Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-89/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X10 iştirakı ilə, xx xxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsız, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib 2022-ci ilin avqust ayında həmin toxumları yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq torpaqda əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, yəni, ümumi sayı 3 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivasiya etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin X3 narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində onun yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı torpaq sahəsindən 3 (üç) ədəd ümumi təmiz çəkisi 300 qram narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanının həyətyanı torpaq sahəsindən aşkar edilmiş 3 ədəd çətənə kollarının toxumlarını 2022-ci ilin iyul ayının sonlarında Göygöl rayonunda Hacıkənd qəsəbəsində meşəlik ərazidən tapmış, həmin toxumları bu ilin avqust ayında şəxsi istifadəsindən ötrü yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Həmin çətənə kollarına su vermiş, ətrafını alaq otlarından təmizləmişdir. Çətənə kolları quruyandan sonra az miqdarda marixuana əmələ gəldiyini bildirmişdir. O, nə əvvəllər yaşadığı evdə, nə də başqa bir yerdə çətənə kolları əkməmişdir, çələnə kollarını hər hansı bir şəxsə satmamış və belə bir niyyəti olmamışdır. Ümumiyyətlə, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bu barədə heç kəsin xəbəri olmamışdır. Həmin ünvanda o, anası ilə birlikdə yaşayır, himayəsində yaşlı anası var. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o X9 xidmət edir. xx.xx.2022-ci il tarixdə idarəyə Gəncə şəhər sakıni Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlamasında, daşımasında və yaşadığı evin həyətyanı sahəsində əkibbecərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 İlə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində olmasını müəyyən etmişlər və onu həmin ünvanda saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşları olduğunu deyərək qanunsuz olaraq harkotik vasitələrin üzərində saxlamasında, daşımasında, İstifadəsində və yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsində şübhəli olduğunu deyərək Gəncə şəhər BPİ-nin İnizbati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtari$ zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib, becərilməsi qadağan olunmuş narkotik tərkibli kollar əkdiyini bıldırmişdir. Daha sonra idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə özü ərizə ilə müraciət edərək yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının həyətyanı sahəsinə mütəxəssisin, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının həyətyanı sahəsində qulluq olunmuş halda olan olan yaşıl rəngli, kəskin spesifik qoxuya malik çətənə bitkisinə oxşar 3 ədəd kollar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və satış məqsədi ilə əkmədiyini bildirmişdir. Bundan sonra onlar tərfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən həyətyanı sahədə baxış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kolları sayı 3 ədəd olmuşdur. Daha sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı ibtidai istintaqdakı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq xadiməçi işləyir. Səhər saat 07 radələrində evdən çıxıb işə gedir, saat 16 radələrində isə işdən evə qayıdır, bəzən isə gecə növbəsinə qalaraq axşam saat 22 radələrində işdən evə qayıdır. Təqsirləndirilən şəxs onun oğludur, X4 yaşamış, daha sonra orada həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra Rafael 2022-ci ilin iyul ayının əvvəllərində Azərbaycan Respublikasına qayıtmış, Rusiya Fedarasiyasından qayıtdıqdan sonra oğlu Rafael onunla birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında yaşamışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində qonşudan evə qayıdan zaman oğlu Rafaelin evdə olmadığını görmüş, üzərindən bir neçə dəqiqə keçdikdən sonra Gəncə şəhər Baş Polis İdarəsindən ona zəng gəlmiş və həmin vaxt yaşadıqları ünvan 6 ünvanında yerləşən evlərinin həyətyanı sahəsində oğlu Təqsirləndirilən şəxs məxsus qanunla dövriyyəsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edildiyini bilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Baş Polis İdarəsində onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmiş, baxış xamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Vəliyev, Gəncə şəhər BPİ-nin MB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Rafael Qabil oğluna üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və psixotrop maddə aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini və yaşadığı ünvan 4 ünvanının həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Vəliyev, Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 müdafiəçi X6 və mütəxəssis X5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərir. Həmin çətənə kollarının 3 ədəd olduğunu və şəxsi istifadəsindən ötrü əkdiyini və heç kəsin bundan xəbəri olmadığını və başqa yerdə narkotik tərkibli çətənə bitkilərini əkmədiyini bildirir. Daha sonra həyətyanı torpaq sahəsində olan 3 ədəd narkotik tərkibli çətənə kolları torpaqdan çıxarılır. Daha sonra aqronom Qurban Məmmədov həmin kolların narkotik mənşəli çətənə kolları olmasını, kəskin qoxuya malik olmasını, gec əkdiyini və dişi bitkilər olmasını bildirir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin kolları 25-27 gün bundan əvvəl əkdiyini və həmin bitkilərə su verdiyini bildirir. Daha sonra həyətyanı torpaq sahəsindən aşkar edilmiş 3 ədəd kollar bir ədəd ağ rəngli kisəyə yığılır. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 16/1086 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş kütlələr...” yazı va İmzalar olan kisədəki ümumi sayı 3(üç) ədəd, ümumi təmiz çəkisi 300 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan alim-aqronom ixtisasına malik mütəxəssis X15 oglunun 08 Sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus, yaşadığı evin həyətyanı torpaq sahəsində əkilmiş 3 (üç) ədəd bitki narkotik xassəli çətənə bıtkısidir və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloyi dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəh dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkololi dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, 3 (üç) ədəd tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 299.94 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri Gəncə şəhər BPİ-ə saxlanca verilmiş, şəxsi axtarış istintaq hərəkətinin və təqsirləndirilən şəxsin yaşayış sahəsinə baxışın görüntülərini əks etdirən iki ədəd DVD disk sübut əhəmiyyəti daşıdığı üçün iş materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) tərkibli bitkiləri əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib 2022-ci ilin avqust ayında həmin toxumları yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq torpaqda əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, yəni, ümumi sayı 3 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivasiya etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–nin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Zeynalov X8 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 177.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Bundan əlavə, Rusiya Federasiyasının Stavropol Diyarının, Pyatiqorsk Şəhər Məhkəməsinin xx.xx.2020-ci tarixli Hökmü ilə RF-nın CM-nin 30.3 158.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti təyin edilməklə şərti hesab edilərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, hökmün tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır (iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 31/79 saylı məktubuna əsasən). Bu baxımdan təqsirləndirilən şəxsin əməlində residiv müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Gəncə ŞİHB–nin 2 saylı SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan, şübhəli şəxs qismində tutmaq haqqında qərardan və barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-115/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-198/2022 nömrəli Qərarı ilə onun həbsdə saxlanma müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 1 ay 27 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 1 ay 27 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 3 ay 24 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə BPİ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 03 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X12 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci ildən 04 noyabr 2022–ci ilədək həbsdə saxlanıldığı 1 ay 27 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 03 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk sübut əhəmiyyəti daşıdığı üçün iş materiallarına əlavə edilərək iş materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-89/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-89/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver