Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-97/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək xx.xx.2024-cü İİ il tarixində saat 21 radələrində sürücülük vəsiqəsi olmadığı üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220" markalı 99- GK- 121 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli və avtomobilin arxasında olan piyadanın avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya doğru idarə etdirməli olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilin arxasından yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs sağ qamış sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında atası Şahid5 idarə etmişdir. xx.xx.2024-cü il tarixində atasından icazəsiz “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə mağazaya getmək üçün yaşadığı evdən çıxmış və avtomobillə evdən təxminən 30-40 metr aralaşmışdır. Həmin mağaza yaşadığı evə yaxın olmuş, avtomobili yolun sağ tərəf kənarında saxlamaq qərarına gəlmişdir. O, avtomobili geriyə doğru hərəkət etdirən zaman nəyisə vurduğunu hiss etmişdir. Dərhal idarə etdiyi avtomobildən düşmüş və bir nəfər qonşuluqda yaşayan adını bilmədiyi qızı vurduğunu görmüşdür. O, həmin qıza yaxınlaşıb, halının necə olduğunu soruşmuş, həmin qız ağlamış və ona heç nə deməmişdir. Bu zaman ətrafda çoxlu insanlar yığışmış və hadisə yerinə DYP xidmətinin əməkdaşı da yaxınlaşmışdır. Onun üzərində mobil telefon olmadığı üçün hadisə barədə heç kimə məlumat verə bilməmişdir. Qonşuluqda yaşayan Samir adlı DYP əməkdaşına üzərində mobil telefonu olmadığını, gedib evdən atasına hadisə barədə məlumat verməyini bildirmiş, sonuncu ona narahat olmamağı, atasına məlumat verib geri gəlməsini bildirmişdir. O, da dərhal evə gedib atasına hadisə haqqında məlumat vermiş, daha sonra təxminən 2 dəqiqə ərzində o, atası ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdə artıq polis əməkdaşlarının orada olduğunu görmüş, polis əməkdaşları hadisə yerini müayinə edib, onun da iştirakı ilə fotoşəkillər çəkmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Atası və anası birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq Xəstəxana”ya gedərək piyada Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmışlar. Sonda isə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsini nəzərə alınıb barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində axşam saatlarında yaşadığı evin yaxınlığında yerləşən “Maxi Market”dən alışveriş edib evə qayıdarkən həmin vaxt Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi ilə yolun sağ tərəf kənarı ilə hərəkət edərkən “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili geriyə doğru hərəkət edərək onun sağ ayağından vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış, daha sonra həmin avtomobilin tanımadığı sürücüsü düşərək ona yaxınlaşmışdır və onun necə olduğunu soruşmuşdur. O, qorxduğu üçün ağlamışdır. Daha sonra hadisə yerinə ətrafda olan şəxslər toplaşmış, hadisə yeri evlərinə yaxın olduğu üçün qardaşı Ayxan da onun yanına gəlmiş və qorxduğu üçün ağlamağa başlamışdır. Onlarla qonşuluqda yaşan DYP əməkdaşı Şahid1 ona gedib valideynlərini götürüb onu xəstəxanaya aparacaqlarını bildirmişdir. Onlar evə çatan zaman anası Aytəkin və atası Elxan onlara yaxınlaşmış və DYP avtomobilinə əyləşərək Gəncə şəhəri, “Beynəlxalq xəstəxana’ya getmişlər. Orada rentgen və KT ilə müayinə olunmuş və sağ topuq nahiyəsində yerləşən qamış sümüyünün sındığı məlum olmuşdur. Ona ilkin tibbi yardım göstərilmiş,daha sonra yaşadığı ünvana ailə üzvlərilə birlikdə gəlmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. O, barəsində cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkmə iclasında iş üzrə Şahid1 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixində təhkim olunmuş **-YP-*** dövlət qeydiyyat nişanlı DYP xidməti avtomobili ilə Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi ilə hərəkətdə olan zaman Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsində boz rəngli “Mercedes Benz E220" minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin bir qız uşağını vurmasını görmüşdür. Dərhal həmin yerə yaxınlaşıb, hadisə ilə bağlı növbətçi hissəyə məlumat vermişdir. “Mercedes Benz E220" minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək piyadaya yaxınlaşıb piyadanın səhhəti ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs ilə danışan zaman Təqsirləndirilən şəxs ona yaşadıqları evin hadisə yerinə 30-40 metr məsafədə yerləşdiyini, üzərində telefon olmadığını və gedib valideynlərinə xəbər vermək istədiyini bildirmişdir. O, valideynlərinə xəbər verib qayıtmasını bildirmişdir. Daha sonra piyada Zərərçəkmiş şəxs və yanında olan qardaşını təcili tibbi yardımın hələ gəlmədiyindən piyada Zərərçəkmiş şəxs və yanında olan qardaşını xidməti avtomobilə əyləşdirmiş, həmin vaxt Aysu və yaşadıqları evdən valideynlərini də götürüb xəstəxanaya birlikdə getməklərini demişdir. O da Zərərçəkmiş şəxs dediyi yerdən atası və anasını götürmüş və dərhal xəstəxanaya getmişdir. Həmin vaxt piyadanın yanında qardaşı, atası və anası da olmuşdur. Piyadanın ailə üzvləri də onunla birlikdə Gəncə şəhəri, "Beynəlxalq xəstəxana”ya getmişlər. Xəstəxanada piyada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında iş üzrə Şahid2 ifadə verərək bildirmişdir ki, zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında küçədə olarkən bacısı Zərərçəkmiş şəxs alış-veriş etmək üçün yaşadıqları evin yaxınlığındakı “Maxi Market’ə getmiş, küçədə olan zaman birdən bacısı Aysunun səsini eşitmiş və bacısısının yerə yıxıldığını və ağladığını görmüşdür. O, dərhal bacısının yanına gedib baxdıqda “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin bacısının ayağından vurduğunu görmüşdür. Həmin avtomobilin tanımadığı sürücüsü düşərək bacısına yaxınlaşmış və onun necə olduğunu soruşmuşdur. Daha sonra hadisə yerinə ətrafda olan şəxslər toplaşmışlar. Hadisə yerinə gəlmiş onlarla qonşuluqda yaşan DYP əməkdaşı Şahid1 bacısına yaxınlaşmış və bacısının halını soruşduqda bacısı Şahid1 ailə üzvlərinin hadisə yerinə yaxınlıqda yaşadığını bildirmiş, sonuncu isə gedib valideynlərinizi götürüb bacısını xəstəxanaya aparacaqlarını bildirmişdir. Onlar evə çatan zaman anası və atası onlara yaxınlaşmış və DYP avtomobilinə əyləşərək Gəncə şəhəri, “Beynəlxalq xəstəxana”ya getmişlər. Orada bacısı rentgen və KT ilə müayinə olunmuş və bacısı Zərərçəkmiş şəxs sağ topuq nahiyəsində yerləşən qamış sümüyünün sındığı məlum olmuşdur. Daha sonra bacısına ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında iş üzrə Şahid3 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2024-cü il tarixində saat təxminən 21 radələrində oğlu Şahid2 ona zəng edərək qızı Zərərçəkmiş şəxs maşın vurduğunu və çölə çıxmasını bildirmişdir. O və əri Şahid4 yaşadıqları evdən küçəyə çıxmış və onlarla qonşuluqda yaşayan DYP əməkdaşı Şahid1 DYP avtomobili ilə yaşadıqları evin qarşısında dayandığını görmüşdür. Şahid1 onlara xəstəxanaya getmələrini bildirmiş, o və əri Şahid4 təcili olaraq DYP avtomobilinə əyləşmişdir. Yolda olarkən əri Elxan hadisənin necə olmasını barədə qızı Aysudan soruşmuş, Aysu da onlara sağ ayağı ağrıdını bildirmişdir. Daha sonra onlar DYP avtomobili ilə 'Beynəlxalq Xəstəxana’’ya getmişlər. Orada qızı Aysuya təcili yardım göstərilmiş, rentgen və KT ilə müayinə olunmuşdur. Hadisə zamanı qızı Aysunun sağ qamış sümüyü sınmış, daha sonra ayağı gipsə qoyulmuşdur. Aradan bir qədər keçmiş xəstəxanaya Şahid5 və Şahid6 gəlmişlər və qızı Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmışlar. Daha sonra onlar xəstəxana xərclərini bir hissəsini qarşılamışlar. Halhazırda qızı Zərərçəkmiş şəxs səhhəti normaldır. Məhkəmə iclasında iş üzrə Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə Şahid5 ifadə verərək bildirmişdir ki, “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə onun xəbəri olmadan oğlu İlqar ondan icazəsiz avtomobilin açarını götürərək mağazaya getmişdir. Onun avtomobilini əvvəllər də oğlu müxtəlif vaxtlarda idarə etmişdir, buna görə heç vaxt etiraz etməmişdir. Oğlu mağazadan çıxan zaman avtomobili geriyə doğru hərəkət etdirərkən ehtiyatsızlıqdan bir nəfər qızı vurmuş, hadisədən sonra oğlu Təqsirləndirilən şəxs evə gələrək hadisə barədə ona məlumat vermişdir. Daha sonra o, evdən çıxaraq hadisənin baş verdiyi yerə Babək ilə birlikdə getmişdir. Hadisə yeri onların yaşadıqları evdən təxminən 30-40 metr aralıda yerləşir. O, hadisə yerinə oğlu Babək ilə birlikdə təxminən 2 dəqiqəyə çatmışdır. Hadisə yerinə gəldikdə artıq polis əməkdaşlarının orada olduğunu görmüşlər. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. O isə arvadı Şahid6 ilə birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq Xəstəxana’’ya getmişlər. Məhkəmə iclasında iş üzrə Şahid6 Fərhad oğlu ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Əri Şahid5 “Mercedes Benz E220” minik markalı **-GK- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024cü il tarixdə əri Şahid5 Bakı şəhərindən gələrək yorğun olduğu üçün yatmış, o isə evdə olmamışdır. Həmin vaxt ona qardaşı zəng edib Babəkin avtomobili geriyə doğru hərəkət etdirərkən ehtiyatsızlıqdan bir nəfər qızı vurduğunu bildirmişdir. O dərhal hansı xəstəxanaya getmək lazım olduğunu soruşmuş, əri İlqar ilə telefon vasitəsilə danışıb birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq Xəstəxana’’ya getmişlər. Orada qızın səhhəti ilə maraqlanmış və bütün xəstəxana xərclərini qarşılamışlar. Məhkəmə iclasında iş üzrə Şahid7 ifadə verərək bildirmişdir ki, “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. O, Şahid5 “Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təxminən may ayının sonlarında satmış, lakin Şahid5 pulunun bir hissəsini vermədiyindən həmin avtomobili idarə etməsi üçün 2 aylıq etibarnamə vermişdir. O, Şahid5 oğlu Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün hər hansı formada etibarnamə verməmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququnun olub-olmaması barədə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixində Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumatı olmamışdır. Daha sonra həmin hadisə ilə bağlı İlqar ona məlumat vermişdir. Bundan sonra o, Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etdikdən sonra “Mercedes Benz E220" minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Gəncə şəhəri DYP-nin cərimə meydançasından götürmüşdür. Məhkəmə iclasında iş üzrə Şahid8 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində o, idarə etdiyi “Ford Fusion" minik markalı 20- EY-814 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yolun sağ kənarında saxlayaraq tanışları ilə birlikdə həmin küçədə yerləşən çay evində oturmuş, təxminən 5-10 dəqiqə sonra çölə çıxmış və çölə çıxan zaman avtomobilinin yanında müxtəlif şəxslərin dayandığını görmüşdür. Ona "Mercedes Benz E220” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili geriyə doğru hərəkət edərkən onun avtomobilinin qabaq tərəfini vurduğu məlum olmuşdur. O, hadisə yerinə gələndə yerdə dayanmış tanımadığı qız uşağını görmüşdür. Həmin qızın yanında xatırladığı qədər qardaşı da olmuşdur. Həmin qızı və oğlanı DYP avtomobilinə əyləşdirildiyini görmüşdür. O, hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs da hadisə yerində gözləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - 09 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, icraatda olan HK-1/572 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1) - 11 iyun s2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan xx.xx.2024-cü il il tarixində saat 21 radələrində ayıq vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini geriyə doğru hərəkət edərkən arxadan yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq yol- nəqliyyat hadisəsi törətmişdir.( i.v.6-13); - 11 iyun 2024-cü il tarixli 2350 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur.( i.v.18); - AC № 604216 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz E 220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r (i.v. 25); - 12.02.202-cü il tarixli, ƏN-İX seriyalı, 190208 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes-Benz E 220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 həmin avtomobili 01 il müddətinə Şahid7 etibar etmişdir (i.v.26); -29 iyun 2024-cü il tarixli, 3-13-16-3/2 4665/2024 nömrəli Baş Dövlət Yol Polis İdarəsinin məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır.(i.v.42); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 13 iyun 2024-cü il tarixli, 870 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qamış sümüyünün qapalı sınığı- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v.44-46); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26 avqust 2024-cü il tarixli, 8/1841 saylı rəyindən məlum olur ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz E220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əliyev X6-Benz E220 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v.53-55); - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixində AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir.( i.v.94-95); - 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Şahid5 Babək oğlu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.103); - 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında qərardan görünür ki, Şahid5 Babək oğlu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir (i.v.123-124); -27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 Babək oğlu barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmişdir (i.v.126); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserinin 28 sentyabr 2024-cü il tarixli, 4770 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 131); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 01 oktyabr 2024-cü il tarixli, 4872 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur ( i.v.132); -29 iyun 2024-cü il tarixli, 3-13-16-3/2 4665/2024 nömrəli Baş Dövlət Yol Polis İdarəsinin məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir.Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Mercedes- Benz E220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə Təqsirləndirilən şəxs verilməmişdir (i.v.134); - 19 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirdiyi üçün “Mercedes-Benz E220” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, hadisə yerinə baxış, məhkəmə-avtotexniki, məhkəmə tibbi-ekspertizasının rəyi və digər istintaq sənədləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdır. ( i.v.135-143); - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbinə əsasən geriyə hərəkəti təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələblərə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə kömək etməsini, onunla barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “ “Mercedes E220” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-97/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-97/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver