Məhkəmə qərarları › İş №1(125)-98/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-98/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-98/2023 19.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, sürücü işləyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd, 164188 nömrəli, zavud üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7.65 mm kalibrli, Brauninq 1910 modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapançanı, 01 ədəd zаvоd üsulu ilə istеhsаl olunmuş, Brauninq 1910 modelli tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 07 ədəd 7.65 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zаvоd üsulu ilə xarici dövlətdə istеhsаl olunmuş 7.65x17 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrlı digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları əldə edərək saxlayıb daşıyaraq xx.xx.2022-ci il tarixədək, üzərində gəzdirmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsində istintaqa məlum olmayan şəxslərlə etdiyi mübahisənin səbəbkarının tanışı Zərərçəkmiş şəxs olmasını bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan ünvan 2 ünvanının həyətində heç bir əsaslı səbəb olmadan üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müaşyiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlardan CMnin 228.1-ci maddəsi ilə tam, CM-nin 221.3-cü maddəsi ilə isə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilənə qədər ailə üzvləri ilə birlikdə yaşamış və özünə məxsus Tır avtomobili ilə müxtəlif şəxslərin yükünü daşıyaraq sürücülük etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olarkən uşaqlıq dostu hazırki iş üzrə Zərərçəkmiş şəxs ona zəng edərək qardaşı Şahid və digər dostu X6 ilə birlikdə 24 nömrəli məktəbin yaxınlığında yerləşən “Rzanın çayçısı” kimi tanınan kafedə oturub yeyib içdiklərini deyib onu da, həmin yerə dəvət etmişdir. Bundan sonra yaşadığı evdən çıxaraq piyada həmin kafeyə getmiş, kafeyə daxil olduqda Ramin, Vüqar və Bəxtiyarın bir masada əyləşərək yemək yeyib araq içdiklərini görmüş və yaxınlaşıb görüşərək masada əyləşib onlarla birlikdə təxminən 1 litr araq içmişlər. Təxminən saat 22 radələrində yeyib-içdikdən sonra oradan Gəncə şəhərində “Dəyirmanın dairəsi”nin yaxınlığındakı Ş.İ.Xətai prospektində binanın altında yerləşən çayxanaya getmək qərarına gəlmişlər. Onlar dördü piyada Ş.İ.Xətai prospekti ilə üzü “Dəyirmanın dairəsi”nin istiqamətində piyada hərəkət edib M.Xələfov küçəsi ilə kəsişməyə çatdıqda Vüqar həmin yerdə piştaxtada satılan “Pozan-qazan” lotereyası satılan yerə loteraya almaq üçün dönmüşdür. O, Vüqarın əvvəllər həmin lotoreyada dəfələrlə pul uduzduğu üçün pulunu elə şeylərə xərcləməsin deyə ona irad bildirdiyi üçün bu dəfə də Vüqar lotereya satılan yerə dönərkən o Vüqara yaxınlaşaraq lotereya oynamamasını xahiş etmiş, Vüqar isə sadəcə ona bir dəfə oyanayacağını demişdir. Satıcıya Vüqarı göstərib lotereya satmamasını deyərək Vüqara “ay o**uraq...hansı gününə lotereya oynayırsan...anan evdə xəstədir...” deyə bildirəndə, Vüqar onun ünvanına var-yox söyüşü söymüş, o da eyni qaydada var-yox söyüşü söymüş, bu söhbətdən sonra Vüqar lotereya almamış və dördü sözlə mübahisə edə-edə M.Xələfov küçəsini üzü “Dəyirmanın dairəsi” istiqamətinə keçmişlər. Yolu keçib səkinin üzərinə çıxdıqda Vüqar yenə var-yox söyüşü söymüş və o da Vüqarın ünvanına var-yox söyüşünü söymüş, bundan sonra Vüqarla qarşılıqlı şəkildə bir-birini itələyərək dartışmağa başlamışlar. Raminlə Bəxtiyar isə onları aralamağa çalışmışlar. Bu zaman kənardan təxminən 18-20 yaşlarında bir neçə cavan oğlan onlara yaxınlaşaraq niyə həmin yerdə söyüş söydüklərini demişlər. O isə həmin yerdə qaldığını, narahatçılıq olmadığını demişdir. Həmin şəxslər isə narahatçılıq olduğunu, həmin yerdə söyüş söyməmələrini demişlər. Həmin şəxslərlə bu barədə söhbətlərinə davam edərkən bu zaman həmin şəxslərdən biri onun sol ayağının bud hissəsindən bıçaqla vurmuşdur. Həmin oğlanlardan bəzilərinin əlində ağac parçası da, olmuşdur. O, bıçaqlandıqdan sonra onların əlindən qaçmağa çalışmış, həmin şəxslər isə onun arxasınca qaçmış, lakin onu tuta bilməmişlər. Bundan sonra o, tək həmin şəxslərə gücü çatmayacağını görüb qərara gəlmişdir ki, həmin şəxsləri eyni zamanda onu bıçaqla vuran şəxsi qorxutmaq üçün yaşadığı evə gedib evdə saxladığı “Brovning” 7.65 markalı tapançanı götürüb təkrar həmin şəxslərin olduğu yerə getsin. Həmin vaxt arvadı və övladları qayınanası Laləgilin evində olduğuna görə evin açarı da, onlarda olmuşdur. Buna görə evin açarını götürmək üçün əvvəlcə qayınanasının yaşadığı 5-ci binaya gedərək açarı arvadı Vüsalədən götürüb bu barədə heç bir söz demədən binanın dəhlizi ilə həyətə düşmüş, binanın həyətinə düşdükdə dostu Vüqarın həyətdə stolda oturduğunu, qardaşı Bəxtiyarın isə onun yanında olduğunu görmüşdür. Bütün bu hadisələrə səbəb Vüqar olduğuna görə əsəbləşmiş və özünü saxlaya bilməyib əynində olan şalvarın sağ yan cibində olan bıçağı sağ əlinə götürüb Vüqara yaxınlaşaraq heç bir söz demədən bıçağı çıxarıb bir dəfə onun sol buduna zərbə endirmiş və oradan qaçıb uzaqlaşaraq onu bıçaqla vuran şəxsdən də əvəz çıxmaq üçün silahını götürmək məqsədilə oradan öz evinə getmiş, evə gedərkən binalarının yaxınlığında onu bıçaqlayan dəstənin oraya yığışdığını görmüş və təxminən 50-60 metr məsafədən onların yanından ötərək evinə getmişdir. Evin giriş qapısının kilidini açıb yataq otağına daxil olub oradan da, çarpayıdakı döşəyin altına qoyduğu “Brovning” 7.65 markalı tapançanı, içərisindəki patronla birlikdə götürüb şalvarının belinə qoyaraq binanın həyətinə düşərək həmin şəxslərin toplaşdığı istiqamətə getmiş, həmin şəxslərə yaxınlaşmağa təxminən 20-25 metr qalmış həmin şəxslər təxminən 4-5 nəfər şəklində iki yerə bölünmüş və müxtəlif istiqamdə qaçmağa başlamış, o, birinci dəstədə həmin şəxsi görmədiyi üçün yanlarından ötərək ikinci dəstənin üzərinə getmiş, həmin dəstə bina ilə mağarın arasında dayanmış, həmin dəstəyə yaxınlaşaraq “heç kəs qaçmasın...mənə məni vuran adam lazımdı...başqa heç kəslə işim yoxdu...” deyərək həmin dəstəyə çatmağına az qalmış arxadan kimsə başından sərt şəkildə zərbə endirmiş, onun üzərindəki silah qaranlıq olduğundan harasa düşmüş və o, zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. Zərbənin təsirindən özünü itirmiş və həmin şəxslər qaçaraq oradan uzaqlaşıb getmişlər. O isə oradan yaralı şəkildə öz evinə getmişdir. O, Vüqara görə bıçaqlandığı üçün onu bıçaqla vurmuşdur. Niyyəti isə Vüqardan əvəz çıxmaq olmuşdur. Vüqarla əvvəllər heç bir ədavəti və ya düşmənçiliyi olmamış, Vüqar onun uşaqlıq dostu olmuşdur. Hadisədən sonra Vüqarla barışmışdır. Hadisə vaxtı onunla dalaşan və onu bıçaqla vuran şəxsi isə o, əvvəllər görməmiş, adlarını, harada yaşamalarını bilməmiş, lakin görsə tanıya bilər. Vüqarı vurduğu bıçağı təxminən 3 il əvvəl almış və bıçağı sürücü kimi yolda işlərini görməyə lazım olduğu üçün üzərində gəzdirmişdir. Evində saxladığı silahı isə patronları ilə birlikdə bir neçə ay əvvəl Bakı-Qazax yolunun Qazax rayonu ərazisindən keçən hissəsində dincəlmək məqsədi ilə yol kənarında dayanan zaman tapmışdır. Hazırda əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı olmaqla dörd övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, ölkə hüdudlarından kənarda olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndiriən şəxslə barışdığını və ondan hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, ifadəsi məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, hazırda “DAF TİR” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində X6 ilə 24 nömrəli məktəbin yaxınlığında yerləşən “Rzanın çayçısı” kimi tanınan kafeyə yeyib içməyə getmişlər. Təxminən yarım saat sonra qardaşı Bəxtiyar da onlara qoşulmuşdur. Onlar bir qədər yeyib-içdikdən sonra o, uşaqlıq dostu Təqsirləndirilən şəxs zəng edərək onu da həmin yerə dəvət etmişdir. Bundan sonra Rza da onların yanlarına gəlmiş və onlar birlikdə təxminən 1 litr araq içmişlər. Təxminən saat 22 radələrində yeyib-içdikdən sonra oradan “Dəyirmanın dairəsi”nin yaxınlığındakı Ş.İ.Xətai prospektində binanın altında yerləşən çayxanaya getmək qərarına gəlmişlər. Dördü piyada Ş.İ.Xətai prospekti ilə üzü “Dəyirmanın dairəsi”nin istiqamətində piyada hərəkət edib M.Xələfov küçəsi ilə kəsişməyə çatdıqda həmin yerdə piştaxtada satılan “Pozan-qazan” lotereyası satılan yerə loteraya almaq üçün dönmüş, həmin vaxt Rza ona lotereya oynamamağını xahiş etmişdir. O, sadəcə bir dəfə oyanayacağını demiş, Rza satıcıya onu göstərib lotereya satmamağını deyərək ona “ay o**uraq...hansı gününə lotereya oynayırsan?...anan evdə xəstədir...” deyə bildirmiş, Rzanın bu formada deməsi onu özündən çıxarmış və Rzanı nalayiq ifadə ilə təhqir edərək söymüşdür. Bu zaman Rza da, eyni qaydada var-yox söyüşü söymüş, bu söhbətdən sonra lotereya almamış və dördü sözlə mübahisə edə-edə M.Xələfov küçəsini üzü Dəyirmanın dairəsi istiqamətinə keçmiş, yolu keçib səkinin üzərinə çıxdıqda Rza ilə yenə qarşılıqlı şəkildə söyüşərək bir-birilərini itələyib dartışmağa başlamışlar. Raminlə Bəxtiyar isə aralamağa çalışmışlar. Bu zaman kənardan təxminən 18-20 yaşlarında cavan oğlanlar onlara yaxınlaşaraq niyə həmin yerdə söyüş söydüklərini demişlər. Rza isə həmin yerdə qaldıqlarını, narahatçılıq olmadığını demişdir. Həmin şəxslər isə narahatçılıq olduğunu, həmin yerdə söyüş söyməmələrini demiş, bu zaman qardaşı Bəxtiyarla kənara çəkilmiş və sərxoş olduğu üçün qardaşı Bəxtiyar sakitləşdirməyə çalışmış, bu zaman Rza ilə həmin şəxslər arasında mübahisə yaransa da, kənardakı şəxslər aralamışdır. Mübahisə sakitləşdikdən sonra qardaşı Bəxiyarla birlikdə öz yaşadıqları 3-cü mikrorayon, ev 5 ünvanının həyətinə getmişlər. Bəxtiyar və o, binanın həyətində olan masada əyləşib özlərinə gəlib evə qalxmaq üçün bir az dincəlmişlər. Təxminən 10-15 dəqiqə oturmuş, bu zaman Rza anidən qaçaraq sağ əlində olan bıçaqla onun üzərinə gəlib sol buduna bir dəfə soxub çıxararaq dərhal da, oradan qaçıb getmiş, qardaşı Bəxtiyar dərhal toqqa ilə bud nahiyəsini sıxıb bağlamış və onu Gəncə şəhər, A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparmış, xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Rza ona xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Gəncə şəhəri, 3cü mikrorayon, ev 5-in həyətində bıçaqla xəsarət yetirmişdir. Rza onu sərxoş olduqlarına, həmçinin aralarında sözlə mübahisə olduğuna görə vurmuşdur. Xəsarət almağından əvvəl Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində sadəcə Rza ilə sözlə mübahisə etmiş, daha sonra gələn şəxsləri tanımır və sərxoş olduğu üçün Rzanın həmin şəxslə etdiyi mübahisənin detallarını dəqiq görə bilməmişdir. Rzanın üzərində odlu silah görməmiş, bu barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə uşaqlıq dostudur. Hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olarkən qardaşı Vüqar zəng edərək 24 nömrəli məktəbin yaxınlığında yerləşən “Rzanın çayçısı” kimi tanınan kafedə digər dostu X6 ilə oturub yeyib-içdiklərini deyərək onu da həmin yerə dəvət etmişdir. Bundan sonra yaşadığı evdən çıxaraq piyada həmin kafeyə getmiş, kafeyə daxil olduqda Ramin və Vüqarın bir masada əyləşərək yemək yeyib araq içdiklərini görmüş və yaxınlaşıb görüşərək masada əyləşmişdir. Bir qədər sonra Rzaya da zəng vurmuşlar və Rza da həmin yerə gəlmiş, bundan sonra dördü təxminən 1 litr araq içmişlər. Təxminən saat 22 radələrində yeyib-içdikdən sonra oradan “Dəyirmanın dairəsi”nin yaxınlığındakı Ş.İ.Xətai prospektində binanın altında yerləşən çayxanaya getmək qərarına gəlmişlər. Dördü piyada Ş.İ.Xətai prospekti ilə üzü “Dəyirmanın dairəsi”nin istiqamətində piyada hərəkət edib M.Xələfov küçəsi ilə kəsişməyə çatdıqda Vüqar həmin yerdə piştaxtada satılan “Pozan-qazan” lotereyası satılan yerə loteraya almaq üçün dönmüşdür. Vüqar həmin lotoreyada əvvəllər də, pul uduzmuş və onlar neçə dəfə pulunu elə bir şeylərə xərcləməsin deyə irad bildirmişlər. Vüqar lotereya satılan yerə dönərkən Rzaya Vüqarın onun sözünü eşitməyəcəyini deyərək Vüqarın lotereya almamasını xahiş etmişdir. Bundan sonra Rza Vüqara yaxınlaşaraq lotereya oynamamasını xahiş etmişdir. Vüqar isə sadəcə bir dəfə oyanayacağını demiş, bundan sonra Vüqarla Rza arasında sözlə mübahisə yaranmışdır. Bu söhbətdən sonra Vüqar lotereya almamış və dördü M.Xələfov küçəsini üzü Dəyirmanın dairəsi istiqamətinə keçmişlər. Yolu keçib səkinin üzərinə çıxdıqda Vüqarla Rza arasında yenə də sözlə mübahisə yaranmış və qarşılıqlı şəkildə bir-birilərini itələyərək dartışmağa başlamışlar. Raminlə o isə aralamağa çalışmışlar. Vüqarı kənara çəkərkən bu zaman kənardan təxminən 18-20 yaşlarında cavan oğlanlar Rza ilə Raminə yaxınlaşaraq niyə həmin yerdə söyüş söydüklərini demişlər. Vüqar isə həmin yerdə qaldığını, narahatçılıq olmadığını demişdir. Həmin şəxslər isə narahatçılıq olduğunu, həmin yerdə söyüş söyməmələrini demişdir. Həmin şəxslərlə bu barədə söhbətləri zamanı həmin şəxslərlə Rza və Ramin arasında mübahisə yaranmışdır. Həmin vaxt onun başı Vüqara qarışdığı üçün həmin şəxslər arasında mübahisəni dəqiq görə bilməmişdir. Bundan sonra kənardakı şəxslər aralamış və mübahisə sakitləşmişdir. Həmin vaxt tanımadığı şəxslərdən birinin mübahisə gedişində bıçaqla Rzanın ayağından vurduğunu öyrənmişdir. Mübahisə sakitləşdikdən sonra qardaşı Vüqarla öz yaşadığı 3-cü mikrorayon, ev 5 ünvanının həyətinə getmişlər. Vüqar və o, orada olan masada əyləşib özlərinə gəlib evə qalxmaq üçün biraz dincəlmişlər. Təxminən 10-15 dəqiqə keçmiş orada oturan zaman Rza anidən kənardan qaçıb gəlib sağ əlində olan bıçaqla Vüqarın sol buduna bir dəfə soxub çıxararaq dərhal da, oradan qaçıb getmişdir. Dərhal toqqa ilə Vüqarın bud nahiyəsini sıxıb bağlamış və onu Gəncə şəhər, A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Vüqara tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadıqları ünvan 2 ünvanının həyətində əlində olan bıçağı bir dəfə sol bud nahiyəsinə soxmaqla xəsarət yetirmişdir. Rzanın nə səbəbə Vüqarı vurmasını dəqiq bilməmişdir. Rza Vüqarı vurduqdan sonra üzərinə yenidən hücum etməmişdir. Rza Vüqarı vurduqdan sonra dərhal xəstəxanaya aparmış və Rzanı görməmişdir. Rzanın haraya getməsini və daha sonra nə etməsi barədə heç bir məlumatı olmamışdır. Rza ilə dalaşan şəxsləri o tanımır və həmin şəxslər şəxsən ona heç bir xəsarət yetirməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış və götürmə aparılması” haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X3 təqdim etdiyi Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd paltar ön hissə zəncirbəndli, iki yan, iki arxa cibə məxsus cins şalvardır. Şalvarın üzərində qana oxşar ləkələr, həmçinin zədələr vardır. X3 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar müvafiq qaydada qablaşdırılaraq DİN-in 91 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü olaraq polisə gələrək, törətdiyi cinayət əməlini etiraf etmişdir. “Baxış və götürmə aparılması” haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi silah tapançadır. Üzərində “FABRİQUE NATİONALE D ARMES DE GUERRE HERSTAL-BELGİQUE” yazıları 164188 nömrəsi yazılmışdır. Tapançanın 1 ədəd darağı vardır. Darağın üzərində FN 7.65 M/M yazısı və rəqəmləri vardır. X4 təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş 1 ədəd tapança darağı ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq DİN-in 91 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 avqust 2022-ci-ci il tarixli 22/546R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 164188 nömrəli silah, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7.65 mm kalibrli, Brauninq 1910 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Brauninq 1910 modelli tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, döyüş sursatı hesab edilmir, bircərgəlidir və 07 ədəd 7.65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim olunmuş 02 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.65x17 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Tədqiqata təqdim olunmuş 01 ədəd giliz, zavod üsulu ilə istehsal olunmuş 7x65x17 mm kalibrli olmaqla, Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir-atılmış gilizidir və hal-hazırda döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş 01 ədəd 164188 nömrəli 7.65 mm kalibrli, Brauninq 1910 modelli tapançadan atılmışdır. Tədqiqata təqdim olunmuş 01 ədəd 164188 nömrəli 7.65 mm kalibrli, Brauninq 1910 modelli tapançadan eksperemental qaydada atılmış güllə-gilizlər və tədqiqata təqdim edilmiş 01 ədəd giliz, DİN, KTİ-nin “güllə-giliz” kartotekasinda olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Silahın hissəmexanizmlərinin texniki cəhətdən saz və bir-birilə qarşılıqlı əlaqəsi, işləməsi normal olduğundan, silahın tətiyini çəkmədən öz-özünə atəşin açılması mümkün deyil. Qeyd: təqdim edilmiş 02 ədəd 7.65x17 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin 20 iyul 2022-ci il tarixli, 1237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah, ənsə, təpə nahiyələrinin səthi yaraları–bərk küt əşyanın (əşyaların); sol bud nahiyəsinin yarası isə kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə sol bud nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; sol gicgah, ənsə, təpə nahiyələrinin səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin 15 sentyabr 2022-ci il tarixli, 1674 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bud nahiyəsinin kəsilmişdeşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətin yıxılma və ya özüözünə yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 avqust 2022-ci il tarixli 22/550R nömrəli nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyəsi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın bel hissəsində olan tünd rəngli ləkələr və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın ayaq hissələrində olan tünd rəngli ləkələrdən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs məxsusdur. Həmçinin müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 5 nömrəli tampon, 01 (bir) ədəd çəkələk, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın sağ diz hissəsində olan tünd rəngli ləkə və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qısaqol köynəyin yaxınlığından götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın dəstəyi üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. Aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 4 və 6 nömrəli tampon, 01 (bir) ədəd gilizə bənzər predmet, 02 ədəd patrona bənzər predmet, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın sol arxa cibi üzərində olan tünd rəngli ləkə və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qısaqol köynəyin arxa hissəsindən götürülmüş tədqiqat nümunələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 04 oktyabr 2022-ci il tarixli, 16/1166/1167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş cins şalvarın səthində olan 01 ədəd zədə və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın səthində olan 01 ədəd “b” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın səthində olan 02 ədəd “a” zədələri və köynəyin səthində olan 02 ədəd “c”, “d” zədələri fiziki qüvvənin təsirindən və ya bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik dartılıb - cırılma zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli 1674, 1237 saylı ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş cins şalvarın səthində olan zədə və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın, köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs bədənində yerləşən “sol bud nahiyyəsinin kəsilmişdeşilmiş yarası”, Təqsirləndirilən şəxs bədənində yerləşən “sol bud nahiyyəsinin kəsilmişdeşilmiş yarası” xəsarətləri ilə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş cins şalvarın səthində olan 01 ədəd zədə və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın səthində olan 01 ədəd “b” zədəsi yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli 29,120.1, 229, 230, 232 və ya 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməsin və həmin maddələrlə ona ittiham elan edilməsin. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçaq, cinayətin aləti və predmeti kimi istifadə etdiyi, bir ədəd “Brauninq 1910” modelli tapança, bir ədəd daraq, bir ədəd patron, bir ədəd giliz, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk, həmçinin cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin TŞ-nin müşahidə kameralarında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsində hadisə baş verən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5189 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4754 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X7 vilayətinin, Vyaznikov Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 4(125)-33/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 4(125)-179/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(125)-211/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay müddətinə, yəni 10 yanvar 2023-cü il tarixədək uzadılmışdır. 171 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü Fatimə, xx.xx.2005-ci il təvəllüdlü Aytac, xx.xx.2006-cı il təvəllüdlü Ləman və xx.xx.2009-cu il təvəllüdlü İsmayıl adlı dörd övladı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsüf olunsada CM-nin 221.3-cü maddəsinə münasibətdə düzgün tövsif edilməmiş və həmin maddəyə münasibətdə onun əməlində CM-nin 221.3-cü maddənin deyil CM-nin 128-ci maddəsinin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində ünvan 2 ünvanının həyətində əvvəlcədən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisədən hiddətlənərək sonuncudan qisas almaq niyyətilə üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək, hadisə yerindən qaçıb getmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin heç kimin olmadığı bir yerdə və zərərçəkən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 221.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 228.1 və 128-ci maddələri ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, CM-nin 128-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd, 164188 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7.65 mm kalibrli, Brauninq 1910 modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Brauninq 1910 modelli tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 07 ədəd 7.65 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.65x17 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları əldə edərək saxlayıb daşıyaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində isə qanunsuz olaraq əldə edərək saxladığı 01 ədəd, 164188 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7.65 mm kalibrli, Brauninq 1910 modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Brauninq 1910 modelli tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 07 ədəd 7.65 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.65x17 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları Gəncə şəhəri, 4-cü mikrorayon, ev 3-ün arxa həyətində üzərində gəzdirərək daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinməli və cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini və təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini o cümlədən onun himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarında olan “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü olaraq polisə gələrək, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)- 33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İbtidai həbs müddəti çəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəzanın başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək, bir ədəd giliz, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk istifadəyə yararsız olduqlarından məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçaq, həmçinin sonuncuya məxsus bir ədəd “Brauninq 1910” modelli tapança, bir ədəd daraq, bir ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, həmçinin cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin TŞ-nin müşahidə kameralarında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsində hadisə baş verən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək, bir ədəd giliz, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk istifadəyə yararsız olduqlarından məhv edilsin, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçaq, həmçinin sonuncuya məxsus bir ədəd “Brauninq 1910” modelli tapança, bir ədəd daraq, bir ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, həmçinin cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin TŞ-nin müşahidə kameralarında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsində hadisə baş verən zaman qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altımış üç) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar