Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-83/2023 09.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsız, əvvəllər məhum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 57, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanının qarşısında keçmiş arvadı Şahid2 bacısı Zərərçəkmiş şəxs onun azyaşlı qızı X1 ağlatdığı üçün Zərərçəkmiş şəxs öz iradını bildirən zaman sonuncunun onun ünvanına nalayiq ifadələr deməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub ona burun nahiyəsinin şişkinliyi, əzilməsi, hemotoması ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanının qarşısında keçmiş arvadı Şahid2 bacısı Zərərçəkmiş şəxs onun azyaşlı qızı X1 ağlatdığı üçün Zərərçəkmiş şəxs öz iradını bildirən zaman sonuncunun onun ünvanına nalayiq ifadələr deməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub ona burun nahiyəsinin şişkinliyi, əzilməsi, hemotoması ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hazırda Nuranə ilə barışmışlar. Ona dəymiş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 bacısıdır. Bacısı Cənanə 2015-ci ildə qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə evlənmişdir. Həmin evliliklərindən azyaşlı Rüqəyya adlı qızı dünyaya gəlmişdir. 2020-ci ildə Cənanə Ceyhundan ayrılmış, həmin zamandan Cənanə, o və anası eyni ünvanda yaşamışlar. Ceyhun mütamadi olaraq Cənanəni narahat etmiş, aralarında narazılıq olmuşdur. Təxminən 1 həftə əvvəl Ceyhun atası Cənanənin azyaşlı qız övladını baxmaq üçün yaşadıqları Gülüstan qəsəbəsində yerləşən ünvanlarına aparmışdır. X5 valideynlərinə zəng edərək Rüqəyyanın 1 həftədir onlarda olmasını və Rüqəyyanı gətirmələrini istəmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Ceyhun Cənanənin uşağını yaşadığı ünvana gətirmiş, yaşadığı ünvanın qarşısında olan zaman Rüqəyya atası Ceyhunun idarə etdiyi avtomobildə velosipedinin qalmasını bildirmişdir. O, Rüqəyya velosipedinin evdə olmasını bildirmiş və evə keçməsini demişdir. Həmin zaman Rüqəyya ağalayaraq atası Ceyhunun yanına qaçmış, Ceyhun da orada onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra Ceyhun orada yumruq zərbəsi ilə onun burun nahiyyəsinə zərbə endirmişdir. Həmin zaman o özünü itirmiş, Ceyhun isə oradan uzaqlaşıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində keçmiş yeznəsi Ceyhun yaşadığı ünvanın qarşısında nalayiq ifadələrlə təhqir etdikdən sonra yumruqla onun burun nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt onun əlində heç bir əşya olmamışdır. Ceyhun onu vuran zaman bacısı Cənanə, xalası qızı Güllər yanında olmuş, mübahisələri 5-10 dəqiqə davam etmişdir. Ceyhun yalan deyir, onu yumuruqla vurandan sonra əlinə yerdə olan pol ağacını götürüb özünü müdafiə etmək istəmişdir. Ona dəymiş zərər Ceyhun tərəfindən ödənilmişdir. Ceyhuna qarşı heç bir şikayət və tələbi yoxdur. Bütün bu halları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2015-ci ildə qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ərarvad kimi yaşamış və azyşalı Rüqəyya adlı qızı olmuşdur. 2020-ci ildə Ceyhundan ayrılmış, həmin vaxt qızı Rüqəyya onda qalmış, lakin ailmentə görə məhkəməyə müraciət etməmişdir. Həmin zamandan, bacısı Nuranə və anası eyni ünvanda yaşamışlar. Ceyhun mütamadi olaraq onu narahat etmiş, aralarında narazılıq olmuşdur. Təxminən 1 həftə əvvəl Ceyhun azyaşlı qızı Rüqəyyanı onun öz razılığı ilə yaşadıqları Gülüstan qəsəbəsində yerləşən ünvanlarına aparmışdı. Aradan bir həftə keçəndən sonra Ceyhunun valideynlərinə zəng edərək Rüqəyyanın 1 həftədir onlarda olmasını və Rüqəyyanı gətirmələrini istəmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Ceyhun uşağını yaşadığı ünvana gətirmiş, yaşadığı ünvanın qarşısında olan zaman Rüqəyya atası Ceyhunun idarə etdiyi avtomobildə velosipedinin qalmasını bildirmişdir. Bacısı Nuranə də Rüqəyya velosipedinin evdə olmasını bildirmiş və evə keçməsini demişdir. Həmin zaman Rüqəyya ağalayaraq atası Ceyhunun yanına qaçmış, Ceyhun da orada bacısı Nuranəni nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra Ceyhun orada yumruq zərbəsi ilə bacısı Nuranənin burun nahiyyəsinə zərbə endirmişdir. Həmin zaman bacısı Nuranə özünü itirmiş, Ceyhun isə oradan uzaqlaşıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində keçmiş əri Ceyhun yaşadığı ünvanın qarşısında nalayiq ifadələrlə bacısı Nuranəni təhqir etdikdən sonra yumruqla burun nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt onun əlində heç bir əşya olmamışdır. Ceyhun bacısı Nuranəni vuran zaman o, xalası qızı Güllər orada olmuş, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Ceyhun yalan deyir, o bacısı Nuranəni yumuruqla vurandan sonra bacısı yerdə olan pol ağacını götürüb özünün müdafiə etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 4 nömrəli XS üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserindən xx.xx.2022-ci il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji xx.xx.2022-ci il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxsnun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1007 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət —alın-burun nahiyəsinin şişkinliyi, əzilməsi, hematoması — bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İnqlab oğlu tərəfindən məhkəmə istintaqı zamanı 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 İnqlab oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 İnqlab oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20 (iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-83/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-83/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver