Məhkəmə qərarları › İş №1(125)-84/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-84/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-84/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri Məhəmməd Pişnamazzadə küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o,özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, bundan başqa təkrar, özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə 30 aprel 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evinin qarşısında dayanmış sonuncuya məxsus TOYOTA LAND-CRUİSER-PRADO minik markalı, ** LG *** dövlət nömrə nişanlı avtomobilin salonundakı qol altı hissəsindən Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid olan 5 manat dəyərində 416914****4525 nömrəli təqaüd kartını Zərərçəkmiş şəxs qızı X2 gözü qarşısında açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq vahid niyyətlə talamaq məqsədi ilə 30 aprel 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yaşavan Zərərçəkmiş şəxs yaşadığı evinin qarşısında dayanmış sonuncuya məxsus TOYOTA LAND-CRUİSER- PRADO minik markalı, ** LG *** dövlət nömrə nişanlı avtomobilin salonundakı qol altı hissəsindən Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid olan 5 manat dəyərində 416914****4525 nömrəli təqaüd kartını Zərərçəkmiş şəxs qızı X2 gözü qarşısında açıq yolla talayaraq, həmin kartın balansında olan 613 manat 26 qəpik puldan 30 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Gəncə-Mall”-da yerləşən “Bravo” supermarketdə 41 manat, 42 manat, 39 manat 03 qəpik, 39 manat, 39 manat məbləğində, həmin gün Gəncə şəhəri, ünvan 2i prospektində yerləşən “Bazarstore” supermarketdə 42 manat 03 qəpik, 42 manat, 42 manat, 37 manat, 4 manat 20 qəpik, 19 manat 50 qəpik, 28 manat 60 qəpik olmaqla ümumilikdə 415 manat 36 qəpik elektron məlumat daşıyıcılardan istifadə etməklə alış-veriş edib çıxararaq, gizli yolla özgə əmlakını talamaqla zərərçəkmiş şəxsin 415 manat 36 qəpik pulundan ibarət əmlakını ələ keçirməklə oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, ailəsinin dağılmasından bərk sarsıntı keçirmişdir. 30 aprel 2023-cü il tarixdə təxminən saat 15 radələrində “Xan bağına” getmək üçün Gəncə şəhəri Pərviz Səmədov küçəsi ilə piyada hərəkətdə olarkən yolun kənarında dayanmış Toyota markalı ağ rəngli ** LG *** nömrə avtomobili görmüşdür. Həmin avtomoil onun diqqətinə çəkmiş və avtomobilə yaxınlaşmış, avtomobilin qabaq qapısının açıq olduğunu görmüşdür. O, avtomobilin açıq qapısından avtomobilə daxil olmuş, orada qolaltıdan cüzdanı götürmüş, cüzdanın içərisindən "xxxx" ASC-yə məxsus kartı götürmüş və avtomobildən düşüb oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşdığı vaxt uzaqdan qadın səsi eşitmiş, lakin həmin qadının ona səslənməsini bilməmişdir. Həmin gün o, Gəncə şəhərində yerləş Gəncə Mall Ticarət mərkəzində olan “Bravo” supermarketinə getmiş və alış-veriş edərkən ona məlum olmuşdur ki, kartdan pul çıxaranda hər 50 manatdan bir kod istəyir ona görə də o hissə-hissə alış-veriş etmiş və oradan 200 manat məbləğində ərzaq almış, həmin aldığı ərzaqları aparıb evə qoymuşdur. Ondan bir neçə saat sonra Gəncə şəhəri, ünvan 2i prospektində yerləşən “Bazar Store” supermarketinə gəlmiş oradan da 200 manatlıq bazarlıq etmişdir.O, mağazadan çıxandan sonra oğurladığı kartı yolda qaranlıq olan bir yerdə qırıb,yadında qalmayan yerdə atmışdır. Həmin ərzaqları da evlərinə aparmışdır. Hadisədən iki həftə sonra polis əməkdaşları onun atasını polis idarəsinə dəvət etmişlər. Həmin vaxt o, başa düşmüşdür ki ,onun "xxxx" ASC-yə məxsus adı ona sonadan məlum olan Zərərçəkmiş şəxs kartını oğurlaması məlum olmuşdur. Sonda o, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və onunla barışdığını, zərərçəkmişin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alıb barəsində ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 aprel 2023-cü il tarixdə təxminən saat 15 radələrində özünə məxsus TOYOTA LAND-CRUİSER-PRADO minik markalı, ** LG *** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı ünvan 3 ünvanına gəlmiş, hava yağışlı olduğu üçün o, avtomobildən tez düşmüş avtomobilin qapısını bağlamağı unutmuşdur. Evdə yatdığı zaman qızı Günay onu çağırmış və avtomobildə kiminsə olduğunu demişdir. Onlar küçəyə çıxan zaman küçədə heç kim olmamışdır. O, öz avtomobilinə baxış keçirən zaman avtomobildə cuzdandan ona məxsus pensiya kartının götürüldüyünü görmüşdür. Onlar qonşuya məxsus kamerada baxanda avtomobildən kartı götürən şəxsin Əli olduğunu bilmişlər. Əli onların qonşuluğunda yaşayan oğlanların tanışı olmuş, o, sonunculara demişdir ki, Əliyə deyin kartı gətirib qaytarsın ondan şikayət etməyəcək. Lakin Əli gəlməmiş və kartı qaytarmamışdır. Hadisədən bir neçə gün sonra onun oğlanlarə DİN-nin 102 xidmətinə hadisə ilə bağlı şikayət etmişlər. Sonda o, Əli tərəfindən ona dəymiş ziyanın ödənildiyini. Onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildimişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində atası və o evdə olmuşdur. Həmin gün hava yağışlı olduğu üçün o, yaşadıqları evin mətbəxinin pəncərəsindən yağışın dayanıb dayanmadığına bilmək üçün baxanda evin qarşısında dayanmış atasına məxsus Prado markalı, ** LG *** nömrə nişanlı avtomobilində tanımadığı şəxsin nəsə axtardığını görmüşdür. O, pəncərədən həmin şəxsə səslənmiş, atasına məxsus avtomobildən nə axtardığını soruşmuşdur. Həmin şəxs onun səsini eşidib avtomobildən düşüb qaçmışdır. O, dərhal küçəyə çıxmış,lakin həmin şəxs artıq qaçıb getmiş olmuşdur. Daha sonra o, evdə yatan atasını oyatmış və onlar avtomobilə baxış keçirən zaman avtomobilin qoltuq hissəsində olan atasına məxsus cuzdandan atası ünvan 2iyə məxsus pensiya kartının oğurlandığı məlum olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş: -"xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus bank kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hissə-hissə ümumilikdə 408 manat pul çıxarılmışdır. - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin oğurlandığı TOYOTA LAND-CRUİSER-PRADO minik markalı, ** LG *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - cinayət hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskdə 2 ayrı-ayrı istiqamətlərdən görüntülər köçürülmüşdür. 1-ci görüntüdən görünür ki, küçədir, küçədə əynində göy rəngli cins şalvar, göy rəngli qolsuz gödəkçə və qara rəngli kofta olan kişi cinsli şəxs hərəkət edir və dayanır, sonra geri gəldiyi istiqamətə gedir. Digər görüntüdə yenə küçədir, həmin şəxs qaçaraq gedir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin videogörüntülərdə olan şəxsin özü olduğunu etiraf etmiş, zərərçəkmiş şəxs isə görüntüdəki küçənin onların evlərinin yerləşdiyi və oğurluq hadisəsinin törədildiyi Pərviz Səmədov küçəsi olduğunu demişdir. - Evlər üçlüyünün verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında anadan olmuşdur. Təqsirləndirilən şəxs anadan olduğu gündən müsbət keyfiyyətə malikdir. Qohumların, qonşuların hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs haqqında indiyədək qonşulardan, qohumlardan onun davranışları ilə bağlı ancaq və ancaq xoş sözlər, xoş xəbərlər alınmışdır. Bir sözlə Təqsirləndirilən şəxs bir ailə başçısı kimi nümunəvi bir insandır. - şəxsiyyət vəsiqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları vardır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6229 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 6229 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Zərərçəkmiş şəxs notariat qaydasında ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs avtomobildən zərərçəkmiş şəxsə məxsus bank kartını götürməsini zərərçəkmişin qızı şahid X2 görməməsi, görmüş olsa belə onun nəzərinə çarpmaması ilə bağlı bildirdiklərini məhkəmə özünümüdafiə kimi qiymətləndirir. Belə ki, şahid X4 öz ifadəsində Təqsirləndirilən şəxs məhz onun səsini eşitdikdən sonra qaçaraq uzaqlaşmasını bildirmişdir. Əsgərova Günayın qeyd etdiyi bu hal iş materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı da öz təsdiqini tapmışdır. Belə ki, həmin videoda Təqsirləndirilən şəxs hadisə yerindən təlaş içində qaçaraq uzaqlaşması aydın görünür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur, həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, oğurluq olan sonuncunun yaşadığı həmin ərazidə yaşayış evindən videomüşahidə kameralarından götürülmüş və görüntülər olan bir ədəd DVD disk və zərərçəkmiş şəxsin təqdim etdiyi və onun adına olan "xxxx" ASC-yə məxsus 416974******4525 nömrəli plastik kartının çıxarışı iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul olunaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, oğurluq olan sonuncunun yaşadığı həmin ərazidə yaşayış evindən videomüşahidə kameralarından götürülmüş və görüntülər olan bir ədəd DVD disk və zərərçəkmiş şəxsin təqdim etdiyi və onun adına olan "xxxx" ASC-yə məxsus 416974******4525 nömrəli plastik kartının çıxarışı iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul olunaraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar