Məhkəmə qərarları › İş №1(125)-80/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-80/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-80/2024 07.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünün “Al” marketdə xüsusi bir vəzifədə işlədiyini, yağ işi ilə məşğul olduğunu, yağlarla bağlı hansısa şirkətlə müqavilə bağlayıb əlavə qazanc əldə edəcəkləri adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən suiistifadə etməklə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 25 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Simsim” çay evində Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul almış, cinayətkar əməllərini davam etdirərək həmin tarixdə saat 17:54 radələrində Zərərçəkmiş şəxs məxsus “Unibank”ın 4098-5844-6766-4510 nömrəli “Leo bank” kart hesabından X1 məxsus 4098-5844-6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına göndərilmiş 2200 (iki min iki yüz) manat məbləğində, həmin gün saat 23:34 radələrində eyni qaydada 300 (üç yüz) manat məbləğində pulu, 28 dekabr 2022-ci il tarixdə saat 11:14 radələrində eyni üsulla 1000 (min) manat məbləğində pulu, 02 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən X5 Məmmədovun qaynı Şahid vasitəsilə 300 (üç yüz) manat məbləğində pulu, 04 yanvar 2023-cü il tarixdə isə Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanada 300 (üç yüz) manat məbləğində pulu, cəmi 4600 (dörd min altı yüz) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəli olmaqla rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs dostu Şahid vasitəsilə tanımış və münasibəti normal olmuşdur. 2022-ci ilin dekabr ayının sonlarında dostu İsmayıl ilə görüşən zaman Səxavət də yanlarında olmuş və söhbət əsnasında Səxavət 4000-5000 manata “Qazel” markalı avtomobil almaq istədiyini demiş, o isə Səxavətə “Misli” və “Topaz” mərc oyunları oynadığını, həmin oyunlarda qazanc olduğunu, 4000 manat pulu ona verməsini, əvəzində isə 6000 manat pul qaytaracağını Səxavətə demiş, Səxavət də onunla razılaşaraq hissə-hissə ona 4600 manat məbləğində pul vermiş, Səxavətdən aldığı 4600 manat pulu qumar oyunlarına xərcləmiş, lakin qazanc əldə edə bilmədiyi üçün Səxavətin pulunu qaytarmamışdır. X1 məxsus “Unibank” tərəfindən verilmiş “Leobank” kartı onun istifadəsində olmuş, həmin 4600 manat pulun bir hissəsini həmin kart hesabına göndərtdirərək istifadə etmiş, ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsini oxumadan imza etmiş və Zərərçəkmiş şəxsla yağ alveri etdiklərini və onu aldatdığını ifadəsində etiraf etməmişdir. Əməlindn peşmandır. Himayəsində azyaşlı uşağının olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və maddi çətinlik səbəbindən zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilmədiyini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qaynı Şahid vasitəsilə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Simsim” çay evində tanış olmuşdur. Orada söhbət əsnasında o, 4000-5000 manata “Qazel” markalı avtomobil almaq istədiyini bildirmiş, bu zaman Mikayıl ona şirkətlə müqaviləsi olduğunu, yağ alış-verişi ilə məşğul olduğunu, 4000-5000 manat pulu yağ alış-verişi etmək üçün ona verməyini, bir həftəyə ona 7000 manat pul qaytaracağını, gedib həmin pula daha yaxşı maşın ala biləcəyini bildirmiş, o, da Mikayılın sözlərinə inanmış və həmin gün Mikayıla “Simsim” çay evində 500 manat nəğd pul vermiş, Mikayıl əlavə 300 manat pulu onun kartına göndərməyini istəmiş, ona görə həmin vaxt mobil telefonunu götürərək “Leobank” tətbiqi vasitəsilə 300 manat pulu özünə məxsus 4098-5844-6766-4510 nömrəli kart hesabından Mikayıla məxsus 4098-5844- 6547-3211 kart hesabına göndərmiş, qalan pulu da növbəti gün verəcəyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Mikayılla görüşmüş, Yeni Gəncə qəsəbəsində yerləşən “Yeni” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsilə 2200 manat pulu həmin kart hesabına göndərmiş, qəbzə baxan zaman kart hesabının Mikayılın arvadı X2 adına olduğunu bilmiş, bundan 2-3 gün sonra eyni qaydada Mikayılla görüşmüş, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsilə 1000 manat pulu həmin kart hesabına göndərmiş, sonra o ürəklə bağlı problemləri olduğu üçün müalicə məqsədilə Gəncə şəhəri Kardiologiya xəstəxanasında bir müddət stasionar qaydada müalicə olunmuş, həmin ərəfədə təxminən xx.xx.2023-cü il tarixdə Mikayıl həmin xəstəxanaya gələrək ondan 300 manat pul götürmüş və xx.xx.2023-cü il tarixdə ondan əlavə 300 manat pulda istəmiş, buna görə qaynı İsmayıl xəstəxanaya gələrək ondan 300 manat pulu Mikayıla vermək üçün götürmüş, beləliklə, ümumilikdə o, Mikayıla 4600 manat pul vermiş, sonra ürək əməliyyatı olunduğu üçün başı müalicəsinə qarışmış, təxminən 3-4 gün sonra Mikayılın istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlayan zaman həmin nömrələrin heç birinə zəng çatmamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi Yeni Gəncə qəsəbəsində yerləşən “Al” marketə gedib Mikayılı maraqlandıqda orada ona Mikayılın işdən çıxdığı bildirilmiş, daha sonra o, aldadıldığını başa düşüb bu barədə xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə məlumat vermiş, polisdə aparılan araşdırma müddətində Mikayılın anası Rahilə pulu ödəyəcəyinə söz vermiş, ancaq heç bir nəticə əldə olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyi üçün ondan şikayətçidir. Məhkəmə istintaqında Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır və aralarında heç bir ədavət yoxdur. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Simsim” çay evində Mikayıl və yeznəsi Səxavət ilə birlikdə oturub çay içən zaman, söhbət əsnasında qaynı Səxavət 4000-5000 manata “Qazel” markalı avtomobil almaq istədiyini bildirmiş və bu zaman Mikayıl şirkətlə müqaviləsi olduğunu, yağ alış-verişi ilə məşğul olduğunu bildirmiş, 4000-5000 manatı yağ alış-verişi etmək üçün ona verməyini Səxavətdən istəmiş, bir həftəyə 7000 manat pul qaytaracağını, gedib həmin pula özünə daha yaxşı maşın ala biləcəyini demiş, onlar da Mikayılın sözlərinə inanmış və həmin gün Səxavət Mikayıla “Simsim” çay evində 500 manat nəğd pul vermiş, əlavə olaraq isə “Leobank” tətbiqi vasitəsilə Mikayılın kart hesabına 300 manat pul göndərmiş, qalan pulu da növbəti gün verəcəyini bildirmişdir. Sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Mikayılla görüşmüş, X13 qəsəbəsində yerləşən “Yeni” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsilə 2200 manat pulu həmin kart hesabına göndərmiş, o, qəbzə baxan zaman kart hesabının Mikayılın arvadı X2 adına olduğunu bilmiş, bundan 2-3 gün sonra eyni qaydada Mikayılla görüşmüş, X13 qəsəbəsində yerləşən “Araz” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsilə 1000 manat pulu həmin kart hesabına göndərmiş, bundan sonra Səxavət ürəklə bağlı problemləri olduğu üçün müalicə məqsədilə Gəncə şəhəri Kardiologiya xəstəxanasında yatmış və təxminən xx.xx.2023-cü il tarixdə Mikayıl həmin xəstəxanaya gedərək Səxavətdən 300 manat pul götürmüş və xx.xx.2023-cü il tarixdə Mikayıl Səxavətdən əlavə 300 manat da istədiyi üçün özü xəstəxanaya gedərək Səxavətdən 300 manat pulu Mikayıla vermək üçün götürmüş, həmin 300 manat pulu Mikayılın işlədiyi “Al” marketə apararaq Mikayıla vermişdir. X7 4600 manat pul vermiş, sonuncu hadisədən təxminən 3-4 gün sonra Mikayılın istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil nömrələri ilə əlaqə saxlamaq istədikdə həmin nömrələrin heç birinə zəng çatmadığı üçün xx.xx.2023-cü il tarixdə Səxavət Təqsirləndirilən şəxs işlədiyi Yeni Gəncə qəsəbəsində yerləşən “Al” marketə getmiş və orada maraqlandıqda Mikayılın işdən çıxdığını öyrənmiş, bundan sonra Səxavət Mikayıl tərəfindən aldadıldığını başa düşüb polisə şikayət etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işində olan bank çıxarış sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 adına olan 4098 5844 6547 3211 nömrəli bank hesabına müxtəlif vaxtlarda mədaxil və məxariclər edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:34 dəqiqədə X3 məxsus 4098-5844-6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına Zərərçəkmiş şəxs məxsus “Unibank”ın 4098-5844-6766-4510 nömrəli “Leo bank” kart hesabından 300 manat məbləğində, xx.xx.2022-ci il tarixdə saat 17:54 dəqiqədə X3 məxsus 4098-5844- 6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına “Milli Ön” terminalı vasitəsilə 2200 manat məbləğində, xx.xx.2022-ci il tarixdə saat 11:14 dəqiqələrində X3 məxsus 4098-5844-6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına “Milli Ön” terminalı vasitəsilə 1000 manat məbləğində, həmin tarixdə saat 21:45 dəqiqədə X3 məxsus 4098- 5844-6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına Zərərçəkmiş şəxs məxsus “Unibank”ın 4098-5844-6766-4510 nömrəli “Leo bank” kart hesabından 510 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3886 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3887 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Medalının № İ-9201 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının İ-68558 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Səminə adlı bir azyaşlı uşağı var. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünün “Al” marketdə xüsusi bir vəzifədə işlədiyini, yağ işi ilə məşğul olduğunu, yağlarla bağlı hansısa şirkətlə müqavilə bağlayıb əlavə qazanc əldə edəcəkləri adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 25 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Simsim” çay evində Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul almış, cinayətkar əməllərini davam etdirərək həmin tarixdə saat 17:54 radələrində Zərərçəkmiş şəxs məxsus “Unibank”ın 4098-5844-6766-4510 nömrəli “Leo bank” kart hesabından X1 məxsus 4098-5844-6547-3211 nömrəli “Unibank”ın “Leo bank” kart hesabına göndərilmiş 2200 (iki min iki yüz) manat məbləğində, həmin gün saat 23:34 radələrində eyni qaydada 300 (üç yüz) manat məbləğində pulu, 28 dekabr 2022-ci il tarixdə saat 11:14 radələrində eyni üsulla 1000 (min) manat məbləğində pulu, 02 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən X5 Məmmədovun qaynı Şahid vasitəsilə 300 (üç yüz) manat məbləğində pulu, 04 yanvar 2023-cü il tarixdə isə Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanada 300 (üç yüz) manat məbləğində pulu, cəmi 4600 (dörd min altı yüz) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X8 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və Vətən Müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, həmçinin yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, məhkəmə tərəfindən iş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar