Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-96/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1960-cı il taixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, əvəllər məhkum olunmamış, təqaüdçü, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Cavadxan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yaşadığı evin qarşısında küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs avtomobilin maqintafonuna yüksək səs verib qulaq asmasına və ünvansız söyüşlər söyməsinə görə irad tutaraq yerdən götürdüyü daşla sonuncunun sağ qol nahiyəsinə vuraraq zərərçəkmiş şəxsə sağ dirsək sümüyünün yerdəyişmiş sınığı xəsarəti ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlilliklə bağlı təqaüd alır, işsizdir. xx.xx.2022-ci il tarixdə təxminən 14 radələrində o, evin həyətində çay içən zaman küçədə bir nəfər şəxsin səs-küy saldığını və ünvansız söyüş söydüyünü eşitmiş, sonra həmin şəxsin səsindən qonşuluqda yaşayan Vidadi adlı şəxs olduğu ona məlum olmuş, dərhal çölə çıxıb, Vidadiyə küçədə niyə söyüş söydüyünü və səs-salmasının səbəbini soruşmuş, Vidadiyə bir qonşu kimi evdə ailə olduğu, həmçinin digər qonşulara qarşı ayıb hərəkət etdiyini izah etmişdir. Bu zaman Vidadinin oğlu İlhamda orada olmuş, lakin İlham nə söyüş söymüş, nədə ki, səs-küy salmışdır. Vidadi sərxoş olduğu üçün onu eşitməyərək öz hərəkətlərinə davam etmiş, Vidadiyə təkrar düzgün hərəkət etmədiyini başa salanda sonuncu onun üstünə cumaraq boğaz nahiyəsindən tutub əlindəki daş parçası ilə baş nahiyəsinə xəsarət yetirmiş, Vidadinin oğlu İlham isə onları aralamağa cəhd etmiş, sakitləşdirmişdir. O, zərbənin təsirindən yerə yıxılmış, yerdə olan zaman isə Vidadi yenə ondan əl çəkməyərək 2-3 dəfə daş parçası ilə baş nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt bir anlıq özünü itirmiş, bu ərəfədə Vidadi oğlu İlham ilə birlikdə avtomobilə əyləşib qaçıb getmişdir. O, da evə gedib gəlinini səsləmiş, gəlini Təhminaz onu qanın içində görüncə qorxmuş və TTY zəng etmiş, TTY gəldikdən sonra onu xəsatəxanaya aparmışdır. Vidadinin hansı şəraitdə xəsarət alması barədə fikri yoxdur. Dava-dalaş zamanı o, özünü itirdiyi üçün Vidadini necə vurduğunu xatırlamır, ola bilsin ki, o, Vidadini itələyəndə sonuncu yıxılıb xəsarət almışdır. Onun və ailə üzvləri ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında əvvəllər mübahisə və konflikt olmamışdır. Sonda o, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 14 radələrində azyaşlı oğlu olan xx.xx.2006-cı il təvəllüdlü Şahid2 ilə birlikdə özünə məxsus VAZ 2107 markalı, 20-DJ- 867 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, avtomobildən düşüb evinin giriş qapısını açmaq istəyən zaman Təqsirləndirilən şəxs yerdən daş parçası götürüb, üstünə gəldiyini görmüş, Yusif ona avtomobillə gələrkən uca səslə maqnitofan oxutcuğunu iddia etməklə, ünvanına nalayiq ifadələr işlətmişdir. Yusif əlindəki daş parçasını gözləmədiyi anda sağ qolundan zərbə vurub qolunu sındırmış, sonra isə onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq onu döymüşdür. Həmçinin həmin vaxt o da yerdə olan Yusifin onun qolunu vurub sındırmış olduğu daşla Yusifi qəsdən vurmuşdur ki, ondan aralaşıb çıxıb getsin. Yusifin ondan aralaşması üçün daşı bir də onun evinin küçəyə baxan pəncərəsinə atmışdır. Təqsirləndirilən şəxs vurduqdan sonra oğlu Şahid2 onu avtomobilə qoyub Gəncə şəhər 3 saylı TTYX-na aparmış, orada həkimlər qolunu sarıdıqdan sonra yaşadığı evə qayıtmışdır. Onun və ailə üzvlərinin qonşuluqda yaşayan Həsənov arasında əvvəllər mübahisə və konflikt olmamışdır. Sonda o, Yusiflə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 16 iyul 2022ciil tarixli, 1211 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Qhrəman oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət sağ dirsək sümüyünün yerdəyişmiş sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 4796 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Kəpəz rayon İHB-nın Cavad xxan qəsəbə İ.Ə.D.Ü nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Daşkəsən şəhər, İ.Qayıbov, ev 4, m. 17-də qeydiyyatda olmaqla Gəncə şəhər, Kəpəz rayon, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Kəpəz rayon İHB-nın Cavad xxan qəsəbə İ.Ə.D.Ü nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, vətəndaş Həsənov X1 rayon, Təzəkənd kəndində anadan olmuş, milliyətcə azərbaycanlıdır. O, Daşkəsən rayonu, İ.Qayıbov, ev 4, mənzil 17-də qeydiyyatdır. Hal-hazırda Gəncə şəhər, Kəpəz rayon, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayır. Onun barəsində bugünə kimi qonşular və sakinlər tərəfindən Gəncə şəhər, Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyanı tam ödəmiş, əməlindən peşmandır, özünü təqsirli bilir, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, odur ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-96/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-96/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver