Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-85/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olmuş, hazırda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tartixdə saat 18:10 radələrində Gəncə şəhəri, Atatürk prospekti 249, bina 3A-nın qarşısında bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə vuraraq, ona sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhəri, Atatürk prospekti 249, bina 3A-nın qarşısında həmin binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yerləşən qeyri-yaşayış sahəsinə əsassız mülkiyyət iddiaları səsləndirdiyi üçün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 qəsdən əl zərbələri ilə vuraraq ona sağ diz-baldır nahiyəsinin yumşaq toxumalarının diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinliyi halında əzilməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2024-cü il tartixdə saat 18:10 radələrində Gəncə şəhəri, Atatürk prospekti 249, bina 3A-nın qarşısında bir qrup şəxs halında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 qəsdən əl zərbələri ilə vurmaqla sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə davaları onun qızı Təqsirləndirilən şəxs2 məxsus mülk üstündədir. Həmin mülklə bağlı dəfələrlə məhkəmə mübahisələri olub və iş Ali Məhkəməyə gedib. Məhkəmə qətnaməsi əsasında həmin mülkün onun qızına məxsus olmağı təsdiq olunub. Məhkəmə prosesləri bitdikdən sonra zərəçəkmiş şəxslər ona qarşı şər-böhtan atmağa başlayıblar. İstəyirlər ki, şər-böhtan ataraq qızına məxsus obyekti ələ keçirsinlər. Zərərçəkmiş şəxsləri öyrədib, onların üzərinə göndərən Şahid3dur. Zərərçəkmiş şəxs2 ona dəfələrlə yaxınlaşıb bildirib ki, ona 100 min manat borcu var. Zərərçəkmiş şəxs1 ilə aralarında olan hadisə ayın 10-u saat 5-6 radələrində baş verib və mübahisə 1 saat çəkmişdir. Hadisə günü qızına məxsus obyetki Ülviyyə adlı xanıma icarəyə vermək istəyəndə Türkan onlara yaxınlaşıb həmin obyektin ona məxsus olduğunu bildirmış və onu təhqir etməyə başlamışdır. Həmin vaxt Türkan ona qril qayçısı ilə xəsarət yetirmək istəyəndə əli ilə itələyib özünü müdafiə etmişdir. Lakin onu daşla vurmamışdır. O, Türkan onun üzərinə hücum çəkdikdən sonra polisə zəng etmişdir. Güntacla bağlı hadisə də əmlak üstündə olmuşdur. Qızına məxsus əmlakı icarəyə verəndə gəlib onu təhqir edib qışqıraraq “bura mənə məxsusdur” deyib, onun üstünə hücum çəkib, onun üz nahiyəsinə xəsarət yetirmişdir. O, Güntacı özündən uzaqlaşdıraraq polisə şikayət etmişdir. Yəni, o, Güntaca hücum etməmişdir, ilk hücumu edən Güntac olub və o isə Güntacı vurmayıb və ona heç bir xəsarət yetirməyib. Güntacla olan mübahisə zamanı qızı Mehriban onun yanında olmamışdır. Sonda zərərçəkmişlərlə aralarında olan hadisə zamanı onun heç bir təqsirinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, bu baş vermiş hadisədə əsil zərəçəkmiş şəxslər o özü və atasıdır. Bütün hadisələr ona məxsus mülkün üstündədir. Fevralın 10-nu olan mübahisə şəxsi ədavət qismində olub. Əvvəllər də ona məxsus obyekti icarəyə verərərkən hər dəfə mübahisələri olmuşdur. Bu hadisə də ona məxsus mülkün üstündədir. Həmin mülk məhkəmələrin qərarına əsasən ona məxsusudur. Onlar, məhkəmə prosesləri bitdikdən sonra zərəçəkmiş şəxslərin dəfələrlə hücumuna məruz qalıblar. Onlar qarşılarına məqsəd qoymuşlar ki, ona məxsus obyektin Şahid3 verilməsinə nail olsunlar. 10 fevral 2024-cü ildə atası ona məxsus obyekti Ülviyə adlı xanıma icarəyə vermək məqsədi ilə obyekti göstərən zaman həmin Türkan xanımın şəkillərini çəkmiş və bu anda Ülviyyə onun şəkillərinin çəkildiyini gördükdən sonra Türkana yaxınlaşmış və nə üçün onun şəkillərini çəkdiyini soruşduqdan sonra aralarında mübahisə yaranmışdır. Atası bunu gördükdən sonra onlara yaxınlaşmış və mübahisə böyümüşdür. O, mübahisə baş verən zaman evdə olmuşdur. O, həmin zaman qadın səslərini eşitmişdir. Həmin səslərdə “mən bu yeri heç kimə verməyəcəyəm” - deyə səslər eşitdiyindən anlamışdır ki, aşağıda onun obyekti ilə bağlı mübahisə gedir və o, aşağı düşmüşdür. Demək olar ki, hadisənin sonuna gəlmiş və ərazidə hər hansı “tamet” qırığı və ya daş görməmişdir. Mübahisə olan yerdə Ülviyyə, İbrahim və Gülbəniz olmuşdur. Lakin Raufu orda görməmişdir. Güntac isə sonradan gəlmişdir. Atasını Türkanı itələyəndə görməmişdir. Türkan nalayiq ifadələr işlətmişdir. Atasına yaxınlaşanda qarın nahiyəsində qan ləkəsi görmüş və bundan sonra polisə həm atası, həm də özü ayrı-ayrılıqda zəng etmişlər. Sonra atasını yuxarı doğru aparmışdır ki, hadisə yerindən uzaqlaşsınlar. Bu vaxt Türkan arxasınca əlində qril qayçısı ilə gəlib ona vurmaq istəyəndə İbrahim həmin qayçını onun əlindən alıb uzaqlaşdırmışdır. Türkanın üzündə hər hansı bir xəsarət izi görməmişdir. O, 16 fevralda baş verən hadisədə orada olamamış, lakin axşamı evə gələndə atasının boğazında izlər olduğunu görmüşdür. Sonda zərərçəkmişlərlə aralarında olan hadisə ilə bağlı onun heç bir təqsirinin olmadığını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, şəhərin mərkəzində “Unibank”ın yanında olan obyektdə qril və peraşki satır. Həmin obyekt əvvəl Sərxan adlı şəxsə məxsus olub, 2 ildən sonra obyekti özü alıb və hazırda işlədir. Təqsirləndirilən şəxslər Əli və Mehriban da onun işlədiyi yerə yaxın çörək satışı ilə məşğul olurlar. Onların fəaliyyət göstərdikləri obyektlərin arasında 5-6 obyekt var. Onun təqsirləndirilən şəxslərlə qohumluq əlaqələri və mübahisəyə səbəb olan Gəncə şəhəri Atatürk prospektində yerləşən obyektlə bağlılığı yoxdur. Onun döyüldüyü hadisə tarixi tam olaraq yadında olmasa da, axşam saat 6-da baş vermişdir. O, öz obyektində işləyən zaman bir xanım ona yaxınlaşmış və nə üçün onun şəklini çəkdiyini soruşmuşdur. O da heç bir şəkil çəkmədiyini demişdir. Sonra Əli gəlmiş və onun yalan danışdığını, şəkil çəkdiyini bildirmişdir. O, Əliyə də şəkil çəkmədiyini demişdir. Daha sonra söhbət etmək üçün çölə çıxan zaman Əli onun gözünün altından yumruq ilə vurmuş, sonra öz obyektininin yanına getmişdir. O, yerdən qalxıb 102-yə zəng etmişdir. Daha sonra Mehriban və Əli yenidən gəlmiş, onu polislərin yanında döyməyə başlamışlar. Polislərin yanında Mehriban başından yumruqla Əli isə daşla vurub dişlərini tökmüşdür. Daş Əlinin ovcunun içində, palçıqlı vəziyyətdə olmuşdur. Hər ikisi onu polislərin yanında vurmuşdur. O, əlində qril qayçısı ilə çölə çıxıb Əliyə xəsarət yetirməmişdir. Ümumiyyətlə, hadisə zamanı heç kimə xəsarət yetirməmiş, sadəcə Əlini özündən uzaqlaşdırmaq məqsədilə əli ilə itələmişdir. O, özündə olmadığından birinci dəfə polisə şikayət edən zaman daş barədə heç nə deməmiş, sonrakı şikayətində göstərmişdir. Hadisə vaxtı 8-9 dişi tökülmüşdür. Lakin, özündə olmadığından ekspert müayinəsində dişlərini göstərməyi unutmuşdur. Polislər orada olmuşdur, lakin onun ağzından qan axdığını polislərin görüb görmədiklərini xatırlamır. Sonda təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə edilmədiyini bildirərək, təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, müəllimdir. Təqsirləndirilən şəxslər Əli və Mehribanla heç bir tanışlığı yoxdur. Onun tanışlığı Sərxan və Türkan ilə olubdur. Onlar neçə il qabaqdan zirzəmidə (həmin obyektin zirzəmisində) işləmişlər. Sonradan o, həmin zirzəmini Ceyhunədən alıb, öz adına rəsmiləşdirilmişdir. Daha sonra Mehriban və Əli oranın giriş hissəsini bağlamışlar. Türkan da onun öz qızı kimidir. Odur ki, onun işlədiyi yerə gedib-gəlirmiş. O, Türkanın Əli və Mehriban tərəfindən döyüldüyü gün hadisənin üstünə gəlib çıxmışdır. Həmin vaxt Türkanın ağzının içini, yəni dişlərinin sındığını görməsə də, onun ağzının qan olduğunu görmüşdür. Əvvəllər aralarında belə dava olmasa da, dəfələrlə bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Fevral ayının 16-sı günorta saatlarında, o, obyektdə olan zaman Əli ona yaxınlaşıb oraya nə üçün gəldiyini soruşmuşdur. O da cavabında həmişə bura gəlib-getdiyini bildirmişdir. Bu zaman onu sinəsinə və üzünə yumruq ilə vurmuşdur. O, yerə yıxılmışdır. Lakin, Əli onu yerdə də vurmağa davam etmişdir. Bundan sonra o, 102-yə zəng etmiş, daha sonra gedib izahat vermişdir. Hadisə vaxtı o, heç kimə xəsarət yetirməmişdir. Əli gedib özünə xəsarət yetirib, sonra da deyib ki, guya onlar Əliyə xəsarət yetirib. Sonda, Təqsirləndirilən şəxs1la aralarında barışıq əldə edilmədiyini bildirərək, ona ən ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmədə Şahid1 göstərmişdir ki, o, təqsirləndirilən şəxs Əli və qızını “Unibank”dan kredit götürdüyü üçün tanımışdır. Belə ki, Əli “Unibank”ın yanında obyektdə çörək satır, həmişə kredit ödəməyə gələndə onlara 50 qəpik və 1 manat hörmət edirmiş ki, ona kreditini ödəməyə və ya pul çıxarmağa kömək etsinlər. Həmin gün o, Türkan xanıma qril və peraşki sifariş edib, obyektin içəri tərəfində sifarişin hazırlanmasını gözləyirmiş. O, səs-küy gəldiyini eşitmiş, obyektən çölə çıxmış və Əli və qızı Mehribanın qril satan xanımla dalaşdığını görmüşdür. O, Əligilin yanına çatanda Mehribanın qril satan xanımın üzərinə getdiyini, həmçinin Əlinin əlində daş, yəni daha dəqiq “tamet” parçası olduğunu, onunla həmin xanımın üstünə getdiyini görüb, onu Əlinin əlindən alıb yaşıllığa atmış, Əlini və qızını sakitləşdirmişdir. Əlinin həmin qadını daşla vurduğunu görməmişdir. Lakin, həmin vaxt qadının ağzından qan axdığını və gözünün altının zədələndiyini görmüşdür. Daha sonra isə polis gəlmişdir. Zərərçəkmiş şəxs Türkanın adını əvvəllər bilməmiş, onu qril bişirən kimi sadəcə üzdən tanımışdır. Onunla heç bir tanışlığı və münasibəti yoxdur. Hadisə zamanı zərərçəkmiş şəxsin əlində heç nə görməmişdir. Hadisə fevral ayında, axşam tərəfi baş vermişdir. Təxminən 10 dəqiqə davam etmişdir. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda nə Əlini tanıyıb-tanımaması ilə bağlı, nə də başqa məsələ ilə bağlı zidd ifadə vermişdir. O, ilk izahatında da Əlinin əlində “tamet qırığı” olduğunu demişdir, lakin ola bilsin ki, yazılanda qeyd edilməyib. Əli ilə gedib danışmağının səbəbi isə aralarında olan mübahisənin sülh yolu ilə həll edilməsinə nail olmaq istəyi olmuşdur. Məhkəmədə Şahid3 göstərmişdir ki, o, Türkanı 5-6 il, Güntac, Əli və Mehribanı 15-20 ildir ki, tanıyır. Əvvəllər Əli və xanımı Məleykə ilə aralarında işgüzar münasibətləri olmuşdur. Təxminən 2012-2013-cü illərdən sonra aralarında mülki xarakterli mübahisələr olmuşdur. Lakin, düşmən olmamışlar. Türkan xanım da əvvəllər onun işçisi olmuşdur, lakin hadisə baş verən gün artıq işçisi deyilmiş. Amma Türkan yaxşı işçi olduğundan ona olan hörmətindən hələ də ona arxa-dayaq olmağa çalışır. O, hadisənin canlı şahidi olmamışdır. Türkan xanım telefonla zəng edib Əlinin onu gözünün altından və daşla vurub dişlərini sındırdığını bildirmişdir. O, bundan sonra hadisədən xəbərdar olmuşdur. Döyüldüyü gün Türkanı görməmişdir. Çünki hadisə günü gedə bilməmiş amma hadisədən sonra Türkanı görmüşdür. Hadisədən əvvəl Türkanın dişləri yerində olmuşdur. Hadisədən sonra isə dişləri olmamışdır. O, həmçinin Güntacın döyüldüyü zaman da hadisə yerində olmamış, hadisənin canlı şahidi olmamışdır. Həmin hadisədən əvvəl onlar arasında başqa mübahislər də olmuşdur, bundan əvvəl də Türkanı vurub, yaxasından boyunbağısını qoparıb, sındırmışdır. Onunla bağlı da Türkan polisə müraciət etmişdir. Lakin, Əli həmin hadisəyə görə cəzalansaydı, heç hazırkı hadisə baş verməzdi. Əligil düşünür ki, Türkan obyektdən çoxlu pul qazanır və ona verir. Bu səbəbdən Türkanı şikəst etmək istəyirlər ki, qazanıb ona pul verə bilməsin. Hadisədən bir müddət sonra obyektin qabağında Əliylə görüşmüş və belə mübahisəyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmədə Şahid4 göstərmişdir ki, zərərçəkmiş şəxs Türkanı peraşki satan kimi tanıyır, onunla başqa münasibətləri və qohumluq əlaqələri yoxdur. Oradan daimi müştəri kimi peraşki alırmış. Türkanı hadisədən 1 ay qabaq görmüşdür. Təqsirləndirilən şəxsləri isə əvvəllər tanımamış, adlarını bu hadisədən sonra polis idarəsində şahid kimi dindirildiyi zaman öyrənmişdir. Hadisə günü orda olmuş, qapının ağzında peraşki yeyirmiş. Həmin vaxt bir xanım gəlib, Türkana şəkil çəkdiyini demiş və bununla bağlı mübahisə etməyə başlamışlar. Daha sonra Təqsirləndirilən şəxs1 Türkanın üstünə gəlmişdir. Həmin vaxt Əli Türkana qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra isə Mehriban gəlmiş, hər ikisi Türkanın üzərinə hücum etmişlər. O, Əlinin ovcunun içi boyda olan daşla Türkanı vurduğunu, Türkanın ağzının qan içində olduğunu görmüşdür. Qandan qorxduğu üçün yaxına getməmişdir. Türkanın dişlərinin töküldüyü anı görməsə də, hadisədən sonra onun ağzında dişlərinin olmadığını görmüşdür. Daha sonra polislər gəlmişlər. Polislər gələn zaman o, orda olmuşdur, onlar gələndə artıq Türkanı döymüşdülər, polislərin yanında onu vurmamışlar, Əlinin əlindəki daş da əlində deyilmiş. Həmçinin bildirdi ki, o, hadisə zamanı Türkanın əlində qayçı görməmişdir. Məhkəmədə Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qızıdır. Zərərçəkmiş şəxslər atasıgilin aralarında obyektlə bağlı 4 ildir ki, davam edən mübahisə vardır. Belə ki, atasıgil onlara məxsus obyekti neçənci dəfədir ki, icarəyə vermək istəyirlər, lakin zərərçəkmiş şəxslər imkan vermirlər. Belə ki, kim həmin yeri icarəyə götürmək istəyirsə, onlar oranın problemli yer olduğunu və icarəyə götürənlərin mallarına zərər vuracaqlarını bildirirlər. Dəfələrlə məhkəmələr atasının və bacısının xeyrinə qərar verərək, həmin yerin onlara məxsus olması əksini tapmışdır. Sonuncu dəfə də atası evdən düşüb ki, obyekti icarəyə versin, lakin yenə Türkanla mübahisələri baş verib. Həmin vaxt Türkan əlində qril qayçısı ilə atasının arxasınca düşüb atasını vurmuşdur. Yoldan keçənlər Türkanın əlindən qril qayçısı alıblar. Bacısı balkonda olub və səsləri eşidib bilib ki, yer üstündə mübahisə edilir. Bundan sonra bacısı Mehribanla birlikdə aşağı düşmüşlər. Atasına baxmaq üçün Mehriban irəli getmişdir. Türkan atasını qril qayçısı ilə arxa tərəfdən-bel hissəsinin sol nahiyəsindən sıyırdığını görmüşdür. Türkan atası Təqsirləndirilən şəxs1 xəsarət yetirməklə yanaşı bacısı Mehribanın da arxasınca gəlib ona xəsarət yetirmək istəyəndə o, səslənərək bacısına özünü gözləməsini demişdir. Bacısı çönüb arxaya baxanacan yoldan keçənlər bıçağı Türkanın əlindən almışlar. Türkan atasına və bacısına məxsus yer üstündə onlara hücum çəkmişdir. Bütün olanlar həmin obyektin üstündədir. Türkan Sərxan adlı şəxslə birləşib atasıgilə obyekti onlardan almaq istəyir. Türkan həmişə deyib ki, həmin obyekt ona məxsusdur. Mübahisə 20 dəqiqəyə yaxın davam etmiş, polislər 1 saat sonra gəlmişdir. Polislər gələndə artıq mübahisə bitmişdir. Hadisə zamanı Türkanın üzündə və ya bədəndində xəsarət olmamışdır. Məhkəmədə Şahid5 göstərmişdir ki, o, Goranboy rayonu, Qaraçinar kəndində Eldar Hümbətov adına 63 nömrəli orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Onun təqsirləndirlən və zərərçəkmiş şəxlərlə əlaqəsi və tanışlığı yoxdur. O, hadisə olan günü, yəni fevral ayının 10-u, axşam saatlarında təsadüfən oradan keçirmiş. O, Gəncə şəhərinə həyat yoldaşının verdiyi reseptdəki dərmanları “95 №-li aptek”dən almaq üçün gəlmiş, lakin dərmanları tapa bilməmişdir. O, oradan qayıdıb yaşadığı Goranboy rayonuna getmək istəyən zaman mübahisənin olduğunu və insanların toplaşdığını görmüşdür. Hadisə olan gün onların adlarını bilməmiş, bu gün yəni iclasdan əvvəl adlarını öyrənmişdir. Oradan keçəndə mübahisənin şahidi olmuşdur. Hadisə yerinə yaxınlaşmış və kişinin başına təxmini 20-25 nəfər adamların toplaşdığını görmüş və başı bağlı (qırmızı hicablı) qadının Mehriban xanıma doğru əlində qril qayçısı ilə yaxınlaşıb vurmaq istəyən zaman qayçını onun əlindən almışdır. Həmçinin Türkan “buraxın məni bunları öldürəcəm” demişdir. Onlar kənd yerində Türkanın əlindən aldığı qayçıya tənək qayçısı deyirlər. O, tələsdiyinə görə nəsə lazım olduğu halda zəng etmələri üçün nömrəsini vermişdir. O, həmin vaxt Türkanda heç bir xəsarət görməmişdir. Hadisə yerində 10-15 dəqiqə qaldıqdan sonra rayon avtobusuna çatmaq üçün tələsdiyindən, getmişdir. O, hadisə yerində olan vaxt polislər gəlməmişdir. Ona iki gün əvvəl zəng edib deyiblər ki, gəlib olanları danışarsız. Məhkəmədə Şahid6 göstərmişdir ki, onun nə təqsirləndirilən şəxslərlə nə də zərərçəkmiş şəxslərlə heç bir əlaqəsi var və onları tanımır. Heç biri ilə əvvəlcədən tanışlığı yoxdur. O, hadisənin baş verdiyi ərazidə olan Azərbaycan Beynəlxalq Bankına və aptekə gedir. Həmin gün də hadisə olan zaman yolda mübahisə olduğunu görüb mübahisənin nə üçün olduğunu öyrənmək məqsədilə yaxınlaşmışdır. Bu zaman görmüşdür ki, başı bağlı bir qadın “mən icazə verməyəcəm” kimi ifadələr işlədərək, bir kişiyə doğru əlində tam olaraq bilmədiyi bıçaq və ya qayçıya bənzər alətlə üzərinə hücum edir. Lakin, həmin adamların üzünü xatırlamır. Tək bildiyi başı bağlı qadın və balaca bir kişi olduğudur. Həmin mübahisənin nə olduğunu öyrənmək istəyəndə yer üstündə olduğunu ona demişlər. Orada çox dayanmamış və polislərin gəldiyini görməmişdir. İki-üç gün sonra həmin yerdən çörək almağa gedəndə hadisənin nə yerdə qaldığını öyrənmək istəmişdir. Orada olan qız həmin hadisəni görüb-görmədiyini soruşmuş, o da gördüyünü bildirmişdir. Həmin qız da ondan şahidlik etməyini istəmiş və o da razı olub nömrəsini vermişdir. Məhkəmədə şahid – tibbi ekspert Şahid7 göstərmişdir ki, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1ı ilk dəfə fevral ayında ekspertiza keçirəndə o, müayinə etmişdir. Zərəçəkmiş şəxsə yetirilmiş xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Rəydə texniki səhvə yol verilmişdir. Belə ki, rəydə xəsarətin əmələ gəlmə tarixi fevral ayının 10-u qeyd edilməli idi. Bərk küt alət çox şey ola bilər. Yumruq, daş və digər şeylər. Dişlərini yoxlamamışdır. Çünki üzdə olan, görünən xəsarətləri yoxlayır. Başqa yerdə xəsarətlər olub-olmadığını şəxsdən soruşurlar. Vətəndaş özü nəyi deyirsə, ona baxırlar. Qadın olduğu üçün soyundurub baxmamışlar. Yalnız vətəndaş dedikdən sonra baxa bilirlər. Dişlə bağlı ona heç bir şey deməyib. Türkan xanımın ona deməyi yox, göstərməyi bəs edərdi ki, dişlərinə baxsın, lakin ona dişlərlə bağlı heç nə deməyib. O da Türkanın ağzında bir şey görməmişdir. Ümumiyyətlə, vətəndaşın dediyi vaxt tarixi qeyd etmirlər, özləri tarixi təyin edir ki, hansı tarixə uyğun gəlir. Xəsarətin rənginə görə onlar nə qədər müddət olduğunu təyin edirlər. Hər hansı bir əşya ilə vurulmanı, nə ilə vurulduğunu onlar müəyyən edə bilmirlər. 13 fevral tarixinə olan əlavə ekspertizada artıq diş yuvaları çapıqlaşmışdı. Diş yataqlarının çapıqlaşması və diş yatağının sağalması 1 ay çəkir. Hazırkı halda dişlərin olmaması travmatikdir yoxsa travmatik deyil, müəyyən edilmir. Selikli qişada zədə olsa deyə bilərlər ki, travmatikdi. Dodaqlarda şiş olmalıdır ki, o, dişlərə baxa bilsin və ya dodaqlara baxılır əgər iz olsaydı baxardı. Ekspertiza zamanı bir neçə dəfə soruşulur ki, hər hansı bir yerdə xəsarət varmı? Lakin, xanım demədiyindən, həmin xəsarət də qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin X12nin xx.xx.2024-cü il tarixli, 281 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- qarın nahiyəsinin səthi yaraları – kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin X12nin xx.xx.2024-cü il tarixli, 275 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət- sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 hadisə zamanı bir neçə dişinin də sındığını qeyd etməsinə dair müraciəti əsasında əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin X12nin xx.xx.2024-cü il tarixli, 644 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təkrar məhkəmə-tibbi müayinə zamanı onun üst çənəsində mərkəzi kəsici və köpək dişlərinin olmaması müəyyən edilmişdir. Həmin dişlərin yataqları sağalıb çapıqlaşdığından onların əmələ gəlmə müddətlərini müəyyən etmək mümkün deyil. “Video-görüntüyə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər TŞ kameralarından götürülmüş görüntülərdə əks olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Ülviyə Əliyeva ilə qızı Təqsirləndirilən şəxs2 məxsus olan obyektə baxış keçirir. Daha sonra Ülviyə Əliyeva ilə söhbətlər aparır. Anidən Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında münaqişə yaranır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzərinə hücum çəkir. Təqsirləndirilən şəxs1 isə geri çəkilir. Aralarında itələşmənin olması müşahidə edilimişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ƏliyevaTürkan Surxay qızının beyin silkələnməsi, sol tərəf üzün əzniyi hematoması, gözün əzniyi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı toplanmış material üzrə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cümaddələrinə tövsif edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin X12nin xx.xx.2024-cü il tarixli, 304 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin X12nin xx.xx.2024-cü il tarixli, 315 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər- sağ diz- baldır nahiyəsinin yumşaq toxumalarının diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinliyi halında əzilməsi, sağ dirsək və sağ bayır topuq nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. İş üzrə Şahid2 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. Zərərçəkmiş şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 391 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X6 şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən hadisəni törədən zaman Baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. O hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs1i qeyd edilən hadisəni törədən zaman Baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntuisu, qıcolma tutmaları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ona şamil edilən cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, halhazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müaılicə tədbirlərtinin tətbiqinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yaşadıqları yer üzrə müsbət xarakterizə olunmuşlar. Azərbaycan Respublikası DİN Nəqliyyatda BPİ X7 Polis İdarəsi Gəncə st. Xətt Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı ətrafda bir çox şəxs toplanmış, hadisə zamanı ictimai qaydanı kobud surətdə pozulmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmuşdur. Bundan başqa, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Ülviyyə və Qabil adlı şəxslərin həmçinin ətrafda toplanmış digər şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, bundan başqa müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 heç kəs köməklik göstərməmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 02 ay 05 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmış, Gəncə şəhər prokurorunun xx.xx.2024-cü il qərarı ilə Təqsirləndirilən şəxs1 kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasından keçməsi zərurəti yarandığından o, 1 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixdə Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserinə köçürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin son müddəti xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. Gəncə şəhər prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 xəsarət yetirməsi faktı üzrə onun barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə st. XPŞ-in İTB-nə göndərilməsi qərara alınmış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 47000 manat məbləğində verdiyi pulu ala bilməməsi ilə bağlı müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmiş, xx.xx.2024-cü il tarixdə Atatürk prospekti 249 3 A ünvanının 1-ci mərtəbəsinin şimal-qərb küncündə yerləşən qeyri-yaşayış sahəsinin qarşısında baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-360/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 (hazırkı iş üzrə - təqsirləndirilən şəxs) Şahid3 (hazırkı iş üzrə - şahid) qarşı onun Gəncə şəhəri, Atatürk prospekti 249 nömrəli binanın birinci mərtəbəsində yerləşən 4,6 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddiası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, lakin Təqsirləndirilən şəxs2 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4264/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X3 və digərlərinin Gəncə şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Təqsirləndirilən şəxs2) Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi barədə ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla müəyyən olunur ki, sözügedən sərəncamda Gəncə şəhəri Atatürk prospekti 249, 3A nömrəli yaşayış evinin şimalında şəhərsalma norma və qaydalarını pozmaqla Təqsirləndirilən şəxs1 məxsus ticarət köşkünün götürülməsini və Təqsirləndirilən şəxs1 razılıq ərizəsini nəzərə alaraq, Gəncə şəhəri, Atatürk prospekti 249, 3A nömrəli yaşayış evinin fəsadının yenidən qurulması ilə əlaqədar həmin evin birinci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5.0 kv.m qeyri-yaşayış sahəsinin rəsmiləşdirillməsi və Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınması qərara alınmışdır. AN-İ №1204322 nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri, Atütürk prospekti 249, ev 3A ünvanında yerləşən qeyri-yaşayış sahəsini alıcı Zərərçəkmiş şəxs2 satmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 isə sağ diz-baldır nahiyəsinin yumşaq toxumalarının diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinliyi halında əzilməsi ilə müşayiət edilən - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin yetirilməsi və zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyləri və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 221.2.1 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tartixdə saat 18:10 radələrində Gəncə şəhəri, Atatürk prospekti, 249 3 A ünvanın qarşısında bir qrup şəxs halında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, bundan başqa Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşyalardan istfadə etməklə Gəncə şəhəri, Atatürk prospekti, 249 3 A ünvanının 1-ci mərtəbəsinin şimal-qərb küncündə yerləşən qeyri-yaşayış sahəsinə əsassız mülkiyyət iddiaları səsləndirdiyi üçün Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan qəsdən əl və ayaq zərbələri, daha sonra isə Təqsirləndirilən şəxs1 daş ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhəri, Atatürk prospektin 249 3 A ünvanının qarşısında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Gəncə şəhəri, Atatürk prospekti, 249 3 A ünvanının 1-ci mərtəbəsinin şimal-qərb küncündə yerləşən qeyri-yaşayış sahəsinə əsassız mülkiyyət iddiaları səsləndirdiyi üçün Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, atası Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2024-cü il tartixdə saat 18:10 radələrində Gəncə şəhəri, Atatürk prospekti, 249 3 A ünvanın qarşısında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Gəncə şəhəri, Atatürk prospekti, 249 3 A ünvanının 1-ci mərtəbəsinin şimal-qərb küncündə yerləşən qeyri-yaşayış sahəsinə əsassız mülkiyyət iddiaları səsləndirdiyi üçün Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Lakin, məhkəmə ilk öncə həm xx.xx.2024-cü ildə baş verən hadisədə təqsirləndirilən şəxslərin hər ikisinin əməllərinə birlikdə, həm də xx.xx.2024-cü ildə baş vermiş hadisədə Təqsirləndirilən şəxs1 əməlinə hüquqi qiymət verərək qeyd edir ki, qeyd olunan hər iki hadisə nəticəsində zərərçəkmiş şəxslər bədən xəsarətləri alsalar da, təqsirləndirilən şəxslər həmin əməlləri cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etmələrini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə, həm xx.xx.2024-cü il həm də xx.xx.2025-ci il tarixdə baş vermiş hadisələrin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdikləri ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə aktları ilə - hadisə vaxtı təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslərin hadisədən əvvələ dayanan mülki xarakterli mübahisəsi əsasında yaranmış münaqişə vəziyyətində olmaları hissəsində bir-biriləri ilə uzlaşır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı ifadələrində bildirmişlər ki, zərərçəkmiş şəxslərlə aralarında olan hadisələr Gəncə şəhəri, Atatürk prospekti 249 3A ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlıdır. Eləcə də, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı izahatlarında, habelə məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə aralarında əvvəllər mülki xarakterli mübahisələri olmuşdur və hələ də vardır. Belə ki, o, izahat və ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və həyat yoldaşının ona pul borcu vardır. Bu hal həmçinin iş üzrə xx.xx.2024-cü il tarixli sübutların qiymətlədirilməsi haqqında qərardan da görünür ki, həmin qərarda Zərərçəkmiş şəxs2 pul tələbinin mülki xarakterli olduğu izah edilmişdir. Bundan başqa o, məhkəmədə bildirmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində qonşu obyektlərdə fəaliyyət göstərən digər zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər arasında bundan əvvəl dava olmasa da bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Həmçinin, onlar arasında mübahisənin mövcud olması barədə Şahid3 da öz ifadəsində qeyd etmişdir. O bildirmişdir ki, bundan əvvəl Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurub, sinəsindən boyunbağısını dartıb qırmışdır. Bununla bağlı da polis idarəsinə müraciət edilmişdir. Habelə, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1la onun əvvəllər işgüzar münasibətləri olub, lakin sonradan münasibətləri pisləşmişdir. Odur ki, təqsirləndirilən şəxslər Türkana xəsarət yetirərək ona zərər vurmaq istəyirlər. Belə ki, onlar düşünürlər ki, Zərərçəkmiş şəxs1 ona maddi köməklik göstərir, bu səbəbdən Türkana xəsarət yetirirlər ki, Türkan xəsarət alsa işləyə bilməz və ona pul verə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən əvvəl münasibətləri yaxşı olmamışdır. Belə ki, onlar arasında “qeyri-yaşayış sahəsi” və “pul” üstündə mübahisələrin olduğu məhkəmə aktları, iş materialları ilə müəyyən olunur. Həmin gün isə onların arasında mülki xarakterli münaqişədən irəli gələn şəxsi münasibətlər zəmnində mübahisə olmuş və onlar qarşılıqlı olaraq bir-birlərinə xəsarətlər yetirmişlər. xx.xx.2024-cü il tarixdə baş verən hadisə zamanı ilk öncə zərərəçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bıcaqla hücum etmiş (bu hal ekspertiza rəyi, təqsirləndirilən şəxslərin, şahid ifadələri ilə sübut olunur) bundan sonra münaqişə qarşılıqlı xarakter almış, digər Təqsirləndirilən şəxs2 da atasının hücuma məruz qaldığını görüb Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hər iki hadisə vaxtı təqsirləndirilən şəxslərin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəmnində, Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə, məhz onun Təqsirləndirilən şəxs1 hücum etməsindən sonra baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxslər tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənlərin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan Gəncə şəhəri, Atatürk prospektində baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “daş” ilə xəsarət yetirməsi və eləcə də sonuncunun dişlərinin tökülməsi öz təsdiqini tapmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırda zərərçəkmiş şəxsin dişlərinin olmaması onun dişlərinin məhz xx.xx.2024-cü ildə və eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən “daş” və ya başqa vasitə ilə sındırılmasını deməyə əsas vermir. Belə ki, həmin halın mövcud olduğunu iddia edən Zərərçəkmiş şəxs1 hadisə baş verən gün, yəni xx.xx.2024-cü ildə şifahi məlumat verərkən Təqsirləndirilən şəxs1 onu yumruqla döydüyünü bildirmiş, habelə ibtidai istintaq zamanı ilkin izahatında xəsarət aldığı üçün ekspertiza təyin edilməsini xahiş etmiş və qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 onu yumruqla sol gözünün altından, Təqsirləndirilən şəxs2 isə başının sağ tərəfindən vurmuşdur. Həmçinin, onun müraciəti əsasında təyin edilmiş ekspertiza zamanı da Təqsirləndirilən şəxs1 tərəfindən onun dişlərinin sındırılmasını bildirməmişdir (iş üzrə ekpert ifadəsində qeyd edir ki, bildirsəydi dişlərinə də baxılıb qiymət verilərdi). Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadələri arasında olan ziddiyətlərdən biri də odur ki, o, ibtidai istintaq zamanı onun Təqsirləndirilən şəxs1 tərəfindən yetirildiyi xəsarət nəticəsində onun 14 dişinin, məhkəmə istintaqı zamanı isə 8-9 dişinin töküldüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, bədən xəsarətlərinin ağırlıq dərəcəsinə diqqət yetiriləsə “dişlərin sınması” daha ağır xəsarətdir və əgər 10 fevral 2024-cü il tarixdə baş verən hadisə zamanı həqiqətən də zərərçəkmiş şəxsin dişləri sınmış olsaydı o, bununla bağlı hadisədən bir neçə ay sonra (aprel ayında) deyil, elə ilk müraciətində bildirər və həmin xəsarətin dərəcəsinin təyin edilməsini istəyərdi. Habelə, btidai istintaq zamanı zərərçəkmiş şəxsin dişlərinin sınmasını bildirdikdən sonra təyin olunmuş ekspertizanın rəyi, habelə məhkəmə iclasında şahid kimi dindirilmiş ekspertin ifadəsindən də görünür ki, zərərçəkmiş şəxsin dişlərinin məhz xx.xx.2024-cü ildə sındırıldığı sübut olunmur. Məhkəmə, Zərərçəkmiş şəxs1 ifadələri arasında yuxarıda qeyd edilən ziddiyyətləri və işin hallarını nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ona daşla xəsarət yetirib, nəticədə dişlərini sindırması ilə bağlı ifadəsini aralarında olan münaqişə səbəbindən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdırmaq üçün verdiyi ifadə kimi qiymətləndirir və onun ifadəsini həmin hissədə sübut kimi qəbul etmir. Bundan başqa, məhkəmə Şahid1 ifadəsinə “xx.xx.2024-cü il tarixdə baş verən hadisədə Təqsirləndirilən şəxs1 əlində “daş” olduğunu deməsi hissəsinə təndiqi yanaşaraq, ilk öncə onu qeyd edir ki, Şahid1 ibtidai istintaq zamanı ilkin ifadəsində “Əli Türkana hücum edən zaman onların obyektin ön tərfinə keçdiyini, həmin zaman ətrafa başqa şəxslər gəldiyi üçün obyektdən çıxa bilmədiyini, həm səhhəti həm yaşı ilə əlaqədar olaraq, həmçinin Türkan obyektdən çıxdığı üçün o obyekt boş qalmasın deyə obyektin içərisində qaldığını” bildirmişdir. Lakin, sonrakı ifadəsində və məhkəmədə göstərdiyi ifadəsində qeyd etmişdir ki, hadisə baş verən yerə getmiş, hətta Təqsirləndirilən şəxs1 əlində “daş” (onun deməsi ilə “tamet qırığı”) olduğunu görmüş və onu Təqsirləndirilən şəxs1 əlindən alıb yaşıllığa atmışdır. Bundan başqa, məhkəməyə təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan görüntülərdən görünür ki, Şahid1 hadisədən sonra Təqsirləndirilən şəxs1 yanına getmiş və zərərçəkmiş şəxslərin xeyrinə onlar arasında olan mübahisə barədə danışmış, obyekti onlara satmağı məsləhət görmüşdür. Halbuki, Şahid1 zərərçəkmiş şəxslər ilə münasibətlərinin olmadığını bildirmişdir. Bu hal da Şahid1 ifadə verərkən qərəzsiz olmadığı qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, Şahid4 da ifadəsinin “xx.xx.2024-cü il tarixdə baş verən hadisə hadisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən daşla vurularaq dişlərinin sındırılması” ilə bağlı hissəsinə tənqidi yanaşır və qeyd edir ki, nə Təqsirləndirilən şəxs1 əlində daş olması, nə də daşla Zərərçəkmiş şəxs1 dişlərinin sındırması iş üzrə digər sübutlarla təsdiq edilmir. Odur ki, məhkəmə Şahid1 və Şahid4 ifadələri iş üzrə digər sübutlarla uzlaşmadığından xx.xx.2024-cü il tarixdə baş verən hadisədə Təqsirləndirilən şəxs1 əlində “daş” olduğunu və eləcə də Zərərçəkmiş şəxs1 dişlərinin sındığını qeyd etmələri ilə bağlı hissəsini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “daş”la xəsarət yetirib onun dişlərini sındırması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 “daş”la xəsarət yetirib, nəticədə onun dişlərini sındırmasına dair şübhələr onun xeyrinə həll edilməlidir. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadələrində zərərçəkmiş şəxslərə heç bir xəsarət yetirmədiklərini bildirmişlər. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin bu məzmunda ifadə vermələrini onların özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və s.) tam təsdiq olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əl zərbələri vuraraq bədən xəsarətləri yetirmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və 221.3-cü maddələrində, eləcə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onların şəxsi münasibətlər zəminində münaqişə gedişində və zərərçəkmiş şəxslərin təşəbbüsü nəticəsində başlamış dava-dalaş zamanı zərərçəkmiş şəxslərə xəsarətlər yetirmələri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, sağlamlığında problemlərin olmasını yüngülləşdirən hallar kimi (maddə 59.2), xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni bir qrup şəxs halında törətməsi (maddə 61.1.1) və xx.xx.2024-cü il tarixdə baş vermiş hadisədə cinayətin təkrar törədilməsi (maddə 61.1.3) məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (maddə 59.2) cəzasını yüngülləşdirən hallar kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni bir qrup şəxs halında törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslər məhkəmə iclasında təqsirləndirilən şəxslərə ən ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni baş vermiş hadisənin onlar arasında əvvəldən olan münaqişəyə dayanmasını, hadisə zamanı Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs1 xəsarət yetirməsini, habelə ilk cəhdin onun tərəfindən edilməsini, eləcə də onların barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alıb, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmalarını əsaslı və ədalətli hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildikləri maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (zərər çəkmiş şəxslərə yetirilmiş xəsarətlərin sayı və dərəcəsi), onun şəxsiyyəti, yaşı, səhhəti o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası yuxarı həddə yaxın həddə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 04 ay 05 gün müddət həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs1 həmin şöbədə qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, yuxarıda qeyd edilən halları, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cinayətdə iştirakının rolu və dərəcəsi, şəxsiyyətini, qadın olduğunu, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 iş yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, habelə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut - 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 300 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 04 ay 05 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, cəmi 08 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 həmin şöbədə qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 iş yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 300 (üç yüz) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-85/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-85/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver