Məhkəmə qərarları › İş №1(125)-94/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-94/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-94/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakları ilə 18 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində xx.xx.1990-cı ildə Kəlbəcər rayonu, Ağdaban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Kəlbəcər rayonu, Çayqovuşan kəndində qeydiyyatda olan və Göygöl rayonu, Çaykənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:15 radələrində sürücülük hüququ olmaqla, etibarnamə olmadan idarə etdiyi “VAZ-21099 minik” markalı, **-DR-*** nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə Göygöl rayonu istiqamətinə doğru 40 km/saat sürətlə hərəkətdə olub, ADAU-nun 6 nömrəli yataqxana ərazisi istiqamətinə sola dönmə əməliyyatı yerinə yetirərkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, işıqforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda əks istiqamətdə düzünə hərəkətdə olan Göygöl rayon Polis şöbəsinin hesabında olmaqla, həmin şöbənin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 xidməti zərurətlə əlaqədar idarə etdiyi “Mercedes-Benz Citan” markalı, **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmaqla, qabaq sol tərəfi ilə toqquşaraq sonuncu avtomobilin ön sərnişin oturacağında sərnişin qismində əyləşmiş, Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün diafizinin çoxqəlpəli yerini dəyişmiş sınığı, mil sinirinin travmatik zədəsi ilə müşaiyət olunan, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığınа az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 2015-ci ildə sürücülük vəsiqəsi almış, həmin vaxtdan avtomobil idarə edir, hal-hazırda BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ-21099” markalı **-DR-*** nömrə nişanlı avtomobil baş etibarnamə əsasında qardaşı X2 məxsusdur, həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. xx.xx.2021-ci il tarixdə saat 01:15 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə yuxarı Göygöl rayonu istiqamətdə hərəkətdə olub, Arka deyilən yerə çatanda işıqforun yaşıl işiğında sola dönüb yaşadığı evə getmək istəmişdir. O, idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı yerinə yetirmək istəyən zaman əks istiqamətdən düzünə hərəkətdə olan “Mercedes-Benz Citan” markalı **-PV-*** nömrə nişanlı avtomobilin yoluna çıxmış, həmin avtomobilin qabaq tərəfi onun avtomobilinin sağ yan qabaq qanadına dəymiş, zərbə nəticəsində onun avtomobili 10-12 metr qabağa getdikdən sonra səkinin üzərinə çıxıb dayanmış, “Mercedes-Benz Citan” markalı avtomobil də yoldan çıxaraq qabaq tərəfi sağ səkinin üzərinə çıxıb dayanmışdır. O, avtomobildən düşüb “Mercedes-Benz Citan” markalı avtomobilə tərəf getmiş, avtomobildə bir nəfər polis əməkdaşının xəsarət aldığını görmüşdür. Xəsarət alan polis əməkdaşını yol ilə keçən avtomobilə mindirib tibbi yardım göstərilməsi üçün xəstəxanaya yola salmışlar. Onun və “Mercedes-Benz Citan” markalı avtomobilin sürücüsünün sərxoşluğunun yoxlanılması üçün onları narkoloji dispanserə aparmışlar. Hadisənin baş verməsinə səbəb o, idarə etdiyi avtomobilə M.Ş.Vazeh küçəsi ilə yuxarı istiqamətdə hərəkətdə olub ARKA deyilən yerdən sola dönmə əməliyyatı yerinə yetirərkən gözləmədən “Mercedes Citan minik” markalı avtomobilin hərəkət yoluna çıxması olmuşdur. Yolnəqliyyat hadisəsi zamanı digər avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət aldığına görə Rəşadın müayinə və müalicə olunmasına 500 manat köməklik etmişdir. Sonda bildirdi ki, özünü Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tam təqsirli bilir, məcburi köçkündür, himayəsində bir azyaşlı övladı vardır. Qeyd etdiklərinin nəzərə alınaraq, haqqında amnistiya aktı tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Göygöl RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı işləyir. xx.xx.2021-ci il tarixdə Göygöl RPŞ-nin PPXB-nun polis nəfərləri Şahid1 və Şahid2la 2 nəfər şəxsin sərxoşluğunun yoxlanılması üçün onları PPXB-nun patrul avtomobili ilə X4 apararkən Şahid1 idarə etdiyi avtomobillə Göygöl- Gəncə yolunun Gülüstan qəsəbəsinə çatmamış Arka deylən yerə çatanda Amil avtomobilin əyləcini sıxmış, o qabağa baxanda görmüşdür ki, “VAZ-21099” minik markalı avtomobilin sürücüsü dönmə əməliyyatı yerinə yetirib onların avtomobilinin qarşısına çıxması nəticəsində avtomobillər toqquşmuşdur. Toqquşma zamanı o, sağ qolundan xəsarət almışdır. Xəsarət aldığına görə onu yol ilə keçən avtomobillə Gəncə şəhərində yerləşən xəstəxanaya yola salmışlar, həmin avtomobillə Gəncə Beynəlxalq xəstəxanasına gəlmiş, xəstəxanada həkimlər onun sağ qolunu rengen edib sağ qolunun bazu sümüyünün yerinidəyişmiş sınığı xəsarəti aldığını demişlər. Onun sağ qoluna kips qoymuşlar, həmin gün xəstəxandan çıxıb yaşadığı evə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır. O, təqsirləndirilən şəxsə münasibətdə amnistiya aktının tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə Şahid1 göstərmişdir ki, Göygöl RPŞ-nin PPXB-də sürücüsü işləyir. Şəbənin balansında olan “Mercedes-Benz Citan” minik markalı **-PV-*** nömrə nişanlı avtomobil idarə etmək üçün ona həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə axşam saat 20:00 təlimatından sonra ekipaj yoldaşı polis sıravisi Şahid2 ilə birlikdə idarə etdiyi avtomobillə Göygöl şəhəri üzrə xidmətə çıxmışlar. Onlar Göygöl şəhər ərazisində xidmətdə olarkən saat 00:15 radələrində 2 nəfər adlarını bilmədiyi şəxsərin yüksək səslə danışdıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim edib qeydiyyatlarının hara olmasını soruşub sənədlərini təqdim etmələrini demişlər. Həmin şəxslər isə Göygöl rayonu Molla Cəlili kəndində yaşdıqlarını və üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığını bildirdimişlər. Həmin şəxslərdən spirtli içkinin qoxusu gəldiyinə görə onları Göygöl RPŞ-nə aparıb raportla məruzə edib həmin şəxsləri NH-yə təhvil vermişlər. Həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilən zaman 1 nəfərin üzərindən tapancaya oxşar predmet aşkar edilmişdir. Həmin şəxslər spirtli içki qəbul edib etməmələrini yoxlamaq üçün Gəncə şəhər Narkoloji dispanserdən keçirmək üçün növbətçi hissənin göstərişi ilə həmin şəxsləri Gəncə şəhərinə gətirərkən idarə etdiyi avtomobildə növbətçi təhqiqatçı polis baş leytenantı Zərərçəkmiş şəxs2 da onlarla birlikdə gəlmişdir. O, idarə etdiyi avtomobillə Göygöl-Gəncə yolunda hərəkətdə olarkən avtomobildə qabaq oturacaqda Zərərçəkmiş şəxs2 arxa oturacaqda isə Şahid2 oturmuş, vətəndaşlar isə avtomobilin arxa oturacağında vətəndaşlar üçün nəzərdə tutulmuş oturacaqda oturmuşlar. Saat 01:15 radələrində idarə etdiyi atomobillə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazi ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olarkən Arka deyilən yerə çatanda işıqforun yaşıl işığı olduğuna görə hərəkəti davam etdirmiş, bu vaxt əks hərəkət yolundan dönmə əməliyyatı yerinə yetirən “VAZ- 21099” markalı **-DR-*** nömrə nişanlı avtomobil gəldiyi surətlə onun hərəkət yoluna çıxmışdır. O, hadisədən yayınmaq üçün sükanı sağa tərəf çəkmiş, “VAZ-21099” markalı avtomobilin sürücüsü isə təntiyərək onun avtomobili tərəfə surəti artırmış, toqquşma baş vermişdir. Hadisə zamanı təhqiqatçı Zərərçəkmiş şəxs2 xəsarət aldığına görə ona tibbi yardım göstərilməsi üçün yol ilə keçən avtomobillə onu xəstəxanaya yola salmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid X3 göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində qonşusu X6 ilə yaşadıqları kənddə görüşüb yeməkxanaya gedib yemək yeyərkən spirtli içki qəbul etdikdən sonra isə birlikdə Göygöl rayonuna getmişlər. Onlar Göygöl rayonunda olarkən hərəsinə bir bakal piyvə içmişlər. Pivə içdikləri yerdən çıxıb Göygöl rayon ərazisində piyada gedərkən onlar bir-biri ilə yüksək səslə danışan zaman X9 yanlarında saxlayıb polis əməkdaşları avtomobildən düşüb, onlara yaxınlaşıb özlərini təqdim edib onlardan şəxsiyyət vəsiqəsini soruşmuşlar. Onların üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə və sərxoş vəziyyətdə olduqları üçün onları Göygöl RPŞ-nə aparmışlar. Göygöl RPŞ-də onların üzərinə axtarış keçirilən zaman onun üzərindən 1 ədəd pnevmatik tapança aşkar edilmişdir. Bundan sonra onların sərxoşluğu yoxlanılması üçün onları X9 ilə Gəncə şəhər Narkoloji Dispanserə gətirmək qərarına gəlmişlər. Avtomobildə qabaq oturacaqda bir nəfər zabit qabaq oturacaqda, arxa oturacaqda isə digər polis əməkdaşı oturmuş, onlar ikisi də avtomobilin arxa oturacaq yerində otrumuşdur. Polis əməkdaşı avtomobili idarə edib gələrkən Gəncə şəhəri Arka deyilən yerin yanında olan işıqfora çatanda X9 başqa avtomobilə toqquşmuşdur. Aradan 5-10 dəqiqə keçdikdən sonra onu və Səfəri digər X9 ilə X4 yola salmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 30 may 2021-ci il tarixli 782/2021 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 30 may 2021-ci il tarixli 783/2021 nömrəli aktdan görünür ki, sürücü Şahid1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin 30 iyun 2021-ci il tarixli, 799 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər - sağ bazu sümüyünün diafizinin çoxqəlpəli yerinidəyişmiş sınığı mil sinirinin travmatik zədələnməsi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 8/1317 nömrəli rəyindən görünür ki, “VAZ 21099 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X12” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli, 8/2950 nömrəli rəyindən görünür ki, “VAZ 21099 minik” markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X12” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2021-ci il tarixli, 313-5465-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək AE115736 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 fevral 2022-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 05 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Kəlbəcər PİHB-in Ağdaban KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN MTTBİ-nə bilavasitə tabe olan Avtomobil təsərrüfatının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, onları məcmu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Həmçinin həmin qərarın 1.16-cı bəndində qeyd edilmişdir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin təqsirləndirilən şəxsə ittiham olunan 263.1-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır, həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan – bir ədəd “VAZ 21099 minik” markalı, **-DR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs Əlqəm oğluna qaytarıldığı nəzərə alınmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 300.1.7, 300.5, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “VAZ 21099 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar