Məhkəmə qərarları › İş №1(125)-91/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-91/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-91/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X1katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2iştirakı ilə, xx.xx.1987-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 332-də qeydiyyatda olmaqla yaşamış, məhkumluğu ödənilmiş, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3,177.2.4 və 234.1-ci maddələri ilə, xx.xx.1976-cıildə Goranboy rayonu, Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Vəzirov küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, və 177.2.4-cümaddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə ŞəhərMəhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub oradan 1 ədədinin dəyəri 500 manat olmaqla, ümumilikdə 4 ədəd 2000 manat dəyərində “Rivera Orex” markalı taxta qapıları, 1 ədədinin dəyəri 90 manat olmaqla, 11 ədəd istintaq zamanı markası müəyyən edilməyən, 5 ədəd “Laurel” markalı, 5 ədəd “Silvia” markalı, 5 ədəd “Bristar” markalı, ümumilikdə 26 ədəd, 2340 manat dəyərində divar kağızını, 1 sellofan torba miqdarında 10 manat dəyərində qarışıq şurupları, 1 sellofan torba miqdarında 50 manat dəyərində vintləri, 50 ədəd ümumlikdə 20 manat dəyərində kapron trayniki, 2 ədəd 10 manat dəyərində kapron su krantını, 15 ədəd 15 manat dəyərində kalen və kasoyu, 1ədəd 15 manat dəyərində nikel trapı, 5 manat dəyərində 15 ədəd dəmir əqrəbi, 1 ədəd 10 manat dəyərində su filtirini, 1 ədəd 5 manat dəyərində kanalizasiya borusunun kalenini, 10 manat dəyərində 12 ədəd nikel ötürücünü, 1 ədədi 20 manat olmaqla ümumilikdə 5 ədəd, 100 manat dəyərində naqil qoşucularını, 1 ədəd 7 litrlik 150 manat dəyərində latun samovarı, 1 ədəd 3 litrlik 50 manat dəyərində ekektrikli samovarı, 1 kvadrat metri 16 manat olmaqla, ümumilikdə 200 manat dəyərində kafeli, 1 ədəd 1 metriliyi 120 manat, 1 ədəd 1,5 metriliyi isə 180 manat olmaqla ümumilikdə 2 ədəd 300 manat dəyərində kombi radiatorlarını, 1 ədəd 70 manat dəyərində nərdtaxtanı, 1 ədədi 60 manat olmaqla, ümumilikdə 2 ədəd, 120 manat dəyərində “Marques” markalı su motorlarını, 1 ədədi 9 manat 50 qəpik olmaqla ümumilikdə 32 ədəd, 304 manat dəyərində led lampaları, 1 ədəd 100 manat dəyərində dəri gödəkcəni, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində dolğunu, 1 vedrə 25 litr miqdarında 70manat dəyərində emusyanı, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində döşəmə lakını, evin 100 manat dəyərində qapılarının açarlarını, 1 ədəd 15 manat dəyərində radionu, 1 ədədi 10 manat olmaqla ümumlikdə 2 ədəd, 20 manat dəyərində qaz açarlarını, 1 ədəd 10 manat dəyərində maşanı, 1 ədədi 5 manat olmaqla, ümumilikdə 2 ədəd 25 metrlik, 10 manat dəyərində metrələri, 1 dəst 80manat dəyərində kristal qabqacaqları, 3 ədəd 5 litrlik hər biri 15 manat olmaqlaümumilikdə 45 manat dəyərində qazanları, 1 ədəd 150 manat dəyərində 40 litrlikalimünium qazanı və 10 metr uzunluğunda 10 manat dəyərində rezin borunu gizli olaraq talayıb ümumilikdə 6514 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,156 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 sentyabr2022-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 11 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtanış keçirilən zaman əynində olan şalvarın sol yan ön cibindən 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,015 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd içərisində heroin izləri olan şüşə flakon, 1 ədəd içərisində narkotik vasitə və psixotrop maddə izləri olan 1 ml-lik birdəfəlik şpris və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,156 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı Şahid1 və Təqsirləndirilən şəxs1ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub oradan 1 ədədinin dəyəri 500 manat olmaqla, ümumilikdə 4 ədəd 2000 manat dəyərində “Rivera Orex” markalı taxta qapıları, 1 ədədinin dəyəri 90 manat olmaqla, 11 ədəd istintaq zamanı markası müəyyən edilməyən, 5 ədəd “Laurel” markalı, 5 ədəd “Silvia” markalı, 5 ədəd “Bristar” markalı, ümumilikdə 26 ədəd, 2340 manat dəyərində divar kağızını, 1 sellofan torba miqdarında 10 manat dəyərində qarışıq şurupları, 1 sellofan torba miqdarında 50 manat dəyərində vintləri, 50 ədəd ümumlikdə 20 manat dəyərində kapron trayniki, 2 ədəd 10 manat dəyərində kapron su krantını, 15 ədəd 15 manat dəyərində kalen və kasoyu, 1 ədəd 15 manat dəyərində nikel trapı, 5 manat dəyərində 15 ədəd dəmir əqrəbi, 1 ədəd 10 manat dəyərində su filtirini, 1 ədəd 5 manat dəyərində kanalizasiya borusunun kalenini, 10 manat dəyərində 12 ədəd nikel ötürücünü, 1 ədədi 20 manat olmaqla ümumilikdə 5 ədəd, 100 manat dəyərində naqil qoşucularını, 1 ədəd 7 litrlik 150 manat dəyərində latun samovarı, 1 ədəd 3 litrlik 50 manat dəyərində ekektrikli samovarı, 1 kvadrat metri 16 manat olmaqla, ümumilikdə 200 manat dəyərində kafeli, 1 ədəd 1 metriliyi 120 manat, 1 ədəd 1,5 metriliyi isə 180 manat olmaqla ümumilikdə 2 ədəd 300 manat dəyərində kombi radiatorlarını, 1 ədəd 70 manat dəyərində nərdtaxtanı, 1 ədədi 60 manat olmaqla, ümumilikdə 2 ədəd, 120 manat dəyərində “Marques” markalı su motorlarını, 1 ədədi 9 manat 50 qəpik olmaqla ümumilikdə 32 ədəd, 304 manat dəyərində led lampaları, 1 ədəd 100 manat dəyərində dəri gödəkcəni, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində dolğunu, 1 vedrə 25 litr miqdarında 70 manat dəyərində emusyanı, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində döşəmə lakını, evin 100 manat dəyərində qapılarının açarlarını, 1 ədəd 15 manat dəyərində radionu, 1 ədədi 10 manat olmaqla ümumlikdə 2 ədəd, 20 manat dəyərində qaz açarlarını, 1 ədəd 10 manat dəyərində maşanı, 1 ədədi 5 manat olmaqla, ümumilikdə 2 ədəd 25 metrlik, 10 manat dəyərində metrələri, 1 dəst 80 manat dəyərində kristal qab-qacaqları, 3 ədəd 5 litrlik hər biri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində qazanları, 1 ədəd 150 manat dəyərində 40 litrlik alimünium qazanı və 10 metr uzunluğunda 10 manat dəyərində rezin borunu gizli olaraq talayıb ümumilikdə 6514 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların öz ifadələri, zərər çəkmiş və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, gündəlik olaraq qazancını avtomobil təmir edərək əldə edir. Bir neçə ildir ki, kokos kimi tanıdığı narkotik vasitə heroini, həmçinin “patı”, “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini damarına iynə ilə vurmaqla istifadə edir. Şahid1 və Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanıyır, sonuncular da kokos kimi tanıdığı narkotik vasitə heroin istifadəçisidir. O, həmin şəxslərlə birlikdə bir neçə dəfə narkotik vasitə heroini iynə ilə damara vurmaqla istifadə etmişlər. Onlar narkotik vasitəni gözdən iraq yerdə gecələr adətən Gəncə şəhəri, Cavadxan qəsəbəsində istifadə etmişlər. Təxminən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Nazimin idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə o və Nazim Cavadxan qəsəbəsinə gedərək orada gəzmiş, xx.xx.2022ci il tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermişlər. Bu məqsədlə Nazim saat 23 radələrində N.Nərimanov prospektində “Reklamın yanı” deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onunla və Ceyhunla görüşmüş, bundan sonra onlar narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermişlər. Orada çox vaxt keçirəcəkləri üçün yemək də götürməyi qərar vermişlər. Bu məqsədlə gedib qril almış, bundan sonra Gəncə şəhəri, Əllərin dairəsi deyilən yerə gedib orada qrili yedikdən sonra “Komadirin küçəsi” deyilən yerlə Cavadxan qəsəbəsinə girmişlər. Onlar yolla gedə-gedə Nazim qarşıda yaşayış olmayan fərdi yaşayış evi olduğunu, altında mağazası olduğunu, həmin mağazanın içərisində dondurma soyuducu olduğunu,sakit bir yer olduğu üçün evin yaxınlığında narkotik vasitə qəbul etdikdən sonra onu oğurlayaraq şatıb əldə etdikləri qazancla narkotik vasitə alaraq istifadə edə biləcəklərini demişdir. Ceyhun onlara getmək istəmədiyini, onu evə aparmalarını xahiş etmişdir. Bu zaman Şahid1 avtomobildə yanacaq olmadığını əsas gətirərək onu evə apara bilməyəcəyini demişdir. Cavadxan qəsəbəsində bir qədər gedib sakit yerə getmiş, həmin yerdə narkotik vasitə heroini iynə ilə damarlarına vurmaqla istifadə etmiş, təxminən saat 01 radələrində Nazimlə o soyuducunu oğurlamağa qərar vermiş, əvvəlcə o, avtomobildən düşərək ətrafa göz gəzdirib mağazanın qarşısına yaxınlaşıb geri qayıdaraq orada soyuducu olmadığını, həmçinin qarşısında barmaqlıq olduğunu demişdir. Bundan sonra onlar evə daxil olaraq orada nə olarsa götürməyə qərar vermişlər. Evin darvaza hissəsindən daxil olmaq çətin olduğuna görə o, arxa hasardan həyətə düşüb darvazanı açmağı qərar vermişdir ki, Nazim isə içəri daxil olsun. Bundan sonra Nazimlə o, evin arxa hasarına getmiş, Ceyhun isə avtomobildə qalaraq ətrafı nəzərdə saxlamışdır. Onlar arxa hasar tərəfə getdikdən sonra Nazimin köməkliyi ilə o, hasardan həyətə düşmüş, Nazim isə darvazanın qarşısına gəlmişdir. O, içəri tərəfdən darvazanın bir tayını açmış, bundan sonra Nazim də həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin giriş qapısını yoxlamış və bağlı olduğuna görə qapının sağ tərəfindəki pəncərinin barmaqlığını qıraraq içəri daxil olmağa qərar vermişdir. Bu məqsədlə Nazim həyətdə olan dəmir parçanı götürərək barmaqlığa fiziki təsir göstərmiş, o, isə həmin barmaqlığı əli ilə özünə sarı çəkmiş və həmin barmaqlığı divardan qoparmışdır. Barmaqlığı qopaqrdıqdan sonra plastik pəncərəni də, əli ilə itələyib açaraq oradan içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra oradan 4 ədəd qəhvəyi rəngli təzə taxta qapıları, 3 qutu divar kağızını, 1 un torbasında içərisində kombi ləvazəmatları, xırdavatları, 1 ədəd od samovarını, onun maşasını, 1 ədəd ekektrikli samovarı, 2 ədəd kombi radiatorlarını, 1 ədəd nərdlaxtanı, 2 ədəd su matorlarını, 1 ədəd led lampanı, 2 ədəd metrəni, 1 ədəd alüminium qazanı, 1 ədəd dəri gödəkcəni, 1 dəst kristal qab qacaqları evin pəncərəsindən həyətinə yığmış, sonra Nazim həyətdən çıxıb avtomobilin yanına gedərək avtomobili həyətə salmış, həmin vaxt Ceyhun həyətindan bayırda olmuşdur. Sonra hər ikisi avtomobildən düşmüş və onlar üçü həmin əşyaları avtomobilə yükləmişlər. Ceyhun onlara bəzi əşyaların yüklənməsində kömək etmişdir.Həyətdə olan radionu və rezin borunu da, götürüb avtomobilə qoymuşdur. Əşyaların hamsını avtomobilə yüklədikdən sonra Nazim avtomobili həyətdən çölə çıxarmış, Ceyhunla o, isə darvazanı çöldən örtmüşlər. Avtomobilda oğurladıqları əşyalar olduğuna görə Ceyhunla onun oturmağına yer olmamışdır. Bundan sonra onlar Ceyhunla sağollaşaraq ayrılmışlar. Sonrakı günlərdə Nazimin əşyaları satıb onunla bölüşəcəyini gözləmişdir. Lakin sonrakı günlərdə o, Nazimdən əşyaları satıb-satmadığını soruşsa da, Nazim ona 50 manat pul vermiş və əşyaları tam sata bilmədiyini bildirmişdir. O, Nazimdən tez-tez əşyaları tələb etdikdə Nazim xx.xx.2022-ci il tarixdə yaşadığı evə 2 ədəd kombi radiatoru gətirərək onu sata bilmədiyini və mənim həmin radiatoru satmağını istəmiş, o, Nazimlə razılaşmış və radiatoru evinin həyətinə qoymuş, lakin həmin radiatorları alıcı tapıb sata bilmədiyi üçün evində qalmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında küçədə gəzərkən ağacın yanında yerdə iki ədəd gümüşü kağız büküm və bir ədəd şüşə flakon görmüş, həmin əşyalar diqqətini cəlb etdiyi üçün yerdən götürüb kağız bükümlərin içərisinə baxdıqda birinin içərisində kakos birinin içərisində isə patı olduğunu görmüş, ətrafda heç kəsin olmadığını və onu heç kəsin görmədiyinə əmin olduqdan sonra içərisində patı və kakos olan həmin kağız bükümləri sol yan cibinə qoymuş, həmçinin şüşə flakonu da, kakos və patını qəbul edərkən hazırlanmasında istifadə etmək məqsədi ilə götürmüşdür. Bundan əlavə anidən ağrısı qalxdığı təqdirdə narkotik vasitə istifadə edə bilsin deyə üzərində şpris də, gəzdirmişdir. O, bir qədər gəzdikdən sonra yaşadığı evə getmiş, təxminən saat 11 radələrində yaşadığı evin həyətində olmuş, həmin vaxt yerdən tapdığı patı və kakos, həmçinin şüşə flakon və şpris şalvarının sol ön cibində olmuş, bu zaman polis əməkdaşları onun yaşadığı evin həyətinə gələrək özlərini təqdim edib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə axtarışda olduğuna, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu yaxalayıb Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. Bölmənin inzibati inasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan ön cibindən yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi içərisində patı olan bir ədəd gümüşü kağız bükümü, içərisində kakos olan bir ədəd gümüşü kağız büküm, 1 ədəd şüşə flakon və 1 ədəd şpris aşkar edilmişdir. Bundan sonra həmin kağız bükülülərə baxış keçirilmiş və onların içərisində psixotrop maddə metamfetaim və narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra həmin heroin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,24 qram olması, metamfetamin isə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,09 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və tərəfindən imzalanmış, aşkar edilmiş metamfetim və heroin bükümləri, 1 ədəd şüşə flakon və 1 ədəd şpris zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Törətdiyi cinayət əməllərindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, bir neçə ildir ki, kokos kimi tanıdığı narkotik vasitə heroini falqaya doldurub çəkməklə damarına iynə ilə vurmaqla istifadə edir. Təqsirləndirilən şəxs1 və Şahid1 bir neçə ildir ki, tanıyır. Onlarda kokos kimi tanıdığı narkotik vasitə heroin istifadəçisidir. O, həmin şəxslərlə birlikdə bir neçə dəfə narkotik vasitə heroini istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermiş, onlar narkotik vasitəni gözdən iraq yerdə gecələr istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermiş, bu məqsədlə Nazim saat 23 radələrində N.Nərimanov prospektində “Reklamın yanı” deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onunla və Rüstəmlə görüşmüş, bundan sonra onlar narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermiş, orada çox vaxt keçirəcəkləri üçün qərar yemək də, götürməyi qərar vermişlər. Bu məqsədlə gedib qril almış, bundan sonra Gəncə şəhəri, Əllərin dairəsi deyilən yerə gedib Orada qrili yedikdən sonra Nazim Cavadxan qəsəbəsində yaşayış olmayan fərdi yaşayış evi olduğunu, altında mağazası olduğunu, həmin mağazanın içərisinda dondurma soyuducu olduğunu, sakit bir yer olduğu üçün evin yaxınlığında narkotik vasitə qəbul etdikdən sonra onu oğurlayacaqlarmı demişdir. O, isə həmin şəxslərə oğurluq etmək istəmədiyini, onu evinə düşərmələrini demişdir. Nazim isə avtomobildə benzin az olduğunu, onu evə düşürə bilməyəcəyini demişdir. Buna görə o, məcbur həmin şəxslərlə getmişdir. Nazim avtomobillə “Komadirin küçəsi” deyilən yerlə Cavadxan qəsəbəsinə girmiş, onlar bir qədər getdikdən sonra Nazim avtomobili dayandırmış, həmin yerdə narkotik vasita heroini iynə ilə, o, isə çəkməklə istifadə etmişdir. Narkotiki istifadə etdikdən sonra onlar oğurluğu etmək üçün avtomobildən düşmüş, o, isə sonunculara onu bu işə qatmamalarını demiş, bir qədər sonra Nazim avtomobilin yanına gələrək əşyaları evin içərisindən həyətə yığdıqlarını, avtomobili evin həyətinə verib əşyaları yükləyəcəyini demişdir. O, isə Nazimə onu bu işə qatmamasını demiş və avtomobildən düşmüşdür. Nazim avtomobili evin darvazasından həyətə salmış, o, isə darvazanın qarşısında dayanaraq sonuncuları gözləmişdir. Bundan sonra Nazimlə Rüstəm həyətə yığdıqları əşyaları avtomobilə yükləmiş, avtomobilə yüklədikdən sonra Nazim avtomobili həyətədən çölə çıxarmış, avtomobildə yük olduğuna görə Rüstəmlə ona yer olmamış, buna görə də, Nazim avtomobili sürərək çıxıb evinə getmişdir. O, isə Rüstəmlə bir qədər piyada getdikdən sonra sağollaşaraq ayrılmışlar. Törədilmiş cinayət əməli onun tərəfindən törədilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evləri vardır. Həmin evin otaqlarının təmirini tam şəkildə yekunlaşdırmamışlar. Havalar isinən zaman həmin evə gedib tez-tez baş çəkir həmçinin orada qalmışlar. Evləri hasarla əhatə olunmuşdur. Sonuncu dəfə həmin evdən xx.xx.2022-ci il tarixdə saat 07 radələrində baş çəkib çıxmışlar. xx.xx.2022ci il tarixdə saat 11 radələrində növbəti dəfə həmin evə baş çəkmək üçün gedib həyətə daxil olduqda evin pəncərəsinin barmaqlığının sındığını görmüş və bu zaman naməlum şəxs onlardan xəbərsiz evə daxil olduğu anlamış, bu barədə mən dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları evlərinə gələrək hadisə yerinə baxış keçirib əl izləri götürərək müvafiq sənədləşməni aparmışlar. Bundan sonra hansı əşyalarının oğurlanmasını dəqiqləşdirmək məqsədilə evə göz gəzdirdikə evindən 1 ədədi 500 manat olmaqla, ümumilikdə 4 ədəd 2000 manat dəyərində təxminən 2.20x1 m ölçüdə avropa qapılarının, 1 ədədi 90 manat olmaqla, 15 ədədi 3 ədəd qutuda, 11 ədədi isə ayrıca sellofanda olmaqla ümumilikdə 26 ədəd, 2340 manat dəyərində divar kağızının, 1 un torbası miqdarında ümumilikdə 150 manat dəyərində xırdavat inşaat ləvazimatları (qarışıq vintlər, trap, su filtiri, dəmir əqrəb, xırda borular, su kranı, trap), 1 ədədi 20 manat olmaqla ümumilikdə 5 ədəd 100 manat dəyərində naqil qoşucuları, 1 ədəd 7 litrlik 150 manat dəyərində latun samovar, 1 ədəd 3 litrlik 50 manat dəyərində ekektrikli samovar, 1 kvadrat metri 16 manat olmaqla, ümumilikdə 200 manat dəyərində kafeli, 1 ədədi 120 manat, digəri isə 180 manat olmaqla ümumilikdə 2 ədəd 300 manat dəyərində kombi radiatorları, 1 ədəd 70 manat dəyərində nərdtaxtanı, 1 ədədi 60 manat olmaqla 2 ədəd ümumilikdə 120 manat dəyərində “Marques” markalı su motorlarını, 1 ədədi 9 manat 50 qəpik olmaqla 32 ədəd ümumilikdə 304 manat dəyərində led lampaları, 1 ədəd 100 manat dəyərində dəri gödəkcə, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində dolğunu, 1 vedrə 25 litr miqdarında 70 manat dəyərində emusyanı, 1 vedrə 10 litr miqdarında 60 manat dəyərində döşəmə lakını, evin 100 manat dəyərəində qapılarının açarlarını, 1 ədəd 15 manat dəyərində radionu, 1 ədədi 10 manat olmaqla ümumlikdə 2 ədəd, 20 manat dəyərində qaz açarlarını, 1 ədəd 10 manat dəyərində maşanı, 2 ədəd 25 metrlik ümumlikdə hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində metrələri, 1 dəst 80 manat dəyərində kristal qabqacaqları, 3 ədəd 5 litrlik hər biri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində qazanları, 1 ədəd 150 manat dəyərində 40 litrlik alüminium qazanı gizli olaraq talayıb ümumilikdə 6424 manat dəyərinda əmlakımı oğurlamışdır. Həmçinin o daha sonra evin məhləsinə baxdıqda 10 metr uzunluğunda 10 manat dəyərində rezin su borusu da oğurlandığını müəyyən etmişlər. Hazırda təqsirləndirilən şəxslərin hər ikisindən şikayəti yoxdur. Onlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 10 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə horoini damara iynə ilə vurmaqla istifadə edir. X7 və Təqsirləndirilən şəxs2 oglunu təxminən 2-3 ildir ki, tanıyır. Onlar da kokos kimi tanıdığı narkotik vasitə heroin istifadəçisidir. Nazim onlarla birlikdə bir neçə dəfə narkotik vasitə heroini iynə ilə damarına vurmaqla istifadə etmişdir. xx.xx.2022 ciil tarixdə onlar yenə görüşərək narkotik vasitə heroin istifadə etməyə qərar vermiş, bu məqsədlə o saat 20 radələrində N.Nərimanov prospektində "Reklamın yanı" deyilən yerin yaxınlığına idarə etdiyi “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nışanlı avtomobillə gedərək orada Rüstəm və Ceyhunla görüşmüşdür. Bundan sonra onlar narkotik vasitə istifadə etmək üçün gözdən kənar yerə getməyə qərar vermişlər. Bundan sonra Gəncə şəhəri, Əllərin dairəsi deyilən yerə gedib oradan da, Cavadxan qəsəbəsinə getmişlər. Onlar Cavadxan qəsəbəsində sakit yerə getmişlər. Həmin yerdə narkotik vasitə heroini iynə ilə damara vurmaqla istifadə etmişlər. Narkotiki istifadə etdikdən sonra onların çörək və suyu olmadığına görə mağaza lazım olmuşdur. Həmin vaxt yaxınlıqda altında mağaza olan ev vardı. Rüstəm avtomobildən düşərək həmin mağazaya yaxınlaşaraq onun bağlı olduğunu demişdir. Bundan sonra onlar Dubay bazarına qayıdaraq oradan su və çörək alıb “Əllərin dairəsi” deyilən yerə qayıdıb orada yemək yemişlər. Həmin vaxt üzərində narkotik vasitə heronin bir qismi qalmışdır. Qərar vermişlər ki, Cavadxan qəsəbəsində yerləşən altında mağaza olan evin yaxınlığına gedərək heroini istifadə edib, o cümlədən altında mağaza olan evin mağazasına daxil olaraq oradan dondurma soyuducusunu oğurlayıb satsınlar və əldə edilmiş qazancla yenə də, narkotik vasitə alıb bölsünlər. Bu zaman Ceyhun onun bu işə qatmamalarını demişdir. Onu evinə aparmalarını xahiş etmişdir. O isə cavabında avtomobildə yanacağın olmamasını əsas gətirərək imtina etmişdir. Ceyhun, Rüstəm və o həmin evin yaxınlığına gedib orada yenə də, narkotik vasitə heroin qəbul etmişlər. Təxminən saat 01 radələrində onlar soyuducunu oğurlamağa qərar vermişlər. Əvvəlcə Rüstəm avtomobildən düşərək ətrafa göz gəzdirib mağazanın qarşısına yaxınlaşıb geri qayıdaraq orada soyuducu olmadığını, həmçinin qarşısında barmaqlıq olduğunu demişdir. Bundan sonra onlar qərar vermişlər ki, evə daxil olaq və orada nə olarsa götürsünlər. Evin darvaza hissəsindən daxil olmaq çətin olduğuna görə qərar vermişlər ki, Rüstəm arxa hasardan həyətə düşüb darvazanı açsın Nazim isə içəri daxil olsun. Bundan sonra Rüstəmlə Nazim evin arxa hasarına getmişlər. Ceyhun isə bayırda qalaraq ətrafı nəzərdə saxlamışdır. Onlar arxa hasar tərəfə getdikdən sonra Rüstəm həyətə düşmüş, Nazim isə darvazanın qarşısına gəlmişdir. Rüstəm içəri tərəfdən darvazanı açıb bir tayını açmışdır. Bundan sonra Nazim də, həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin giriş qapısını yoxlamış və bağlı olduğuna görə qərar vermişlər ki, qapının sağ tərəfindəki pəncərəsinin barmaqlığını qıraraq içəri daxil olsunlar. Bu məqsədlə həyətdə olan dəmir parçanı Rüstəm götürərək barmaqlığa fiziki təsir göstərmiş, Nazim isə həmin barmaqlığı əli ilə özünə sarı çəkmiş və həmin barmaqlığı divardan qoparmışdır. Barmaqlığı qopaqrdıqdan sonra plastik pəncərəni də, əlləri ilə itələyib açaraq oradan içəri daxil olmuşlar. İçəri daxil olduqdan sonra oradan 4 ədəd qəhvəyi rəngli təzə taxta qapıları, 3 qutu divar kağızını, 1 un torbasında içərisində kombi ləvazəmatları, xırdavatları, 1 ədəd od samovarını, onun maşasını, 1 ədəd ekektrikli samovarı, 2 ədəd kombi radiatorlarını, 1 ədəd nərdtaxtanı, 2 ədəd su matorlarını, 1 ədəd led lampanı, 2 ədəd metrəni, 1 ədəd alüminium qazanı evin pəncərəsindən həyətə yığmışlar. Sonra Nazim həyətdən çıxıb avtomobilə doğru gedərək avtomobili həyətə salmışdır. Ceyhun isə darvazanın qarşısında qalıb onları gözləmişdir. Bundan sonra avtomobilin baqajını açmış və Rüstəmlə həmin əşyaları avtomobilə yükləmişlər. Həmin vaxt Rustəm həyətdə olan radionu və rezin borunu da, götürüb avtomobilə qoymuşdur. Əşyaların hamsını avtomobilimə yüklədikdən sonra Nazim avtomobili həyətdən çölə çıxarmışdır. Ceyhunla Rüstəm isə darvazanı örtmüşlər. Avtomobildə oğurlanan əşyaların olduğuna görə Rüstəmlə Ceyhunun oturmasına yer olmadı. Bundan sonra onlar sağollaşmış, sonrakı günlərdə oğurladığı əşyaları müxtəlif ticarət obyektlərinə satmışdır. Əldə edilmiş gəlirdən Rüstəmə 50 manat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, 2008-ci ildən X10 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmətimi davam etdirir. Ona Gəncə şəhəri, N.Nərimanov prospekti 332-də qeydiyyatda olmaqla yaşayan və müstəntiq Hüseyn Musayevin xx.xx.2022-ci il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması və yaşadığı Gəncə şəhəri, N.Nərimanov prospekti 332 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında sahə rəisi Şahid3 ilə birlikdə həmin ünvana gedilmiş, onlar həmin ünvanda Təqsirləndirilən şəxs1 müəyyən edib özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş və sonuncunu Gəncə şəhər 4-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs1 hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi2 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şpris, bir ədəd boş şüşə flakon, bir ədəd kağız bükümdə narkotik vasitə olan metamfetamin və bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuş, narkotik vasitə heroin və metamfetamina bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlə kağızla birlikda 0,24 qram, narkotik vasitə metamfetaminə bənzər kütlə isə kağızla birlikdə 0,09 qram gəlmiş, bundan sonra həmin kütlələr, 1 ədəd şpris və 1 ədəd şüşə flakon zərfdə qablaşdırılaraq ağzı DİN-in 181 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən kütlələrdən kəskin iyli maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin, digər kütlənin isə patı kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitələri 1 ədəd içərisi boş şüşə qabla birlikdə yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kima satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, ünvan 5 ünvanında yerləşən obyektdə təsərrüfat mallarının satışı və təmiri ilə məşğul olaraq qazanc əldə edir. Təxminən 19 iyun 2022-ci il tarixdə günorta radələrində bir nəfər “Naz Lifan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi obyektə gəlmiş, həmin şəxs adının Nazim olduğunu, qazi olduğunu bildirərək evində bəzi inşaat mallarının artıq qaldığını, pula ehtiyacı olduğu üçün, satmaq istədiyini demiş, həmin malların oğurluq olub-olmamasını şoruşduqda həmin şəxs ayıb olduğunu, yaxınlıqda yaşadığını, həmin malların oğurluq olmadığımı, öz evində artıq qaldığını demişdir. Bundan sonra həmin şəxs bir sellofan torba inşaat malları gətirmişdir. Həmin mallara baxdıqda orada 50 ədəd traynik, 1 ədəd kran, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, köhnə qarşıqı şuruplar olduğunu görmüş, bundan sonra 50 ədəd traynik 15 manatdan, 1 ədəd kranı 3 manatdan, 15 ədəd kalen və kasoyu 5.50 manatda, 1 ədəd nikel trapı 5 manatdan, 15 ədəd dəmir əqrəbi 2 manatdan, 1 ədəd su filtirini 5 manatdan, 1 ədəd kanalizasiya borusunun kaleni 60 qəpikdən, 12 ədəd nikel ötürücünü 6 manatdan, köhnə qarşıq şurupları isə 3 manatdan alıb ümumilikdə həmin şəxsə 45 manat 10 qəpik pul ödəmişdir. Həmin şəxs pulu götürərək çıxıb getmişdir. O isə həmin malı satmaq üçün vitrinə qoymuş, daha sonra isə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları mağazasına gəlmiş və həmin vaxt Nazimin ona satdığı qeyd etdiyi mallar oğurluq olduğu ona məlum olmuşdur. Budnan sonra həmin malların hamısını istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımıram. Şahid1 Lenıik oğlunu isə ona yuxarıda qeyd etdiyi malı satan zaman tanımış, hər hansı bir ədavəti, düşmənçili, borcu olmamışdır. Həmin inşaat mallarının oğurluq yolu ilə əldə edilməsini bilməmiş, bu barədə hər hansı bir məlumatı olmamışdır. Əvvəlcədən bu barədə hər hansı bir şəxslə hər hansı birrazılaşmaları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq qazancını Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Ucuz qapılar” adlı seyf və taxta qapıların satışını həyata keçirən obyektdə satıcı kimi işləyərək qazanc əldə edir. Hər gün saat 09 radələrindən saat 18 radələrinədək işdə olur. Təxminən xx.xx.2022-ci il tarixdə saat 15-16 tadələrində adı sonradan bildiyi Nazim Aliyev işlədiyi obyektə gəlib qapılara göz gəzdirdikdən sonra “Rivera orex” markalı taxta qapıya baxmış və həmin qapını işarə edərək xeyli vaxt əvvəl onların mağazadan həmin qapıdan 4 ədəd aldığını, qazi olduğunu, dövlət tərəfindən yeni təmirli ev verildiyinə görə qapılara ehtiyacı olmadığını deyərək həmin qapları qaytarmaq istədiyini bildirmişdir. Həmin şəxsdən qaimə tələb etdikdə qaiməni itirdiyini bildirmişdir. Nazimin qazi olmasına görə köməklik etməyə çalışmış və qapları gətirərər əgər onlarınsatdıqları qapı olarsa 1 ədədini 120 manata götürə biləcəyini demişdir. Həmin şəxs bu söhbətlərindən sonra çıxıb getmişdir. Təxminən 2 gün sonra Nazim yenidən obyektə gələrək qapını gətirmək istədiyini bildirmiş, o isə problem olmadığını demişdir. Həmin şəxs obyektdən çıxaraq 1-2 saat sonra VAZ 2106 markalı sarı rəngli taksinin üzərində 4 ədəd qapıları gətirmiş, avtomobilin özərində həmin qapılara baxdıqda onların mağaza tərəfindən satılan “Rivera orex” markalı 0,80x2.15 m ölçüdə 4 ədəd taxta qapı olmasını müəyyən etmişdir. Qapıların onların satdıqları marka ilə eynilik təşkil etməsinə görə, qapılar onların satdıqları qapılar olmasına daha da əmin olmuş, bundan sonra həmin qapıları mağazaya qoyaraq Nazimə ümumilikdə 485 manat pul ödəmiş, həmin şəxs pulu götürərək çıxıb getmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə polis əməkdaşları mağazaya gəldikdə həmin qapılar oğurluq qapılar olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımıram. Onlarla hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. Həmin qapıların oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Bu barədə hər hansı bir məlumatım olmamışdır. Nazim ona həmin qapıların özünə məxsus olmasını demişdir. Əvvəlcədən bu barədə hər hansı bir şəxslə hər hansı birrazılaşması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Şahid1 onun qardaşı Teymurun qaynıdır. Şahid1lə bir qohum kimi münasibətləri normal olmuş, hər hansı bir ədavəti və ya düşmənçilyi olmamışdır. Təxminən 2022-ci ilin iyun ayının 11-15 tarixlərində qardaşı Teymurla Şəmkir rayonunda ev təmir edərkən Nazim zəng edərək şirkətin tikintisindən 15 ədəd divar kağızının artıq qaldığını, onları ucuz qiymətə satdığını demişdir. Onun mərhum arvadı Güllü Ələsgərovanın sentyabr ayında ildönümü olduğundan evini təmir etdirmək istəyirmiş və həmin vaxt ona divar kağızı lazım olmuşdur. Buna görə də, Nazimin təklif etdiyi divar kağızlarına baxmağa qərar vermişdir. Bu məqsdələ həmin gün axşam saat 21 radələrində qardaşı Teymurla birgə Nazimin yaşadığı ünvan 6 ünvanına getmiş, evin həyətinə daxil olub Nazimlə görüşmüşdür. Nazim divar kağızından əlavə qapıların, kombi radiatorlarının da olduğunu demiş, o isə Nazimə sadəcə divar kağızının lazım olmasını demişdir. Bundan sonra evin birinci mərtəbəsində həyətin sağ tərəfində yerləşən otağa keçmişlər. Həmin otaqda 3 ədəd qutuda, hər qutuda 5 ədəd olmaqla ümumlikdə 15 ədəd divar kağızı görümşüdür. Nazim ona həmin divar kağızlarının qiymətinin 35-40 manat olduğunu, lakin ona 30 manat sata biləcəyini demiş, o isə pulunun az olduğunu, 20 manat qarşılığında ala biləcəyini demiş, Nazim isə hamısını alacağı təqdirdə həmin qiymətə sata biləcəyini demiş və onlar qarşılıqlı şəkildə Tazılaşmışlar. Bundan sonra Nazimə 300 manat ödəyərək 15 ədəd divar kağızını almışdı. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2tanımıram. X13 isə qaynıdır. Onlarla hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. Həmin divar kağızlarının oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Bu barədə hər hansı bir məlumatı olmamışdır. Nazim ona həmin divar kağızlarının şirkətin inşaatında artıq qalmasını demişdir, Əvvəlcədən bu barədə hər hansı bir şəxslə hər hansı bir razılaşması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid7la eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları birdaha təsdiq etmişdir. İş materiallarında olan: 07 iyul 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, iş üzrə Şahid7 təqdim etdiyi talamanın predmeti olmuş 5 ədəd “Laurel” markalı divar kağızı, 5 ədəd “Silvia” markalı divar kağızı, 5 ədəd “Bristar” markalı divar kağızı götürülmüş, bu barədə protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. 11 iyun 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerindən 07 ədəd əl izləri götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. 30 iyun 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki,iş üzrə Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd nərdtaxta, 1 ədəd “Marques” markalı su motoru, Şahid4 təqdim etdiyi 50 ədəd kapron boru trayniki, 1 ədəd kapron su krantı, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, 1 torpa qarşıqı şuruplar, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 10 metr uzunluğunda rezin boru, 2 ədəd kombi radiatorları, Şahid6 təqdim etdiyi 4 ədəd “Rivera Orex” markalı taxta qapı, Şahid7 təqdim etdiyi 5 ədəd “Laurel” markalı divar kağızı, 5 ədəd “Silvia” markalı divar kağızı, 5 ədəd “Bristar” markalı divar kağızı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyaları tanıyıb göstərərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyaların bir qismi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağıza bükülmüşşprisi, bir ədəd boşşüşə flakonu,iki ədəd kağız bükümü, şalvarının sağ yan cibindən isə içərisində siqaret dənələri olan Rothmans markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim etmişdir. Ayrı-ayrılıqda olan kağız bükümlər açılaraq içərisinə baxış keçirilmiş, bir bükümün içərisindən narkotik vasitə olan metmfetaminə bənzər kütlə, digər bükümün içərisindən isə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Rothman markalı siqaret qutusu və bir ədəd alışqan sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Narkotik vasitə heroin və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və kağızla birlikdə heroinə bənzər kütlə 0,24 qram, narkotik vasitə metamfetmainə bənzə kütlə isə kağızla birlikdə 0,09 qram gəlmişdir. Bundan sonra həmin kütlələr, 1 ədəd şpris və 1 ədəd şüşə flakon zərfdə qablaşdırılaraq ağzı DİN-in 181 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən kütlələrdən kəskin iyli maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin, digər kütlənin isə patı kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitələri 1 ədəd içərisi boşşüşə qabla birlikdə ağacın yanından tapdığını, şprisi və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmaq məqsədinin olmadığını bildirmişdir. Baxış zamanı işüçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 16/1107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş......” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,015 qram olan maddə kistar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,156 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - 1(bir) ədəd şüşə flakonun içərisində heroin izləri vardır, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün deyil. -1 (bir) ədəd 1 ml-lik (100 vahid) bir dəfəlik şprisin içərisində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan ən psixotrop maddələrin”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir Məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 1410 qömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə əmtəəşünaslıq ekspertinin 25 avqust 2022-ci il tarixli 9/5411 nömrəli rəyində qeyd olunmuşdur ki, qərarda göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar instensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 538 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi (DİN KTİ və İHOMSYdən daxil olan) xx.xx.1987-ci ildə Ermənistanda doğulmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserlərdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ödənilməmiş məhkumluğu yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. 01 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,005 qram narkotik vasitə olan metamfetamin, qalıq təmiz çəkisi 0,106 qram narkoti vasitə heroin, 1 ədəd şüşə flakon, 1 ədəd 1ml-lik şpris Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 4 ədəd “Rivera Orex” markalı taxta qapı, 5 ədəd “Laurel” markalı divar kağızı, 5 ədəd “Silvia” markalı divar ağızı, 5 ədəd “Bristar” markalı divar kağızı, 50 ədəd kapron boru trayniki, 1 ədəd kapron su krantı, 15 ədəd kalen və kasoy, 1 ədəd nikel trap, 15 ədəd dəmir əqrəb, 1 ədəd su filtiri, 1 ədəd kanalizasiya borusunun kaleni, 12 ədəd nikel ötürücü, 1 torba qarşıq şuruplar, 1 ədəd nərdtaxta, 1 ədəd “Marques” markalı su matoru, 10 metr uzunluğunda rezin boru, 2 ədəd kombi radiatorları sahibi Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışkeçirilməsinin görüntülərini əks etdirən video çəkilişin, üzləşdirmə istintaq hərəkətlərinin görüntülərini əks etdirən videoçəkilişin köçürüldüyü 3 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin göstərilən maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin göstərilən maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində göstərilmiş cinayət əməlini törətməkdə təqsirinin olmaması barədə verdiyi ifadəni özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş təkzibedilməz sübutlar onun bu cinayət əməlində təqsirli olması qənaətinə gəlinməsinə tam əsas verir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən narkotik vasitəheroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0.15 qramla 2 qram arası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 177.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini və cinayət əməlinin törədilməsi nəticəsində dəymiş zərəri tam ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin törədilməsi nəticəsində dəymiş zərəri tam ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətmələrini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətmələrini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2oğlunun törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli Qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli Qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 02 gün müddətində şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X11 saxlanılmışdır. Bundan başqa onun barəsində Gəncə Şəhər Məhkəməsinin müvafiq qərarı ilə əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” Qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 02 gün müddətində şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X11 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin və 13 sentyabr 2022-ci il tarixdən 14 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 09 (doqquz) ay 03 (üç) gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə zalından dərhal azadlığa buraxılmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkqüvvədə qalmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 1410 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,005 qram narkotik vasitə olan metamfetamin, qalıq təmiz çəkisi 0,106 qram narkoti vasitə heroin, 1 ədəd şüşə flakon, 1 ədəd 1ml-lik şpris məhv edilməli, 4 ədəd “Rivera Orex” markalı taxta qapının, 5 ədəd “Laurel” markalı divar kağızının, 5 ədəd “Silvia” markalı divar ağzının, 5 ədəd “Bristar” markalı divar kağızının, 50 ədəd kapron boru traynikin, 1 ədəd kapron su krantının, 15 ədəd kalen və kasoyun, 1 ədəd nikel trapın, 15 ədəd dəmir əqrəbin, 1 ədəd su filtrinin, 1 ədəd kanalizasiya borusu kaleninin, 12 ədəd nikel ötürücüsünün, 1 torba qarşıq şurupların, 1 ədəd nərdtaxtanın, 1 ədəd “Marques” markalı su matorunun, 10 metr uzunluğunda rezin borunun, 2 ədəd kombi radiatorlarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən video çəkilişin, üzləşdirmə istintaq hərəkətlərinin görüntülərini əks etdirən videoçəkilişin köçürüldüyü 3 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 80.40 (səksən manat, qırx qəpik) manat ekspertiza xərci müəyyən edilərək məhkəmə məsrəfləri müəyyən edilmişdir. İş üzrə məhkəmə narkoloji ekspertizasının keçirilməsinə 30.40 (otuz manat, qırx qəpik) manat sərf edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə nakoloji ekspertizanın keçirilməsinə sərf edilmiş 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs1 tutulmalı, qalan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə münasibətdə 120 (yüz iyirmi) manat – cəmi 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22iyun 2022-ci il tarixdən 24iyun 2022-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət və 13 sentyabr 2022-ci il tarixdən 14 iyun 2023-cü il tarixdək həbsdə saxlanıldığı 09 (doqquz) ay 01 (bir) gün – cəmi 09 (doqquz) ay 03 (üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 01 (bir) il06 (altı) ay 06 (altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəliyaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə nakoloji ekspertizanın keçirilməsinə sərf edilmiş 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs1 tutulularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyun 2022-ci il tarixdən 24iyun 2022-ci il tarixədək 02 (iki) gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindənaşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,005 qram narkotik vasitə olan metamfetamin, qalıq təmiz çəkisi 0,106 qram narkoti vasitə heroin, 1 ədəd şüşə flakon, 1 ədəd 1ml-lik şpris məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış4 ədəd “Rivera Orex” markalı taxta qapının, 5 ədəd “Laurel” markalı divar kağızının, 5 ədəd “Silvia” markalı divar ağzının, 5 ədəd “Bristar” markalı divar kağızının, 50 ədəd kapron boru traynikin, 1 ədəd kapron su krantının, 15 ədəd kalen və kasoyun, 1 ədəd nikel trapın, 15 ədəd dəmir əqrəbin, 1 ədəd su filtrinin, 1 ədəd kanalizasiya borusu kaleninin, 12 ədəd nikel ötürücüsünün, 1 torba qarşıq şurupların, 1 ədəd nərdtaxtanın, 1 ədəd “Marques” markalı su matorunun, 10 metr uzunluğunda rezin borunun, 2 ədəd kombi radiatorlarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən video çəkilişin, üzləşdirmə istintaq hərəkətlərinin görüntülərini əks etdirən videoçəkilişin köçürüldüyü 3 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcinin qalıq 50 (əlli) manat ekspertiza xərci məhkəmə məsrəfi olaraq təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və Təqsirləndirilən şəxs1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə münasibətdə 120 (yüz iyirmi) manat – cəmi 240 (iki yüz qırx) manat məbləğində pul keçirilsin. (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar