Məhkəmə qərarları › İş №1(125)-86/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-86/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-86/2023 30.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, S.Civazadə küçəsi 5-də qeydiyyatda olan, Gəncə şəhəri,3-cü mikrorayon, ev 4, mənzil 50-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan təqdbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncu ilə Bakı şəhərində yerləşən Sədərək adlı ticarət mərkəzindən yataq dəstləri alıb, Gəncə şəhəri və ətraf rayonların ərazisində sataraq qazanc əldə edəcəkləri vədi ilə 2019-cu il tarixdə istintaqa dəqiq məlum olmayan ay və günlərdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda müxtəlif vaxtlarda olmaqla, ümumilikdə 27000 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxsə 27000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, Gürcüstan Respublikası ilə X4 naməlum tanışları vasitəsilə ucuz qiymətlə məişət əşyaları gətirəcəyi vədi ilə 2020-ci ilin sentyabr ayı ərzində istintaqa dəqiq məlum olmayan günlərdə müxtəlif vaxtlarda özünün yaşadığı ünvan 2 ünvanda Zərərçəkmiş şəxs2 ümumilikdə 6900 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxsə 6900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs3 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Gürcüstan Respublikası ilə X4 naməlum tanışları vasitəsilə ucuz qiymətlə məişət əşyaları gətirəcəyi vədi ilə 2020-ci ildə istintaqa dəqiq məlum olmayan ay və günlərdə özünün yaşadığı ünvan 2 ünvanda Zərərçəkmiş şəxs3 ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə 11400 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxsə 11400 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrar tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs12 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs12 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək 2019-cu il tarixdə istintaqa dəqiq məlum olmayan ay və günlərdə sonuncunun Gəncə şəhəri, Alov ticarət mərkəzində yerləşən qab-qacaq mağazasından 4150 manat dəyərində məişət əşyalarını satıb pulunu verəcəyi adı ilə yalan vədlər verib ələ keçirərək, zərərçəkmiş şəxsə 4150 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs4 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs4 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə bir ədədi 250 manat olan 109 düyüm ölçüdə televizorları naməlum tanışları vasitəsilə gömrük sərhədindən ucuz qiymətə keçirməklə gətirəcəyi və satıb ona qazanc verəcəyi adı ilə yalan vədlər verərək aralarında yaranmış etibarlı münasibətdən istifadə etməklə, sonuncudan 2000 manat nağd pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri, 3-cü mikraroyon ərazisində Abbas Səhhət adına xəstəxananın yaxınlığında yalan vədlər verib ələ keçirərək zərərçəkmiş şəxsə 4000 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs5 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin may ayından noyabr ayınadək olan dövr ərzində istintaqa dəqiq məlum olmayan günlərdə Bakı şəhəri, Sədərək Ticarət mərkəzində yerləşən “Bliss Victoriya” adlı tekstil əşyaları mağazasında sonuncunun ümumilikdə 20000 manat dəyərində tekstil əşyalarını ayrı-ayrı vaxtlarda vahid niyyətlə yalan vədlər verib yəni,satıb pulunu verəcəyi adı ilə ələ keçirərək zərərçəkmiş şəxsə 20000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs6 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək 2021-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan ay və günlərdə ucuz xalça alqı-satqısı ilə məşğul olmaqla qazanc əldə edəcəkləri barədə vədlər verərək Zərərçəkmiş şəxs6 yaşadığı Gəncə şəhəri, 3-cü mikraroyonda yerləşən yeni məhlələrdə ünvansız fərdi yaşayış evində 3020 manat dəyərində 40 ədəd xalçalarını yalan vədlər verib ələ keçirərək, zərərçəkmiş şəxsə 3020 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs10 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs10 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasından ucuz qiymətə elektrik avadanlıqları, televizor və soyuducu gətirəcəyi ilə bağlı yalan vədlər verərək yaşadığı ünvan 4 ünvanda Zərərçəkmiş şəxs10 2000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs7 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs7 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, 2021-ci ilin oktyabr ayı ərzində istintaqa dəqiq məlum olmayan günlərdə İphone 13 markalı telefonları gömrük sərhədindən ucuz qiymətə keçirməklə gətirəcəyi və satıb ona qazanc verəcəyi barədə yalan vədlər verərək, yaşadığı ünvan 4 ünvanda Zərərçəkmiş şəxs7 4000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə 4000 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs8 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, 2021-ci ilin oktyabr ayı ərzində istintaqa dəqiq məlum olmayan günlərdə İphone 13 markalı telefonları və “Anchor” markalı yağları naməlum tanışları vasitəsilə gömrük sərhədindən ucuz qiymətə keçirməklə gətirəcəyi və satıb ona qazanc verəcəyi barədə yalan vədlər verərək yaşadığı ünvan 4 ünvanda Zərərçəkmiş şəxs8 5200 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə 5200 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs9 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs9 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, 8 noyabr 2021-ci il tarixdə məişət əşyalarını naməlum tanışları vasitəsilə gömrük sərhədindən ucuz qiymətə keçirməklə gətirəcəyi və satıb ona qazanc verəcəyi barədə yalan vədlər verərək yaşadığı ünvan 5 ünvanda Zərərçəkmiş şəxs9 4660 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə 4660 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs11 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs11 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, 19 fevral 2022-ci il tarixdə sonuncunun Gəncə şəhəri Grand Qafqaz adlı ticarət mərkəzində yerləşən mağazada satdığı 1001 xırdavat mallarını pərakəndə qiymətinə topdan şəkildə müxtəlif rayonların ərazisində sataraq birlikdə qazanc əldə edəcəkləri barədə yalan vədlər verərək 310 manat dəyərində yuyucu vasitə olan “Arieli”, 60 ədəd bağlamada yarım litrlik həcmdə ümumi dəyəri 432 manat olan “Bon Aqua” markalı qazsız suları və 1 ədədinin qiyməti 12 manat olan 120 ədəd ümumi dəyəri 1440 manat olan “Preline” markalı uşaq üçün bezləri ələ keçirərək zərərçəkmiş şəxsə 2182 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki,o, 2017-ci il tarixdən Türkiyə Respublikasından yataq dəstləri, pastellər sifariş əsasında gətirərək Gəncə şəhəri və ətraf rayonların ərazisində satışını həyata keçirməyə başlamışdır. O, həmin pastelləri və yataq dəstlərini həm nağd formada, həmdə nisyə topdan və pərakəndə satışını həyata keçirirmiş, həmin işləri özü tək etmişdir. Daha sonra o, Bakı şəhərində yerləşən “Sədərək” adlı bazardan yuxarıda qeyd etdiyi malları gətirərək həm öz evində pərakəndə formada, həm də digər ətraf rayonların ərazisində topdan satışını həyata keçirirmişdir.Zərərçəkmiş şəxs1, Ayaz Bəhrəmzadənin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Suriyya Eyvazovanın,Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs11 onun barəsində yazmış olduqları izahat, ifadələrlə cinayət işi yekunlaşıb məhkəməyə verilən zaman tanış olmuşdur. Həmin şəxslərdən Ayaz Bəhrəmzadə, Zərərçəkmiş şəxs3 və Xəyalanın anası Zərərçəkmiş şəxs10 ona qarşı yalan ifadələr vermişdir, qalan şəxslərlə arasında alverləri olub, onlara borcu qalıb,hazırda da onlarla razılaşmış, hissə-hissə borclarını ödəyəcək,ondan şikayətləri olmamağı barədə notarial qaydada ərizə təqdim etmişlər və o, ərizələri istintaqa təqdim etmişdir.Həmin şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 ondan şikayətləri olmadıqları barədə ərizə yoxdur.O, Zərərçəkmiş şəxs1 ilə təxminən 2019-cu il tarixdə Bakı şəhəri “Sədərək” adlı bazardan satmaq üçün mallar gətirməyə gedən zaman avtobusda tanış olmuşdur. Həmin vaxt Sevda ilə söhbətləri şirin alındığına görə münasibətləri yaranmış, bir-birinin nömrəsini götürərək əlaqə saxlamağa başlamışlar. Bundan sonra Sevda 2019-cu il tarixdə xatırlamadığı vaxtda ona zəng vuraraq Bakı şəhərindən gətirdiyi mallarının satılmadığını, ona kömək etmək istədiyini bildirmişdir.O, onun yaşadığı evə getmiş, əlində olan mallarına baxaraq həmin malların satılmasında kömək edəcəyini, lakin satdıqdan bir müddət sonra pulunu yığaraq ona qaytaracağını bildirmiş, Sevda isə onunla razılaşmışdır.O, Sevdanın təxminən 1500-2000 manat dəyərində mallarını götürüb satmış, sonra isə götürdüyü malların pulunu qaytarmışdır. Sevda bundan sonra ona təxminən 6000 manat dəyərində adyalı olduğunu, onu satmağını istəmişdir.O,yenə də onun yaşadığı evə getmiş, evdə həmin adyallara baxmış, onları götürmüşdür.Bir müddət sonra isə satdığı şəxslərdən həmin adyalların pulunu yığaraq Sevdaya ödəmişdir. Daha sonra isə Sevda elektronika əşyaları alıb-almadığımı ondan soruşmuşdur. Belə olan halda o, ona ucuz qiymətə olsa alıb sata biləcəyini bildirmişdir. Sevda ona qardaşının Bəhruz adlı dostu olduğunu, həmin şəxsin elektronika əşyaları satdığını demişdir.O, onunla birlikdə həmin Bəhruz adlı şəxsin mağazasına getmiş,mağaza “Alov” ticarət mərkəzində yerləşmişdir. Orada Sevda ilə birlikdə elektronika mallarını seçmiş, seçdiyi malların ümumi dəyəri 6000 manat olmuşdur.Sonuncu dəfə isə Sevda 6000 manatlıq elektronika mallarının nisyə formada götürülməsində ona köməklik edəcəyini demiş və həmin elektronika mallarının qazancına şərik olacağını ona demişdir. O,isə onun bu sözləri ilə razılaşaraq Bəhruz adlı şəxsdən nisyə formada 6000 manatlıq elektronika malları götürmüşdür.Götürdüyü həmin elektronika mallarının pulunu Bəhruz adlı şəxsə hissə-hissə verdiyi üçün narazılıq etmişdir. Belə olan halda isə o, həmin pulu Sevdaya verərək yığmasını və Bəhruz adlı şəxsə ümumilikdə verməsini bildirmişdir.Bundan sonra Bəhruza borcu qalmamışdır. Ona olan borcunun hamısını Sevdaya vermişdir.Daha sonra isə Sevdadan o, təxminən yenə də 6000 manat dəyərində satmaq üçün İran istehsalı olan adyalları,sonra 5000 manat dəyərində əl dəsmalları,xalça,pərdələr götürmüşdur. Bu vaxt onun işləri yaxşı getmədiyinə, dünyada “Covid-19” pandemiyası yayıldığına görə alver edə bilməmiş və Sevdadan götürdüyü malları geri qaytarmaq istəmişdir. Lakin Sevda ondan pul istədiyi üçün o, pulunu geri qaytara bilməmişdir.Sevda ondan bir neçə dəfə borcunu geri istəsə də, o, həmin pulu ona qaytara bilməmişdir.Sevdadan konkret olaraq heç bir vaxt nəqd pul almamış, mal alıbsatıb pulunu qaytarmış,elə olmuş ki,o, pulun əvəzinə ondan da mal almışdır.Son aldığı cəmi 11.000 manatlıq əşyaların pullarını ona ödəməmiş,ona borcu da 11.000 manatdır. Sevda yalan ifadə vermişdir,onun Sevdaya 27.000 manat borcu olmamışdır.O, 2020-ci il tarixdə Gəncə şəhərində dırnaqlarını düzəltdirən zaman Zərərçəkmiş şəxs3 ilə təsadüfən tanış olmuşdur. Aysel həmin vaxt dırnaq ustasının yanında olan zaman yeni mağaza açdığını, həmin mağazada qadın paltarları satdığını bildirmişdir. o, və dırnaq ustasının yanında olan bir neçə nəfər onun yeni mağazasına getmək qərarına gəlmişlər. Orada hər kəs özü üçün bir neçə geyim əşyaları götürmüşdür.O, da Ayselin işlədiyi mağazadan bir neçə geyim əşyası almışdır.Bundan sonra Aysellə aralarında münasibət yaranmışdır.X9 rayonundan olduğuna görə onunla münasibətləri daha yaxın olmuşdur. Aysel onu Xəyalə adlı qohumu ilə tanış etmiş, demişdir ki, Xəyalə sələmə faizlə pul verir, Xəyalədən faizlə pul götürərək işlərini daha rahat həll edə bilərsən.O, da Ayselə demişdir ki, onu Xəyalə ilə tanış etsin, ondan pul götürməkistədiyini bildirmişdir. Aysel onu Xəyalə ilə tanış etmişdir.O, Xəyalədən ilk dəfə 2000 manat pul götürüb ona vermişdir. Daha sonra həmin pulu Ayselə faizi ilə birlikdə qaytarmışdır. Sonra isə 4000 manat bir dəfə,2900 manat də bir dəfə 20 faizlə Xəyalədən yenə Aysel onun üçün pul götürmüş,ona vermişdir.O, həmin pulun faizini ödəmişdir. Əsas borcdan isə 1000 manat ödəmiş, 5900 manat borcu qalmış,sonradan isə onun pulunu verə bilməmişdir. Aysel isə özü ona 2000 manat bir dəfə,1000 manat bir dəfə, sonra hissə hissə 4000 manat da faizə pul vermiş,amma ona demişdir ki,bu pulu da Xəyalədən almışdır, 4000 manatı da xalası oğlundan almış, amma Xəyaləyə demə demiş, o, da deməmişdir. Həmin pulun faizini Aysel ona demişdir ki, “sənə kart atacam adı Anardır, o, mənim xalam oğludur, pulu ona ödəyərsən”.O, da 1000 manat bir dəfə, 1000 manat bir dəfə, 700 manat bir dəfə, 100 manat bir dəfə, 400 manat da bir dəfə Anarın kartına ödəmiş və həmin qəbzləri ifadəsinə əlavə etmişdir. Ümumilikdə Ayselin özündən aldığı pul 7000 manatdır.Ondan da Anarın kartına 3100 manat ödəmişdir.Həmçinin Ayselə qalan borcuna görə ona təxminən 2200 manatlıq pastel elektromallar vermiş,amma Aysel onu hesabdan çıxmamışdır.Onun hazırda Ayselə borcu qalmamış, tam olaraq ödəmişdir.Zərərçəkmiş şəxs10 müraciəti ilə əlaqədar olaraq deyə bilər ki, o, ümumiyyətlə Reyhanla heç bir alver etməmişdir. Reyhanın onun barəsində dedikləri şər və böhtandır. Reyhan digər şəxslərin şikayət etdiyini görüb ondan pul ələ keçirmək məqsədilə onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Reyhanla da barışmış, sonuncu ondan şikayətçi deyildir. Zərərçəkmiş şəxs6 ilə onun arasında 2019-cu il tarixdən alqı-satqı münasibətləri ilə bağlı tanışlıq yaranmışdır. Onunla daim aralarında qarşılıqlı hörmət olmuş, heç vaxt narazılıq olmamışdır.O,onunla birlikdə xalça alveri etmək istəmişdir.Əvvəllər tanıdığı şəxsdən ucuz qiymətə ümumilikdə 3060 manata xalça alaraq Arzuya vermişdir.Daha sonra Arzu həmin xalçaları sata bilmədiyi üçün o, təklif etmişdir ki, onun köhnə tanışları var, aldığı xalçaları sataraq birlikdə qazanc əldə edə bilərlər. Arzu da həmin xalçaları özü sata bilmədiyi üçün ona verməkdə tərəddüd etməmişdir.O, Arzudan 3020 manat dəyərindəxalçaları yaşadığı evdə götürmüşdür.Daha sonra Goranboy rayonu ərazisində nisyə formada tanımadığı şəxslərə satmışdır.Sonra isə ölkə ərazisində “Covid- 19” virusu yayıldığı üçün o, həmin xalçaların pulunu yığa bilməmiş, Arzu ondan pulunu tələb etdiyi üçün ondan aldığı xalçanın 1420 manatını qaytarmışdır. Yerdə qalan 1600 manat pulu isə həbs olunduğu üçün qaytara bilməmişdir.Onun Arzunu aldatmaq fikri olmamışdır. Hazırda Zərərçəkmiş şəxs6 ondan şikayətçi deyildir. Onunla aralarında yalnız alqı-satqı münasibətləri olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs5 ilə tanışlığı Bakı şəhərində “Sədərək”ticarət mərkəzində olmuş, Səbuhi “Bliss Victoriya” adlı mağazada çalışmışdır. Səbuhinin işlədiyi mağazadan o, əvvəllər 60000-70000 manatlıq tekstil əşyaları alıb, pulunu isə vaxtında vermişdir. Sonradan isə o, pandemiya dövründə onun alveri zəiflədiyi üçün “Sədərək”də yerləşən həmin mağazadan da tekstil əşyalarını nisyə formada götürməyə başlamışdır. Səbuhi onu tanıdığı üçün 2021-ci ilin may ayında ona nisyə formada təxminən 10000 manatlıq tesktil əşyaları vermişdir.O, isə Səbuhiyə həmin əşyaların pulunu tezliklə qaytaracağını söz vermişdir.O, həmin əşyaları nağd formada tez sata bilmədiyi üçün nisyə formada müxtəlif rayonların ərazisində təsadüfi sifariş verdiyi taksi avtomobili ilə birlikdə gedərək satmış, lakin həmin satdığı əşyaların pulunu yığa bilməmişdir. Səbuhi ona tez-tez zəng edərək pulunu istədiyi üçün öz cibindən Səbuhiyə az-az ödənişlər etmişdir.Sonuncu dəfə o, 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında yenidən həmin “Bliss Victoriya” adlı mağazaya getmişdir. Səbuhiyə vəziyyətini yavaş yavaş düzəltdiyini demiş,ona yenidən nisyə formada tekstil əşyaları verməsini xahiş etmişdir.Səbuhi isə ona ödənişlər etdiyini gördüyü üçün ona yenidən 10000 manatlıq tekstil əşyaları vermişdir.O, həmin vaxt yenidən ona ödəniş etmişdir.O, Səbuhidən aldığı malların pulundan təxminən 5000-6000 manatını ödəmişdir. Sonradan həbs olunduğu üçün ödənişlər edə bilməmişdir.Onun Səbuhini aldadaraq ona qarşı dələduzluq etmək niyyəti olmamış, sadəcə alver etmişdir. Bundan başqa Səbuhi ilə heç bir problemi olmamışdır. Hazırda Səbuhiyə onun təxminən 15.000 manat borcu qalmışdır.Bundan başqa Zərərçəkmiş şəxs4 o, xeyli müddətdir tanıyır, aralarında yaxın dostluq münasibətləri olmuşdur. Aynurə ilə arasında, həmçinin məişət və tekstil əşyalarının alveri olmuşdur. O, Aynurə ilə arasında olan alver zamanı ona təcili pul lazım olduğu üçün ondan 2000 manat borc pul almış, lakin ona 4000 manat lazım olmuşdur. Aynurə nağd pulu olmadığı üçün ona 2000 manat dəyərində qızıl-zinət əşyalarını da vermişdir.Aynurə ilə aralarında halhazırda hər hansı mübahisə qalmamış,Aynurəyə olan borcunu tam ödəmişdir.Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 adlı hər üç şəxsi birlikdə tanımışdır. Həmin şəxslər qohum olmuşlar,ona da özlərini eyni qaydada təqdim etmişdilər. Hər üç şəxs onun yaşadığı evə gələrək ondan yuyucu vasitələr, tekstil əşyaları, elektronika avadanlıqları və ərzaq malları satın alaraq öz ətrafında olan şəxslərə satmışlar.O, isə onlara daim başqa şəxslərə satmaq üçün əşyalar vermiş,lakin müəyyən vaxtlarda o, onlardan alver etmək məqsədilə pul almışdır. Ancaq həmin pulları onları aldadaraq almamış, onun məqsədi ümumiyyətlə hər hansı şəxsi aldatmaq olmamışdır. Zərərçəkmiş şəxs9 o, 4660 manat pul almış, sonuncuya əvvəldən aralarında olan alver zamanı verdiyi əşyalardan yenidən gətirməli imiş. Lakin pandemiya dövrü olduğu üçün o, həmin malları gətirə bilməmiş,həmin puldan Zərərçəkmiş şəxs9 1200 manat pul qaytarmış, amma yerdə qalan pulu qaytara bilməmiş, 3460 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs8 eyni qaydada ərzaq malları və məişət əşyası gətirməyi üçün borca 5200 manat pul almış, sonuncunu aldatmamış, Suruyanın istədiyi malları gətirmək üçün almışdır. Hər üç şəxs onun əvvəllər məişət əşyaları satdığını bilmişlər və aralarında heç vaxt narazılıq olmamışdır. Əgər onun onları aldatmaq məqsədi olsa idi,o, aldığı pulları ümumiyyətlə geri qaytarmazdı. Lakin o, imkanı çatdığı qədər onlardan aldığı pullardan geri qaytarmışdır. Zərərçəkmiş şəxs8 aldığı 5200 manat puldan 2400 manatını geri qaytarmış, qalan 2800 manat pulu isə həbs olunduğu üçün qaytara bilməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs7 ilə aralarında alqı-satqı ilə bağlı münasibət yaranmışdır. Gülnar onunla alver etmək üçün onun yaşadığı evə bir neçə dəfə gəlmiş, aralarında müəyyən qədər alqı-satqı münasibətləri olduğu üçün onunla daha çox alver etmək istəmişdir. Günlar ona 3000 manat pul vermiş və onunla daha çox alver etmək istədiyini bildirmişdir.Lakin müəyyən qədər çətinlikləri olduğuna görə Gülnara lazım olan malları alıb gətirə bilməmişdir.O, Gülnardan ona pul verməsini istəməmiş, aldatmamış, Gülnar özü onunla alver etmək üçün həmin pulu vermişdir. O, həmin 3000 manat puldan Gülnara 500-600 manat pul qaytarmış, 2400 manat borcu qalmışdır. Hazırda Suruya, Telnaz və Gülnarla razılığa gəlmiş, sonuncuların ondan şikayətləri yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs11 o, bir neçə ildir tanıyır, qardaşı ilə əvvəllər alver etmişdir.Valehin işlətdiyi “1001 xırdavat” mağazasına 2022-ci ilin fevral ayının təxminən 18-19-u tarixlərində getmişdir. Həmin gündən bir gün əvvəl o, Valehdən təxminən 1500 manat məbləğində uşaq üçün “Preline” markalı bez almış,həmin bezin pulunu bir gün müddətində Valehə qaytarmışdır. Daha sonra yuxarıda qeyd etdiyi tarixdə Valehin mağazasında olan zaman Valeh mallarının əlində qaldığını, onun ətrafının geniş olduğunu, həmin malları topdan şəkildə satmağını ondan xahiş etmiş, o, isə sata biləcəyini demişdir.Valeh mağazasında qalmış 60 kaset yarım lirtlik “Bon Aqua” markalı suları, 120 ədəd paçkada “Preline” markalı uşaq bezlərini və 310 manat dəyərində “Ariel” markalı yuyucu vasitə ona vermişdir.O,Valehi məcbur etməmiş, sonuncu özü həmin malları vermişdir.O, həmin malları götürmüş, pulunu təxminən 10 gün ərzində sataraq verəcəyini bildirmişdir.O, Valehdən aldığı yuxarıda qeyd edilən əşyaları topdan formada müxtəlif rayonların ərazisində nisyə formada satmışdır.O, həmin satdığı əşyaların pulunu yığaraq Valehə vermək istəmiş,lakin 24 fevral 2022-ci il tarixdə həbs olunduğu üçün həmin pulu Valehə qaytara bilməmişdir. O, Valehi aldatmamış, Valeh özü ona kömək etməyini istədiyi üçün o, həmin əşyaları ondan almışdır. Hazırda Valehin ondan heç bir şikayəti və tələbi yoxdur, barışmışlar. Bəzi zərərçəkmiş şəxslər onun adından yalan ifadələr veriblər ki,guya o, demişdir ki, “mənim sərhəd keçid məntəqələrində, gömrükdə işləyən xalam oğlu var, onun vasitəsi ilə ucuz mallar gətirib sizə verəcəm”, bu tam yalandır. Onun ümumiyyətlə gömrük orqanlarında heç bir xalası oğlu və ya digər qohumu işləmir,tanışları da yoxdur.O,Türkiyə Respublikasından mal gətirmiş və qanuni dövlət rüsumunu ödəmişdir. Sonda o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 başqa digər zərərçəkmiş şəxslərlə barışdığını, sonunculara olan borclarını hissə-hissə ödəmək barədə razılaşdıqlarını, bəzilərini isə tam ödədiyini, ona qarşı şikayət və tələblərinin olmadıqlarını, Sevda ilə Səbuhinin də pulunu hissə-hissə qaytaracağını nəzərə alaraq ona yüngül cəza erilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır,rəsmi olaraq heç bir yerdə işləmir,lakin gündəlik olaraq səyyari formada kişi, uşaq və qadın paltarlarının satışını həyata keçirir. O, həmin geyim əşyalarını Bakı şəhəri ərazisindən Sədərək ticarət Mərkəzindən alaraq Gəncə şəhərinə gətirirmişdir. Hər dəfə o, gətirdiyi malları satdıqdan sonra yenidən Bakı şəhərinə getmişdir. O, bir neçə dəfə Bakı şəhərinə gedən zaman Yeganə adlı qadınla tanış olmuşdur. Həmin Yeganə adlı qadın onunla aralarında yaranan münasibətdən istifadə etmiş və ona birlikdə iş qurmaq təklif etmişdir. Belə olan halda o, Yeganəyə əlində mayasının çox olmadığını, kiçik alverlə məşğul olduğunu bildirmişdir. Yeganə isə onunla birlikdə iş qura bilmədiyini görüb onun sonuncu dəfə Bakı şəhəerindən gətirdiyi geyim əşyalarını istəmişdir. Ona demişdir ki, həmin geyim əşyalarını ona verim. Bir neçə gün sonra həmin geyim əşyalarını satdıqdan sonra pulunu geri qaytaracaqdır. Belə olan halda o, Yeganənin sözlərinə inanmış və həmin geyim əşyalarını Yeganəyə vermişdir. Yeganə ona məxsus təxminən 3000 manat dəyərində geyim əşyalarını aparmış, bir neçə gün keçdikdən sonra Yeganə həmin geyim əşyalarına görə ödənilməli olan pulu ona gətirmişdir. O, artıq Yeganəyə inanmağa başlamışdır. Yenagə bu dəfə ona Bakı şəhəri, Sədərək Ticarət mərkəzində tanışlarının olduğunu, orada ucuz qiymətə adyal satıldığını ona bildirmişdir. Ona demişdir ki, “sən oradan adyalları al gətir, mən isə həmin adyalları biraz üzərində artıq pul qoyaraq satım”, o, Yeganənin sözlərinə inanmışdır. Onlar aralarında qiymət barəsində razılaşmışlar. O, Yeganənin sözü ilə 6000 manat dəyərində adyal alaraq Gəncə şəhərinə gətirmişdir. Gəncə şəhərində həmin adyalları yaşadığı evdə Yeganəyə vermişdir. Yeganə təxminən iki-üç gün sonra həmin adyalları satdıqdan sonra onun 6000 manat pulunu və əlavə olaraq üzərində razılaşdıqları qazancını vermişdir. Bu dəfə Yeganə bir az daha artıq adyal gətirməyini bildirmişdir. Belə olan halda o, bu dəfə 12000 manatlıq adyal gətirmişdir. Yenə də həmin adyalları yaşadığı evə Yeganəyə vermişdir. Yeganə həmin adyalları aparmış və bir neçə gündən sonra yenidən 12000 manat pulu və üzərində olan qazancını gətirmiş, o, Yeganəyə bu dəfə lap çox inanmışdır. Yeganə həmin 12000 manat pulu ona verdikdən sonra onun əziyyət çəkməməyini, lazımi qədər pulu ona verməyini, onun qardaşının gedib Bakı şəhərindən adyal gətirəcəyini bildirmişdir.O, əvvəlcə Yeganəyə etiraz etmiş. Lakin sonradan Yeganə onu inandırmış və ondan ümumilikdə 20000 manat pul almışdır.O, 20000 manat pulu Yeganəyə adyal gətirməsi və satdıqdan sonra qazanc əldə etməyi üçün vermişdir. Yeganə həmin 20000 manatı aldıqdan bir neçə gün sonra yenə də yaşadığı evə gəlmişdir. Həmin evdə olan zaman Yeganə ona “Sədərək” ticarət mərkəzində bir nəfər adyal satan şəxsin müflis olduğunu, əlində olan mallarını ucuz qiymətə satdığını bildirmiş, o, Yeganənin sözlərinə yenə inanmış,lakin o, Yeganəyə pulunun olmadığını bildirmişdir. Yenagə ona özünə məxsus qızıllarını lombarda qoyaraq pul əldə edə biləcəyini bildirmişdir.O, Yeganəyə lombard məsələlərindən qorxduğunu bildirmişdir. Yeganə isə ona tanışlarının olmasını heç bir problem olmayacağını bildirmişdir. Həmin vaxt Yeganə onun evindən çıxıb getmiş,bir müddət sonra geri qayıtmış,lombarda getdiyini, orada növbənin çox olduğunu, ona məxsus qızılları Yeganəyə verməyini, özünün tanışları vasitəsilə qızılın əvəzində lombarddan pul alacağını bildirmişdir.O, yenə də Yeganəyə inanmış və özünə məxsus təxminən 7000 manat dəyərində qızıl zinət əşyalarını Yeganəyə vermişdir. O, Yeganədən verdiyi pulları və qızılları tələb etməyə başlamış,lakin Yeganə malları verdiyi şəxslərdən pulu hələ ala bilmədiyini, həmin şəxslərin müflis olduğunu, ona görə də ona məxsus pulları qaytara bilmədiyini bildirmişdir.O, Yeganəyə hər dəfə vaxt versə də Yeganə and-aman edərək pulları geri qaytaracağını bildirmiş,lakin sonradan onun zənglərini açmamışdır.O, Yeganə ilə adyal alveri edən vaxt Yeganə qab-qacaq satan tanışının olub-olmadığını soruşmuşdur.O, isə Yeganəyə əmisi oğlu Bəhruz adlı şəxsin Gəncə şəhəri ərazisində qabqacaq alveri ilə məşğul olduğunu demiş, Yeganəni Bəhruzla tanış etmişdir. Sonradan isə Yeganənin Bəhruzdan nisyə qab-qacaq aldığını eşitmiş, Bəhruza da pul geri qaytarmamışdır. Yeganə ondan 20000 manat pulu adyal alacaqlarını və birlikdə qazanc əldə edəcəkləri vədi ilə ilk dəfə 2019-cu il tarixində dəqiq xatırlamadığı aylarda almışdır. Ondan əvvəl ondan 2000 manat borc pul almışdır. Daha sonra isə 20000 manatı verdikdən sonra Yeganəyə 7000 manat dəyərində qızıl zinət əşyalarını birlikdə alver etmək məqsədilə vermişdir. Yeganə ondan ümumilikdə 27000 manat pulu birlikdə alver etmək vədi ilə, 2000 manatı isə borc kimi almışdır. o, Yeganə ilə alver edən zaman, Yeganəyə pul verən zaman yanlarında heç kim olmamışdır.Onun Yeganə ilə Bəhruz arasında olan alverdən dəqiq məlumatı yoxdur. Sonda o, Yəganə tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, lakin Yeganə qadın olduğundan, o da qadına qarşı ağır cəza verilməsinin yaxşı hal olmadığını nəzərə alaraq Yeganəyə həbslə bağlı olmayan cəza verilməsini və cəza verilərkən kömək olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır,rəsmi olaraq heç bir yerdə işləmir,lakin gündəlik olaraq səyyari formada kişi, uşaq və qadın paltarlarının və məişət əşyalarının satışını həyata keçirir. 2020-ci ilin sentyabr ayında rəfiqəsi Zərərçəkmiş şəxs3 satıcı işlədiyi Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Nadya butik” mağazasında olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Yeganə ilə tanış olduqdan sonra Yeganə ona gömrük keçid məntəqələrinin birində xalası oğlunun işlədiyini, gömrükdə saxlanılan malları xalası oğlu vasitəsi ilə ucuz qiymətə gətirərək satıb qazanc əldə etdiyini bildirmişdir. O həmin vaxt Yeganə ilə birlikdə onun yaşadığı Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən binaya getmişdir. Yeganənin evində olan 400 manat dəyərində məişət əşyaları almışdır. Bir neçə gün sonra yenidən Yeganənin yaşadığı evə gedib 1500 manat dəyərində məişət əşyaları almışdır. Həmin vaxt Yeganənin həmin əşyaları dəyərindən dəfələrlə ucuz qiymətə satdığına görə həmin əşyaları almışdır. Yeganə ilə bir neçə dəfə alver etdikdən sonra aralarında münasibət yaranmışdır. Yeganə onunla aralarında yaranmış münasibətdən istifadə edərək xx.xx.2020-ci il tarixdə ona zəng vuraraq xalası oğlunun gömrükdə məişət əşyaları saxlamasını, həmin məişət əşyalarını almaq üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt Yeganəyə inanıb onun yaşadığı evə getmişdir. Yeganəyə ona ucuz qiymətə gömrükdən məişət əşyaları gətirəcəyi vədinə görə 4000 manat pul vermişdir. Yeganəyə həmin 4000 manat pulu verdikdən sonra Yeganə ona yenidən zəng etmiş və əlavə olaraq 2900 manat pul lazım olduğunu bildirmişdir. Belə olan halda o, Yeganənin sözlərinə inanmış və aralarında olan münasibətə görə ona yalan deməyəcəyini düşünərək yaşadığı Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən evinə getmiş və 2900 manat pulu Yeganəyə vermişdir. Bundan sonra Yeganə tezliklə gömrükdə olan malların gələcəyini bildirmiş, sonra isə telefonlarına cavab verməyərək onun hissə-hissə 2 dəfəyə, bir dəfə 4000 manat, ikinci dəfə isə 2900 manat olmaqla ümumilikdə 6900 manat pulu aldadaraq almışdır. Yeganə ona əvvəlcədən məişət əşyalarının gətirilməsi üçün ümumilikdə 6900 manat pul lazım olacağını bildirməmişdir. Yeganə hər dəfə müxtəlif bəhanələrlə həmin pulu ondan almışdır.Sonda o, şikayətçi olmadığını, ona vurulmuş ziyanın ödənildiyini və barışdıqlarını, hazırda da Yeganə ilə alver münasibətlərinin davam etdiyini bildirmiş və Yeganəyə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayında dırnaq ustası olan Ayşənin evində dırnağını düzəltdirən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur.Yeganə ilə tanış olduqdan sonra Yeganə ona Azərbaycan Respublikasının Gömrük Keçid Məntəqələrinin birində xalası oğlunun işlədiyini, gömrükdə saxlanılan malları xalası oğlu vasityəsilə ucuz qiymətə gətirərək satıb qazanc əldə etdiyini bildirmişdir. Yeganəni tanıdıqdan sonra Yeganə ona xalası oğlunun gömrükdə məişət əşyaları saxladığını, həmin məişət əşyalarını almaq üçün 5000 manat pul lazım olduğunu bildirmişdir.O, həmin vaxt Yeganəyə inanıb onun yaşadığı evə getmiş və Yeganəyə gömrükdən ucuz məişət əşyaları gətirəcəyi vədinə inanıb 5000 manat pul vermişdir. Yeganəyə 5000 manat verdikdən bir neçə gün sonra Yeganə ona zəng edərək alacağı malların gömrükdə qaldığını bildirmiş və əlavə olaraq həmin malların keçirilməsi üçün 3000 manat pul istəmişdir. Yeganə ilə danışdıqdan sonra o, yenə də onun evinə gedib eyni qaydada dediyi vədlərinə inanın yenidən 3000 manat pul vermişdir. O, bundan sonra Yeganəyə 8000 manat vermiş olmuşdur. Lakin Yeganə hələ də ona vəd verdiyi ucuz məişət mallarını gətirəcəyi ilə bağlı hər hansı hərəkət etməmişdir. Bundan sonra Yeganə 8000 manatdan əlavə mallarının X6 artıq qeydiyyat məntəqəsinə daxil olduğunu, həmin malların qeydiyyata alınması üçün əlavə olaraq 3400 manat pul lazım olduğunu bildirmişdir. O məişət əşyalarının gəlməsi üçün maneələrin yaranmaması və xeyli müddətdir ki, gözlədiyi üçün Yeganəyə yenidən 3400 manat pul vermişdir. O, beləliklə ümumilikdə Təqsirləndirilən şəxs 11400 manat pul vermişdir. Bundan əlavə isə o, Yeganəyə borc kimi 2000 manat vermişdir. Bundan sonra Yeganə ona müxtəlif bəhanələr gətirərək onun Yeganəyə məişət əşyalarını ucuz qiymətə gətirəcəyi vədinə görə verdiyi 11400 manat pulunu və 2000 manat borca verdiyi pulu geri qaytarmamışdır. Hər dəfə Yeganədən soruşan zaman müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O sonradan ətrafında olan şəxslərdən eşitmişdir ki, Yeganə ondan başqa bir neçə nəfər şəxsi də bu cür aldatmışdır. Yeganə ondan hissə-hissə 3 dəfəyə, bir dəfə 5000 manat, bir dəfə 3000 manat bir dəfə isə 3400 manat olmaqla ümumilikdə 11400 manat pulu aldadaraq almış, 2000 manatı isə borc kimi almışdır. Yeganə ona əvvəlcədən məişət əşyalarının gətirilməsi üçün ümumilikdə 11400 manat pul lazım olacağını bildirməmişdir. Yeganə hər dəfə müxtəlif bəhanələrlə həmin pulu ondan almışdır. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, heç bir şikayəti və tələbi olmadığını, mülki iddiadan imtina etdiyini, Yeganənin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədiyini bildirmiş və cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Gəncə şəhərində yerləşən “Alov” ticarət mərkəzində qab-qacaq satışı ilə məşğul olur, icarə əsasında çalışdığı mağazası vardır. Əmisi qızı Sevda isə səyyari formada paltar alveri ilə məşğul olur. O, Sevdadan Yeganə adlı qadınla alver etdiyini və pul qazandığını eşitmişdir. Əmisi qızı Sevda onu 2019-cu il tarixdə Yeganə ilə tanış etmişdir. Yeganə onun mağazasında ilk dəfə təxminən 400-600 mabnat aralığında qab-qacaq almış və bir neçə gün sonra həmin qab-qacağın pulunu geri qaytarmışdır. Yeganə adlı şəxs onda inam yaratmışdır. O, Yeganənin pulu geri qaytarmağına inanmışdır. Bundan sonra Yeganə onun mağazasına gəlmiş və onun mağazasından təxminən 4150 manat dəyərində qab-qacaq almışdır. O, Yeganəyə həmin qab-qacağı vermiş, Yeganə yenə də bir neçə günə həmin pulu qaytaracağını demişdir. O, Yeganəyə inanmış və qab-qacağı Yeganəyə vermişdir. Bundan sonra Yeganə həmin puldan ona iki dəfə olmaqla ümumilikdə 400 manat pul qaytarmışdır. Hal-hazırda isə ona ümumilikdə 3700 manat borcu qalmışdır. Onun Təqsirləndirilən şəxs hər hansı borcu olmamış, onunla aralarında əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus mağazadan bir dəfə 400-600 manat aralığında alver etmişdir. Ondan başqa heç vaxt alver etməmişdir. Yeganə ilk dəfə ondan götürdüyü malların pulunu qaytarmaqla onda inam yaratmışdır. O, Yeganənin sözlərinə inanaraq ona 4150 manat dəyərində qab-qacaq malları vermişdir. Yeganə ona bir neçə gün ərzində aldığı malların pulunu geri qaytaracağı barədə vədlər verməyinə baxmayaraq həmin qab-qacağın pulunu verməmiş,hər dəfə müxtəlif bəhanələrlə onu aldadırmış. Lakin sonradan Yeganə ona ayrıayrı vaxtlarda hər dəfə 200 manat olmaqla ümumilikdə 400 manat pul vermiş, qalan 3700 manat pulunu verməmişdir. Yeganə onun işlədiyi mağazaya həmişə tək gəlmiş, yanında kömək edən və ya birlikdə onu aldadan hər hansı şəxs olmamışdır. Yeganə ondan həmin qab-qacağı 2019-cu il tarixdə yadında qalmayan ayda və gündə almışdır. Yeganə həmin əşyaları ətraf rayonların ərazisində pərakəndə formada sataraq qazanc əldə edib onun pulunu qaytaracağı vədi ilə onu aldatmışdır. Sonda o, Yəganə ilə qalan 3200 manat pulun ödənilməsi barədə razılığa gəldiklərini, heç bir şikayəti və tələbi olmadığını bildirərək Yeganəyə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Gülüstan ASM-də tibb bacısı işləyir. O, 2020-ci ilin sonlarında dırnaq ustasının yanında olan zaman Yeganə adlı qadınla tanış olmuşdur. Həmin Yeganə adlı şəxs orada olan zaman ticarətlə məşğul olduğunu, Azərbaycan Respublikası Gömrük Keçid Məntəqələrində qohumunun olduğunu, həmin şəxsin vasitəsilə gömrükdə müsadirə edilmiş əşyaları gətirərək ucuz qiymətə satdığını bildirirmişdir. Yeganə ona müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə lakin dəyərindən çox ucuz qiymətə məişət və tekstil əşyaları alveri etmişdir. Bundan sonra Yeganə 2021-ci ilin aprel ayında onunla əlaqə saxlayaraq gömrük məntəqəsində müsadirə olunmuş televizorlar olduğunu, diaqonalı 109 ekran olan televizorun bir ədədini 250 manata alacağını bildirmişdir. O, Yeganədən bu işlərdə qazancının nə olduğunu soruşan zaman bir ədəd televizorun satılmasında 250 manat pul qazandığını bildirirmiş. O, Yeganəyə çox pulunun olmadığını bildirirmiş. Lakin Yeganə isə həmin gömrük məntəqəsində malları topdan satdıqlarını, pərakəndə satışın olmadığını bildirirmişdir. Belə olan halda o, Yeganəyə nə qədər pul tələb olunduğunu bildirmişdir. Yeganə isə ondan 4000 manat pul istəmişdir. O, Yeganəyə 2000 manat nağd pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Yeganə 4000 manat pul lazım olduğu üçün həmin qızıl zinət əşyalarından 500 manat nağd pulu ona qaytarmışdır.O,Yeganə qızıl-zinət əşyalarını ondan yaşadığı binanın qarşısında götürmüşdür. 2000 manat nağd pulu isə onun iş yerinə gələrək almışdır. Belə olan halda o, Yeganəyə bir ədədi 250 manat olan televizor gətirməsi üçün ümumilikdə 4000 manat vermiş olmuşdur. Yeganə həmin televizorların bir həftə müddətinə gələcəyini ona söz vermişdir. O, isə hər dəfə Yeganənin sözlərinə inanırmış. Lakin sonradan Yeganə ona televizorlar gəlməsə pulunu qaytaracağına söz verirmiş. Lakin Yeganə nə pul nə də ki, televizor gətirməmiş və onun etibarından sui-istifadə edərək 2000 manat nağd pulunu və 2000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ona ümumilikdə 4000 manat maddi ziyan vurmuşdur. Yeganə ondan ümumilikdə gömrükdən televizor gətirəcəyi vədi ilə 4000 manat pul lazım olduğunu bildirmiş, o, Yeganəyə həmin pulu 2000 manat nağd olaraq, 2000 manatını isə qızıl-zinət əşyası formasında vermişdir. O,Yeganəyə pul və qızılzinət əşyası verən zaman yanlarında heç kim olmamışdır. Onun Yeganəyə heç bir borcu, Yeganə ilə aralarında hər hansı düşmənçiliyi olmamışdır. O, Yeganənin yaşadığı evə tək gedərək ona pul vermiş, yanlarında heç kim olmamışdır. Sonda o, dəymiş ziyanın Yeganə tərəfindən tam olaraq ödənildiyini, şikayətçi olmadığınıbildirmiş və Yeganəyə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Lökbatan qəsəbəsində kirayədə tək yaşayır, Bakı şəhəri Sədərək ticarət bazarında “Bliss Viktoriya” adlı tesktil malları mağazasında satıcı işləyir. Həmin mağazanın sahibi Azərbaycan Respublikasında olmadığına görə o, həmin şəxslə tez-tez əlaqə saxlaya bilmir. Gündəlik fəaliyyəti zamanı o, müştərilərlə daha çox ünsiyyətdə olur,daimi onlarla alver edən şəxsləri tanıyır, təkcə Bakı şəhərindən yox, Azərbaycan Respublikasının bir çox regionlarından müştəriləri olur. Təqsirləndirilən şəxs isə 2021-ci ilin may ayının əvvəllərində tanımışdır. Həmin qadın Gəncə şəhərindən gəlmiş və təxminən 1000 manat dəyərində onlardan mal götürmüş, Yeganə həmin pulu vaxtında onlara vermişdir. Bundan sonra Yeganə yenə də onun işlədiyi mağazaya gəlmiş və mağazadan təxminən 1300 manat dəyərində tekstil əşyaları almışdır. Bundan sonra Yeganə onların mağazasına artıq iki dəfə gəldiyinə görə onlar Yeganəni tanımış və inamları yaranmışdır. Yeganə 2021-ci ili may ayının 26-sı tarixində onun işlədiyi mağazaya tək gəlmiş, yenidən tekstil əşyaları almaq istədiyini, lakin həmin əşyaların pulunu təxminən bir həftə, 10 gün müddətində verəcəyini bildirmişdir. O, Yeganə ilə əvvəllər alver etdiyi üçün inanmış, lap istəyir iki həftəyə olsun, lakin qaytarsın demiş və həmin gün Yeganəyə təxminən 10000 manat dəyərində tekstil əşyaları vermiş, Yenagə çıxıb getmişdir. Bundan sonra Yeganənin söz verib dediyi müddət keçdiyinə görə o, bir neçə dəfə zəng vurmuş,hər dəfə Yeganə müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır. Sonuncu dəfə o, Yeganəyə zəng vuran zaman anası da telefonda danışmış və bildirmişdir ki, qızı səhv edib, ondan götürdüyü əşyaların pulunu bir həftə ərzində kartına atacaqdır. Lakin həmin söhbətdən də bir ay keçmiş, Yeganə onlardan aldığı əşyaların pulunu geri qaytarmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Yeganə yenidən onların mağazasına gəlmiş,ağlayaraq vəziyyətinin pis olduğunu, onların borcunu qaytarmaq istədiyini bildirmişdir. O, Yeganəyə inanmış, Yeganə yenidən ondan təxminən min manat dəyərində tekstil əşyaları götürmüş və onu inandırmış, həmin 1000 manat dəyərində götürdüyü tekstil əşyalarının pulunu geri qaytarmışdır. Sonra isə noyabr ayının 24-ü tarixində yenidən Yeganə onun mağazasına gəlmiş, mağazada olan zaman Yeganə onu inandıraraq borcunu qaytarmaq istədiyini, vəziyyətinin yavaş-yavaş düzəldiyini, yenidən onun işlədiyi mağazadan tekstil əşyaları götürmək istədiyini bildirmişdir. O, isə noyabr ayının əvvəlində götürdüyü malların pulunu verdiyi üçün Yeganəyə yenidən inanmışdır. Yeganə 24 noyabr 2021-ci il tarixdə yenidən 8090 manat dəyərində tekstil əşyaları götürmüş,həmin gündən sonra təxminən bir həftə ərzində Yeganə onların mağazasına gələrək 700 manat borcundan ödəmişdir. Daha sonra isə 2021-ci ilin dekabr ayının 5-də onun işlədiyi mağazaya gələrək ona olan borcundan 1200 manat yenə pul ödəmişdir. Yeganə onu daha çox inandırmış və 4840 manat dəyərində tekstil əşyalarını yenidən onu inandıraraq almış və satdıqdan sonra qaytaracağı vədi ilə mağazadan çıxıb getmişdir. Yeganə noyabr ayında onun mağazasına gəlməmişdən qabaq ona olan borcundan 500 manat ödəmişdir. Daha sonra isə 5 dekabr 2021-ci il tarixdə götürdüyü tekstil əşyalarına görə sonradan 500 manat pul göndərmişdir. Sonra isə ümumiyyətlə telefonlara cavab verməmiş və onu hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 22930 manat dəyərində tekstil malları vermişdir. Təqsirləndirilən şəxs həmin əşyalara görə ona müxtəlif vaxtlarda 2900 manat pul ödəmişdir. Sonra isə onu aldadaraq vədinə əməl etməmiş və ona ödənişləri dayandırmışdır. O birinci dəfə verdiyi əşyaların pulunu verməsinə görə Yeganəyə ikinci dəfə və üçüncü dəfə tekstil əşyaları vermişdir ki, satıb qazanc əldə etsin və pulunu versin. Lakin Yeganə onu aldadaraq ona olan borclarını ödəməmişdir. Sonda o, Təqsirləndirilən şəxs dəymiş ziyanı tələb etdiyini, şikayətçi olduğunu bildirmiş və ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixədək Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay Bazarı” adlanan bazarda işləyən şəxslərdən icarə haqqı yığmaqla məşğul olmuş, lakin 2019-cu ilin fevral ayının 6-da o, həmin bazardan işdən çıxmış, hazırda isə işsizdir. O, qayınanasıgildə olan zaman onun yaşadığı mənzillə qonşuluqda Yeganə adlı qadının olduğunu, həmin qadının ucuz qiymətə məişət əşyaları satdığını eşitmiş,bundan sonra Yeganə ilə münasibət yaranmışdır. 2021-ci ilin əvvəllərindən başlayaraq Yeganə ilə aralarında alverlə bağlı münasibətlər olmuşdur. Yeganədən müəyyən vaxtlarda ucuz qiymətə yuyucu vasitə olan “Pervol”, daha sonra ucuz qiymətə televizor və digər məişət əşyaları alaraq satmışdır. Bir qədər Yeganə ilə aralarında münasibət yarandıqdan sonra Yeganə ona ucuz qiymətə xeyli sayda xalça olduğunu bildirmişdir. Hətta ona ümumilikdə gələcəkdə alverləri böyüdərək tekstil əşyaları alıb-satmağı təklif etmişdir. O, isə hələ pulunun olmadığını Yeganyə bildirmişdir. Belə olan halda Yeganə hal-hazırkı dövr üçün isə xalça almaqları ona bildirmiş,o, ümumilikdə 3000 manat pul düzəltmişdir. Yeganə ilə 2021-ci il tarixdə təxminən yay aylarında dəqiq xatırlamadığı vaxtda Gəncə şəhəri, V.Xuluflu küçəsində ünvanını dəqiq xatırlamadığı evə getmişlər,həmin evdə 40 ədəd xalça olmuşdur. O, Yeganə ilə ilk öncə həmin xalçaların yarısını almaq qərarına gəlmiş,lakin sonradan orada olan xalçaların hamısına ümumilikdə 3060 manat pul vermiş,həmin 40 ədəd xalçanı yaşadığı evə gətirmişdir. Yeganə ona vədlər verərək həmin xalçaları satıb ona qazanc verəcəyini bildirirmiş,lakin bir gün keçmiş Yeganə onun yaşadığı evə gəlmiş, həmin xalçaların 3020 manat dəyərində olan hissəsini götürmüş vəona bildirmişdir ki, həmin xalçaları satdıqdan sonra onun pulunu verəcəkdir. O, Yeganəyə inanmış və xalçaları Yeganəyə vermişdir. Yeganə həmin xalçaları satdıqdan sonra onunla alveri böyüdəcəyini və daha çox əşya alıb-satacaqlarını bildirmişdir. O, Yeganənin vədlərinə inanmış və gələcəkdə aralarında alver olacağı ümidi ilə xalçaları Yeganəyə vermişdir. Bundan sonra aradan xeyli müddət keçdikdən sonra Yeganə onun pulunu hissə-hissə verməyə başlamışdır. O, Yeganəyə etibar edərək 3020 manat dəyərində xalçanı satması üçün ona vermiş, Təqsirləndirilən şəxs ona yeni iş quracaqları, daha çox alqı-satqı münasibətləri edəcəklərini bildirirmiş və onu aldadaraq həmin xalçaları ondan almışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 3020 manat dəyərində maddi ziyan vurmuş, lakin həmin ziyanın 1420 manatını geri qaytarmış, yerdə qalan 1600 manatını isə ödəməsi barədə aralarında razılığa gəlmişlər. Sonda o, şikayətçi olmadığını bildirmiş və Yeganəyə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin oktyabr ayında qızı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yaşayan Yeganə adlı şəxslə tanış olduğunu, Yeganənin ucuz qiymətə məişət əşyaları satdığını, qızı Xəyalə özünün də Yeganəyə ucuz qiymətə məişət əşyaları və digər əşyalar gətirmək üçün pul verdiyini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Yeganə adlı şəxslə tanış olmuşdur. Yeganə onunla tanış olduqdan sonra ucuz qiymətə gömrükdən mallar gətirdiyini, dəyərindən çox ucuz qiymətə satdığını bildirmişdir. O, Yeganənin sözlərinə inanmış, Yeganə həmçinin qızı Xəyalədən və onun tanışı Ayseldən də pul alaraq onlarla alverə başlayacağını bildirmişdir. Yeganənin ona sözlə verdiyi vədlər ona çox inandırıcı gəlmiş, həmin görüşləri zamanı Yeganə ona X6 halhazırda mallarının olduğunu, 3000 manat olan soyuducunu 1000 manata və 3000 manat dəyərində olan televizoru isə 1000 manata verə biləcəyini demişdir. Bunun üçün onun Yeganəyə 2000 manat verməli olduğunu demişdir. Yeganənin sözləri onu cəlb etmiş və adi bazar qiymətindən çox ucuz olan əşyaları almaq ona sərf etdiyini düşünmüşdür. Həmin gün o, Yeganənin Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın yaxınlığında yerləşən evinə getmiş,orada qızı Xəyalənin vasitəsi ilə Yeganəyə 2000 manat pul vermişdir. O pulu verdikdən sonra Yeganə 1-2 gün içərisində malların gələcəyini, gedib onun yaşadığı evdən həmin malları götürməyini bildirmişdir. O, həmin söhbətdən 1-2 gün keçdikdən sonra Yeganəyə zənglər etməyə başlamış, Yeganə artıq telefonda ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Yeganənin belə hərəkətlər etdiyini gördükdə qızı ilə əlaqə saxlamış, Xəyalə də verdiyi pulu ala bilməməsini, Xəyalədən başqa bir neçə nəfəri də eyni qaydada aldadaraq pullarını və bəzi şəxslərin əmlakını dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Belə olan halda o, Yeganənin onu aldatması barədə müvafiq orqanlara müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, Yeganə ilə barışdığını, şikayətçi olmadığını bildirmiş və Yeganəyə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində yas yerində qohumları Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 ilə birlikdə olan zaman orada Yeganə adlı bir qadının yaşadığı evdə ucuz qiymətə məişət əşyaları satdığını, həmçinin ucuz qiymətə xarici ölkələrdən əşyalar gətirdiyini bildirmişlər. O həmin Yeganə adlı şəxs barəsində maraqlanmış və onun 3-cü mikrorayən ərazisində 4cü binada yaşadığını öyrənmiş və Yeganənin yaşadığı evə getmişdir. Yeganənin yaşadığı evdə olan zaman ondan təxminən 700 manat dəyərində cehizlik əşyalar və tekstil mallar almışdır. O, həmin əşyaları ucuz aldığına görə satmaq istəmiş, lakin həmin əşyaları sata bilmədiyinə görə, onların içindən 100 manat dəyərində əşyaları özünə saxlamış, yerdə qalan 600 manat dəyərində olan əşyaları Yeganənin özünün təklifi ilə geri qaytarmışdır. O, həmin əşyaları Yeganəyə qaytarmaq istəyən zaman Yeganə əşyaları götürmüş və həmin əşyaların pulunu satdıqdan sonra verəcəyini bildirmişdir. Həmçinin təklif etmişdir ki, ucuz qiymətə xarici ölkədən telefon gətirir, xalası oğlu X6 işləyir, onun vasitəsilə ucuz qiymətə istənilən əşyaları gömrükdən keçirə bilir. Sonra Yeganə 3 ədəd “İphone 13” markalı mobil telefonun olduğunu, həmin telefonun sərhədddən gətirilməsi üçün ümumilikdə 2000 manat pul lazım olduğunu demiş və telefonlar satıldıqdan sonra onun həmin telefonların satılması üçün 1900 manat dəyərində qazanc əldə edəcəyini bildirmiş,o, da 2000 manat pulu Yeganəyə tapmışdır. 2021-ci ilin oktyabr ayının ortalarında o, 2000 manat pulu Yeganənin yaşadığı ünvan 2 ünvanda vermiş, Yeganə həmin pulu götürmüş və 3-4 gündən sonra onu təkrar yaşadığı evə çağırmışdır. O, həmin evdə olan zaman Yəganə verdiyi 2000 manat puldan əlavə 1900 manat pul vermiş və həmin pulun qazanc olduğunu demişdir. Sonra isə Yeganə yenidən pul qazanmaq istəyirsə, yenə də 20 ədəd mobil telefonun olduğunu, həmin telefonların alınması üçün 3900 manat puldan əlavə 2000 manat pul lazım olduğunu demişdir. O, Yeganə ilə razılaşmış və asan yolla qazanc əldə edəcəyini düşünüb əlavə olaraq Yeganəyə yenə də 2000 manat vermişdir. O, ikinci dəfə Yeganəyə 2000 manat verəndə oktyabr ayının sonlarına yaxın olmuş, lakin tarixi dəqiq yadında deyildir.O, Yeganəyə, qazancını hersablamasa, ümumilikdə 4000 manat pul vermişdir. İkinci dəfə onun Yeganəyə pul verməyindən bir neçə gün keçdikdən sonra Yeganəyə dəfələrlə zəng etmiş, Yeganə isə hər dəfə müxtəlif bəhanələr gətirərək gah gətirdiyi malların tutulduğunu, gah başqa problemlər yarandığını bildirirmişdir. Yeganə onun təkidlə pul istədiyinə görə 2021-ci ilin noyabr ayının ortalarında ümumilikdə 1000 manat pul qaytarmışdır. Daha sonra isə Yəganə telefon nömrələrini bloka atmış və bir daha onunla əlaqə saxlaya bilməmişlər. Yeganə ondan hər dəfə 2000 manat olmaqla iki dəfəyə ümumilikdə 4000 manat pul almış, 600 manat dəyərində isə əşyaların pulunu verəcəyini bildirsə də, həmin pulu qaytarmamışdır. Yeganə ona dəymiş ziyanın 1000 manatını qaytarmış, yerdə qalan 2800 manatını isə qaytarmaq barədə öz aralarında razılaşmışlar. Sonda o, Yeganə ilə ödəniş barədə razılığa gəldiyini, şikayətçi olmadığını bildirmiş və Yeganəyə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində yas yerində qohumları Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs7 ilə birlikdə olan zaman orada Yeganə adlı bir qadının yaşadığı evdə ucuz qiymətə məişət əşyaları satdığını, həmçinin ucuz qiymətə xarici ölkələrdən əşyalar gətirdiyini bildirmişlər. O, həmin Yeganə adlı şəxs barəsində maraqlanmış və Yeganənin onun yaşadığı evin yaxınlığında yerləşən 4-cü binada yaşadığını öyrənmişdir. Bundan sonra həmin Yeganə adlı şəxsin evinə getmişdir. Yeganənin evində olan zaman Yeganə hal-hazırda ucuz məişət əşyalarının olmadığını bildirmiş,lakin ucuz qiymətə xarici ölkədən telefon gətirdiyini və yaxşı qazanc əldə edəcəyini demiş,o, Yeganənin sözünə inanmışdır. Yeganə onu inandıraraq bildirmişdir ki, pul versin, xarici ölkədən ucuz qiymətə “İphone 13” markalı mobil telefon gətirəcək, satacaq və əldə etdiyi qazancı verdiyi pul ilə birlikdə ona verəcəkdir. İlk dəfə o, Yeganənin yaşadığı 3-cü mikrorayon, bina 4, mənzil 50 saylı ünvanda Yeganəyə 500 manat pul vermişdir. Bundan sonra təxminən bir həftə keçdikdən sonra Yeganə onu çağırmış və ümumilikdə 500 manatdan əlavə 400 manat qazanc əldə etdiyini bildirmişdir. Bundan sonra Yeganə xarici ölkədən əlavə olaraqyenidən “İphone 13” markalı telefonlar gəldiyini, həmin telefonların İMEİ kodlarını dəyişərək gətirdiyi üçün dəyərindən çox ucuz qiymətə gəldiyini bildirmişdir. Bu dəfə isə Yeganə 2000 manat pul lazım olduğunu demişdir. O, belə olan halda Yeganənin ona verdiyi 500 manatın qazancı ilə birlikdə ona təqdim etdiyi 900 manat pulu götürməmiş, əlavə olaraq özündən 1100 manat pul gətirmişdir və 2000 manat düzəldərək Yeganəyə vermişdir. Yeganə 2000 manatı verdikdən sonra ona yenidən zəng etmiş və telefonlar xarici ölkədən sərhədə gələnə və ölkə ərazisinə keçirilənədək “Anchor” yağları da gətirərək ucuz qiymətə satmağın mümkün olduğunu bildirmişdir. O, Yeganədən həmin yağların gətirilməsi üçün ümumilikdə əlavə olaraq 2000 manat lazım olduğunu bildirmişdir. O, həmin 2000 manatı Yeganəyə vermişdir. Yeganə İphone 13 markalı telefonlar gəlib ölkə ərazisinə çatan müddətə qədər 1000 5 kiloqramlıq çəkidə “Anchor” yağlarının gələcəyini bildirmişdir. O, Yeganənin sözlərinə inanmışdır. Bir neçə gündən sonra Yeganə həmin telefonları sataraq guya qazanc 4500 manat qazanc əldə etdiyini bildirmişdir. Onu yaşadığı evə çağıraraq həmin 4500 manat puldan 500 manatını özünə götürmüşdür. Yerdə qalan 4000 manatı isə ona göstərərək, yenidən ucuz qiymətə həmin markalı telefonların gəldiyini, 15 ədəd telefonun bir ədəddini 300 manata alacağını vəd vermişdir. Həmçinin 10 ədəd, bir ədədi 100 manat olmaqla 1000 manat dəyərində paltaryuyan maşınların gəldiyini demişdir. O, bundan sonra əlavə olaraq 500 manat telefonların pulunu düzəltmək üçün, 1000 manat da 10 ədəd paltaryuyanın alınması üçün Yeganəyə vermişdir. Yeganə 15 ədəd telefonun alınması üçün 4500 manat pulun düzəldiyini demişdir. Bundan sonra Yeganə tezliklə həmin telefon və yağların gətiriləcəyini qeyd etmişdir. Lakin bir qədər müddət keçdikdən sonra Yeganə müxtəlif bəhanələr gətirərək, nə həmin söz verdiyi telefonları gətirməmiş, nə də ki, Anchor yağlarını gətirməmişdir. Lakin o Yeganədən hər gün pulunu tələb etdiyi üçün müxtəlif vaxtlarda 2400 manat pulunu geri qaytarmışdır. Yerdə qalan pulunu isə hər dəfə müxtəlif bəhanələr gətirərək verməmişdir. Yeganənin guya ona qazanc kimi təqdim etdiyi pulları hesablamasaq, ondan ilk dəfə 500 manat, daha sonra 1100 manat, daha sonra 1000 manat, daha sonra 500 manat və daha sonra 2100 manat pul almışdır. Yeganə ondan 1000 manatı 10 ədəd paltaryuyan almaq üçün, 2100 manatı Anchor yağları almaq üçün və 2100 manat pulu isə İphone 13 markalı telefonların xarici ölkədən ucuz gətiriləcəyi vədi ilə almış, ona ümumilikdə 5200 manmat dəyərində maddi ziyan vurmuşdur. Onun Yeganəyə heç bir borcu, onunla arasında hər hansı düşmənçiliyi olmamışdır. O, Yeganənin yaşadığı evə tək gedərək ona pul vermiş, yanlarında heç kim olmamışdır. Yeganə adlı şəxs ona dəymiş ziyanın 2400 manatını qaytarmış, yerdə qalan 2800 manatını isə qaytarmamışdır.Sonda o,Yeganə ilə ödəniş barədə razılığa gəldiyini, şikayətçi olmadığını bildirmiş və Yeganəyə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində yas yerində qohumları Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 ilə birlikdə olan zaman orada Yeganə adlı bir qadının yaşadığı evdə ucuz qiymətə məişət əşyaları satdığını, həmçinin ucuz qiymətə xarici ölkələrdən əşyalar gətirdiyini bildirmişlər. O, həmin Yeganə adlı şəxs barəsində maraqlanmış və Yeganənin 3-cü mikrorayən ərazisində 4-cü binada yaşadığını öyrənmişdir. Bundan sonra Yeganə ilə aralarında tanışlıq yaranmış və Yeganə telefon statuslarında və s. yerlərdə iş adamı kimi özünü təqdim etmiş, onu inandırmışdır. Bundan sonra o, Yeganənin yaşadığı evə 2021-ci ilin noyabr ayının 8-də getmişdir. Yeganənin evində olan zaman Yeganə xarici ölkələrdən yuyucu vasitələr, ucuz qiymətə elektrikli məişət avadanlıqları, boşqab, qazan dəstləri, tekstil əşyaları gətirəcəyini,həmin əşyaların gətirilməsi üçün ümumilikdə 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Yeganənin sözlərinə inanmış, ümumilikdə 4660 manat pul düzəldə bilmişdir. O, Yeganənin evində olan zaman Yeganə 2 gün müddətində sifariş verdiyi malların ucuz qiymətə X4 keçərək gəldiyini demişdir. Həmçinin Yeganə ona həmin əşyaları sərhəd X6 çalışan xalası oğlunun vasitəsilə keçirdiyini bildirmişdir. Buna görə də Yeganə onda inam yaratmış və ondan 4660 manatı almışdır. O, bir neçə gün keçdikdən sonra Yeganədən sifariş verdiyi “Ariel” markalı yuyucu vasitələri, “Qalaksi” firmasına məxsus qazan dəstlərinin, boşqab dəstlərinin, xalçaların, yağların, ətçəkən və ütü aparatlarının nə vaxt gələcəyini soruşmuş,lakin Yeganə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və həmin əşyaları gətirməmişdir. O, Yeganədən həmin pulu geri istəyən zaman Yeganə yenə də müxtəlif bəhanələr gətirmiş və ona həmin puldan ümumilikdə 1200 manat pul qaytarmışdır. Yeganə ondan 550 manat dəyərində “Ariel”və qab yuyan yuyucu vasitələr, 700 manat dəyərində “Qalaksi” firmasına məxsus qazan dəstləri, 500 manat dəyərində boşqab dəstləri, 20 ədəd ümumi dəyəri 700 manat olan xalçalar, 210 manat dəyərində “Anchor” yağları, ümumi dəyəri 500 manat olan 10 ədəd ət çəkən konbayn və 10 ədəd ütü, 300 manat dəyərində örtüklər, əl-üz dəsmalı və 1200 manat dəyərində maddi ziyan vurmuşdur. Yeganə ona dəymiş ziyanın 1200 manatını qaytarmış, qalan 2800 manatını isə qaytarmamışdır. Sonda o, Yeganə ilə ödəniş barədə razılığa gəldiyini, şikayətçi olmadığını bildirmiş və Yeganəyə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, onun özünə məxsus Gəncə şəhəri, “Grand Qafqaz” adlı bazarda “1001 xırdavat” malları mağazası vardır. O, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından tanıyır, Yeganəni əsasən işlədiyi bazarda əvvəllər bir neçə nəfərlə alver etdiyi üçün tanımışdır. Yeganə özünü hamıya iş adamı kimi təqdim edirmiş və ətrafının geniş olduğunu, ətraf rayonlarda tanışlarının çox olduğunu, buna görə də alverinin yaxşı getdiyini bildirmişdir. O, Yeganə ilə əvvəllər bir neçə dəfə alver etmiş, Yeganə onun pulunu həmişə vaxtında vermişdir. Sonuncu dəfə 2022-ci ilin fevral ayının təxminən 15-16-sı ərəfələrində Yeganə onun işlədiyi mağazaya gəlmişdir. Yeganə ondan 100 bağlama uşaq üçün “Preline” markalı bezlər almış və pulunu qısa vaxtda aytaracağını bildirmişdir. Həmin uşaq üçün bezlərin bir bağlamasını o, 12 manata vermiş, Yeganə həmin bezlər üçün verməli olduğu 1200 manat pulu bir gün sonra ona vermişdir. O, Yeganəyə inanmış və artıq aralarında normal qaydada alver edəcəklərini düşünmüşdür. Yeganə ondan 19 fevral 2022-ci il tarixdə yenə də bir paçkası 12 manat olan 120 ədəd “Preline” markalı uşaq bezi almış,həmçinin həmin gün 310 manat dəyərində yuyucu vasitə olan “Ariel” və 60 bağlama yarım litrlik həcmdə “Bon Aqua” markalı suları almış, 60 bağlama su ümumilikdə 432 manat etmişdir. Yeganənin bir neçə gün əvvəl ondan götürdüyü uşaq bezinin pulundanda 150 manat borcu qalmış,yenidən götürdüyü mallarla və əvvəlki 150 manat borcu ilə birlikdə Yeganə ona 2332 manat pul verməli olmuş,həmin vaxt o, 100 manat da əlavə olaraq Yeganəyə pul vermişdir. Beləliklə Yeganənin ona ümumilikdə 2432 manat borcun yaranmışdır. Yəganə yuyucu vasitə olan “Ariel”dən ona 160 manat qaytarmış,ona görə də Yeganə ona 2272 manat pul verməlidir. O,şikayət ərizəsini yazan zaman Yeganənin onun qardaşına da borcu olmuş, qardaşına olan borcunu ona verməli olduğu pul ilə birlikdə hesabladığı üçün ərizəsində 4450 manat maddi ziyan vurduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona ümumilikdə 2272 manat pul verməlidir. Sonda o, Yeganə ilə barışdığını, ziyanın ödənilməsini, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və Yeganəyə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində kirayədə tək yaşayır, öz təqaüdü ilə dolanır. Qızı Yeganənin müəyyən qədər xırda ticarətlə məşğul olmasından məlumatı vardır. Yeganə ilə əvvəllər Gəncə şəhərində yaşamış, lakin təxminən bir il yarım olar ki, Yeganə Gəncə şəhərində Ayaz adlı şəxslə qeyri-rəsmi yaşamağa başlamış, həmin vaxtdan sonra o, Yeganənin yanında yaşamamışdır. Yeganə Bakı şəhərinə “Sədərək” ticarət mərkəzinə gələn zaman onu da gəlib ziyarət etmişdir. O, Yeganə ilə mütəmadi olaraq telefonla danışmış, Yeganə ona telefonla danışan zaman ticarətlə məşğul olduğunu, vəziyyətinin normal olduğunu bildirmiş, o, isə başqa heç bir şey soruşmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Yeganə 1 günlük Bakı şəhərinə gəlmiş, onun kirayədə yaşadığı evdə olan zaman o, Yeganəyə tez-tez zənglər gəldiyini görmüşdür. Bu vaxt o, həmin zənglərdən narahat olduğu üçün Yeganədən ona zəng edən şəxslərin kim olduğunu soruşmuş, Yeganə ilk öncə ona danışmaq istəməsə də sonradan bir neçə şəxsə borcunun olduğunu demişdir. Həmin vaxt o, Yeganənin üstünə çox getmiş, təxmini danışdığı söhbətlərdən başa düşmüşdür ki, Yeganənin əvvəllər birlikdə yaşadığı Ayaz adlı şəxslə münasibətləri korlanmış, Ayaz Yeganədən verdiyi pulları geri tələb edir, sonra isə Ayaz adlı şəxsdən başqa Aysel və digər bir nəfər qadının Yeganəyə şər və böhtan ataraq pul istədiklərini bildirmişdir. Həmin vaxt Yeganəyə yenə də zəng gəlmiş, o, Yeganədən telefonu alaraq kim olduğunu, Yeganədən borcu nə qədər vaxta qaytara biləcəyini soruşmuşdur. Yeganə isə təxminən bir həftəyə verə biləcəyini bildirmiş, o, Yeganəyə zəng edən şəxsin kim olduğunu bilməmiş, lakin həmin şəxsə Yeganəyə bir həftə vaxt verməsini xahiş etmişdir. Həmin şəxs isə onun yalan danışmadığına inanmış və telefonu söndürmüşdür. Bundan sonra Yeganə onun yaşadığı evdən çıxaraq Gəncə şəhərinə qayıtmışdır. Sonra isə eşitmişdir ki, Yeganə onun evindən Gəncə şəhərinə gedən zaman onun barəsində çoxsaylı şikayətlər olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə tərəfindən tutulmuşdur. Onun Yeganənin hər hansı şəxsi aldatmasından və dələduzluq etməsindən heç bir məlumatı olmamışdır. Lakin Yeganənin az miqdarda borclarının olduğunu onun yaşadığı evə sonuncu dəfə gələn gün öyrənmişdir. O heç kimi tanımır, Yeganənin kimdən nə almasını bilmir,kimlərlə alver etdiyini və kimlərdən nə qədər pul almasını da bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq özünün və ailəsinin xərclərini qarşılamaq üçün özünə məxsus QAZ 3102 minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyətini həyata keçirir, əsasən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay bazarı” adlanan ticarət mərkəzinin qarşısında inşaat materialları bazarının qarşısında dayanır. Orada əsasən müştərilər inşaat materiallarının və digər yüklərin daşınması üçün onun avtomobilindən istifadə edirlər. 2021-ci ilin xatırlmadığı günündə əvvəllər tanımadığı bir nəfər qadın ona zəng vurmuş, onun nömrəsini Yeganəyə əvvəllər tanıdığı Valeh adlı şəxs verdiyini bildirmiş və onu Gəncə şəhəri Abbas Səhhət adlanan ərazidə yerləşən “Grand Qafqaz” bazarına çağırmışdır. Valehin Gəncə şəhərində yerləşən “Grand Qafqaz” ticarət mərkəzində gündəlik tələbat malları, təmizlik vasitələri, minbir xırdavat əşyalarının satışını həyata keçirdiyi mağazası vardır. O, Valehin mağazasına gedən zaman Valeh ona həmin qadına onun nömrəsini özü verdiyini, Valehə məxsus mağazadan yuyucu vasitə olan xeyli sayda “Pervol”u həmin qadının yaşadığı ünvana aparmalı olduğunu bildirmişdir. Həmçinin “Pervol”un yüklənməsi və boşaldılması üçün əlavə 10 manat verdiyini ona bildirmişdir. O, Valehin mağazasının anbarından xeyli sayda yuyucu vasitə olan “Pervol”u avtomobilinə yükləmiş və Yeganənin Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən evinə aparmışdır. Həmin ev nömrəsini dəqiq xatırlamadığı binanın birinci blokunun ikinci mərtəbəsində yerləşmişdir. O, həmin yükləri Yeganənin evinə boşaltdıqdan sonra Yeganə lazım olarsa ona zəng edə bilib-bilməyəcəyini soruşmuş, o, isə taksi fəaliyyəti ilə məşğul olduğunu, istənilən vaxt ona zəng vura biləcəyini ona bildirmişdir. Təxminən 20-25 gün sonra Yeganə yenə ona zəng vurmuş, Gəncə şəhəri, Abbas Səhhət adlanan ərazidə yeni məhlələrdə xalça olduğunu, həmin xalçaları Goranboy rayonuna, Dəliməmmədli şəhərinə aparmalı olduğunu bildirmişdir. O, Yeganə ilə razılaşmış və yeni məhlələrdə yerləşən əvvəllər tanımadığı fərdi yaşayış evinə getmiş, Həmin ünvanda olan zaman bir evdən təxminən 25-30 ədəd xalçanı avtomobilinə yükləmişdir. Bundan sonra Yeganə ilə Goranboy rayonuna əvvəllər tanımadığı ünvana həmin xalçaları aparmış, xalçaları boşaltdıqdan sonra Gəncə şəhərinə geri qayıtmışlar, həmin xidmətin qarşılığında Yeganə ona 30 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra Yeganə ona yenə zəng vurmuş və Yeganənin sirafişi ilə həmin vaxt Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında yerləşən elektronika malları mağazasınfan iki ədəd paltaryuyan maşın götürmüş,lakin həmin paltaryuyan maşınları haraya aparıb düşürdüyünü xatırlamır. Bundan sonra isə Yenagə bir dəfə ona yenə zəng vurmuş, lakin o,“Covid-19” infeksiyasına yoluxduğu üçün işləmədiyini bildirmişdir. Yeganə ondan sonra ona zəng vurmamışdır. Sonradan isə Yeganəni tanıyan şəxslərdən eşitmişdir ki, Yeganə dələduzluq əməllərinə görə həbs olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun xalası qızıdır, Təqsirləndirilən şəxs isə xalası qızı Ayselin vasitəsi ilə tanımışdır. Hər iki şəxslə aralarında ədavəti, düşmənçiliyi olmamışdır. Onun istifadəsində "xxxx"ın 2 ədəd bank kartı vardır. Təxminən 2021-ci ilin ortalarında o, adına olan kartlardan birini Ayselin xahişi ilə sonuncuya vermiş, hazırda da Ayselin istifadəsindədir. Təxminən 2021-ci ilin yadında qalmayan vaxtında o, Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın yanında musiqi alətləri mağazasında işləyərkən Aysel ona zəng edib demişdir ki, Yeganə onun işlədiyi yerin yaxınlığındadır, Ayselə çatası pul var, həmin pulu ona verəcək, o, Ayselə verər. O, da etiraz etməmiş, Yeganə ilə görüşmüş və ona, dəqiq yadında deyil, ya 800 manat, ya da ki, 1000 manat pul vermiş və o, həmin pulu Ayselə vermişdir. Bundan sonra o, Yeganə ilə görüşməmişdir. O, əvvəl qadın paltarları satılan mağaza işləmiş, Aysel də ona köməklik etmişdir. 2021-ci ildə Aysel ondan həqiqətən də 2000 manat pul almış, o, səbəbini soruşmadan vermişdir. O, Yeganənin onun kartına göndərdiyi pulları çıxarmamış, Aysel götürmüşdür. Hazırda Aysel ona olan 2000 manat borcunu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey bacısıdır, belə ki, onlar ana bir, ata ayrıdırlar. O, 2021-ci ildən 2022-ci ilin mart ayına kimi Rusiya Federasiyasında olmuşdur. Gələndən sonra bilmişdir ki, bacısı Yeganə həbs edilmişdir. O Yeganənin alver etdiyini bilmiş, başqa kimlərdənsə də pul alıb qaytarmadığından məlumatı olmamışdır. Onun gömrük orqanlarında işləyən xalası oğlu yoxdur. Onun 4 nəfər xalası var, onlardan böyük xalası Gəncə şəhərində yaşayır, adı X5r. Həmin xalasının 2 oğlu və bir qızı var, oğlanlarından Mübariz Əzizov ayaqqabı sexində ayaqqabı tikir, digər oğlu Eldəniz Əzizli isə taksi fəaliyyəti ilə məşğuldur. Digər xalası Məlahət Rəhimovanın bir oğlu var, adı Turaldır, traktor sürür, Goranboy rayonu Xanqərvənd kəndində yaşayır. Digər iki xalası yəni, Rəna və Xuraman adlı xalalarının da hər ikisinin iki qızı var, oğlu yoxdur. Bundan başqa onu da qeyd edir ki, digər qohumlarından da gömrük orqanlarında işləyən yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və DVD diskdə olan video görüntülərdən görünür ki, Arzu İbrahimovun təqdim etdiyi 1 ədəd DVD diskin içərisində 03 ədəd videogörüntünün olduğu müəyyən edilmişdir. Həmin videogörüntülərdən birinciyə baxış keçirilir. Baxış zamanı müəyyən edildi ki, videogörüntü 1:01 dəqiqədən ibarətdir. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs iştirakı ilə müxtəlif ölçülərdə olan xalçalar QAZ 3102 markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yüklənir. Daha sonra isə diskdə olan digər 02 ədəd videogörüntülərə baxış keçirilir. Həmin görüntülərdə də yenə eyni qaydada Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs6 evində olan xalçalar avtomobilin yük yerinə yığılır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan və 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıq aparılır. Yeganə: 1500 manatın üstündə 1000 manat axırıncı dəfə Xəyaləyə pul vermişəm. Aysel: biz onu sələm kimi demədik, axı, sən dedin ki, onun üstündə qazanc verəcəm. Yeganə: xeyr sələm kimi götürmüşəm deyir. Aralarında mübahisə yaranır, Aysel qazanc kimi, Yeganə sələm kimi götürdüyünü bildirir. Yeganə: polisə Xəyalənin şikayət edib, orada iltizam vermişəm ki, Xəyaləyə olan borcunu ödəyəcəm, bu ayın axırı Xəyaləyə olan pullarımı ödəyəcəm, özü də polisdə verəcəm ki, sonra deməsin ki, ödəmədim. Aysel: hə başa düşdüm, sən Xəyalə ilə olan pullarını özünüz danışarsınız, indi mənim pulumu de görüm nə vaxt ödəyəcəksən. Yeganə: sənin ondan alıb mənə verdiyin 2000 manat söhbətində Xəyalə ilə yoluna qoymuşam. Xəyalə: yox Aysel də gəlsin, məndə dedim ki, lazım deyil, Ayselin səndən aldığı mənə verdiyi pulu da sənə özüm ödəyəcəm. Yeganə: bir dənə qaldı səninlə mənim aramda olan pul. Aysel: hə heçnə, dedin 15-i bir verəcəm, ayın axırı da bir. Yeganə: hə 15-i bir, ayın axırı da bir sənin pulunu verəcəm. Aysel: onda 4000 manatı 15-i verərəsən, qalan pulu da ayın axırı. Yeganə: hansı 4000-i deyirsən. Aysel: bayaq demədinmi ki, 4000-i bir verəcəksən 3000-i də bir verəcəksən. Yeganə: hə 3000 qızın pulun dedin də. Aysel: hə, hə. Yeganə: bəlkə 15-i 3000 verdim, narahat olma bir kəlmə danışdıq qutardı. Aysel: hə heçnə aydındır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs5 təqdim etdiyi 07 vərəqədən ibarət qaimə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə 9500 manat, 3439 manat olmaqla iki dəfə, daha sonra 24 noyabr tarixində 6190 manat, 2340 manat, 4360 manat olmaqla 3 dəfə, 05 dekabr 2021-ci il tarixdə 4340 manat olmaqla bir dəfə tekstil əşyalarını Bakı şəhəri, Sədərək ticarət mərkəzində yerləşən “Bliss Viktoriya” adlı mağazadan müxtəlif vaxtlarda almışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şahid1 adına olan kart hesabına köçürülmüş pulların qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 100 manat Şahid1 "xxxx" KB ASC-yə aid bank kart hesabına pul köçürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun barəsində şikayətçi deyil və ona yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkmədən xahiş etmişdir. - Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. - zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətci olmadığını, onunla barışdığını, ödənişlə bağlı razılığa gəldiklərini bildirmiş və ona cəza təyin edilməməsini xahiş etmişdir. Həmçinin növbəti məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs7 Mansur qızı tərəfindən verilmiş ərizədən göünür ki, Təqsirləndirilən şəxs şikayətci olmadığını, onunla barışdığını, ödənişlə bağlı razılığa gəldiyini bildirərək ona yüngül cəza verilməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən göünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmiş, onun barəsində ən ağır cəza verilməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. - Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən göünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ondan şikayətçi olmadığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş ərizədən göünür ki, Təqsirləndirilən şəxs ona 3200 manat borcu qaldığını, həmin pulun ödənilməsi ilə bağlı razılığa gədiklərini, ondan heç bir şikayəti və tələbi olmadığını bildrmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və işə onun iştirakı olmadan baxılmasını məkəmədən xahiş etmişdir. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs dəymiş ziyanı tələb etdyini, lakin sonuncuya həbslə bağlı olmayan cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyil, barışmışdır. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş, onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, ona olan 1600 manat borcun hissə-hissə hər ay 100 manat olmaqla ödənilməsi barədə qardaşı X3 ilə birgə razılığa gəlmişlər. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-41/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-95/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs müddəti 01 ay, yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-119/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs müddəti 02 ay, yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-43/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs müddəti 02 ay, yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-68/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(104)-97/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-68/2022 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o, halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərər çəkmiş şəxslərin mallarını və pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini qaytarmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs5 başqa digər zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını və onlarla barışmasını, əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəmiş, qalan hissəsini də ödəmək barədə razılaşmış, yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs5 ilə razılıq əldə edə bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini və həmin cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq cəzanın şərti olaraq tətbiq edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin bir hissəsinin ödəməsini, məhkumluğunun olmamasını, zərərçəkmiş Zərərçəkmiş şəxs5 başqa digər zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmamasını, barışıq əldə etmələrini və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmələrini, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, törətdiyi cinayət az ağır cinayət hesab olunur. Hazırki vəziyyətdə o, zərərçəkmiş şəxslərə dəymiş ziyanın çox hissəsini ödəmiş və 12 nəfər zərərçəkmiş şəxsdən 11 nəfərlə barışıq əldə etmiş, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Həmçinin onun azadlıqda qalması zərərçəkmiş şəxslərə qalan ziyanı ödəməsi üçün də şərait yaradacaqdır. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək əsas cəzası sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11400 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbindən imtina etdiyini, şikayət və tələbinin olmadığını bildirmiş, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, mülki iddiaçı iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia üzrə icraata xitam verilsin. Mülki iddiaçıya izah olunsun ki, mülki iddiadan imtina edilməsi cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar