Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-90/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin böyük məsləhəçisi Qanuni nümayəndə, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 2008-ci ildə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla, Qazax rayonu, Qarapapaq kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixə keçən gecə Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus 24 saylı köşkün pəncərəsini sındırmaq yolu ilə daxil olub, köşkdən 40 ədəd İran İR istehsalı “Pampam” markalı keks, 10 ədəd “Selpak” markalı cib salfeti, 6 ədəd “Vant Silver” markalı, 3 ədəd “Maqna” markalı, 1 ədəd “Pallmall” markalı, 1 ədəd “Davidoff” markalı, 2 ədəd “Vinçestr” markalı, 2 ədəd “Classic” qalın, 2 ədəd “Classic” kompakt siqaretlərini, 1 ədəd “GLO” markalı elektron siqaret aparatını, 25 ədəd “Stick” saqqızını, 3 ədəd qara parçadan olan tibbi qoruyucu maskanı, 30 ədəd “Silver” markalı alışqanı, 30 ədəd “Rongheng” markalı spiral alışqanı, 2 ədəd taxtadan hazırlanmış 33 ədəd daşı olan sadə təsbehi qazanc əldə etmək niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb oğurlayıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 508,90 manat dəyərində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilir. O, valideynləri ayrıldığı üçün əvvəllər Gəncə şəhərində gündəlik olaraq əlində şiriniyyat satışı ilə məşğul olub pul qazanmış və kirayədə yaşamışdır. 07 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixə keçən gecə Gəncə şəhərində yerləşən Mərkəzi poçtun yanından keçərək kirayə yaşadığı evə doğru piyada gedərkən gün ərzində şirniyyat sata bilmədiyi üçün cibində evə aparmağa pulu olmamış və dörd yolda körpüyə çatmamış gözünə bir köşk satışdığı üçün qərara gəlmişdir ki, həmin köşkdən oğurluq etsin.Ona görə də köşkə yaxınlaşaraq onun ətrafında fırlanmış və köşkün içi qaranlıq olmaqla, ətrafda adam olmadığını görmüşdür. Həmin vaxt köşkün balaca pəncərəsini içəriyə doğru bərk itələyərək, pəncərənin arxasındakı cəftəni əyilərək açmış və köşkün pəncərəsindən içəri daxil olmuşdur. Baxanda köşkün içində şirniyyatlar, siqaretlər, saqqızlar və enerji içkiləri olduğunu görmüşdür. Bundan sonra köşkün işərsində olan həmin məhsullardan hazırda sayını xatırlamasada “Pampam” markalı keks, “Selpak” markalı cib salfeti, müxtəlif adlı bir neçə qutu siqaret, saqqız, tibbi qoruyucu maska, alışqan, spiral alışqan və təsbeh oğurlayaraq köşkə daxil olduğu yerdən çıxmış və yaşadığı evə gedib oğurladığı əşyaları yatdığı otaqda divanın altında gizlətmişdir. Bundan sonra səhəri, günorta saat 03 radələrində oğurladığı əşyalardan bir neçəsini divanın altından götürərək evdən çıxmış və Gəncə şəhər icra hakimiyyətinin qarşısına gedərək həmin əşyalardan bir neçəsini tanıdımadığı şəxslərə satmışdır. Bundan sonra polis əməkdaşları onu orada saxlamış və söhbət zamanı o, polis əməkdaşlarına köşkdən oğurluq etdiyini etiraf edib yaşadığı evdə qalan məhsulları gedib gətirib polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq etdiyi zaman tək olmuş və oğurluq etdiyi əşyaların bəzisini satıb 25 manat pul əldə etmişdir. Onu oğurluq etməyə heçkim təhrik yaxud məcbur etməmişdir. Əməlindən peşman olmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 noyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Əttarlar küçəsində Kəpəz Mehmanxanası ilə üzbəüz yerləşən 24 saylı ona məxsus köşkü adəti üzrə bağlayaraq yaşadığı evə getmiş və 08 noyabr 2023-cü il tarixdə səhər saat 09:10 radələrində köşkə gələn zaman köşkdəki malların bir qədərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş və az keçmiş polis əməkdaşları oraya gələrək köşkə baxış keçirmişlər. Polisin apadığı araşdırma ilə köşkdən oğurluğun Təqsirləndirilən şəxs adlı bir şəxs tərəfindən edildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus köşkdən ümumi dəyəri 508,90 manat olan 40 ədəd İran İR istehsalı “Pampam” markalı keks, 10 ədəd “Selpak” markalı cib salfeti, 6 ədəd “Vant Silver” markalı, 3 ədəd “Maqna” markalı, 1 ədəd “Palmall” markalı, 1 ədəd “Davidoff” markalı, 2 ədəd “Vinçestr” markalı, 2 ədəd “Classic” qalın, 2 ədəd “Classic” kompakt siqaret, 1 ədəd “GLO” markalı elektron siqaret aparatı, 25 ədəd “Stick” saqqızı, 3 ədəd qara parçadan olan tibbi qoruyucu maska, 30 ədəd “Silver” markalı alışqan, 30 ədəd “Rongheng” markalı spiral alışqan və 2 ədəd taxtadan hazırlanmış sadə təsbeh oğurlamışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Hadisə yerinə baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 204-cü il tarixli 9/1977 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 15 adda malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə 508,90 manat təşkil edir. - “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdır. -Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış 19 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserdən alınmış 10 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. -İşdə olan Gəncə şəhər BPİ-dən alınmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu DİN-nin VMAS sistemi vasitəsi ilə yoxlanılmış və onun əvvəllər məhkum olunmadığı müəyyən edilmişdir. -Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirkarın şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun yetkinlik yaşına çatmamasını, o cümlədən cəzasını yüngülləşdirən digər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd “Stiks” markalı saqqız, 19 ədəd İran istehsalı olan qırmızı kağızlı keks, 10 ədəd cib salfeti, 2 ədəd “Classic” markalı siqaret, 6 ədəd “Vant Silver” markalı, 3 ədəd “Maqna” markalı, 2 ədəd “Classic” uzun, 1 ədəd “Vinçestr” kom markalı, 1 ədəd “Vinçestr” markalı, 1 ədəd “Pallmall” markalı, 1 ədəd “Davidoff” markalı, 1 ədəd elektron siqaretləri sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir.(CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Ağstafa rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 6 ədəd “Stiks” markalı saqqız, 19 ədəd İran istehsalı olan qırmızı kağızlı keks, 10 ədəd cib salfeti, 2 ədəd “Classic” markalı siqaret, 6 ədəd “Vant Silver” markalı, 3 ədəd “Maqna” markalı, 2 ədəd “Classic” uzun, 1 ədəd “Vinçestr” kom markalı, 1 ədəd “Vinçestr” markalı, 1 ədəd “Pallmall” markalı, 1 ədəd “Davidoff” markalı, 1 ədəd elektron siqaretləri sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesabAZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-90/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-90/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver