Məhkəmə qərarları › İş №1(125)-93/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-93/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-93/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 11-də qeydiyyatda olan, Gəncə şəhəri, Natavan 2 qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi Ford Tranzityük markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobillə 60 km/saat surətlə hərəkət nəzərdə tutulmuş Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə Avtomobil zavodu istiqamətində hərəkətdə olarkən X4 Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qadağan nişanlarının yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur və onları ləğv edilməsini görməli olduğu halda həmin tələbə əməl etməyərək 70 km/saat surətlə hərəkət edərək M.C.Paşayev küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində Şahid1 idarə etdiyi VAZ-21310 markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobilin onun yoluna çıxmasını görüb idarə etdiyi avtomobili saxlaya bilməyərək toqquşmuş və nəticədə VAZ-21310 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs İbrahm qızı sağ bud sümüyünün qapalı yerdəyişmiş və sağ körpücük sümüyünün sınıqları, sağ İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağamlığa az ağır zərər vuran bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi Ford Tranzit yük markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-ə məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 13 aprel 2024-cü il tarixdə saat təxminən 14:30 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə Avtomobil zavodu istiqamətində təxminən 70 km/saat sürətlə hərəkət etmiş, “Daşqın İnşaat” adlanan bazara çatmağa təxminən 70 metr qalmış Niva markalı avtomobilin yol ayrıcında yola daxil olub yolu keçmək istəməsini görmüş, o, həmin avtomobili görən kimi yola çıxmaması üçün dərhal səs siqnalı vermiş, lakin buna baxmayaraq həmin avtomobil hərəkətini davam etdirmiş və onun idarə etdiyi avtomobilin qabaq tərəfi həmin Niva markalı avtomobilin qabaq sağ yan tərəfindən dəymiş, bundan sonra avtomobillər istiqamətini dəyişib yolun kənarında hərəkətsiz dayanmış QAZ 24 və VAZ-2106 markalı avtomobillərə dəymiş, hadisə nəticəsində o sol topuğu və sağ qolundan xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun əridir, Şahid1 özünə məxsus VAZ-21310 markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili var, 13 aprel 2024-cü il tarixdə, saat təxminən 15:30 radələrində Şahid1 idarə etdiyi “VAZ-21310” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri avtozavod qəsəbəsindən yaşadığı evə gələrkən, Şahid1 idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturmuş, Elman idarə etdiyi avtomobillə “Daşqınİnşaat”tiktinti materialları bazarının qarşısında olan dairəyə daxil olub S.Rəhimov küçəsindən keçərək M.C.Paşayev küçəsinə doğru hərəkət etməyə başlamış, həmin vaxt S.Rəhimov küçəsinin “Büllur” şadlıq evi istiqamətindən “FordTransit”markalı avtomobil yüksək surətlə gələrək onun oturduğu tərəfdən Elmanın idarə etdiyi avtomobili vurmuş, həmin vaxt avtomobildə yolun kənarında dayanmış başqa avtomobilə dəymiş, həmçinin zərbənin təsirindən o baş nahiyyəsindən və sağ ayaq nahiyyəsindən xəsarət almış, hadisədən sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. İdarə etdiyi “VAZ 21310” minik markalı ** CR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili о, В kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi avtomobillə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşadığı evə gedirmiş. S.Rəhimov küçəsinə daxil olmamışdan əvvəl avtomobillərin təhlükəsiz keçməsini gözləyib baş yola daxil olmuşdur. Avtomobil yolunun mərkəzinə çatdıqdan sonra hərəkətini davam etdirib “Daşqın İnşaat” bazarına tərəf keçmək istəmişdir. Bu vaxt S.Rəhimov küçəsi ilə üzü avtozavod istiqamətində yüksək sürətlə hərəkətdə olan Ford markalı avtomobil gəlib onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfindən vurmuş və avtomobillər istiqamətini dəyişib yolun kənarında dayanmış QAZ-24 və VAZ-2106 markalı avtomobillərə dəymişdir. Onun, həyat yoldaşı avtomobildə qabaq sərnişin oturacağında əyləşmişdir və toqquşma nəticəsində xəsarət aldığı üçün hadisə yerinə TTY avtomobili gəlib onun həyat yoldaşı Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Həmiçinin o, da sol döş nahiyyəsindən və sağ ayaq nahiyyəsindən də xəsarət almışdır. Hadisənin baş verməsinə səbəb Ford markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobilin surəti 10 kim/saat olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə həyat yoldaşı Zərərçəkmiş şəxs olmuşdur. Ford markalı avtomobilin toqquşma anında görmüş, onun üçün təhlükə elə həmin andan yaranmış, lakin Ford markalı avtomobilin sürəti yüksək olduğundan hadisənin qarşısını ala bilməmişdir. O, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobili və “BC” kateqoriyalı sürücülük vəsiqəsi var, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində idarə etdiyi VAZ-21063 markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Avtozavod qəsəbəsində S.Rəhimov küçəsində yerləşən “Daşqın İnşaat” adlanan tikinti materialları bazarının qarşısında dayanıb keçən maşınlara yol verərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi FordTransitmarkalı, 20-AB- 188 dövlət nömrə nişanlı avtomobillə gəlib dairədə yolu keçən adını sonradan bildiyi Şahid1 idarə etdiyi VAZ-21310 markalı avtomobilin sağ tərəfindən dəymiş, bundan sonra həmin avtomobillər onun və yolun kənarında dayanmış QAZ-24 markalı avtomobilə dəymişlər. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var, özünə məxsus QAZ-24 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili var, 13 aprel 2024-cü il tarixdə, saat təxminən 15:30 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri Avtozavod qəsəbəsində, S.Rəhimov küçəsində yerləşən “Daşqın İnşaat” adlanan bazarın qarşısında idarə etdiyi avtomobili saxlayıb bazara daxil olmuş, həmin vaxt səs-küy eşidib geri qayıtdıqda Ford markalı avtomobillə Niva markalı avtomobilin toqquşduqdan sonra onun və yolun kənarında dayanmış VAZ-2106 markalı avtomobilə dəyməsini görmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: -Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cüil tarixli, 3-13-16-3/2-2933/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BD 118 968 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixə kimi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (i.v. 54); -“Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 562 nömrəli, 13 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol ayaq və sağ diz nahiyələrinin sıyrıqları – küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 70); -“Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 567 nömrəli, 13 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. (i.v. 73); -ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir.(i.v. 78); -Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat ekspertin 8/1235 nömrəli 24 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 1) VAZ-21310 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüü Şahid1 hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 Yol verin» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) FordTransitmarkalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qapununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24“Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “X4” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v. 79-81); -“Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 24 iyun 2024-cü il tarixli 853 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bud sümüyünün qapalı yerdəyişmiş və sağ körpücük sümüyünün sınıqları, sağ İ-İİ-İİİ- İV-V- Vİ qabırğaların, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 85-88); - Gəncə şəhəri Psixonevroloji dispanserinin 20 avqust 2024-cü il tarixli, 4563 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.113); -13 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir.(i.v.158); - 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və onaqarşı şikayət və tələbiolmadığından barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasınaəsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Lakin iş materiallarında olan Zərərçəkmiş şəxs 30 yanvar 2025-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək onun məsuliyyətə cəlb edilməsini istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiqmaddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356, 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə “FordTransit” və “VAZ 21310”minik markalı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın və hadisəni qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar