Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-89/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Yurdçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və etibardan sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə Zərərçəkmiş şəxs əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə tanışı Türkiyə Respublikası vətəndaşı Vahid Cakan ilə bu barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdıqdan sonra Təqsirləndirilən şəxs tanışı Billürə Əhmədova ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs bacısı oğlu X4 Türkiyə Respublikası, Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirəcəyini vəd edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui- istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin may-iyun ayları ərzində istintaqa dəqiq məlum olmayan gündə 1000 (bir min) manat, 10000 (on min) manat və 9000 (doqquz min) manat pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs məlum hadisədən 4 il əvvəlki vaxta ümumi tanışları olan Şahid1 vasitəsi ilə tanımışdır. Tanış olma səbəbi həmin vaxtlar “Araz” təhsil kurslarında fizika-riyaziyyat müəllimi işlədiyi üçün kurs sistemini bildiyinə görə Cəmil onu Billurə ilə sonuncunun bacısı oğlu X5 oxumağa köməklik etməsinə görə tanış etmişdir. Həmin vaxtlar o, iki yerdə yəni, “Araz” kursu ilə yanaşı turizim şirkətində işləmiş və Türkiyə Respublikası ilə əlaqələri olmuşdur. Təxminən 2017-ci il tarixdə işləmək üçün Türkiyəyə getmiş və 2019-cu ilin dekabr ayında Gəncə şəhərinə geri qayıtmışdır. Bu zaman Billurənin bacısı oğlu Fuad artıq 11-ci sinifdə oxumuşdur. Həmin ərəfələrdə o, öz fəaliyyətini dayandırmış, lakin Zərərçəkmiş şəxs ilə yaxın münasibətlərinə görə bacısı oğlu Fuada köməklik etmək istəmişdir. Bu səbəbdən də Türkiyə Respublikasında yaşayan dostu Vahid Cakan ilə əlaqə saxlamış və bu məsələni sonuncuya başa salmışdır. Vahid ona “Atatürk” Universitetində olan tanışları ilə danışıb bir cavab deyəcəyini bildirmişdir. Daha sonra yenə Vahidlə əlaqə saxladıqda sonuncu Fuadı “Atatürk” Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirmək üçün 20000 (iyirmi min) manat pul lazım olduğunu bildirmişdir. O da Billurə ilə əlaqə saxlayaraq Fuadı “Atatürk” Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirmək üçün 20000 (iyirmi min) manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Gəncə şəhərində Billurə ilə görüşmüş və ona 20000 (iyirmi min) manat pulu tez bir zamanda işi həll etmək üçün Türkiyəyə göndərməli olduğunu izah etmişdir. O, Billurədən hissə-hissə olmaqla, ilk dəfə 1000 (bir min) manat, sonra 10000 (on min) manat və sonda 9000 (doqquz min) manat, cəmi 20000 manat pulu qəbul edərək bank vasitəsilə Vahid Cakana göndərmişdir. İmtahan günündən təxminən 20-25 gün sonra Vahid Cakan ona zəng edərək iş düzəldən adamın ortada olmadığını, onu tapa bilmədiyini və işin dayandığını bildirmişdir. Bu səbəbdən də bütün məsuliyyət onun üzərində qalmışdır. Belə olan halda o, Vahid Cakandan ödənişi geri qaytarmasını və Zərərçəkmiş şəxs pulunu qaytarmalı olduğunu bildirmişdir. Lakin, bir müddət sonra Vahid Cakanla əlaqəsi itmiş, ölkədən kənara çıxmağına qadağan qoyulduğundan Türkiyə Respublikasına gedə bilməmiş və pulu tələb edə bilməmişdir. İfadəsinin sonunda o, sonradan 20000 manat pulu tam olaraq Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2010-cu il tarixdən 2018-ci il tarixədək olan müddət ərzində o, Bərdə rayonu üzrə X3 əlaqələndiricisi vəzifəsində çalışmış, 2018-ci il tarixdə o, işlədiyi vəzifə ixtisara düşmüş və həmin işdən çıxmışdır. X7 onun bacısı Gülbənizin oğludur. O, ailə həyatı qurmamış, bu səbəbdən Fuad onunla birlikdə yaşayır. O, Fuada baxır, sonuncu onun himayəsindədir. 2019-cu il tarixdə Fuad 15 yaşında orta məktəbi bitirmiş və ali təhsil almaq üçün imtahan versə də imtahandan keçə bilməmişdir. Bundan sonra Fuad ona xaricdə ali təhsil almaq istəyini bildirmişdir. O, bu işdə Fuada köməklik etmək qərarına gəlmişdir. Bu məqsədlə o, DİM-də işlədiyi zaman tanıdığı Gəncə şəhərində yaşayan DİM-in Gəncə şöbəsində işləyən Şahid1 ilə əlaqə saxlayıb görüşməyi təklif etmiş, 2020-ci ilin may ayında o, Gəncə şəhərində yerləşən kafelərin birində Cəmillə görüşərək bacısı oğlu Fuadı Türkiyədə olan unversitetlərdən birinə tələbə kimi qəbul etdirmək istədiyini, bu işdə ona köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Cəmil ona onun belə işlərlə məşğul olan və Türkiyə ilə əlaqəsi olan tanışı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Cəmil zəng edərək Elşəni kafeyə çağırmış, sonuncu kafeyə gələrək onunla söhbət etdikdən sonra Türkiyədə olan tanışı vasitəsi ilə bacısı oğlu Fuadı 20000 (iyirmi min) manat pul qarşılığında Türkiyə Respublikası Ərzurum şəhərində yerləşən “Atatürk” Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini bildirmişdir. Bundan başqa Elşən ondan Fuadın orta məktəb atestatını, transkript və foto şəkillərini istəmişdir. O, Elşənə hal- hazırda üzərində həmin məbləğdə pul olmadığını, pulu toplayıb göndərəcəyini bildirmişdir. 2020-ci ilin may ayında Elşən ona ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** nömrəli telefonunun “Whatsapp”-na "xxxx" ASC-yə məxsus 5169 35441909 saylı, Manafova Natellaya məxsus bank kartının nömrəsini atmışdır. O, bank kartın- beh qismində 10 may 2021-ci il tarixdə 1000 (min) manat pul atmışdır. Bundan bir neçə gün sonra Elşən ona zəng edərək pulun qalan 19000 manatını göndərməsini bildirmişdir. Təxminən 15-20 may arası o, Gəncə şəhərinə getmiş və Gəncə şəhəri ərazisində tanımadığı kafelərdən birində Elşən və Cəmillə görüşmüşdür. Həmin vaxt o, Elşənə 10000 (on) mir manat pul vermiş, pulun qalanını isə bir neçə gün sonra verəcəyini demişdir. Elşən pulu götürərək onunla razılaşmış və o, evinə geri qayıtmışdır. 2012-ci ilin iyun ayının əvvəllərində Elşən yenidən ona zəng edərək pulun qalanını tələb etmiş, o, bacısı oğlu Fuadla yenidən Gəncə şəhərinə gedərək Gəncədə yerləşən “Eden” adlı kafedə Elşən və Cəmillə görüşmüşlər. Kafedə o, Elşənə özüylə gətirdiyi 9000 min manat pulu vermiş, Elşən pulu aldıqdan sonra ona narahat olmamağı, Fuadı Türkiyə Respublikası Ərzurum şəhərində yerləşən “Atatürk” Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirəcəyini bildirmişdir. 08 iyul 2021-ci il tarixdə Fuad xaricdə təhsil alması üçün Bakı şəhərində imtahan vermişdir.Fuadın imtahan nəticəsi 48 bal olmuş, o, Elşənə zəng edərək Fuadın 48 balla keçə bilməyəcəyini dedikdə Elşən ona “Atatürk” Universitetində olan tanışların həbs edildiyini, ona görə də işin alınmayacağını bildirmişdir. Bundan sonra o, Elşənə dəfələrlə zəng edərək pulu geri istəsə də Elşən hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmamış, o, da məsələ barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sona isə istintaq zamanı təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Lakin o, təqsirləndirilən şəxsin ona həm də mənəvi ziyan vurduğunu bildirərək onunla barışmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən X3 Ağcəbədi bölməsində işləmişdir. Həmin vaxtlar orada işləyən zaman Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, 2016-cı ildən DİM-in Gəncə şəhər bölməsində işləməyə başlamışdır. O, Təqsirləndirilən şəxs Gəncə şəhərində işlədiyi dövrdə tanımış, həmçinin, Elşən ona Türkiyə Respublikasında təhsil almaq üçün köməklik etməsini bildirmişdir. 2017-ci ildə o, Elşənlə Gəncə şəhərində kafedə çay içərkən Billurə lona zəng edərək Gəncə şəhərində olmadığını demiş, o da Billurəni həmin kafeyə dəvət etmişdir. Billurə kafeyə gəldikdən sonra o, Billurəni Elşənlə tanış etmiş, həmin vaxt Billurə avtomobil almaq istədiyini dedikdə Elşən bu işdə köməklik edəcəyini demiş və onların münasibətləri yaranmışdır. 2020- ci ilin xatırlamadığı aylarda Billurə onlara zəng edərək bacısı oğlunun Türkiyə Respublikasında təhsil almasına köməklik etməsini xahiş etmiş, o, Billurəyə Bakı şəhərində kursların olmasını, həm də bu işdə Elşənin ona köməklik edə biləcəyini demiş, bundan sonra Billurə özü Elşənlə əlaqə saxlamışdır. 2020-ci ilin may-iyun aylarında Billurə onu Gəncə şəhərində yerləşən “İstanbul” kafsinə çağırmış, o, kafeyə gəldikdə Elşənlə Billurənin orada olmalarını görmüş və onlarla birlikdə oturmuşdur. Söhbət əsnasında Billurənin Elşən vasitəsiylə bacısı oğlu Fuadı Türkiyədə təhsil almasını düzəltməsini öyrənmiş, bunun müqabilində Elşən Billurədən 20000 (iyirmi min) manat pul tələb etmişdir. O, orda olan zaman Billurə onun bilmədiyi miqdarda pulu sellofan torbada, yəni bağlı şəkildə Elşənə vermiş, Elşən də pulu götürərək saymadan cibinə qoymuşdur. Bundan sonra onun vaxtı olmadığı üçün kafedən çıxaraq işinə getmişdir. Bir müddət sonra Billurə onun telefonuna zəng edərək Elşənin işi düzəltmədiyini demiş, o da Elşənə zəng edərək işin hansı səbəbdən düzəlmədiyini soruşduqda Elşən düzələcəyini bildirmişdir. Bundan sonra o, Billurəyə bu məsələnin Elşənlə Billurənin öz işlərinin olduğunu bildirmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Elşən Billurədən işi həll etmək adı ilə 20000 (iyirmi min) manat pul almışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır və o, xalası ilə bir yerdə yaşayır. 2019-cu ildə o, orta məktəbi bitirmiş, ali təhsil almaq üçün imtahan versə də Azərbaycan Tibb Universitetinə balı çatmamışdır. 2020-ci ildə o, yenə də imtahan versə də balı çatmadığından ali məktəbə qəbul ola bilməmişdir. Bundan sonra xalası Billurə onuz xaricdə təhsil almaq istəyini bilmişdir. O, tibb fakültəsini bitirərək həkim olmaq niyyətində olmuşdur. Xalası Billurə bu işlə məşğul olacağını demiş, lakin ilk vaxtlar o, xalasının bu işlə əlaqədar kimlərlə danışmasını bilməmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində o xalası Billurə ilə birlikdə Gəncə şəhərinə getmiş və oradakı “Eden” adlı kafedə xalasının tanışları Cəmil və Elşən adlı şəxslərlə görüşmüşlər. O, Elşən və Cəmili ilk dəfə orada görmüş, Elşən onu Türkiyə Respublikası Ərzurum şəhərində yerləşən “Atatürk” Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul etdirəcəyini demişdir. Bundan sonra xalası Billurə Elşənə pul verəcəyi vaxt o, küçəyə çıxmış, lakin xalasının Elşənə 9000 min manat pul verəcəyini bilmişdir. Xalası Billurə pulu Elşənə verdikdən sonra o, kafeyə qayıtmış, Elşən ona bir ay sonra imtahan olacağını, imtahana girərək bildiklərini yazmağını, qalan məsələnin hamsını Elşənin özünün həll edəcəyini bildirmişdir. 08 iyul 2021-ci tarixdə o, xalası Billurə və Elşən Bakı şəhərinə imtahana getmişlər. İmtahanda bildiklərini yazmış, imtahandan çıxdıqda Elşən onu təbrik edərək Ərzurum şəhərində yerləşən “Atatürk” Universitetinin tibb fakültəsinə tələbəsi olduğunu və təxminən bir həftəyə cavabların çıxacağını demişdir. Cavablar çıxdıqda onun imtahan nəticəsi 48 bal olmuş, bundan bir neçə ay sonra xalası Billurə onun xaricdə təhsil məsələsinin alınmadığını və dələduzluq yolu ilə xalasına məxsus 20000 manat pulu ələ keçirdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında qərardan görünür ki, toplanmış HK- 1/3590 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, toplanmış HK-1/3590 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cüi maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.- 1-2); - 06 noyabr 2021-ci il tarixli “toplanmış materialın ərazi üzrə göndərilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir (i.v.19-20); - 24 may 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cm-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Qəzənfər Nəbiyevin icraatına qəbul edilmişdir.(i.v. 66); - 18 iyun 2022-ci il tarixli “cinayət işinin icraatının dayandırılması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənədək dayandırılmışdır. (i.v.- 100); - xx.xx.2022-ci il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v.- 105); - 30 iyul 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.- 108); - 12 dekabr 2022-ci il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 108); - 30 iyul 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə ittiham elan edilməli olan şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu hər dəfə işi düşəldəcəyini, əgər alınmasa pulu qaytaracağını bildirmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərini etiraf edərək Vahidin vasitəsilə işi həll etdiyini və Zərərçəkmiş şəxs elə dəməsinə səbəb özünün də Vahidə inanması olmuşdur. (i.v – 111-114); - 30 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cm-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.-115); - 01 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.- 144); - 01 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir. (i.v – 151-154); - 01 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmişdir. (i.v – 161- 162); - 09 avqust 2022-ci il tarixli “qətimkan tədbirinin qaydalarını pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin qaydalarını pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilmişdir. (i.v.173-174); - 09 avqust 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.175-176); - 10 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 184-185); - 10 oktyabr 2022-ci il tarixli “şəxsin könüllü gəlməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə saat 15:15-də Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir (i.v.187); - 10 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 01 avqust 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.190-191); - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan (iki dəfə 2000 və 17000 manat olmaqla) 20000 manat olaraq ödənilmiş və ödəniş sonuncu tərəfindən götürülmüşdür.(i.v. 215-218) - 20 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin qaydalarını pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin qaydalarını pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.220-221); - 10 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 224-225); - 27 aprel 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Y.N.Əliyevin icraatına qəbul edilmişdir. (i.v.228-229); - 27 aprel 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi və onun barəsində 20 oktyabr 2022-ci il tarixdən axtarış qərarı olduğu üçün icraat dayandırılmışdır. tutulub istintaqa təqdim olunana qədər cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.231-232); - 26 avqust 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 237-238); -26 avqust 2022-ci il tarixli “şəxsin könüllü gəlməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 09:30-da Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir (i.v.241); - 26 avqust 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (246-247); - 26 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxsin yenidən dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v.255-260); -26 avqust 2024-cü il tarixli Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.275); -28 avqust 2024-cü il tarixli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.276); - 29 avqust 2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (i.v.277); - 21 sentyabr 2024-cü il tarixli Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus qeydiyyatda nəqliyyat vasitəsi yoxdur (i.v. 278) - zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs Allayar qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış və ona veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və himayəsində 3 uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində 01 avqust 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 144 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-89/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-89/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver