Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-87/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1.249 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq də edib üzərində daşıyaraq saxlamış, 22 iyun 2024-cü il tarixdə saat 22:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində şübhəli bilinərək yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİnin 1-ci PŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində açıq boz rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,249 m maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci addəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: 19 dekabr 2024-cü il tarixli məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun ayağı sındığı üçün evində müalicə aldığı zaman polis əməkdaşları evinə gələrək “yığım” olduğunu və onunla şöbəyə getməyini bildirmişlər. Daha sonra polis əməkdaşları ona narkotik istifadəçisi kimi ittihamı qəbul etməyini, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüləcəyini bildirmiş, o, da seçim qarşısında qalaraq polis əməkdaşları ilə razılaşmışdır. O, daha sonra narkotik vasitələrdən 3-4 il əvvəl istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs qismində saxlanılan zaman isə xəstə olduğunu və başında damar genişlənməsi olduğundan narkotik vasitədən istifadə etmədiyini qeyd etmişdir. İfadəsinin sonunda isə onu saxlayan əməliyyatçılardan İlyas adlı şəxsi tanıdığını, digərini isə tanımadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X2 yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmiş və qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 iyun 2024-cü il tarixdə Gəncə şəhəri, S.Vurğun küçəsi ev 100-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2024-cü il tarixdə, saat 22:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında olmasını müəyyən etmiş və barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində pisxotrop maddə saxlamasında şübhəli bildirib Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli parça şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu təqdim etmiş,həmin siqaret qutusunun içərisinə baxış zamanı şəffaf rəngli büküm içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və bir neçə gün əvvəl yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasında digər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/1738 material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); - “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan, görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həmin tarixdə, saat 22:30-da tutulmuşdur (i.v.12); - “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin idarənin kiçik inspektoru polis baş serjantı Şahid2 və Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməyi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sol yan cibindən 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxış zamanı içərəsində şəffaf rəngli büküm aşkar olunur. Həmin bükümün içərisinə baxış zamanı içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və bir neçə gün əvvəl yaşadığı küçədə yerdən tapdığını bildirir (i.v.34-35); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 23 iyun 2024-cü il tarixli 16/725 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,249 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotropmaddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (i.v.44-45); - 23 iyun 2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi” haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə toplanmış HK-1/1738 saylı material aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir( i.v.47-48); 24 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 64-65); - 24 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad olunması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsidə“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v.76-77); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə AR SSR СМ-nin 143 maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Gəncə Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə AR SSR CM-nin 145-ci maddəsi ilə əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubliklası Milli X3 8-ci maddəsinin a bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Türkiyə Respublikası İstanbul 12-ci X9 tərəfindən TR qanununun 141/1 maddəsi ilə oğurluq şübhəsi ilə xx.xx.2017-ci il tarixdə həbs edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 66.3, 66.5-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 08 gününü çəkmək üçün MTCM-yə keçirilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.0.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən azad olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1ci və 69.3-cü maddəsinə əsasən 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikası Bakırköy 5-ci X9 tərəfindən TCQ 142/2 B 1 maddəsinə əsasən oğurluq ilə həbs edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarizli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 66.5-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5, 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə amnistiya tətbiq edilərək üzərində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 234.1, 66.2, 69.3, 66.5-ci maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir ( i.v. 93-97); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 03 sentyabr 2024-cü il tarixli, 1480 saylı rəydən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v.99-100); - 03.09.2024-cü il tarixli 4014 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs “opium narkoman” diaqnozu qoyulmuşdur”.(i.v.102); - 03.09.2024-cü il tarixli 4371 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. (i.v.103); - 13 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.119); - 30 sentyabr 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 09:30-da Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir (i.v.122); - “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v.124); - 30.09.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış rəyi, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir( i.v.130-137); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı və məhkəmə iclasındakı ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən video görüntü, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəyləri, şahid ifadələri və digər sənədlərlə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünu CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsinə dair verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və təsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra xx.xx.2025-ci il tarixdə öldüyü üçün cəza təyin edilməməlidir. Çünki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmədiyi üçün onun hüquqi varisinin cinayət işinə bəraətverici əsas olmadan, yəni təqsirləndirilən şəxsin şəxsin ölməsi əsası ilə xitam verilməsinə razılıq vermək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.8.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək hüququ yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, öldüyü üçün ona cəza təyin edilməməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,149 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 168 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, öldüyü üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,149 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 168 (yüz altmış səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-87/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-87/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver