Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-96/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı — Dövlət ittihamçısı, təqsirləndirilən şəxs — Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1972-cı Litva Respublikasinda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, H.Əliyev prospekti 39 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs məxsus "xxxx" **********513959 nömrəli plastik kartı gizli yolla ələ keçirdikdən sonra "xxxx" MMC-in ünvan 3 ünvanında yerləşən X4 yerləşən filialında həmin gün müxtəlif vaxtlarda elektron məlumat daşıyıcısından istifadə etməklə, yəni plastik kartla alış-veriş etməklə ərzaq məhsulları və digər əşyaları alaraq Zərərçəkmiş şəxs ümumilikdə 152,58 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Fikrət Əmirov parkında “Paşa” banka məxsus kart tapmışdır. O, həmin vaxt içkili olmuş və tapdığı kartla mağazadan 3 dəfə alış-veriş etmişdir. Üçünçü dəfə isə kart bloklanmışdır və daha sonra mağazada polislər ona yaxınlaşıb bölməyə aparmışlar. O, aldığı malları polisə təhvil vermişdir. O bildirmişdir ki, əvvəllər də bir neçə dəfə kart tapıb sahiblərinə təhvil vermişdir. Onun niyyəti kartdan istifadə edərək pul oğurlamaq olmamış, əksinə kartdan istifadə edərək kartın sahibini müəyyən etmək olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. İstintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən Fikrət Əmirov parkında olan zaman bir ədəd "xxxx"a məxsus nömrəsini xatırlamadığı kart tapmış və sonradan istifadə etmək üçün götürmüşdür. Belə ki, o, işsiz olduğundan və maddi cəhətdən sıxıntıları olduğundan bəzi maddi ehtiyaclarını ödəmək üçün, yəni mağazadan bir sıra ərzaq və qeyri-ərzaq malları almaq üçün həmin kartdan istifadə edə biləcəyini düşünmüşdür. Bundan sonra Gəncə şəhəri Dəmir yolu vağzalına getmiş və orada yerləşən “Bravo” marketdən özü üçün bir sıra yemək və şəxsi istifadə üçün nəzərdə tutulan bir sıra əşyalar almışdır. O, təxminən 6-7 dəfə həmin kartdan istifadə edərək təxminən 150 manat dəyərində əşyalar almışdır. Bir müddət sonra polis əməkdaşları yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər və o polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə getmişdir. O, Zərərçəkmiş şəxs məxsus "xxxx"-a aid **********513959 nömrəli kartdan istifadə edərək aldığı həmin əşyaları əşyaları Zərərçəkmiş şəxs qaytarmışdır. Sonda isə, o, əməlindən peşman olduğunu bildirərək barəsində şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hazırda "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyir. MMC tərəfindən ona “PAŞA" banka məxsus **********513959 nömrəli əmək haqqı kartı verilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:10 radələrində özünə məxsus telefona baxan zaman əmək haqqı kartından pul çıxarıldığını görmüşdür. Belə ki, həmin əmək haqqı kartı ilə Gəncə şəhəri “Dəmir yolu” vağzalında yerləşən “Bravo” marketdən 3,80 manat, 6,00 manat, 13,73 manat, 9,80 manat, 8,30 manat, 23,47 manat, 18,29 manat, 21,40 manat, 19,52 manat, 28,27 manat ümumilikdə 152,58 manat dəyərində bir sıra malların alındığını görmüşdür. Bundan sonra əvvəlcə Gəncə şəhəri “Dəmir yolu” vağzalında yerləşən “Bravo" marketə, daha sonra isə Gəncə st. XPŞ-nə gələrək kartından oğurluq olması barədə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödəmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Müdafiəçi cəza verilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v.1); - “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubikası CM-in 227-ci maddəsinin tərkibi olduğundan Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Gəncə st. XPŞ-in İTB-nə göndərilmişdir (i.v.14-15); - “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Gəncə st. XPŞ-nin İTQ-da toplanmış HK-1/44 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş, material tam, hərtərəfli və obyektiv əlavə araşdırma aparılması üçün Gəncə st. Limanı XPŞ-nin İTQ-na qaytarılmışdır. (i.v.24-25); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun məhkumluğu olmamışdır. (i.v.29); - “baxış keçirilməsi” haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Gəncə st.XPŞ-nin İTQ-un baş müstəntiqi Hikmət Əliyev "xxxx" ASC-nin Gəncə filialından pulun çıxarılması barədə verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa baxış keçirmiş, həmin hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus kartdan xx.xx.2023-cü il tarixdə saat 18:26 radələrində 3,80 manat, xx.xx.2023-cü il tarixdə saat 18:27 radələrində 6,00 manat, xx.xx.2023-cü il tarixdə saat 19:27 radələrində 23,47 manat, xx.xx.2023-cü il tarixdə saat 19:28 radələrində 18,29 manat, xx.xx.2023-cü il tarixdə saat 19:35 radələrində 19,52 manat, xx.xx.2023-cü il tarixdə saat 19:31 radələrində 21,40 manat, xx.xx.2023-cü il tarixdə saat 18:52 radələrində 13,73 manat, xx.xx.2023-cü il tarixdə saat 18:53 radələrində 9,80 manat, xx.xx.2023-cü il tarixdə saat 19:43 radələrində 28,27 manat, xx.xx.2023-cü il tarixdə saat 18:56 radələrində 8,30 manat olmaqla cəmi 152,58 manat məbləğində pul çıxarılmışdır (i.v.38); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.54); - “İttiham elan etmək üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir (i.v.56); - “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.57); - 27 iyul 2024-cü il tarixli ********* nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən ətrafda olan video müşahidə kameraları, bundan başqa həmin şəxslər oğurluq əməlini törədərkən onlara kömək edən digər şəxslərin olması müəyyən edilməmişdir. (i.v.60); “ -Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.62); -“Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.66); - “Şəxsin könüllü gəlməsi” haqqında 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 13:57-də Gəncə stansiyasında X7 inzibati binasına könüllü gələrək özünü təqdim etmişdir (i.v. 71); “-Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.72); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.81); -“Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 27 sentyabr 2024-cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini etiraf etmişdir (i.v.95-96); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 97-98); - iş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Müdafiəçila barışmışdır ona qarşı hər hansı şikayət və tələbi yoxdur. (i.v. 103); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 22 avqust 2024-cü il tarixli, 3765 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyatda yoxdur.(i.v.105); - Gəncə şəhər Psixonevroloji dispanserinin 21 avqust 2024-cü il tarixli, 4386 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixonevroloji dispanserdə qeydiyyatda yoxdur (i.v.106); - Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli, 2700 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə heç bir mənfi məlumat daxil olmamışdır. (i.v.109); - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək niyyətinin oğurluq olmamasını, kartın sahibini müəyyən etmək üçün ondan istifadə etdiyini bildirməsi iş materiallarında olan sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-96/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-96/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver