Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-9/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədilə tanışı Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunu pul müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhəri, Mahrasa bağında yerləşən 15 saylı binanın qarşısında 900 manat, 2020-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Avtomobil zavodunun yaxınlığında 2100 manat və 2020-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhəri, M.A.Abbaszdə küçəsində yerləşən köhnə “Kəpəz otelinin” qarşısında 3200 manat pulu ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 6200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrar tamah məqsədilə tanışı X1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə Əli Cəbrayıllı ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunu pul müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən köhnə “Kəpəz otelinin” qarşısında 1200 manat, 2020-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə M.A.Abbaszdə küçəsində yerləşən köhnə “Kəpəz otelinin” qarşısında 1800 manat pulu ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş X2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qonşuluqda yaşayan Hüseyn adlı şəxsə görə tanımış, Anar Hüseyn adlı qonşusunun iş yoldaşı olmuşdur. Əvvəllər Hüseyn adlı qonşusu ilə öz aralarında söhbət olan zaman əlaqələrinin olduğunu, dövlət orqanlarına şəxsləri işə düzəltdiyini bildirmişdir. Həmin söhbətdən təxminən 1-2 il keçdikdən sonra Hüseyn adlı qonşusu ona yaxınlaşmış və onun Anar adında iş yoldaşı olduğunu, dövlət orqanlarında işə düzəlmək istədiyini, ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Belə olan halda həmin şəxsin özü ilə danışıb bu sualın cavabını verə biləcəyini bildirmişdir. Hüseyn adlı qonşusu Anarın nömrəsini ona vermiş, həmin vaxt Anara zəng vurmuş və 2020-ci ilin may ayında onunla ilk dəfə telefon vasitəsilə danışdıqdan sonra yaşadığı Gəncə şəhəri, Mahrasa Bağı bina 15-in qarşısında görüşmüşlər. Həmin vaxt pula ehtiyacı olduğu üçün Anarla söhbət edən zaman sözləri ilə kifayət qədər inandıraraq hər hansı dövlət qurumunda işə düzəltmək adı ilə ondan pul almaq fikrinə düşmüşdür. Sözləri ilə Anarı kifayət qədər qandırdığına görə Anar onu Fövqəladə Hallar Nazirliyində hər hansı işə düzəltmək vədinə inanmışdır. Ona bu işin düzəlməsi üçün ümumilikdə 6200 manat pul lazım olduğunu bildirmişdir. Anar da onunla razılaşmış, işin düzəlməsi və lazımi sənədlərin “yuxarıya göndərilməsi” adı ilə Anardan öncədən 3000 manat alacağını bildirmişdir. Anar onunla razılaşmış və bu söhbətlərindən bir neçə gün sonra 2020-ci ilin may ayında yaşadıqları binanın qarşısına gələrək atası ilə birlikdə ona 900 manat pul vermişlər. Bundan bir neçə gün sonra isə əvvəllər işlədiyi Gəncə avtomobil zavodunun qarşısına gələrək 2100 manat pulu atasının iştirakı ilə ona vermişdir. Anar 2100 manatı ona verməmişdən öncə dostu kimi təqdim etdiyi Əli Cəbrayıllı adlı şəxslə onu tanış etmişdir və Əlinin də onunla birlikdə işə düzəlmək istədiyini bildirmişdir. Anarın iştirakı ilə Əli adlı şəxslə də görüşmüş və onunda pulunu işə düzəltmək adı ilə ələ keçirmək fikrinə düşmüşdür. Əliyə də eyni qaydada işə düzəlməyin şərtlərini danışmış və onu da inandırmışdır. Bundan sonra Əlidən də lazımi sənədlərin “yuxarıya” göndərilməsi adı ilə ilk dəfə Əlidən 2020-ci ilin may ayında Gəncə şəhəri M.A.Abbaszadə küçəsində yerləşən keçmiş Kəpəz otelinin qarşısında 1200 manat almış və bir neçə gün sonra təkrar həmin yerdə 1800 manat pulu Əlidən almışdır. X13 ümumilikdə 3000 manat pul almışdır. Zərərçəkmiş şəxs1 da 2020-ci ilin may ayında işin təsdiq olunması adı ilə 3200 manat pulu Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən keçmiş Kəpəz otelinin qarşısında almış və ümumilikdə Zərərçəkmiş şəxs1 6200 manat pul almışdır. Bundan sonra onlara hər dəfə işin düzələcəyi barədə yalan vədlər vermişdir. Onlar isə onun sözlərinə inanaraq işin düzəlməsini gözləmişlər. Lakin sonradan müddət çox keçdiyinə və onun sözlərinin həqiqətə uyğun olmadığını öyrəndiklərinə görə Zərərçəkmiş şəxs1 və Əli Cəbrayıllı ondan verdikləri pulları tələb etməyə başlamışlar. O da onları qonşuluqda yaşayan Hüseyn adlı şəxsin evinə dəvət etmiş və Hüseynin iştirakı ilə onlara pullarını ələ keçirdiyini, onları işə düzəldə bilməyəcəyini, pula ehtiyacı oldu üçün bu cür addım atdığını bildirmişdir. Belə olan halda onlar pullarını tələb etmişlər. O da pulları qaytarmadığı üçün Anar və Əli onun barəsində şikayət etmişlər, Onun ümumiyyətcə Fövqalədə Hallar Nazirliyinə adam işə düzəltmək səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 və Əli Cəbrayıllıu işə düzəltmək adı ilə aldadıb pulları ələ keçirən zaman onlara Fövqalədə Hallar Nazirliyində işləyən hansısa yüksək rütbəli şəxsə pul verəcəyini və ya sövdələşmə aparacağını deməmişdir. Anardan bir dəfə 900, ikinci dəfə 2100, üçüncü dəfə isə 3200 olmaqla ümumilikdə 6200 manat pul almışdır. Əməlindən peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin may ayında əvvəllər birlikdə işlədiyi iş yoldaşı Hüseyn adlı şəxsin vasitəsilə tanış olmuşdur. Mirnemətlə əvəllər heç bir münasibəti olmamışdır. O, əvvəllər Hüseynə işə düzəlmək istədiyini, lakin tanış adamın olmadığını bildirmiş, Hüseyn isə ona tanış adam tapacağını ona bildirmişdir. Bu söhbətlərindən sonra Hüseyn təxminən 2-3 gün sonra onun işə düzəlməyində kömək edəcək şəxs tapdığını, ona məxsus nömrəni verdiyini, həmin adamın özü ona zəng edəcəyini bildirmişdir. Hüseynin dediyi həmin şəxs ona 2020-ci ilin mayının əvvələrində zəng etmiş, zəng edən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, onun barəsində Hüseyn adlı iş yoldaşının danışdığını bildirmişdir. O, həmin Mirnemətlə ilk dəfə telefonda danışdıqdan 2-3 gün sonra Mirnetmətlə onun avtomobilində yaşadığı Mahrasa Bağında görüşmüş, həmin vaxt onu bir daha inandıraraq işə düzəlməsindən köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra o, Gəncə şəhəri Təbriz küçəsində yerləşən Təbriz marketin yaxınlığında görüşmüş, həmin vaxt Mirnemət ona 6200 manat müaqbilində FHNnə işə düzəlməyə köməkilik edəcəyini deyib, sənədlərin hazırlanmasından ona xəbər verəcəyini bildirmiş, bundan sonra o, 2020-ci ilin may ayında Mirnemətin yaşadığı Gəncə şəhəri Mahrasa bağında yerləşən 15 saylı binanın yaxınlığnda 900 manat, daha sonra Avtazavod qəsəbəsində avtomobil zavodunun yaxınlığında fəhlə işlədiyi evin qarşısında 2100 manat pul vermiş, bundan sonra Mirnemət mobil telefon vasitəsi ilə ona zəng edərək, işin düzəlməsi üçün yerdə qalan 3200 manat pulu verməyin vacib olduğunu demiş, bundan sonra o, Mirnemətlə sonuncu səfər Gəncə şəhəri X21 küçəsində yerləşən Əminə marketin yaxınlığında görüşüb 3200 manat pul vermiş, daha sonra Mirnemətdən işin düzəlib düzəlmədiyini soruşan zaman Mirmemət sənədlərin “Nazirliyə” getdiyini deyib, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. İlk dəfə vaxtı uzatmaq üçün hər ikisi, yəni Əli və onun işini bir yerdə düzəltdiyinə görə gecikdiyini, daha sonra isə onların işini düzəldən şəxsin işdə olmadığını bildirərək və bu kimi bir neçə bəhanələr gətirərək onları aldatmışdır. Daha sonra Əli və o, Mirnemətin pullarını geri qaytarması üçün təkid edən zaman Mirnemət Əli və onu Hüseyn adlı şəxsin yaşadığı evə çağırmış, həmin evdə Hüseyn adlı şəxsin iştirakı ilə onların Mirnemətə işə düzəlmək məqsədilə verdikləri pulu öz ehtiyacları üçün xərclədiyini, işin düzəlməsi üçün hər hansı hərəkət etmədiyini bildirmişdir. Onları əvvəldən aldatmış, lakin buna baxmayaraq qısa zaman ərzində onlara məxsus pulu qaytaracağını bildirmişdir. Hazırda Mirnemətlə barışmışdır, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir, Mirnemətə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs ilə 2020-ci ilin may ayında dostu Anar vasitəsi ilə qanış olmuş, Mirnemətlə əvvəllər heç bir münasibəti olmamışdır. 2020-ci ilin may ayında dostu Anar onunla birlikdə olan zaman söhbət əsnasında Mirnemət adlı şəxş olduğunu, Fövqəladə Hallar Nazirliyinə Anarı işə düzəltdiyini, başqa 2 nəfər şəxs üçün də boş yer olduğunu bildirmişdir. Belə olan halda o, Mirnemətlə tanış olmaq istəmiş, bundan sonra Anar onu Mirnemətlə tanış etmişdir. 2020-ci ilin may ayında Anarla birlikdə Mirnemətlə Maqnit elektronika mağazasının yaxınlığnda yerləşər çayxanada görüşmüş və ilk dəfə həmin vaxt tanış olmuşlar. Çayxanada çay içən zaman Təqsirləndirilən şəxs ona FHN-də işə düzəlməyinə köməlik göstərəcəyini bildirmişdir. Həmin vaxt Mirnemət öz danışığı ilə onu inandırmışdır. O da dostu Anarın vasitəsilə tanıdığına görə inanmış, həmin söhbət əsnasında Anar işə düzəlmək üçün lazım olan 6200 manat pulun 1000 manatını verdiyi məlum olmuşdur. O da Mirnemətin onun işə düzəlməyində köməklik göstərməsinə razılaşmış, həmin vaxt onun işinin düzəlməsi üçün nə qədər vəsait lazım olduğunu soruşmuş, Mirnemət işi düzəlməsi üçün ümumilikdə 6200 manat pul lazım olduğunu, onun imkanını nəzərə alaraq əvvəlcədən 3000 manat alacağını işə çıxan vaxt isə 3200 manatını verəcəyini bildirmiş, daha sonra Mirnemət whatsap sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq işin düzələcəyini, sənədlərələ birlikdə pulun verilməsini deyib, əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Bundan sonra o, 2020-ci ilin may ayında Gəncə şəhəri X21 küçəsində yerləşən Əminə marketin qarşısında Mirnemətə birinci dəfə dostları Anar və Zöhrabın yanında 1200 manat, daha sonra isə təxminən 10 gün sonra Anarın iştirakı ilə Mirnemətə 1800 manat olmaqla ümumilikdə 3000 manat pul vermiş, daha sonra Mirnemətdən işin düzəlib düzəlmədiyini soruşan zaman Mirnemət sənədlərin “Nazirliyə” getdiyini deyib, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. İlk dəfə vaxtı uzatmaq üçün hər ikisi, yəni Anar və onun işini bir yerdə düzəltdiyinə görə gecikdiyini, daha sonra isə onların işlərini düzəldən şəxsin işdə olmadığını bildirərək və bu kimi bir neçə bəhanələr gətirərək onları aldatmışdır. Daha sonra Anar və o, Mirneməti pullarını geri qaytarması üçün təkid edən zaman Mirnemət Anar və onu Hüseyn adlı şəxsin yaşadığı evə çağırmış, həmin evdə Hüseyn adlı şəxsin iştirakı ilə onların Mirnemətə işə düzəlmək məqsədilə verdikləri pulu öz ehtiyacları üçün xərclədiyini, işin düzəlməsi üçün hər hansı hərəkət etmədiyini bildirmişdir. Onları əvvəldən aldatmış, lakin buna baxmayaraq qısa zaman ərzində onlara məxsus pulu qaytaracağını demişdir. Lakin Mirmemət nə ondan, nə də ki, Anardan aldığı pulu geri qaytarmamış, o, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs 3000 manat pul verməsinə baxmayaraq sonuncu onun işə düzəlməyinə köməklik etməmiş, onun inam və etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Hazırda Mirnemətlə barışmışdır, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir, Mirnemətə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X7 doğma oğludur. Zərərçəkmiş şəxs1 və X9 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. O özü şəkər xəstəsidir. 2020-ci ilin iyun ayında Türkiyə Respublikasının İzmir şəhərində sağ ayağının topuq hissəsindən əməliyyat olunmuş, həmin vaxt əməliyyat xərclərinin hardasa 4000 ABŞ dollarını oğlu Mirnemət ödəmişdir. O, xəstəxanada olan zaman ona Azərbaycan Respublikasından tanımadığı şəxslər zəng edərək oğlu Mirnemətin onları işə düzəltmək adı ilə aldadaraq pullarını aldığını bildirmişlər və ondan xahiş etmişlər ki, oğlu Mirnemətin onları aldadaraq aldığı pulların onlara qaytarılmasına köməklik etsin. O, oğlu Mirnemətdən nə baş verdiyini soruşmuş, Mirnemətdə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qonşuluqda yaşayan Hüseyn adlı şəxsə görə tanımış, Anar Hüseyn adlı qonşusunun iş yoldaşı olmuşdu. Hüseyn adlı qonşusu ilə söhbət edən zaman ona yaxın əlaqələrinin olduğunu, dövlət orqanlarına şəxsləri işə düzəltdiyini bildirmiş, Hüseyn adlı şəxsdə Anar adında iş yoldaşının olduğunu, dövlət orqanlarında işə düzəlmək istədiyini, ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, oğlu da həmin şəxsi işə düzəldə biləcəyini demişdir. Daha sonra oğlu Mirnemət Anarla telefonla danışmış və onu Fövqalədə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 6200 manat pulunu almış, daha sonra Əli Cəbrayıllı adlı şəxsi də həmin nazirliyə işə düzəltmək adı ilə aldadaraq 3000 manat pulunu almışdır. Həmin şəxslər də oğlunun onları aldadaraq pullarını ələ keçirməsinə görə oğlu Mirnemət barəsində polisə şikayət etmişlər. Oğlu Mirnemətin maddi çətinliyi və borcları olduğundan həmin şəxsləri aldadaraq pullarını almışdır. X17 Hallar Nazirliyinə və ya digər yerlərə işə düzəltməyə heç bir səlahiyyəti yoxdur. Hal-hazırda oğlu Mirnemətin vurduğu ziyanı tam olaraq ödəmişdir. Məhkəmədən nəzərə alınaraq oğluna yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqındakı ifadəsində göstərmişdir ki, o rəsmi olaraq hal hazırda Gəncə şəhəri, Totanlı küçəsində yerləşən Müalicə və Diaqnostika mərkəzində texnik işləyir. Zərərçəkmiş şəxs1 hərbi xidmətdə olduğu dövrdən tanıyır. Həmin vaxtdan yaxın münasibətləri yaranmışdır. Hal-hazırda da dostluq münasibətləri davam edir. O, Əli Cəbrayıllı dostdu Anara görə tanımışdır. Sonradan aralarında Anara görə dostluq münasibətləri yaranmışdır. Söhbət əsnasında əvvəldən hər ikisi dövlət orqanlarında işə düzəlmək istəyirlər. 2020-ci ilin may ayları olmuş, müddət çox keçdiyinə görə günü dəqiq yadında qalmamışdır. Anar və Əli onunla əlaqə saxlamışlar və Mirnemət adlı şəxslərin işi ilə əlaqədar görüşəcəklərini Əlinin Mirnemətə pul verəcəyini bildirmişlər. O isə bu sözünə görə Gəncə şəhəri, M.M.Abbaszadə küçəsinə getmiş, keçmiş Kəpəz otelinin qarşısında o, Əli və Anarla birlikdə Mirmeməti gözləmişlər, Mirnemət həmin yerə tək gəlmiş və gəldikdən sonra Mirnemət yaxın adamının olduğunu, işə düzəlmək üçün cəmi bir nəfərə ehtiyac olduğunu, ona görə də lazımi yerlərə pul çatmalı olduğunu bildirib onun və Anarın iştirakı ilə Əlidən pul almış, həmin vaxt Əlinin Mirnemətə nə qədər pul verdiyi yadında olmamışdır. Həmin pulu Əlinin özü Mirnemətə vermiş, Mirnemət həmin görüş zamanı təxminən 1-2 aya işlərinin düzələcəyini, əmrlərini veriləcəyini bildirmişdir. Mirnemət həmin görüş vaxtı yalan vədlər verərək pulu Əlidən götürmüş və uzaqlaşmışdır. Bundan sonra Mirnemət Anar tələsdirdiyi üçün həmin yerdə Anarla o, təkrar görüşmüş, bu dəfə isə Mirnemət Anardan pul almalı olmuş, Mirnemət yenə də Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən keçmiş Kəpəz otelinin qarşısına gəlmiş, orada olan zaman Anar pulu saymaqda kömək etməsini bildirmiş, o, Anara pulu sayıb Mirnemətə verməsində köməklik etmişdir. Anar həmin gün Mirnemətə işə düzəltməsi üçün 3200 manat pul vermişdir. Mirnemət isə yenə də yalan vədlər verərək işlərinin 1-2 aya düzələcəyini bildirərək oradan uzaqlaşmışdır. Şahid1 şahid qismində dindirmə zamanı verilmiş sualara cavab olaraq göstərmişdir ki, o, Anarın onun yanında 3200 manat verdiyini bilirmişdir. Əvvəl isə 3000 manat verdiyini demişdir. X15 6200 manat pul verdiyini bilmiş, Əli bir dəfə onun yanında Mirnemətə pul vermiş, lakin nə qədər pul verdiyini bilməmişdir. Lakin təxminən 3000 manat da Əlinin verdiyini eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş, 18 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, Gəncə şəhəri, Mahrasa bağı 15 saylı binanın arxa tərəfi göstərərək 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadaraq 900 manatı həmin yerə aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxsla Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən Avtomobil Zavodunun yaxınlığına gəlinmiş və Təqsirləndirilən şəxs həmin yeri göstərərək 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadaraq 2100 manatı həmin yerdə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Gəncə şəhər M.A.Abbaszadə küçəsində yerləşən “Kəpəz” otelinin yanına gəlinmiş və Təqsirləndirilən şəxs həmin yeri göstərərək 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadaraq 3200 manatı, eləcədə X8 həmin nazirliyə işə düzəltmək adı ilə aldadaraq 1200 manat bir, 1800 manatda bir pulunu həmin otelin qarşısında aldığını bildirmişdir. Həmin yerələrə baxış zamanı heç bir müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Seyidov X4 Anar Abbas oğlunu işə düzəldəcəyi barədə danışır. Zərərçəkmiş şəxs1 işə düzəldikdən sonra 2 gün evdə, 1 gün isə işdə olacağını, maaşının təxminən 560- 580 manat aralığında olacağını, iş yerinin ştatlarına görə maaşın məbləğinin də dəyişdiyini bildirir. Eyni zamanda işlədiyi dövrdə hər ay dövri olaraq maaşının 15-20 faiz artacağını da bildirir. Həmçinin işlədiyi dövrdə ipoteka ilə ev götürmək imkanının olduğunu bildirir. Daha sonra isə işlədiyi dövrdə əlavə ali təhsil almasına kömək edəcəyini bildirir, Zərərçəkmiş şəxs1 isə ipoteka və əlavə təhsil almaq söhbətlərinin daha sonra danışılacağını bildirir. Daha sonra isə Təqsirləndirilən şəxs işlədiyi dövrdə 13-cü maaş alacağını Zərərçəkmiş şəxs1 bildirir. Bununla da videogörüntü başa çatır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci tarixli Gəncə şəhər rayonlararası ruhiəsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji-dispanserdə qeydiyyatda yoxdur. 22 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2- ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. İş materiallarında əlavə edilmiş 03 mart 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal azadlığa buraxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yalan vəd verməsinin görüntüsünü əks etdirən video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yalan vəd verməsinin görüntüsünü əks etdirən video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Orxan Cəfərli.
Məhkəmə qərarları › İş №1(125)-9/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-9/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver