şahid1 dostu Yafəs adlı qohumunun oğlu Turqutu Gəncə şəhəri Nizami Rayon Məhkəməsində arxivçi işinə düzəltməkdə köməklik etsin. O da Turqutu 6500 manat pulun müqabilində məhkəməyə işə düzəldəcəyinə söz vermişdir. Çünki O, əvvəlcədən Rəşad Babayevlə danışanda Rəşad ona Məhkəməyə 6500 manata düzəlməyin mümkün olduğunu demişdir. Mətanət də bu barədə danışıb ona xəbər edəcəyini bildirmişdir. Daha sonra Mətanət onunla əlaqə saxlayıb bildirmişdir ki, Turqut işə düzəlməsi üçün 6500 manat pulu hissə-hissə ödəyəcəyini deyibdir. O da etiraz etməyib Mətanətin dedikləri ilə razılaşmışdır. Təxminən bir-iki gün keçdikdən sonra Mətanət ona zəng edib Turqutun işə düzəlməsi üçün 4000 manat pulu götüməyini ona bildirmişdir. O da tək Mətanətin dəmir yolunun altında yaşadığı qardaşı evinə getmişdir. X30 Rayon Məhkəməsinə arxivçi kimi işə düzəlməsi məqsədilə 4000 manat məbləğində pulu ona vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Mətanət ona bildirmişdir ki, bir neçə gündən sonra da Turqutla Nizami Rayon Məhkəməsinin yanında görüşüb Turqutu inandırsın ki, işini düzəldir və pulun qalan hissəsini də çatdırmaq lazımdır, eyni zamanda Mətanət Turqutun mobil telefon nömrəsini ona vermişdir. O da etiraz etməyib razılaşmışdır. Bundan sonra Turqutu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi işə düzəltmək məqsədilə Mətanətdən götürdüyü 4000 manat məbləğində pulu Gəncə şəhərinin mərkəz hissəsində xatırlamadığı yerdə «milli ön» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin həmişə olduğu kimi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmişdir. Təxminən bir neçə gün keçdikdən sonra o, Turquta zəng edib Nizami Rayon Məhkəməsinin qarşısında onunla görüşmüş, Turqut oraya tək gəlmiş, o, Turqutla salamlaşıb işini düzəldən şəxs olduğunu bildirmiş və tez bir zamanda işə düzəlməsi üçün pulun yerdə qalan hissəsini də çatdırmasını demişdir. Turqut da onunla razılaşmış və atasının dostu Aqilnən əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Turqut ondan ayrılıb getmiş və o, da öz evinə çıxıb getmişdir. Bundan sonra Şahid1 «milli ön» ödəmə terminalı vasitəsilə onun adına olan 5261 6333 3376 9991 nömrəli Rabitə Banka məxsus plastik kart hesabına 2500 manat pul göndərmişdir. Turqutun məhkəməyə işə düzəlməsi məqsədilə Şahid1 ona məxsus plastik kart hesabına göndərdiyi 2500 manat məbləğində pulun 2000 manatını Gəncə şəhərinin mərkəzi hissəsində xatırlamadığı yerdə «milli ön» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin həmişə olduğu kimi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmiş, yerdə qalan 500 manatını isə nağdlaşdırıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, Turqutla görüşməsə də Mətanət və Aqil işi ilə bağlı onunla maraqlanmağa başlamışlar. O da Rəşad Babayevə zəng edəndə Rəşad ona hər dəfə müxtəlif bəhanələr gətirərək Turqutun işini düzəltməmiş və bu məqsədlə onun kart hesabına göndərdiyi 6000 manat pulu da geri qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 qarşı və onun vasitəsilə tanışlarına qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 3-4 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs2 xalasının gəlini Selcanın dayısı ilə qonşuluqda yaşayır. O, xalası gəlini Selcanla dayısıgilə gedəndə Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Belə ki o, Zərərçəkmiş şəxs2 faizə pul verən qız kimi tanımışdır. Hətta dəfələrlə şəxsi ehtiyacı olduğu üçün Nərgizdən faizə pul götürmüş, götürdüyü pul borcunu üstündə faizini ödəməklə onun özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 ilə tanış olduğu müddət ərzində Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasında Natiq müəllimin rəhbər olduğu Audit yoxlamalar İdarəsində ştatdan kənar olaraq işləmiş, Zərərçəkmiş şəxs2 onun İcra hakimiyyətində işlədiyini bilmişdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin fevral aynda Zərərçəkmiş şəxs2 ona zəng edib Rusiya Federasiyasında ali təhsil aldığı diplomu təsdiqlətmək istədiyini demişdir. O da bu barədə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Rəşad Babayevə zəng edib bir nəfər şəxsin diplomunu təsdiqlətmək lazım olduğunu deyəndə Rəşad ona 2000 manat pulun müqabilində bu işin 3 aya kimi həll olacağını bildirmişdir. O da sonra Zərərçəkmiş şəxs2 ilə danışıb 2000 manat pulun müqabilində diplomunu təsdiq etdirəcəyinə söz vermiş və Nərgizdə onunla razılaşmışdır. 2021-ci ilin təxminən fevral-mart ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs2 ilə Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşmüş, diplomunun, şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası vətəndaşının ümum vətəndaş pasportunun surətlərini və diplomunun təsdiq olunması məqsədilə Nərgizdən 2000 (iki min) manat məbləğində pul almışdır. Rəşad Babayev ona dediyi kimi Nərgizə bildirmişdir ki, 3 ay müddətində işini həll edəcək. Həmin vaxt onların yanında kənar şəxs olmamışdır. O, Nərgizdən 2000 manat məbləğində pulu və müvafiq sənədlərin surətini aldıqdan sonra Rəşad Babayevə zəng edib məlumat vermiş, Rəşad da 5 saylı orta məktəbin yanına getməyini, bir nəfər şəxsin ona yaxınlaşıb pulu və sənədləri götürəcəyini bildirmişdir. O da 1 saylı şəhərdaxili marşurutların dayanacağının arxasında yerləşən «Universam» adlanan mağazadan rəngli sellofan torba alıb Nərgizdən götürdüyü 2000 manat məbləğində pulu və müvafiq sənədlərin surətini torbaya qoymuş, tanımadığı satıcıdan xahiş edib torbanı «skoçla» bağlayıb sarımışdır. Daha sonra 5 saylı orta məktəbin qarşısına getmiş, orada zəng edib Rəşad Babayevə bildirəndə Rəşad ona təxminən yarım saat ərzində bir nəfər şəxsin ona yaxınlaşacağını bildirmişdir. O orada dayanıb gözləyən vaxt bir nəfər kişi mobil telefonla danışa-danışa oraya gəlmişdir. O, həmin şəxsə «Rəşad müəllim göndərən şəxs sizsiniz» deyə müraciət edəndə ona yaxınlaşıb Rəşad müəllim göndərən şəxs olduğunu bildirmişdir. Həmin vaxt O, Rəşad müəllimə zəng etmiş, həmin şəxslə Rəşad müəllimi danışdırmış və tam əmin olduqdan sonra içərisində 2000 manat məbləğində pul və müvafiq sənədlərin surəti olan sellofan paketi həmin şəxsə vermiş, daha sonra həmin şəxslə sağollaşıb ayrılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 mütəmadi olaraq onunla telefon vasitəsilə əlaqə saxlamağa başlamış, hətta bəzi hallarda görüşüb işi ilə bağlı danışırmışlar. 2021-ci ilin may ayında Rəşad Babayev onunla əlaqə saxlayıb bildirmişdir ki, xaricdə təhsil alan tələbələrin diplom işinin təsdiq olunması artıq problemə çevrilib, bəzi Universitetləri bitirən tələbələrin diplomunu təsdiq etdirmək mümkün deyil. Sadəcə olaraq Rəşad Babayev ona bildirmişdir ki, çalışdığı qədər Nərgizin diplomunu təsdiq etdirəcək. O da bu barədə Nərgizə bildirib gözləməyini xahiş etmişdir. Bundan sonra Nərgiz diplom işi düzəlmədiyi halda pulunu ondan tələb etdiyinə görə o, məcbur qalıb pulunu ödəməyə çalışmışdır. Bundan sonra 2021-ci ilin may ayının axırlarında Nərgizin yaşadığı ünvan 2 ünvanına tək getmiş, Nərgizin özünə 1000 (bir min) manat pul qaytarmış və bildirmişdir ki, əgər diplom işi düzəlsə həmin pulu yenidən ona verər. Bundan sonra Zərərçəkmiş şəxs2 «Gəncə ASAN Xidmət Mərkəzində» X11 işləmək istədiyini ona bildirmişdir. O da danışıb ona xəbər edəcəyini demişdir. Bundan sonra o, Rəşad Babayevlə danışanda Rəşad ona 13000 manat pulun müqabilində həmin işə düzəldəcəyini ona bildirmişdir. O da 2000 manatı özünə götürmək üçün Rəşad Babayevin xəbəri olmadan Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onu 15000 manat pulun müqabilində «Gəncə ASAN Xidmət Mərkəzində» X17 düzəldəcəyinə söz vermişdir. Lakin Zərərçəkmiş şəxs2 ona həmin məbləğdə pula gücü çatmadığını, 13000 manat pul verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onun rəfiqəsi olduğu üçün özünə pul götürmədən Rəşad Babayevin dediyi məbləğ üzrə, yəni Zərərçəkmiş şəxs2 gücü çatacağı 13000 manat pulun müqabilində onu işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və bacısı Nigarla Gəncə şəhər “95 Aptekin” yanında görüşmüş, Nərgiz işə düzəlməsi üçün bacısı Nigarın yanında ona 3000 (üç min) manat pul vermiş, yerdə qalan 10000 manat pulu isə yaxın günlərdə bacısının adına bank hesabından nağdlaşdırıb verəcəyinə söz vermişdir. O da Zərərçəkmiş şəxs2 «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəltmək məqsədilə ondan aldığı 3000 manat məbləğində pulu Gəncə şəhərinin mərkəzi hissəsində xatırlamadığı yerdə «milli ön» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin həmişə olduğu kimi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmişdir. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 bacısı Nigarla onun yaşadığı Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən evinə gəlmiş, evin zalında üçü oturub söhbət etmiş, Nərgiz işə düzəlmək məqsədilə ona bacısı Nigarın yanında 7000 (yeddi min) manat pul vermiş və yerdə qalan 3000 manat isə işə düzəldikdən sonra verəcəyini bildirmişdir. O da etiraz etməyib razılaşmışdır. Həmin gün o, pulu almağı və göndərməyi barədə Rəşad Babayevə zəng edib məlumat versə də Rəşad ona başı qarışıq olduğunu, sonra pulu göndərməyini özü ona xəbər edəcəyini bildirmişdir. Bu səbəbdən də Nərgiz İsmayılovun işə düzəlməsi məqsədilə ona verdiyi 7000 (yeddi min) manat məbləğində pulu iki gün özündə saxladıqdan sonra Rəşad Babayevin ona zəngi gəldikdən sonra Zərərçəkmiş şəxs2 «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəltmək məqsədilə ondan aldığı 7000 manat məbləğində pulu Gəncə şəhərinin mərkəzi hissəsində xatırlamadığı yerdə «e-manat» ödəmə terminalı vasitəsilə Rəşad Babayevin həmişə olduğu kimi «Kapital Banka» məxsus plastik kart hesabına göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 işi ilə bağlı onun maraqlanmağa başlamış, o, da öz növbəsində Rəşad Babayevə zəng edib Nərgizin işi ilə bağlı maraqlananda Rəşad ona hər dəfə müxtəlif bəhanələr gətirərək Nərgizi «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəltməmiş və bu məqsədlə onun Rəşadın kart hesabına göndərdiyi ümumilikdə 10000 (on min) manat pulu da geri qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 ondan pulunu tələb etməyə başlamışdır. Nərgiz ondan tələb etmişdir ki, diplomunu təsdiq etdirmək məqsədilə ona verəcəyi 1000 manatı pulu 100 manata 15 manat olmaqla üstündə hər ay 150 manat faizə pul ödəməklə qaytarmalıdır. O da məcbur qalıb onun dediyi ilə razılaşmışdır. Bundan sonra Nərgizə olan 1000 manat pul borcuna görə 2021-ci ilin sentyabr ayınadak hər ay ona 150 manat faiz ödəmiş, 2021-ci ilin sentyabr ayında isə Zərərçəkmiş şəxs2 diplomunu təsdiq etdirmək məqsədilə aldığı puldan ona qalan 1000 manat borcunu üzərində 150 manat faiz olmaqla ümumilikdə 1150 (bir min bir yüz əlli) manat pulu onun yaşadığı ünvan 2 ünvanda Nərgizin özünə vermişdir. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəlmək məqsədilə ona verdiyi 10000 (on min) manatı pulu tələb etməyə başlamış, o həmin məbləğdə pulu nağd şəkildə qaytarmağa maddi imkanı olmadığı üçün onunla razılaşmışdır ki, lotereya oynadığına görə onun növbəsi çatanda həmin puldan götürüb verər. Onu da qeyd edir ki, onlar bir neçə nəfər şəxslərlə lotereya oynamış, lotereyanın pullarını Nərgiz yığsa da o lotereya oynayan digər şəxsləri tanımamışdır. Çünki onu lotereya oynamağa Nərgiz dəvət etmiş və onun növbəsi sonuncu olmuş, yəni 2021-ci ilin oktyabr ayında o özü də lotereya pulunu vermək şərti ilə 10000 (on min) manat pul götürməli imiş. Zərərçəkmiş şəxs2 da onun dedikləri ilə razılaşmışdır. Bundan sonra 2021ci ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs2 lotereya pulu hazır olduğunu deyib onu «Gəncə Mall»un yanına çağırmış, o öz yerinə lotereya pulu qoymadığı üçün Nərgiz ona 9000 manat lotereya pulu yığıldığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin pulun üstündən «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəlmək məqsədilə ona verdiyi 10000 (on min) manatın yarısını, yəni 5000 manatı götürüb yerdə qalan 4000 manatı ona vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 «Gəncə ASAN Xidmət Mərkəzində» X17 işə düzəlmək məqsədilə aldığı ümumilikdə 10000 (on min) manat puldan 5000 (beş min) manatı ödəmiş və hal-hazırda onun Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat borcu qalmışdır. Lakin Zərərçəkmiş şəxs2 da ona bildirmişdir ki, 5000 (beş min) manat pulun üstündə hər ay ona 750 manat faiz ödəməlidir. O da məcbur qalıb razılaşmış və yalnız 2021-ci ilin oktyabr ayının sonunda Zərərçəkmiş şəxs2 750 manat faiz borcunu ödəmiş, daha sonra isə barəsində Polis İdarəsinə şikayət olunduğu üçün daha Zərərçəkmiş şəxs2 olan pul borcuna görə pulun faizini ödəməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 vasitəsilə onun tanışları Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 2021-ci ilin iyul ayında ondan xahiş etmişdir ki, tanışları Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 ali məktəbə imtahan versələr də kəsildikləri üçün onları Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəltsin. O da bu barədə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Rəşad Babayevlə danışıb Azərbaycan Dövlət Aqrar Universitetinə hansı qaydada tələbə kimi düzəltməyin mümkün oluğunu soruşanda Rəşad ona bildirmişdir ki, hər bir şəxs üçün 7000 manat müqabilində həmin Univesitetə tələbə kimi düzəldə bilər. O da Zərərçəkmiş şəxs2 ilə danışıb Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmələri üçün hər birindən 8500 manat pul istəmişdir. Həmin məbləğdə pulu deməkdə məqsədi hər birindən aldığı 7000 manat pulu Rəşad Babayevə göndərmək, hərəsindən alacağı 1500 manat pulu isə özünə götürmək olmuşdur. Zərərçəkmiş şəxs2 da həmin şəxslərlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Daha sonra Nərgiz ona zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 maddi imkanları zəif olduğu üçün düzəlmək istəmirlər, ondan xahiş etmişdir ki, iş gördüyü adamla danışıb aşağı qiymətə razılaşsın. Bundan sonra o, yenə Rəşad Babayevə zəng edib tələbə kimi düzəlmək istəyən şəxslərin maddi imkanları zəif olduğunu, aşağı qiymətə düzəlmək istədiklərini deyəndə Rəşad Babayev ona hər birini 4500 manat pulun müqabilində ikinci tur vasitəsilə tələbə kimi düzəldə biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 zəng edib Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmələri üçün hər birindən 5000 manat pul istəmişdir. Həmin məbləğdə pulu deməkdə məqsədi hər birindən aldığı 4500 manat pulu Rəşad Babayevə göndərmək, hərəsindən alacağı 500 manat pulu isə özünə götürmək olmuşdur. Zərərçəkmiş şəxs2 da həmin şəxslərlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə gün keçdikdən sonra, səhv etmirsə 21 iyul 2021-ci il tarixdə Nərgiz ona zəng edib bildirmişdir ki, Nuranənin pulu hazır oluğu üçün gedib işlədiyi Xəstəxanadan götürsünlər. Hətta Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs13 istirahətdə olduğu üçün qayıtdıqdan sonra onun da pulunu götürərlər. Bundan sonra o, yaşadığı evdən çıxıb yoldan ötən dövlət qeydiyyat nömrəsini xatırlamadığı taksi avtomobili ilə Zərərçəkmiş şəxs2 yaşadığı evə gedib onu da götürdükdən sonra Gəncə şəhəri Bala Bağman qəsəbəsində yerləşən Uşaq Xəstəxanasına getmişlər. Onlar taksidən düşmüş, taksi onları orada gözləmişdir. Onlar taksidən düşəndə Nərgiz ona bildirmişdir ki, Nuranədən alacaqları pul artıq olacaq və pulun qalanını onun özü götürəcəkdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, Zərərçəkmiş şəxs15 Universitetə düzəltmək üçün Nərgizdən 5000 manat pul istəsə də Nərgiz özünə 1000 manat götürmək üçün yalandan Nuranəyə 6000 manat deyibdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə xəstəxananın birinci mərtəbəsinə yerləşən otaqlardan birinə daxil olmuş, orada əynində ağ rəngli həkim xalatı olan baş həkim kimi bildiyi bir nəfər kişi həkimi və ilk dəfə orada görüb tanış olduğu Nuranə adlı qız olmuşdur. Həmin kişi həkim əyləşdiyi stolun siyirməsini açıb beli rezinlə bağlı vəziyyətdə olan 100 manatlıq əskinazlardan ibarət pul dəstini stolun üstünə qoyub 6000 manat olduğunu və saymaqlarını bildirmişdir. Bundan sonra Nuranə həmin pulu sayıb 6000 manat olduğunu bildirmiş, daha sonra isə o, da həmin pulu sayıb 6000 manat olduğunu müəyyən etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onlara verilən 6000 manat məbləğində pul Zərərçəkmiş şəxs15 Universitetə düzəlməsi məqsədilə verilən puldur, Turanə isə istirahətdən qayıtdıqdan sonra öz pulunu verəcəkdir. Həmin kişi həkimi iş düzəlmədiyi halda pulu kimdən tələb edəcəyini soruşan da o, bildirmişdir ki, «arxayın olun, məni tanıyırsınız». Bundan sonra o, 6000 manat məbləğində pulu götürüb əl çantasına qoymuş və Nərgizlə birlikdə Xəstəxanadan çıxıb çöldə onları gözləyən taksi avtomobilinə əyləşmişlər, yolda gedəndə Nərgiz əvvəlcədən ona dediyi kimi 6000 manat pulun üstündən 1000 manatı götürüb Nərgizə vermiş, yerdə qalan pulu isə əl çantasına qoymuşdur. Onu da qeyd edir ki, o, Rəşad Babayevlə danışıb bir nəfər şəxsin Universitetə düzəlməsi üçün 4500 manat pulun hazır olduğunu bildirdiyi üçün Rəşad ona Gəncə şəhəri, Atarük prospektində yerləşən «Azərin» hədiyyələr dükanının qarşısına getməyini, orada bir nəfər şəxsin «Hyundaı Elentra» markalı avtomobillə onu gözlədiyini bildirmişdir. Bundan sonra Nərgizi aparıb yaşadığı evə düşürtdükdən sonra Rəşad Babayevin ona dediyi ünvana getmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmək məqsədilə Nərgizdən aldığı Zərərçəkmiş şəxs15 5000 manat pulunun üstündən 500 manatını özünə götürmüşdür. Daha sonra «Azərin» hədiyyələr dükanının yaxınlığında dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi qara rəngli «Hyundaı Elentra» markalı avtomobilin yol kənarında dayandığını görmüşdür. O, taksidən yerə düşüb həmin avtomobilə yaxınlaşanda həmin avtomobilin sürücüsü də avtomobildən yerə düşmüş, O, Rəşad Babayevə zəng edib həmin şəxslə danışdırdıqdan sonra tam əmin olmuş və Zərərçəkmiş şəxs15 Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmək məqsədilə 4500 manat pulu həmin şəxsə vermişdir. Təxminən bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs13 Universitetə düzəlməsi üçün pulu hazırdır və pulu götürmək üçün onu evlərinə çağırmışdır. O da özü tək Nərgizgilin yaşadığı evə getmiş, Nərgizin yaşadığı evin qarşısında, yəni küçədə Nərgizlə görüşmüş və Nərgiz ona Zərərçəkmiş şəxs13 Universitetə düzəlməsi üçün 5000 manat məbləğində pul vermişdir. Rəşad Babayev ona Nurənə və Turanənin ikinci turla Universitetə qəbul olunacaqlarını dediyi üçün o, da Nərgizə bu cür demişdir. Bundan sonra o, sağollaşaraq Nərgizdən ayrılıb getmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmək məqsədilə Nərgizdən aldığı Zərərçəkmiş şəxs13 5000 manat pulunun üstündən 500 manatını özünə götürmüşdür. Səhərisi gün Rəşad Babayevlə danışmış, həmişə olduğu kimi Rəşad ona 5 saylı orta məktəbin qarşısına getməyi və orada göndərdiyi adamla görüşüb pulu verməyini bildirmişdir. O da gününü dəqiq bilmədiyi tarixdə, günorta saatlarında 5 saylı orta məktəbin qarşısına getmiş, təxminən yarım saat orada gözlədikdən sonra bir nəfər şəxs telefonla danışa-danışa onun yanına gəlmiş, ətrafa baxıb kimisə axtardığını başa düşmüş, həmin şəxsə «Rəşad müəllim deyən şəxs sizsiniz» deyə müraciət edəndə ona yaxınlaşmışdır. O, Rəşad Babayevə zəng edib həmin şəxslə danışdırdıqdan sonra tam əmin olmuş və Zərərçəkmiş şəxs13 Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə kimi düzəlmək məqsədilə 4500 manat pulu həmin şəxsə vermiş, sonra çıxıb öz yaşadığı evə getmişdir. Bundan sonra Nərgiz onunla mütəmadi olaraq əlaqə saxlayıb Nuranə və Turanənin işi ilə maraqlanmış, o da öz növbəsində Rəşad Babayevlə maraqlananda Rəşad ikinci turla düzəldəcəyini bildirmişdir. Hətta Nuranə və Turanə də onunla əlaqə saxlamışdır. Lakin Zərərçəkmiş şəxs13 mütəmadi olaraq onunla əlaqə saxlayıb işi ilə bağlı maraqlandığı üçün o, qərara gəlmişdir ki, Turanəni Gəncə şəhər Təhsil İdarəsinə çağırsın, orada kompüterdə baza sistemini Turanəyə göstərsin ki, guya sistem donduğu üçün gözləmə vəziyyətindədir və sonra əlaqə saxlayar. Bundan sonra o, bucür də etmiş, Turanəni Gəncə şəhər Təhsil İdarəsinə çağırmış, Turanə ilə Təhsil İdarəsinin qarşısında görüşmüş, həmin vaxt oraya özünə məxsus notbuk kompüterinidə aparmışdır, O əvvəlcədən yalandan «word» proqramında yazdığı «gözləmədədir» sözünü Turanəyə göstərmiş və tez bir zamanda sistem açılacağını demişdir. Lakin Turanə tez bir zamanda işinin həll olunmasını və əks halda pulunun qaytarılmasını bildirmiş və sonra Turanə ondan ayrılıb getmişdir. Bundan sonra o, dəfələrlə Rəşad Babayevlə əlaqə saxlayanda Rəşad tez bir zamanda, yəni ikinci turla Nuranə və Turanənin Universitetə qəbul olunacaqlarını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 vasitəsilə onun qohumu X9 qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 2021-ci ilin avqust ayında ondan xahiş etmişdir ki, qohumu Aytac ali məktəbə imtahan versə də kəsildiyi üçün onu X50 tələbə kimi düzəltməkdə köməklik etsin. O da bu barədə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Rəşad Babayevlə danışıb X50 hansı qaydada tələbə kimi düzəltməyin mümkün oluğunu soruşanda Rəşad ona bildirmişdir ki, 7000-8000 manat pulun müqabilində Kollecə tələbə kimi düzəldə bilər. O, da Zərərçəkmiş şəxs2 ilə danışıb X23 Tibb Kollecinə ikinci turla tələbə kimi düzəlməsi üçün 9000 manat pul istəmişdir. Həmin məbləğdə pulu deməkdə məqsədi 8000 manat pulu Rəşad Babayevə göndərmək, yerdə qalan 1000 manat pulu isə özünə götürmək olmuşdur. Zərərçəkmiş şəxs2 da qohumu ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Daha sonra Nərgiz ona zəng edib bildirmişdir ki, həmin məbləğdə pula gücləri çatmır. O, Rəşad Babayevlə danışanda Rəşad ona 4000 manat pulun müqabilində Tibb Kollecinə ikinci tur vasitəsilə tələbə kimi düzəldəcəyinə söz vermiş və həmin puldan 400 manatı o, özü götürməyini tapşırmışdır. O bu barədə Nərgizə demiş və tələbə kimi düzəlməsi üçün Nərgizdən 4000 manat pul istəmişdir. 2021-ci ili sentyabr ayının əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə Nərgiz ona zəng edib Aytacın pulunun hazır olduğunu bildirmiş və onu evlərinə çağırmışdır. O da Nərgizin yaşadığı evə gedib X5 X50 ikinci turla tələbə kimi düzəlməsi məqsədilə 4000 manat pul almışdır. Həmin pulldan 400 manatı özünə götürmüş, daha sonra Rəşad Babayevlə danışıb Aytacın pulunun hazır olduğunu deyəndə Rəşad ona 5 saylı orta məktəbin qarşısına getməyi və orada göndərdiyi adamla görüşüb pulu verməyini bildirmişdir. O da günorta saatlarında 5 saylı orta məktəbin qarşısına getmiş, təxminən yarım saat orada gözlədikdən sonra bir nəfər şəxs telefonla danışa-danışa onun yanına gəlmiş, ətrafa baxıb kimisə axtardığını başa düşmüş, həmin şəxsə «Rəşad müəllim deyən şəxs sizsiniz» deyə müaciət edəndə həmin şəxs ona yaxınlaşmış, o Rəşad Babayevə zəng edib həmin şəxslə danışdırdıqdan sonra tam əmin olmuş və X23 Tibb Kollecinə tələbə kimi düzəlmək məqsədilə 3600 manat pulu həmin şəxsə vermişdir. 2021-ci ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Nərgiz onun yaşadığı evə gəlmiş, ona bildirmişdir ki, Aytacgilin ailəsində söz-söhbət yaranıb, təcili olaraq Aytacın pulunu qaytarmaq lazımdır. O və həyat yoldaşı Aytacın 4000 manat pulunu qaytarmaq üçün bir neçə nəfər şəxsə müraciət etsələr də onlara köməklik göstərən olmamışdır. Bundan sonra məcbur qalıb həyat yoldaşı X24 Cruzo markalı avtomobilini girova qoyub pul götürmək qərarına gəlmişlər. Bu işdə onlara Nərgizin səhv etmirsə maşın alış-verişi ilə məşğul olan adı İdris olan tanışı köməklik göstərmişdir. Belə ki, həmin vaxt Nərgizlə birlikdə Cevrolet Cruze markalı, nömrəsini xatırlamadığı avtomobillərini sürüb Gəncə şəhər Təhsil İdarəsinin yanına getmişlər. Təhsil İdarəsinin yaxınlığında yerləşən səhv etmirsə adı İdris olan şəxsin evinə getmişlər, həmin şəxs avtomobili sənədləri ilə birlikdə girov götürüb onlara 4000 manat pul vermişdir. O da həmin 4000 manat məbləğində pulu Aytac Hüseynovaya çatdırması üçün Nərgizə vermişdir. Təxminən bir ay keçdikdən sonra qaynatası 4000 manat məbləğində pulu ödəyib avtomobili sənədləri ilə birlikdə həmin şəxsdən götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs9 və tanışları Zərərçəkmiş şəxs6 Oqtay qızına qarşı da dələduzluq cinayəti törətmişdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin sentyabr ayında Mətanət ona bildirmişdir ki, onun Bakı şəhərində tanıdığı bir nəfər şəxs var və həmin şəxs vətəndaşları işə düzəldir. Mətanət ona təklif etmişdir ki, əgər işə düzəlmək istəyən tanışı olarsa ona xəbər etsin. O isə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, əgər işə düzəlmək istəyən tanışı olarsa xəbər etsin. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 ona bacısı Zərərçəkmiş şəxs9 işə düzəltmək istədiklərini bildirmiş və hansı vəzifələrə iş yeri oluğunu soruşanda o, Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 işə düzəltmək üçün nə qədər pul lazım olduğunu soruşanda Mətanət ona Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi 4000 manat pulun müqabilində düzəlmək mümkün olduğunu bildirdiyi üçün o, da Zərərçəkmiş şəxs2 bacısını işə düzltmək üçün 4000 manat pul istəmişdir. Belə ki Mətanətlə əvvəlcədən öz aralarında razılaşmışlar ki, 3500 manatı Mətanət özü götürüb iş düzəldən adama verəcək, 500 manat isə ona çatacaqdır. Bundan sonra Zərərçəkmiş şəxs2 iş barəsində evdə danışıb ona xəbər edəcəyini bildirmiş, sonra Nərgiz ilə danışanda Nərgiz maddi imkanları zəif olduğu üçün bacısını işə düzəltmək üçün 3800 manat pul düzəltdiklərini ona bildirmiş və o, da etiraz etməyib razılaşmışdır. 2021-ci ilin sentyabr ayının sonlarında, gününü dəqiq bilmədiyi tarixdə Nərgiz ona zəng edib bacısının işə düzəlməsi üçün pulun bir qisminin hazır olduğunu deyib onu evlərinə çağırmışdır. O da özü tək *2244 firmasından çağırdığı taksi avtomobili ilə Zərərçəkmiş şəxs2gilin yaşadığı ünvan 2 ünvanına getmiş, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında, küçədə bacısı Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə ona 3000 manat pul və Zərərçəkmiş şəxs9 şəxsiyyət vəsiqəsinin surətini, orta məktəbi bitirməsi barədə attestatın surətini, fotoşəkilini vermişdir. Həmin vaxt onların yanlarında heç kim olmamış, bir qədər aralıda isə taksi avtomobili dayanıb onu gözləmişdir. O tez bir zamanda Nigarın işə düzələcəyini bildirmiş və Nərgizdən ayrılıb onu gözləyən taksi avtomobilinə əyləşmişdir. Bundan sonra həmin taksi avtomobili ilə oradan birbaşa Mətanətin Gəncə şəhəri 20 saylı orta məktəbin yaxınlığında yaşadığı evinə getmiş, Zərərçəkmiş şəxs9 işə düzəltmək məqsədilə bacısı Nərgizdən aldığı müvafiq sənədlərin surətini Mətanətə versə də 3000 manat məbləğində pulu verməyib özündə saxlamışdır. Çünki əvvəlki vətəndaşların işi düzəlmədiyi üçün qorxmuş, fikirləşmişdir ki, Nigarın da işi düzəlməz. Mətanət də Nigarın işə düzəlməsi üçün pulunu aldığını bilməmiş və Mətanətin özü ona demişdir ki, «Nigarın işi düzəldikdən sonra pulunu alarsan». Bundan sonra o, Mətanətlə sağollaşıb öz evinə çıxıb getmiş, Zərərçəkmiş şəxs9 işə düzəltmək məqsədilə bacısı Nərgizdən aldığı 3000 manat pulu özündə saxlamağa başlamışdır. Təxminən bir həftə keçdikdən sonra Nərgiz ona zəng edib bacısının işə düzəlməsi üçün pulun yerdə qalan hissəsinin də hazır olduğunu deyib onu evlərinə çağırmışdır. O da özü tək *2244 firmasından çağırdığı taksi avtomobili ilə Zərərçəkmiş şəxs2gilin yaşadığı ünvana getmiş, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında, küçədə bacısı Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə ona 800 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, Nərgizlə sağollaşıb oraya getdiyi taksi avtomobili ilə geri qayıtmışdır. Beləliklə, Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə ümumilikdə aldığı 3800 manat məbləğində pulu özündə saxlamış, fikirləşmişdir ki, Nigarın işi nə vaxt düzələrsə həmin vaxt aparıb pulu Mətanətə verər. Lakin Mətanət də verdiyi vədə əməl etməyib Nigarı işə düzəldə bilməmişdir. 2021-ci ilin səhv etmirsə oktyabr, yaxud noyabr ayında Zərərçəkmiş şəxs2 nənəsi rəhmətə getdiyi üçün Nərgiz ona bildirmişdir ki, Nigar artıq işə düzəlmək istəmir, eyni zamanda nənəsinin dəfn mərasimi üçün pul lazım olduğuna görə işə düzəlmək məqsədilə verdiyi pulu geri istəyir. Həmin vaxt o, Nərgizdən aldığı 3800 manat puldan 800 manatını xərclədiyi üçün 3000 manatı qaytarmaq qərarına gəlmiş, yerdə qalan 800 manatı isə tez bir zamanda qaytaracağına söz vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2gilin yaşadığı ünvan 2 ünvana getmiş, Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə ümumilikdə aldığı 3800 manat məbləğində puldan 3000 manatını Nərgizin özünə vermişdir. Həmin vaxt onların yanlarında heç kim olmamışdır. Bundan sonra dəfn mərasiminin 7-si günü çıxdıqdan sonra, yəni növbəti həftənin cərşənbə günü, təxminən saat 18 radələrində Nərgizlə Gəncə şəhəri, Mərkəzi Univermağın birinci mərtəbəsində yerləşən «Cotton» mağazasının qarşısında görüşmüş, Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə Nərgizdən aldığı pulun 300 manatını Nərgizin özünə vermişdir. O, 500 manat borcu qaldığını Nərgizə bildirmiş və tez bir zamanda qaytaracağına söz versə də sonradan maddi sıxıntıları olduğu üçün Nərgizə olan 500 manat borcunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 rəfiqəsi Zərərçəkmiş şəxs6 ilə Zərərçəkmiş şəxs9 27 mart 2021-ci il tarixdə keçirilən ad günü məclisində tanış olmuşdur. Həmin vaxtdan da Günellə münasibətləri yaranmış, həmin gündən sonra Günellə əlaqəsi olmamışdır. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, tanışı Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzəlməsində köməklik etsin. O da bu barədə Mətanətlə danışanda Mətanət ona 3500 manat pulun müqabilində işə düzəldəcəyinə söz vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs2 zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi 4000 manat pulun müqabilində işə düzəldə bilər. O, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs6 aldığı puldan 500 manatını özünə götürər, 3500 manatını isə işə düzəldən şəxsə verməsi üçün Mətanətə çatdırar. Bundan sonra 2021-ci ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs6 ilə danışıb razılaşıblar, Günelin işə düzəlməsi üçün pul hazırdır və onunla Təhsil İdarəsinin qarşısında görüşüb pulunu alsın. Bundan sonra gününü dəqiq bilmədiyi tarixdə, saat 12 radələrində o, Gəncə şəhər Təhsil İdarəsinin qarşısına getmiş, bir az keçdikdən sonra Zərərçəkmiş şəxs6 oraya tək gəlmiş və onunla binanın qarşısında görüşmüşdür. Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzəlmək məqsədilə ona 4000 manat pul, hazırda xatırlamadığı müvafiq sənədlərinin surətini vermişdir. O, tez bir zamanda işə düzələcəyinə söz vermiş və ayrılıb getmişdir. Bundan sonra həmin gün o, yoldan ötən dövlət qeydiyyat nömrə nişanını bilmədiyi taksi avtomobili ilə oradan birbaşa Mətanətin Gəncə şəhəri 20 saylı orta məktəbin yaxınlığında yaşadığı evinə getmiş, Zərərçəkmiş şəxs6 işə düzəltmək məqsədilə ondan aldığı müvafiq sənədlərin surətini Mətanətə versə də 4000 manat məbləğində pulu verməyib özündə saxlamışdır. Çünki əvvəlki vətəndaşların işi düzəlmədiyi üçün qorxmuş, fikirləşmişdir ki, Günelin də işi düzəlməz. Mətanət də Günelin işə düzəlməsi üçün pulunu aldığını bilməmiş və Mətanətin özü ona demişdir ki, «Günelin işi düzəldikdən sonra pulunu alarsan». Bundan sonra o, Mətanətlə sağollaşıb öz evinə çıxıb getmiş, Zərərçəkmiş şəxs6 işə düzəltmək məqsədilə aldığı 4000 manat məbləğində pulu özündə saxlamış və fikirləşmişdir ki, Günelin işi nə vaxt düzələrsə həmin vaxt aparıb pulu Mətanətə verər. Bundan sonra 2021-ci ilin noyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlamış, Türkiyə Respublikasında ailə quracağını bildirdiyi üçün işə düzəlmək istəmədiyini və bu məqsədlə ona verdiyi 4000 manat məbləğində pulu geri istəməyə başlamışdır. O bu aralarda Mətanətlə əlaqə saxlayıb Günelin işinin nə yerdə olduğunu soruşanda Mətanət tez bir zamanda düzələcəyini bildirsə də hər dəfə ona müxtəlif bahənələr gətirərək Günelin işini düzəltməmişdir. Bundan sonra O, Zərərçəkmiş şəxs6 pulunu qaytarmaq qərarına gəlmiş, lakin həmin vaxt maddi sıxıntıları olduğu üçün pulun yarısını, yəni 2000 manatını xərcləmiş və 2000 manatı isə özündə olmuş, o, Nərgizlə danışıb razılıq almışdır ki, Günelin pulunu hissə-hissə qaytarsın. Bundan sonra O, 2021-ci ilin noyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb onun yaşadığı evin yaxınlığındakı «Metro» marketin qarşısında görüşmüş, Zərərçəkmiş şəxs6 işə düzəltmək məqsədilə ondan aldığı 4000 manat puldan 2000 manatını Günelə çatdırması üçün Nərgizə vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Nərgizə demişdir ki, 2000 manatı Günelə versin, yerdə qalan 2000 manatı isə tez bir zamanda qaytaracaqdır. Lakin sonradan maddi imkanı zəif olduğuna görə Zərərçəkmiş şəxs6 2000 manat pulunu qaytara bilməmişdir. Beləliklə, Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi işə düzəltmək məqsədilə 4000 manat pul alsa da həmin pulun 2000 manatını Günelə çatdırması üçün «Metro» marketin qarşısında Zərərçəkmiş şəxs2 vermiş və onun Zərərçəkmiş şəxs6 2000 manat borcu qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 mütəmadi olaraq onunla əlaqə saxlayıb pullarını tələb etməyə başlamışlar. 24 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edib Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 ilə «Gəncə Mall»da olduqlarını bildirmiş, onu oraya çağırmış və telefonda ona demişdir ki, «Turanəgilin qarşısını bir təhər almışam, burada vəziyyət pisdir, sizin evə gəlmək istəyirlər, nə qədər pul verdiklərini desələr sən sakitcə razılaş və onların dedikləri məbləği ödəyəcəyinə razı ol». O da «Gəncə Mall»a getmiş, orada Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 3-cü mərtəbədə kafedə oturduqlarını görmüş və onlara yaxınlaşıb salamlaşmışdır. Həmin vaxt söhbət əsnasında ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs15 ADAU-ya tələbə kimi düzəlmək məqsədilə 8500 manat, Zərərçəkmiş şəxs13 ADAU-ya tələbə kimi düzəlmək məqsədilə 8500 manat və Nərgizə verdiyi pul gecikdiyi üçün guya onun tapşırığına əsasən 250 manat da əlavə, yəni ümumilikdə 8750 manat ödəyib, Aytac Həsənova isə X50 tələbə kimi düzəlmək məqsədilə 7200 manat veriblər. Hətta Zərərçəkmiş şəxs2 onun üzünə qarşı demişdir ki, işə düzəlməsi məqsədilə ona 15000 manat, diplomunu təsdiq etdirmək məqsədilə 2000 manat və bacısı Zərərçəkmiş şəxs9 işə düzəltdirmək məqsədilə isə ona 3800 manat pul veriblər. Zərərçəkmiş şəxs2 onunla telefonda danışan vaxt əvvəlcədən sakit durmağı, deyilən məbləğlərlə razılaşmağını tapşırdığı üçün həmin vaxt o orada heç nə deməmiş, istintaqa verdiyi ifadələrində ətraflı bildirdiyi kimi həmin məbləğlərdə pul almasa da Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 üzünə qaşrı heç nə deməmiş, əksinə həmin məbləğlərdə pulları tez bir zamanda qaytaracağına söz vermişdir. Hətta Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaxşı olduğuna görə Nərgizin xatirinə həmin məbləğlərdə pul aldığını yalandan etiraf edib ağ vərəqə qeyd aparmışdır. Əslində isə o, Zərərçəkmiş şəxs15 ADAU-ya tələbə kimi düzəlmək məqsədilə 5000 manat, Zərərçəkmiş şəxs13 ADAU-ya tələbə kimi düzəlmək məqsədilə 5000 manat, X36 Tibb Kollecinə tələbə kimi düzəlmək məqsədilə 4000 manat, Zərərçəkmiş şəxs2 işə düzəltmək məqsədilə 10000 manat, diplomunu təsdiq etdirmək məqsədilə 2000 manat, bacısı Zərərçəkmiş şəxs9 işə düzəltdirmək məqsədilə isə 3800 manat pul almışdır. O, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 hər birindən aldığı 5000 manat məbləğində pulları qaytara bilməsə də X36 Tibb Kollecinə tələbə kimi düzəlmək məqsədilə aldığı 4000 manat pulun hamısını Aytaca çatdırması üçün Nərgizə vermiş, Zərərçəkmiş şəxs2 diplomunu təsdiq etdirmək məqsədilə ondan aldığı 2000 manat pulun hamısını Nərgizin özünə qaytarmış, Zərərçəkmiş şəxs2 işə düzəltmək məqsədilə aldığı 10000 manat pulun 5000 manatını Nərgizin özünə vermiş və onun Zərərçəkmiş şəxs2 5000 manat pul borcu qalmışdır. Zərərçəkmiş şəxs9 işə düzəltdirmək məqsədilə isə Nərgizdən aldığı 3800 manat pulun 3300 manatını Zərərçəkmiş şəxs2 qaytarmış və onun yalnız 500 manat pul borcu qalmışdır. Sonda əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 ilə barışıq əldə etməsi, həmçinin həmin şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Nuranə Quliyevaya (Xəlilova) və Zərərçəkmiş şəxs13 dəymiş ziyanı qismən ödəməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ev 104, mənzil 8-də ailəsi ilə birlikdə yaşayır. O, 2015-ci ildən Gəncə şəhəri A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsində kompüter-operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında Elşad adlı şəxsin vasitəsilə tanımışdır. 2020-ci ilin mart ayında, gününü dəqiq bilmədiyi tarixdə Poliklinikada xidməti iş otağında olan vaxt Elşad adlı şəxs otağa gəlmiş, həmin vaxt Elşada zəng gəlmiş, Elşad «bəli Məkanə xanım eşidirəm, ….. məhkəmədə iş var?,…. yaxşı deyərəm» deyə cavab verdikdən sonra telefon zəngini bağlamışdır. O, nə iş olduğunu maraqlananda Elşad ona demişdir ki, məhkəmədə operator işi var. O, işə düzəlmək istədiyi üçün Elşada bildirmişdir ki, işə düzəldən həmin xanımla görüşsün. Elşad da etiraz etməmişdir. Təxminən bir saat keçdikdən sonra Xəstəxanada xidməti iş otağında oturan vaxt Elşad otağa gəlmiş və iş düzəldən qadının artıq Xəstəxanada olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O, dəhlizə çıxmış, xəstəxananın birinci mərtəbəsində dəhlizdə özünü Məkanə kimi təqdim edən xanımla görüşmüş, həmin vaxt Elşad da yanlarında olmuşdur. Məkanə onunla söhbət edən zaman 4500 manat pulun müqabilində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəldəcəyinə söz vermiş, şəxsiyyət vəsiqəsinin surətini, kompüter təhsili almağı barədə sertifikatın surətini və 4500 manat pulu istəmişdir. Onlar razılaşmışdır ki, səhərisi gün pulu və deyilən sənədlərin surətini ona versin. Səhərisi gün təxminən saat 10 radələrində işdə olan vaxt Elşad oraya gəlmiş, ondan işə düzəlməyi məqsədilə pulu və sənədlərin surətini istəmişdir. O, pulun bir qismini düzəltdiyini, yerdə qalan hissəsini isə bir-iki gün ərzində verəcəyini bildirmişdir. Elşad da etiraz etməyib onunla razılaşmışdır. O isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəlməyi məqsədilə 1500 manat məbləğində pulu və müvafiq sənədlərin surətini Poliklinikanın dəhlizində Elşada vermiş, Elşad da 1500 manat pulu sayıb cibinə qoymuş, həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra Elşad onun yanından ayrılıb getmişdir. Təxminən 2-3 gün keçdikdən sonra səhər saatlarında Elşad yenə işlədiyi Poliklinikaya gəlmiş, işə düzəlməyi məqsədilə verdiyi pulun yerdə qalan hissəsini, yəni 3000 manatı istəmiş, o, Elşada demişdir ki, yalnız qızıllarını lombarda girov qoyub pul götürə bilər. Daha sonra Elşadla birlikdə yoldan ötən taksi avtomobili ilə Gəncə şəhəri Cavadxan küçəsinə getmişlər. Onu da qeyd edir ki, lombarda gedəndə yolda ikən Məkanə bir neçə dəfə Elşada zəng etmiş, Elşadın danışıqlarından başa düşmüşdür ki, Məkanə pulla bağlı maraqlanır, nə qədərə çatdığını Elşaddan soruşurmuş, Elşad da tez bir zamanda görüşəcəklərini telefonda ona demişdir. Onlar səhv etmirsə «Beynəlxalq Bank» adlı lombarda daxil olmuşlar, O, özünə məxsus 3 ədəd qızıl sep, iki ədəd qolbağı girov qoyub ümumilikdə 3000 manat məbləğində pul götürmüşdür. Bundan sonra Elşadla birlikdə lombarddan çölə çıxmış, orada işə düzəlməyi məqsədilə verdiyi pulun yerdə qalan hissəsini, yəni 3000 manat məbləğində pulu Elşada vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Elşad 2 ay yarıma işinin düzələcəyini bildirmiş, o Elşadın sözlərinə inanmışdır. Beləliklə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəlməyi məqsədilə Elşada ümumlikdə 4500 manat məbləğində pul vermiş, Elşad da ondan aldığı pulu Məkanəyə verəcəyini bildirib və onun işini Məkanə düzəltdiyini ona demişdir. 2021-ci ilin may ayında Elşad ona zəng edib təbrik edərək bildirmişdir ki, artıq sənədləri Nazirlikdə təsdiq olunub və tez bir zamanda əmri veriləcəkdir. Daha sonra isə Məkanə zəng edib onu təbrik etmiş və Elşad dediyi sözləri Məkanədə ona bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda Məkanəyə demişdir ki, «Covid 19» pandemiyası ilə əlaqədar olaraq xəstəxanadan aldığı əmək haqqı yüksək olduğu üçün məhkəmə işi 2021-ci ilin avqust-sentyabr ayınadək bir qədər yubansın. Məkanə də etiraz etməyib bu barədə «müəllimlə» danışıb ona cavab verəcəyini bildirmişdir. Daha sonra Məkanə ona zəng edib işinin bir qədər gec düzəlməsi üçün problem olmadığını demişdir. 2021-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb artıq Nizami Rayon Məhkəməsinə operator kimi işə çıxmaq istədiyini deyəndə Məkanə «müəllimlə» danışıb ona cavab verəcəyini bildirmişdir. Daha sonra isə Məkanə onunla əlaqə saxlayıb tez bir zamanda işə çıxacağını desə də bundan sonra hər dəfə ona müxtəlif bəhanəlar gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ona gətirdiyi bəhanələrdən sonra başa düşmüşdür ki, X37 əlbir olaraq onu Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəltmək məqsədilə ümumilikdə 4500 manat pulu ələ keçirmişdir. Onu da qeyd edir ki, o, işə düzəlməyi üçün 4500 manat məbləğində pulun hamısını Məkanəyə çatdırması üçün Elşada vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həyat yoldaşı barəsində təyin olunmuş təqaüdün kəsilməsi ilə əlaqədar təqaüdün bərpası məqsədilə onun 4500 manat pulunu da ələ keçirmişdir. Belə ki, 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda həyat yoldaşının pensiyasının kəsildiyini bildirmiş və bu işdə köməklik etməsini Məkanədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da «müəllimlə» danışıb xəbər verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, ona 4500 manat pulun müqabilində pensiyanın bərpa olunmasına söz vermiş, o isə etiraz etməyib razılaşmışdır. Təxminən bir həftə keçdikdən sonra o, Təqsirləndirilən şəxs zəng edib pulun hazır olduğunu bildirdiyi üçün Məkanə A.Səhhət adına xəstəxanaya gəlmiş, birinci mərtəbənin dəhlizində onunla görüşmüş, həmin vaxt yanlarında heç kim olmamış, həyat yoldaşı barəsində təyin olunmuş təqaüdün kəsilməsini bərpa etdirmək məqsədilə Təqsirləndirilən şəxs 4500 manat pul, həyat yoldaşının pensiya işi ilə bağlı müvafiq sənədlələrin surətini ona vermiş, Təqsirləndirilən şəxs onunla sağollaşıb getmişdir. Təqsirləndirilən şəxs da tez bir zamanda həyat yoldaşının pensiyasının bərpa olunacağına söz vermiş və o da onun dediklərinə inanmışdır. Lakin, Təqsirləndirilən şəxs vədinə əməl etməyib həyat yoldaşının pensiya işini düzəltməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. O, 1996-cı ildən Gəncə şəhəri 5 saylı orta məktəbdə coğrafiya müəlliməsi işləyir. Onun qızı Şahid5 ali təhsilli müəllimədir. Şahid5 2020-ci ildə müəllimə işləməsi üçün test imtahanı vermiş, 39 bal topladığı üçün yığdığı bala uyğun olaraq Goranboy rayonu ərazisində yerləşən Laçın rayon Təzəkənd kənd tam orta məktəbinə informatika müəlliməsi kimi təyinatı verilmişdir. Aygül həmin məktəbdə müəllimə işləməyə başlamışdır. Bir müddət sonra Şahid5 ailə vəziyyətinə görə həmin məktəbdən yaşadığı Gəncə şəhərində yerləşən məktəblərdən birinə dəyişmək qərarına gəlmişlər. 2020-ci ilin avqust ayında məclislərin birində təsadüfən Məkanə adlı qadınla tanış olmuşdur. Məkanə özünü Gəncə Apellyasiya Məhkəməsinin işçisi kimi təqdim etmişdir. O, Məkanə ilə söhbət əsasında bildirmişdir ki, qızı Aygülü Gəncə şəhərindəki məktəblərdən birinə dəyişmək istəyir. Həmin vaxt Məkanə ona bildirmişdir ki, belə işləri görə bilir və istəyəcəyi halda ona köməklik edə bilər. O isə Məkanə ilə razılaşmışdır. O, Məkanədən hansı məbləğə işini düzəldəcəyini soruşanda Məkanə ona bir saata kimi danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən bir saat kedikdən sonra Məkanə ona hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib bildirmişdir ki, qızını Gəncə şəhər 4 nömrəli orta məktəbə dəyişdirilməsi üçün 8500 (səkkiz min beş yüz) manat pul lazımdır. O, Məkanəyə bildirmişdir ki, 8500 manat pulu verməyə gücü çatmaz, ancaq 7000 (yeddi min) manat pul tapıb verə bilər. 2020-ci ilin noyabr ayında o yenidən Məkanə ilə görüşmüşdür. Məkanə ona demişdir ki, 7000 manat pulun ən azı 3500 (üç min beş yüz) manatını indi ver, Aygülün dəyişdirilmə əmri veriləndə isə yerdə qalan 3500 (üç min beş yüz) manatını verərsiniz. O isə ilkin olaraq Məkanəyə 1500 (min beş yüz) manat düzəldib verə biləcəyini demişdir. Məkanə də onunla razılaşmış, 15 noyabr 2021-ci il tarixdə Məkanə markasını və dövlət qeydiyyat nömrə nişanına fikir vermədiyi taksi avtomobili ilə özü tək yaşadığı Gəncə şəhəri, R.Əliyev küçəsi yaxınlığına gəlmiş və o, Məkanə ilə küçədə görüşmüşdür. Həmin vaxt Məkanə oraya tək gəlmişdir, o isə tək imiş. Məkanə taksidən yerə düşmüş, o, 1500 (min beş yüz) manat pulu sayıb Məkanəyə vermiş, eyni zamanda qızı Aygülə məxsus X16 bal barədə çıxarışı, şəxsiyyət vəsiqəsinin surətini, azyaşlı övladının doğum haqqında şəhadətnaməsinin surətini Məkanəyə vermişdir. Məkanə də həmin məbləğdə pulu və ona verdiyi sənədləri götürüb taksiyə əyləşərək ondan ayrılıb getmişdir. 2021-ci ilin fevral ayında Məkanə ilə telefon danışığı zamanı ona bildirmişdir ki, hətta qızı Goranboy rayonunda müəllimə işlədiyi məktəbə də getməsin, özü direktorla danışıb qızını yola verəcəkdir. Məkanə ona demişdir ki, belə olan halda o mütləq danışdıqları məbləğin yarısını, yəni 2000 manatı verməlidir. 20 fevral 2021-ci il tarixdə o, Məkanəyə bildirmişdir ki, qaynanasının yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34 ünvanındadır, Məkanə də oraya tək gəlmişdir. Mənzilin mətbəxində qızı Şahid5 iştirakı ilə o, 2000 (iki min) manat pulu sayıb Məkanəyə vermişdir. Məkanə ona demişdir ki, 2021-ci ilin may ayınadək Aygülü Gəncə şəhərinə dəyişəcəklər. Məkanə onları tam inandırdığı üçün, eyni zamanda işlədiyi Goranboy rayonunda məktəbə getmədiyi halda özü direktorla danışıb qızını yola verəcəyini tapşıracağını bildirdiyi üçün 2021-ci ilin mart ayında qızı Şahid5 qısa müddət ərzində bir neçə gün Goranboy rayonunda yerləşən Laçın rayon Təzəkənd kənd orta məktəbinə dərslərə getməmişdir. Bu səbəbdən həmin məktəbin rəhbərliyi Aygülü işdən çıxartmışdır. O, telefon vasitəsi ilə Məkanəyə zəng edib demişdir ki, Aygülü işlədiyi məktəbdən işdən çıxardıblar. Məkanə də ona demişdir ki, narahatçılıq yoxdur, Aygülü yenidən işə bərpa edib, sonra Gəncə şəhərinə dəyişdirəcəklər. 2021-ci ilin mart ayının ikinci yarısında Məkanə ona zəng edərək bildirmişdir ki, qalan 3500 (üç min beş yüz) manat pulu verməlidirlər ki, Aygülün işə bərpası məsələsi də öz həllini tapsın. O isə etiraz etməyib onun sözlərinə inanaraq qızının işinin düzəlməsi üçün 2021-ci ilin mart ayının, təxminən ikinci on günlüyündə, gününü dəqiq bilmədiyi tarixdə Məkanə ilə qaynanasının yaşadığı ünvan 4 ünvana tək gəlmiş, o qızı Aygülün iştirakı ilə 3500 (üç min beş yüz) manat pulu sayıb Məkanəyə vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq o və Aygül Məkanəyə zəng edib işlərinin nə yerdə olmasını maraqlanmağa başlamışlar. 2021-ci ilin iyun ayında Məkanəyə zəng edərək işləri barədə maraqlananda Məkanə isə onlara səbrli olmaqlarını məsləhət görmüşdür. Onlar artıq Məkanədən şübhələnmişlər ki, Məkanə onları aldadır. Buna görə onlar Məkanədən Aygülün dəyişdirilməsini tələb etməyə başlamışlar. O, qızının işinin düzəlmədiyini görüb işlədiyi orta məktəbi dəyişdirmək məqsədilə Məkanəyə verdiyi 7000 manat pulu ondan tələb etməyə başlamışdır. Məkanəyə bildirmişdir ki, pulunu qaytarmasa ondan şikayət edəcəkdir. Lakin, buna baxmayaraq Məkanə qızı Şahid5 işlədiyi Goranboy rayonundan Gəncə şəhəri 4 saylı orta məktəbə dəyişdirilməsi üçün heç bir iş görməyib və onun pullarını da qaytarmamışdır. Hazırda isə Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs16 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, yarım tikili binada ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayından Mahirə adlı qadını tanıyır. Mahirə ilə internet vasitəsilə tanış olmuş və daha sonra Bakı şəhərində görüşmüşdür. Mahirə özünü ona adını Ayla kimi təqdim etsə də, sonradan onun adının Mahirə olduğunu bilmişdir. Lakin Mahirə ona Gəncə şəhərində yaşadığını, hazırda müvəqqəti olaraq Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən yeni tikililərdə yaşayan rəfiqəsinin evində qaldığını bildirmişdir. Söhbət əsnasında Mahirə ona Gəncə şəhərində yaşayan bacısı qızı Məkanə adlı xanımın məhkəmə orqanlarında işlədiyini, əlaqəsinin geniş olduğunu bildirmişdir. Anası İİ dərəcəli əlil olmuş, lakin onun təqaüdü dayandırılmışdır. O, Mahirədən xahiş etmişdir ki, anasının təqaüdünün bərpa edilməsində ona köməklik etsin. Mahirə ona demişdir ki, Məkanə bu işdə ona yardım edə bilər. Lakin bu işin həll edilməsi üçün guya onun bacısı qızı Məkanəyə 1200 manat pul verməlidir. O da Mahirə ilə razılaşmışdır. Bu səbəbdən də, o 2021-ci ilin fevral ayında Sumqayıt şəhərində "Göyçay" marketdə yerləşən “milliön” aparatı vasitəsilə Məkanə adlı qadının hesabına 1200 manat məbləğində pul vəsaiti göndərmişdir. Lakin, Mahirə ona problemin 2 aya həll ediləcəyini desə də artıq həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, nə təqaüd bərpa olunur, nə də ki, verdiyi pul geri qaytarılmır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində atası Kamal Məmmədovla birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qohumudur. 2021-ci ilin fevral ayında Səbuhi Əliyevin nənəsinin yas mərasimində olan vaxt Təqsirləndirilən şəxs ilə söhbət edəndə Məkanə bildirmişdir ki, Bakı şəhərində Nazirlikdə tanışı var, pul müqabilində işə adam düzəldə bilər. O, Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsinə işə düzəlmək istədiyini bildirəndə Təqsirləndirilən şəxs tanışı ilə danışıb müvafiq pulun müqabilində onu işə düzəldəcəyinə söz vermişdir. O Məkanənin sözlərinə inanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan kənara çəkilib kiminləsə telefonda danışmış, Məkanənin kiminləsə danışması və nə söhbət etməsi ona məlum olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış və 6500 manat pulun müqabilində onu Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzəldəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs sözlərinə inanmış və çox sevinmişdir. O, atası ilə danışıb həmin gün məlumat verəcəyini Məkanəyə demişdir. Bundan sonra həmin gün yas mərasimindən çıxıb atası ilə evlərinə getmiş, atası ilə danışanda atası Təqsirləndirilən şəxs ona vəd verdiyi kimi, yəni 6500 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzələcəyinə razılıq vermişdir. O, Təqsirləndirilən şəxs ilə danışmış, 6500 manat pulun müqabilində işə düzəlməyinə razılıq versə də maddi imkanı zəif olduğu üçün pulu hissə-hissə verəcəyini bildirəndə Təqsirləndirilən şəxs etiraz etməyib onunla razılaşmışdır. Təxminən 2-3 gün keçdikdən sonra, 2021-ci ilin fevral ayının əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə qohumlarından 3000 manat borca pul alıb Təqsirləndirilən şəxs dəmiryolunun altında qaynatasının yaşadığı evə atası ilə birlikdə getmişdir. Həmin vaxt evdə Məkanənin qaynanası, qaynatası, həyat yoldaşı Səbuhi Əliyev olmuşdur. Atası onun qaynatasıgilnən digər otaqda oturmuş, Məkanə, o və Məkanənin həyat yoldaşı Səbuhi isə digər otağa keçmişlər. O, Səbuhi Əliyevin yanında Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Hətta o, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq barədə arayışı və xatırlamadığı digər müvafiq sənədlərin surətini də Məkanəyə vermişdir. Təqsirləndirilən şəxs da 2021-ci ilin mart ayınadək işə düzəldəcəyinə söz vermişdir. Eyni zamanda həmin gün Təqsirləndirilən şəxs onun adından öz xətti ilə «CV» forma blankını doldurmuş, o özü də imza etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Bakıda iş düzəldən adamla danışıb, həmin şəxs iki həftə müddətinədək pulun yerdə qalan hissəsini də istəyibdir ki, bundan sonra onun sənədlərini Nazirliyə təqdim etsin. Bundan sonra onların evindən çıxıb getmişdir. O, pulun yerdə qalan hissəsini də tapıb vermək üçün qohumlarından borc istəmiş, 3500 manat pul düzəldib işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs vermək üçün 2021-ci ilin fevral ayının 18-də qardaşı X31 Həsənovanın dəmiryolunun altında qaynatasının yaşadığı evə getmişdir. Həmin vaxt evdə Məkanənin qaynanası, qaynatası, həyat yoldaşı Səbuhi var imiş. Məkanə, o, Məkanənin həyat yoldaşı Səbuhi və qardaşı Samir Məmmədovla bir otaqda Səbuhi Əliyev və qardaşı Samir Məmmədovun yanında Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Təqsirləndirilən şəxs da 2021-ci ilin mart ayınadək onu işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra qardaşı Samir Məmmədovla çıxıb öz evlərinə getmişlər. O, Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 6500 manat pul verdikdən sonra demək olar ki, dəfələrlə onunla əlaqə saxlamağa başlamışdır. Hər dəfə işi barədə maraqlananda Məkanə Bakıda olan iş düzəldən tanışı ilə danışdığını, tez bir zamanda onun əmri veriləcəyini ona bildirmiş, o da Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişdir. Bir müddət gözlədikdən sonra o, işi barədə maraqlananda ya işini düzəltməyini, ya da pulunu qaytarmağını Təqsirləndirilən şəxs tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmişdir. O, artıq Təqsirləndirilən şəxs tərəfindən aldandığını, işə düzəltmək məqsədilə pulunu alaraq ona qarşı dələduzluq etdiyini başa düşüb Gəncə şəhər Prokurorluğuna məcbur qalıb 2021-ci ilin noyabr ayında şikayət ərizəsi yazmışdır. Onun artıq şikayət etdiyini bildikdən sonra Təqsirləndirilən şəxs qaynatası Suliddin Əliyev həyat yoldaşı Xalidə Əliyeva ilə birlikdə onun yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Gəncə Şöbəsində qeydiyyatçı kimi işə düzəlməyi məqsədilə ondan aldığı ümumilikdə 6500 manat pulun 6000 manatını qaytarmaq istədiyini bildirmişlər. Suliddin Əliyev adlarını qeyd etdiyi şəxslərin yanında ona işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs verdiyi 6500 manat pulun 6000 manatını qaytarmış, yerdə qalan 500 manatını isə tez bir zamanda qaytaracağına söz vermişdir. Hətta bu barədə o, öz xətti ilə kağız üzərində qeyd aparmış, iştirakçılar da imza etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Məkanə onların qonşusu Selcanın ərinin xalası qızıdır. Məkanə tez-tez Selcanla birlikdə onlarla qonşuluqda yaşayan dayısı evinə gəldiyi zaman onlarla oturub söhbət edib tanış olmuşlar. Söhbətləri zamanı Məkanə müxtəlif adamları dövlət idarələrinə işə düzəldə bildiyini və özünün də Gəncə şəhər İcra Hakimiyyətində işlədiyini demişdir. 2021-ci il fevral aynda o, Məkanənin bu danışıqlarına görə Məkanəyə zəng edib Rusiya Federasiyasında ali təhsil aldığını və həmin diplomu təsdiqlətmək istədiyini demiş. Məkanə isə telefon danışıqları zamanı “qoy müəllimlə danışım sənə cavab deyərəm” demişdir. Bundan təxminən 1-2 saat sonra Məkanə ona zəng edərək 2000 (iki min) manat pul versən 3 (üç) ay müddətində işini düzəldə biləcəyini demişdir. O isə Məkanənin pulu ondan az istədiyini fikirləşib onunla razılaşmışdır. Bundan sonra o, Məkanənin dediyi kimi diplomunun, şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surətlərini çıxarıb Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşüb həmin sənədlərin surətini və 2000 (iki min) manat pulu Məkanəyə vermişdir. Məkanə ondan sənədləri və pulu götürəndə 3 ay müddətində işini həll edəcəyini bildirmişdir. O, Məkanəyə diplomunu və pulu verdikdən sonra onunla mütəmadi olaraq telefonda danışmağa və bəzi hallarda görüşməyə başlamışlar. Bu zaman O, Məkanəyə diplomunu verdikdən sonra diplomu düzəldikdən sonra münasib iş olsa işləmək istədiyini də demişdir. Məkanə də ona cavabında “Gəncə şəhərində boş iş yerlərini ilk öncə bizə deyirlər, maraqlanacam boş iş yeri olan kimi sizə deyəcəyəm” demişdir. Təxminən 2021-ci ilin iyun-iyul aylarında Məkanə ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “whatsapp” vasitəsi ilə yazaraq Gəncə Asan Xidmət X6 Şöbəsində boş yer olduğunu demişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrəsi ilə Məkanənin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı ilk öncə Məkanədən diplom məsələsinin nə yerdə olduğunu soruşmuşdur. Məkanə isə bildirmişdir ki, «diplom sorğudan keçib, təsdiq üçün növbə gözlədiyini, işə düzələn zaman isə özləri sorğu verib arayış aldıqdan sonra səni işə götürəcəklər». O, Məkanədən həmin işin neçəyə alına biləcəyini soruşduqda Məkanə ona demişdir ki, oraya işə baha götürdüklərini, onunla münasibətinin yaxşı olmasına görə onu 15500 (on beş min beş yüz) manata işə düzəldə biləcəyini demişdir. O isə evdə anası ilə məsləhətləşib ona cavab deyəcəyini bildirmişdir. Bundan sonra gəlib evdə anası ilə məsləhətləşmiş və belə qərara gəlmişlər ki, həmin məbləğdə pulu ona versinlər. Məkanəyə verəcəyi pul bacısı Zərərçəkmiş şəxs9 bank hesabında olduğundan və onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçdiyindən o, Məkanəyə zəng edərək bacısının vəsiqəsinin dəyişdirilməsinə görə onları bir neçə gün gözləməsini xahiş etmişdir. Məkanə də onunla razılaşıb gözləyəcəyini demişdir. Bundan bir neçə gün sonra Məkanə “whatsapp” vasitəsi ilə ona sms göndərmiş şəxsin sms-ni yönləndirmə vasitəsi ilə ona göndərərək təcili olaraq işin düzəlməsi üçün 3000 (üç min) manat göndərməli olduğunu demişdir. Bu səbəbdən də o, tez anasına bu haqda demişdir. Evlərində də o qədər pul olmaması səbəbindən O, Gəncə şəhəri, Atatürk prospektində «Moskva» marketin yanında yerləşən lombarda qızıl qoyaraq 3000 (üç min) manat kredit götürmüşdür. Bundan sonra Məkanəyə zəng edərək Gəncə şəhəri “95 Aptekin” yanında görüşmüş və bacısı Nigarın yanında 3000 (üç min) manat məbləğində pulu işə düzəlməyi məqsədilə Məkanəyə vermişdir. Həmin vaxt Məkanənin yanında heç kim olmamışdır. O, Məkanə ilə razılaşdığı kimi işə düzəlməyi məqsədilə yerdə qalan 12500 manat pulu da bacısı şəxsiyyət vəsiqəsini aldıqdan sonra onun hesabından çıxardıb verəcəyini bildirmişdir. Məkanə də onunla razılaşmışdır. Bundan sonra bacısı Zərərçəkmiş şəxs9 şəxsiyyət vəsiqəsini aldıqdan sonra 29 iyun 2021-ci il tarixdə onun adına «Yelo Bank»da olan hesabdan 18292 manat pul çıxartmışdır. O, bacısı Zərərçəkmiş şəxs9 ilə birlikdə Gəncə şəhəri Natəvan qəsəbəsində yaşayan Məkanə adlı şəxsin yaşadığı ünvana getmiş, onun anası Mətanət və bacısı Nigarın yanında «Gəncə Asan Xidmətə» işə düzəlməyi məqsədilə 12500 manat məbləğində pulu Məkanəyə vermişdir. Təqsirləndirilən şəxs 2021ci ilin oktyabr ayında onun işə düzələcəyini bildirsə də vədinə əməl etməmişdir. Bundan sonra o, diplom işi və «Gəncə Asan Xidmət»ə işə düzəlməyi barədə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb maraqlansa da Məkanə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Daha sonra isə ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs13 ilə söhbət edən vaxt tanışı Təqsirləndirilən şəxs vasitəsilə «Gəncə Asan» Xidmətə işə düzələcəyini bildirəndə Zərərçəkmiş şəxs13 ondan xahiş etmişdir ki, tanışı Turanəni də X38 Universitetinə tələbə kimi düzəldə bilərmi. O isə bu barədə Təqsirləndirilən şəxs ilə danışmış, Məkanə ona 8500 manat pulun müqabilində Turanəni tələbə kimi işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt Turanə ondan xahiş etmişdir ki, tanışı Nuranəni də tələbə kimi düzəlməsini Məkanəyə bildirsin. O isə bu barədə Məkanəyə demiş, Məkanə hər birini 8500 manat pulun müqabilində X38 Universitetinə tələbə kimi düzəldəcəyini bildirmişdir. Eyni zamanda Məkanə ilə aralarında olan “whatsapp” yazışmalarını olduğu kimi Turanəyə göndərmişdir ki, bu işdə onluq heç bir şey yoxdur. Sadəcə olaraq o, köməklik göstərir. Bundan sonra razılaşdığı kimi Məkanə ilə birlikdə Turanənin atasının işlədiyi Xəstəxanaya gedib onların ifadəsində göstərdikləri formada pulları almışlar. Zərərçəkmiş şəxs13 ona zəng edib bildirmişdir ki, xalası nəvəsi dövlət imtahanında kəsildiyi üçün onu da tanışı Məkanənin vasitəsilə X50 tələbə kimi düzəltməkdə xahiş etsin. O isə bu barədə Məkanə ilə danışmış, Məkanə 7200 manat pulun müqabilində Turanənin xalası qızı Ləmanın qızı Aytacı X50 tələbə kimi düzəldə bilər. O isə Məkanə ilə yazışmasını Turanəyə göndərmiş, Məkanə ondan xahiş etmişdir ki, Aytacın X50 tələbə kimi düzəlməsi üçün 7200 manat pulu onlardan götürüb Məkanəyə çatdırsın. Çünki Məkanə həmin vaxt «Covid 19» xəstəsi olmuşdur. O isə etiraz etməyib bu barədə Turanəyə demişdir. Daha sonra Turanənin xalası qızı Ləman onunla əlaqə saxlamış, anası Məhəbbətlə onların evinə gəlmişlər. O isə Ləman və Məhəbbətlə görüşmüş, həmin şəxsləri ilk dəfə görmüş, Məhəbbət ona nəvəsi Aytacın Kollecə işə düzəlməsi məqsədilə 7200 manat pul vermişdir. O isə həmin məbləğdə pulun hamısını gürcü nömrəsi ilə olan Röyal adlı şəxsin idarə etdiyi qırmızı rəngli, taksi avtomobili ilə Məkanəyə göndərmişdir. X39 düzəlməsində onun hər hansı bir maddi marağı olmayıb, eyni zamanda Məkanə ona əvvəlcədən hər hansı bir məbləğdə pul verməyi vəd etməyib və o, Məkanədən işin düzəlməsi üçün pul istəməmişdir. Onu da qeyd edir ki, 2021-ci ilin oktyabr ayında «Gəncə Mall»da o, Məkanə, Nuranə və Turanə ilə görüşmüşlər, həmin vaxt Məkanə etiraf edib bildirmişdir ki, Turanənin, Nuranənin, Aytacın, onun və bacısı Nigarın pulları ondadır, hətta Turanədən aldığı 8750 manat, Nuranədən aldığı 8500 manat, Aytacdan aldığı 7200 manat, ondan aldığı ümumlikdə 17000 manat pulun, bacısını işə düzəltmək məqsədilə ondan aldığı 3800 manat pulun özündə olduğunu, həmin məbləğlərdə pulu tez bir zamanda qaytaracağına söz versə də sonradan Məkanə vədinə əməl etməyib pullarını qaytarmamışdır. Onu da qeyd edir ki, Məkanə ondan 17000 manat pul aldığını kağız parçasına yazsa da həmin vaxt Məkanənin özünün xəbəri ola-ola onun səs yazısı yazılarkən ondan ümumilikdə 17500 manat pul aldığını etiraf etmişdir. Onu da qeyd edir ki, Məkanə həmin məbləğlərdə aldığı pulları ağ vərəqə qeyd etmiş və həmin kağız parçasını ona vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə qarşı verdiyi maddi ziyanının ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Gəncə şəhəri A.Səhhət adına Xəstəxanada operator vəzifəsində işləyən qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 söhbət əsnasında ona bildirmişdir ki, onun özü də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs pul vermişdir. O da inanmışdır. Söhbət əsnasında O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qızı Yeganə İsgəndərli işsiz olduğu üçün ona iş axtarır. Zərərçəkmiş şəxs1 da tanışı Təqsirləndirilən şəxs ilə danışıb maraqlanacağını ona bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona zəng edib bildirmişdir ki, Məkanə onun qızı Yeganə Qazıyevanın 4500 manat pulun müqabilində Gəncə şəhər Təhsil İdarəsində qeydiyyatçı kimi işə düzəlməsinə söz veribdir. Bundan sonra 09 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edib bildirmişdir ki, Məkanə ona zəng edib bildiribdir ki, qızını işə düzəltmək üçün təcili olaraq səhərisi gün Məkanə ilə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın qarşısında görüşüb pulu verməlidir. O isə etiraz etməyib razılaşmışdır. 10 iyun 2021-ci il tarixdə, saat 14 radələrində qızı Yeganə Qazıyeva və kürəkəni Eltun İsgəndərli ilə birlikdə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın qarşısına getmiş, Laləyə zəng edib orada olduqlarını deyəndə Lalə Məkanə adlı şəxsin onları orada gözlədiyini bildirmişdir. Bundan sonra Xəstəxananın qarşısında onları gözləyən əvvəllər tanımadığı, ilk dəfə gördüyü Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təqsirləndirilən şəxs Təhsil İdarəsinə gedib qızının ərizə yazacağını bildirdiyi üçün onlar birlikdə kürəkəni Eltun İsgəndərlinin idarə etdiyi VAZ-2107 markalı avtomobilə əyləşmişlər. O, avtomobilin içərisində qızı Yeganə Qazıyeva və kürəkəni Eltun İsgəndərlinin yanında qızını Gəncə şəhər Təhsil İdarəsində qeydiyyatçı kimi işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 4500 manat pul vermişdir. Təqsirləndirilən şəxs da 4500 manat pulu sayıb götürmüş və təxminən bir ay müddətinə qızını işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qızı ilə birlikdə Gəncə şəhər Təhsil İdarəsinə getməli olduğunu bildirdiyi üçün həmin vaxt onun şəxsi işləri olduğuna görə kürəkəni Eltun İsgəndərlinin idarə etdiyi avtomobillə qızı Yeganə Qazıyeva və Təqsirləndirilən şəxs Gəncə şəhər Təhsil İdarəsinə getmişlər. Yeganə Qazıyeva Təhsil İdarəsindən qayıtdıqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhər Təhsil İdarəsinə getsələr də Məkanə özü tək Təhsil İdarəsinin inzibati binasına daxil olub, qızıgil isə binanın qarşısında avtomobildə gözləmişdir. Təqsirləndirilən şəxs Təhsil İdarəsinə girib çıxdıqdan sonra rəhbərlik olmadığı üçün qızı ərizə yazmamışdır. Bundan sonra O, dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib qızının işi ilə maraqlananda Məkanə hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu arxayın salmış, tez bir zamanda qızının işinin düzələcəyini bildirmiş, lakin vədinə əməl etməyib qızını işə düzəltməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Gəncə şəhəri Ürək Xəstəxanasında icbari tibbi sığortanın inzibati şöbənin mütəxəssisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 adlı şəxsi 2003-cü ildən tanıyır, onunla orta məktəbi bir sinifdə oxumuşlar. Zərərçəkmiş şəxs2 ilə münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 ilə söhbətləşən vaxt Nərgiz ona bildirmişdir ki, onun tanışı Gəncə şəhərində fəaliyyət göstərən Universitetlərə tələbə kimi düzəldə bilir. O, işlədiyi Xəstəxanada müvafiq vəzifə tutmağı üçün ali təhsil almaq qərarına gəlmişdir. Bu məqsədlə Nərgizdən xahiş etmişdir ki, onu X38 Universitetinə qəbul etdirsin. Nərgiz ona bildirmişdir ki, həmin tanışı ilə danışıb ona cavab verəcəkdir. Bir neçə gün keçdikdən sonra Nərgiz ona demişdir ki, tanışı onun ADAU-ya qəbuluna köməklik göstərməsi üçün 8500 (səkkiz min beş yüz) manat pul istəyib. O isə Nərgizin dedikləri ilə razılaşmışdır. Həmin vaxt onun yanında olan tanışı Xəlilova X4 onun söhbətlərini bildiyi üçün o da universitetə qəbul olmaq istədiyini bildirmişdir. Buna görə də o, Nərgizdən xahiş etmişdir ki, Nuranənin də universitetə qəbul olması üçün tanışı ilə danışsın. Nərgiz də tanışı ilə danışıb 8500 manat pulun müqabilində Nuranəni də universitetə tələbə kimi düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Şəki şəhərinə qonaq getmişdir. O, Şəki şəhərində olan vaxt Nərgiz ona zəng edərək bildirmişdir ki, Nuranə ilə onun universitetə qəbul olmaqlarından ötrü hər biri üçün 3000 manat pulu vermək lazımdır. O, isə bu barədə Nuranəyə demişdir ki, Universitetə düzəlməsi üçün ilkin olaraq 3000 manat verməlidir və həmin məbləğdə pulu da götürüb atasının yanına getsin ki, Nərgiz onun pulunu götürməsi üçün atasının yanına gedəndə Nurənə də öz pulunu Nərgizə versin. Eyni zamanda o, Nuranədən xahiş etmişdir ki, onun əvəzinə də 3000 manat pulu atasına versin və atası da həmin məbləğdə pulu Nərgizə versin. Çünki o, istəməmişdir ki, Nərgizə 3000 manat pul verməsini atasına desin. Nuranə də ona etiraz etməyib onun əvəzinə 3000 manat pulu atasına verməyə razı olmuşdur. Daha sonra o, atasına zəng edib bildirmişdir ki, Nuranə ona 3000 manat verəcək, atası da həmin pulu onun yanına gələn Nərgizə versin. Belə ki, o, pulun nə məqsədlə Nərgizə verilməsini atasına bildirməmiş, fikirləşmişdir ki, valildeynlərinə və yaxınlarına topladığı bal hesabına Universitetə qəbul olduğunu deyər. Bundan sonra Nərgiz həmin adını sonradan bildiyi Məkanə adlı qadınla atasının işlədiyi Gəncə şəhəri, Bayan küçəsində yerləşən 1 nömrəli Uşaq Xəstəxanasına getmiş, atası Rizvan həmin gün 3000 manat pulu Nərgizin və Nuranənin iştirakları ilə Məkanəyə vermişdir. Eyni zamanda Nuranə də özü tələbə kimi düzəlməsi üçün 3000 manat məbləğində pulu atasının və Nərgizin yanında Məkanəyə vermişdir. Məkanə də ümumilikdə 6000 manat məbləğində pulu özü sayıb götürmüşdür. O, Şəki rayonundan qayıtdıqdan sonra Nuranənin onun əvəzinə verdiyi 3000 manat pulu onun özünə qaytarmışdır. Bundan sonra Nərgiz ona bildirmişdir ki, təxminən 20 gün müddətinə qalan pulları çatdırmalıdırlar ki, univerisitetə tez qəbul olsunlar. Danışdıqları kimi təxminən 20 gün sonra o, bankdan 5500 manat pul götürüb Nərgizə verməli olsa da həftənin cümə günü olduğu üçün bankdan pul götürə bilmədiyinə görə Nərgizə bazar ertəsi pul verəcəyini bildirəndə ona demişdir ki, ona çatdıracağı pulu 2 gün gecikdirdiyi üçün ona 5500 manat yox, 5750 manat pul verməlidir. O isə ADAU-ya tələbə kimi düzəlməyi üçün etiraz etməyib işinin düzəlməsi xatirinə Nərgizin dedikləri ilə razılaşmışdır. Bundan sonra o, bankdan 5750 manat pul götürmüş, atası Rizvanla birlikdə Nərgizin yaşadığı D.Bünyadzadə küçəsində yerləşən evinə getmiş, onu darvazanın qarşısında qarşılayan Nərgizə ADAU-ya tələbə kimi düzəlməyi məqsədilə 5750 manat pul vermiş, onun Nərgizə pul verməyini atası görsə də dəqiq olaraq hansı məqsədlə pul verildiyini bilməmişdir. Nərgiz ona söz vermişdir ki, 2021-ci ilin oktyabr ayınadək o və Nuranə ADAUya qəbul olacaqlar. Oktyabr ayında özünü Təhsil İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs onun universitetə qəbul olmağı ilə bağlı hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, o universitetə ikinci turda qəbul olacaqdır. O isə ikinci turda universitetə qəbul olan tanışları ilə əlaqə saxlamış, həmin şəxslər bildirmişlər ki, onlar artıq ikinci turda qəbul olunublar. O, aldandığını hiss edib özünü Təhsil İdarəsinin əməkdaşı kimi təqdim edən şəxsə zəng etmiş, ancaq həmin nömrəyə cavab verən olmamışdır. Bir neçə gün sonra həmin mobil telefon nömrəsindən ona zəng gəlmiş və həmin qadın ona bildirmişdir ki, Gəncə Təhsil İdarəsinə getsin, orada ona göstərsinlər ki, o, universitetə qəbul olmuşdur. O, Gəncə Təhsil İdarəsinə getmiş, binanın birinci mərtəbəsinin dəhlizində Məkanə ilə görüşmüş, həmin şəxs kompüterdə sistem donduğu üçün ona universitetə qəbul olduğunu göstərə bilməyəcəyini bildirmişdir. Məkanə müxtəlif yalanlar danışaraq ona sübut etmək istəmişdir ki, guya universitetə qəbul olunmağı üçün qeydiyyatdadır. Bundan sonra o tam əmin olmuşdur ki, Məkanə onu aldadaraq pulunu ələ keçirmişdir. Bundan sonra Məkanə ilə dəfələrlə telefonla danışsa da Məkanə ona müxtəlif yalanlar danışaraq, guya ADAU-ya qəbul olunmağı barədə çıxarış vərəqəsini verəcəyinə söz versə də vədinə əməl etməmişdir. 2021-ci ilin oktyabr ayında «Gəncə Mall»da Nərgiz, Məkanə, Nuranə ilə görüşmüşlər, həmin vaxt Məkanə etiraf edib bildirmişdir ki, onun, Nuranənin və Aytacın pulları ondadır, hətta ondan aldığı 8750 manat pulunu, Nuranədən aldığı 8500 manat, Aytacdan aldığı 7200 manat pulun onda olduğunu, həmin məbləğlərdə pulu tez bir zamanda qaytaracağına söz versə də vədinə əməl etməyib onun pulunu qaytarmamışdır. Onu da qeyd edir ki, Məkanə həmin məbləğlərdə aldığı pulu ağ vərəqə qeyd etmiş və həmin kağızı Nərgizə vermişdir. Dələduzluq cinayəti nəticəsində ona ümumilikdə 8750 manat məbləğində maddi ziyan dəyib. Nərgiz ona Universitetlərə tələbə düzəldən tanışının olduğunu bildirdiyini dediyi üçün o, bu barədə xalası Zərərçəkmiş şəxs14 demiş və Nərgizin mobil telefon nömrəsinidə ona vermişdir. Sonradan bildiyinə görə xalası Nərgizlə görüşüb nəvəsi X32 Tibb Kollecinə tələbə kimi düzəltməsi üçün 7200 manat məbləğində pulu Nərgizə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyandan 1000 (min) manat olmaqla qismən ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Samux rayonu Nəbiağalı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs13 onun bacısı qızıdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, bacısı qızı Zərərçəkmiş şəxs13 vasitəsilə Zərərçəkmiş şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 Universitetlərə tələbə kimi düzəldən tanışının olduğunu bacısı qızı Turanə ona demişdir. 2021-ci ilin iyun ayının sonlarında nəvəsi X45 Tibb Kollecinə imtahan versə də balı çatmadığına görə Kollecə qəbul ola bilməmişdir. Bundan sonra o nəvəsi X10 X50 tələbə kimi düzəltdirmək qərarına gəlmişdir. 2021-ci ilin iyul ayının son günlərində O, Turanədən Nərgizin mobil telefon nömrəsini alıb onun özü ilə əlaqə saxlamış, nəvəsi X32 Tibb Kollecinə düzəltdirmək istədiyini bildirəndə Nərgiz tanışı ilə danışıb ona cavab verəcəyini bildirmişdir. Bundan sonra Nərgiz ona zəng edib bildirmişdir ki, X33 Kollecinə qəbulu üçün tanışı 7200 (yeddi min iki yüz) manat pul istəyir. 01 sentyabr 2021-ci il tarixdə qızı Şahid4 ilə birlikdə «Kapital Banka» gedib onun adına 7500 manat məbləğində kredit götürmüşlər. Həmin gün qızı Şahid4 ilə Zərərçəkmiş şəxs2 yaşadığı Gəncə şəhəri, D.Bünyadzadə küçəsində yerləşən evinə getmişlər. Həmin vaxt Nərgiz evdə tək olmuş o, 7200 manat pulu sayıb qızı Ləmanın yanında Zərərçəkmiş şəxs2 vermişdir. Eyni zamanda Aytac Hüseynovanın şəxsiyyət vəsiqəsinin surətini və attestatının surətini də Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, nəvəsini işə düzəltmək adı ilə ondan aldığı 7200 manat pulu aparıb tanışına verəcək və ona söz vermişdir ki, nəvəsi Aytac 2021-ci ilin oktyabr ayında Tibb Kollecinə qəbul olacaqdır. O, Nərgizdən işə düzəldən tanışının adını soruşanda o, bildirmişdir ki, işə düzəldən həmin şəxs adının hallanmamasını istəyir. Belə olan halda o, Nərgizə demişdir ki, «mən səni tanıyıram, əgər nəvəmin işi düzəlməsə pulumu səndən alacam». Zərərçəkmiş şəxs2 da ona bildirmişdir ki, «narahat olma, sən məni tanıyırsan və pulunu da məndən alarsan». 2021-ci ilin oktyabr ayında nəvəsi Kollecə qəbul olmadığı üçün dəfələrlə qızı Ləmanla birlikdə Zərərçəkmiş şəxs2 zəng etsələr də onlara müxtəlif yalanlar danışaraq onları aldatmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 və adını sonradan bildiyi onun tanışı olan Məkanə adlı şəxs bacısı qızı Turanə və digər şəxsləri də aldadaraq onların pullarını mənimsəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 iş yoldaşı Zərərçəkmiş şəxs13 vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs13 da Gəncə şəhəri Ürək Xəstəxanasında icbari tibbi sığortanın inzibati şöbənin mütəxəssisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs13 sinif yoldaşıdır. 2021-ci ilin iyul ayında iş yoldaşı Zərərçəkmiş şəxs13 ilə söhbət edən vaxt Turanə bildirmişdir ki, sinif yoldaşı Zərərçəkmiş şəxs2 tanışı Məkanə adlı şəxs Gəncə şəhərində fəaliyyət göstərən Univeritetlərə tələbə düzəldə bilir. O, işlədiyi Xəstəxanada müvafiq vəzifə tutmağı üçün ali təhsil almaq qərarına gəlmişdir. Belə ki, 2016-cı ildə X20 bitirmiş, lakin ali təhsil almaq məqsədilə Universitetə tələbə kimi düzəlmək istədiyini Turanəyə demişdir. Turanə onun da Universitetə düzəlmək istədiyini Nərgizə demiş, Nərgiz də tanışı ilə danışıb Turanəyə bildirmişdir ki, ADAU-ya tələbə kimi düzəlməyi üçün tanışı 8500 (səkkiz min beş yüz) manat pul istəyir. Turanə də bu barədə ona bildirəndə o etiraz etməyib razılaşmışdır. Bundan sonra 21 iyul 2021-ci il tarixdə Turanə ona zəng edib bildirmişdir ki, Şəki rayonuna gedib, həmin vaxt Universitetə qəbul olmaqları üçün hər biri 3000 manat pulu Nərgizə verməlidirlər. Turanə daha sonra bildirmişdir ki, onun əvəzinə də 3000 manat pulu tapıb aparıb atası Rizvan həkimə versin. Həmin vaxt o da qərara almışdır ki, Rizvan həkimin yanına gedib onun yanında Universitetə tələbə kimi düzəlməyi məqsədilə 3000 manat pulu Nərgizə versin. Onu da qeyd edir ki, o, Nərgizə qohumlarının iştirakı ilə pul verməyini bildirəndə o, Məkanə ilə danışıb ona cavab vermişdir ki, «Məkanə buna razı deyil, dövlət işində işləyən işçilərin vasitəsilə pul almaq istəmir». Bundan sonra o, məcbur qalıb iş yoldaşı Rizvan həkimin yanında tələbə kimi düzəlməyi məqsədilə Nərgizə pul vermək qərarına gəlmişdir. Bundan sonra o, Turanənin əvəzinə də özündən 3000 manat pul götürüb Rizvan həkimə vermişdir. Bundan sonra 21 iyul 2021-ci il tarixdə Nərgiz Məkanə ilə birlikdə 1 saylı Uşaq Xəstəxanasına gəlmiş, Məkanəni o, ilk dəfə görüb həmin vaxt tanımışdır. Məkanə Nərgizlə birlikdə Xəstəxanaya gəlib Rizvan həkimin otağına daxil olmuş, həmin vaxt otaqda o, Rizvan həkim, Nərgiz və Məkanə olmuşdur. Rizvan həkim cibindən 3000 manat pulu çıxardıb Nərgiz və Məkanənin qarşısına qoymuş, o isə əl çantasından 3000 manat pulu çıxardıb Nərgiz və Məkanənin qarşısına qoymuşdur. Məkanə stolun üzərindən götürüb pulu sayaraq ümumilikdə 6000 manat olduğunu müəyyən etmişdir. Həmin vaxt O, aldanmağından ehtiyyat edib mobil telefonu vasitəsilə orada olan söhbətləri qeydə almışdır. Məkanə pulu sayıb demişdir ki, «burada olan pullar 3000, 3000-dir, sizi Aqrar Universitetə tələbə kimi düzəldəcəm». O, Məkanədən Universitetə qəbul olmaqları üçün ballarını artıracağını deyəndə o, demişdir ki, «ikinci tur vasitəsilə işiniz düzələcək». Nərgiz də narahat olmamağı deyib onu arxayın salmışdır. Bundan sonra Nərgiz və Məkanə oradan çıxıb getmişlər. Daha sonra Turanə Şəkidən qayıdanda onun 3000 manat pulunu özünə qaytarmışdır. Bundan sonra Nərgiz “whatsapp” sosial şəbəkəsində özü, Turanə və ondan ibarət qrup yaratmışdır. 30 iyul 2021-ci il tarixdə Nərgiz “whatsapp” sosial şəbəkəsində yaratdığı qrupda yazıb bildirmişdir ki, təcili olaraq 5500 manat verilməlidir. O isə məcbur qalıb həmin gün «Unibanka» gedib öz adına 5500 manat kredit götürmüş və Nərgizə məlumat vermişdir ki, pul hazırdır. Nərgiz də onun işlədiyi 1 saylı Uşaq Xəstəxanasına gəlmiş, Xəstəxananın içərisində boş otaqlardan birində 5500 manat pulu Nərgizə vermişdir. Nərgiz də ona bildirmişdir ki, həmin pulu aparıb Məkanəyə verəcək, daha sonra demişdir ki, «narahat olma, sən məni tanıyırsan və pulunu da məndən alarsan». Həmin vaxt onların yanında heç kim olmamışdır. 2021-ci ilin sentyabr ayının ortalarında xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmiş, özünü Təhsil İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs artıq Universitetə qəbul olduqlarını, yaxın günlərdə onları çağırıb qeydiyyatdan keçirəcəklərini demişdir. Lakin o, heç vaxt Məkanənin özü ilə mobil telefon vasitəsilə danışmamışdır. Hətta Məkanənin özü ilə danışmaq məqsədilə onun nömrəsini dəfələrlə Nərgizdən istəsə də Nərgiz heç vaxt Məkanənin nömrəsini ona verməyib, Məkanə ilə danışmağına razı olmamışdır. Hətta onu da qeyd edir ki, Nərgiz Turanəyə də müxtəlif bəhanələr gətirərək tez bir zamanda tələbə kimi Aqrar Universitetə düzələcəyinə söz vermişdir. 2021-ci ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Turanə ilə birlikdə Təhsil İdarəsinə getmişlər, özünü Təhsil İdarəsinin əməkdaşı kimi təqdim edən şəxsin onunla danışdığı mobil telefon nömrəsini orada tanımadığı bir nəfər yaşlı kişi cinsindən olan şəxsə təqdim edəndə həmin şəxs ona bildirmişdir ki, təqdim etdiyi nömrəni istifadə edən şəxs Təhsil İdarəsində işləmir. Bundan sonra Turanə ilə birlikdə aldandıqlarını başa düşmüşlər, Nərgizdən pullarını qaytarmağı tələb etməyə başlamışdır. Daha sonra həmin gün «Gəncə Mall»a getmişlər, Məkanə də oraya gəlmişdir. Məkanə etiraf edib bildirmişdir ki, onun, Turanənin və Aytacın pulları ondadır, hətta Nuranədən aldığı 8750 manat, ondan aldığı 8500 manat, Aytacdan aldığı 7200 manat pulun onda olduğunu, həmin məbləğlərdə pulu tez bir zamanda qaytaracağına söz versə də vədinə əməl etməyib onun pulunu qaytarmamışdır. Onu da qeyd edir ki, Məkanə həmin məbləğlərdə aldığı pulu ağ vərəqə qeyd etmiş və həmin kağızı Nərgizə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyandan 3550 (üç min beş yüz əlli) manat ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə qarşı verdiyi maddi ziyanının ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır, onunla münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid1 Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «20 yanvar» abidəsinin qarşısında «çörək» bişirmə sexini işlədir, onunla həmin çörəkbişirmə sexindən çörək alan vaxt tanış olmuşdur. 2021-ci ilin iyun-iyul ayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1la görüşüb söhbət edən vaxt Aqil ona təklif etmişdir ki, təcili tibbi yardım xidmətinə sürücü lazımdır və həmin vəzifənin əmək haqqısı 650 manatdır. Şahid1 tanışının vasitəsilə 7500 manat pulun müqabilində onu sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. O isə etiraz etməyib Aqilin təklifi ilə razılaşsa da həmin məbləğdə pulu olmadığı üçün hissə-hissə verəcəyini bildirmişdir. Aqil də etiraz etməyib razılaşmışdır. Bundan sonra o işə düzəlməyi üçün qohumlarından borca pul istəmiş, təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək məqsədilə Şahid1 ondan istədiyi 7500 manat məbləğində pulu 2021-ci ilin iyul ayında, gününü dəqiq bilmədiyi tarixdə hissə-hissə olmaqla onun işlədiyi çörəkbişirmə sexində onun özünə vermişdir. Şahid1 da 1 ay müddətində işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, Aqilin dediyi vaxtı gözləməyə başlamışdır. Bir ay keçdikdən sonra Şahid1la əlaqə saxlamağa başlayanda Aqil işinin hələ düzəlmədiyini, bir azda gözləməyi ona bildirmişdir. O isə etiraz etməyib Aqillə razılaşmışdır. Lakin o, Şahid1la sonradan əlaqə saxlayanda Aqil ona hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış. 2021-ci ilin sentyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən ona zəng gəlmiş, özünü Məkanə adlı qadın kimi təqdim edən şəxs onu Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın Poliklinikasına çağırmışdır. O da Poliklinikanın ikinci mərtəbəsində Məkanə ilə görüşmüşdür. Həmin şəxsi ilk dəfə orada görüb tanımışdır. Məkanə onunla görüşmüş, ona məlum olmayan, oxumadığı bir sənədi ona göstərib işə düzəlməklə bağlı sənəd olduğunu, ona bir zərf verib avans olduğunu və yaxın günlərdə də əmək haqqı ilə bağlı plastik kartının gələcəyini bildirmişdir. O isə zərfi açıb içərisinə baxında orada 300 manat pul olduğunu görmüşdür. Bundan sonra O, işə düzlədiyini güman etmiş və fikirləşmişdir ki, növbəti ay əmək haqqını plastik kartdan çıxardar. Lakin bir ay keçdikdən sonra əmək haqqının alınması ilə bağlı plastik kart gəlməmişdir. O, başa düşmüşdür ki, Məkanə onu işə düzəltmək məqsədilə aldadaraq pulunu ələ keçirmişdir. Bundan sonra Şahid1la danışanda Aqil ona bildirmişdir ki, təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək məqsədilə ondan aldığı 7500 manat məbləğində pulun hamısını Məkanəyə verib və onun işini Məkanə düzəldəcəkdir. O, isə artıq işə düzəlmək istəmədiyini Aqilə bildirmiş, pulunu geri tələbə etməyə başlamışdır. Məkanə adlı qadını tanımadığını, pulunu Aqildən tələb etməyə başlayanda Aqil hissə-hissə pulunu verəcəyinə söz vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yayında, gününü dəqiq bilmədiyi tarixdə Bakı şəhərində olan vaxt tanışı Şahid3 ona zəng edib bildirmişdir ki, tanışı Şahid1 ona təklif edibdir ki, əgər təcili tibbi yardıma sürücü kimi işə düzəlmək istəyən varsa həmin şəxsi işə düzəldə bilər. O isə həmin ərəfələrdə işə düzəlmək istədiyi üçün Şahid3 razılıq vermişdir ki, Aqilin vasitəsilə təcili tibbi yardıma sürücü kimi işə düzəlsin. Bundan sonra Şahid3 ona bildirmişdir ki, Şahid1 3800 manat pulun müqabilində ona təcili tibbi yardıma sürücü kimi işə düzədə bilər. O isə həmin vaxt Bakı şəhərində olduğu üçün Eldənizdən xahiş etmişdir ki, yaşadığı evə gedib həyat yoldaşından 3800 manat pul götürüb işə düzəlməyi məqsədilə aparıb Aqilə versin. Bundan sonra Eldənizin ona dediyinə görə o, yaşadığı evə gedib həyat yoldaşından 3800 manat pulu götürüb Aqilə vermişdir. Təxminən 2 gün keçdikdən sonra O, Gəncə şəhərinə gəlmiş və Şahid1la görüşmək üçün onun mobil telefon nömrəsini Eldənizdən istəmiş, daha sonra Şahid1la onun işlədiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, «20 yanvar» abidəsinin qarşısında yerləşən «çörək» bişirmə sexində görüşmüş, sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin surətini Aqilə vermiş, Aqildə tanışının vasitəsilə bir ay müddətində onu təcili tibbi yardıma sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Lakin bir ay keçdikdən sonra Şahid1la əlaqə saxlayanda Aqil işinin hələ düzəlmədiyini, tez bir zamanda işə düzələcəyini desə də o, artıq Aqildən pulunu tələb etməyə başlamışdır. Bundan sonra Şahid3lə birlikdə Aqilin işlətdiyi çörəkbişirmə sexinə getmişlər, Aqil onlara bildirmişdir ki, Fəxrinin işini düzəltmək məqsədilə pulu verdiyi adını bildirmədiyi qadın onun işini hələ düzəltməyibdir. Həmin vaxt o, Aqildən pulunu tələb etdiyi üçün Şahid1 300 manat məbləğində pulu Eldənizin yanında ona vermiş, yerdə qalan 3500 manat məbləğində pulu isə tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Təxminən 10 gün keçdikdən sonra O, yenə Aqilin işlədiyi çörəkbişirmə sexinə getmiş və işə düzəltmək məqsədilə Eldəniz vasitəsilə verdiyi pulun yerdə qalan hissəsini, yəni 3500 manat məbləğində pulu Şahid1 almışdır. Şahid1 söhbət əsnasında ona bildirmişdir ki, işi düzəltmək məqsədilə ondan aldığı 3800 manat pulun hamısını Təqsirləndirilən şəxs adlı qıza versə də Təqsirləndirilən şəxs vədinə əməl etməyib və onu işə düzəltməyibdir. O Təqsirləndirilən şəxs sənələrinin surətini verərəkən Gəncə şəhər Abbas Səhət adına xəstəxanın qarşısında görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki tanıyır, onunla münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavətləri olmayıbdır. Şahid1 Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «20 yanvar» abidəsinin qarşısında «çörək» bişirmə sexini işlədir, onunla həmin çörəkbişirmə sexindən çörək alan vaxt tanış olmuşdur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin avqust yayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1la görüşüb söhbət edəndə Aqilə bildirmişdir ki, oğlu Turqut Əlizadəni işə düzəltməkdə köməklik etsin. Belə ki, oğlu Türkiyə Respublikasında Rize şəhərində yerləşən Erdoğan Universitetini bitirib, ali təhsillidir. Şahid1 da əlaqələrinin geniş olduğunu, iş olarsa ona xəbər edəcəyini bildirmişdir. Təxminən 2-3 gün keçdikdən sonra çörək almaq üçün Şahid1 işlətdiyi «çörək» bişirmə sexinə gedəndə Aqil ona bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində arxivçi işi var və əgər istəsə oğlu Turqut Əlizadəni həmin işə düzəltsin. O, həmin işi neçəyə düzəldəcəyini Aqildən soruşanda Aqil tanışının vasitəsilə 6500 manat pulun müqabilində oğlu X40 şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi düzəldəcəyinə söz vermişdir. O isə Aqilin dediklərinə inanıb razılıq vermişdir. Bundan sonra o, işləyib yığdığı puldan oğlu Ozala 4000 manat vermiş ki, aparıb Aqilə versin. 2021-ci ilin avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə oğlu Ozal Şahid1 iş yerinə getmiş, qardaşı X40 şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi düzəltmək məqsədilə Şahid1 4000 manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra isə Turqut Əlizadənin özü yenə Şahid1 iş yerinə getmiş, işə düzəltmək məqsədilə Şahid1 2500 manat pul vermişdir. Şahid1 oğlu X40 şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi işə düzəltmək məqsədilə ümumlikdə 6500 manat pul götürüb, həmin məbləğdə pulun hamısı onun özünə məxsus olmuşdur. Şahid1 həmin məbləğdə pulu aldıqdan sonra 2 ay müddətində oğlu X40 şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi işə düzəldəcəyinə söz vermişdir. Təxminən 2 ay keçdikdən sonra Şahid1la görüşəndə oğlunun işinin nə yerdə qaldığını soruşmuş, Aqil də ona bildirmişdir ki, oğlunun işini düzəltmək məqsədilə ondan aldığı pulu tanışı Məkanə adlı qadına verib, Məkanə də tez bir zamanda oğlunun işini düzəldəcəyinə söz veribdir. Lakin o, artıq işinin düzəlmədiyini, Aqilin ona dediyi vaxtın uzandığını görüb Aqildən pulunu tələb etməyə başlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 Əmralı oğlu ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki tanıyır, onunla münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid1la tez-tez görüşüb söhbət edirmişlər, haləhval tuturmuşlar. 2021-ci ilin təxminən avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1 işlədiyi avtomobil təmiri sexinə gəlmiş, onunla söhbət edən vaxt Aqil onun işinin ağır olduğunu görüb ona təklif etmişdir ki, 113 saylı təcili tibbi yardım xidmətinə sürücü lazımdır və həmin vəzifənin əmək haqqısı 750 manatdır. Şahid1 7500 manat pulun müqabilində onu sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. O isə etiraz etməyib onun təklifi ilə razılaşsa da həmin məbləğdə pulu olmadığı üçün hissə-hissə verəcəyini bildirmişdir. Aqil də etiraz etməyib razılaşmışdır. Həmin ərəfələrdə o, avtomobilini satdığı üçün evində hazır pulu var imiş və 3 gün keçdikdən sonra Şahid1la «Dan Ulduzu» şadlıq sarayının qarşısındakı parkda görüşmüşlər. O, 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək məqsədilə Aqilə 4000 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Aqil 20 gün müddətində onun işə düzələcəyini bildirsə də kimin vasitəsilə işi düzəltdiyini deməmişdir. O, Aqildən ayrılıb işlədiyi sexə getmiş, Aqil də çıxıb getmişdir. 2 gün keçdikdən sonra, təxminən saat 17 radələrində Aqillə birlikdə onun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Gəncə şəhəri, Natəvan qəsəbəsinə getmişlər, Aqil fərdi yaşayış evlərindən birinin qarşısında avtomobili dayandırmış. O, avtomobildə əyləşib gözləmişdir, Aqil isə avtomobildən düşüb boz rəngli dəmir darvazanı döymüş, darvazanın arasında sifətini tam görə bimədiyi bir nəfər qadına onun verdiyi 4000 manat məbləğində pulu vermişdir. Onlar sonra geri qayıtmışdırlar. Bundan sonra o, yerdə qalan 3500 manat pulu da sürücü kimi işə düzəlməyi üçün işlədiyi sexdə Aqilə vermişdir ki, ola bilər ki, təcili pul vermək lazım olarsa Aqil həmin pulu aparıb özü versin. Təxminən bir həftə keçdikdən sonra tam xatırlamadığı, sonu 54-42 saylı mobil telefon nömrəsindən özünü Lalə kimi təqdim edən şəxs ona zəng edib onu Gəncə şəhəri Abbas Səhhət adına poliklinikanın ikinci mərtəbəsinə çağırmışdır. O isə Gəncə şəhəri Abbas Səhhət adına poliklinikanın ikinci mərtəbəsinə getmiş, orada özünü Lalə adı ilə təqdim edən şəxs onu qarşılamışdır. Həmin şəxsin əlamətləri alçaq boy, kök bədən quruluşlu, qarabəniz, təxminən 28-30 yaşlı bir qadın imiş. Həmin qadın ona işə düzəlməyi üçün hazır vəziyyətdə yazılmış ərizəyə qol çəkdirmiş, pulun yerdə qalan hissəsini də ödəməyini tələb etmişdir. O, həmin qadına pul vermədən ondan ayrılıb işlədiyi sexə qayıtmış, bu barədə Aqillə əlaqə saxlamışdır, Lalə adlı şəxsin ona dediklərini bildirmişdir. Aqil də ona bildirmişdir ki, ona verdiyi 3500 manat pulun 2800 manatını aparıb Gəncə şəhər İcra Hakimiyyətində işləyən Mətanətə verəcək, yerdə qalan pulu isə o, işə düzəldikdən sonra verərlər. O isə etiraz etməyib Aqilin dedikləri ilə razılaşmışdır. Lakin o, artıq işə düzəlmədiyini görüb Aqildən işi barədə maraqlanmağa başlamışdır. Hətta özünü Lalə kimi təqdim edən şəxsin ona zəng etdiyi mobil telefon nömrəsinə zəng vursa da həmin nömrəyə zəng çatmırmış. O, işi düzəlmədiyi halda pulunu Aqildən geri istəməyə başlamışdır. Aqildən tələb etmişdir ki, birlikdə aparıb 4000 manat pulu verdikləri şəxsin ünvanına gedib pullarını geri alsınlar. 11 oktyabr 2021-ci il tarixdə Aqillə birlikdə onun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Gəncə şəhəri, Natəvan qəsəbəsinə getmişlər, Aqil işə düzəlməyi üçün 4000 manat məbləğində pulu Məkanə adlı qadına verdiyini yolda ikən bildirmiş və Məkanənin yaşıdığı evə getmişlər. Onun işə düzəlməyi üçün əvvəlcə 4000 manat aparıb verdikləri həmin evin qarşısında onları bir nəfər qadın qarşılamışdır. O, həmin qadına yaxınlaşanda görmüşdür ki, həmin qadın özünü Lalə adı ilə təqdim etdiyi Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada onunla görüşüb söhbət edən qadındır. O, həmin qadından nəyə görə özünü Lalə kimi təqdim etdiyini soruşanda həmin qadın ona «sənə Lalə lazımdır» deyə cavab vermişdir. Həmin vaxt o, başa düşmüşdür ki, özünü Lalə adı ilə təqdim etdiyi Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada onunla görüşüb söhbət edən qadının əsl adı Məkanədir. O, Məkanədən onunla danışdığı mobil telefon nömrəsinə zəng çatmadığını deyəndə Məkanə ona ***-***-**-** saylı mobil telefon nömrəsi vermişdir. Daha sonra Məkanə işə düzəlməyi üçün Aqilin ona verdiyi 4000 manat pulu aldığını etiraf etmiş, qısa müddət ərzində həmin məbləğdə pulu ona verəcəyinə söz vermişdir. Məkanə ona bildirmişdir ki, işə düzəlməyi üçün ona verilən pulu digər şəxsə verib, həmin şəxs də onu aldadıbdır. Bundan sonra Aqillə birlikdə oradan geri qayıtmışlar. Ona dələduzluq cinayəti nəticəsində ümumilikdə 6800 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır, onunla münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid1la tez-tez görüşüb çayxanada söhbət edirmiş, haləhval tuturmuşlar. 2021-ci ilin təxminən avqust ayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1la Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən «Səadət» sarayının yaxınlığındakı parkın içərisində yerləşən çayxanada oturub söhbət edən vaxt qızına iş axtardıqlarını Aqilə bildirmişdir. Həmin vaxt Aqil ona bu işdə köməklik göstərəcəyini bildirmiş, qızını Gəncə şəhərində yerləşən muzeylərdən birinə işə düzəltməsi üçün ondan 4000 manat pul istəmişdir. O isə etiraz etməyib onunla razılaşmışdır. Həmin gün o, yaşadığı evə gedib 4000 manat məbləğində pulu götürüb daha sonra Aqillə Gəncə şəhəri, hazırda Avtozavod yolunda inşa edilmiş «Maxi» marketin qarşısındakı dairədə görüşmüşdür. Aqil oraya dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı VAZ-2106 markalı avtomoili ilə tək gəlmişdir. O, Aqilin avtomobilinə əyləşmiş, qızı X41 şəhərində Muzeylərdən birinə işə düzəltmək məqsədilə 4000 manat məbləğində pulu sayıb Aqilə vermişdir. Həmin vaxt onların yanlarında kənar şəxs olmamışdır. Bundan sonra gününü dəqiq bilmədiyi tarixdə Aqillə birlikdə onun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Gəncə şəhəri, Natəvan qəsəbəsinə getmişlər, Aqil fərdi yaşayış evlərindən birinin qarşısında avtomobili dayandırmışdır. O avtomobildə əyləşib gözləmiş, Aqil isə avtomobildən düşüb boz rəngli dəmir darvazanı döymüşdür, darvazanı açan şəxslə salamlaşmış, həyətə daxil olmuşdur. Daha sonra Aqil gəlib avtomobilə əyləşmiş, «düzəldi» deyə ona bildirmişdir və onlar oradan çıxıb getmişlər. Sonra qızının işi barədə Aqildən maraqlananda Aqil onu arxayın salaraq tez bir zamanda qızının işinin düzələcəyini bildirirmişdir. 2021-ci ilin oktyabr ayında gününü dəqiq bilmədiyi tarixdə Aqillə görüşüb söhbət edəndə ondan qızını işə düzəltmək məqsədilə ona verdiyi 4000 manat məbləğində pulunu geri istəməyə başlamışdır. Həmin vaxt Aqil ona demişdir ki, Məkanənin vasitəsilə qızını işə düzəldəcək və qızını işə düzəltmək məqsədilə ona verdiyi 4000 manat məbləğində pulu aparıb Məkanəyə vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Məkanə qızını işə düzəltmək məqsədilə ona məxsus 4000 manat məbləğində pulu Aqilin vasitəsilə alaraq dələduzluq etmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, Məkanə digər şəxslərə qarşı da dələduzluq etmişdir. O, Məkanə adlı qadınla görüşməmiş, onunla hər hansı bir əlaqə saxlamamışdır. O, qızının işə düzəlməsi üçün 4000 manat məbləğində pulu Aqilə vermişdir. Aqil əvvəlcə qızını kimin vasitəsilə işə düzəltdiyini bildirməsə də sonradan ondan pulunu tələb edəndə Aqil ona demişdir ki, qızını Məkanənin vasiəsilə işə düzəldəcək, ondan aldığı 4000 manat məbləğində pulu da aparıb Məkanəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Aqilin avtomobili ilə 4000 manat məbləğində pulu vermək məqsədilə Natəvan qəsəbəsinə getdikləri ünvan Məkanənin yaşadığı evdir. O, həmin ünvanı dəqiq xatırlamadığı üçün Məkanənin yaşadığı evi göstərə bilməyəcəkdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə 28 avqust 2019-cu il tarixdə bacısı Zərərçəkmiş şəxs2 Gəncə şəhəri «Şah» sarayında keçirilən ad günü məclisində tanış olmuşdur. Təqsirləndirilən şəxs qonşuları Selcanın vasitəsilə həmin məclisə gəlmiş, Məkanə onların qonşusu Selcanın ərinin xalası qızıdır. Məkanə tez-tez Selcanla birlikdə onlarla qonşuluqda yaşayan dayısı evinə gəldiyi zaman onlarla oturub söhbət edib tanış olmuşlar. Söhbətləri zamanı Məkanə müxtəlif adamları dövlət idarələrinə iş yerlərinə düzəldə bildiyini və özünün də Gəncə şəhər İcra Hakimiyyətində işlədiyini deyirmiş. Təqsirləndirilən şəxs ilə tanışlıqdan sonra onlar bir neçə dəfə görüşüb birlikdə vaxt keçirmişlər. Onlar birlikdə olan zaman dəfələrlə Məkanə ona və bacısına işə adam düzəldə bildiyini söyləmişdir. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng edərək muzey müdiri və İcra hakimiyyətində qaynar xətt xidmətinə kadr axtardığını, həmin işlərə adam düzəldə biləcəyini söyləmişdir. Bacısına müdür vəzifəsi üçün 7000 (yeddi min) manat, “qaynar xətt”də operator vəzifəsinə 4000 (dörd min) manat müqabilində düzəltdiyini söyləmişdir. Bundan sonra o, özü Təqsirləndirilən şəxs zəng edib 7000 manata gücü çatmadığını, 3000 manat pulu olduğunu və həmin qiymətə İcra hakimiyyətinin “qaynar xətt” operatoru vəzifəsində işləmək istədiyini bildirmişdir, Məkanə isə ona 3800 (üç min səkkiz yüz) manat pulun müqabilində Gəncə şəhər İcra Hakimiyyətinin Qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəldəcəyinə söz vermişdir. O da bu barədə anası ilə danışdıqdan sonra razılaşmışdır. Bundan sonra Məkanə ondan şəxsiyyət vəsiqəsinin surətini, orta məktəbi bitirməyi barədə attestatının surətini, 3x4 sm ölçüdə 2 ədəd fotoşəklini istəmişdir. Təqsirləndirilən şəxs həmçinin işə qəbul olmaq üçün “cv” blankını özü hazırlayacağını bildirmiş və o da etiraz etməyib razılaşmışdır. Təqsirləndirilən şəxs dediyi sənədlərin şəklini mobil telefonu ilə çəkib “whatsapp” vasitəsilə ona göndərmişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə Təqsirləndirilən şəxs zəng edib işə düzəlməyi üçün 800 manat pul hazırladığını bildirəndə Məkanə ona bildirmişdir ki, «sürücü göndərirəm, pulu ona verərsən». Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib taksinin evlərinin qarşısında dayandığını bildirmiş, o da küçəyə çıxanda yaşadığı evin qarışısında Məkanənin göndərdiyi «620» gürcü nömrəsi ilə qırmızı rəngli, markasını bilmədiyi adını sonradan Röyal kimi bildiyi taksi avtomobili dayandığını görmüşdür. Adını sonradan bildiyi Röyal adlı şəxs avtomobildən düşüb ona yaxınlaşmış, O, 3x4 sm ölçüdə 2 ədəd fotoşəklini və Gəncə şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəlməyi məqsədilə Məkanəyə çatdırması üçün sellofan paketə bükülmüş 800 manat məbləğində pulu həmin taksi sürücüsünə bildirmişdir. Sürücü içərisində pul olan paketi ondan götürmüş, saymadan cibinə qoymuş və avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs “whatsapp” vasitəsilə yazıb 800 manat pulu taksi sürücüsü ilə göndərdiyini bildirmiş, Məkanə də ona cavab yazıb 800 manatı götürdüyünü etiraf etmişdir. O yerdə qalan 3000 manatı isə yaxın günlərdə tapıb verəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının 30-da bankdan kredit götürmüş və Məkanəyə zəng edib məlumat vermişdir ki, işə dəzəlməyi üçün yerdə qalan 3000 manat hazırdır. Məkanə də gəlib pulu götürəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı Səbuhi Əliyevlə birlikdə Səbuhinin idarə etdiyi özlərinə məxsus qara rəngli Chevrolet Cruze marklalı avtomobillə onların evinə gəlmişlər, Səbuhi Əliyev avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs isə avtomobildən düşüb özü tək onların evinə gəlmişdir. Həmin vaxt anası Səidə İsmayılova evdə imiş. Təqsirləndirilən şəxs ilə evin zalında stol arxasında əyləşmişlər, həmin vaxt anası da yanlarında sol arxasında əyləşmişdir. Təqsirləndirilən şəxs onun adından doldurduğu «CV»ni ona təqdim etmiş, Gəncə şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəlməyi barədə tərtib etdiyi həmin sənədə o imza etmişdir. O, anası Səidə İsmayılovanın yanında Gəncə şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs 3000 manat pul vermiş, Məkanə də həmin məbləğdə pulu götürüb saymadan cibinə qoymuşdur. Anası bir qədər oturub çay içməyi Məkanəyə təklif etsə də Məkanə tələsdiyini bildirərək evlərindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ay müddətində işini düzəldəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs həyət darvazasına qədər yolda salmış və görmüşdür ki, onu küçədə gözləyən həyat yoldaşı Səbuhinin idarə etdiyi Chevrolet markalı avtomobilə əyləşmiş və çıxıb getmişdirlər. Beləliklə, o, işə düzəlməyi məqsədilə Təqsirləndirilən şəxs ümumlikdə 3800 manat məbləğində pul vermişdir. 2021-ci ilin oktyabr ayının 29-da nənəsinin yas mərasimində Təqsirləndirilən şəxs onların evnəə gəlmiş, söhbət zamanı bildirmişdir ki, guya işə qəbul olmağı barədə onun əmri verilib, sadəcə Məkanə həmin şəxsə bildirmişdir ki, nənəsi rəhmətə getdiyi üçün yas mərasimini yola verdikdən sonra gələcəkdir. O da işə qəbul olma əmri gəldiyi üçün sevinmiş və Məkanənin dediyinə etiraz etməyib fikirləşmişdir ki, yas mərasimini yola verdikdən sonra işə gedər. Nənəsinin yas mərasimini yola verdikdən sonra Təqsirləndirilən şəxs zəng edib işə çıxmaq istədiyini bildirəndə Məkanə ona bəhanələr gətirib bildirmişdir ki, işi hələ düzəlməyib, tez bir zamanda işi düzələcəkdir. Bundan sonra o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə işi barədə maraqlansa da Məkanə hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamış, o Məkanədən işinin düzəlməsini və ya pulunu tələb etsə də Məkanə bugünədək nə onun pulunu qaytarmış, nə də ki, vədinə əməl edərək onu işə düzəltmişdir. Təqsirləndirilən şəxs onu işə düzəltmək məqsədilə aldadaraq pulunu ələ keçirdib ona qarşı dələduzluq etdiyini başa düşüb 27 noyabr 2021-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. O, ətraflı olaraq göstərə bilər ki, Təqsirləndirilən şəxs dedikləri tamamlə yalandır. 2021-ci ilin sentyabr ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə Təqsirləndirilən şəxs göndərdiyi «620» gürcü nömrəsi ilə qırmızı rəngli, markasını bilmədiyi adını sonradan Röyal kimi bildiyi taksi sürücüsünə Gəncə şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəlməyi məqsədilə Məkanəyə çatdırması üçün 800 manat pul vermiş, bundan sonra 2021-ci ilin sentyabr ayının 30-da Təqsirləndirilən şəxs həyat yoldaşı Səbuhi Əliyevlə birlikdə Səbuhinin idarə etdiyi özlərinə məxsus qara rəngli Chevrolet Cruze marklalı avtomobillə onların evinə gəliblər, Səbuhi Əliyev avtomobildə gözləyib, Təqsirləndirilən şəxs isə avtomobildən düşüb özü tək onların evinə gəlib, o, anası Səidə İsmayılovanın yanında Gəncə şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətində operator vəzifəsinə işə düzəlməyi məqsədilə Məkanəyə 3000 manat pul vermişdir. O, ətraflı olaraq onu deyə bilər ki, Təqsirləndirilən şəxs ondan başqa bacısı Zərərçəkmiş şəxs2, bacısının rəfiqələri Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 qarşı da dələduzluq cinayəti törətmişdir. Belə ki, 2021-ci ilin fevral ayında bacısı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında ali təhsil aldığı diplomu təsdiqlətmək üçün Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul veribdir. Bundan sonra Təqsirləndirilən şəxs 2021-ci ilin iyun-iyul aylarında bacısı Zərərçəkmiş şəxs2 zəng edib Gəncə Asan Xidmət X6 Şöbəsində boş yer olduğunu bildirib həmin işə bacısını düzəltməyi təklif edibdir. Təqsirləndirilən şəxs 15500 (on beş min beş yüz) manat pulun müqabilində işə düzəltməyi söz vermiş, onlarda evdə anası ilə razılaşdıqdan sonra Nərgizi işə düzəltmək qərarına gəlmişlər. Bundan bir neçə gün sonra Gəncə şəhəri, Atatürk prospektində «Moskva» marketin yanında yerləşən lombarda qızıl qoyub oradan 3000 (üç min) manat kredit götürmüşlər, daha sonra Təqsirləndirilən şəxs ilə Gəncə şəhər “95 Aptekin” yanında görüşüb və onun yanında Zərərçəkmiş şəxs2 işə düzəlmək məqsədilə 3000 (üç min) manat məbləğində pulu Məkanəyə vermişdir. Onu da qeyd edir ki, şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün o, şəxsiyyət vəsiqəsini almalı imiş, Məkanə ilə razılaşmışdır ki, şəxsiyyət vəsiqəsini aldıqdan sonra özü Bankdan adına olan depozit pulunu çıxardıb Nərgizin işə düzəlməsi üçün yerdə qalan 12500 manatı da verəcəklər. Bundan sonra şəxsiyyət vəsiqəsini aldıqdan sonra 29 iyun 2021-ci il tarixdə adına «Yelo Bank»da olan hesabdan 18292 manat pul çıxartmışlar. O, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan Məkanə adlı şəxsin yaşadığı ünvana getmişlər, onun anası Mətanət və onun yanında «Gəncə Asan Xidmətə» işə düzəlmək məqsədilə Zərərçəkmiş şəxs2 12500 manat məbləğində pulu Məkanəyə vermiş. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında bacısı Nərgizi işə düzəldəcəyini bildirsə də vədinə əməl etməyibdir. Bundan başqa eşitdiyinə görə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 X38 Universitetinə tələbə kimi düzəltmək məqsədilə həmin şəxsləri aldadaraq hər birindən 8500 manat məbləğində pul ələ keçirdibdir, lakin o, həmin şəxslərin tələbə kimi düzəlmələri üçün pul vermələrinin şahidi olmamış, iştirak etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə qarşı verdiyi maddi ziyanının ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə 27 mart 2021-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs9 ad günü məclisində tanış olmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhər İcra Hakimiyyətində işlədiyini desə də konkret olaraq hansı vəzifədə işlədiyini bildirməmişdir. Təqsirləndirilən şəxs ona əlaqələrinin geniş olduğunu pul müqabilində işə adam düzəldə biləcəyini söyləmişdir. 2021-ci ilin oktyabr ayında işə düzəlmək istədiyi üçün qohumu Zərərçəkmiş şəxs9 zəng edib Təqsirləndirilən şəxs mobil telefon nömrəsini almış, daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb telefonda danışan vaxt işə düzəlmək istədiyini bildirəndə Təqsirləndirilən şəxs onu Gəncə şəhər Təhsil İdarəsinə işə düzəldəcəyinə söz vermiş və tanışı ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla danışıb 4000 (dörd min) manat pulun müqabilində Gəncə şəhər Təhsil İdarəsinə işə düzəldəcəyinə söz vermişdir. O isə Məkanənin sözlərinə inanıb 26 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs ilə Gəncə şəhər Təhsil İdarəsinin qarşısında görüşmüş, işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pul vermişdir. Məkanə tez bir zamanda onu işə düzəldəcəyinə söz vermiş və onlar ayrılıb getmişlər. O, işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul verdikdən sonra mütəmadi olaraq Məkanə ilə əlaqə saxlamış, işi ilə bağlı maraqlananda Məkanə hər dəfə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyib nə onu işə düzəltmiş, nə də ki, işə düzəltmək məqsədilə ondan aldığı 4000 (dörd min) manat məbləğində pulu qaytarmışdır. Bundan sonra o, məcbur qalıb 28 noyabr 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gedib şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs əgər onun borcunu qaytarsaydı özü dərhal onunla əlaqə saxlayıb ona çatacaq pulu Zərərçəkmiş şəxs2 verdiyini bildirərdi. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhərində qardaşı X27 məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «20 yanvar» abidəsinin qarşısında «çörək» bişirmə sexini işlədir. Təqsirləndirilən şəxs ailəvi tanışları olan Mətanətin vasitəsilə 2021-ci ilin təxminən iyul-avqust aylarında tanımışdır. 2021-ci ilin yayında, gününü dəqiq bilmədiyi tarixdə təsadüfən Gəncə şəhərində Mətanətlə rastlaşmış, söhbət zamanı tanışı Məkanə adlı qadın olduğunu, Məkanənin vətəndaşları işə düzəldə biləcəyini bildirmiş və Mətanət ona təklif etmişdir ki, əgər işə düzəlmək istəyən tanışları olarsa ona məlumat versin. Mətanətin dediyinə görə Məkanə təcili tibbi yardıma sürücü, muzeyə işçi xanımlar, məhkəməyə axivçi düzəldə bilərmiş. Bundan sonra O, dostlarına və qohumlarına məlumat vermişdir ki, əgər işə düzəlmək istəyən olarsa ona desinlər, işə düzəldə bilən tanışı var. Daha sonra dostları və tanışları işə düzəlmək istədikləri üçün ona müraciət etmiş, o isə onlara Mətanətin müvafiq vəzifələr üçün ona dediyi qiymətləri vətəndaşlara deyib onlardan aldığı pulların bir qismini Məkanənin özünün göndərdiyi taksi avtomobili ilə, bəzilərini isə aparıb Mətanətə vermişdir ki, öz növbəsində Məkanəyə çatdırsın. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin təxminən iyun ayında dostu Eldəniz ondan xahiş etmişdir ki, qonşuluqda yaşayan Fəxri adlı şəxsi təcili tibbi yardıma sürücü kimi işə düzəltməkdə köməklik etsin. O isə Mətanətin dediyi qiyməti, yəni səhv etmirsə 3800 manat pulu Eldənizdən almışdır. Eldənizin qohumu Fəxri adlı şəxsi təcili tibbi yardıma sürücü kimi işə düzəltmək məqsədilə həmin məbləğdə pulu o, özü tək dəmir yolunun altına aparıb Mətanətin yaşadığı qardaşına məxsus evdə Mətanətin özünə vermişdir. Həmin vaxt Mətanətin yanında heç kim olmamışdır. Mətanət tanışı Məkanənin vasitəsilə 28 gün müddət ərzində Fəxrini təcili tibbi yardıma sürücü kimi işə düzəldəcəyinə söz vermiş, O isə dediklərinə inanmış və Mətanətin verdiyi vədi Fəxriyə bildirmişdir. X46 işini düzəldə bilməmişdir. Bundan başqa 2021-ci ilin təxminən iyun-iyul aylarında dostu Eldəniz ondan xahiş etmişdir ki, qohumu Zərərçəkmiş şəxs4 təcili tibbi yardıma sürücü kimi işə düzəltməkdə köməklik etsin. O isə Mətanətin dediyi qiyməti, yəni 7500 manat pulu Orxandan almış, Orxanı təcili tibbi yardıma sürücü kimi işə düzəltmək məqsədilə həmin məbləğdə pulun hamısını, yəni 7500 manat pulu o, özü tək dəmir yolunun altına aparıb Mətanətin yaşadığı qardaşına məxsus evdə Mətanətin özünə vermişdir. Həmin vaxt Mətanətin yanında heç kim olmamışdır. Mətanət tanışı Məkanənin vasitəsilə 28 gün müddət ərzində Orxanı təcili tibbi yardıma sürücü kimi işə düzəldəcəyinə söz vermiş, o isə onun dediklərinə inanmış və Mətanətin verdiyi vədi Orxana bildirmişdir. Lakin sonradan Məkanə Orxanı işə düzəldə bilmədiyi üçün Orxan pulunu geri istəyəndə o, Mətanətin üstünə gedib ona verdiyi 7500 manat pulu tələb etməyə başlamışdır. Mətanət də pulları Məkanəyə verdiyini bildirmişdir və Orxana 3000 manat pul qaytara biləcəyini demişdir. Daha sonra Mətanət bildiyinə görə lombarddan 3000 manat pul götürüb Orxana verib, bildiyinə görə Məkanə də Orxana 1000 manat pul ödəmişdirr. Belə ki, Mətanət və Məkanə Orxanı işə düzəldə bilməmiş, verdikləri vədə əməl etməmişlər, Orxanı işə düzəltmək üçün 7500 manat pulu alsalar da 4000 manat pulu geri qaytarmışlar, yerdə qalan 3500 manat pulu isə qaytarmamışdırlar. Bundan başqa 2021-ci ilin avqust ayında gününü dəqiq bilmədiyi tarixdə dostu Zərərçəkmiş şəxs8lə Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən «Səadət» sarayının yaxınlığındakı parkın içərisində yerləşən çayxanada oturub söhbət edən vaxt Arif qızına iş axtardığını ona bildirmişdir. O isə bu işdə ona köməklik göstərəcəyini bildirmiş, onun qızını Gəncə şəhərində yerləşən muzeylərdən birinə işə düzəltməsi üçün 4000 manat pul istəmişdir. Arif də etiraz etməyib onunla razılaşmışdır. Həmin gün Ariflə Gəncə şəhəri, hazırda Avtozavod yolunda inşa edilmiş «Maxi» marketin qarşısındakı dairədə görüşmüş, o, oraya VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə getmişdir. Arif onun avtomobilinə əyləşmiş, qızı X41 şəhərində Muzeylərdən birinə işə düzəltmək məqsədilə 4000 manat məbləğində pulu ona vermişdir. Bundan sonra o, Mətanətə zəng edib Arifin qızını işə düzəltmək üçün ondan aldığı 4000 manat pulu vermək istədiyini bildirəndə Mətanət ona xəstə olduğu üçün görüşə bilməyəcəyini, Arifdən aldığı 4000 manat pulu aparıb Məkanəyə verməyi bildirdi. Bundan sonra o, Məkanənin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib görüşmək istədiyini bildirmiş, Ariflə birlikdə idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Məkanənin yaşadığı Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evinə getmişdirlər. O, avtomobildən düşüb boz rəngli dəmir darvazanı döymüş, Məkanə qapını açmış və o, həyətə daxil olmuşdur, həmin vaxt Arif avtomobildə oturub onu gözləmişdir. O, Arifin qızını muzeylərdən birinə işə düzəltmək üçün Arifdən aldığı 4000 manat məbləğində pulu Məkanəyə vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Məkanə tez bir müddət ərzində Arifin qızını adını xatırlamadığı Muzeyə işə düzəldəcəyinə söz vermişdir. Məkanə Arifin qızını işə düzəltmək üçün ondan aldığı 4000 manat məbləğində puldan ona heç nə verməmiş, o, Məkanə ilə sağollaşmış və həyətdən çıxıb avtomobilinə əyləşmişdir, qızının işinin düzələcəyini Arifə bildirmiş və oradan çıxıb getmişdirlər. Lakin Məkanə vədinə əməl etməyib Arifin qızını işə dəzəltməmiş və bu məqsədlə aldığı pulu geri qaytarmamışdır. Bundan başqa 2021-ci ilin avqust ayında dostu Zərərçəkmiş şəxs7 işlədiyi avtomobil təmiri sexinə gedib onunla söhbət edən vaxt o, sürücülüyü bacardığı üçün işə düzəlmək istədiyini bildirmişdir. O isə Mətanətin ona dediyi məbləği, yəni 7500 manat pulun müqabilində 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi düzəlməyi təklif etmişdir. Zərərçəkmiş şəxs7 da onunla razılaşsa da pulu olmadığı üçün hissə-hissə verəcəyini bildirmişdir. O isə etiraz etməmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs7la «Dan Ulduzu» şadlıq sarayının qarşısındakı parkda görüşmüşlər, 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəlmək məqsədilə Əlidən 4000 manat pul almış, həmin vaxt yanlarında heç kim olmamışdır. Mətanət vətəndaşın 28 gün müddətində işə düzələcəyini bildirdiyi üçün o da 28 gün müddətində işə düzələcəyini Əliyə bildirmişdir. Daha sonra idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə Zərərçəkmiş şəxs7la birlikdə Gəncə şəhəri Natəvan qəsəbəsinə getmişdirlər, o, avtomobildən düşüb boz rəngli dəmir darvazanı döymüş, Məkanə qapını açmış və o, həyətə daxil olmuşdur, həmin vaxt Əli avtomobildə oturub onu gözləmişdir. O, Əlini işə düzəltmək üçün ondan aldığı 4000 manat məbləğində pulu Məkanəyə vermişdir, həmin vaxt onların yanlarında heç kim olmamışdır. Məkanə tez bir zamanda Əlini 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəldəcəyinə söz versə də vədinə əməl etməmişdir. Onlar sonra geri qayıtmışlar. Daha sonra Mətanət pulun yerdə qalan hisəsini istədiyi üçün o, Əlinin yanına gedib işə düzəlmək üçün pulun yerdə qalan hissəsini istəyəndə Əli ona pulu olmadığı üçün 2800 manat pul vermişdir. O isə həmin pulu aparıb Dəmir yolunun altında Mətanətin yaşadığı qardaşı evində onun özünə vermişdir. Mətanət tez bir zamanda Əlini 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəldəcəyinə söz versə də vədinə əməl etməmişdir. Beləliklə, Məkanə və Mətanət dostu Zərərçəkmiş şəxs7 113 saylı təcili tibbi yardım xidmətinə sürücü kimi işə düzəltmək məqsədilə ümumilikdə 6800 manat pul alsalar da nə pulu qaytarıblar, nə də ki, Zərərçəkmiş şəxs7 işə düzəldiblər. Bundan başqa 2021-ci ilin avqust ayında Şahid3 ondan xahiş etmişdir ki, sinif yoldaşı Zərərçəkmiş şəxs10 oğlu Turqutu məhkəmə sisteminə işə düzəltməkdə köməklik göstərsin. O isə bu barədə Mətanətlə danışanda ona bildirmişdir ki, 6500 manat pulun müqabilində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəldə bilər. O isə Mətanətin dediklərini Yafəsə bildirmiş, daha sonra gününü dəqiq bilmədiyi tarixdə 2021-ci ilin avqust ayında Yafəsin böyük oğlu, adını səhv etmirsə Oğuz onun işlədiyi çörək bişirmə sexinə gəlmiş, qardaşı Turqutu işə düzəltməsi üçün ona 4000 manat pul vermiş, yerdə qalan 2500 manatı isə sonra verəcəyini bildirmişdir. O isə 4000 manat məbləğində pulu aparıb Mətanətə vermiş, Mətanət də tez bir müddət ərzində Turqutu Nizami Rayon Məhkəməsinə işə düzəldəcəyinə söz vermişdir. Təxminən 2 ay keçdikdən sonra Mətanət işə düzəlməsi üçün pulun yerdə qalan hissəsini zəng edib Turqutdan istədiyi üçün gününü dəqiq bilmədiyi tarixdə 2021-ci ilin avqust ayında Turqut işlədiyi çörək bişirmə sexinə gəlmiş, sexin yaxınlığında işə düzəltməsi üçün ona 2500 manat pul vermişdir. O isə 2500 manat məbləğdə pulu aparıb Dəmir yolunun altında Mətanətin yaşadığı qardaşı evində onun özünə vermişdir. Lakin Məkanə və Mətanət Zərərçəkmiş şəxs10 oğlu Turqutu Nizami Rayon Məhkəməsinə işə düzəltməmişlər, Turqutu işə düzəltmək məqsədilə ümumilikdə 6500 manat pul alsalar da nə pulu qaytarıblar, nə də ki, Turqutu işə düzəldiblər. Bundan sonra o, məcbur qalıb Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Şahid3, Orxan Qubanov adlı şəxslərin adından Gəncə şəhər Prokurorluğuna gedib şikayət ərizəsi yazmışdır, həmin şəxslər də ərizənin arxasında öz adlarının qarşısında imza ediblər. Sonradan bildiyinə görə Məkanə Fəxriyə dəymiş maddi ziyanı, yəni 3800 manat məbləğində pulu geri qaytardığı üçün Fəxri Məkanə və Mətanətdən şikayətçi olmamış, Fəxriyə dəymiş ziyanla bağlı Şahid3 adından Gəncə şəhər Prokurorluğuna şikayət ərzəsi yazılsa da Eldənizin özü də ona bildirmişdir ki, Fəxriyə dəymiş maddi ziyan ödənilibdir. Məkanə və Mətanət Zərərçəkmiş şəxs10 oğlu Turqutu Nizami Rayon Məhkəməsinə işə düzəltmək məqsədilə ümumilikdə 6500 manat pul ələ keçirtsələr də sonradan Zərərçəkmiş şəxs10 ondan pulunu tələb etdiyi üçün o, özündən 1700 manat pulu Zərərçəkmiş şəxs10 özünə qaytarmışdır. Daha sonra isə yerdə qalan pul ödənilmədiyi üçün Gəncə şəhər Prokurorluğuna şikayət olunubdur. Hazırda onda olan məlumata görə Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 uzun müddətdir ki tanıyır, onunla münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid1la tez-tez görüşüb çayxanada söhbət edirmiş, hal-əhval tuturmuşlar. 2021-ci ilin yayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1la Azərbaycan Texnologiya Universitetinin qarısındakı parkda yerləşən çayxanada oturub söhbət edən vaxt Şahid1 ona bildirmişdir ki, işə düzəlmək istəyən tanışı olarsa ona xəbər etsin. O isə onunla qonşuluqda yaşayan qohumu Zərərçəkmiş şəxs5 bu barədə bildirəndə Zərərçəkmiş şəxs5 ona təcili tibbi yardıma sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra o, günlərin birində Şahid1la çayxanada oturub söhbət edən vaxt ondan xahiş etmişdir ki, təcili tibbi yardıma sürücü lazım olarsa ona xəbər etsin ki, qohumu Zərərçəkmiş şəxs5 işə düzəltsinlər. 2021-ci ilin təxminən iyun ayında, gününü dəqiq bilmədiyi tarixdə Şahid1 ona zəng edib bildirmişdir ki, 3800 manat pulun müqabilində qohumu Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma sürücü kimi işə düzəltmək mümkündür. Zərərçəkmiş şəxs5 həmin vaxt Bakı şəhərində olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, onun yaşadığı evə gedib həyat yoldaşından 3800 manat pul götürüb işə düzəlməsi məqsədilə aparıb Aqilə versin. Bundan sonra o, Zərərçəkmiş şəxs5 yaşadığı evinə getmiş, həyat yoldaşından 3800 manat pulu götürüb Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «20 yanvar» abidəsinin qarşısında Aqilin işlətdiyi «çörək» bişirmə sexinə getmişdir. Zərərçəkmiş şəxs5 işə düzəlməsi məqsədilə 3800 manat məbləğində pulu orada Şahid1 vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Təxminən 2 gün keçdikdən sonra Zərərçəkmiş şəxs5 Gəncə şəhərinə gəlmiş və Şahid1la görüşmək üçün onun mobil telefon nömrəsini ondan istəmiş, daha sonra özü Şahid1la görüşüb sənədlərinin surətini Aqilə vermiş və işi ilə bağlı öz aralarında söhbət etmişdirlər. Onu da qeyd edir ki, həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan sonra bildiyinə görə Zərərçəkmiş şəxs5 mütəmadi olaraq tez-tez Aqillə əlaqə saxlamağa başlamışdır. Təxminən iki ay keçdikdən sonra Zərərçəkmiş şəxs5la birlikdə Aqilin işlətdiyi çörəkbişirmə sexinə gedəndə Aqil bildirmişdir ki, Fəxrinin işini düzəltmək məqsədilə pulu verdiyi adını bildirmədiyi qadın işini hələ düzəltməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs5 işə düzəlmək istəmədiyini, pulunu tələb etdiyi üçün Şahid1 300 manat məbləğində pulu onun yanında Zərərçəkmiş şəxs5 vermiş, yerdə qalan 3500 manat məbləğində pulu isə tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Təxminən 10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs5la görüşüb söhbət edəndə Fəxri ona bildirmişdir ki, Şahid1 işə düzəltmək məqsədilə ondan aldığı 3500 manat məbləğində pulu ödəmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı Gülşən Mustafayevanın bibisi qızıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin oktyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs pul lazım olduğu üçün özlərinə məxsus Chevrolet Cruze markalı avtomobili satmaq istəyirlər. O da Zərərçəkmiş şəxs2 demişdir ki, maşına baxmasa almağı və qiyməti barədə heç nə deyə bilməz. Həmin gün axşam saatlarında öz yaşadığı evdə olan vaxt Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Məkanənin anası onun evinə gəlmişlər, onlara Təqsirləndirilən şəxs idarə etdiyi özlərinə məxsus qara rəngli Chevrolet Cruze markalı avtomobillə gəlmişdirlər. Həmin vaxt Məkanənin anası avtomobildə əyləşmiş, Məkanə və Nərgiz isə küçədə, yaşadığı evin qarşısında onunla görüşmüşlər. Həmin vaxt anası Adilə Qurbani də yanlarında imiş. Təqsirləndirilən şəxs həyat yoldaşı Səbuhi Əliyevə məxsus Chevrolet Cruze markalı avtomobili 7000 manata satmaq istədiklərini bildirmişdir. Ona məlum olmuşdur ki, həmin avtomobil lizinqdədir. Bu səbəbdən də o, avtomobili 5000 manata ala biləcəyini deyəndə Təqsirləndirilən şəxs onun dedikləri ilə razılaşmışdır. O, fikirləşmişdir ki, avtomobili 5000 manata alıb üstünə 200-300 manat pul qoyub satar, avtomobili alan adam da öz növbəsində avtomobilin aylıq kreditini ödəyər. Həmin vaxt onun üstündə 4000 manat pul olduğu üçün həmin məbləğdə pulu Təqsirləndirilən şəxs vermiş, yerdə qalan 1000 manatı isə avtomobili satanda verəcəyini bildirmişdir. O, 4000 manat pulu anası Adilə və qohumu Nərgizin yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə həmin məbləğdə pulu orada kiməsə verib-verməməsini görməmiş, o cümlədən həmin pulu Nərgizə verdiyini də görməmişdir. Onu da qeyd edir ki, Məkanənin anası isə həmin vaxt onun aldığı Chevrolet Cruze markalı avtomobilin arxa salonunda əyləşmişdi. Bundan sonra Təqsirləndirilən şəxs anası avtomobildən yerə düşmüş, eyni zamanda Məkanə öz şəxsi əşyalarını avtomobildən götürmüş və avtomobilin açarını «allah xeyir versin deyib» onun özünə vermişdir. Təqsirləndirilən şəxs avtomobilin texniki şəhadətnaməsinin həyat yoldaşında olduğunu demiş və ona hər hansı bir sənəd verməmişdir. O da avtomobilin qapılarını bağlayıb açarı anasına vermiş, özü işə tələsdiyi üçün şəxsi işlərinin arxasınca getmişdir. Bundan sonra o, avtomobili təmizləyib satmaq üçün müştəri axtarmağa başlamışdır. Təxminən 3-4 gün keçdikdən sonra avtomobili almaq üçün müştəri olduğuna görə o, Məkanəyə zəng edib sənədləri gətirməsini istəyəndə Məkanə avtomobili satmaq fikrindən daşındığını, avtomobili satmaq fikrində olmadığını və tez bir zamanda özləri gəlib pulunu qaytarıb avtomobili geri alacaqlarını söyləmişdir. Təxminən 20 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, avtomobilin aylıq kredit pulu ödənilmədiyi üçün şirkət maşını geri istədiyinə görə maşını götürüb Bakı şəhərinə aparmalıdırlar. O, Təqsirləndirilən şəxs maşını almaq üçün ona verdiyi 4000 manat məbləğində pulu istəyəndə Məkanə narahat olmamağı, tez bir zamanda pulu ödəyəcəyini bildirmişdir. O da etiraz etməyib razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı Səbuhi ilə onun yaşadığı evə gəlmişlər, o avtomobilin açarını onlara vermiş və avtomobili sürüb aparmışdırlar. Təxminən bir həftə keçdikdən sonra hazırda nömrəsini xatırlamadığı bir nəfər şəxs ona zəng edib özünü təqdim etmiş, Təqsirləndirilən şəxs qaynatası olduğunu və 4000 manat məbləğində pulu qaytarmaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qaynatası kimi bildiyi X34 şəhər Təhsil İdarəsinin yaxınlığında görüşmüş, Suliddin Əliyev ona 4000 manat məbləğində pul vermiş və ayrılıb getmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. Məkanə avtomobili ona girova qoymayıb. Sadəcə olaraq avtomobili ondan 5000 manata almağı razılaşmış, 4000 manat məbləğində pulu ilkin olaraq vermişdir, yerdə qalan 1000 manatı isə avtomobili satan vaxt verəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid X15 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs13 onun xalası qızıdır. Xalası qızı Zərərçəkmiş şəxs13 vasitəsilə Zərərçəkmiş şəxs2 tanımış, Zərərçəkmiş şəxs2 Universitetlərə tələbə kimi düzəldən tanışının olduğunu xalası qızı Turanə ona demişdir. 2021-ci ilin iyun ayının sonlarında qızı X45 Tibb Kollecinə imtahan versə də 3 balı çatmadığına görə Kollecə qəbul ola bilməmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs14 qızını X50 tələbə kimi düzəltdirmək qərarına gəlmişdir. 2021-ci ilin iyul ayının son günlərində Turanədən Nərgizin mobil telefon nömrəsini alıb onun özü ilə əlaqə saxlamışlar, qızı X32 Tibb Kollecinə düzəltdirmək istədiklərini bildirəndə Nərgiz tanışı ilə danışıb onlara cavab verəcəyini bildirmişdir. Bundan sonra Nərgiz zəng edib bildirmişdir ki, qızı X33 Kollecinə qəbulu üçün tanışı 7200 (yeddi min iki yüz) manat pul istəyir. 01 sentyabr 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs14 ilə birlikdə «Kapital Banka» gedib onun adına 7500 manat məbləğində kredit götürmüşlər. Onu da qeyd edir ki, krediti onun adına götürsə də hər ay ödənişi anası Məhəbbət özü edirmiş. Daha sonra həmin gün anası Zərərçəkmiş şəxs14 ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 9 ünvanda yerləşən evinə getmişdirlər. Həmin vaxt Nərgiz evdə tək imiş. Anası 7200 manat pulu sayıb onun yanında Zərərçəkmiş şəxs2 vermişdir. Eyni zamanda Aytac Hüseynovanın şəxsiyyət vəsiqəsinin surətini və attestatının surətini də Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 onlara bildirmişdir ki, qızını tələbə kimi düzəltmək adı ilə aldığı 7200 manat pulu aparıb tanışına verəcək və söz vermişdir ki, qızı Aytac 2021-ci ilin oktyabr ayında Tibb Kollecinə qəbul olacaqdır. Anası Nərgizdən işə düzəldən tanışının adını soruşanda o, bildirmişdir ki, işə düzəldən həmin şəxs adının hallanmamasını istəyirmiş. Belə olan halda anası Nərgizə demişdir ki, «mən səni tanıyıram, əgər nəvəmin işi düzəlməsə pulumu səndən alacam». Zərərçəkmiş şəxs2 da bildirmişdir ki, «narahat olma, sən məni tanıyırsan və pulunu da məndən alarsan». 2021-ci ilin oktyabr ayında qızı Kollecə qəbul olmadığı üçün o, Nərgizə zəng edib Aytacın işinin nə yerdə olmasını soruşmuşdur. Nərgiz ona telefon vasitəsi ilə bildirmişdir ki, qızını Kollecə düzəldən şəxs Məkanədir, lakin Məkanə covid xəstəsi olduğu üçün işlər ləngiyirmiş. O, Nərgizə demişdir ki, Məkanə ilə görüşmək istəyir. Nərgiz ona təkrar demişdir ki, Məkanə xəstədir, onunla görüşməyə icazə vermirlər. O, dəfələrlə Məkanə ilə görüşmək istədiyini bildirsə də Nərgiz onu Məkanə ilə görüşdürmürmüş. 2021-ci ilin noyabr ayının ikinci yarısında Nərgiz ona demişdir ki, Məkanə onları aldadıb X39 qəbul olunması ilə bağlı heç bir iş görməmişdir. Həmçinin ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 və adını sonradan bildiyi onun tanışı olan Məkanə adlı şəxs xalası qızı Turanə və digər şəxsləri də aldadaraq onların pullarını mənimsəmişdirlər. Həmin məbləğdə pulu onun adına bankdan kredit olaraq götürüb Zərərçəkmiş şəxs2 versələr də hər ay ödənişi anası aldığı əmək haqqı ilə özü ödəniş edirmiş və dələduzluq cinayəti nəticəsində anası Zərərçəkmiş şəxs14 maddi ziyan dəymişdir. Bu barədə qızı Aytac Hüseynovanın məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid5 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 2017-ci ildə tələbə ikən ailə həyatı qurmuş, 2018-ci ildə bir oğlan övladı dünyaya gəlmişdir. 2020-ci ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakultəsini əyani formada bitirmişdir. 2020-ci ilin sentyabr ayında müəllimə işləməyi üçün müəllimlərin işə qəbuluna test imtahanı vermiş, 39 bal topladığı üçün yığdığı bala uyğun olaraq 17 sentyabr 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Goranboy rayonu ərazisində yerləşən Laçın rayon Təzəkənd kənd tam orta məktəbinə informatika müəlliməsi kimi təyinat almış və məktəbdə müəllimə kimi işləməyə başlamışdır. Onun işlədiyi orta məktəb Goranboy rayonunda yerləşdiyi üçün, eyni zamanda hər gün, günün birinci və ikinci yarsında dərs saatı olduğu üçün ailə vəziyyəti ilə əlaqədar olaraq işə getməkdə çətinlik çəkirmiş. Bu səbəbdən valideynləri ilə razılaşıb yaşadığı Gəncə şəhərində yerləşən məktəblərdən birinə iş yerini dəyişmək qərarına gəlmişdirlər. Belə ki 2020-ci ilin avqust ayında anası Zərərçəkmiş şəxs11 ona bildirmişdir ki, məclislərin birində təsadüfən Məkanə adlı qadınla tanış olub, X25 Məhkəməsinin işçisi kimi özünü anasına təqdim etmişdir. Söhbət əsnasında anası ətraf rayonlara müəllimə kimi düzələcəyi halda Gəncə şəhərində orta məktəblərdən birinə iş yerini dəyişə biləcəyini Məkanədən soruşanda Məkanə bu işdə nə vaxt lazım olsa köməklik göstərə biləcəyini anasına söz vermişdir. Bu səbəbdən də 2020-ci ilin noyabr ayında anası Məkanə ilə əlaqə saxlamağa başlamış, iş yerini Goranboy rayonundan Gəncə şəhərində yerləşən məktəbləridən birinə dəyişmək istədiyini Məkanəyə bildirəndə Məkanə bu işdə anasına köməklik göstərə biləcəyini söz verdiyi üçün anası Məkanə ilə razılaşmışdır. Məkanə də onun işlədiyi Goranboy rayonundan Gəncə şəhər 4 nömrəli orta məktəbə iş yerini dəyişdirilməsi üçün anasından 8500 (səkkiz min beş yiz) manat pul istəyəndə anası həmin məbləğdə pulun çox olduğunu, 7000 (yeddi min) manat pul tapıb verə biləcəyini deyib və Məkanə də 7000 manat pulun müqabilində yaşadığı Gəncə şəhərində yerləşən məktəblərdən birinə iş yerini dəyişməyə razı olmuşdur. 2020-ci ilin noyabr ayında Məkanə anası ilə əlaqə saxlayıb əvvəlcədən razılaşdıqları 7000 manat pulun ən azı 3500 (üç min beş yüz) manatını istəyib, onun Gəncə şəhər məktəbinə dəyişdirilmə əmri veriləndə isə yerdə qalan 3500 (üç min beş yüz) manat alacağını demişdir. Anası isə ilkin olaraq Məkanəyə 1500 (min beş yüz) manat düzəldib verə biləcəyini dediyi üçün Məkanə anası ilə razılaşmışdır. Sonradan anasının ona dediyinə görə 15 noyabr 2021-ci il tarixdə Məkanə taksi avtomobili ilə anasının yaşadığı evin yaxınlığına gedib, anası Məkanə ilə küçədə görüşüb, onun işlədiyi Goranboy rayon məktəbindən Gəncə şəhər məktəbinə dəyişdiyirilməyi üçün 1500 (min beş yüz) manat məbləğində pulu, eyni zamanda ona məxsus X16 bal barədə çıxarışı, şəxsiyyət vəsiqəsinin surətini, azyaşlı övladının doğum haqqında şəhadətnaməsinin surətini Məkanəyə vermişdir. 2021-ci lin fevral ayında Məkanə anası ilə telefon vasitəsilə əlaqə saxlayanda bildirmişdir ki, hətta o, Goranboy rayonunda müəllimə işlədiyi məktəbə də getməsin, Məkanənin özü direktorla danışıb onu yola verəcəkmiş. Bundan sonra Məkanə işinin düzəlməsi üçün anasından 2000 manatı istədiyi üçün anası həmin məbləğdə pulu vermək üçün 20 fevral 2021-ci il tarixdə Məkanəni nənəsinin yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34 ünvanına çağırmışdır. Həmin vaxt o isə nənəsigildə imiş. Məkanə oraya tək gəlmiş. O, Məkanəni ilk dəfə orada görüb tanımış, həmin vaxta qədər o, Məkanə ilə görüşməmiş, hər hansı bir əlaqə saxlamamışdır. Onu da qeyd edir ki, Məkanə alçaq boy, kök bədən quruluşlu, qarabəniz, təxminən 28-30 yaşlı bir qadındır. Mənzilin mətbəxində onun yanında anası Məkanəyə 2000 (iki min) manat pulu sayıb vermişdir. Məkanə də demişdir ki, 2021-ci ilin may ayınadək onun iş yerini Gəncə şəhər məktəbinə dəyişəcəklər. Məkanə onları tam inandırdığı üçün, eyni zamanda işlədiyi Goranboy rayonunda məktəbə getmədiyi halda özü direktorla danışıb onu yola verməyi tapşıracağını bildirdiyi üçün 2021-ci ilin mart ayında ailə vəziyyəti ilə əlaqədar olaraq o, qısa müddət ərzində, təxminən 4 gün işlədiyi Goranboy rayonunda yerləşən Laçın rayon Təzəkənd kənd orta məktəbinə dərslərə gedə bilməmişdir. Növbəti gün isə məktəbə gedəndə direktor artıq işdən azad olduğunu ona bildirmişdir. Həmin vaxt o, Məkanənin istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlamış, onu arxayın salaraq işə getməməyini, özü direkorla danışıb onu tapşıracağını desə də direktor tərəfindən işdən azad olduğunu ona bildirəndə Məkanə narahat olmamağı, özü direktorla danışıb işini yoluna qoyacağını bildirmişdir. Lakin işdən azad olduğu üçün direktor onu dərslərə buraxmadığına görə o, artıq Goranboy rayonuna işlədiyi məktəbə getməmişdir. 2021-ci ilin mart ayının ikinci yarısında Məkanə anasına zəng edib bildirmişdir ki, qalan 3500 (üç min beş yüz) manat pulu verməlidirlər ki, onun işə bərpa olunmağı məsələsi də öz həllini tapsın. Anası da etiraz etməyib Məkanənin sözlərinə inanaraq işinin düzəlməsi üçün 2021ci ilin mart ayının təxminən ikinci ongünlüyündə, gününü dəqiq bilmədiyi tarixdə pulu verməsi üçün Məkanəni nənəsinin yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34 ünvanına çağırmışdır. Həmin vaxt o, özü də orada imiş. Məkanə həmin ünvana tək gəlmiş, anası evin mətbəxində onun iştirakı ilə 3500 (üç min beş yüz) manat pulu sayıb Məkanəyə vermişdir. Həmin vaxtdan sonra o və anası Zərərçəkmiş şəxs11 mütəmadi olaraq Məkanəyə zəng edib işlərinin nə yerdə olmasını maraqlanmağa başlamışlar. 2021ci ilin iyun ayında növbəti dəfə Məkanəyə zəng edib işləri barədə maraqlananda Məkanə onlara səbirli olmaqlarını məsləhət görmüşdür. Onlar artıq Məkanədən şübhələnmişlər ki, Məkanə onları aldadır. Buna görə Məkanədən işinin dəyişdirilməsini tələb etməyə başlamışlar. Hətta anası işinin düzəlmədiyini görüb işlədiyi orta məktəbi dəyişdirmək məqsədilə Məkanəyə verdiyi 7000 manat pulu ondan tələb etməyə başlamışdır. Məkanəyə bildirmişdir ki, pullarını qaytarmasa ondan şikayət edəcəklər. Lakin buna baxmayaraq Məkanə onun işlədiyi orta məktəbi Goranboy rayonundan Gəncə şəhəri 4 saylı orta məktəbə dəyişdirilməsi üçün heç bir iş görməmişdir. Məhkəmə istintaqında Şahid6 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Məkanə adlı qadını oğlu Zərərçəkmiş şəxs16 vasitəsi ilə tanımışdır. Belə ki, oğlu onun mobil telefon nömrəsini Məkanəyə vermiş, Məkanədə ona zəng etmişdir. Oğlu hərbi xidmətdən "Hepatit B" xəstəliyi ilə təxris olunduğu halda sığorta ala bilmədiyi üçün Mahirə adlı tanışının bacısı qızı olan Məkanə adlı şəxslə əlaqə saxlamışdır. Məkanə də özünü Gəncə şəhərində məhkəmədə işləyən şəxs kimi təqdim etmişdir. Oğlu Zərərçəkmiş şəxs16 Məkanə ilə danışmış, Məkanədə oğlunun işinin həll edilməsi üçün 3500 manat pul lazım olduğunu demiş, oğlu da həmin məbləğdə pulunun olmadığını bildirdikdən sonra Məkanə 1700 manat pulu qabaqcadan verməyini, iş həll edildikdən sonra da pulun qalan hissəsini verməyini bildirmiş, oğlu da razılaşmışdır. Məkanə pulu onun xalası Mahirəyə verməyini bildirmiş, çünki Mahirə həmin vaxt Bakı şəhərində imiş və bir neçə günə Gəncə şəhərinə gedəcəkmiş. 2020-ci ilin noyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1700 manat pulu Mahirəyə dostu Yusifin iştirakı ilə vermiş, Mahirə də pulu aldıqdan sonra bir neçə günə Gəncə şəhərinə gedəcəyini və həmin məbləği bacısı qızı Məkanəyə verəcəyini bildirmişdir. Bundan başqa da Məkanə telefon danışıqları zamanı başqa təqaüd düzəltdirmək istəyən şəxslərə də kömək edə biləcəyini demiş, həmin vaxt da həyat yoldaşı X3 təqaüdü kəsiləcəyi üçün onun təqüdünün düzəltmək məqsədi ilə onun mobil telefon nömrəsini Məkanəyə vermişdir. Məkanə də onunla əlaqə saxlamış, həyat yoldaşının təqaüdünün düzəldilməsi üçün 1200 manata razılaşmışlar. O, "xxxx"dan 1200 manat pul kreditə götürmüşdür. Həmin məbləği oğlu Zərərçəkmiş şəxs16 vermişdir. 2021-ci ilin fevral ayında oğlu 1200 manat pulu Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən "Göyçay" marketdə quraşdırılmış olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə Məkanənin göndərdiyi 5103 0714 2976 6229 saylı Ələmdar Mustafayev adlı şəxsin kartına göndərmişdir. Məkanə pulu götürdükdən sonra oğlunun işinin 6 ay ərzində həll ediləcəyini, heyat yoldaşının işinin isə 2-3 ay ərzində həll ediləcəyini desə də, həll etməmişdir. Buna görə də oğlu Zərərçəkmiş şəxs16 Məkanədən ona verdiyi pulları tələb etməyə başlamışdır. Məkanədə 2021-ci ilin iyul ayına kimi onun oğlunun verdiyi 1700 manat pulu geri qaytarmışdır. Həmin pulu hissə-hissə olmaqla həyat yoldaşının təqaüd kartına göndərmişdir. Lakin onun həyat yoldaşının təqaüdünün bərpası üçün ona verilmiş olan 1200 manat pulu geri qaytarmamışdır. Buna görə də oğlu Zərərçəkmiş şəxs16 polisə müraciət etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 17 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olmuş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsm istifadəsində olan ***-***-**-** mobil nömrəsinə müxtəlif mobil nömrələr zənglər daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələr zənglər edilmişdir. Lakin iş üzrə əhəmiyyət kəsb edəcək biləcək heç bir sms, zəng aşkar edilmədi. Həmin zənglərin içərisində olan mobil nömrələrdən heç biri Rəşad Babayevin və Mətanət adlı şəxsin adına qeydiyyatda deyil. Məhkəmə iclasında tədiqiq olunmuş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış zamanı diskin içərisində 1 ədəd səs yazısının olması müəyyən edilmişdir. Həmin səs yazısı 14 dəqiqə 10 saniyə davam edir. Belə ki, həmin danışıqlar dialoq formasında davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir: - Turanə: Biz neçə vaxtdır sizi gözləyirik? - Məkanə: Mən nazir zad deyiləm xanım - Turanə: Bə məni niyə bu qədər fırladız? - Məkanə: Mən fırramıram. - Turanə: Mən nə gəzirdim 3-cü gün təhsilin qabağında 5-ci gün təhsilin qabağında? - Məkanə: Fıramağdan söhbət getdmir sizin işinizi mənə deyibər ki, yanvar fevral ayında sizi dərsə çıxardıllar. Mənə söz verilib. Mən də söz demişəm ki, mənə haqq hesabı ver məndə sənə diri pulunu çatdıracam. - Turanə: Mənim pulumu ver məndə yanvar fevral ayında qaytarıb verəcəm. - Məkanə Ay sağol Sizin pulunuz 3-cü günə çatdıracam. - Turanə: Niyə 3-cü gün? - Məkanə: Mənə dedi 2-ci 3-cü gün mən də dedim 3-cü gün çatır pulunuz. - Turanə: Mən 3-cü 4-cü günü gözlüyəsi deyləm. Mən bu gündən pulumu istəyirəm. - Məkanə: Bu günə çatmır. - Turanə: Niyə çatmır ? Məni 1 günün içərisində gətizdirdiz verdirdiz. Altı bazarı keçdi deyə 250 manat artıq verdim. - Məkanə: Siz bir günə verdiz? - Turanə: Bəli - Nərgiz: Pulu qytaracaqsız ? - Məkanə: 1-cə dəqiqə Nərgiz. Mənim heç kimlə heç bir qəsdi qərzdiliyim yoxdur. Mən danışdığım sözə cavabdehəm. Mən danışmışam ki, mənə dedilər ki, bu adam yanvar fevrala dərsə çıxır. - Turanə: Ay xanım siz nə danışırsız? Hamı dərsinə çıxır. Mən heç arada gedib girəsi deyiləm. Yerdə yoxdur. - Məkanə: Siz iş düzələnsiz mən bu işin içindəyəm tanıdıqlarımdan xod gedibdi dərsinə çıxıbdı. - Turanə: Mən istəmirəm mənim və xalam qızının pulunu ver. - Məkanə: Bu günə çatmır. - Turanə: Mən nəyəm? balqabağam getmişəm təhsilin qabağına. - Məkanə: İrağ-irağ - Turanə: Xanım elə təhsilin adınan danışdığnız nömrə sizin nömrədi. Nunu o nömrəni yığ. Yığ görəy kimin telefonundan açılır. Bəli sizin səsiniziydi. Siz mənə zəng edib deyirdiz ki, filan vaxtı filan yerə gedin. - Məkanə: Bu gün neçə dəfə sənə yalvarmışam? Nərgiz ver böyüründəkilərə bircə kəlmə deyim. - Turanə: İndiyə qədər niyə danışdırdız? - Məkanə: Deyir nömrənizi gizlədibsiz verməyibsiz. - Nərgiz: Mən sizə dedim ki qızlar sizin nömrəniz istəyir icazədə aldım da vermədiz. - Məkanə: Mən indiyənə kimi özümü gizlətmişəmmi ay Nərgiz xanım? - Nərgiz: Yox olmuyubdur. Amma kı o zəng özüm də uje şübhə altındayam nətər olur ki, mən zəng edirəm mənim telefonumu açmır. - Turanə: Mən özümü dolandırılmış bir insan kimi hesab edirəm. - Məkanə: Mən 3-cü gün sizin pulunuzu çatdırram. - Turanə: Mən bu günə istəyirəm. - Məkanə: Bu günə alınmır. Məni öldürsən belə bu günə alınmır. Xanım mən məkanə olaraq neçə nəfəri düzəltmişəm kollecinə də universitetinə də peşəsinə də. - Nuranə: dedi Nuranə burda ali təhsil olmur orta ixtisasa baxılır. - Məkanə: Bilmirəm kimdi nəçidi. Bax siz Nərgizə nətər inanırsızsa mənim də inandığım şəxs var. - Nərgiz: İnanmırlar ki. Məni xəstə-xəstə burda saxlayırlar. - Nuranə: Mən sual verrəm cavab ala bilmirəm. - Məkanə həmin şəxs düzəldib - Nuranə: Təhsildə oturur? - Məkanə Bəli, bəli - Nuranə: Yox ey adları nədir? - Nərgiz: Siz dünən mənə dediz ey Lalə birdə Tünzalə dediz nə dediz - Məkanə: mən deməyinə dedim 3-cü günə kimi mən həmin xanımada söz vermişəm özümədə söz vermişəm. - Nərgiz: Mən sizə dedimmi 5-cü günə qədər olmasa bax biyabırçılıq olacaq - Məkanə: Ay Nərgiz xanım - Turanə: Mən sizə dedimmi bu fırlanacaq - Nərgiz: Dediz. - Məkanə 3-cü gün. Siz pulunuzun yiyəsisiz - Turanə: Mən 3-cü günə sizə gözdəmirəm anam deyilsən bacım deyilsən. - Nərgiz: Məkanə xanım 3-cü gün bunnarınkini verirsən 5-ci gündə mənimkini - Turanə: Ay Nərgiz sən nə qədər lox qızsan nə 3-cü gün - Məkanə: Ay xanım nə lox o nə deməydi. - Turanə: oda loxdu 3müzdə loxux. Bizim nə işimiz düzəlmir nədə pulumuz verilmir. - Məkanə: Mən sizə söz verrəm ki, 3-cü gün çatdırram. - Nuranə: Siz hansı dediyinizi eləyirsiz ki, ona inanaq - Turanə: Ay sağol - Məkanə: Ay xanım mən vasitəçiyiəm. - Nuranə: Onda niyə yalan deyirdilər.Dekabrın 1-İ alınardı amma gündə bir yalan uydurmazdılar. - Məkanə: Bu uzanıbsa mən eləməmişəm ki, bu günkü gün məndə size kimi qalmışam. - Turanə: niyə 3-cü günə qalır. - Məkanə: Çünki, 3-cü günə söz veriblər. - Nuranə: Birdən verilmədi. - Məkanə: Xeyr veriləcək 3-cü gün siz pulunuzun yiyəsiz hara desəz orada gətirib verəcəm. - Nuranə: Birdən işimiz düzəlmədi. - Məkanə: işiniz düzəlməsə mən sizin faizinizi ödəyəcəm. Yəni mən o qədər əminəm dəqiqəm həmin adama qarşı - Nərgiz: Siz mənə söz verdiz ki, bu həftə ərzində düzələcək hamısı 3-cü gün qızlar 5-cü günə kimidə mənim pullarım qaydacaq hamısı düzdümü. Məndə onların hamısını hesabladım burda yazdım. - Turanə: 45750 - Məkanə: İndi mən başa düşmədim mən nə yazmalıyam ki? - Nərgiz: Opşu yazsın - Turanə: niyə opşu yazır ki, hər kəsin özününkünü yazsın. - Nuranə: Zərərçəkmiş şəxs15 8500 Zərərçəkmiş şəxs13 8750 - Məkanə: 8500 manat - Turanə: Xeyr mən 8750 vermişəm. 6 bazar günü üçün 250 manatda artıq vermişəm. - Məkanə: axı mən elə şey deməmişəm. - Turanə mən bilmirəm 8750 manat vermişəm. - Nərgiz: Elədi Məkanə xanım. - Məkan: yox ey mən elə bir söz deməmişəm axı - Turanə: X21 7200 - Nərgiz: Mənidə yazın zəhmət olmasa - Məkanə 3800 Nigar, 2000 diplom, 15500 asan xidmət - Turanə 1500 yazdız - Nuranə: Alıtdan adınızı yazın filankəsov filankəs - Turanə: Nə vaxt verəcəm onuda yazın. - Məkanə: 24-ü - X26 100 faizdi Aytacı mən sabah yüz faiz elətdirəcəm - Turanə: lap yaxşı - Məkanə Aytac ola bilər ki, 1 gün o yan bu yan ola bilər. Aytacı mən sabah deyirəm ey çünki. Mənə deyib ki, kollecinki hələ çıxmayıbdır. Çatacaq yazıram ödəniş. - Turanə: 25 nə Aytacın ki - Məkanə: Qoyun Aytacınkini bura yazım telefonda deyərəm. Nərgiz 27-sinə kimidə Sizi yazıram. - Turanə: İmzanızı çəkin altdan telefon nömrənizi zəhmət olmasa - Nərgiz: Sabah işdəsiz - Məkanə Samuxda - Turanə: Samuxda harda işdəsiz - Məkanə: Ay xanım sizə aidiyyatı var - Turanə: aidiyyatı var. Bəlkə natariusa gedək. - Məkanə: Natariusa gedə bilmərik. - Turanə: Niyə - Məkanə: Natariusa nəynən bağlı - Turanə: mənim bu boyda borcum var bunu verəcəm - Məkanə: Borc müqaviləsi elə bağlanmır. Pulu verisən ortalığda pul olmalıdır. Bankdan pul çəkilməlidir. Onu saxlıyın mən itmirəm. Nərgiz evimə kimi tanıyır. İnşallah 3cü gün görşərik. xx.xx.2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, həmin cinayət işindən Elşad və Rəşad Babayev adlı şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1144 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 981 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Rüqəyya adlı bir azyaşlı uşağı var. Cinayət işinin materiallarından və qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Quliyeva (Xəlilova) Nuranə Nəriman qızına qismən ödəniş etmiş və 4950 manat ödənilməmiş maddi ziyan qalmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs13 1000 manat olmaqla qismən ödəniş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs16 1700 manat olmaqla qismən ödəniş etmişdir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 Əmralı oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs10 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs11 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onlar tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə şəxsiyyəti istintaqa Elşad kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsində operator kimi işə düzəlməyə köməklik etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq 2020-ci ilin mart ayında Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın poliklinikasının dəhlizində 1500 (min beş yüz) manat pulu, 2020-ci ilin aprel ayında Gəncə şəhəri, Cavdxan küçəsində yerləşən Beynəlxalq Bank adlı lombardın qaşısında isə 3000 (üç min) manat pulu, vahid niyyət ilə ümumilikdə 4500 (dörd min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın poliklinikasının dəhlizində Zərərçəkmiş şəxs1 ərinin təqaüdünün bərpa edilməsinə köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq 4500 (dörd min beş yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 qızı Şahid5 Gəncə şəhəri 4 nömrəli orta məktəbə müəllimə düzəltmək adı ilə ona yalan vədlər verib aldadaraq 15 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri, R.Əliyev küçəsində 1500 (min beş yüz) manat pulu, 20 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34-də 2000 (iki min) manat pulu, 2021-ci ilin mart ayında Gəncə şəhəri, Atatürk prospekti, ev 251, mənzil 34-də 3500 (üç min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 7000 (yeddi min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında Abşeron rayonu, Xırdalan qəsəbəsində Zərərçəkmiş şəxs16 hərbi xidmətdən təxris olunduğu üçün sığorta düzəltməyə köməkilk etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq 1700 (min yeddi yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs16 anası X7 təqaüdünü bərpa etdirmək adı ilə yalan vədlər verib aldadaraq Sumqayıt şəhəri, Göyçay marketdə quraşdırılmış “milli ön” ödəmə terminalı vasitəsi ilə göndəridiyi 1200 (min iki yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Şöbəsinbə qeydiyyatçı kimi işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq 2021-ci ilin fevral ayının əvəllərində Azərbaycan küçəsi, 9-cu döngə, ev 46-da 3000 (üç min) manat pulu, 28 fevral 2021-ci il tarixdə həmin ünvanda 3500 (üç min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda 6500 (altı min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayında Gəncə şəhər Mərkəzi Univermağın qarşısında Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında aldığı diplomunu Azərbaycan Resublikasında təsdiq etdirəcəyi adı ilə yalan vədlər verib aldadaraq 2000 (iki min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Gəncə şəhər Asan Xidmətdə işə düzəltmək adı ilə yalan vədlər verib aldadaraq 2021-ci ilin iyun ayının əvvəllərində Gəncə şəhəri, 95 Aptekin qarşısnda 3000 (üç min) manat pulu, 29 iyun 2021-ci il tarixdə Gəncə şəhəri, Natavan qəsəbəsində 12500 (on iki min beş yüz) manat pulu vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 15500 (on beş min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs12 qızı X2 Gəncə şəhər Təhsil İdarəsinə qeydiyyatçı kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın qarşısında 4500 (dörd min beş yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 ADAU-ya qəbul edilməsinə köməklik etmək adı ilə yalan vədlər verib aldadaraq 21 iyul 2021-ci il tarixdə 1 nömrəli Uşaq Xəstəxanasında 3000 (üç min) manat pulu, 2021-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanının qarşısında 5750 (beş min yeddi yüz əlli) manat pulu, ümumilikdə xeyli miqdarda, yəni 8750 (səkkiz min yeddi yüz əlli) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs14 nəvəsi X8 Tibb Kollecinə tələbə kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq ünvan 2-də xeyli miqdarda, yəni 7200 (yeddi min iki yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 ADAU-ya qəbul edilməsi üçün köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 21 iyul 2021-ci il tarixdə 1 nömrəli Uşaq Xəstəxanasında 3000 (üç min) manat pulu, 30 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 5500 (beş min beş yüz) manat pulu, vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 8500 (səkkiz min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 20 Yanvar abidəsinin qarşısında yerləşən çörək bişirmə sexində hissə-hissə olmaqla vahid niyyət ilə ümumilikdə xeyli miqdarda, yəni 7500 (yeddi min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdirilməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi 12 saylı orta məktəbin yanında təzə məhlələrdə 3500 (üç min beş yüz ) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələdzuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 oğlu X13 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə arxivçi kimi düzəltmək adı ilə yalan vədlər verib aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 20 Yanvar abidəsinin qarşısında yerləşən çörək bişirmə sexində 4000 (dörd min) manat pulu, 2021-ci ilin avqust ayının ortalarında isə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulu vahid niyyət ilə ümumilkdə xeyli miqdarda, yəni 6500 (altı min beş yüz ) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs7 Əmralı oğlunu təcili tibbi yardıma sürücü kimi işə düzəldilməsi üçün köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Dan Ulduzu şadlıq sarayının qarşısında yerləşən parkda 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrar şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs8 qızı X18 Gəncə şəhərində yerləşən muzeylərdən birinə işə düzəltmək adı ilə yalan vədlər verib aldadaraq Gəncə şəhəri, Natavan qəsəbəsində 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Gəncə şəhər İcra Hakimiyyətinə işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq 2021ci ilin sentyabr ayının ortalarında ünvan 2 ünvanında 800 (səkkiz yüz) manat pulu, 30 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 3000 (üç min) manat pulu, ümumlikdə 3800 (üç min səkkiz yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 26 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Gəncə şəhər Təhsil İdarəsində operator işinə düzəldəcəyi adı ilə ona yalan vədlər verib aldadaraq Gəncə şəhər Təhsil İdarəsinin qarşısında 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı zərərçəkmiş şəxslərə qarşı təkrarən dələduzluq cinayətləri törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X12 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normalarının məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 ilə barışıq əldə etməsini, həmçinin həmin şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Nuranə Quliyevaya (Xəlilova) və Zərərçəkmiş şəxs13 dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilməklə, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 Əmralı oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 ilə barışıq əldə edərək, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmçinin digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Quliyeva (Xəlilova) Nuranə Nəriman qızına və Zərərçəkmiş şəxs13 dəymiş ziyanı qismən ödəməsini, maddi imkansızlıq səbəbindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs14 dəymiş ziyanı ödəyə bilməməsini, himayəsində azyaşlı uşağının olmasını, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir və bu baxımdan cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş SMS və zəngləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk və Zərərçəkmiş şəxs2 təqdim etdiyi, içərisində səs yazısı olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Mülki iddiaçılar Zərərçəkmiş şəxs9 iddia ərizəsində 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat məbləğində maddi ziyanın ödənilməsini, Zərərçəkmiş şəxs2 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 17643 (on yeddi min altı yüz qırx üç) manat ödənilməsini, Quliyeva (Xəlilova) Nuranə Nəriman qızı 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 69.5 (altımış doqquz manat əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 5019.5 (beş min on doqquz manat əlli qəpik) manat məbləğində pulun ödənilməsini tələb etmişlər. Məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxslərə qeyd edilən məbləğində ziyan vurulduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddialar təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu, ümumilikdə 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 verilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu, ümumilikdə 17643 (on yeddi min altı yüz qırx üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 verilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 69.5 (altımış doqquz manat əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 5019.5 (beş min on doqquz manat əlli qəpik) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Quliyeva (Xəlilova) Nuranə Nəriman qızına verilməlidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia vermişlər. Mülki iddiaçılar 28 noyabr 2023cü il tarixdə verdikləri mülki iddiadan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddialar üzrə icraata xitam verilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, digər zərərçəkmiş şəxslər yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda, digər zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə digər zərərçəkmiş şəxslər onlara dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, məhkəmə məsrəfləri, xüsusi müsadirə edilməli əmlak, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş SMS və zəngləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk və Zərərçəkmiş şəxs2 təqdim etdiyi, içərisində səs yazısı olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Quliyeva(Xəlilova) Nuranə Nəriman qızının mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu, ümumilikdə 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 ödənilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu, ümumilikdə 17643 (on yeddi min altı yüz qırx üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Mubariz qızından 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 69.5 (altımış doqquz manat əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 5019.5 (beş min on doqquz manat əlli qəpik) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Quliyeva (Xəlilova) Nuranə Nəriman qızına ödənilsin. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-8/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-8/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver