Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-82/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, 4-cü mkr, ev 15, mənzil 68-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Natavan qəsəbəsi, Ə.Arazov küçəsi, ev 46-da yaşayan barəsində “polis nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib və üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 13,95 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 18 oktyabr 2023-cü il tarixdə, saat 16:50 radələrində 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncəşəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparılmış, 2-ci Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəolan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə təmizçəkisi 13,95 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, onun yaşadığı qəsəbədə Elnur adında polis serjantı yaşayır, o, usta olduğu üçün dostu ona zəng edərək Elnurun evinə suvaq vurulması lazım olduğunu demiş və ona demişdir ki, get Elnurun evini suvaqla. O, Elnurun evinə gəlmiş, evin kvadratini ölçmüş, razılaşmalarına əsasən onlar həmin günün səhəri saat 11:00 gedib material alıb evin suvax işinə başlamalı olmuşlar. O, həmin günün səhəri material almaq üçün evdən çıxmış, onun qardaşı da onun yanında olmuş, qardaşı da evə ət almaq üçün evdən çıxmışdır. O, Elnurun evinə çatan zaman Elnurun arvadı Elnurun evdə olmadığını demiş, daha sonra Elnur gəlmiş yenidən evdə ölçü-biçi etməsini istəmiş, bir gün əvvəl olan razılaşmanı pozmuşdur. O, narazılığını bildirəndə qapıda bir qara avtomobil dayanmış, 3-4 nəfər düşərək onu götürüb polis şöbəsində polis rəisinin yanına aparmışlar. Həmin vaxt Elnur özü avtomobilə əyləşməmişdir. Elnur özünü elə aparmışdır ki, güya həmin polis əməkdaşlarını tanımır. Daha sonra polis bölməsində polis rəisi onu sorğu-sual etmiş, ona həyətində narkotik bitkiləri becərdiyini demişdir, lakin o, heç bir ağac əkmədiyi dostu tərəfindən ona verilmiş balaca bir kolu qurudub, bankaya yığdığını və ara-sıra istifadə etdiyini demişdir. Onlar polis bölməsində onun üstündə baxış keçirmişlər onun üzərində heç bir narkotik vasitə çıxmamışdır. Onlar onun evinə baxış üçün getmiş, qapını atası açmış, polis əməkdaşlarına narkotik vasitə olan marixuananı saxladığı bankanın yerini göstərmişdir.Polis əməkdaşları həmin bankanı götürüb onu yenidən polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu buraxmaq üçün əvvəl 5000 manat, daha sonra isə 1000 manat istəmişlər. O, maddi imkanı olmadığı, tələb edilən pulu vermədiyi üçünonu 48 saat tutmuşlar.Elşən müəllim ona demişdir ki, “sənə jest edəcəm büküm verəcəm deyərsən ki, həmin büküm sənə aiddir”. Həmin bükümün çəkisini bilmədiyi və polis rəisi tərəfindən hədələndiyi üçün o, məcbur qalıb razılaşmışdır. Onun üzərində yenidən axtarış keçirilmiş və bu dəfə axtarış videoşəkilişlə aparılmış və verilmiş büküm üzərindən çıxıb tərəzidə çəkiləndə bükümün çəkisi 15qram olmuşdur. Onun evində olan bankada cəmi3 qramnarkotik vasitə marixuana olmuşdur. O evində bankda olan narkotik vasitənin cəzası nədirsə onu çəkməyə razıdır. O, polis şöbəsindən çıxanadan sonra Elnura olanlar barəsində sual verəndə Elnur xəbərsiz olduğunu demişdir. Daha sonra o, Elnura evini suvamağı təklif edəndə Elnur maddi imkanının olmadığını demişdir. O, düşünür ki, Elnur ona qurğu qurmuş,məqsədi evini suvatmaq deyil, onu tutdurmaq olmuşdur. Sonda o, polis əməkdaşları tərəfindən şərləndiyini, evində bankada olan çıxan marixuanaya görə cəza çəkməyə razı olduğunu demişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, 17 oktyabr 2023-cü il tarixdə, saat təxminən 19 radələrində Gəncə şəhəri Natəvan qəsəbəsində yaşadığı evə gedən zaman yolun kənarında küçədən şəffaf kağıza bükülü halda olan büküm tapmışdır diqqətini cəlb etdiyi üçün götürmüş və həmin bükümə baxan zaman nəşə kimi tanıdığı narkotik vasitə olan marixuana olduğunu görüb gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. Həmin bükümü tapdıqdan bir gün sonra saat 17 radələrində yol ilə gedən zaman Natəvan qəsəbəsində yaşadığı evin yaxınlığında olan vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişdirlər. O da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasına getmişdir, orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da onlara üzərində olan 1 ədəd şəffaf rəngli kağıza bükülmüş halda olan bükümü təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış zamanı orada narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana aşkar olundu. Sorğu zamanı o həmin bükümün narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana olduğunu, yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, pay vermədiyini, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Həmin büküm iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş, ümumi çəkisi 14.50 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, 120 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuanaya bənzər kütləni hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Ailə üzvlərindən hər hansı bir şəxsin saxladığı narkotik vasitə olan marixuana barədə məlumatları olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddəsi yoxdur. Polis əməkdaşları onu saxlayıb Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparan zaman ona qarşı hər hansı bir zor və ya təyziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1ifadəsində göstərmişdir ki, polis şöbəsinə əvvəllər də narkotik vasitə istifadəçəsi olan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. O, polis leytenantı Sənan Quliyevlə əməliyyat məlumatı daxil olan Natavan qəsəbəsində getmişlər və orada Təqsirləndirilən şəxs öz evinin yaxınlığındasaxlanılmış, ona özlərini təqdim edib Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Onu Polis şöbəsinə gətirib, hüquq və vəzifələrini izah edib, müdafiəçi ilə təmin edib daha sonra üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən təxmini 10 qramdan çox olan narkotik maddə olan marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Natavan qəsəbəsində ərazidə olarkən əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, onlar həmin məlumat olan əraziyə yaxınlaşmış, şübhəli şəxs olan Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim edib onu Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Onu Polis şöbəsinə gətirib, hüquq və vəzifələrini izah edib, müdafiəçi ilə təmin edib daha sonra üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən təxmini 10 qramdan çox olan narkotik maddə olan marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cüil tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cüil tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X7 azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin xx.xx.2023-cü il tarixli 16/1031 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ümumi çəkisi 14,50 qram kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 13,95 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə “marixuanadır”. - X1 surətlərindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqları vardır. - Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 01 DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhər 2-ci PŞ-yə gətirildikdən sonra üzərindi video çəkiliş ilə şəxsi axtarış keçirilməmişdən əvvəl, təhqiqatçısı, polis leytenant X6, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin şöbənin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, həmin şöbənin KTQ-nin baş inspektor kriminalisti, polis baş leytenantı X9, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan narkotik vasitə olan marixuana oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “marixuana” bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, Gəncə şəhəri, Natavan qəsəbəsində yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Diskdə Təqsirləndirilən şəxs o narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 14,50 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 120 nömrəli möhürlə möhürlənir və imzalarla təsdiq edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri xx.xx.2023-cü tarixli, 1778 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2,185.2.1,185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə ,əsasən, o Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 234.1, 237.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6994 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli3491 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülməsi barədə məhkəməyə verdiyi məlumatla bağlı xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin CAB-nin rəisi X12 tərəfindən ona məxsus olmayan narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə fiziki zor tətbiq ediləcəyi ilə hədələnməsi, fiziki zor tətbiq olunacağından qorxaraq ona məxsus olmayan narkotik vasitənin üzərindən çıxması barədə ifadə verməsinə dair izahatında göstərdiyi xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 13,95 qram narkotik vasitə marixuana Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 18 oktyabr 2023-cü il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdəilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutularkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alınarkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması, onun üzərinə narkotik vasitə qoyulması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs həmin ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Əgər Təqsirləndirilən şəxs polis bölməsində hər hansı təzyiq olmuşdursa, onun tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuş, lakin o, heç bir müraciət etməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə əlavə olaraq onun göstərdiyi xüsusatların araşdırılması məqsədilə Gəncə Şəhər Prokurorluğuna sorğu ünvanlanmış, 30 yanvar 2024-cü tarixli cavab məktubundan həmin xüsusatların öz təsdiqini tapmaması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azər Mehdiyevin hazırki cinayət əməlini törətdiyi zaman qüvvədə olan cinayət qanunda sonradan edilmiş dəyişikliklər Azər Mehdiyevin cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir, həmçinin törədilmiş cinayət əməlinə görə təyin edilməli olan cəzanın növünü və həddini dəyişdirmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 13,95 qram çəkidə psixotrop maddə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 24saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət,azadlığınməhdudlaşdırılmasıcəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək,Gəncə şəhərininərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 13,95 qram çəkidə psixotrop maddə olan marixuanahökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpikməbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-82/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-82/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver