Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-88/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını tamah məqsədilə ələ keçirmək üçün 23 iyun 2023-cü il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən "Böyük Ucuzluq" adlanan geyim mağazasının yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs məxsus adsız kafenin arxa-ehtiyyat qapısını sındırmadan açmaqla qanunsuz daxil olub, oradan ümumi dəyəri 1200 manat olan pivə aparatının üst dəmirini, ümumi dəyəri 800 manat olan Samsung markalı televizor, 105 manat dəyərində toyuq ətini, 93 manat dəyərində olan süd məhsulları, ümumi dəyəri 21 manat olan 3 ədəd spirtli içki, 75 manat dəyərində olan su motorunun naqilinini, ümumidəyəri 180 manat olan 02 ədəd su motorunu, 225 manat dəyərində 1( bir) ədəd “İphone 7” markalı mobil telefonu, bir cüt ümumi dəyəri 85 manat olan “Pioner” markalı səsucaldanı, bir ədədinin qiyməti 12.50 manat olan, cəmi 37.50 manat olan 3 ədəd qazan, bir ədəd ümumi qiyməti 4 manat olan alüminum tava, bir ədədinin qiyməti 16 manat, cəmi 32 manat olan 2 (iki) ədəd alüminium çaydanı, bir kilosunun qiyməti 14 manat olan, cəmi 126 manat olan 9 kilo mal ətini, 1 kilosunun qiyməti 9 manat, cəmi 32 manat olan 4 kilo çəkidə heyvan iç orqanlarını, ümumi dəyəri 50 manat olan qara rəngli çantanı tamah məqsədilə, hüquqazidd, qanunsuz və əvəzsiz olaraq götürməklə, özgənin ümumilikdə 3065,50 (üç min altmış beş manat əlli qəpik) manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Gəncə şəhəri Gülüstan qəsəbəsində spirtli içki qəbul etdikdən sonra, tanımadığı taksi ilə gəzmək üçün Yeni Gəncə qəsəbəsinə yerləşən parka gəlmişdir.Parkın yaxınlığında o, kafe görmüş və həmin kafeyə yaxınlaşıb qapısının bağlı olduğunu görmüş və kafenin qapısındakı qıfılı sındırıb içəri daxil olmuşdur. O, kafeyə içəri daxil olduqdan sonra ilk növbədə divardan asılı olan televizoru götürmüş, daha sonra geri qayıdaraq orada olan pivə aparatının beynini, ardıcıllıqla sellofan torbada olan toyuq ətini, süd məhsulları götürərək tanımadığı taksiyə yığmış, tanımadığı binanın arxasında gizlətmişdir.Həmin günün səhəri oğurladığı televizoru çoxdan tanıdığı Amil adlı şəxsə satmış, pivə aparatını tanımadığı taksinin yük yerinə yükləyərək Gəncə şəhəri Sovxoz Nizami adlanan yerdə metal qəbulu məntəqəsinəaparıb orada tanımadığı şəxsə satmış, toyuq ətini də Sovxoz Nizami adlanan yerdə ət mağazasına satmışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını azadlıqdan çıxdıqdan sonra zərərçəkmişə dəymiş zərəri ödəyəcəyinə söz verdiyini nəzərə alıb barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, “28 May küçəsi, ev 13-də yerləşən obyetki icarəyə götürüb işlədir. Onun obyektində artıq üçüncü dəfədir ki, oğurluq hadisəsi baş verir. Belə ki, o, hazırki, kafeni işlətməmişdən əvvəl ayaqqabı satışı ilə məşğul olmuş və onun obyektində yenə də oğurluq hadisəsi baş vermiş, lakin o, həmin oğurluq hadisəsini kim tərəfindən törədilməsini araşdırmamışdır.Çünki onların obyekti yerləşən sahədə sahə müvəkkili işləyən polis onun oğurlanan malların dəyərini və sayını bilmədiyi üçün onlar tərəfindən araşdırmanın nəticəsiz qalacağını demişdir.xx.xx.2023-cü il tarixinin gecəsində Təqsirləndirilən şəxs onun obyektində oğurluq hadisəsi törətməmişdən bir gün əvvəl obyektə dostları ilə daxil olmuş və orada özləri üçün yeyib içdikdən sonra, obyetdə olan mobil telefonu götürüb getmişdir. Onların obyektində kamera olmadığı üçün yaxınlıqdakı Əminə marketin kamerasında baxmışlar üç-dörd nəfər kişinin gecə saatlarında onların obyektindən çıxdığı kameralarda görünsə də həmin şəxslərin üzləri aydın görünməmişdir.İbtidai istintaq zamanı dindirmədə Tural özü etiraf etmişdir ki, oğurluq hadisəsindən bir gün əvvəl həmin obyektdə özbaşına yeyib içmişdir.Həmin gündən əvvəlki gün Yeni Gəncə parkını su basmışdır. Fövqaladə Hallar Nazirliyinin işçiləri parkda iş gördükləri üçün ona günorta yeməklərini onun obyektində edəcəklərini demişlər. Ona görə də o, həmişə aldığından çox bazarlıq etmiş, nisyə ət, toyuq filan alıb soyuducuya qoymuşdur. Hazırda da 135 manat borcu vardır. Onun işlətdiyi obyektdə oğurluq hadisəsi törədildiyi günün səhəri o, obyekti açmaq üçün açarı qıfıla salmış, görmüşdür ki, qıfıl açılmır. Daha sonra qapını güc tətbiq edərək açmış və içəri girdikdə ilk öncə divardan asılmış televizorun yerində olmadığını görmüşdür. O, oğluna zəng etmiş düşünmüşdür ki, bəlkə televizoru onun oğlu götürmüş, lakin oğlu televizoru götürmədiyini deyərək dərhal ora gəlmişdir.Daha sonra o, soyuduculara baxdıqda orada olan qutularda ətin və ləyəndəki toyuğun daha sonra kokteyl hazırlamaq üçün aldığı qutularda aldığı südlərin də yerində olmadığını görmüşdür.Onun obyektində yaşlı qadın işləyir həmin vaxt o, gəlmiş və görmüşdür ki, o, ağlayır. Həmin qadın onu sakitləşməyə çalışmış, daha sonra qadın ona obyektdəki aliminium qazanların ləyənlərin də aparıldığını demişdir. Onun oğlu xaricdən idman çantası gətirmiş, həmin çantanın içərisinə həmişə qəpik pul yığmışlar. Baxanda görmüşlər ki, o, çanta da yoxdurvə həmin çantanın yanındakı oğluna aid eynək də yerində olmamış, daha sonra o, həmin eynəyi Turalın gözündə görmüşdür. O, dərhal polisə müraciət etmiş və hadisə yerinə polis əməkdaşları gəlmiş, əl izləri götürmüşlər. Onların obyektində olan pivə aparatı da icarə olmuş, həmin vaxt pivə aparatının sahibi gəlmiş, orada səs-küy salmış və həmin aparatın 1200 manat qiyməti olduğunu demiş, polis əməkdaşları həmin şəxsi sakitləşdirmişdir. İbtidai istintaq zamanı Tural onun üzünə demişdir ki, onun qazanını, ləyənini aparmamış, lakin o, Sovxoz Nizamidə yerləşən metal qəbulu sexinə getmiş və orada öz qazanını və ləyənini tanımış, onun bahalı qazanlarından bir neçəsi əzilmiş vəziyyətdə olmuşdur. O, həmin yerdən bir qazan, bir tava ləyənlərini, iki çaynikini götürmüşdür. Daha sonra, o, Baş Polis İdarəsindən televizorunu da geri almışdır. Turalın toyuq ətini satdığı şəxs ətin pulundan 50 manat ona geri vermişdir. Hazırda Tural oğurladığı pivə aparatının beynini geri qaytarmadığı üçün onun obyekti bağlı qalmışdır.Həmin pivə aparatının 1200 manat qiyməti vardır, o, 1000 manat ödəsə qalan 200 manatı o, özü işləyib ödəyəcəkdir. O, şəhid bacısı olduğu üçün yetərincə canıyanmış, icra başçısı tərəfindən verilən yataqxanada pis vəziyyətdə yaşayır daim əziyyət çəkmişdir. Sonda o, ona dəymiş ziyan ödəniləcəyi təqdirdə şikayətçi olmadığını əks təqdirdə şikayətçi olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun işlədiyi mağazaya tanımadığı şəxs gəlmiş və təzə qablaşmış toyuq bel ətini satdığını demiş, həmin ətlərin təzə olduğunu müəyyən etdikdən sonra 1 kiloqramını 1manat 50 qəpiyə almışdır. Həmin toyuq əti təxminən səkkiz kiloqram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, dəmir qəbulu sexində işləyir. Əvvəllər Turalı tanımamışdır. Sadəcə arabir sexə dəmir gətirib təhvil verirmiş. Hər dəfə Turaldan metal qəbul edəndə onun şəxsiyyət vəsiqəsini alır, qeydiyyat kitabına onun haqqında məlumatları daxil edirmiş. Hazırki iş üzrə oğurlanmış malları da qəbul edən zaman ondan malların özünün olub-olmamasını soruşmuşdur. Tural isə öz növbəsində təsdiq etmişdir ki, təhvil verdiyi mallar onun özünündür. Oğurlanmış malları Tural 3 dəfəyə gətirmişdir. Hər dəfəsində malları qəbul edərək Tural 10 manatla 20 manat arası pul vermişdir. Qəbul etdiyi əşyalar əsasən mətbəx əşyaları olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, o, ünvan 2i ünvanda ailəsi ilə birgə yaşayır. VAZ 2106 markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, onun özünə məxsusdur. Təxminən, iki ay bundan əvvəl ünvan 2ində avtomobil yolu ilə hərəkət etmişdir. Həmin vaxtı kəndin içərisində yolun sağ tərəfində bir nəfər tanımadığı şəxs onun idarə etdiyi avtomobilə əl etmişdir. O da avtomobili həmin şəxsin yanında saxlamışdır. Həmin şəxs arıq, orta boylu şəxs olmuşdur. Həmin şəxs ona yaxınlaşıb demişdir ki, “savxoza neçəyə apararsan?”. O da həmin şəxsə demişdir ki, “4 manat ver, aparım”. Daha sonra ohəmin şəxslə razılaşaraq onu, Gəncə şəhərində yerləşən Savxoz adlanan yerə aparmışdır.O, sonuncunu “Savxozda” metal qəbulu zavodunun qarşında düşürmüşdür. Daha sonra həmin şəxs 4 manat pulu ona vermişdir. O da avtomobilə oturub oradan uzaqlaşmışdır. Daha sonra o həmin şəxsi bir daha görməmişdir. Qeyd olunan avtomobil onun özünə məxsusdur. O, həmin şəxsi tanımamış, həmin şəxsin onun avtomobili vasitəsilə apardığı malların oğurluq mal olduğunu bilməmişdir. O, əvvəllər lisenziya əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid4 ifadəsindən görünür ki,əvvəllər tanıdığı Məşdi ləqəbi ilə tanınan Tural təxminən bir ay bundan əvvəl əlində televizor olduğunu və “Kontakt Home”dan yeni televizor aldığı üçün həmin əlində olan televizoru satıb yeni televizoru həmin pulla alacağını bildirmişdir. Elə həmin gün təxminən saat 4-5 radələrində Tural onun ünvan 3 ünvanına gəlmişdir. O, yanında həmin televizoru da özü ilə gətirmişdir. O, həmin televizora baxmışdır. Özünə də televizor lazım olduğu üçün həmin televizoru almaqla bağlı razılığa gəlmişdirlər.Belə ki, həmin televizor qarşılığında ilk əvvəl o ondan 100 manat tələb etmişdir. Lakin o Tural ilə razılaşmamışdır. Onun cəmi 50 manat pulu olduğunu və başqa pulu olmadığını ona bildirmişdir. İlk əvvəl Tural onunla razılaşmasa da, daha sonra bir qədər düşündükdən sonra razılaşmışdır. O, həmin televizoru ondan 50 manat qarşılığında almışdır. O, həmin televizoru aldıqdan sonra dayısı vəfat etdiyi üçün Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərciyə getmışdir. Təxminən o, 4 gün orada qalmışdır. Orada qaldığı müddət ərzində qardaşı X6 ona zəng vuraraq, polislərin ərazidə olduğunu və hansısa obyektdən televizor oğurlandığını bildirmişdir. Bu zaman o dərhal Tural ilə arasında olan məsələni xatırlamış və dərhal başa düşmüşdür ki, həmin oğurluq televizor Turalın ona satdığı televizordur. Buna görə də qardaşı Alimə həmin televizoru götürüb aparıb evlərinin yaxınlığında olan polis bölməsinə təhvil verməsini demişdir. Qardaşı Alim də həmin televizoru götürüb 3-cü Polis bölməsinə təhvil vermişdir. Polis əməkdaşları həmin hadisə ilə bağlı gəlsələr də onu tapa bilməmişdilər. Bununla bağlı onu qeyd etmişdir ki, dayısı vəfat edən vaxt telefonu sındığı üçün heç bir zəng qəbul edə bilməmişdir. Yas yerindən qayıtdıqdan sonra isə o özü 3-cü Polis Bölməsinə getmişdir. O, həmin televizorun oğurluq olduğunu bilməmişdir. Belə ki, bildikdən dərhal sonra həmin televizoru gətirib 3-cü Polis bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri, Gülüstan Qəsəbəsi 28 May küçəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kafedir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və X3 azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkildən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus əl çantası iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Metal qəbulu” məntəqəsinə gələrək əlində olan ağ rəngli paketin içərisində olan metallardan iki ədəd çaydanı, bir ədəd tavanı, həmin tava və çaydanın qapaqlarını, uzunluğu dəqiq məlum olmayan naqilləri metal qəbulu məntəqəsində olan tərəziyə yerləşdirir. Daha sonra metal qəbulu məntəqəsinin əməkdaşı dəftərdə müvafiq qeydlər aparır, qeydləri apardıqdan sonra qeyd olunan malları tərəzidən götürür. Daha sonra paketdən çıxardığı qazanı tərəzinin üzərinə qoyur. Daha sonrakı videogörüntüdə Təqsirləndirilən şəxs həmin məntəqəni tərk edərək naməlum istiqamətdə hərəkət edir. Həmçinin, Təqsirləndirilən şəxs videogörüntüdə üzərində qara rəngli çantanın, gözündə qara rəngli eynəyin olması da əks olunur. Bundan başqa digər videogörüntüdə Təqsirləndirilən şəxs həqiqətən “Budaqlı” ərzaq mağazasında olduğu və əlində olan iki ədəd paketdəki ərzaq məhsullarını mağazada olan şəxsə verməsi, həmin şəxsin növbə ilə həmin ərzaq məhsullarını tərəzidə ölçdükdən sonra müəyyən miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs verməsi və Təqsirləndirilən şəxs mağazanı tərk etməsi əks olunmuşdur. Bundan başqa digər videogörüntüdə Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinin yerləşdiyi əraziyə VAZ 2106 markalı, **-RH-*** nömrəli avtomobil ilə gəlməsi, avtomobil dayandıqdan sonra avtomobilin yük yerindən bir ədəd sellofan rəngli paketi, daha sonra bir ədəd mavi rəngli sellofan paketi götürərək yerə qoyur və avtomobilin sürücüsünə cinbindən çıxardığı nəyisə verdikdən sonra hər ikisinin oradan uzaqlaşdığı əks olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində alınmış Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6502 nömrəli rəyindən görünür ki,ekspertiza təyini haqqında qərarda göstərilən 12 ədəd üzərində “Athena” şirkətinə məxsus olan 1 litrlik, 2.4% süd məhsullarının bir ədədinin qiyməti 2.60 manat olmaqla, ümumi dəyərinin 31.20 manat təşkil etdiyi, 1( bir) ədəd “Evvoli” şirkətinə məxsus, 32 düym(82 dioqonal),”32EV100D” model işlənmiş vəziyyətdə smart televizorun ümumi dəyərinin 180 manat təşkil etdiyi, 9 kq sümüklü mal ətinin ümumi dəyərinin 126 manat təşkil etdiyi, 1 (bir) ədəd “İphone” markalı mobil telefonun ümumi dəyəri 140 manat, iki ədəd işlənmiş vəziyyətdə “Pionner” markalı, “TS-A6966S”model səsucaldanın birinin dəyəri 25 manat olmaqla, ümumi dəyərinin 50 manat təşkil etdiyi, 3 ədəd orta həcmli alüminium işlənmiş vəziyyətdə qazanın bir ədədinin qiyməti 15 manat olmaqla, ümumi dəyərinin 45 manat təşkil etdiyi, 2 ədəd kiçik həcmli işlənmiş vəziyyətdə alüminium qazanın bir ədədinin qiymətinin 5 manat olmaqla, ümumi dəyərinin 10 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə “Mərcan” şirkətinə məxsus 14 ədəd toyuq ət məhsulunun , 4 kq heyvan iç orqanlarının, 3 ədəd hər biri 700 qram olan “Xan” şirkətinə məxsus spirtli içkinin, 55 metr uzunluğunda işlənmiş vəziyyətdə mis naqilin, “Marquis” şirkətinə məxsus 1 ədəd böyük həcmli su nasosunun, bir ədəd “Marquis” şirkətinə məxsus kiçik həcmli su nasosunun orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göpstərilən 07 adda malların hadisə baş verən tarixə, yəni 2023cü ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 582,20 manat müəyyən olunmuşdur.Qərarda qeyd edilən 07 adda mallar (markası, modeli, istehsal yeri, ölçüsü, kütləsi və digər texniki göstəriciləri) barədə ətraflı məlumat olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-291/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində şəkməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli 5778 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2649 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məxsus olan bir ədəd alüminum qazan, bir ədəd aluminum tava, iki ədəd alüminium çaydan və bir ədəd “Evvoli” markalı smart televizor, bir ədəd qara rəngli əl çantası iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmaqla qanuni sahibinə qaytarılması nəzərə alınmışdır. İfadələrin yerində yoxlanılması istintaq hərəkətinin görüntülərini əks etdirən 01 (bir) ədəd “DVD-R”disk və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd asma qıfıl maddi sübut kimi tanınmış və“DVD-R”disk iş materiallarında saxlanılmış, 01 (bir) ədəd asma qıfıl saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir.Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması vəya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı cinayət əməllərindən əvvəl oğurluq etmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-291/2023 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli Hökmünə əsasən cəzasının əvvəlinin hesablandığı xx.xx.2023-cüil tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir ki, həmin məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd asma qıfıl məhv edilməli, bir ədəd “Evvoli” markalı televizorun, bir ədəd qara rəngli əl çantasının, bir ədəd alüminium qazanın, bir ədəd alüminium tavanın, iki ədəd alüminium çaydanın sahibinə qaytarılması nəzərə alınmalı və bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-291/2023 saylı hökmüilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin və Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmünə əsasən onun həbsə alınması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd asma qıfıl məhv edilsin, bir ədəd “Evvoli” markalı televizorun, bir ədəd qara rəngli əl çantasının, bir ədəd alüminium qazanın, bir ədəd alüminium tavanın, iki ədəd alüminium çaydanın sahibinə qaytarılması nəzərə alınsın və bir ədəd DVD diskiş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-88/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-88/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver