Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-9/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 263-1.2-ci və 264-cü maddələri və 12 dekabr 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, X2 küçəsi, bina 8, mənzil 21 ünvanında yaşamış, hazırda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci, 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 00:37-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 keçmiş arvadı Şahid1 ilə barışmaq və sonuncunu yaşadıqları evə qaytarmaq üçün spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə səs-küy yaratmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığına az ağır zərər vurulması ilə müşayiət olunan sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs2 burun nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərər vurulması ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı xəsarəti yetirməklə, həmçinin bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs2 baş və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub zor tətbiq etməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan “Chevrolet” markalı, “Cruze” minik modelli, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla yol şəraitini nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 80 km/saat sürətlə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində şəhərin mərkəzinə doğru hərəkət etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İV hissəsinin velosiped, araba, asma mühərrikli velosiped, moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına, həmin Qanunun 50-ci maddəsinin İİ-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitəsi səlahiyyətli orqanlar tərəfindən yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edilmədiyi halda yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozmaqla yuxarıda qeyd olunan Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbinə əsasən, svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında dayandırmalı olmasına baxmayaraq, göstərilən kəsişmədəki yolayrıcında svetoforun onun üçün qadağanedici qırmızı işıq siqnalı yanarkən hərəkətini davam etdirib həmin tələbə də əməl etməməklə yolayrıcına daxil olaraq eyni vaxtda Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə hərəkət edib Nizami Gəncəvi prospektinə doğru sola dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota” markalı, “Pirius” minik modelli, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və Zərərçəkmiş şəxs1 qarnın küt travması, dalağın cırılması, daxili qanaxma, travmatik, hemmoragik şok İİİ dərəcə, bədənin çoxsaylı sıyrıq və hematomaları ilə müşayiət olunaraq həyatı üçün təhlükəli olmaqla ehtiyyatsızlıqdan sağlamlığına ağır zərərvurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi baş verdikdən sonra qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, yaxud zərərçəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyib yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 00:37-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 keçmiş arvadı Şahid1 ilə barışmaq və sonuncunu yaşadıqları evə qaytarmaq üçün spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə səs-küy yaratmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığına az ağır zərər vurulması ilə müşayiət olunan sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası xəsarətləri yetirməklə, ardınca Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 burun nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərər vurulması ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı xəsarəti yetirməklə, həmçinin bundan sonra hər ikisi birlikdə Zərərçəkmiş şəxs2 baş və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub zor tətbiq etməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlardan Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 221.2.1 və 263-1.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənə qədər ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşamış və Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən köşkü icarəyə götürüb işlətmişdir. Həmin köşkü işlətdiyi vaxt, yəni 07 may 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə köşkün yanındakı yeraltı keçiddə tanımadığı bir nəfər kişi ilə qadının mübahisə etdiklərini, maraqlananda mübahisə edən şəxslərin ər-arvad olduğunu sonradan ayrıldıqlarını və qadının ayrılıb getmək istədiyini, kişinin isə sərxoş vəziyyətdə olmaqla ona getməyə icazə vermədiyini öyrənmişdir. Buna görə həmin vaxt mübahisə edən kişini, yəni adını sonradan bildiyi Teymuru sakitləşdirməyə çalışaraq söyüş söyməməsini, səs-küy salmamasını təklif etmiş, Teymur isə “oldu” deyərək yenidən yeraltı keçidə düşmüşdür. Özü isə köşkə qayıtmışdır. Həmin vaxt köşkündə satıcı işləyən tanışı Təqsirləndirilən şəxs2 köşkdə olmuşdur. Bir qədər keçmiş qeyd etdiyi şəxslərin mübahisəsi yenidən başlamış və o nə olmasını öyrənmək üçün Altunla birlikdə keçidə yaxınlaşmışdır. Həmin vaxt yağış yağmış və onlar həmin şəxsi keçiddən çölə çağırmışlar. O və Altun Teymurdan nə baş verdiyini soruşanda Teymur bir daha yanında olan qadının həyat yoldaşı olmasını, ailə məsələsi olduğunu bildirmiş, onlar da söhbətini küçədə yox evində etməsini, küçədə nalayiq sözlər danışmamasını məsləhət görmüşlər. Həmin vaxt Teymur sərxoş olduğu üçün danışığını bilməmiş və ona “nə deyirsən, nə istəyirsən?” deyə bildirdikdə Altun sağ əli ilə Teymurun göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra o da sillə ilə iki dəfə Teymurun sifətinə zərbə vurmuş daha sonra həmin şəxslər oradan aralanıb getmişlər. Həmin gün Teymur onunla kobud danışdığına görə Altun və özü həmin şəxsi döymüşlər. Hadisə vaxtı Teymurun sərxoş olmasını, danışığını bilməməsini görüb Altunu döyməməsi üçün o da həmin şəxsi döymüşdür. O, sillə ilə Teymurun sifətinə zərbə vurmuş, lakin yumruq vurmamışdır. Teymurun gözünə isə Altun zərbə vurmuşdur. Hadisə təxminən biriki dəqiqə davam etmiş və həmin vaxt hava yağışlı, qaranlıq olduğundan heç kim olmamış, lakin keçidin yaxınlığında içərisində sürücüsü olan bir avtomobil dayanmışdır. Hadisədən sonra o, zərərçəkmiş şəxs Teymurla barışmışdır. Bu hadisədən başqa, 20 iyun 2022-ci il tarixdə, səhər saat 05 radələrində köşkündə satıcı işləyən Şahid3 ilə birlikdə köşkün yanında görüşüb köşkə mal almaq üçün tanışı Elvinə məxsus göy rəngli, “Chevrolet Cruze” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən keçmiş “Şəmkir Avtovağzalı” adlanan yerə getmək üçün yola düşmüşlər. Avtomobili özü idarə etmiş, Ceyhun da ön sərnişin oturacağında əyləşmiş, avtomobildə ikisindən başqa heç kim olmamışdır. Nizami prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində orta hərəkət sürəti ilə yola davam edərkən saatda təxminən 80 km sürətlə hərəkət etrmişdir. Yolayrıcına çata-çatda işıqforun onun hərəkəti üçün qırmızı işığı yanmış, bu vaxt o, tez əyləci sıxıb avtomobili dayandırmaq istəmiş, lakin tormoz tutmadığı üçün yolayrıcında sola dönmə əməliyyatı edən “Toyota Pirius” markalı avtomobilin sol orta hissəsinə çırpılmışdır. Toqquşmanın zərbəsindən o, xəsarət almışdır. Toqquşmadan sonra güclü ağrılar hiss etdiyinə görə mobil telefonla ailə üzvlərinə zəng etmişdir ki, gəlib onu aparsınlar. Bir qədər sonra oraya Niva markalı, ağ rəngli avtomobil gəlib onu və dostu Ceyhunu oradan götürüb uzaqlaşdırmış və xatırlamadığı yerə aparmışdır. O, həmin vaxt onu aparmaq üçün oraya gəlmiş Niva markalı avtomobilin sürücüsünün kim olduğunu bilmir. Daha sonra o, ailə üzvlərinə xəbər vermişdir ki, gəlib onu olduğu yerdən götürsünlər. Bir qədər sonra dostu Eşqin gəlib avtomobil ilə onu götürüb evinə gətirmişdir. Hadisə nəticəsində özü ayağından xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisənin baş verməsinə səbəb idarə etdiyi avtomobilin tormoz sisteminin işə düşməməsi olmuşdur. Lakin hadisədən əvvəl hadisə yerinədək olan müddətdə idarə etdiyi avtomobilin tormoz sistemində hər hansı nasazlıq olmamışdır. Onun üçün təhlükə işıqforun qırmızı işığının yandığını gördüyü andan, yəni təxminən 30 metrdən yaranmış, lakin o, işıqfora az qalmış tormozlama edər deyə düşünərək yolayrıcına təxminən 5-6 metr qalmış tormozu basmış, lakin tormoz işə düşməmişdir. Hadisədən əvvəl hər hansı spirtli içki, narkotik vasitə qəbul etməmişdir. Hadisədən sonra toqquşduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə barışmaq istəsədə zərərçəkmiş şəxs ondan dəymiş ziyanı tələb etdiyindən onunla barışığa nail ola bilməmişdir. Hadisə zamanı o, hadisə yerindən qaçmamış, sadəcə olaraq xəsarət aldığı üçün onu gəlib tanışları hadisə yerindən götürüb aparmışlar. Baş vermiş hadisəyə görə çox peşman olduğunu özünün də hadisə zamanı xəsarət aldığını və aldığı xəsarətlə bağlı cərrahi əməliyyata ehtiyacı olduğunu nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində nənəsi Solmaz Yahyayeva ilə birlikdə yaşamış və heç bir yerdə işləməmişdir. Hazırda N saylı hərbi hissədə əsgər kimi qulluq edir. 2022-ci ilin may ayında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universiterinin yaxınlığında Təqsirləndirilən şəxs1 məxsus köşkdə satıcı işləmişdir. 07 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixə keçən gecə saatlarında işlədiyi köşkün yanındakı yeraltı keçiddə tanımadığı bir nəfər kişi ilə qadının mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 da onun yanında olmuşdur. Sabir nə olduğunu bilmək üçün keçidə tərəf yaxınlaşmış və bir qədər sonra geri qayıdıb həmin şəxsin, yəni adını sonradan bildikləri Teymur adlı şəxsin sərxoş vəziyyətdə arvadı ilə mübahisə etdiyini və arvadını evə qaytarmaq istədiyini bildirmişdir. Bir qədər keçmiş onların mübahisəsi yenidən başlamış və o da nə olmasını öyrənmək üçün Sabirlə birlikdə keçidə yaxınlaşmışdır. Həmin vaxt yağış yağmış və onlar Teymuru keçiddən çölə çağırmışlar. O və Sabir Teymurdan nə baş verdiyini soruşanda Teymur onlara yanında olan qadının əri olduğunu, ailə məsələsi olmasını bildirmişdir. Onlar da Teymura söhbətini küçədə yox evində etməsini, küçədə nalayiq sözlər danışmamasını məsləhət görmüşlər. Həmin vaxt Teymur sərxoş olduğu üçün danışığını bilməmiş və Sabirin üzərinə yeriyib “nə deyirsən, nə istəyirsən?” deyə bildirdikdə o, sağ əli ilə Teymurun göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonr Sabir də yumruq zərbəsi ilə Teymurun burun nahiyəsinə zərbə vurmuşdur. Onlar əl və ayaq zərbələri ilə Teymuru döymüşlər. Daha sonra nə olduğunu bilməmiş və Teymur oradan çıxıb harasa getmişdir. Hadisənin baş verməsinə səbəb Teymurun, Sabirlə kobud danışması olmuşdur. Hadisə təxminən bir-iki dəqiqə davam etmiş, həmin vaxt hava yağışlı, qaranlıq olduğundan heç kim olmamışdır. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, hadisəni yetkinlik yaşına çatmadığı zamanı törətməsini və antiterror əməliyyatlarında iştirakını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gəncə şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və Göygöl rayonu, Toğanalı kəndi ərazisində "xxxx" Anonim Şirkətində texniki ofis mühəndisi vəzifəsində çalışır. Hadisə zamanı özünə məxsus “Toyota Pirius” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmiş və hər gün işə getmək üçün səhər saatlarında evdən çıxıb avtomobili ilə yola düşüb axşam saatlarında evinə qayıtmışdır. 20 iyun 2022-ci il tarixdə, səhər saat 05 radələrində yenə həmişəki kimi evdən çıxıb işə getmək üçün “Toyota Pirius” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və yola çıxmışdır. Avtomobili Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkət etdirərkən onunla eyni istiqamətdə göy rəngli, “Chevrolet Cruze” minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə ötmə əməliyyatı edib qoşa xətt nişanlama xəttini tapdalayaraq keçib getmişdir. O isə həmin prospektdə olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olub avtomobilinə yanacaq doldurmuşdur. Bundan sonra, həmin prospektdən Azərbaycan Bayrağı küçəsinə dönüb düzünə, yəni Nizami Gəncəvi prospekti istiqamətində hərəkətini davam etdirmişdir. Azərbaycan Bayrağı küçəsi ilə Nizami prospektinin kəsişməsindəki yolayrıcına çatdıqda orada olan işıqforun onun hərəkəti üçün yaşıl işığı yanmışdır. O həmin yolayrıcında saatda təxminən 10-15 km sürətlə hərəkət edib sola dönmə işıq siqnalını yandıraraq dönmə əməliyyatına başlamış və dönmə əməliyyatına başladıqdan sonra yolayrıcının demək olar ki, ortasında sol tərəfindən həmin “Chevrolet Cruze” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona doğru yüksək sürətlə gəlməkdə olduğunu müşahidə etmişdir. O, hadisədən yayınmaq üçün sürətini bir qədər artırsa da həmin avtomobil yüksək sürətlə gəldiyinə görə qəzadan yayına bilməmiş, həmin avtomobil gəldiyi sürətlə tormozlama etmədən onun idarə etdiyi avtomobilin sol orta hissəsinə çırpılmışdır. Hadisə nəticəsində bərk xəsarət almış, ona görə avtomobildən yerə enə bilməmişdir. Qarın nahiyəsində bərk küt ağrılar hiss etmiş, orada olan tanımadığı şəxs ona yaxınlaşıb köməklik edərək onu avtomobildən çıxartmışdır. Bundan sonra o, idarə etdiyi avtomobilə çırpılan Chevrolet Cruze markalı avtomobildə sürücü və bir nəfər sərnişin olmasını müşahidə etmiş, eləcə də onların davranışlarından hiss etmişdir ki, onlar ya sərxoş, ya da narkotik vasitə təsiri altındadırlar. Onlar heç ona yaxınlaşmayıb vəziyyətini belə soruşmamış və hadisədən sonra mobil telefon vasitəsi ilə kiminləsə danışmışlar. Təxminən 15 dəqiqə sonra oraya ağ rəngli, “Niva” markalı, dövlət qeydiyyat nömrə nişanının orta hərfləri üzəri ağ kağızla örtülmüş, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və həmin şəxslər qeyd edilən “Niva” markalı avtomobilə əyləşib tez oradan qaçıb getmişlər. Bir qədər sonra oraya təcili-tibbi yardım avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Hadisə “Chevrolet Cruze” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə avtomobili idarə edib işıqforun onun üçün qırmızı işığında tormozlama etmədən gəldiyi sürətlə yolayrıcına daxil olmasına görə baş vermişdir. O özü yolayrıcına daxil olub sola dönmə edərkən təxminən 30-40 metr məsafədən görmüşdür ki, həmin avtomobil yüksək sürətlə üzərinə gəlir. Onun üçün təhlükə elə həmin anda yaranmış və o, hadisədən yayınmaq üçün sürətini artırsa da məsafə az olduğundan və həmin avtomobilin sürəti çox olduğundan qəza qaçılmaz olmuşdur. Hadisə vaxtı ayıq olmuş və ümumiyyətlə spirtli içki qəbul edən şəxs deyildir. Hadisə nəticəsində həkimlər onun dalağını əməliyyat yolu ilə çıxarmışlar. Hazırda Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə qarşı verdiyi maddi ziyanının ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq edilərək, elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Mərhum arvadı Şahid1 ilə 2007-ci ildə ailə qurmuş, sonradan münasibətləri pozulduğuna görə 2021-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə boşanmışdır. Həmin evlilikdən üç uşağı var. Son vaxtlar Bəsti ilə belə qərara gəlmişlər ki, uşaqlara görə barışsınlar, ailəni bərpa etsinlər. Bunun üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində “Dubay Bazarı” adlanan bazarın yaxınlığındakı beşmərtəbəli binanın dördüncü mərtəbəsini kirayə götürüb ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Bəsti və uşaqları ilə birlikdə təxminən 5-6 gün orada yaşamışlar. Lakin Bəsti ilə münasibətləri yenidən pozulduğuna görə 07 may 2022-ci il tarixdə, saat 19 radələrində işdən evə gələndə Bəsti deyinməyə başlamışdır ki, işləmək və azad yaşamaq istəyir. Bəsti ilə buna görə aralarında mübahisə olmuş, lakin dava-dalaş baş verməmişdir. 07 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixə keçən gecə Bəsti əynini geyinib evdən anasıgilə getmək üçün çıxmışdır. Həmin vaxt o, nə qədər çalışsa da Bəstini saxlaya bilməmiş və özü də əynini geyinib Bəstinin ardınca getmişdir. Həmin vaxt bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Bəstinin ardınca gedib Azərbaycan Texnologiya Universitetinin yaxınlığındakı piyada keçidinin qarşısında saxlamış, həmin vaxt Bəsti israrla getmək istəsə də o, Bəsti ilə birgə yaşamaq üçün qolundan tutub saxlamağa çalışmışdır. Həmin vaxt Bəsti ilə birlikdə keçidin içərisində olmuşdur. Keçidin pilləkəni ilə çıxarkən keçidin girişində bir nəfər tanımadığı, adının Sabir olduğunu sonradan öyrəndiyi şəxs dayanmışdır. Həmin şəxs ondan nə baş verdiyini soruşanda o, yanında olan qadının, yəni Bəstinin həyat yoldaşı olmasını və ailə məsələsi olmasını bildirmişdir. Həmin şəxs isə ona dalaşmamağı, mübahisə etməməyi məsləhət görmüşdür. O da Sabirlə razılaşıb Bəsti ilə birlikdə sakitcə keçidə geri qayıtmışdır. Keçidin içərisində olarkən yenidən Bəstidən evə qayıtmasını istədikdə Bəsti ondan qurtulub getməyə çalışmışdır. Həmin vaxt aralarında bir də mübahisə və səs-küy yaranmışdır. Həmin vaxt keçidin çöl tərəfində, pilləkəndə dayanan Sabir və Sabirin yanında adını bilmədiyi bir nəfər gənc onu çölə çağırmışlar. O həmin şəxslərin çağırışına əsasən, Bəstinin yanından uzaqlaşıb keçiddən çölə çıxmış və həmin şəxslərin yanına getmişdir. Həmin şəxslər bir daha bildirmişlər ki, Bəsti ilə söhbətini küçədə yox evində etsin. O da həmin şəxslərə bir daha bildirmişdir ki, Bəsti onun arvadıdır. Həmin vaxt Bəsti keçiddən boşandıqlarını bildirmiş, Sabir və yanında olan şəxs isə həmin sözü əsas götürüb heç bir səbəb olmadan onu döymüşlər. Belə ki, ilk öncə Sabirin yanında olan şəxs yumruqla onun sağ gözünə zərbə vurmuşdur. Həmin vaxt Sabir də yumruq zərbəsi ilə onun burun nahiyəsinə zərbə vurmuşdur. Onlar əl və ayaq zərbələri ilə onu döymüşlər. O canını həmin şəxslərin əlindən birtəhər alıb oradan uzaqlaşmış və evinə qayıtmışdır. Hadisə nəticəsində burnu qırılmış, gözü ağır formada yaralanmışdır. Bundan sonra qardaşı Qəhrəman onun başına gələnləri bilib DİN-in 102 xidmətinə müraciət etmiş və o özü də polisə gedib ərizə yazmışdır. Həmçinin, hadisə hər hansı səbəb olmadan baş vermişdir. Belə ki, həmin şəxslər onun sərxoş vəziyyətindən, Bəstinin onunla boşandığını bildirməsindən istifadə edib səbəbsiz yerə onu döymüşlər. Sabir yumruqla burnuna vurub burnunu qırmış, yanında olan şəxs isə gözünə yumruq vurub gözünü zədələmişdir. O həmin şəxslərə heç bir nalayiq söz deməmiş, sadəcə “arvad mənimdir, mən bilərəm” formada bildirmişdir. Hadisə təxminən bir-iki dəqiqə davam etmiş və həmin vaxt hava yağışlı, qaranlıq olduğundan heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və bununla bağlı çəkdiyi xərclər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, idarə etdiyi “VAZ-2107” markalı, tünd albalı rəngli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. xx.xx.2022-ci il tarixdə saat 05-06 radələrində idarə etdiyi həmin avtomobillə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə həmin küçənin Nizami Gəncəvi prospekti ilə kəsişməsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt ondan irəlidə qırmızı rəngli, dövlət qeydiyyat nişanına diqqət etmədiyi “Toyota Prius” markalı avtomobil olmuşdur. Onlar işıqforun qırmızı işığında dayanıb yaşıl işığı yandıqda hərəkətə başlamışlar. Həmin vaxt o, yolayrıcında sağa dönmüş, “Toyota Prius” markalı avtomobil isə sola dönmə əməliyyatı etmişdir. O, yolayrıcına daxil olarkən Nizami Gəncəvi prospekti ilə sol tərəfdən göy rəngli, dövlət qeydiyyat nişanını görə bilmədiyi “Chevrolet Cruze” markalı avtomobilin yüksək sürətlə gəldiyini görmüş, həmin vaxt qəzadan yayınmaq üçün avtomobili dayandırmış, lakin ondan irəlidə olan və sola dönmə əməliyyatı edən Toyota Prius markalı avtomobil hərəkətini davam etdirmişdir. Həmin vaxt Chevrolet Cruze markalı avtomobil gəldiyi sürətlə və tormozlama etmədən qırmızı rəngli, Toyota Prius markalı avtomobilin sol orta hissəsinə çırpılmışdır. O, dəhşətli yol nəqliyyat hadisəsini görüb avtomobillərdə olan şəxslərin ölə biləcəklərini düşünüb sağa dönmə əməliyyatı edərək avtomobilini dayandırmış və avtomobildən düşüb tez həmin avtomobillərə tərəf qaçmışdır. Ondan başqa kənardan oraya bir neçə şəxs də yaxınlaşıb yaralı şəxslərə köməklik etməyə çalışmışdır. O, hadisə yerinə dərhal təcili tibbi yardım avtomobili çağırmış və özü işi ilə bağlı tələsdiyinə görə oradan çıxıb getmişdir. Lakin, bir qədər sonra işini bitirib yenidən hadisə yerinə qayıtmış və hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid "xxxx" MMC-nin Gəncə şəhər filialının satış mütəxəssisi Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Bakı şəhərində yerləşən Avtolizing MMC-nin Gəncə şəhəri üzrə filialının satış mütəxəssisi vəzifəsində çalışır. **- PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Avtolizing MMC-nin mülkiyyətindədir və lizing müqaviləsi əsasında Sevinc adlı qadına satılmışdır. Lizing müqaviləsinin şərtlərinə əsasən, müştəri avtomobilin dəyərinin 30% hissəsini ilk başda ödəyir, digər hissəsini isə aylıq ödəniş şəklində ödəyir. Onda olan məlumata əsasən, Sevinc xanım sonradan avtomobili Gəncə şəhərində yaşayan və ona məlum olmayan şəxsə satmış, beləcə avtomobil qeyri-rəsmi qaydada üçüncü şəxsə satılmışdır. Hazırda ifadə verdiyi cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tanımır, avtomobilin hansı səbəbdən onun idarəetməsində olması barədə məlumatı yoxdur. Sevinc xanımla bağlanmış lizing müqaviləsinin şərtləri müştəri tərəfindən pozulduğuna görə müqaviləyə xitam verilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Bununla belə, avtomobilin mülkiyyət hüququ Avtolizing şirkətinə məxsusdur. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid4 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 20 iyun 2022-ci il tarixdə, saat 06 radələrində Gəncə şəhər BPİ-nin X4 şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi olması barədə məlumat alıb hərəkətin nizamlanması, hadisə yerinin müayinəsi üçün lazımi təşkilatı və təhlükəsizlik tədbirlərinin görülməsi üçün xidməti avtomobillə dərhal qeyd edilən yerə yola düşmüşdür. Oraya çatanda yolayrıcında göy rəngli, Chevrolet Cruze markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə qırmızı rəngli, Toyota Pirius markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin toqquşmuş vəziyyətdə, hər iki avtomobilin deformasiyaya məruz qaldığını, hadisə yerində isə yaralı vəziyyətdə bir nəfər sürücü olmasını aşkar etmişdir. Həmin sürücü özünü Zərərçəkmiş şəxs1 kimi təqdim etmişdir. Məlum olmuşdur ki, həmin sürücü Toyota Pirius markalı avtomobilin sürücüsüdür, digər avtomobilin sürücüsü isə hadisə yerində yox imiş. Orada olan şəxslərlə, eləcə də sürücü ilə sorğu-sual zamanı məlum olmuşdur ki, Chevrolet Cruze markalı avtomobil yüksək sürətlə işıqforun qırmızı işığında yolayrıcına daxil olub həmin vaxt sola dönməkdə olan Toyota Pirius markalı avtomobilə çırpılmışdır.O, hadisə yerinə gəldikdən sonra avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün lazımi tədbirlər görmüş və bir qədər sonra hadisə yerinə müstəntiq gəlmişdir. Müstəntiq hadisə yerinə gələndə Toyota Pirius markalı avtomobilin sürücüsü artıq xəstəxanaya aparılmışdır. Orada olan hal şahidlərinin, eləcə də onun iştirakı ilə hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş, sonradan bu barədə protokol tərtib edilmişdir. O, özü hadisənin şahidi olmamış və hadisə yerinə gələndə artıq hadisə baş vermişdir. Məhkəmə baxışı zamanı Şahid1 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Göygöl rayonu, Mixaylovka kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Keçmiş əri Zərərçəkmiş şəxs2 ilə 2007-ci ildə ailə qurmuş, sonradan münasibətləri pozulduğuna görə 2021-ci ildə məhkəmə vasitəsi ilə boşanmışlar. Evliliklərindən üç uşağı var. Hal-hazırda bir qızı atası Teymurla, bir qızı və bir oğlu isə onunla birlikdə yaşayır. Son vaxtlar Teymur ilə belə qərara gəlmişlər ki, uşaqlara görə barışsın, ailəni bərpa etsinlər. Bunun üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində “Dubay Bazarı” adlanan bazarın yaxınlığındakı beşmərtəbəli binanın dördüncü mərtəbəsini kirayə götürüb birlikdə orada yaşamağa başlamışlar.Təxminən 5-6 gün orada yaşamışlar. Lakin, Teymur ilə münasibətləri yenidən pozulmuşdur. Belə ki, Teymur hər gecə sərxoş vəziyyətdə evə gəlir, heç bir yerdə işləmir, evə pul gətirməmişdir. Buna görə 07 may 2022-ci il tarixdə, saat 19 radələrində Teymur işdən evə gələndə aralarında mübahisə olmuş, lakin dava-dalaş baş verməmişdir. 07 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixə keçən gecə o, əynini geyinib evdən anasıgilə getmək üçün çıxmışdır. Həmin vaxt Teymur da onun arxasınca gəlməyə başlamışdır. Uşaqlar isə evdə qalmışlar. Teymur onun ardınca gəlib onu Azərbaycan Texnologiya Universitetinin yaxınlığındakı piyada keçidinin qarşısında saxlamış, həmin vaxt o, israrla getmək istədiyini bildirmiş, Teymur isə onunla birgə yaşamaq üçün qolundan tutub saxlamağa çalışmışdır. Həmin vaxt o, Teymurla birlikdə keçidin içərisində olmuşdur. Keçidin pilləkəni ilə çıxarkən keçidin girişində bir nəfər tanımadığı şəxs dayanmışdır. Həmin şəxs Teymurdan nə baş verdiyini soruşanda Teymur onunla ər-arvad olduqlarını, ailə məsələsi olmasını bildirmiş, həmin şəxs isə Teymura mübahisəni evdə etməsini tapşırmışdır. Bu vaxt o, Teymurun əlindən çıxıb keçidin içərisi ilə getməyə başlamış, lakin uşaqların evdə qalması yadına düşdüyünə görə uşaqları da götürmək üçün geri qayıtmağa başlamışlar. O, keçidin çıxışına yaxınlaşanda oraya tanımadığı şəxslərin toplaşdığını, Teymurun sifəti qan içərisində olduğunu, orada olan şəxslərin Teymuru döydüklərini görmüşdür. Həmin vaxt o, keçmiş əri də olsa uşaqlarının atası olduğuna görə Teymura rəhmi gəlmiş və Teymurun qoluna girib evə aparmışdır. Həmin gecə orada qalmış, ertəsi gün isə anasıgilə getmişdir. O, Teymuru kimin və necə döydüyünü görməmiş, lakin bilir ki, keçidin çıxışında olan şəxslər Teymuru döymüşlər. Teymur onu döyməmiş, ona heç bir xəsarət yetirməmiş, sadəcə sərxoş olduğuna görə səs-küy yaratmış, lakin bu, Teymurun döyülməsinə əsas vermir. Çünki, Teymur keçidin çıxışında dayanıb ondan mübahisəni evdə etməsini istəyən şəxsə “oldu” deyərək cavab vermiş və mübahisə etməmişdir. Məhkəmə baxışı zamanı Şahid3 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Sabir adlı tanışının icarəyə götürdüyü Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən köşkdə satıcı işləmişdir. Sabirlə münasibətləri normaldır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 20 iyun 2022-ci il tarixdə, səhər saat 05 radələrində Sabirlə birlikdə çalışdığı köşkün yanında görüşüb köşkə mal almaq üçün Sabirin idarə etdiyi göy rəngli, Chevrolet Cruze minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən keçmiş “Şəmkir Avtovağzalı” adlanan yerə getmək üçün yola düşmüşlər. Nizami prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində orta hərəkət sürəti ilə yola davam etmişlər. Həmin vaxt o özü ön sərnişin oturacağında əyləşmiş, avtomobildə ikisindən başqa heç kim olmamışdır. O, avtomobildə mobil telefonla başını qatarkən içərisində olduğu avtomobil nəyəsə möhkəm çırpılmışdır. Həmin vaxt avtomobilin təhlükəsizlik şarları açıldığı üçün yolu görə bilməmişdir. Hadisə nəticəsində Sabir xəsarət almışdır. Həmin vaxt zərbənin gücündən özünü itirmiş və sanki huşu özündən getmişdir. Hadisədən sonra olanları xatırlamır. O həmin gün gözünü tanımadığı bir şəxsin evində açmışdır. Sonradan məlum olmuşdur ki, Sabir yolayrıcına işıqforun qırmızı işığında daxil olub başqa bir avtomobillə toqquşmuşdur. Hadisəyə səbəb kimi Sabir avtomobilin tormoz sistemində nasazlıq yaranmasını bildirmişdir. Hadisədən sonra isə onları Niva markalı avtomobilə əyləşdirib hadisə yerindən aparmışlar. Hadisənin necə baş verdiyini görməmiş, çünki hadisədən əvvəl başı mobil telefona qarışmışdır. Hadisədən əvvəl hadisə yerinədək olan müddətdə Sabirin idarə etdiyi avtomobilin tormoz sistemində hər hansı nasazlıq müşahidə etməmişdir. Hadisədən əvvəl Sabir və özü hər hansı spirtli içki, narkotik vasitə qəbul etməmişdir. Sabir avtomobili orta hərəkət sürəti ilə idarə edirmiş. Hadisə nəticəsində xəsarət almadığına görə ekspertizadan da keçməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış protokolundan və hadisə yerinin sxemindən görünür ki, hadisə yeri Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində olan yolayrıcıdır. Yolayrıcı üçyoldan ibarətdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti isə qurudur. Azərbaycan Bayrağı küçəsindəki yolun eni 18 metr, Nizami Gəncəvi prospektindəki yolun eni isə müvafiq olaraq 28 metr və 12.6 metrdir. Hər üç yolun girişində piyada zolağı var. Yolda hərəkət işıqforla nizamlanır. Belə ki, hər üç yolun girişində işıqfor quraşdırılmışdır. İşıqforların qarşısında stop xətti çəkilmişdir. Hadisə yerində göy rəngli, Chevrolet Cruze markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı və qırmızı rəngli, Toyota Prius markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillər yolayrıcında qəzalı vəziyyətdə dayanmışlar. Belə ki, Toyota Prius markalı avtomobilin sol yan hissəsi içəri deformasiya olunmuş, səkinin kənarında və ön hissəsi səkiyə tərəf Nizami Gəncəvi prospektində dayanmışdır. Chevrolet Cruze markalı avtomobil isə ön hissəsi deformasiya olunmuş, motorxana hissəsində Toyota Prius markalı avtomobilin qapısı müşahidə olunur, yolayrıcının mərkəzinə yaxın Nizami Gəncəvi prospektində çəpinə dayanmışdır. Toyota Prius markalı avtomobilin arxa sağ təkərindən Chevrolet Cruze markalı avtomobilin ön sağ təkərinədək 5.3 metr məsafə var. Bundan başqa, avtomobillərin üzərində olan zədə izlərinə, yerdə olan soyuducu mayenin axma izinə, həmçinin onların dayanıqlı vəziyyətinə müvafiq olaraq hadisədən əvvəl gəldikləri istiqamətlər müəyyən edilmişdir. Belə ki, hadisə yerinə baxış zamanı müəyyən olmuşdur ki, hadisə vaxtı Chevrolet Cruze markalı avtomobil Nizami Gəncəvi prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş, Toyota Prius markalı avtomobil isə Azərbaycan Bayrağı küçəsi ilə hərəkət edib həmin küçənin Nizami Gəncəvi prospekti ilə kəsişməsindəki yolayrıcından sola, yəni Chevrolet Cruze markalı avtomobilin gəldiyi istiqamətə dönmə əməliyyatı edirmiş. Hadisə yerinə baxış zamanı Chevrolet Cruze markalı avtomobilin ön hissəsinin deformasiyaya uğramasına əsasən həmin avtomobildən axdığı şübhə doğurmayan mühərrikin soyuducu mayesinin başlanğıc nöqtəsinə əsasən, toqquşma nöqtəsi də müəyyən edilmişdir. Belə ki, toqquşma nöqtəsindən Nizami Gəncəvi prospektində yolun sol kənarındakı səkiyədək 15.6 metr məsafə var. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırma və hərəkət hissəsini hərəkət zolaqlarına bölmə nişanlama xəttləri yoxdur. Hər iki avtomobil yolunda hərəkət ikitərəfli təşkil edilmişdir. Hərəkət hissəyə sağ və sol tərəfdən köbə daşları və səki birləşir. Hadisə yerinə baxış zamanı tormoz izinə rast gəlinmədi. Hadisə yerinə baxışı gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus videomüşahidə kamerasından qeydə alınmış videogörüntüdən görünür ki, görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yolu-yolayrıcıdır. Yolayrıcı üç yolun kəsişməsindən ibarət olmaqla avtomobillərin dörd fərqli istiqamət üzrə hərəkəti nəzərdə tutulub.Yolayrıcında avtomobillərin hərəkəti işıqforla tənzimlənir. Yolayrıcında hər bir istiqamət üzrə yolun girişində piyada zolağı çəkilmişdir. Səhər saatları olduğundan avtomobillərin seyrək hərəkəti müşahidə edilir. Görüntünün ilk saniyələrində düzünə hərəkəti olmayan yolda hərəkət edən avtomobillər üçün işıqforun yaşıl, digər yolda isə hər iki istiqamət üçün qırmızı işığı yanır. Görüntünün 19-cu saniyəsində düzünə hərəkəti olmayan yol ilə qırmızı rəngli, ilk baxışdan “Toyota Pirius” markalı avtomobilə bənzər və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobilin sola dönmə işıq siqnalını yandırıb işıqforun həmin avtomobil üçün yaşıl işığında yolayrıcı istiqamətində hərəkəti müşahidə olunur. Həmin vaxt videomüşahidə kamerasının qeydə aldığı istiqamətdə digər yol ilə göy rəngli, ilk baxışdan “Chevrolet Cruze” markalı avtomobilə bənzər və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobilin yüksək sürətlə işıqforun həmin avtomobil üçün qadağanedici qırmızı işığında yolayrıcı istiqamətində hərəkəti müşahidə olunur. Videogörüntünün 28-ci saniyəsində ilk baxışdan “Chevrolet Cruze” markalı avtomobilə bənzər və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobil gəldiyi hərəkət sürəti ilə yolayrıcına daxil olub həmin vaxt yolayrıcının mərkəzində sola dönmə əməliyyatı etməkdə olan ilk baxışdan “Toyota Pirius” markalı avtomobilə bənzər və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobilin sol orta hissəsinə çırpılır. Toqquşmadan sonra həmin avtomobillər fırlanıb yolayrıcının mərkəzinə yaxın yerdə dayanırlar. İlk baxışdan “Chevrolet Cruze” markalı avtomobilə bənzər və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobildə sürücü və bir nəfər sərnişin olduğu məlum olur. Orada olan naməlum şəxslərin, o cümlədən həmin avtomobildəki sərnişinin köməkliyi ilə sürücü avtomobildən çıxarılır. Məlum olur ki, sürücü aşağı ətraflarından xəsarət almış və yeriməkdə çətinlik çəkir. Bir qədər sonra hadisə yerinə ağ rəngli, dövlət qeydiyyat nişanı görünməyən “Niva” markalı avtomobil gəlir. Bundan sonra orada olan naməlum şəxslərin, o cümlədən ilk baxışdan “Chevrolet Cruze” markalı avtomobildəki sərnişinin köməkliyi ilə sonuncu qeyd olunan avtomobilin sürücüsü qeyd olunan “Niva” markalı avtomobilə əyləşdirilir və hadisə yerindən uzaqlaşırlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Chevrolet Cruze” markalı, göy rəngli avtomobili idarə edən özü, avtomobildəki sərnişin isə Ceyhun adlı tanışı olmuş, hadisə yerinə gələn “Niva” markalı avtomobilin sürücüsünü tanımır və hadisə nəticəsində xəsarət aldığına görə həmin avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus videomüşahidə kamerasından qeydə alınmış videogörüntüdən görünür ki, diskin içərisində 08 dəqiqə 59 saniyədən ibarət 1 ədəd videogörüntü var. Görüntü xx.xx.2022-ci il tarixdə, saat 00:32 dəqiqədən etibarən başlayır və görüntüdə əks olunan yer yeraltı keçidin çıxış ( va ya giriş) hissəsidir, videomüşahidə kamerası çıxış (və ya giriş) hissədəki pilləkəni, səki və səkidəki köşkü, eləcə də qismən avtomobil yolunu qeydə alır. Həmin vaxt axşam saatları və hava yağışlıdır. Yolda avtomobillərin hərəkəti müşahidə olunur. Görüntünün ilk saniyələrindən yolun sağ kənarında – keçidə bitişik yerdə qara rəngli, dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobil dayanır. Məlum olur ki, həmin avtomobilin işıqları yanır və içərisində sürücü var. Görüntünün 2 dəqiqə 47-ci saniyəsindən köşkdən bir nəfər qara rəngli geyimdə kişi cinsindən olan şəxsin keçidə yaxınlaşdığı məlum olur. Görüntünün 3 dəqiqə 7-ci saniyəsindən isə bir nəfər kişi, bir nəfər isə qadın cinsindən olan şəxslərin pilləkəndən çıxdığı, həmin vaxt kişi cinsindən olan qeyd edilən şəxsin qadın cinsindən olan şəxsin qolundan tutub çəkişdirdiyi müşahidə olunur. Həmin vaxt keçidin çıxışında (və ya girişində) dayanan yuxarıda qeyd olunan şəxs onun qolundan tutub qadını çəkişdirməsinə mane olmağa çalışır. Məlum olur ki, qadının qolundan tutub çəkişdirən şəxs yenə öz əməllərini davam etdirir. Həmin vaxt qeyd edilən qadın cinsindən olan şəxs onun əlindən qurtulub keçidin içərisinə doğru qaçır. Həmin qadını çəkişdirən şəxs isə keçiddən çıxıb orada dayanan şəxsin yanına gedir, nə isə danışıb yenidən keçidin içərisinə doğru qadının ardınca qayıdır. Keçidin çıxışında (və ya girişində) dayanan şəxs də köşkə qayıdır. Görüntünün 5-ci dəqiqəsindən etibarən az əvvəl qeyd olunan şəxs (hansı ki, az əvvəl köşdən çıxıb gəlmişdi) və onun yanında açıq rəngli geyimdə olan digər gənc oğlan köşkdən çıxıb keçidin çıxışına (və ya girişinə) yaxınlaşırlar. Görüntünün 5 dəqiqə 25-ci saniyəsində az əvvəl qadın cinsindən olan şəxsi dartışdıran şəxs keçiddən çıxıb qeyd olunan iki nəfər şəxsə yaxınlaşır, nə isə danışmağa başlayırlar. Görüntünün 5 dəqiqə 54-cü saniyəsində açıq rəngli geyimdə olan gənc oğlan sağ əlinin yumruğu ilə az əvvəl qadın cinsindən olan şəxsi dartışdıran şəxsin sifət nahiyəsinə bir dəfə zərbə vurur. Ardınca qara rəngli geyimdə olan digər şəxs də davaya qoşulub onun sifət nahiyəsinə əl zərbələri vurur. Beləliklə, onların hər ikisi təpik və yumruq zərbələri ilə qeyd edilən şəxsi döyürlər. Görüntünün 6 dəqiqə 24-cü saniyəsinədək həmin şəxsin döyülməsi davam edir və qeyd edilən saniyədən etibarən zərbələrdən yerə çökür. Elə həmin vaxt onu döyən şəxslər aralaşıb gedir və keçiddən az əvvəl onun çəkişdirdiyi qadın cinsindən olan şəxs ona yaxınlaşır, onlar birlikdə oradan gedirlər. Görüntüdən məlum olur ki, qeyd olunan şəxs döyülərkən yolun sağ kənarında – keçidə bitişik yerdə dayanmış avtomobilin sürücüsü hələ də orada, yəni avtomobilin içərisində olmuş, dava-dalaş başa çatandan sonra oradan uzaqlaşıb gedir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, görüntüdə keçidin girişində qara rəngli geyimdə olan şəxs özü, açıq rəngli geyimdə olan şəxs tanışı Altun olmuş, döydükləri şəxsi isə tanımırlar. Belə ki, döyülən şəxsin göz nahiyəsinə ilk öncə Altun yumruqla zərbə vurmuş, ardınca o özü əli ilə həmin şəxsin sifətinə zərbə vurmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntüdə keçidin girişində qara rəngli geyimdə olan şəxs tanışı Sabir, açıq rəngli geyimdə olan şəxs isə özü olmuş, döydükləri şəxsi isə tanımırlar. Belə ki, döyülən şəxsin göz nahiyəsinə ilk öncə o özü yumruqla zərbə vurmuş, ardınca Sabir əli ilə həmin şəxsin burnuna zərbə vurmuş, sonradan həmin şəxsi birlikdə döymüşlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2280/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarnın küt travması, dalağın cırılması, daxili qanaxma, travmatik, hemmoragik şok İİİ dərəcə, bədənin çoxsaylı sıyrıq və hematomaları – bərk küt əşyan (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – sağ bud-çanaq oynağının çıxığı, alın nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 751 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə müşahidə olunan sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası və burun sümüyünün qapalı sınığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə müşahidə olunan sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Digər xəsarət – burun sümüyünün qapalı sınığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 8/1934 nömrəli rəyində göstərilmişdir ki, hadisə zamanı “Chevrolet Cruze” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin işçi tormoz sistemi işlək vəziyyətdə, yəni texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobilin işçi tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. “Chevrolet Cruze” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 “Chevrolet Cruze” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5760 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5255 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5761 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5256 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Gəncə RQİ və TBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 313-6032-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 AB 727 285 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2012-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014cü il tarixli qərar dəyişdirilərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası N manat cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən, təyin edilmiş cərimə cəzasından azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilənə və o həbsə alınana qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxur. Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə və yekun məhkəmə aktının çıxarılmasına etiraz etmir. Həmçinin Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəməmişdir. 30 noyabr 2023-cü il tarixli hərbi hissə komandiri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hərbi hissənin tərkibində həqiqətən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi hissənin tərkibində antiterror döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib hadisə yerindən qaçmadığını, hadisədən sonra oraya telefonla çağırdı tanmadığı Niva markalı avtomobilin hadisə yerinə gələrək xəsarət aldığı üçün onu hadisə yerindən götürüb apardığını göstərsədə məhkəmə onun həmin ifadəsini özünü müdafiə xarekteli olmaqla cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, istər ibtidai istintaq istərsə də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan “Chevrolet” markalı, “Cruze” minik modelli, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra şəxsiyyəti barədə heç kəsə məlumat vermədən hadisə yerinə çağırdığı və istintaq zamanı şəxsiyyətini müəyyən etmək mümkün olmayan dövlət qeydiyyat nömrə nişanının orta hərfləri üzəri ağ kağızla örtülmüş, **-XX-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin sürücüsünün köməkliyi ilə hadisə yerindən qaçıb getməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 00:37-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 keçmiş arvadı Şahid1 ilə barışmaq və sonuncunu yaşadıqları evə qaytarmaq üçün spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə səs-küy yaratmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığına az ağır zərər vurulması ilə müşayiət olunan sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs2 burun nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərər vurulması ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı xəsarəti yetirməklə, həmçinin bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs2 baş və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub zor tətbiq etməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan “Chevrolet Cruze” minik modelli, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla yol şəraitini nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 80 km/saat sürətlə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə həmin prospektin Azərbaycan Bayrağı küçəsi ilə kəsişməsi istiqamətində şəhərin mərkəzinə doğru hərəkət etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İV hissəsinin velosiped, araba, asma mühərrikli velosiped, moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına, həmin Qanunun 50-ci maddəsinin İİ-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitəsi səlahiyyətli orqanlar tərəfindən yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edilmədiyi halda yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozmaqla yuxarıda qeyd olunan Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbinə əsasən, svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında dayandırmalı olmasına baxmayaraq, göstərilən kəsişmədəki yolayrıcında svetoforun onun üçün qadağanedici qırmızı işıq siqnalı yanarkən hərəkətini davam etdirib həmin tələbə də əməl etməməklə yolayrıcına daxil olaraq eyni vaxtda Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə hərəkət edib Nizami Gəncəvi prospektinə doğru sola dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Pirius” minik modelli, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və Zərərçəkmiş şəxs1 qarnın küt travması, dalağın cırılması, daxili qanaxma, travmatik, hemmoragik şok İİİ dərəcə, bədənin çoxsaylı sıyrıq və hematomaları ilə müşayiət olunaraq həyatı üçün təhlükəli olmaqla ehtiyyatsızlıqdan sağlamlığına ağır zərərvurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi baş verdikdən sonra qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, yaxud zərərçəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyib yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.2.1, 263-1.2 və 264-cü maddəsi ilə tövsif olunmalıdır. Məkhəmə qeyd edir ki, hazırki cinayət işi üzrə ilk növbədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiahama hüquqi qiymət verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Digər tərəfdən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İV bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə baxışında aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçması, zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmadan, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirmədən, hadisə barədə aidiyyəti qurumlara məlumat vermədən, o cümlədən tibbi yardım göstərilməsi məsələsini həll etmədən zərərçəkmiş şəxsi qəza baş vermiş yerdə köməksiz vəziyyətdə qoyaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yəni, hadisəni törədən avtomobilin “Chevrolet Cruze” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil olması “Təhlükəsiz şəhər xidməti” kamerası vasitəsi ilə müəyyən edilmişdir. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisə vaxtı özü də xəsarət almasına baxmayaraq ailə üzvləri ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq onlara məlumat verməsi onu göstərir ki, Təqsirləndirilən şəxs1 yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə barədə aidiyyəti qurumlara məlumat vermək və zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmaq iqtidarında olmasına baxmayaraq o, sadəcə özünü fikirləşərək ailə üzvlərinə məlumat vermiş və hadisə yerinə gəlmiş, istintaq zamanı şəxsiyyətini müəyyən etmək mümkün olmayan dövlət qeydiyyat nömrə nişanının orta hərfləri üzəri ağ kağızla örtülmüş, **-XX-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin sürücüsünün köməkliyi ilə hadisə yerindən yayınmışdır. Bu hal isə özüözlüyündə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi “hadisə yerindən qaçmaması” barədə ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Çünki, cinayət işi materiallarında olan “Təhlükəsiz şəhər xidməti” kameraları tərəfindən qeydə alınmış görüntülərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 yol nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırması və sonuncuya yaxınlaşaraq hər-hansı bir yardımın edilməsi öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 263-1.2 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Digər tərəfdən, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 00:37-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 keçmiş arvadı Şahid1 ilə barışmaq və sonuncunu yaşadıqları evə qaytarmaq üçün spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə səs-küy yaratmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığına az ağır zərər vurulması ilə müşayiət olunan sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası xəsarətləri yetirməklə, ardınca Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 burun nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərər vurulması ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı xəsarəti yetirməklə, həmçinin bundan sonra hər ikisi birlikdə Zərərçəkmiş şəxs2 baş və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub zor tətbiq etməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni qərəzli xuliqanlıq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.2.2-ci, 127.2.3-cü və 221.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, məhkəmə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təqsirləndirilən şəxs2 CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinmiş, yəni xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma cinayətini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 verdiyi izahatlar, şahid ifadələri, eyni zamanda cinayət işinə əlavə edilməklə tədqiq edilmiş ekspert rəyləri və digər ibtidai istintaq materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 00:37-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 keçmiş arvadı Şahid1 ilə barışmaq və sonuncunu yaşadıqları evə qaytarmaq üçün spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə səs-küy yaratmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığına az ağır zərər vurulması ilə müşayiət olunan sağ gözdə buynuz qişanın bozu, qüzehli qişanın yarada boğulması, bəbəyin deformasiyası, travmatik katarakta və sağ gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ göz nahiyəsinin qançırı, buynuz qişanın deşilmiş yarası xəsarətləri yetirməklə sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək şəxsin törətdiyi əməlin düzgün tövsif edilməsi barədə nəticəyə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 263-1.2-ci və 264-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci, 127.2.3-cü və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı-ayrılıqda qeyd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını və CM-nin 221.2.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 263-1.2ci və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 263-1.2-ci və 264-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə (263-1.2-ci və 264-cü maddələrinə əsasən) müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, qeyd olunan əsas və əlavə cəzalar qismən toplanmalıdır. Çünki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və həbsdə saxlanmanın əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, hərbi xidmət dövründə keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci, 127.2.3-cü və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, hərbi xidmət dövründə keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək, həmçinin davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət isə Təqsirləndirilən şəxs2 xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış Chevrolet markalı Cruze modelli, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə maddi sübut 02 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsində təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tərəfindən ona 34785.11 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxsə müəyyən məbləğdə ziyan vurulduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddia tələbinə hüquqi qiymət verilməlidir. Göründüyü kimi, mülki iddiaçı olan Zərərçəkmiş şəxs1 maddi zərərin əvəzinin ödənilməsini tələb edir və mülki iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (20&). Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Cinayət işinin tədqiq edilmiş faktiki hallarından görünür ki, mülki iddiaçıya məxsus “Toyota Pirius” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs1 tərəfindən ziyan yetirilməsi iş materialları ilə təsdiqini tapır. Həmçinin, cavabdeh tərəf də iddiaçıya məxsus əmlaka ziyan vurmasını etiraf edir. Digər tərəfdən, avtoqəza nəticəsində cavabdeh (zərərçəkmiş şəxsin) Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki iddiaya əlavə edilmiş Gəncə şəhər Avtoservis müəssisəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, avtoqəza nəticəsində “Toyota Pirius” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10.926 (on min doqquz yüz iyirmi altı) manat təşkil edir. Eyni zamanda, mülki iddiada olan mədaxil qəbzləri və əməliyyat qəbzlərindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 avtoqəza nəticəsində sağlamlığına dəymiş ziyana görə müalicələr və əməliyyatlar üçün sərf edilmiş xərclərin qiyməti, ümumilikdə 3630 manat məbləğində təşkil etmişdir. Lakin, mülki iddiaçı ona ümumilikdə 34785.11 manat məbləğində maddi ziyan dəydiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi tam həcmdə təmin edilməsi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, zərərçəkmiş şəxs mülki iddia tələbində qeyd edilən digər halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1-ci maddəsi). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 14.556 (on dörd min beş yüz əlli altı) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs1 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 84 (səksən dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Eyni zamanda, məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 84 (səksən dörd) saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 263-1.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 263-1.2-ci maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanmaqla qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci, 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 127.2.2-ci və 127.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək, həmçinin davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Chevrolet markalı Cruze modelli, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 02 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 14.556 (on dörd min beş yüz əlli altı) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs1 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 504 (beş yüz dörd) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 504 (beş yüz dörd) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə hökmün verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-9/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-9/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver