Məhkəmə qərarları › İş №1(125)-93/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-93/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-93/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ə.Əliyev prospekti, 2-ci döngə, ev 7, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, Gəncə şəhəri, Xəmsə küçəsi, ev 94-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə əsasən sürücülük vəsiqəsi əsasında avtomobili idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək sürücülük vəsiqəsi olmadığından nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 15 mart 2023-cü il tarixdə saat 22 radələrində аyıq vəziyyətdə idarə etdiyi “QAZ 24 minik” mаrkаlı, **-BD-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətindəki yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 60-cı maddəsinin 2ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında dayandırmalı olduğu halda həmin tələblərə əməl etməyərək işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə daxil olaraq Zərərçəkmiş şəxs аyıq vəziyyətdə sürücülük hüququ əsasındaidаrə еtdiyi“VAZ 21074 minik” markalı **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21074 minik” markalı, **-HR-*** nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ ağciyərə qansızma, hemopnevmotarks, sağ V-X qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı travması, sağ bazu oynağının çıxığı, sağ bazu sümüyünün qabarının qapalı sınığı, sol almacıq və alın nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə əsasən sürücülük vəsiqəsi əsasında avtomobili idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək sürücülük vəsiqəsi olmadığından nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 15 mart 2023-cü il tarixdə saat 22 radələrində аyıq vəziyyətdə idarə etdiyi “QAZ 24 minik” mаrkаlı, **-BD-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətindəki yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında dayandırmalı olduğu halda həmin tələblərə əməl etməyərək işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə daxil olaraq Zərərçəkmiş şəxs аyıq vəziyyətdə sürücülük hüququ əsasındaidаrə еtdiyi“VAZ 21074 minik” markalı **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21074 minik” markalı, **-HR-*** nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ ağciyərə qansızma, hemopnevmotarks, sağ V-X qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı travması, sağ bazu oynağının çıxığı, sağ bazu sümüyünün qabarının qapalı sınığı, sol almacıq və alın nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmin hadisəni törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi zamanı zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi “QAZ 24 minik” mаrkаlı avtomobildən düşərək oradan qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli, lakin həmin məcəllənin 264-cü maddəsilə təqsirli bilməyərək bildirmişdir ki, o, hadisə yerindən həm mərhum övladının yanına çatmaq, həm də avtomobildə xəsarət alan ailə üzvlərini həkimə çatdırmaq üçün getmişdir. Belə ki, “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə X1 adına olsa da faktiki olaraq onun mülkiyyətindədir. Həmin avtomobili təxminən iki ildir ki, 800 manat qarşılığında almışdır. Şəxsiyyət vəsiqəsi olmadığına görə sürücülük vəsiqəsi olmamış və həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Qeyd olunan avtomobillə meyvə-tərəvəz, işlənmiş dəmir alıbsatmışdır. xx.xx.2023-cü il tarixdə övladı X11 şəhər Perinatal Xəstəxanasında doğulmuşdur. Təxminən xx.xx.2023-cü il tarixdə arvadı Əfsanə ilə övladı evə buraxılmışdır. Lakin 2 gün sonra övladının səhhəti pisləşdiyinə görə onu yenidən Gəncə şəhər Perinantal Xəstəxanaya yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində həkim anası Günaya zəng etmiş və telefon danışığından sonra anasının və arvadının ağladığını görmüşdür. Nə baş verməsini soruşduqda onlar övladı Sərdarın səhhətinin pisləşdiyini və öləcəyini deyərək xəstəxanaya getməli olduqlarını demişlər. Bundan sonra dərhal “QAZ 24” markalı avtomobilin sükanı arxasına, anası Günay ön sağ oturacaqda, arvadı Əfsanə və qohumu Səadət isə arxa oturacaqda əyləşmiş və avtomobili işə salaraq yaşadığı evdən çıxıb Gəncə şəhər Perinatal Xəstəxanaya yola çıxmışdır. O, Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Kəsişməyə çatana yaxın işıqforun sarı işığı yandığını görüb çalışmışdır ki, qırmızı yanana kimi kəsişməni keçsin. Kəsişməyə çatanda işıqforun qırmızı işığı yanmışdır. Sürətlə kəsişməyə daxil olduğu üçün avtomobilin hərəkətini dayandırmamış və siqnalı basaraq həmin sürətlə də hərəkətini davam etdirmişdir. Bu zaman Ş.İ.Xətai prospektindən “Dəmiryolu” vağzalı istiqamətinə gələn “VAZ 2107” markalı avtomobil onun qarşısına çıxmış və zərbədən yayına bilməyərək həmin avtomobilə, oradan da yolun sağ kənarında dayanmış “Opel” markalı avtomobilə çırpılıb dayanmışdır. Bundan sonra o və avtomobildə olan ailə üzvləri dərhal avtomobildən düşmüşlər. Hadisə yerinə ətrafda olan şəxslər toplaşmışdır. Ailə üzvlərinin səhhəti ilə maraqlandıqda onların xəsarət almasını öyrənmişdir. Bundan sonra “VAZ 2107” markalı avtomobilə yaxınlaşmış və sürücünün, adı sonradan məlum olan Zərərçəkmiş şəxs yaralı şəkildə ayaqlarının “VAZ 2107” markalı avtomobilin yük yerinin alt hissəsindən digər şəxslərlə birlikdə çıxararaq avtomobilin yanına qoymuşdur. Kənardakı şəxslərdən 103 xidmətinə məlumat vermələrini xahiş etmiş, onlar isə həkimlərin yolda olduğunu bildirmişlər. Bundan sonra atası Natiqə zəng edərək onu hadisə yerinə çağırmışdır. Təxminən 3 dəqiqə sonra atası oraya çatmışdır. Xəstəxanaya övladının yanına çatmalı olduğu üçün həmçinin avtomobildə olan ailə üzvləri xəsarət aldığı üçün atası Ceyhuna kömək etməsi üçün hadisə yerində qoyaraq Gəncə şəhər Perinantal Xəstəxanaya getməyə qərar vermişdir. Həmin vaxt yanlarında bir ədəd markasını xatırlamadığı avtomobil dayanmışdır. Yanlarında dayanan avtomobilə onları xəstəxanaya çatdırmasını istəmişdir. Bundan sonra o, anası Günay, arvadı Əfsanə və qohumu Səadət həmin avtomobillə Gəncə şəhər Perinatal Xəstəxanaya getmişlər. Həmin xəstəxanaya çataraq övladının yanına çatıb onu görmüşdür. Həkimlər övladının səhhətinin pis olduğunu və yaşamaq şansının az olduğunu bildirmişlər. Bu xəbər onları daha da məyus etmişdir. Orada olan həkimlər isə zahirən Günaya, Əfsanəyə və Səadətə baxaraq xəsarətlərinin ciddi olmadığını demişlər. Bundan sonra xəstəxananın həyətində səhərəcən gözləmişdir ki, övladına nəsə lazım olarsa ona köməklik etsin. Səhəri günü həkimlər övladının həyatını xilas edə bilməmişlər və o, xəstəxanada vəfat etmişdir. Sonra isə oradan Gəncə şəhər BPİ-yə getmişdir. Hadisənin baş verməsinə səbəb övladının yanına çatmaq üçün avtomobili sürətli sürərək işıqforun qırmızı işığında kəsişməyə daxil olmağı olmuşdur. Avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Hadisə yerindən getməsinə səbəb mərhum övladının xəstəxanada səhhətinin pisləşməsi, həmçinin sərnişin qismində anası Günay, arvadı Əfsanə və qohumu Səadətin xəsarət almasına görə onları A.Səhhət xəstəxanasına aparması olmuşdur. Həmin hadisə zamanı idarə etdiyi avtomobilin baqaj hissəsi boş olmuşdur. Sərnişin qismində anası Günay, arvadı Əfsanə və qohumu Səadət olmuşdur. Həmin hadisə vaxtı avtomobili texniki vəziyyəti saz olmuşdur. O, hadisə yerindən qaçmamışdır. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsini, həmin məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulan aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs оğluifadəsində göstərmişdir ki, onun BD110536 nömrəli, BC kateqoriyalı xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmiş sürücülük vəsiqəsi var. VAZ 21074 minik markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına olsa da, həmin avtomobili xx.xx.2023-cü il tarixdə 4200 manat qarşılığında almış və faktiki olaraq həmin avtomobil ona məxsusdur. Gündəlik olaraq qazancını həmin avtomobillə taksi fəaliyyətilə məşğul olaraq əldə edir. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə H.Əliyev prospekti ilə üzü “Dəmiryolu” vağzalı istiqamətində saatda 40-50 km/saat sürətlə hərəkət edərkən H.Əliyev prospekti ilə Rəfibəyli küçəsinin kəsişməsinə çatan zaman işıqforun yaşıl işığı yandığı üçün hərəkətini davam etdirərək kəsişməyə daxil olmuşdur. Bu zaman sol tərəfindən anidən nəsə çırpılmış və huşunu itirmişdir. Ayıldıqda isə Gəncə şəhər A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Rəfibəyli küçəsindən gələrək işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq avtomobilinə çırpıldığını öyrənmişdir. Hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə işıqforun qırmızı işığında kəsişməyə daxil olması olmuşdur. “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qırmızı işıqda anidən sürətlə kəsişməyə daxil olduğu üçün onu görməyə macal tapmamış və zərbənin təsirindən özünü itirmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Yolun kəsişmə hissəsinə daxil olarkən işıqforun yaşıl işığı yandığından qarşısına baxaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Həmin hadisə zamanı idarə etdiyi avtomobilin baqaj hissəsi boş olmuş, sərnişin olmamışdır. Həmin hadisə vaxtı avtomobili texniki vəziyyəti saz olmuşdur. Avtomobili idarə etdiyi zaman spirtli içki qəbul etməmiş, yorğun və ya yuxusuz olmamışdır. O, xəstəxanada gözünü açarkən yanında təqsirləndirilən şəxsin atası Natiqi və yeznəsi Vəlini görmüşdür. Təqsirləndirilən şəxs və onun atası Natiq onun müalicəsinə maddi yardım göstərmiş və oradan çıxana kimi orada olmuşlar. Hazırda təqsirləndirilən şəxslə münasibətləri qaydasındadır, onunla barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladıdır. “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Xəzərə məxsusdur. Həmin avtomobili təxminən iki ildir ki, 800 manat qarşılığında almışdır. Xəzərin şəxsiyyət vəsiqəsi olmadığına görə sürücülük vəsiqəsi də olmamış və həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Qeyd olunan avtomobillə meyvə-tərəvəz, işlənmiş dəmir alıb satmışdır. xx.xx.2023-cü il tarixdə nəvəsi Sərdar Gəncə şəhər Perinatal Xəstəxanada doğulmuşdur. Təxminən xx.xx.2023-cü il tarixdə gəlini Əfsanə ilə övladı evə buraxılmışdır. Lakin 2 gün sonra nəvəsinin səhhəti pisləşdiyinə görə onu yenidən Gəncə şəhər Perinantal Xəstəxanaya yerləşdirmişlər. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində Gəncə şəhər Perinantal Xəstəxanasından həkim arvadı Günaya zəng edərək nəvəsinin səhhətinin pisləşdiyini demişdir. Bundan sonra dərhal xəstəxanaya getməyə qərar vermişlər. Xəzər “QAZ 24” markalı avtomobilin sükanı arxasında, arvadı Günay ön sağ oturacaqda, arxa oturacaqda isə gəlini Əfsanə və qohumu Səadət əyləşmişlər. Xəzər avtomobili işə salmış və onlar evdən çıxıb Gəncə şəhər Perinatal Xəstəxanasına yola çıxmışlar. Bir qədər sonra Xəzər ona zəng edərək Gəncə şəhəri, H.Əliyev prospekti ilə Rəfibəyli küçələrinin kəsişməsində “VAZ 2107” markalı avtomobillə toqquşduğunu, hadisə nəticəsində Günayın, Səadətin və Əfsanənin də xəsarət aldığını, onları həkimə aparacağını, onun isə hadisə yerinə gələrək “VAZ 2107” markalı avtomobilin sürücüsünə kömək etməyini bildirmişdir. Bundan sonra dərhal evdən çıxaraq oradan təxminən 3 dəqiqə sonra Gəncə şəhəri, H.Əliyev prospekti ilə Rəfibəyli küçələrinin kəsişməsinə çatmışdır. Oraya çatdıqda “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə “Opel Vectra” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol tərəfini vuraraq dayanıqlı vəziyyətdə olduğunu, kəsişmənin yaxınlığında isə digər “VAZ 2107” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş vəziyyətdə dayandığını, “VAZ 2107” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı sürücüsünün, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Dərhal onlara yaxınlaşmış və ona ambulansın yolda olduğunu, oraya gəldiyini demişlər. Bundan sonra öz avtomobillərindəkilərin səhhəti ilə maraqlandıqda Günayın, Əfsanənin və Səadətin xəsarət aldığını öyrənmişdir. Onlar xəstəxanaya nəvəsinin yanına çatmalı olduğundan, həmçinin özlərinin də həkim yardımına ehtiyacı olduğudan, oradan Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında yerləşən Gəncə şəhər Perinatal Xəstəxanasına getməyə qərar vermişlər. Bundan sonra hadisə yerində qalmış Xəzər isə, Günayı, Əfsanəni və Səadəti xəstəxanaya aparmışdır. Bir qədər sonra ambulans gəlmiş və Ceyhunun ambulansa mindirərək həkimə çatdırılmasına köməklik etmişdir. Hadisə yerində olmadığına görə hadisənin nə səbəbə baş verməsini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,Xəzər onun övladıdır. xx.xx.2023-cü il tarixdə nəvəsi X11 şəhər Perinatal Xəstəxanasında doğulmuşdur. Təxminən xx.xx.2023-cü il tarixdə gəlini Əfsanə ilə övladı evə buraxılmışdır. Lakin 2 gün sonra nəvəsi səhhəti pisləşdiyinə görə onu yenidən Gəncə şəhər Perinantal Xəstəxanaya yerləşdirmişlər. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində Gəncə şəhər Perinantal Xəstəxanasından həkim ona zəng edərək nəvəsi səhhətinin pisləşdiyini demişdir. Bu barədə gəlini Əfsanəyə də bildirmiş və həmin haldan kövrəlib ağladıqda Xəzər onları görmüş və bu barədə ona məlumat vermişlər. Bundan sonra dərhal xəstəxanaya getməyə qərar vermişlər. Xəzər “QAZ 24 markalı avtomobilin sükanı arxasına, o ön sağ oturacaqda, arxa oturacaqda isə gəlini Əfsanə və qohumu Səadət əyləşmişlər. Xəzər avtomobili işə salmış və yaşadıqları evdən çıxıb Gəncə şəhər Perinatal Xəstəxanasına yola çıxmışlar. Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində hərəkət edib kəsişməyə daxil olduqda işıqforun qırmızı işığı yanmışdır. Bu zaman Ş.İ.Xətai prospektindən Dəmiryolu vağzalı istiqamətinə gələn VAZ 2107 markalı avtomobil qarşılarına çıxmış və Xəzər zərbədən yayına bilməyərək həmin avtomobilə, oradan da yolun sağ kənarında dayanmış Opel markalı avtomobilə çırpılıb dayanmışdır. Bundan sonra avtomobildən düşmüşlər, bu zaman hadisə yerinə kənardan şəxslər toplaşmağa başlamışlar və VAZ 2107 markalı avtomobildəki sürücüyə köməyə getmişlər. Həmin avtomobilin sürücüsü zərbənin təsirindən avtomobildən yerə düşmüşmüş və ayaqları avtomobilin yük hissəsinin altında olmuşdur. Xəzər VAZ 2107 markalı avtomobilə yaxınlaşaraq başqa şəxslərlə sürücüsünün avtomobilin altından çıxarılmasına köməklik etmiş və atası Natiqə zəng edərək oraya çağırmışdır. Həmin vaxt onlar bir-birinin səhhəti ilə maraqlandıqda onun, Əfsanənin, Səadətin xəsarət aldığını müəyyən etmişlər. Təxminən 2-3 dəqiqə sonra əri Natiq də oraya gəlmişdir. Xəstəxanaya nəvəsinin yanına çatmalı olduqlarından, həmçinin özlərinin həkim yardımına ehtiyacı olduğudan, oradan Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında yerləşən Gəncə şəhər Perinatal Xəstəxanasına getməyə qərar vermişlər. Əri Natiq hadisə yerində qalmış, Xəzər yanlarında dayanan avtomobilə onları xəstəxanaya çatdırmasını istəmişdir. Həmin avtomobil onlarla razılaşmış və oradan Gəncə şəhər Perinatal Xəstəxanasına getmişlər və orada nəvəsini görmüşlər. Həkimlər onun səhhətinin pis olduğunu, yaşamaq şansının az olduğunu bildirmişlər. Nəvəsinin səhhətinin ağırlaşması onu daha da məyus etmiş və buna görə öz səhhəti ilə maraqlanmamış, bu barədə həkimə müraciət etməmişdir. Bundan sonra xəstəxanada səhərəcən gözləmişlər. Səhərisi gün isə həkimlər nəvəsini xilas edə bilməmiş və o xəstəxanada vəfat etmişdir. Hadisənin baş verməsinə səbəb Xəzərin mərhum nəvəsinin yanına çatmaq üçün idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında kəsişməyə daxil olması olmuşdur. Dəqiq olaraq avtomobilin hansı sürətlə idarə olunmasını bilmir. Hadisə nəticəsində sol ayağı yaralanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 hadisənin üzərindən uzun müddət keçdiyi üçün və hadisə vaxtı özünü itirdiyi üçün baş verənləri tam dəqiq olaraq xatırlamadığını bildirmişdir. Daha sonra məhkəmə iclasında Şahid5 ifadəsi elan edilmiş, həmin ifadəsində o, Şahid4 vermiş olduğu ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir.(i.v 135-137) Məhkəmə iclasında şahid X3 Şahid4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Sonda o, hadisə zamanı qaynatasının hadisə yerinə gələnə kimi əri Xəzərin orada olduğunu və onun özünün də qolundan xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını özünə məxsus “Opel Vectra” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləyərək əldə edir. xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmiş BC kateqriyalı, BC009676 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023cü il tarixdə, axşam saat təxminən 21 radələrində özünə məxsus “Opel Vectra” markalı avtomobilini Ə.Rəfibəyli küçəsində saxlayaraq yaxınlıqdakı çayxanaya getmiş, təxminən saat 22 radələrində çayxanada olarkən, ona yol-nəqliyyat hadisəsinin olduğunu, avtomobilinin vurulduğunu demişlər. Bundan sonra o, dərhal çayxanadan çıxıb avtomobilinin yanına getdikdə, “QAZ 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə onun avtomobilinin sol tərəfini vuraraq dayanıqlı vəziyyətdə olduğunu, kəsişmənin yaxınlığında isə digər “VAZ 2107” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş vəziyyətdə dayandığını, ambulansın VAZ 2107 markalı avtomobilin sürücüsünü apardığını görmüşdür. Həmin vaxt “QAZ 24” markalı avtomobilin sürücüsü orada olmamış, bundan sonra polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşmə aparmışlar. O, hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfindən verilmiş vəsatətə əsasən əlavə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, hadisə baş verən gün Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsindən keçən zaman qəza törətmiş, bir- birindən təxminən 5 metr məsafədə dayanmış “QAZ 24” və “VAZ 2107” markalı avtomobilləri görmüşdür. Hadisə yerində Xəzər, Xəzərin atası Natiq və tanımadığım digər qadınlar, habelə ətrafa toplanmış insanlar olmuşdur. Xəzər və ailəsi hadisə zamanı xəsarət almış, yaralını təcili tibbi yardım maşınına yerləşdirmişdilər, daha sonra isə Xəzər, uşağı xəstəxanada olduğu üçün Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında yerləşən Gəncə Şəhər Perinatal Xəstəxanasına getmiş, atası Natiq isə zərərçəkmiş şəxsin yanında qalaraq ona yardım etmiş və onun xəstəxanaya çatdırılmasına köməklik göstərmişdir. O, hadisə yerinə sonda gəldiyi üçün hadisənin necə baş verdiyini görməmişdir.Həmin vaxt orada televiziya işçiləri də olmuş, Xəzər hadisə yerini atası Natiq gəldikdən sonra tərk edib getmişdir. Polislər isə 10-15 dəqiqə sonra gəlmişlər. Orada sahibini tanımadığı, qəza nəticəsində zədələnmiş “Opel” markalı avtomobili də görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid8 bildirmişdir ki, hadisə uzun müddət öncə baş verdiyindən tam olaraq xatırlamır. Onlar hadisə yerinə 15-20 dəqiqə sonra gəlmişlər. Hadisə yerinə çatanda təcili tibbi yardım maşını zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Hadisə yerində təqsirləndirilən şəxsin və onun atasının olduğunu görməmişdir. Daha sonra məhkəmə iclasında Şahid8 ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, 2021-ci ildən Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX baş inspektoru vəzifəsində işləyir. YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. Bildirir ki, 15 mart 2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ə.Rəfibəyli küçələrinin kəsişməsində avtomobillərin toqquşması ilə nəticələnən yolnəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı YPX inspektoru Şahid9lə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ə.Rəfibəyli küçələrinin kəsişməsinə getmişlər. Hadisə yerinə getdikdə Ə.Rəfibəyli küçəsində kəsişməyə yaxın hissədə QAZ 24 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə Opel Vectra markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol tərəfini vuraraq dayanıqlı vəziyyətdə olduğunu, kəsişmənin yaxınlığında isə digər VAZ 2107 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş vəziyyətdə dayandığını, VAZ 2107 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı sürücüsünün, Zərərçəkmiş şəxs yerdə uzanılı vəziyyətdə olduğunu, Opel Vectra markalı avtomobilin sürücüsünün də orada olduğunu, lakin QAZ 24 markalı avtomobilin sürücüsünün orada olmadığını müəyyən etmişlər. Bu zaman dərhal hadisə yerinin muhafizəsini təmin etmişlər. 103 TTYX xidmətinin ambulansı oraya gəlmiş və həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yeri müayinə edilmiş və məlum olmuşdur ki, 15 mart 2023-cü il tarixdə saat 22 radələrində "QAZ 24 minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində hərəkət edib işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə daxil olaraq Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ 21074 minik" markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş sonra isə idarə etməni itirərək Ə.Rəfibəyli küçəsində yolun sağ kənarında dayanmış Opel Vectra markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq dayanmışdır. Hadisə yeri müayinə edildikdən sonra bizim və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Sonra protokol ucadan oxunmuş və hər hansısa bir etirazın olmadığı bildirilərək protokolu imzalanmışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra avtomobillərin DYPŞnin cərimə meydançasına aparılması təmin edilmişdir. O və ailə yaxudüzvlərinin Təqsirləndirilən şəxs və ya onların ailə üzvləri ilə heç bir düşmənçiliyi ədavəti olmamışdır.(i.v132-134) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Şahid8 bir daha bildirmişdir ki, onlar hadisə yerinə gəldikdə xəsarət alan şəxs hadisə yerində olmamışdır. Daha sonra isə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, 15 mart 2023cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ə.Rəfibəyli küçələrinin kəsişməsində avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı YPX inspektoru Şahid9lə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ə.Rəfibəyli küçələrinin kəsişməsinə getmişlər. Hadisə yerinə getdikdə Ə.Rəfibəyli küçəsində kəsişməyə yaxın hissədə QAZ 24 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə Opel Vectra markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol tərəfini vuraraq dayanıqlı vəziyyətdə olduğunu, kəsişmənin yaxınlığında isə digər VAZ 2107 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş vəziyyətdə dayandığını, VAZ 2107 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı sürücüsünün, Zərərçəkmiş şəxs yerdə uzanılı vəziyyətdə olduğunu, Opel Vectra markalı avtomobilin sürücüsünün də orada olduğunu, lakin QAZ 24 markalı avtomobilin sürücüsünün orada olmadığını müəyyən etmişlər. Bu zaman dərhal hadisə yerinin muhafizəsini təmin etmişlər. 103 TTYX xidmətinin ambulansı oraya gəlmiş və həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yeri müayinə edilmiş və məlum olmuşdur ki, 15 mart 2023-cü il tarixdə saat 22 radələrində "QAZ 24 minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində hərəkət edib işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə daxil olaraq Zərərçəkmiş şəxs idarə etdiyi"VAZ 21074 minik" markalı,**-HR- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş sonra isə idarə etməni itirərək Ə.Rəfibəyli küçəsində yolun sağ kənarında dayanmış Opel Vectra markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq dayanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan: 30 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 236-1.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır.(i.v 1) “Hadisənin görüntüsünü özündə əks etdirən videogörüntü”yə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində QAZ 24 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsindən H.Əliyev prospektinin kəsişməsinə daxil olur, bu zaman H.Əliyev prospekti ilə üzü Dəmiryolu vağzalı istiqamətində hərəkətdə olan VAZ 21074 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsişmədə toqquşur. (8-24) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 15 mart 2023-cü il tarixli protokoldan, “Əlavə baxış aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokollardan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ə.Rəfibəyli küçələrinin kəsişməsində yerləşir. Hadisə baş verən yol asfalt örtüklü, hamar və düzdür. H.Əliyev prospektinin eni 21 metr, Ə.Rəfibəyli küçəsinin eni 14 metrdir. Ə.Rəfibəyli küçəsində yerləşən işıqfordan toqquşma yerinə kimi məsafə 22 metr, H.Əliyev prospektində işıqfordan toqquşma yerinə kimi məsafə 13 metrdir. Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində üzü H.Əliyev prospektinə kəsişmə hissəsinin yaxınlığında yolun sağ tərəfində “2.5 dayanmadan keçmək qadağandır” nişanı, Gəncə şəhəri, H.Əliyev prospektində üzü Ə.Rəfibəyli küçəsinə kəsişmə hissəsinin yaxınlığında yolun sağ tərəfində isə “2.1 baş yol” nişanı vardır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bахış kеçirilməsi bаrədə prоtоkоl tərtib оlunmuş və hаdisə yеrinin fоtоşəkilləri çəkilmişdir.(i.v 8-23, 121-124) Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 552/2023 nömrəli protokolundan görünür ki, sürücü Zərərçəkmiş şəxs hаdisə zаmаnı аyıq vəziyyətdə оlmuşdur.(i.v 25) Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 553/2023 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hаdisə zаmаnı аyıq vəziyyətdə оlmuşlаr.(26) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladı vardır.(i.v 28) "Avtomotoservis və ticarət"xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 24/03 nömrəli qüsur aktına əsasən "Opel Vectra minik" markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1115 manat maddi ziyan dəymişdir.(i.v 68) "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 27/09 nömrəli qüsur aktına əsasən "QAZ 24 minik" markalı **-BD-*** dövlət qeydiyyat nişanlıavtomobilə ümumilikdə 1732 manat maddi ziyan dəymişdir.(69) "Avtomotoservis və ticarət"xxxx"Avtomotoservis və ticarət Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 23/09 nömrəli qüsur aktına əsasən "VAZ 21074 minik" markalı **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3150 manat maddi ziyan dəymişdir.(i.v 70) Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 24 markalı 20-BD- 280 dövlət qeydiyyat nişanlı avtomobili ilə mənə məxsus Opel Vectra markalı 99-CO- 837 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq mənə maddi ziyan vurmuşdur. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs mənə dəymiş ziyanı tamamilə ödəmiş və mən onunla barışmışam. Buna görə də, mənim Təqsirləndirilən şəxs heç bir şikayət və tələbim yoxdur.(i.v 79) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X14 Şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanası “PHŞ” Perinetal Mərkəzin 25 mart 2023-cü il tarixli, 576 nömrəli arayışından görünür ki, X3 həqiqətən xx.xx.2023-il tarixdə GBX PHŞ X5 Kəsiyi əməliyyatı ilə doğuşdan azad olub. xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə ana yenidoğulmuşla evə yazılıb. xx.xx.2023cü il tarixdə "Beynin işemik zədələnməsi.Mədəcikdaxili qansızma 2-3-cü dərəcə"-diaqnozu ilə Perinatal Mərkəzə gətirilib.xx.xx.2023-cü il tarixdə yenidoğulmuşda qıcolma qeyd olunub. xx.xx.2023-cü il tarixdə yenidoğulmuş vəfat etdi. (i.v 80) məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 1171/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan nümunəsində etil spirti aşkar edilməmişdir. (i.v 83-84) məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 1171A/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində etil spirti aşkar edilməmişdir.(i.v 85-86) məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 370 nömrəli rəyindən görünür ki, Şahid5 bədənində aşkar edilmiş xəsarətlər - sol diz və bel nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(i.v 88-89) məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir.(i.v 91-92) məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 373 nömrəli rəyinədən görünür ki, Şahid4 bədənində aşkar edilmiş xəsarətlər - sol diz nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(i.v 94-95) məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 371 nömrəli rəyindən görünür ki, Şahid3 bədənində aşkar edilmiş xəsarət - sağ said nahiyəsinin yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.(i.v 97-98) məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 580 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ ağciyərə qansızma, hemopnevmotarks, sağ V-X qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı travması, sağ bazu oynağının çıxığı, sağ bazu sümüyünün qabarının qapalı sınığı, sol almacıq və alın nahiyələrinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid edilirlər. (i.v 100-103) məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2023-cü il tarixli 8/2849 nömrəli rəyindən məlum olur:

1. İstintаq tərəfindən təqdim оlunmuş məlumаtlаrа görə “QAZ-24 minik” markalı **-BD- *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilin sürücüsü Təqsirləndirilən şəxs оğlunun hərəkətlərində “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 60cımаddəsinin 2-ci hissəsinin tələblərinə uygunsuzluq оlmuş və оnun həmin mаddənin tələblərinə riаyət еtməklə hаdisənin qаrşısını аlmаğа tехniki imkаnı оlmuşdur. Sürücü Təqsirləndirilən şəxs оğlu avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 33-cümаddəsinin 4-cü hissəsinin tələblərinə uygunsuzluq оlmuşdur. Sürücü Təqsirləndirilən şəxs оğlu avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 50cimаddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən göstərilən şəraitdə “VAZ 21074 minik” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (i.v 146- 148)(ekspertiza xərci 128 manat) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 151) 31 oktyabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin məcəllənin 263-1.1 və 264-cü maddələri maddələrinə tövsif edilmişdir.(i.v 160-161) 01 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan olunması qərara alınmışdır(i.v 164-165) 01 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 197-198) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v 210). BDYPİ-nin Gəncə RQİTBŞ-yə verilmiş 07 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur, həmçinin onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. “QAZ 24 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi üçün Təqsirləndirilən şəxs etibarnamə verilməmişdir. (i.v 217) 10 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə mərhum Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir.(i.v 218) 10 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamı dəqiqləşdirmək və ya əlavələr etmək zərurəti yaranmadığı üçün ona Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə yenidən ittiham elan edilsin ve barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 143-cü maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməsin və ona həmin maddə ilə ittiham elan olunmaması, sözügedən cinayət hadisəsi ilə bağlı Şahid3, Şahid5, Şahid4, Şahid1 və X2 zərər çəkmiş şəxs qismində tanınmaması nəzərə alınması, sözügedən cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs son zərurət hüququ yaranmadığı üçün onun əməli son zərurət vəziyyəti kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişşəxsə dəymiş ziyanı qismən ödəməsi, himayəsində bir azyaşlı övladının olması barəsində cəzasını yüngülləşdirici hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 264-cü maddəsilə deyil, 263-1.1-ci maddəsilə təqsirli bilərək hadisə yerindən həm mərhum övladının yanına çatmaq, həm də avtomobildə xəsarət alan ailə üzvlərini həkimə çatdırmaq üçün getdiyini bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi az ağır cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək özünün müdafiəsi kimi qiymətləndirilməsi, sözügedən hadisə zamanı Şahid3 yüngül dərəcəli bədən xəsarəti aldığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 332.4-ci maddəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün bu barədə material ayrılaraq Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi, Zərərçəkmiş şəxs əməlində hər hansı bir cinayət və ya inzibati xəta tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilməsi, baş vermiş yol-nəqliyyat hadisəsində iştirak etmiş "QAZ 24 minik" markalı, 20-BD- 280 dövlət qeydiyyat nişanlı, "VAZ 21074 minik" markalı, **-HR-*** dövlət dövlət qeydiyyat nişanlı, "Opel Vectra minik" markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və sahiblərinə təhvil verilməsi nəzərə alınması, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən Gəncə şəhər BPİ-nin TŞ-dən götürülmüş 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzər alınması, iş üzrə təqsirləndirilən şəxs, zərər çəkmişşəxs, şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə-kimyəvi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertlərinin rəyləri, hadisə yerinə baxış protokolları və digər istintaq sənədləri iş materiallarına uyğun gəldiyi üçün sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v 219-233) Zərərçəkmiş şəxs Gəncə şəhəri 1 sayılı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 8İ- 7776 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclas zalında CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cinayət təqbibi üzrə araşdırma zamanı hadisənin görüntüsünü özündə əks etdirən video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində QAZ 24 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında Ə.Rəfibəyli küçəsindən H.Əliyev prospektinin kəsişməsinə daxil olur, bu zaman H.Əliyev prospekti ilə üzü Dəmiryolu vağzalı istiqamətində hərəkətdə olan VAZ 21074 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsişmədə toqquşur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 264-cü maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli,“Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi “QAZ 24 minik” mаrkаlı avtomobildən düşərək oradan qaçmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, verilmiş ittihamda təqsirləndirilən şəxsin heç bir ilkin tədbir görməməsi, şəxsiyyətini bəlli etməməsi və qaçması cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə təkzib olunur. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verdikdən sonra maşında olan ailə üzvləri də xəsarət almış, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsə yaxınlaşaraq ətrafda olan şəxslərlə birlikdə zərərçəkmiş şəxsə kömək etmiş, ətrafdakı insanlardan təcili tibbi yardım çağırmasını xahiş etmiş, atası Natiqə zəng vuraraq hadisə yerinə gəlməsini tələb etmiş və sonuncu dərhal hadisə yerinə gəlmiş, özünün isə xəstə olan yeni dünyaya gəlmiş uşağının yanına getməsini, daha sonra övladı rəhmətə getdiyi üçün özü könüllü olaraq polisə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs yaralı şəkildə ayaqlarının “VAZ 2107” markalı avtomobilin yük yerinin alt hissəsindən digər şəxslərlə birlikdə çıxararaq avtomobilin yanına qoyması, kənardakı şəxslərdən 103 xidmətinə məlumat vermələrini xahiş etməsi, onlar isə təcili tibbi yardım maşınının yolda olduğunu bildirmələri, bundan sonra atası Natiqə zəng edərək onu hadisə yerinə çağırması ibtidai istintaq zamanı və məhkəmə iclas zalında dindirilmiş şahidlər Şahid3, Şahid4 ifadələri ilə tam təsdiq olunur. Qeyd edilən xüsusatı təkzib edəcək heç bir sübut iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirimişdir ki, hadisə baş verdikdən dərhal sonra zərbənin təsirindən özünü itirmişdir. Lakin, xəstəxanada gözünü açarkən isə Natiq və yeznəsi Vəlini görmüşdür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X14 Şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanası “PHŞ” Perinetal Mərkəzin 25 mart 2023-cü il tarixli, 576 nömrəli arayışından görünür ki, X3 həqiqətən xx.xx.2023-il tarixdə GBX PHŞ X5 Kəsiyi əməliyyatı ilə doğuşdan azad olub.xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə ana yenidoğulmuşla evə yazılıb. xx.xx.2023-cü il tarixdə "Beynin işemik zədələnməsi.Mədəcikdaxili qansızma 2-3cü dərəcə"-diaqnozu ilə Perinatal Mərkəzə gətirilib.xx.xx.2023-cü il tarixdə yenidoğulmuşda qıcolma qeyd olunub. xx.xx.2023-cü il tarixdə yenidoğulmuş vəfat etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 15 noyabr 2013-cü il tarixli qərarından görünür ki, Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmişşəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmişşəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Azərbaycan RespublıkasıKonstıtusıya Məhkəməsı Plenumunun“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 29 dekabr 2004-cü il tarixli qərarından görünür ki, «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, «Təcili tibbi yardım» maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyət vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır. Azərbaycan RespublıkasıKonstıtusıya Məhkəməsı Plenumunun“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Həmin Plemun qərarından həmçinin göstərilmişdir ki, “...göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. ...” Göründüyü kimi göstərilən müddəa yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslərə təcili tibbi yardım göstərmək, yol nəqliyyat hadisəsinin baş verməsi hallarını müəyyən etmək və pozulmuş yol hərəkət təhlükəsizliyini tezliklə bərpa etmək məqsədi güdür. Qeyd olunan qərarlardan da, göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi əsasən zərərçəkmiş şəxsin sağlamlığına dəymiş xəsarətin aradan qaldırılması, onun sağlamlığının bərpa olunması məqsədi ilə addımlar atmasını özündə ehtiva edir. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən plenum qərarında da, göründüyü kimi təqsirləndirilən şəxsin hadisə yerində qalıb zərərçəkmiş şəxsə şəxsiyyətini bəlli etməsi, lakin ona heç bir kömək göstərməməsi onun məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Yəni, hadisəni törədən şəxs özünün sağlamlıq imkanı ona əl verdiyi halda xəsarət almış şəxsə kömək etməli və s. hərəkətlər görməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zəfər oğlu hadisə baş verdikdən sonra ətrafdakı şəxslərlə birlikdə zərərçəkmiş şəxsə kömək etmiş, atası Natiqi hadisə yerinə çağırmış (zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində bildirmişdir ki, xəstəxanada gözünü açarkən yanında Natiqi görmüşdür). hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və zərərçəkmiş şəxsə ilkin tibbi müayinə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxsin barəsində onun barəsində heç bir axtarış və ya məcburi gətirmə qərarları qəbul edilməmişdir. Təqsirləndirilən şəxsin övladı vəfat etdiyi üçün həmin vaxt deyil, sonradan polisə könüllü getmişdir. Qeyd edilən xüsusatda bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs baş vermiş hadisə yerindən qaçmaq niyyəti olmamışdır. İş materialları ilə hadisə baş verən günün səhəri, yəni 16 mart 2023-cü il təqsirləndirilən şəxsin övladının dünyasını dəyişməsi, Təqsirləndirilən şəxs, anası və həyat yoldaşının xəstəxanaya getmələri öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl hüquqi tövsif edilərkən cinayətin məqsəd və motivi müəyyən edilməlidir. Həmin hadisə baş verən andan təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ilkin yardım göstərmiş, həmçinin təcili tibbi yardım hadisə yerinə gələrək zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Yəni, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli vəziyyət yaransa da, bunun aradan qaldırılması üçün Təqsirləndirilən şəxs hərəkətlər, yəni atası Şahid2 hadisə yerinə gələrək Təqsirləndirilən şəxs barədə zərərçəkmiş şəxsə bildirməsi və həmin an zərərçəkmiş şəxslə birlikdə xəstəxanaya getməklə sonuncunun sağlamlığına olan təhlükəni aradan qaldırılması üçün zəruri hərəkətlər edilməsinə əmin olduqdan sonra hadisə yerini ölümcül vəziyyətdə olan öz övladı müalicə aldığı Perinetal Mərkəzinə getməklə tərk etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarına əsasən müəyyən olunur ki, hadisə 15 mart 2023-cü il tarixində baş vermiş, lakin Şahid8 və Şahid9 şahid qismində ifadələri hadisənin baş verdiyi tarixdən 04 ay sonra, yəni 27 iyul 2023-cü il tarixində alınmışdır. Belə ki, adı çəkilən şahidlər hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, lakin həmin şahidlərin ilkin izahatı alınmamışdır. Şahid Məmmədov Urfan məhkəmə iclas zalında vermiş olduğu sərbəst ifadəsində bildirmişdir ki, onlar hadisə yerinə gəldikdə zərərçəkmiş şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Daha sonra isə onun ifadəsi elan olunduqdan sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid7 məhkəmə istintaqında vermiş olduğu ifadəsində bildirmişdir ki, təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya apardıqdan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. İş materilları ilə bir daha təsdiq olunmuşdur ki, məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zəfər oğlu, şahidlər Şahid4, X3 ilkin izahatında bildirdikləri xüsusatları həm ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində, həm də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ona istinad olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinməsinə münasibət bildirərək qeyd edir ki,təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional baxımdan gərgin vəziyyətdə olmuşdur. O, dərhal atasını baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumatlandıraraq hadisə yerinə gəlməsinə və zərərçəkmiş şəxsə yardım etməsinə nail olmuşdur. Təqsirləndirilən şəxsin övladının səhhətinin ağır olması və ölə biləcəyi barədə məlumat aldıqdan sonra yola çıxması və həmin əsnada qəzanın baş verməsindən bəlli olur ki, təqsirləndirilən şəxs aldığı xəbərdən möhkəm sarsılmış və eləcə də idarə etdiyi avtomobildə yaxınlarının xəsarət alması da onun bir daha psixoloji durumunun sarsılmasına səbəb olmuşdur. Buna baxmayaraq təqsirləndirilən şəxs hadisə yerini atasının gəlməsi anınadək tərk etməmişdir. Bunu məhkəmə istintaqı zamanı dindirilmiş qəza zamanı avtomobildə olan şahidlər də təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları isə hadisənin uzun müddət bundan öncə baş verdiyini və təqsirləndirilən şəxsin hadisə yerində olub-olmamasını xatırlamadıqlarını bildirmişlər. Bu hal başqa sübutlarla da təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq kimi niyyəti olmamış və hadisə yerini atasını gözləyib orada kömək üçün iştirakını təmin etdikdən sonra tərk etmişdir. Qeyd olunanlara əsasən məhkəmə bir daha vurğulayır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilən ittihamın əsasını təşkil edən ibtidai istintaq zamanı ifadə vermiş polis əməkdaşlarının ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz, hansı ki, məhkəmə istintaqı zamanı polis əməkdaşları təqsirləndirilən şəxsin hadisə yerində olduğunu xatırlamadıqları kimi olmadığını da dəqiq şəkildə söyləyə bilməmişlər. Odur ki, təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham sonuncunun əməlinin düzgün müəyyən edilməməsi nəticəsində verildiyindən əmələ ibtidai istintaq orqanı tərəfinədən yanlış hüquqi qiymət verilməsinə səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı isə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməlidir. İttihamda qeyd olunan Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması və bunun nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ilk növbədə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə Yol hərəkəti haqqında Qanunun 33-cü maddəsinin İ hissəsinə zidd hərəkət etmişdir. Bunun nəticəsində isə sözügedən hadisə baş vermişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM 59.1.4) və cinayət nəticəsində dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini (CM-nin 59.1.12 və 59.1.13-cü maddələri) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona əsas cəza qismində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul təqsirləndirilən şəxsdən tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “QAZ 24 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı **- HR-*** dövlət qeydiyyat nişanlı və “Opel Vectra” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 32 (otuz iki) saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübüta yetirilmədiyindən bəraət verilsin və o, həmin maddə üzrə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “QAZ 24 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı və “Opel Vectra” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 192 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar