Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-82/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ev 30, mənzil 36-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 Nofəl qızının ev satması barədə elanından istifadə edərək pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsələ etibarından sui-istifadə edərək onunla evlənəcəyi barədə yalan vədlər verib 2022-ci ilin aprel ayında sonuncunun ünvan 1 ünvanında yerləşən 50.000 manat dəyərində olan fərdi yaşayış evini ələ keçirərək, Zərərçəkmiş şəxs3 Nofəl qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 qızı X5 Gəncə ASAN xidmət mərkəzinə işə düzəlməsini ondan xahiş etməsindən istifadə edib ona məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin işi 2500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2022-ci ilin iyun ayının sonlarında Goranboy rayonu, Yolqulular kəndində 1000 manat, 2022-ci ilin iyul ayının əvvəllərində 1700 manat, bundan başqa Gəncə MKTİB-nə xadiməçi kimi işə düzəltmək və sosial yardım almasına kömək etmək barədə yalan vəd edərək inandırdığı üçün sonuncunun xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “Milli ön” ödəmə terminalından göndərdiyi 505 manat pulunu cəmi 3205 manat pulunu aldatma yolu ilə vahid niyyətlə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı tanışı Zərərçəkmiş şəxs1 qızı X7 Gəncə ASAN xidmət mərkəzinə işə düzəlməsini ondan xahiş etməsindən istifadə edib ona məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 həmin işi 3500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2022-ci il ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanında almış, daha sonra Ləman Abdullayevanm Bakı şəhərinə kursa getməməsi üçün isə 22 iyul 2022ci il tarixdə ünvan 2 ünvanında 1700 manat pulunu cəmi vahid niyyətlə 5200 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə onunla birlikdə maşın alqı-satqısı ilə məşğul olaraq qazanc əldə edəcəyi barədə yalan vədlər verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 09 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında 16000 manat, 11 avqust 2022-ci il tarixdə ünvan 4nın qarşısında 25000 manat, 2022-ci ilin avqust ayının ortalarında ünvan 4nın qarşısında 2500 manat və 2022-ci ilin avqust ayının sonlarında ünvan 4nın qarşısında 1200 manat pulunu cəmi vahid niyyətlə 44.700 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Ülkər adı ilə təxminən 2022-ci ilin may-iyun aylarından tanımış və Məryəm ilə tanış olduqdan sonra aralarında qeyri-rəsmi sevgi münasibətləri yaranmışdır. Həmin vaxtlar Məryəm ona qızı Ləmanı Gəncə şəhərində ASAN xidmətə işə düzəltmək istədiyini demiş, o isə Məryəmə Ləmanı işə düzəltmək üçün adam tapıb xəbər edəcəyini demişdir. Bundan sonra Məryəm həmin işi düzətmək üçün ona 5200 manat pul vermiş, o, Məryəmdən 5200 manat pul və qızı Ləmanın sənədlərini almış, bundan sonra həmin işi düzəltmək üçün adam axtarmış, lakin tapa bilmədiyi üçün Məryəmdən həmin pulu ondan geri götürməsini istəmişdir. Lakin Məryəm pulu ondan götürmək istəməyərək, həmin pulun onda qalmasını bildirmişdir. Buna görə də qeyd etdiyi məbləğdə pul onda qalmışdır. Həmçinin o avtomobil alqı-satqısı ilə məşğul olduğundan Məryəm də həmin 5200 manat pulla ona iş görüb qazanc əldə etməyi təklif etmiş, o da onunla razılaşmışdır. Məryəm həmçinin daha çox pulla iş görüb qazanc əldə etmək istədiyini demiş, lakin başqa pulu olmadığı üçün ünvan 5 ünvanda yerləşən evini satmağı təklif etmişdir. O isə Məryəm ilə razılaşmış və bundan sonra Məryəmin evinin satılmağı üçün Hüseyn adlı ev alqı-satqısı ilə məşğul olan maklerə müraciət etmiş və Məryəmi həmin maklerlə tanış etmişdir. Bundan sonra makler Hüseyn özü gedib Məryəmlə görüşüb onun evinə baxmış, həmçinin bundan sonra həmin maklerin vasitəsi ilə evə müştərilər gəlib baxmış, makler həmin evə müştəri tapmış və Məryəm yaşadığı evini 44.500 manata həmin müştərilərdən birinə satmışdır. O, satılmış evin pulundan 1000 manatını Məryəmdən alıb Hüseyn adlı maklerə xidmət haqqı olaraq vermiş,həmçinin evi alan şəxs isə evdə qeydiyyatda şəxslər oİduğu üçün 1000 manat pulu onlara əksik vermişdir. Bundan əvvəl isə artıq o, Məryəmlə avtomobil alqı-satqısı ilə məşğul olacaqları barədə danışmış və həmin vaxt yəni, 2022-ci ilin sentyabr ayının əvvəllərində Məryəmdən avtomobil alıb baha qiymətə və ya kreditə satıb yekunda daha çox qazanc əldə etmək məqsədi ilə 6000 manat pulu evlərində almış, bundan sonra həmin pulla VAZ-2107 və VAZ-2106 markalı avtomobillər alaraq, həmin avtomobilləri bir neçə vaxtdan sonra nəğd şəkildə baha qiymətə satmış, həmin iki avtomobillərin satışından ümumilikdə 350 manat qazanc əldə etmişdir. Bundan əlavə Şəki şəhərindən bir VAZ-2107 markalı avtomobil satın almış, lakin avtomobildə nasazlıq çıxdığı üçün avtomobili sahibinə qaytarmış, sahibi isə 800 manat pulu ona əksik qaytarmışdır. Əlavə isə yol və sənədləşmə xərcinə ümumilikdə 200 manat pulu çıxmışdır. O, 6.000 manat pulu Məryəmdən aldıqdan bir neçə gün sonra avtomobil almaq üçün Məryəmdən daha 10.000 manat pul almış, təxminən 01 həftə sonra dostları ilə birlikdə Bakı şəhərinə gedərək, 03 gün Bakı şəhərində qalmış və 01 ədəd Niva maraklı avtomobili 4500 manata almış və sənədləşmə, yol xərci ilə birlikdə həmin avtomobil üçün 5000 manat pul xərcləmişdir. Həmin Niva markalı avtomobili Gəncə şəhərində kreditlə adını unutduğu şəxsə satmış lakin həmin avtomobili gec satdığı üçün ona avtomobili satan şəxs etibarnaməni ləğv etdirmişdir. Bundan sonra yenidən Bakı şəhərinə gedərək yeni etibarnamə yazdırdığına görə əlavə xərci çıxmış və 450 manat da pul verərək dostu Rəhman adlı şəxsin adına avtomobili qeydiyyata saldırmışdır. Məryəmdən aldığı pulların dəqiq tarixlərini və məbləğlərini xatırlamasa da ümumilikdə ondan 5.200 manat puldan əlavə 43.100 manat pul almış, həmçinin Məryəmlə birlikdə maşın alqı-satqısı ilə məşğul olmaq üçün ofis tutaraq, Məryəmdən aldığı ümumi pulun 550 manatına həmin ofisə stol, 105 manata stul almış, 300 manat isə icarəyə götürdüyü obyektə görə icarə haqqı ödəmiş, 150 manata döşəmə üzü, təxminən 50 manata ofisə xırdavat əşyalar, 50 manata isə pərdə almışdır. Bundan əlavə Məryəmdən aldığı pulla bir “Opel” markalı avtomobili adını unutduğu şəxsdən 4500 manata satın alaraq öz adına qeydiyyata saldırmış, lakin həmin avtomobili elə əvvəlki sahibinə kreditlə satmışdır. Həmin avtomobilin bir aylıq ödənişi olan 355 manatı almışdır. Bundan əlavə Məryəmdən aldığı pulla bir ədəd VAZ 21099 markalı avtomobili satın alıb sonradan Bakı şəhərinə adını unutduğu şəxsə kreditlə satmış və sonda 700 manat qazanc əldə etmişdir. Bundan əlavə isə Məryəmdən aldığı pulla Bakı şəhərindən 15.000 manat pul ödəməklə kreditlə bir BMV markalı avtomobil satın almış, həmin avtomobili alan zaman əlavə olaraq 500 manat pul xərcləmiş, avtomobilin özünə isə 370 manat pul xərcləmiş və kredit pulu olaraq 690 manat pul ödəmişdir. Bundan əlavə ofisə qoymaq üçün Məryəmdən kompyuter və printer almış, həmin kompyuterin təmiri üçün 160 manat pul xərcləmiş, həmin kompyuter və printeri isə istintaqa təqdim etmiş, həmçinin 2022-ci ilin sentyabr ayında Məryəmə mobil telefon satışından qazanc əldə edə biləcəyini demiş və ona bir ədəd “İphone 11” markalı mobil telefonu 1100 manata kreditlə alaraq, 1700 manata kreditlə sataraq 600 manat gəlir əldə edə biləcəyini təklif etmiş, Məryəmdə razılaşaraq “Gəncə Mall” ticarət mərkəzində yerləşən “Kontakt home” mağazasına gedib həmin vaxt kredit götürmə limitinin 5000 manat oduğunu öyrənmişlər. O, Məryəmdən özü üçün də bir neçə əşya alıb ona vermələrini istəmiş, Məryəmdə razılaşaraq qızı Ləmanın adına 01 ədəd “İphone 11” markalı, 1 ədəd “İphone 13 pro max” markalı mobil telefon almışdır. Məryəmin öz adına isə 01 ədəd poverbank, 1 ədəd saat və bir ədəd qulaqcıq almış və həmin əşyaların ilkin ödənişini özü ödəmişdir. Məryəmdən aldığı pullardan cəmi 300 manat pulu Məryəmə qaytarmış, əlavə olaraq 1 dəfə Mingəçevir şəhərinə və 1 dəfə Göygöl rayon Hacıkənd kəndinə Məryəmi və ailə üzvlərini apararaq onlara qonaqlıq vermiş və təxminən 300-400 manat pul xərcləmişdir. O, Ülkər adı ilə tanıdığı Zərərçəkmiş şəxs1 5.200 manat pulunu qızı X32 Asan Xidmətə işə düzəltmək adı ilə, 43.100 manat pulu isə birlikdə iş qurub qazanc əldə etmək məqsədi ilə almışdır. Belə ki, o maşın satışı ilə məşğul olaraq Məryəmə ayda 2-3 min qazanc verməli imiş, lakin Məryəm onun barəsində polisə şikayət etdiyi üçün onunla birlikdə iş qurub qazanc əldə etməyi sona çatdıra bilməmişdir. Bundan başqa bacısı X8 azyaşlı övladının nəfəs alması ilə bağlı problemlər olduğu üçün bacısı ona Göygöl rayonu ərazisində ev almaq istədiyini bildirmiş, o da 2022-ci ilin mart ayında «Tap.az» elan saytında Göygöl şəhərində ev satılması barədə elan görmüş, həmin evlə maraqlanmaq üçün elanda olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək həmin evə baxmaq istədiyini demişdir. Həmin şəxs evin xalası Gültəkinə məxsus olmasını deyib onun nömrəsini vermiş, o həmin şəxsin verdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək ev barədə maraqlanmış və evə baxmaq istədiyini demiş, həmin vaxt Zərərçəkmiş şəxs3 Göygöl rayon İcra Hakimiyyətinin qarşısında olan obyektdə dərzi işlədiyini və həmin yerdə görüşüb evə baxa biləcəyini demişdir. Həmin vaxt bacısı Vüsalə ölkədə olmadığı üçün, o özünə məxsus «Hyundai» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhərinə getmiş və Gültəkin ilə orada görüşmüşdür. Gültəkin ona bildirmişdir ki “al evin açarını, get evə bax” bundan sonra o, evə tək gedə bilməyəcəyini, çünki evin yerini bilmədiyini və tanımadığı şəxsin evinə tək gedə bilməyəcəyini demişdir. Bundan sonra Gültəkinlə birlikdə evə baxmağa getmiş, Gültəkin, o və ikisi evə baxmış, evin şəkillərini çəkmiş və bacısı Vüsaləyə evin şəkillərini göndərmişdir. Bundan sonra bacısı evi bəyəndiyini bildirərək evin qiymətini soruşmuş və bundan sonra o, bacısına ev sahibinin evi 48.000 manata satdığını bildirmişdir. Bacısı evi bəyənmiş, bundan sonra Gültəkini iş yerinə düşürüb çıxıb getmişdir. Bir neçə gün sonra Gültəkinlə əlaqə saxlamış və Göygöl şəhərinə gedib evin sənədlərinə baxmış, həmçinin qiymət məsələsini danışmış, Gültəkinlə danışıb evi əşyaları ilə birlikdə 45.000 manata razılaşmışdır. Razılaşmadan bir- iki gün sonra o, bacısı Vüsalə ilə birlikdə Gültəkinin yaşadığı evin qarşısına gəlmiş və Gülətəkinə 6.700 manat beh olaraq pul vermişdir. Gültəkinlə razılaşmaya görə qısa müddətdə notarial qaydada alqı-satqı etməli olmuşlar. Lakin həmin vaxtdan bir müddət sonra Gültəkin bacısının evin satılmasından əldə olunan puldan pay sahibi olmaq istədiyi üçün ondan pul istədiyini deyib bacısını razı salması üçün vaxt istəmişdir. O, da Gültəkinə vaxt verib gözləmiş, təxminən bir həftə vaxt keçmiş, Gültəkin bacısı Nərminəni evi satmaq üçün razı saldığını deyib bacısıgilə verməsi üçün ondan evin pulundan 17.000 manat pul istəmiş, o, isə razılaşmış və 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Gültəkinlə Gəncə şəhərində yerləşən notariusun qarşısında görüşmüşlər. O, ora bacısı Vüsalə ilə birlikdə getmiş, orada Gültəkinə 17.000 manat pul vermişdir. Bundan sonra Gültəkin onun adına bütün mülki hüquqları ilə bağlı baş etibarnamə vermişdir. Bundan sonra Gültəkin vaxtı uzadaraq bacısıgilin evdə olan paylarından imtina barədə gəlib razılıq verəcəklərini demiş, o, da narazılığını bildirdikdə Gültəkin məhkəməyə müraciət edib bacısıgilin payından imtina etdirəcəyini demiş, bundan sonra Gültəkin məhkəməyə müraciət etmiş və ona zəng edərək Qalib adlı vəkilə 1000 manat pul verməyini demişdir. O, da Göygöl şəhərində Qalib adlı şəxslə görüşərək Qalibə 1000 manat pul vermiş, eyni zamanda məhkəmə rüsumu olaraq 151 manat pul ödəmişdir. Bundan sonra bacısı Vüsalə ona demişdir ki, evin problemləri artır, buna görə də Gültəkinə verdiyləri pulu geri alsın. O, Gültəkindən pulu istəmiş, lakin Gültəkin pulu xərclədiyini və borcuna verdiyini demişdir. Buna görə də Gültəkin, bacısı Vüsalə və o razılaşmışlar ki, evə müştəri tapıb evi satsınlar. Bu barədə maklerə müraciət etmiş və Şəhriyar adlı makler evin şəkillərini çəkmiş və bir neçə gündən sonra Cavid adlı müştəri tapmışdır. Cavidlə zəngləşib görüşmüş və Cavid onun iştirakı ilə gəlib evə baxmış, Cavidlə görüşən zaman evi öz evi olaraq təqdim etmişdir. Daha sonra Cavidlə zəngləşib Gəncə şəhərində görüşmüş, evi 44.000 manata satmağa razılaşmış, Cavid isə onlara təklif etmişdir ki, Gəncə şəhərində Cavadxan qəsəbəsində olan qayınatasına məxsus evi onlara verə və əlavə olaraq 14.000 manat pul verə bilər. Bundan sonra Cavidlə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə baxmış və həmin evi 30000 manata razılaşmışlar. Şəhriyar adlı makler Göygöl şəhərində olan ünvana, gəlmiş, onu də ora çağırmışdır. Gültəkinin evində Şəhriyar ona 1500 manat pul vermiş və Cavidin ona verdiyi 2000 manat puldan 500 manat öz xidmət haqqını çıxmışdır. Gültəkin ona borcları olmasını demiş və həmin beh pulundan 500 manat Cavidə pul vermişdir. Məhkəmə Gültəkinin iddiasını təmin etməmiş, Gültəkinin bacısının razılığı olmadığı üçün evi alqı-satqı etmək mümkün olmamışdır. Bundan sonra Gültəkin kirayəyə çıxmış, evin açarını isə Cavidə vermişdir. Cavid də Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evin açarını ona vermişdir. Bir müddət belə davam etmiş və Gültəkinin istəkləri ilə mütəmadi olaraq Gülətkinə kirayə pul vermişdir. 2023-cü ilin mart ayında Gültəkin bacısı qızı Səbinənin bir günlük Göygöl rayonuna gəlməsini və evin payı olaraq Səbinə 25.000 manat pul versə evdə olan payından imtina edəcəyini demişdir. Verdikləri pulu ala bilmədikləri üçün 25.000 manat verməyə razılaşmışlar. Cavid ona borclu qaldığı 12.000 manat pul vermiş, həmin pulun üstünə 13000 manat qoymuş va Gültəkinin bacısı qızına verməsi üçün Cavidə vermişlər. 03 mart 2023-cü il tarixdə X3 notarial ofısində Zərərçəkmiş şəxs3 bacısı və bacısı uşaqlarına ümumilikdə 25.000 manat pul vermiş, həmin şəxslər həmin pulu aldıqdan sonra ünvan 7 ünvanında yerləşən evdə olan paylarından imtina etmişlər. Gültəkinin digər bacısı qızı Rusiyada yaşadığı üçün həmin şəxsin razılıq ərizəsinin gəlməsini gözləmişlər. 2023-cü ilin aprel ayının əvvəllərində razılıq ərizəsi gəlmiş və ev alqı-satqı etmək üçün hazır vəziyyətdə gəlmişdir. Paralel olaraq Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evi təmir etdirmişdir. Gültəkin və evdə olan pay sahibləri evlə bağlı X11 etibarnamələr vermiş, həmin etibarnamələr ilə Cavid qardaşı Amin ilə alqısatqı etmişdir. Onlar ev üçün ümumilikdə 51.600 manat pul vermiş olmuş, bir müddət keçmiş və Zərərçəkmiş şəxs3 Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evin Gültəkinə məxsus olduğunu deyib evi dəyişdiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisələr başlamış, eyni zamanda Gültəkin ondan şikayətlər edib guya evin pulunu Gültəkinə tam vermədiyini bildirmişdir. Hətta bu barədə televiziyaya da çıxıb şikayət etmişdir. Onların isə Gültəkinə verdikləri 51.600 manat puldan yalniz 25.000 manatını notarial qaydada verdikləri ilə bağlı sübutları olmuşdur. Gültəkinin şikayəti üzrə Gəncə şəhər Baş Polis darəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün Göygöl rayon polis şöbəsinə göndərilmişdir. Cavidlə qərara gəlmişdir ki, Gültəkinə yenidən 25.000 manat versinlər və bu problemdən qurtarsınlar. O, 13.000 manat, Cavid isə 12.000 manat pul düzəltmiş, 05 iyul 2023-cü il tarixdə həmin pulun 2000 manat hissəsini Gəncə şəhərində yerləşən notarisun qarşısında Gültəkinə vermişlər. Yerdə qalan pulu da Gültəkinə verilməsi üçün Cavid, Amin, qardaşı Cavid, o, və bacısı Vüsalə Göygöl rayon notarial kontoruna getmişlər. Pulun Gültəkinə verilməsini orada rəsmiləşdirmək istəmiş, lakin orada notarius pulun orada verilməməsini, materialın Göygöl RPŞ-də araşdırıldığı üçün pulun da orada verilməli olduğunu demişdir. Gültəkin orada onun barəsində heç bir şikayətinin olmaması barədə ərizə vermişdir. Göygöl polis şöbəsinin istintaq bölməsinə getmiş, orada bacısı Vüsalənin adından Gültəkinə 20.000 manat pul verilmişdir. Bundan sonra şöbədən çıxmış və Göygöl şəhərində yerləşən “Giləvar” restoranına getmiş, orada qardaşının nişan mərasimi barədə yer danışmışlar. Bundan sonra Gültəkin yenidən onun barəsində şikayət etmiş, bu səbəbdən Gültəkinə 3000 manatı verməmişlər. O, bacısı Vüsalə və Cavid ümumilikdə Gültəkinə 51.600 manat pul verərək Gültəkinin Göygöl rayonunda olan evini bacısı Vüsaləyə almış sonra isə həmin ev mübahisəli olduğu üçün Cavidə satmışlar. Cavid də Gəncə şəhəri Cavadxan qəsəbəsində olan evini bacısı Vüsaləyə satmışdır. Gültəkin ondan aldığı 26.600 manat pulu almadığını demişdir. Gültəkinin dedikləri şər və böhtandır. O, Gültəkin adlı qadınla ər-arvad münasibətində heç vaxt olmamışdır. Gültəkin yalan deyir, o, heç kimə vəd verib pul almamış, ola bilər ki, Gültəkin özü həmin şəxslərdən pul almış, lakin o, sonradan evin pulundan Gültəkinin bacısı Təranəyə 2700 manat pul göndərmişdir. Gültəkinin evinin pulunu tam formada ödəmişdir. Evi isə kiminlə harada dəyişməyinin Gültəkinə heç bir aidiyyatı yoxdur. Gültəkin əvvəl gündən Cavidgili tanımış və evin Gəncə şəhəri, Cavadxan qəsəbəsində olmasını bilmişdir. O, Gültəkindən evini içərisində olan əşyalarla birlikdə almış, bu səbəbdən də evdə olan əşyaları Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə aparmışdır. Gültəkinin göstərdikləri tamamilə şər böhtandır. Onlar 05 iyul 2023-cü il tarixdə Göygöl rayon polis şöbəsindən çıxdıqdan sonra Göygöl şəhərində yerləşən Gilavar restoranina getmişlər. Gültəkin isə pulu götürüb şöbədən çıxıb getmiş, həmin gün Gülətkini görməmişdir. Bundan başqa o, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş Gültəkinin vasitəsi ilə tanımışdır. Belə ki, Gültəkinin bacısı qızı Vüsalə söhbət əsnasında ona qızı X52 Xidmətə işə düzəltmək istədiyini demiş o, da Vüsaləyə 2500 manat pul müqabilində qızı X52 Xidmətə işə düzəldə biləcəyini demişdir. Bundan sonra təxminən 2022-ci ilin iyun ayında Goranboy rayonunda yaşadıqları evdə Vüsalə ona 1000 manat pul və qızı X4 doğum haqqında şəhadətnaməsinin əslini, şəxsiyyət vəsiqəsinin, atestatının surətini və sağlamlıq haqqında arayışı vermişdir. Bir neçə gün sonra isə yenə həmin ünvana gedən zaman Vüsalə ona 1700 manat pul vermişdir. Həmin vaxt o, həmçinin sonuncunun xahişi ilə Vüsaləyə sosial yardım düzəldə biləcəyini deyərək ondan 500 manat pul almışdır. Lakin sonradan Vüsaləgilin işini düzəldə bilmədiyi üçün və Vüsalə ondan şikayət etdiyi üçün o, Gəncədən Goranboy rayonu Yolqullar kəndinə sürücü işləyən Qəfalət adlı şəxsin vasitəsi ilə Vüsaləyə aldığı puldan 2700 manat pul və snədləri göndərmiş, qalan 500 manat pulu isə imkanı çatmadığı üçün qaytara bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 evi onun özünə qaytarılmış, həmçinin həmin evin əşyaları ilə bağlı isə məhkəmə qətnaməsi çıxarılmış və qətnaməyə əsasən əşyalara görə onun pensiyasından hər ay pul tutulur. Yəni o, Gültəkinə dəymiş ziyanı demək olaraq ödəmişdir. Digər Zərərçəkmiş şəxs1 ilə şərikli iş görmüş və Məryəm ona cəmi 43.000 (qırx üç min) pul vermiş, həmin pulu aybaay ödəyəcəyini bildirmişdir. Lakin Məryəm pulu verdikdən bir ay sonra məhkəməyə müraciət etmişdir. Məryəmin qızını işə düzəltməyə görə aldığı pulun əvəzinə isə Polis Şöbəsində üzərindən çıxan pulun ona verilməsinə və har ay borcuna görə 1000 manat pul verməyə hazır olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, Zərərçəkmiş şəxs2 aldığı 500 manat pulu isə sonradan Zərərçəkmiş şəxs3 vermişdir. Məryəmdən qızının sənədlərini istəməmişdir. Məryəm özü sənədləri ona vermişdir. Onun himayəsində azyaşlı uşağı var, onda kalsi çatışmazlığı vardır. O Gültəkinə münasibətdə özü zərərçəkmiş şəxsdir.Belə ki, Gültəkin ondan həm 20.000 min manat pul almış, həm də ev ona geri qayıtmışdır. O ümumilikdə Gültəkinə qəbz ilə 45.000 manat pul vermiş və əlavə olaraq da ev əlindən çıxmışdır. Zərər ona dəymişdir. Gültəkinə hansı zərər dəydiyi ona hələ də aydın deyildir. Hazırki cinayət işi üzrə onun heç bir təqsiri yoxdur. Barəsində bəraət hökmünü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Gəncə şəhərinin mərkəzində yerləşən “Bazarstore” marketin yanında xx.xx.2022ci il tarixdə tanış olmuşdur.Belə ki, həmin vaxt o mağazadan əlində yüklə çıxarkən Hüseyn ona əlindəki yükü aparmaqda kömək etmək istədiyini demiş və özünü ona polis əməkdaşı olaraq təqdim etmişdir. Həmin vaxt o, Hüseynin **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, o aldığı ərzaqları evinə aparmağa kömək etmişdir. Həmin vaxtdan sonra Hüseyn ilə aralarında bır tanış kimi münasibət yaranmışdır. Hüseyn ilə bir müddət mobil telefonda danışmış və bir neçə dəfə şəhər ərazisində görüşmüş, sonradan söhbət əsnasında Hüseynin yanında qızı Ləmanı işə düzəltmək istəməsi haqqında söhbət etmiş, Hüseyn isə qızı Ləmanı ASAN xidmətin şəxsiyyət vəsiqəsi xidmətinə işə düzəltməyi təklif etmiş və həmin xidmətin rəhbəri dostu olduğunu, onun vasitəsi ilə düzəldə biləcəyini demişdir. O isə qızının işə düzəlməsini istədiyini demişdir. Hüseyn bu işin müqabilində ondan 5000 manat pul istəmiş, o isə o qədər pula gücü çatmayacağın demişdir. Bundan sonra Hüseyn 3500 manata düzəltməyə razılaşmış, belə ki, o, 3500 manat pul düzəldib 2022-ci ilin iyul ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında Hüseynə vermiş, həmin vaxt Hüseyn qızı Ləmana dair bir neçə sənədi götürərək işə qəbul üçün lazım olduğunu demişdir. Bir neçə gün sonra Hüseyn ona qızı Ləman işə qəbul olan zaman Bakı şəhərinə kurs keçmək üçün getməli olduğunu demiş, o Ləmanın kursda iştirak etməməsi üçün 1700 manat da pul verməli olduğunu demişdir. O isə Hüseynin sözlərinə bir daha inanaraq xx.xx.2022-ci il tarixdə yaşadığı evdə daha 1700 manat pulu da Hüseynə vermiş, Hüseyn qızı Ləmanın işinin xx.xx.2022-ci il tarixədək düzələcəyini vəd etmiş, o isə Hüseynə inanmışdır. Bundan əlavə isə Hüseyn iş görüb pul qazana biləcəyini yəni Bakı şəhərindən avtomobil satın alaraq Gəncə şəhərinə gətirib satmaq qazanc əldə edəcəyini və bunun üçün pul lazım olduğunu demiş, o isə Hüseynin sözlərinə inanmış, lakin pulu olmadığını demişdir. Bu vaxt Hüseyn ona evini satıb pulunu işə qoymağı təklif etmiş, o isə aralarında münasibət olduğu üçün inanmış və Gəncə şəhəri, 2-ci mikrorayon, bina 6, mənzil ünvanında yerləşən evi satmaq qərarına gəlmişdir. Bundan sonra Hüseyn hətta evi satmaq üçün maklerdə gətirmiş və bir neçə gün sonra müştərilər gəlib-getmiş, o qiymətdə razılaşmasa da Hüseyn ona evi ucuz qiymətə satmağa razı olmasını deyərək onsuzda birlikdə iş görərək qazanc əldə edəcəyini demişdir. O isə inanıb razılaşaraq xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən evini 46.000 manata satmış, həmin gün Hüseyn işə başlamağı və avtomobil almaq üçün ona 16.000 manat pul verməsini istəmiş, o isə elə həmin evdə qızı Ləmanın yanında Hüseynə 16.000 manat pul gətirib vermişdir. Hüseyn həmin pula avtomobil aldığını demiş və iki gün sonra yəni xx.xx.2022-ci il tarixdə daha 25.000 manat pul istəmiş və başqa avtomobil alacağını demiş, o isə yenə Hüseynə inanmış və 25.000 manat pulu yaşadığı binanın qarşısında Hüseynin avtomobilində Hüseynə vermişdir. O yerdə qalan pulu sayan zaman 300 manat pulun əksik gəldiyini görmüş bu barədə Hüseynə demiş, səhəri gün Hüseyn zəng edərək ona 300 manat artıq verdiyini demişdir. Hüseyn həmin pullara artıq avtomobil aldığını və avtomobilləri müəyyən vaxtlarda kreditə verdiklərini və ilk kredit 1 ay sonra ödəyəcəyini yəni ilk qazanclarını əldə edəcəyini demişdir. Təxminən 1 həftə sonra Hüseyn zəng edərək yenə qazanc əldə edə biləcəkləri üçün avtomobil tapdığını və 2.100 manat pul verməsini demişdir. Sonra Hüseyn yaşadığı binanın qarşısına **-PT-*** dövlət qeydiyat nişanlı bir BMV markalı ağ rəngli avtomobil ilə gəlmiş, o anası Mahirə ilə birlikdə həmin avtomobilə əyləşmiş, Hüseyn ona həmin avtomobili nağd pula aldığını demiş və o, avtomobildə ona 2500 manat pul vermişdir. Hüseyn isə əyləşdiyi avtomobili satın aldığını və həmin avtomobili satan zaman 6.000 manat qazanc əldə edəcəyini demişdir. Bundan sonra Hüseyn avtomobillərin kredit işini hesab-kitab etmək üçün kompyuter və printer satın almaq lazım olduğunu demiş, o isə evində artıq kompyuter və printer olduğunu demiş və işi görməsi üçün 1200 manat dəyərində stol üstü kompyterini və 350 manat dəyərində olan printerini Hüseynə vermişdir. xx.xx.2022-ci il tarixdə Hüseyn ilə birlikdə kirayə evi axtarmaq üçün şəhərə çıxmış, sonradan qızı Ləman da onlara qoşulmuş, baxmaq istədikləri evin sahibi 1 saat sonra gələcəyini dediyi üçün onlar “Gəncəmall” ticarət mərkəzinə getmişlər. Həmin ticarət mərkəzində olan zaman Hüseyn özünə mobil telefon almaq istədiyini və kreditə onun adına telefon alıb ona verməsini istəmiş və kreditini özü ödəyəcəyini demişdir. Onun adına kredit olduğu üçün qızı Ləmanın adına götürmək qərarına gəlmişlər və “Gəncəmall” ticarət mərkəzində yerləşən “Kontakt home” mağazasından Hüseyn qızı Ləmanın adına ümumi dəyəri 6500 manat olan 1 ədəd “İphone 13 pro max” markalı və 1 ədəd “İphone 11” markalı mobil telefon, onun adına isə 1 ədəd 61 manat dəyərində poverbank, 1 ədəd 650 manat dəyərində saat və bir ədəd 350 manat dəyərində qulaqcığı kreditə götürmüş, həmin vaxt alan əşyaların ilin ödənişinə pulu çatmadığı üçün ondan 100 manat da pul almışdır. Bundan sonrakı günlərdə Hüseynin ondan uzaq gəzdiyini hiss etmiş və o kirayə ev tutmalı olduğu üçün artıq heç pulu qalmamışdır. O Hüseynə zəng edərək görüşmək istədiyini demiş, Hüseyn gəlib onu avtomobilə götürmüş və o da Hüseyndən nə düşündüyünü və onun ev tutmalı olduğunu, pulu olmadığını demişdir. Hüseyn isə heç bir narahatçılıq olmadığını deyərək ona növbəti yalanları danışmışdır. O Hüseyndən həmin avtomobilin nə qədər qiyməti olduğunu soruşmuş, Hüseyn isə 72000 manat pula satılacağını və 6000 qazancı qalacağını demişdir. O, Hüseynin avtomobili sataraq onun pulunu verə bilibbilməyəcəyini soruşmuş, Hüseyn isə verə biləcəyini demiş, bundan sonra isə o evə qayıtmışdır. O, başqa şəxslər vasitəsilə maraqlandıqda Hüseynin həmin idarə etdiyi BMV markalı **-PT-*** dövlət qeydiyat nişanlı avtomobili nəğd pula yox lizingə haradansa götürdüyünü öyrənmiş, bundan sonra Hüseynə zəng edərək gedib notariusda ona avtomobilə dair və aldığı pullara dair etibarnamə verməsini istəmiş, Hüseyn isə razılaşmışdır. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə Hüseyn ilə zəngləşmiş və şəhər ərazisində görüşmüşlər. O Hüseynə artıq onun barəsində öyrəndiklərini və onun düzgün bir insan olmadığını öyrəndiyini demişdir. O bir daha Hüseynə avtomobili satmasını və pulunu verməsini demişdir. Oturduğu məkandan çıxaraq avtomobildə olan zaman Hüseyn artıq onu hədələməyə başlamış və Hüseyn onu dayanacaqda düşürtmüş, həmin vaxt o, Hüseyndən kompyuter və printerini gətirib qaytarmasını istəmişdir. Hüseyn isə gətirib qaytaracağını və guya gördüyü biznesə görə olan bütün sənədləri gətirib ona göstərəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, Hüseynə zəng edərək nəyə görə gətirmədiyini dedikdə Hüseyn ondan heçnə almadığını və hara istəyirsə şikayət etməsini demişdir. O həmin avtombilin Lombardda olduğunu öyrəndikdən sonra Hüseynin ona yalan dediyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs qızı X12 Gəncə Asan Xidmətə işə düzəltmək adı ilə ondan 5200 manat, həmçinin maşın alqı-satqısı ilə məşğul olaraq birgə qazanc əldə etmək adı ilə ümumilikdə 43.500 manat pul, bundan başqa 1200 manat dəyərində stolüstü kompüterini və 350 manat dəyərində printerini maşın alqı-satqısı ilə məşğul olmaq üçün ofisə qoymaq məqsədi ilə almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qızının atestatını istəmiş, lakin Hüseyn ona verməmişdir. Hüseyn polis əməkdaşları tərəfindən tutulan zaman onun qızının atestatı Hüseynin üzərindən çıxmışdır O Hüseynin dələduz olduğunu ona verdikləri pula aldıqlarını qeyd etdiyi avtomobilin əslində lombardda olan maşın olduğunu bildikdən sonra əmin olmuşdur. O daha sonra polis şöbəsinə gedərək Hüseynin onların əməkdaşı olub-olmamasını maraqlanmışdır. Orda olan zaman polis əməkdaşları onların belə bir rəisi olmadığını bildirərək həmin şəxsin onu aldatdığını demişdir. Sonda o, Hüseyn tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 onun xalasıdır. Gültəkin ünvan 10 ünvanında yaşamışdır. 2022-ci ilin iyun ayında Gültəkin onların evlərinə gələrək həmin evi satdığını və bir müddət onlarla bir evdə qalmaq istədiyini bildirmiş və 2022-ci ilin oktyabr ayınadək onlarla birlikdə qalmış, əri X18 isə yay aylarında dağda çobanlıq etdiyi üçün o, xalasının onlarla qalmasına razılaşmışdır. Xalası Gültəkin onlarla qaldığı ərəfələrdə ona Təqsirləndirilən şəxs adlı şəxslə ailə qurduğunu bildirmişdir. Həmin vaxtlarda Gültəkin mütəmadi olaraq Hüseynlə telefonla danışmış və həmçinin Gültəkin ona məxsus evin satılmasında Hüseynin kömək etməsini demişdir. Gültəkin onlarda qaldığı müddətdə 2022-ci ilin iyun ayında Hüseyn də bir neçə dəfə onlara xalası Gültəkinin yanına gəlib-getmiş və həmin vaxtlarda o, Hüseyni tanımışdır. xx.xx.2022-ci il təvəllüdlü qızı X2 Dövlət Universitetində Sosial iş fakültəsində 4-cü kursda oxumuş, o qızını Gəncə Asan Xidmətə işə düzəltmək istəmişdir. Hüseyn isə onlara gəlib getdiyi vaxtlarda özünü Şəmkir rayonunda vəzifədə işlədiyini, hər yerə əlinin girdiyini bldirmiş, yaşadığı evdə Hüseynlə söhbət edən zaman Hüseyn 5000 manat müqabilində qızı X52 Xidmətə işə düzəldə biləcəyini demişdir. Onun isə maddi imkanı yaxşı olmadığı üçün qızını Gəncə Asan Xidmətə işə düzəltməsi işini Hüseynlə 2500 manata razılaşmışdır. Həmin vaxt xalası Gültəkin də yanlarında olmuşdur. 2022-ci ilin iyun ayının sonlarında Hüseyn Goranboy rayonunda yaşadığı evə gəlmiş və o, xalası Gültəkinin yanında qızı işə düzəltməsi üçün Hüseynə 1000 manat vermiş, həmçinin qızı X1 vermişdir. Təxminən bir neçə gün sonra 2022-ci ilin iyul ayının əvvəllərində Hüseyn yenə onların ünvanına gəlmiş və o xalası Gültəkinin yanında ona 1500 manat pulu verdikdə, Hüseyn isə əlavə olaraq qızına maaş kartı verilməsi üçün 200 manat da vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt o, 1500 manat pulun üzərinə əlavə 200 manat da qoyaraq 1700 manat pulu Hüseynə vermişdir. Həmin vaxt Hüseyn onun qızı Şahlığın 2022-ci ilin sentyabr ayının əvvəllərində Gəncə Asan Xidmətdə işə başlıyacağını bildirmişdir. Həmin vaxt Hüseyn həmçinin ona sosial yardım düzəldə biləcəyini deyərək sosial yardım almaq üçün əvvəlcə işə düzəlməli olduğunu, işə düzəldikdən sonra isə ona sosial yardım düzəldəcəyini demişdir. Hüseyn ona 500 manat müqabilində əvvəlcə adını Gəncə MKTİB-də xadiməçi olaraq işə saldırıb, daha sonra isə sosial yardım düzəldəcəyini demişdir. O isə ayda 250 manat sosial yardım alacağını düşünərək Hüseynin vədlərinə inanmaqda davam edərək razılaşmış və Hüseyn ona kart nömrəsini verərək həmin 500 manat pulu onun hesabına vurmasını bildirmişdir. Həmçinin Hüseyn ona 505 manat pul vurmasını 5 manat xidmət haqqı çıxıldığı üçün 500 manat onun hesabına köçməsini bildirmişdir. Həmin vaxt Hüseyn ondan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Sonradan Hüseynlə telefonla danışdıqda hər dəfəsində Hüseyn onlara müxtəlif bəhanələr gətirərək onu yubatmış, o isə Hüseynin artıq onları aldadaraq pullarını ələ keçirdiyini gördükdə xx.xx.2022-ci il tarixdə barəsində şikayət etmişdir. Həmin gün X36 rayonu Yolqullar kəndinə sürücü işləyən Qəfalətin vasitəsi ilə 2700 manat pulu ona göndərmişdir. Hüseyn telefonla ona məlumat verdikdə o isə Hüseyndən 505 manat pulu da göndərməsini bildirmiş, Hüseyn isə qalan 500 manat pula imkanının çatmadığını, onu da tez bir zamanda ona qaytaracağını bildirmişdir. Sonda o, ona dəymiş ziyandan 500 manat pulun ödənilmədiyini bildirərək həmin ziyanı tələb etdiyini, Hüseynin ona vurulan ziyanı ödəmədiyi halda cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Hüseyni xalası vasitəsi ilə tanımışdır. Onun qızı Şahlıq Gncə şəhərində ASAN xidmətdə könüllü işləmişdir. O, qızını orda işə düzəltmək istəmişdir. Xalası isə ona qızını işə düzəltməyə köməklik edə biləcək adam tanıdığını bildirmişdir. Hüseyn ona bildirmişdir ki, onun qızını işə düzəltmək üçün 2500 manat pul lazımdır. O, Hüseynə istədiyi pulu vermişdir. İş alınmadığı zaman Hüseyn həmin pulu ona geri qaytarmışdır. Hüseyn ondan sosial düzəltmək üçün 500 manat pul almış, lakin həmin pulu ona geri qaytarmamışdır. Sonda o, ona dəymiş ziyandan 500 manat pulun ödənilmədiyini bildirərək həmin ziyanı tələb etdiyini, Hüseynin ona vurulan ziyanı ödəmədiyi halda cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022- ci ilin təxminən aprel ayinda bacısı qızı X13 telefonla ona zəng edərək Göygöl rayonunda işsiz olduğunu deyib evi ya kirayəyə verib, ya da satıb, başqa ucuz ev alıb, və yaxud da Bakı şəhərində hansısa iş qurmağı təklif etmişdir. O, da Səbinə ilə razılaşmış və Səbinədən xahiş etmişdir ki, evin satılması üçün evi internet saytına elan yerləşdirsin. Səbinə qeyd etdiyi evinin satılması üçün Tap.Az elan saytında elan yerləşdirmişdir. Bir neçə gün sonra Səbinə ona zəng edərək bildirmişdir ki, bir nələr şəxs özünü iş adamı kimi təqdim edərək evi almaq və ya evdə kirayədə qalmaq istəyir. O, da Səbinəyə demişdir ki, həmin şəxs onunla telefon əlaqəsi saxlayıb gəlib evə baxsın. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefondan istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək evə baxmaq istədiyini bildirmişdir. O, da Hüseynə demişdir ki, halhazırda evdə yoxdur, evə gedəndə əlaqə saxlayar. Həmin gün axşam saatlarında evə gəlmiş və Hüseynə zəng edib demişdir ki, hal-hazırda gecdir səhəri gün gəlib evə baxar. Səhəri gün Hüseyn ona zəng edib evə baxmaq üçün gəlmək istədiyini demişdir. O, isə Hüseynə demişdir ki, evdə yoxdur gəlib evin açarlarını götürüb gedib özü evə baxsın. Hüseyn də demişdir ki, evə tək getmək istəmir və onun iştirakı ilə evə baxacaq. O, da Hüseynlə razılaşmış və Hüseyn Göygöl şəhər icra Hakimiyyətinin binasinin yaxınlığında olan Ucuzluq mağazasından onu götürüb evə baxmağa getmiş, onlar evə getmişlər. O, evin darvazasından çöldə dayanmış və Hüseynə demişdir ki, evə baxsın. Hüseyn evə daxil olub evə baxmış, sonra o, da evin həyətinə daxil olmuşdur. Hüseynlə birlikdə evin bağçasına baxmış və ev Hüseynin xoşuna gəlmişdir. Bundan sonra Hüseynə demişdir ki, onu götürdüyü yerə qaytarıb aparsın. Hüseyn onu Ucuzulq mağazasına aparmış, yolda dayanıb ondan soruşmuşdur ki, işləmir və necə dolanır?. O, da demişdir ki, əvvəllər işləmiş, ancaq hal-hazırda işləmir. Söhbət əsasında o, əvvəllər hərbi mağazada işlədiyini demiş və Hüseynə bildirmişdir ki, həmin mağaza bağlandıqdan sonra müxtəlif hərbiçilərin ona təxminən 30000 (otuz min) manatadək borcu qalmışdır. Hüseyn ona demişdir ki, həmin pulları almaqda ona köməklik edə bilər. Bundan sonra Hüseyn ondan soruşmuşdur ki, evin qiyməti neçədir. O, evin qiymətinin neçəyə olmasını Hüseynə deməmişdir və bildirmişdir ki, maklerlərlə evin qiymətini müəyyənləşdirib ona deyər. Təxminən 2-3 gün keçdikdən sonra Hüseyn ona demişdir ki, gəlib evə və təxminən 15 dəqiqə vaxtını alıb evlə bağlı söhbət etmək istəyir. Həmin müddət ərzində Hüseynə bir nəfər uşaq zəng etmiş və həmin uşaq görüntülü zəng etmişdir. Hüseyn bildirmişdir ki, həmin uşaq onun oğludur. Həmin uşaq Hüseyndən evinə nə vaxt gəlməsini soruşmuş, Hüseyn isə bir saata gələcəyini bildirmişdir. Hüseyn telefonla danışdıqdan sonra ona demişdir ki, həyat yoldaşından boşanmışdır. Bundan sonra Hüseyn ondan evli və ya subay olmağını soruşmuş, o, Hüseynə subay olduğunu demişdir. Hüseyn nə üçün bu yaşadək subay olduğunun səbəbini soruşmuş, o, da demişdir ki, qisməti olmamışdır. Evdə 2-3 saat söhbət etdikdən sonra təxminən saat 00:30 radələrində, Hüseynlə evdə ikisi olan zaman o Hüseynə demişdir ki, evlərinə getsin. Hüseyn isə ona demişdir ki, o, evi nə almaq nə də evdə kirayədə qalmaq fikri yoxdur və onunla ailə qurmaq fıkirindədir və bu gecə onunla birlikdə qalacaqdır. O, da şəxsiyyət vəsiqəsini Hüseynə göstərib demişdirki, onların yaş fərqləri çoxdur. Hüseyn ona demişdir ki, yaşın fəqi yoxdur. O, fikirləşmişdir ki, Hüseynin fikri ciddidir, buna görə də Hüseynlə razılaşmış və Hüseyn onunla birlikdə qalmışdır. Həmin gecə o, Hüseynlə bir dəfə cinsi əlaqədə olmuş və bir az da söhbət etmişdir. Hüseyn ona demişdir ki, onlar artıq ər-arvadırlar, onun xəbəri olmadan heç nəyi gizlətməsin, onun xəbəri olmadan heç bir yerə getməsin və əgər getsə araşdırıb tapacaqdır. Saat təxminən 06-07 radələrində Hüseyn yuxudan durub demişdir ki, işə getməlidir, onunla söhbət əsasında Hüseyn ona demişdir ki, “KQB”-nin rəisidir. Hüseyn evin açarının bir nüsxəsini götürüb getmişdir. Təxminən 3-4 gün ərzində Hüseyn mobil telefonla onunla danışaraq işlərinin məxfi və ciddi olduğunu bildirmişdir. Sonra isə hələ ki, işi ilə əlaqədar gələ bilmədiyini demişdir. Təxminən bir həftə sora Hüseyn telefonla ona zəng edərək bildirmişdir ki, təzə təyinatını Şəmkir rayonuna veriblər. Buna görə də Şəmkir rayonunda ev tapıb və həmin evi 90.000 manata satırlar lakin həmin evin sahibinin onda işi olduğuna görə də evi 60.000 manata ala bilər. Hüseyn onun vatsappına ev şəkilləri çəkib atmış və onda demişdir ki, həmin evin şəkilləridir. Hüseyn onda demişdir ki,işi Şəmkirə dəyişdiyi üçün Göygöldə olan evini satıb Şəmkir rayonunda olan evi almaq məsləhətdir. Beləki, Şəmkir rayonunda işləyəcəyi üçün Göygöl rayonuna gedib gələ bilməyəcəkdir. O, da Hüseynə demişdir ki, onu da evə aparıb göstərsin. Hüseyn ona demişdir ki, onun baxmağına ehtiyac yoxdur. O, da Hüseynlə razılaşmışdır. Həmin gündən sonra Hüseyn telefonla onunla danışanda ona ordakı evin sahibinə 10.000 manat bir dəfə, sonrakı dəfə də 7.000 manat pul verər, sonra Göygöldə olan evi satıb, qalan pulu verməsini demişdir. O, Hüseynin dediyi ilə razılaşmışdır. Həmin söhbətdən sonra bir neçə dəfə Hüseyn onun yaşadığı ünvan 11 ünvanına gəlib gecələr bir yerdə qalmış və həmin qaldığı günlərdə onunla cinsi əlaqədə olmuşdur. Həmin günlərdə Hüseyn Şəhriyar adlı şəxsi və bir neçə nəfər başqa şəxsi evə makler adı ilə gətirib evi göstərmişdir. Evə baxıb qiymət müəyənləşdirmək üçün maklerlər gətirmişdir. Həmin maklerlər evə baxıb evə neçə manat qiymət qoyduqlarını Hüseyn ona deməmişdir. Bir neçə gündən sonra həmin maklerlər evə gəlmiş, Şəhriyar adlı makler gəldikdə o, evin arxa otağında oturmuş, səbəb isə Hüseynin guya onun qisqanmasi olmuşdur. Sonradan adının Şəhriyar olmasını bildiyi makler 1500 manat beh şəklində pul vermiş, evin qiymətini isə neçəyə razılaşdıqlarını o, bilməmişdir. Hüseyn onu çağırmış və maklerlər ona demişlər ki, ev sahibi olaraq satışa razıdırmı, o, da razı olduğunu bildirmişdir. Maklerlər masanın üzərində olan kağıza imza atmağını xahiş etmiş və Hüseyn ona demişdir ki, həmin kağızı oxumağa ehtiyac yoxdu və imzalamaq lazımdır. O, da həmin kağıza imza atmış və həmin kağızda əlyazma və ya kompyuter vasitəsi ilə yazının olmasını xatırlamır, ancaq göstərdikləri imza sözünün qarşısından imza atmışdır. Həmin maklerlər evdən getmiş, Hüseyn də 1500 manat pulu götürüb cibinə qoymuşdur. Bir neçə gün sonra Hüseynlə birlikdə Gəncə şəhəri, 2 saylı Notariat Kontoruna getmiş və gedən zaman o, evin sənədlərini də aparmışdır. Orada onlara deyilmişdir ki, evin 50 faizi bacısı Nərminənin payıdır və evdə Nərminənin övladlarinin da payı var. Həmin vaxtadək o, evi Şəmkir rayonunda olan evlə dəyişəcəklrini düşünmüşdür. Bir neçə gün sonra Hüseyn ona evi dəyişdiyini, lakin dəyişdiyi evin əmiri olmadığını və yaşamaq üçün şərait olmamasını demişdir. Həmçinin Hüseyn onun evinin yeni sahibinin evi boşaltmağı tələb etdiyini demişdir. Bundan sonra Hüseyn "Qazel” markalı bir yük avtomobili tutmuş və onun evdə olan bütün əşyalarını həmin avtomobilə yükləmişdir. Hüseyn guya həmin əşyalari Şəmkirdəki evə aparacağını söyləmişdir. O, da Hüseyn ilə getməyi təklif etdikdə Hüseyn yad kişi ilə getməyinə etiraz edərək guya onu qısqanmışdır. Bu hadisə təxminən 2022-ci ilin aprel ayının sonları baş vermiş və bir neçə gün sonra Hüseyn gəlib evi təhvil vermək lazım olduğunu demişdir. Hüseyn onun geyim əşyalarını özünə məxsus "Hyundai Santafe”markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmışdır. Onun geyim əyalarını Göygöl rayonu, A. B. Şadlinski küçəsində yaşayan bacısı qızı Səbinənin qaynanasıgilin evinə aparmışdır. O, geyim əşyalarını həmin ünvanda qoymuş, sonra Hüseyn ona demişdir ki, müvəqqəti qalmağı üçün özü yer müəyyən etsin. O, da demişdir ki, onu Goranboy rayonu Yolqulular kəndində yaşayan bacısı Təranənin qızı Vüsalənin evinə aparsın və Hüseyn də onu dediyi ünvana aparmışdır. Hüseyn onu Vüsaləyə təhvil verib demişdir ki, üç günə onu gəlib oradan götürəcək və təzə aldığı evi təmir etdirir. Bir neçə gün ərzində Hüseyn onun yanına gəlib getmişdir. Həmin müddət ərzində Hüseyn bilmişdir ki, Vüsalənin qızı Şahlıq işsizdir və iş axtarır. Hüseyn də ona demişdir ki, Vüsalənin qızı Şahlıqı işə düzəldə bilər və onlara sosial yardım verlməsinə kömək edə bilər. X42 özü ilə də bu barədə söhbət etmişdir. Buna görə də Təranə ona demişdir ki, Hüseyn gələndə ona da Təranə də gəlib həm Hüseyni tanısın həm də Hüseynlə Şahlığın işi və Vüsalənin sosialı barədə danışsın. Bir neçə gündən sonra Hüseyn Vüsaləgilə gəlmiş, o, bacısı Təranəyə demişdir ki, Hüseyn Vüsaləgilə gələcəkdir. Təranə Vüsaləgilə gəlmiş, sonra Hüseyn də Vüsaləgilə gəlmişdir. Hüseyn Vüsalə və Təranə ilə danışıb razılaşmışlar ki, Vüsalənin qızı Şahlığı işə düzəltməyə 2500 manat, əlavə 200 manat isə əmək haqqı plastik kartı verilməsi üçün verməlidirlər. Hüseyn bundan başqa Vüsalənin sosial yardım almasına 500 manat pul lazım olduğunu bildirmiş, həmin gün Hüseyn oradan çıxıb Gəncə şəhərinə qayıtmışdır. Təxminən 2-3 gündən sonra Hüseyn ona demişdir ki, gəlir pulu götürməyə.Vüsalə qardaşı Turaldan ümumilikdə 3.200 manat pulu götürüb ona vermiş, o, da Hüseyn gələndə 3200 manat pulu sayıb Hüseynə vermişdir. Bu müddətdə onun evinin çıxarışında bacısı Nərminə və Nərminənin qızı Səbinə, Könül və Hikmət onun evində payçıdırlar və həmin şəxsləri evdən qeydiyyatdan çıxarmaq lazım olduğu üçün o,Hüseynə demişdir ki, bacısı və bacısı övladları evdən pay istəyirlər. Hüseyn telefonda ona demişdir ki, gəlib onu götürsün, gedib vəkil tutub bu məsələni məhkəmə ilə həll etsinlər. O, Goranboy rayonu Yolqulular kəndində bacısı Təranəgildə olan zaman Hüseyn idarə etdiyi Hyundai Santafe markali **-EE-*** nömrəli avtomobillə gəlib onu bacısı gildən götürmüş, onlar Göygöl rayonunda işləyən Qalib adlı vəkilin ofisinə getmiş, o, tək Qalibi gözləmiş, Qaliblə 300 manata razılaşmışdır ki, Qalib məhkəməyə verib evdə olan bacısı Nərminəni və üç övladını evdən qeydiyyatdan çıxartsın. Bundan başqa Qalib ona demişdir ki, ümumilikdə 7000 manat evdə olan şəxslərə kompensasiya veriləcək və 3000 manat da hakimə verəcək ki, hakim onların iddialarını təmin etsin. O, Qalibə demişdir ki, onun pulu yoxdur və bu işləri Hüseyn həll edəcək. Qalib də ona demişdir ki, Hüseynlə danışsın, 300 manat ona versin və oda iddia ərizəsi yazsın. O, Qalibin dediklərini Hüseynə demişdir. Hüseyn onu təkrar Goranboy rayonu Yolqulular kəndinə bacısı Təranəgilə aparmışdır.Bir neçə gündən sonra Hüseyn onu Yolqulular kəndindən götürüb vəkil Qalibin ofisinə aparmışdır ki, o, Qalibə etibarnamə versin. Hüseyn hər hansı bir məbləğdə pul Qalibə verməsindən xəbəri olmamış, Qaliblə görüşüb Notariat ofisinə getmiş və noratiat ofisində o, Qalibə etibarnamə vermişdir ki, Qalib onun adından məhkəmədə çıxış etsin. Qalib onun adından Göygöl rayon məhkəməsinə müraciət yazmışdır ki, bacısı Nərminə, Nərminənin qızı Səbinə, Könül və Nərminənin oğlu Hikmətin evindən qeydiyyatdan çıxarılmasına köməklik olunsun. Təxminən ay yarım müddətində Göygöl rayon Məhkəməsində işə baxılmış, ancaq Qalib səhhəti ilə əlaqədar işə çıxmamışdır. Məhkəmə isə onun adından yazılmış iddianı rədd etmişdir. Bundan sonra o, Yolqulular kəndində qaldığı müddətdə bacısı Təranə, bacısı qızı Vüsalə və Vüsalənin əri Elsevər ona demişlər ki, Hüseyn pullarını nə qaytarmır nə də işlərini görmür. Buna görə pulu qaytarsın əks halda həmin şəxslər pulları ondan alacaqlar. O, da olanları Hüseynə demişdir. 2022-ci ilin təxminən noyabr ayında o, Gəncə şəhərinə gəlmiş və Hüseynə demişdir ki, bacısı Təranəgilin pullarını qaytarmaq lazımdır. Bir müddət sonra Hüseyn avtobusla Vüsalədən aldığı 3200 manat pulun 2700 manatını qaytarıb göndərmişdir. 2023-cü ilin mart ayınadək Hüseyn onu müxtəlif kənar evlərdə saxlayaraq onu məcbur etmişdir ki, bacısı Nərminə və bacısı qızı Şəbinəgildən razılıq ərizəsi alsın ki, evini dəyişdikləri evin sahibinin adına sənədləşdirə bilsinlər. O, da yaranmış vəziyyəti Səbinəyə demiş, Səbinə də demişdir ki, onların paylarına düşən hissəni 25.000 manat pul şəklində almasa, razılıq verməyəcəkdir. Səbinə ona şəkillər göndərərək onun əşyalarının olduğu evin Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşdiyini, həmin evi internetdən tapdığını demişdir. Hüseynə bu barədə dedikdə Hüseyn Gəncə şəhəri Cavadxan qəsəbəsində olan həyət evi ilə onun Göygöl rayonunda olan evini dəyişdiyini demiş və həmin evi Cavid adlı şəxsdən 35.000 manata danışdığını demişdir. Hüseynin deməsinə görə Cavid onlara ümumilikdə 15000 manat pul verməli imiş və həmin 15000 manat pulun 2 min manatini vermiş, yəni 2022-ci ilin aprel ayında maklerlər ona imzalatdığı sənədi götürəndə, 1500 manat Hüseynə 500 manat isə maklerlərə vermiş, evin ümumi sənədləşməsinə isə Cavid 1000 manat pulu notariusa vermişdir. Hüseynin deməsinə görə Cavidin onun evinə 12000 manat borcu qalmışdır. O, Səbinəni razı saldıqdan sonra Hüseyn ona demişdir ki, 25000 manat pulu düzəldə bilmir. 20.000 manat pulu verir, qalan 5000 manat pulun əvəzinə isə idarə etdiyi avtomobili girov şəklində Səbinənin anası Nərminənin həyətində saxlayır, 2-3 gün müddətinə 5000 manat pulu gətirib maşınını götürəcəkdir. X46 təklifi ilə razılaşmamışdır. Təxminən 2-3 saat sonra Hüseyn telefonla zəng edib ona demişdir ki, 13.000 manat pulu tapıb Cavidə göndərəcək, Cavid də 12000 manat borcunu həmin pulun üzərinə qoyub Səbinəyə verəcəkdir. Dediyi vaxt xx.xx.2023-cü il tarixdə Cavid 25000 manat pulu Göygöl rayon notariusunda Səbinəyə vermişdir. Nərminə, Nərminənin qızı Şəbinə, Könül və Nərminənin oğlu Hikmət evin Cavidin evi ilə dəyişdirilməsi üçün ona etibarnamə vermiş və Cavid 25000 manat pulu Səbinəyə vermişdir. Bundan sonra o, aldadıldığı üçün müxtəlif orqanlara şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavid adlı şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində olan evə dair etibarnaməni Hüseynin keçmiş arvadı X21 adına vermiş, bu yolla Hüseyn onun evini və evin əşyalarını ələ keçirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onlara məxsus ev Hüseyndən geri qaytarılsa da ona deyil, bacısının adına rəsmiləşmişdir. O hal-hazırda evsiz qalmışdır. Ona görə də ona əvvəlcədən vəd edilən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evin ona verilməsini tələb edir. Sonda o, Hüseyndən şikayətçi olduğunu, Gəncə Şəhər Cavadxan qəsəbəsində olan evin ona verilməsini və Hüseynə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən bacısı Zərərçəkmiş şəxs1 təqsirləndirilın şəxs Təqsirləndirilən şəxs pul verməsinin şahid olmuşdur. Belə ki, Məryəm Bakı şəhərinə gəlmiş və ona qızını pul ilə işə düzəldəcəyini bildirmişdir. O, Hüseynlə ilk dəfə bacısıgilə qurban kəsmək üçün Göygöl rayon Hacıkənd kəndinə getdikləri zaman ünsiyyətdə olmuşdur. Hüseyn ona sual etmişdir ki, niyə işləmir?. Eyni zamanda ona bildirmişdir ki, onu işə düzəldə bilər, lakin o, istəməmişdir. O, həmin günü Hüseynin maşınında silah görmüşdür. Bacısı evini satıb evin pulunu Hüseynə vermişdir. Bacısı pulu hissə-hissə Hüseynə vermişdir. Bacısı Hüseynə zəng edib qızının sənədlərini istədikdə Hüseyn bildirmişdir ki, “sənədləri vermir, gedib kimə istəyirsinizsə şikayət edə bilərsiniz. X43 Hüseynovla qeyri-rəsmi münasibəti olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 doğma bacısıdır, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından bacısı Məryəmin vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs bacısı Məryəm ilə qeyri-rəsmi ər-arvad kimi yaşamış, bacısı Məryəm Hüseynə 2022-ci ilin iyul ayında qızı Ləman Abdullayevanı işə düzəltmək üçün 5200 manat pul vermiş, bundan başqa həmçinin Məryəm ona Hüseynin Məryəmin 43500 manat pulunu da almasını demiş, o da bir dəfə Məryəm ilə bir yerdə Hüseynlə görüşüb bacısının pullarını qaytarmasını istəmiş, lakin Hüseyn həmin vaxt onları hədələmiş, buna görə də o, Məryəmə bu barədə polisə müraciət etməsini bildirmiş, bundan sonra bacısı Məryəmdə bu barədə polisə müraciət etmiş, Təqsirləndirilən şəxs həbs olunan vaxt Appelyasiya məhkəməsində qohumları yəni bacısı Vüsalə və anası Cəmilə ona yaxınlaşaraq pulun qısa müddət ərzində ödəyəcəklərini deyib Hüseyni həbs etdirməmək üçün bağışlamağı istəmişlər, o da bacısı Məryəmə pulu ödəmək üçün Hüseynə vaxt verməsini demiş, bacısı da onun sözünə görə Hüseynə vaxt verməyə razılıq vermiş, lakin həmin vaxtdan sonra yenə Hüseyn bacısı Məryəmin pulunu qaytarmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun xalasıdır. Bir müddət əvvəl onlar evlərini satmaq qərarına gəlmişlər. O, evin şəkillərini “Lalafo” saytına və “tap.az” elan saytına yerləşdirmişdir. Həmin vaxt isə tanımadığı Təqsirləndirilən şəxs ona evlə bağlı zəng edərək evi almaq istədiyini bildirmişdir. O, xalasının nömrəsini Hüseynə vermişdir. Hüseyn onun xalasına evi kirayə götürmək istədiyini bildirmişdir. Hüseyn onun xalasının tək yaşadığını öyrəndiyi zaman ona onunla evlənmək istədiyini bildirmişdir. Xalası Hüseynin fikrini ona bildirdiyi zaman o, xalasına tələsməməsini və Hüseyni tanımalarını bildirmişdir. Bir müddət sonra onun qonşuları və keçmiş həyat yoldaşı ona zəng edərək ona evin əşyalarının evdən çıxarılıb aparıldığını bildirmişlər.O, xalasına zəng etdiyi zaman xalası ona evi dəyişdirdiyini bildirmişdir. Ona evin satılması ilə bağlı heçnə deməmişdir. O, bir müddət sonra ikinci əl satış səhfələrində əşyalarının satışa qoyulduğunu görmüşdür. Onlar evin 50.000 min manata satılması qərara almışlar. Ev satılandan sonra ona 25000 manat pul verilmişdir. Anası və bacısı evdən olan pay hissələrini xalasına vermişlər. Ev aprel ayında Cavid adlı şəxsə satılmışdır. Evdən xalasına düşən pul verilməmişdir. O, xalası ilə birlikdə Space tv kanalına getmiş və orda öz şikayətlərini bildirmişlər. Bu zaman Hüseyn zəng edərək xalasına evi qaytaracağını və tək getməsini bildirmişdir. Xalası getdiyi zaman ona evin və əşyaların qaytarılması ilə bağlı sənədlər imzalatmışlar. O, 21.000 min manat pul verərək evi geri almışdır. Lakin əşyalar geri qaytarılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. - Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs3 “kompensasiya yolu ilə paylı mülkiyyətə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, o, X23 ilə arasında bağlanmış ev alqısatqısı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. - Qəbzlərdən görünür ki, Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapıtanı X47 rayon polis şöbəsinin İstintaq bölməsində tərəfindən araşdırılan materialın icrası ilə əlaqədar olaraq aralarında yaranmış mübahisə ilə bağlı Zərərçəkmiş şəxs3 ödənilməsi üçün X6 20000 (iyirmi min) manat pulu təhvil almışdır. Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X47 rayon polis şöbəsinin İstintaq bölməsində tərəfindən araşdırılan materialın icrası ilə əlaqədar olaraq aralarında yaranmış mübahisə ilə bağlı X6 təhvil aldığı 20000 (iyirmi min) manat pulu Zərərçəkmiş şəxs3 təhvil vermişdir. - İltizamdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tələb etdiyi 25000 (iyirmi beş min) manat pulu almış, onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir iddiası yoxdur. Həmçinin ünvan 1 ünvanında yerləşən evini Cavid Quliyevə təhvil verir. Həmin ev hazırda Cavid Quliyevindir, ona aid həmin evdə heç bir şey yoxdur. Eyni zamanda mübahisə bağlı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə də heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaq. Həmin evdə olan əşyalarını da təhvil almışdır. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçılar Zərərçəkmiş şəxs3, X24, X27, X14, X28 və X10 cavabdehlər Təqsirləndirilən şəxs, X23, X15 və üçünücü şəxs Göygöl rayon notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. -Cinayət işi üzrə icraatın dayandırılması haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. -Cinayət işinin dayandırılması haqqında qərarın ləğv olunması və icraatın təzələnməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. -Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. -Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və birləşdirilmiş cinayət işinin nömrəsi ********* kimi saxlanılmaqla istintaqı aparılmışdır. -Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-in İTİnə təhvil verilmişdir. -Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da tutulmuşdur. -“Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1778.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -“Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. -Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Gəncə şəhər BPİ-in MSY-yə təhvil verilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd «İphone 13 pro Max» markalı mobil telefon, bir ədəd «Huavei Vate GT» markalı, qara rəngli ağıllı saat, bir ədəd «Baseus» markalı, qara rəngli 2000 amperlik poverbank, X16 məxsus 2016-cı ildə Gəncə şəhəri, İ.Qayıbv adına 1 nömrəli orta məktəbi bitirməsi barədə A№538339 nömrəli «Tam orta təhsil haqqında Attestat», X17 aid xx.xx.1998-ci ildə tərtib olunmuş Rusiya Lederasiyası tərəfindən hazırlanmış doğum haqqında İİ-MİO №408517 nömrəli şəhadətnamə, X16 aid bir vərəqdə olan 4 dəd 4x3sm ölçüdə fotoşəkil, 1 ədəd «HP Photosmart C4483» markalı ağ rəngli çox funksiyalı printer, həmin printerə aid qara rəngli naqil, 1 ədəd «LC» markalı qara rəngli kompüter optik siçanı, bir ədəd «Aytech» markalı qara rəngli naqilli klavyatura, bir ədəd «Samsung»markalı, «Sync Master 933» 17 inc ölçülü monitor, bir ədəd «İrbis» markalı qara və gümüşü rəngli, üzərində CD vs DVD rom oxuyucuları olan kompüter hissəsi götürülmüşdür. - “Baxış və götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 7 ədəd 100 ABŞ dolları əskinasları, 8 ədəd 200 manatlıq əskinaslar, 1 ədəd 500 manatlıq əskinaslar, 31 ədəd 100 manatlıq əskinaslar, 10 ədəd 20 manatlıq əskinaslar, 1 ədəd 5 manatlıq əskinas, bir ədəd 2000 Rus rubulu əskinası götürülmüşdür. - Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(125)-337/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan «Mercedes Vito» markalı,**-CV- *** qeydiyyat nömrə nişanlı avtomobilin və Təqsirləndirilən şəxs götürülmüş 700 ABŞ dolları, 2000 rus rublu, 5400 manat pulun, 1 ədəd poverbank, 1 ədəd «İphone 13 pro max» markalı mobil telefonun və bir ədəd «Huavei vatch GT» markalı ağıllı saatın üzərinə cinayət təqibi başa çatanadək həbs qoyulmuşdur. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş həbsetmənin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. -Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş disklərə baxış keçirilmiş və həmin səsyazılarında telefon danışıqları zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tələb etməsi və hərəkətləri nəticəsində evsiz qaldığını deməsi müəyyən edilmişdir. -Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sosial müavinətin alınmasına dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlil olmaqla 150 manat pensiya alır. -Gəncə Şəhər Məhkəməsinin 2(125)-176/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 iddiası təmin edilmiş və onun evindən götürülmüş əşyaların bu mümkün olmadıqda isə pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs portal məlumatlarından görünür ki, Gəncə şəhər Məhkəməsinin 1(043)-82/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 1(043)-82/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. -Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2028-ci il təvəllüdlü X29 adlı bir övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərər çəkmiş şəxslərin mallarını və pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək təqsirli olmamasını bildirsədə lakin məhkəmə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara – zərərçəkmiş və şahid ifadələrinə, CD disklərdəki video və audio yazılara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam təkzib olunur və onun ifadəsində göstərdikəri özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 ittihamda qeyd edilən məbləğdə pul aldığını, lakin məqsədinin dələduzluq deyil, sadəcə birlikdə ticarətlə məşğul olmaq olduğu hissəsində məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə yaxınlıq yaradaraq ona qarşı özünə inam formalaşdırmış və pulu aldıqdan sonra ticarətlə məşğul olmaq hissəsində heç bir iş görməmiş və pulları geri qaytarmamışdır. Eyni zamanda cinayət işi üzrə digər iki zərərçəkmiş şəxsə münasibətdədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin iki zərərçəkmiş şəxslədə formal olaraq yaxınlıq yaradıb onlarda özünə qarşı inam formalaşdırdıqdan sonra həmin zərərçəkmiş şəxslərin əmlak və pulunu ələ keçirib geri qaytarmamışdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olmasını, İİİ qrup əlil olmasını və zərərçəkmiş şəxslərə dəyən ziyanın bir qismini ödəməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 15 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); Məhkəmə qeyd edilən normalara istinad edərək hesab edir ki, iş üzrə maddi sübut olan X17 məxsus A 538339 nömrəli, “Tam orta təhsil haqqında attestat”, X17 aid İİ-MЮ 408517 nömrəli doğum haqqında şəhadətnamə, X17 aid bir vərəqdə olan 4x3 sm ölçüdə fotoşəkil, 1ədəd “HP Photosmart C4483” markalı ağ rəngli çox funksiyalı printer, həmin printerə aid qara rəngli naqil , 1 ədəd “FC” markalı qara rəngli komyuter optik siçanı, bir ədəd “Aytech” markalı qara rəngli naqilli klavyatura, bir ədəd “Samsung” markalı “Sync Master 933” 17 inc ölçülü monitor, bir ədəd “İrbis” markalı kompyuter sisteminin sahibinə təhvil verilməsi nəzərə alınmalı, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş bir ədəd power bank, 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon, 01 ədəd “Huavei vatch Gt” markalı ağıllı saat müsadirə edilməklə Zərərçəkmiş şəxs1 qaytarılmalı, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mercedes Vito” markalı **-CV-*** qeydiyyat nömrəli avtomobil və Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi ondan götürülmüş 700 ABŞ dolları, 2000 rus rublu, 5400 manat pul vəsaiti müsadirə edilməklə həmin məbləğlərdən 500 manat Zərərçəkmiş şəxs2, digər əmlak və pul vəsaitləri isə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 204 (iki yüz dört) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, ümumilikdə 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan X17 məxsus A 538339 nömrəli, “Tam orta təhsil haqqında attestat”, X17 aid İİ-MЮ 408517 nömrəli doğum haqqında şəhadətnamə, X17 aid bir vərəqdə olan 4x3 sm ölçüdə fotoşəkil, 1ədəd “HP Photosmart C4483” markalı ağ rəngli çox funksiyalı printer, həmin printerə aid qara rəngli naqil, 1 ədəd “FC” markalı qara rəngli komyuter optik siçanı, bir ədəd “Aytech” markalı qara rəngli naqilli klavyatura, bir ədəd “Samsung” markalı “Sync Master 933” 17 inc ölçülü monitor, bir ədəd “İrbis” markalı kompyuter sisteminin sahibinə təhvil verilməsi nəzərə alınsın, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş bir ədəd power bank, 1 ədəd İphone 13 Pro Max markalı mobil telefon, 01 ədəd Huavei vatch Gt markalı ağıllı saat müsadirə edilməklə Zərərçəkmiş şəxs1 qaytarılsın, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mercedes Vito” markalı **-CV-*** qeydiyyat nömrəli avtomobil və Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi ondan götürülmüş 700 ABŞ dolları, 2000 rus rublu, 5400 manat pul müsadirə edilməklə həmin məbləğlərdən 500 manat Zərərçəkmiş şəxs2, digər əmlak və pul vəsaitləri isə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsinə yönəldilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 204 (iki yüz dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-82/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-82/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver