Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-89/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Mülki iddiaçı Şahid3 etibarnamə üzrə nümayəndəsi X6, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxsvə onun müdafiəçisi X9 iştirakı ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, ev 5, mənzil 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altna vermə» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş və yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən qaçmışdır. Belə ki, o, 05 may 2023-cü il tarixdə, saat 17:50-də «X17» Azərbaycan Respublikası Qanununun 35-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan X7 məxsus VAZ 2106 minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri N.Nərimanov prospekti ilə hərəkətdə olarkən «X17» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə edərək Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində «X17» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən hadisənin qarşısını almalı olduğu halda” həmin tələblərə riayət etməyərək eyni istiqamətdə hərəkətdə olan piyada keçidində piyadalara yol verən Şahid3 idarə etdiyi “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş, nəticədə Şahid3 idarə etdiyi “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil sürüşərək piyada keçidindən keçən piyadalar Şahid1 və Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan piyada Şahid1 Ramin qızının bədəni üzərində xəsarət müəyyən olunmasada digər piyada Qarayeva Afət Bayram qızının sağ baldır sümüklərinin açıq, qəlpəli sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs oğlu, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.2-ci və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə qardaşına məxsus “VAZ 2106” markalı 20- EU- 465 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərmək üçün evdən çıxmış, yolda bir qadın avtomobilə əyləşmiş, ondan onu “komandirin küçəsi” adlanan yerə aparmağını istəmişdir. Gəncə şəhəri priborun yaxınlığında onun idarə etdiyi avtomobilin qarşısında olan “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil qəflətən əyləc sistemindən istifadə etmiş, o da əyləci sıxmış, lakin əyləci işləməmiş və avtomobil arxadan həmin qarşıdakı avtomobilə dəymişdir. Hadisə zamanı o, avtomobili 60-70 KM/S sürətlə idarə etmişdir. O, avtomobildən duşmüş, avtomobildə apardığı qadından necə olduğunu soruşmuş, həmin qadın yaxşı olduğunu demişdir. O, hadisənin təsirindən həyacanlanmış, ətrafdakı insanlar ona su alıb vermişdir. Daha sonra hadisə yerinə onun anası gəlmiş, orada onlara məlum olmuşdur ki, hadisə zamanı piyada keçidində piyadanı vurmuşdur. Orada aldıqları məlumata görə onlar bilmişlər ki, həmin avtomobil ilə vurulmuş şəxsi xəstəxanaya aparmışlar. O, anası ilə birgə avtomobil ilə vurduğu qadının vəziyyətini öyrənmək üçün Gəncə şəhər Beynəlxalq Xəstəxanasına getmiş, orada həmin şəxsi Gəncə şəhər X8 apardıqlarını demişlər. O, özünü yaxşı hiss etmədiyi üçün anası ona evə getməyini demiş, özü isə xəstəxanaya xəsarət alan qadının vəziyyəni bilməyə getmişdir. Daha sonra ona valideynləri polis idarəsinə çağırıldığını demiş və o, polisidarəsinə getmiş və orada ifadə vermişdir. Daha sonra onun valideynləri, qardaşı və dostları xəstəxanada olmuş, orada zərərçəkmiş şəxsin müalicəsi üçün pul lazım olduğunu demişlər onun anası 200 manat pul vermişdir. Daha sonra zərərçəkmiş şəxs xəstəxanadan çıxdıqdan sonra o, bibisi ilə birgə bazarlıq edib üzrxahlıq üçün Zərərçəkmiş şəxs evinə getmiş, lakin Zərərçəkmiş şəxs bazarlığı qəbul etməmiş, əməliyyatı üçün xərclədiyi 5000 manat pulu istəmişdir. Onların maddi vəziyyəti aşağı olduğu üçün Zərərçəkmiş şəxs əməliyyat pulunu verə bilməmiş, onun anası xəstədir o və qardaşı fəhləlik edərək anasının müalicəsi üçün ancaq pul çatdırır. Sonda o, əməlindən peşman olduğunu hadisə zamanı, piyadanı vurduğundan xəbərsiz olduğu üçün ona kömək etmədiyini, yoxsa məqsədinin qaçmaq olmadığını bildirmiş və mülki iddianın isə maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:50-də dişlərini müalicə etdirtmək üçün nəvəsi Şahid1 ilə birlikdə Nəriman Nərimanov prospekti ilə X19 prospektində yerləşən piyada keçidindən keçərkən (sağdan sola) onlara bir avtomobil yol vermiş, onlar keçmək istədikdə arxadan başqa avtomobil ona və nəvəsi Şahid1 dəymiş və onları yerə yıxmışdır. O, hadisə zamanı nəvəsi Ayan üçün bərk qorxmuş, lakin ətrafdakı insanlar Ayanın yaxşı olduğunu onun özünün ayağından qan gəldiyini demişlər. Hadisə yerinə ona əvvəl yol verən avtomobilin sürücü təcili tibbi yardım çağırmış, onu əvvəl X2 aparmışlar. Orada ona ayğının tomoqrafiya olunmalı olduğunu, lakin onların xəstəxanasında tomoqrafiya aparatının işləmədiyini bildimişlər. Oradan onu təcilli tibbi yardım avtmobili ilə X10 aparmışlar. Orada onu komputer tomoqrafiyası etmək üçün ondan 600 manat pul istəmişlər onun özündə 200 manat olmuş, o, həmin pulu vermiş və qohumlarında olan 400 manatı da həmin pulun üstünə qoyub onun ayağını tomoqrafiya etmişlər. Onun ayağında açıq qırıq olduğu üçün təcili əməliyyat olunmalı olduğu bildirilmişlər və əməliyyat üçün 4478 manat pul istəmişlər. Onun qohumları gedib sələmə pul tapmış və o, əməliyyat olunmuşdur. Əməliyyatdan iki gün sonra onun müalicəsi üçün yenidən pul lazım olduqda onun əri təqsirləndirilən şəxsin anasına zəng etmiş və onlara pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxsin anasına cəmi 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs və onun ailəsi ona nə maddi nə mənəvi dəstək olmamış, Təqsirləndirilən şəxs onu avtomobil ilə vurduqdan sonra hadisə yerindən qaçmışdır. O, Təqsirləndirilən şəxs nə hadisə günü nə hadisədən sonra görməmişdir. Sonda o, ona dəymiş olan maddi ziyanı tələb etdiyini ziyan ona ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını əks halda şikayətçi olduğunu demişdir. Məhkəmə iclasında qanuni nümayəndə X5 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1xx.xx.2023-cü il tarixdə nənəsi Zərərçəkmiş şəxs ilə diş həkiminə gedərkən piyada keçidindən keçəndə onlara bir avtomobil yol vermiş onlar keçmək istəyəndə həmin avtomobilin arxasındakı avtomobil onlara dəymiş, o, zərbənin təsirindən avtomobilin üstünə düşərək, oradan da yerə yıxılmışdır.Hadisə zamanı onun qollarının dirsək nahiyyəsi sıyrılmış, beli və ayağı əzilmişdir. O, hadisədən bir müddət sonra onda axsaqlıq olmuş, hazırda isə sağalmışdır. Hadisə zamanı o, yüngül xəsarət alsa da nənəsi Afətin ayağı qırılmış, qarşı tərəfdə onlara yol verən avtomobilin sürücüsü və ətrafdakı insanların köməyi ilə nənəsi yerdən qaldırılmış və bir stola əyləşdirilmişdir. Daha sonra oraya təcili tibbi yardım çağırılmış, və onlar xəstəxanaya getmişlər.Nənəsi Zərərçəkmiş şəxs ayağı sındığı üçün həmin gün ayağından əməliyyat olunmuşdur. Onlar xəstəxanada olanda onları avtomobil ilə vurub qaçan oğlanın qohumları oradaya gəlmiş və onun babası ilə nəisə danışmışlar, lakin o, otaqda olduğu üçün danışılanları eşitməmişdir.Hadisə zamanı isə onları vuran avtomobilin sürücüsünü o, görməmişdir. Məhkəmə iclasında şahid və mülk iddiaçı kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhərindən yas yerindən çıxıb özünə məxsus “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə getmək üçün Gəncə şəhərinin içi ilə gedərkən, avtobusun arxasından iki nəfər şəxsin piyada keçidi ilə keçdiyini görmüş, əyləci sıxaraq dayanmışdır ki, həmin şəxslər keçsin. Həmin vaxt arxadan onu “VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil vurmuş və onun avtomobili də yolu keçən piyadalara dəymişdir. Hadisə zamanı onun avtomobilin qapısı sıxıldığı üçün o, avtomobilin pəncərəsindən çıxmış dərhal piyada keçidindəavtomobilin zərbəsi ilə yıxılan şəxslərin yanına getmişdir. Həmin vaxt o, arxadan onu vuran şəxsi görmüş, lakin həmin şəxs onlara heç bir kömək göstərmədən avtomobilini orada qoyub getmişdir. O, yıxılan qadına və onunyanındakı azyaşlı qıza yaxınlaşmış, ətrafdakıların köməyi ilə oraya təcilli tibbi yardım çağırmışlar və həmin qadın və nəvəsi xəstəxanaya aparılmışdır. Daha sonra o, öz avtomobilini özü cərimə meydanşasına aparmış, daha sonra polis əməkdaşları onu Gəncə şəhər narkoloji dispanserə apararaq ondan analiz götürdükdən sonra birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdirlər. Hadisə zamanı ona maddi ziyan dəydiyi üçün o, mülki iddia qaldırmış və ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki,Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə qardaşı Şahmar ona demiş ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyir və bunun üçün etibarnamə ilə ona məxsus“VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili istəmişdir. O, Şahmara həmin avtomobili idarə etməyə icazə vermiş, həmin gün günorta saatlarından sonra qardaşı Şahmar ağlaya-ağlaya ona zəng gedərək avtomobili vurduğunu demişdir. O, iş yoldaşı ilə dərhal hadisə olan yerə getmiş və orada ona məlum olmuşdur ki, Şahmar avtomobili vuranda avtomobil gedib piyadaya dəymiş, piyada xəsarət aldığı üçün oraya təcili tibbi yardım gəlmiş və o, xəstəxanaya aparılarkən o da dostunun avtomobili ilə həmin xəstəxanaya getmişdir. Daha sonra hadisə barədə valideynlərinə məlumat vermiş, valideynləri də xəstəxanaya gəlmişlər. Orada onlara məlum olmuşdur ki, hadisə zamanı adı onlara sonradan məlum olan Zərərçəkmiş şəxs ayağı qırılmış və əməliyyat olmuşdur. Onlar Zərərçəkmiş şəxs hər hansı maddi dəstək göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Gəncə şəhər N.Nərimov prospektinin kəsişməsində“VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı piyada keçidində yolu keçən iki nəfər şəxs avtomobilin zərbəsindən xəsarət almış və hadisə yerinə təcili tibbi yardım çağırılmış, xəsarət alanlar xəstəxanaya aparılmışdır.Hadisə zamanı “VAZ 2106” markalısürücüsü su almaq üçün oradan uzaqlaşmış, daha sonra o, həmin şəxsi görməmişdir. Polis əməkdaşları toqquşan avtomobilləri cərimə meydançasına aparmışlar. Toqquşan avtomobillərin sürücüləripolis əməkdaşları tərəfindən Narkoloji Dispanserə aparılmış və orada müayinədən keçmişlər. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan olunmuş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, digər oğlu Şahid2 etibarnamə ilə idarə etdiyi **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə Şahmar taksi fəaliyyəti ilə məşğul olmaq üçün qardaşından almışdır. Həmin gün təxminən 18 radələrində oğlu Şahmar ona zəng edərək yol nəqliyyat hadisəsi törətdiyini və qorxduğunu bildirmişdir. Bu səbəbdən o, oğlu Şahmara yaşadıqları ünvanın yaxınlığında yerləşən Dan Ulduzu şadlıq evinin yanına gəlməsini bildirmişdir. O, “Dan Ulduzu” adlanan yerdə oğlu Şahmar ilə görüşdükdən sonra birlikdə hadisə zamanı xəsarət alan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs və nəvəsi Şahid1 səhhəti ilə bağlı maraqlanmaq üçün “Beynəlxalq” xəstəxanasına getmişdirlər. Həmin xəstəxanada onlara bildirmişlər ki, burda yol nəqliyyat hadisəsi ilə bağlı müraciət edən yoxdur. Oğlu Şahmar qorxduğu üçün o, Şahmara bildirmiş ki, sən get evə mən həmin xəsarət alanları tapıb onların səhhəti ilə maraqlanacam. Daha sonra Şahmar evə getmiş duş qəbul etdikdən sonra polis əməkdaşları ona zəng vuraraq onları Gəncə şəhər BPİ-nə dəvət etmişdirlər. O, Şahmar ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və oğlu Şahmar polis əməkdaşları ilə birlikdə Gəncə şəhər narkoloji dispanserə gedərək Şahmardan analiz götürdükdən sonra polis əməkdaşları birlikdə Gəncə şəhər Baş polis idarəsinə yenidən qayıtmışdırlar. Məhkəmə iclasında İbtidai istintaqdakı ifadəsielan olunmuş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki,ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 05 may 2023-cü il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Gəncə şəhər N.Nərimov prospektinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmişdir ki, həmin gün hadisə yerində dayanıqlı vəziyyətdə xidmətdə olan zamanı saat 17:50-də o və ekbaj yoldaşı Suphan Misirlinin gözü qarşısında Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində “VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyat nişanlı avtomobil yüksək sürətlə gələrək piyada keçidində piyadaya yol verən “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduqda “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil sürüşərək piyada keçidindən keçən iki nəfər biri yaşlı biri isə cavan olan xanımı vurmuşdur. Həmin zaman o dərhal Gəncə şəhər BPİ-nin növbətçi hissəsinə yol nəqliyyat hadisəsi barədə məlumat vermiş və onlar xəsarət alan şəxsələrə ilkin tibbi yardım göstərmişdirlər. Hadisə yerinə toplaşan şəxslərdən tanımadığı bir şəxs onlara yaxınlaşaraq təcili tibbi yardım xidmətinə zəng vurduğunu bildirmişdirlər. Biraz keçmiş ki, təcili tibbi yardım avtomobili gələrək həmin xəsarət alan şəxsləri xəstəxanaya aparmışdırlar. Onlar xəstəni xəstəxanaya yola saldıqdan sonra “VAZ 2106” markalı **-EU- *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsü onların başlarının qarışıq olmasından istifadə edərək sürücünün hadisə yerindən yayındığını görmüşdürlər. Daha sonra onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Sonra protokol ucadan oxunmuş və o hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılması təmin edilmişdir. O, və ailə üzvləri Təqsirləndirilən şəxs və ya onların ailə üzvləri ilə heç bir düşmənçilikləri yaxud ədavətləri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cüil tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X12 azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 1051/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 6626 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Psixonevroloji dispanserin 1910.2023-cü il tarixli 3356 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 812 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid1 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 830 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ baldır sümüklərinin açıq, qəlpəli sınığı - KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1542 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən məlumatlara əsasən VAZ-2106 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə ınun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avomobobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının” tələblərinə uyğunsuzluq olmuşdur. 3,4 İstintaq tərəfindən göstərilən məlumatlara əsasən Toyota Corolla markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi yolnəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “video görüntüyə baxış keçiriməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, 05 may 2023-cü il tarixdə saat 17:50-də Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Gəncə şəhər N.Nərimov prospektinin kəsişməsində “VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək piyada keçidində piyadaya yol verən “Toyota Corolla minik” markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduqda “Toyota Corolla minik” markalı **- HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil sürüşərək piyada keçidindən keçən piyadalara dəyir və hər iki piyada yerə yıxılır. “VAZ 2106” markalı **-EU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən uzaqlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işi üzrə sübütların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə sübut qismində tanınmış “VAZ 2106” markalı **-EU-*** qeydiyyat nişanlı və “Toyota Corolla” markalı **-VO-*** qeydiyyat nişanlı avtomobillər sübut qismində tanınmış və sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin Gəncə RQİ və TBŞ-nin 27 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi X3 tibbi arayışından görünür ki, xəstə Zərərçəkmiş şəxs 05 may 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək X13 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə olunmuşdur. Müayinə və müalicə aldığı müddətdə xəstə Zərərçəkmiş şəxs xəstəxanaya 4718 (dörd min yeddi yüz on səkkiz) manat pul ödəmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.2 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindədörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməcəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs “X17” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələriilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsinin Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aid edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdehinəməlindən peşman olmasınıcəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2ci və 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamağı,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxmağı və üzərində qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçüncəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək nəqliyyat vasitəsini idarə etmə hüququnda məhrum etmə cəzasının əvvəli Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri “həbs” qətimakn tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalıdan dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətlərinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən sübut qismində tanınmış “VAZ 2106” markalı ** EU *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil və Toyota Corolla markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin öz sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki iddiaçıTəqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sağlamlığına vurulmuş ziyanın bərpa edilməsi üçün xərclənmiş 4967 manat və iddia ərizəsi üçün ödənilmiş 79 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki iddiaçı müalicəsi üçün 4967 manat xərc bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Mülki iddiaçının təqdim etdiyiGəncə X1 arayışından görünür ki, onun tərəfindən Diaqnostika Mərkəzinə 4718 manat ödəniş edilmişdir.Məhkəmə iclasında mülki iddiaçı mülki cavabdeh tərəfindən ona dəymiş ziyandan 200 manat ödənildiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 4518 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 32 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. Şahid və mülki iddiaçı Şahid3mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək“Toyota Corolla” minik markalı ** HT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə vurulmuş 3060 manat və iddia və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şahid3 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası üzrə əlavə araşdırma aparılması zəruri olduğundan və iddia tələbi üzrə kifayət qədər sübutlar təqdim olunmadığından, dəymiş zərərin müəyyən edilməsi hazırda baxılan cinayət işi çərçivəsində müəyyən edilə bilmədiyindən mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Şahid3 mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdehTəqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona 04(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbirihökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut qismində tanınmış “VAZ 2106” markalı ** EU *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil və Toyota Corolla markalı **-HT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, MüxbirhesabAZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X9 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150(yüz əlli) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 4518 (dörd min beş yüz on səkkiz) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun 65 manat 18 qəpik hissəsi tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Şahid3 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Şahid3 mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-89/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-89/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver