Məhkəmə qərarları › İş №1(125)-87/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-87/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-87/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1976-cı il Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, xx.xx.2018-ci il tarixdə AR CMnin 126.1 maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanında yerləşən Bazar Store MMC-də onunla birlikdə ağartı məhsulları satan Zərərçəkmiş şəxs onun barəsində müxtəlif şəxslərlə söz-söhbət yaratmasını bəhanə edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq gösərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş və onun qarın nahiyəsinə bir dəfə təpik zərbəsi vuraraq ona sol qasıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuş, eyni zamanda sonuncunun piştaxtasında satdığı ağartı məhsulu (şor) yerə ataraq zay etməkl 50-60 (əlli-altmış) maddi vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, ailəsini dolandırmaq üçün təxminən 6-7 ildir ki, Gəncə şəhər Təzə bazarda ağartı məhsulları satmaqla məşğuldur. Zərərçəkmiş şəxs da həmin bazarda ağartı məhsulları satmışdır. Ümumiyyətlə onunla Tahirə arasında heç bir münasibət olmamışdır. O, bazarda öz piştaxtasının yanında tanışı ilə söhbət edən zaman Tahirə adlı qadın öz piştaxtasının arxasından onun barəsində dediqodu etdiyini iddia edərək, əli ilə cinsi orqanını göstərərək şəxsiyyətini alçaldaraq təhqir etmişdir. O da Tahirəyə cavab qaytaranda o daha da qızışaraq azyaşlı qızının ünvanına nalayiq ifadə işlətmiş və yanına gələrək qarşısında olan pendiri götürüb başına çırpmışdır. O da əsəbləşib Tahirənin ünvanına nalayiq ifadələr işlətmiş və onu vurmağa cəhd edəndə orada olan kənar şəxslər buna imkan verməyib aralamışlar. O, Tahirəni vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Tahirənin onun barəsində dedikləri tamamilə yalan şər və böhtandır, o piştaxtaya təpik atdığı üçün, təpik Tahirəyə dəyməmişdir. Tahirə adlı qadınla dava-dalaş Gəncə şəhər Təzə Bazarda baş vermiş, təxminən 5-10 dəqiqə davam etmiş, yanlarında digər satıcılar və tanımadığı müştərilər olmuşdur. Tahirə adlı qadına deyil onun öz piştaxtasına təpik atmışdır. Tahirə adlı qadının aldığı xəsarət barədə heç nə deyə bilməz. Özünü ona görə təqsirli bilmir ki, atdığı təpik Zərərçəkmiş şəxs qarnına dəyməmişdir. Zərərçəkmiş şəxs dedikləri yalan şər və böhtandır. Dava zamanı Zərərçəkmiş şəxs pendiri onun başına vuran zaman məhsulu zay etməklə ona təxminən 30-40 manat maddi ziyan vurmuşdur. İrəli sürülmüş ittihamda özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi əmək kimi Gəncə şəhər Təzə bazarda ağartı məhsulları satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində öz piştaxtasında ağartı məhsulları satan zaman 2 nəfər müştəri ona yaxınlaşaraq pendir, yumurta və qaymaq almaq istəklərini demiş, o da müştərilərə pendir, yumurta olsada, qaymaq olmadığını, lakin başqa satıcıdan təşkil edəcəyini demişdir. O, bu sözü müştərilərə dedikdə, Anar kənardan səslənərək, ona yaxınlaşan müştəriləri yanına çağırmış, o da Anara əsəbləşib, ona yaxınlaşan müştəriləri yanına çağırdığı üçün öz iradını bildirərək, onu dindirmədiyini və bir daha belə hərəkət etməməsini demişdir. Anar da yaxşı edir deyib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Anar onun rəhmətə getmiş övladını və qızını təhqir edəndə o da əsəbləşib, ona tərəf gedərək piştaxtasından pendiri götürüb onun üstünə atmışdır. Anar da qadınlığına fikir verməyərək hər kəsin içində üstünə cumaraq təpiklə qarın nahiyəsinə 2 dəfə vurmuşdur. Anar hətta hirsi soyumadığı üçün bıçaq götürərək üstünə gəlmişdir. Lakin digər satıcılar və müştərilər onu sakitləşdirib kənara çəkmişlər. Anar da öz qanunsuz əməlinə davam edib, təhqiramiz ifadələr işlədərək onun piştaxtasından şoru götürüb yerə atmışdır. O da dərhal bu barədə AR DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Anar ilə aralarında əvvəllər mübahisə və konflikt olmamışdır. Anarla arasında dava-dalaş Gəncə şəhər Təzə Bazarda baş vermiş, təxminən 5-10 dəqiqə davam etmiş, yanlarında digər satıcılar və tanımadığı müştərilər olmuşdur. Dava zamanı Təqsirləndirilən şəxs şoru yerə tökməklə ona təxminən 50-60 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi əmək kimi Gəncə şəhər Təzə bazarda ağartı məhsulları satmaqla məşğuldur. Anar adlı şəxs və Tahirə adlı qadın onunla birlikdə bazarda ağartı məhsulları satırlar. Hər ikisini bazarda işlədikləri üçün tanıyır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Anar adlı şəxslə söhbət edən zaman digər piştaxtada ağartı məhsulu satan Tahirə adlı qadın onun barəsində dedi-qodu etdiklərini zənn edərək, birbaşa Validənin özünün və Anarın ünvanına deyil, onun barəsində dedi-qodu edən şəxsə ünvansız söyüş söymüşdür. Amma əslində onlar Anarla Tahirə adlı qadın haqqında dedi-qodu etməmişlər. Tahirə nalayiq ifadə işlədəndə Anar da əsəbləşərək, Tahirənin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Tahirə öz piştaxtasının arxasından Anara doğru gələrək onun üstünə pendir atmış, Anar da qəzəblənərək piştaxtanın arxasından qalxmış, Tahirəyə tərəf gəlmişdir. Ətrafdakılar onları ayırmaq üçün toplanmışlar. Toplaşan adamların çox olduğundan Anarın Tahirəni vurub-vurmamasını görməmişdir. Tahirə də Anar barəsində dərhal AR DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpiklə xəsarət yetirdiyinin konkret olaraq şahidi olmamış, yalnız həmin şəxslərin bir-birilərinin ünvanlarına nalayiq ifadə işlədərək dava etdiklərini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:21 dəqiqədə görüntüdə sağ tərəf piştaxdadakı bir nəfər qadının piştaxtanın arxasından çıxaraq, digər piştaxtadakı şəxsə yaxınlaşdığını və orada olan pendiri həmin şəxsin üstünə atdığı, daha sonra həmin görüntünün davamında ağ köynəkli kişi cinsli şəxsin qadın cinsli şəxsə sağ ayağı və sağ əli vurduğu, bundan sonra isə qadın cinsli şəxsin gəldiyi yerə gedərək onun qarşısında olan 2 ədəd içərisində ağartı məhsulları olan malları yerə tökdüyü görünür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinin 14 iyun 2022–ci il tarixli 966 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə–tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər–sol qasıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi,hemotoması, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, “Grand Qafqaz” ticarət mərkəzində baş vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli höküm dəyişdirilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ilə cəzası şərti hesab edilmiş, xx.xx.2020-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 21 saylı Evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə Bazar Store MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022ci il tarixdə saat 10 radələrində bazarda gündəlik iş rejimi pozulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, cinayət hadisəsinin görüntülərini əks etdirən 1 ədəd DVD disk sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışında görsənir ki, Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, ibtidai isitntaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, sonradan tövsif dəyişərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə ibtidai istintaq müddətindəki tövsif dəyişikliyini əməlin zahiri əlamətlərinin CM-nin 128-ci maddəsinin tərkib əlamətlərinə uyğunluğu ilə izah edir. Lakin sonradan ibtidai istintaq müddətində ictimai yer hesab edilən bazarda iş rejiminin pozulması, geniş insan kütləsinin hadisə yerinə toplaşması diqqətə alınaraq, əməl 221.1-ci maddəyə tövsif edilmişdir. Məhkəmə ibtidai istintaqın yanaşmasını düzgün hesab edir. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 3-cü bəndinə əsasən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı, habelə mülkiyyət toxnulmazlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin CM-nn 126.1, maddəsi ilə 01 il 06 ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci tarixli Gəncə Şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib, CMnin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ilə cəzası şərti elan edilib. xx.xx.2020-ci ildə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qedyiyyatdan çıxarılıb. Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməsi şəxsin əməlində residiv yaratmasa da şəxsiyyəti mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyini zamanı bu halla yanaşı digər halı nəzərə almağı zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin edilməsindən öncə zərərçəkmişlə aralarında təhqirlə müşayiət edilən sözlü mübahisə baş vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təhqirinə cavab olaraq Təqsirləndirilən şəxs tərəfindən onun ünvanına səsləndirilmiş təhqirlərə qeyri mütənasib reaksiya verərək onun əmlakına zərər vurmuşdur. Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini məhz Zərərçəkmiş şəxs onun əmlakına zərər vurmasının təsiri altında törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatda üç min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur, maddi sübut kimi qiymətləndirilmiş 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığıüçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Gəncə şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar