Məhkəmə qərarları › İş №1(125)-94/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-94/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-94/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhər, Su-Kanal TSC-də qaynaqçı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Belə ki, o, 28 mart 2024-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Zərrabi küçəsində yerləşən 216 nömrəli çoxmərtəbəli yaşayış binasının qarşısında oturacaqda əyləşmiş aşkar surətdə ona on dörd yaşına çatmadığı məlum olan xx xxxx 2015-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs guya X3 həmin binada yaşayıbyaşamadığını öyrənmək bəhanəsi ilə aldadıb sonuncudan binanın blokunun girişinə gəlməsini istəmiş, Zərərçəkmiş şəxs binanın blokunun girişinə gəldikdən sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə zor tətbiq etmədən Zərərçəkmiş şəxs özünə tərəf sıxıb döş nahiyəsini paltarın üzərindən əli ilə sığallayaraq sıxmış, Zərərçəkmiş şəxs onun hərəkətlərindən yayınmaq üçün üzünü çevirib çıxıb getmək istəyən zaman hərəkətlərini davam etdirib sonuncunun cinsiyyət orqanını şalvarın üzərindən əli ilə sığallayaraq sıxmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs bildirdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilmir. O, hərbi xidmətdə olarkən miningit olmuş və bu səbəbdən də yuxusuzluqdan əziyyət çəkir. Həmin günü yuxusuz olduğundan tam özünü idarə edə bilməmişdir. O, 4 (dörd) il bundan öncə evində kombi çəkdiyi Həvva xanımın ünvanını tam xatırlamadığından orda oynayan uşaqdan evin yerini soruşmuş və uşaq evi göstərmək üçün bloka daxil olandan sonra bir uşaq kimi başını sığallamaq istədikdə əli arxasına toxunmuş, pilləkəndən qalxdıqda isə müvazinətini saxlaya bilməyərək uşağın qarın nahiyəsinə toxunmuşdur. Onun həmin vaxt orada heç bir pis fikiri olmamış, sadəcə niyyəti qonşuluqda yaşayan Həvva adlı şəxsin ünvanı soruşmaq olmuşdur.İfadəsinin sonunda o, barəsində bəraət hökmüs çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs Xəlil qızı psixoloq X2 iştirakı ilə ifadə verərək bildirmişdir ki, həmin günü anası ona zibil atmağı buyurmuş və o, zibili atdıqdan sonra binaların qabağında dostu ilə söhbət edərkən Tahir adlı şəxs 2-ci blokun qarşısında durub ona baxmışdır. Dostu getdikdən sonra binaların qarşısında olan oturacaqda oturmuş və həmin adam onların yaşadığı binanın giriş hissəsində dayanıb onu çağırmışdır. Oda həmin şəxsin yanına getdikdə ondan qonşu Həvvanın harada yaşamasını soruşmuş, daha sonra onu bloka salaraq sinəsini və ön hissəsini əli ilə sığallamışdır. Bu zaman onun hərəkətlərindən yayınmaq üçün pilləkəndən qalxmaq istədikdə həmin şəxs gödəkçəsinin arxasından tutub geriyə dartmışdır. Bundan sonra o, qorxub qışqıraraq evə qaçmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 (şahid qismində çıxış edərək) ifadə verərək bildirmişdir ki, o, həmin günü qızı Gülnuru aşağı küçəyə zibil atmaq üçün göndərmişdir. Tahir adlı şəxs uşağı bloka çağırıb qonşu Həvvanı soruşmuş və “sən nə qəşəng qızsan” deyib paltarın üstündən əl-qol atmış, bu zaman uşaq pilləkəndən çıxmaq istədikdə arxadan gödəkçəsinin papağından tutub dartmışdır. Bundan sonra Gülnur evə təşviş içində girdikdə ondan səbəbini soruşmuş və bütün təfərrüatı ilə hadisəni ona danışmışdır. Məhkəmə istintaqında Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vemiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə CM-nin 153.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v.1); - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanın yerləşdiyi binanın girişinə baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.- 6-11); - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şühəli şəxs qismində tutulmuşdur. (i.v.20, 32); - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün anası Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. (i.v.49); - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və fotoşəkildən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Zərrabi küçəsi, ev 216-nın giriş hissəsini göstərərək ifadəsini təsdiq etmişdir. (i.v.58- 60); - xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs AzərSu ASC-yə məxsus qollu gödəkçəni və boz rəngli şalvarı təqdim etmişdir. (i.v.63); - xx.xx.2024-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş digər şəxslərin sırasında 1 nömrə altında dayanmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımışdır. (i.v.64-70); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.71); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir.(i.v.79-82); - Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 517 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində xəsarət olmamışdır.(i.v.93); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-93/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 29 mart 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir.(i.v.102- 106); - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi-mənəvi ziyan ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbsdən azad olunmasına və ya ona yüngül cəza verilməsinə etirazının olmadığını bildirmişdir.(i.v.118); - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Məhkəməsinin qərarı ilə 153.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və cinayət işi icraatdadır.(i.v.149); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-201/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 29 avqust 2024-cü il tarixə kimi uzadılmışdır.(i.v.152-154); -video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri Zərrabi küçəsində yerləşən 216 nömrəli binanın qarşısında hərəkət edir daha sonra iş üzrə Təqsirləndirilən şəxs həmin binanın qarşısına gəlir və Zərərçəkmiş şəxs yaşadığı binanın blok hissəsinə daxil olur.Bundan sonra həmin yerə Zərərçəkmiş şəxs daxil olur. .(i.v.155); - Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisixi xəstəlik keçirməmişdir və hal-hazrda da keçirmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuş, hal-hazrıda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Ona şamil edilən əməli törədərkən onun hərəkətləri CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Onun hal-hazrda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir. Praktiki olaraq özünün fikrlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuş, fizioloji affekt halında olmamışdır. (i.v.167-169) - Məhkəmə-tibbi ekspertizasının 04 iyun 2024-cü il tarixli 799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə manə ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. (i.v.171-173) - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 60,80 (altmış manat səksən qəpik) manat müəyyən edilmişdir.(i.v.175); - Məhkəmə ekspertiza mərkəzinin 24 iyun 2024-cü il tarixli 16/674 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər olmamışdır. (i.v.176); - Məhkəmə psixoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli 530 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Onun yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını qismən anlamış və dərk edə bilmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. O, özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Onun psixi vəziyyətində hər hansı pozuntu əlamətləri aşkar edilmədir. O, özündən uydurmağa meyilli deyildir. (i.v.183); - Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 25 iyul 2024-cü il tarixli 1039 nömrəli rəyindən görünür ki, az yaşlı Zərərçəkmiş şəxs bədənində xəsarət olmamışdır. (i.v.186); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli, 4116 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.191); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 3459 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. ( i.v.192); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq müddəti 02 ay müddətinə, 07 ayadək, yəni 29 avqust 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixə kimi uzadilması qərara alınmışdır.(i.v.202); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-256/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 29 oktyabr 2024-cü il tarixə kimi uzadılmışdır.(i.v.205-210); - Kəlbəcər rayon İcra hakimiyyəti başçısının Dalqılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal olunan zaman Kəlbəcər rayonu Otaxlı kəndindən məcburi köçkün düşmüşdür. Hal-hazırda Gəncə şəhəri, DOS-38-də müvəqqəti məskunlaşmışdır . ( i.v.212); - Kəlbəcər RİHB-nın Dalqılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( i.v.213); - X11 tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs 11 mart 2024cü il tarixdə X11ndə həkim müayinəsində olmuş və ona ənsə nevralgiyası kəskin astemik sindromu diaqnozu qoyularaq ambulator müalicə təyin olunmuşdur. ( i.v.216); - 16 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki zor tətbiqinə və psixi təsirə məruz qalması barədə göstərdiyi xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. ( i.v.218); - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(104)-150/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-256/2024 nömrəli qərarından verdiyi şikayət təmin edilməmişdir. ( i.v.223-229); - Gəncə şəhəri İHB-nın 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunaraq nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( i.v.245); - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş hadisənin gedişatını əks etdirən 1 ədəd DVD disk, baxış və götürmə istintaqı hərəkəti zamanı qeyd edilmiş 1 ədəd DVD disk, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan 1 ədəd AzərSu ASC-yə məxsus göy rəngli uzun qol gödəkçə və 1 ədəd boz rəngli şalvar, iş üzrə təqsirləndirilən, zərəçəkmiş və şahid ifadələri, baxış və götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, tanınmaya təqdim etmə protokolu, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir. (i.v.247-257); - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (Təqsirləndirilən şəxs qardaşı) xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun Vəng kəndində vəfat etmişdir. Ölüm səbəbi odlu silahın təsiri nəticəsində baş beyin zədələnməsi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zor tətbiq etmədən əxlaqsız hərəkət etməməsi şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş CD disklərdə olan videogörüntülər və işin digər halları ilə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində yaşlı anasının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin qardaşı X4 Ağdərə rayonunda şəhid olmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 nömrəli Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 29 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 168 (yüz altmış səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2024-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 168 (yüz altmış səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar