Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-98/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X15, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-cı ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla minik” markalı, “**-FY-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Təbriz küçəsi ilə hərəkətdə olan zaman «X18» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib, hadisənin baş verməsinə etinasız yanaşaraq ünvan 3 ünvanın qarşısında həmin küçənin sol hissəsindən sağ hissəsinə piyada hərəkətdə olan X12 vuraraq ehtiyyatsızlıqdan burun sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, baş beyin yumşaq qişasına, beyin toxumasına, beyin mədəcəklərinə qansızma, burun qanaxması, təpə-ənsə nahiyəsinin hematoması, sol qamış və incik sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə burun sümüklərinin kəllə əsasına keçən qəlpəli sınması, baş beyin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qasızma ilə müşayiət olunan açıq küt kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan Elvin Alıyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixində saat təxminən 18:30 radələrində Gəncə şəhəri, Bağmanlar küçəsindən kabab sifarişi götürmüş və onu təxminən saatda 60 km sürət ilə idarə etdiyi “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X14 İmtahan və Texniki baxış şöbəsinin yanına aparmışdır. Təbriz küçəsində yerləşən “Dilqəm” marketin qarşısına çatan zaman yolu soldan sağa keçmək istəyən, sonradan adını bildiyi Elvin adlı şəxs anidən qarşısına çıxmış, o, həmin şəxsi görən zaman onunla arasında artıq məsafə qalmamış və onu vuraraq qarşıdan gələn maşının önünə atmışdır. O, avtomobildən enmiş, xəsarət alan şəxsə yaxınlaşmış və onu öz idarə etdiyi avtomobilə mindirərək 3 nömrəli xəstəxanaya aparmışdır. Xəstəxanadan onu Mərkəzi Klinikaya təcili tibbi yardımla aparmaq lazım olduğunu demişlər.O, da zəng edərək təcili tibbi yardım çağırmış və xəstəni Mərkəzi Klinikaya aparmışdır. Mərkəzi Klinikaya çatanda polis əməkdaşları da artıq orada olmuşdur. Sonda isə o, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X1 hüquqi varisi qismində tanınaraq dindirilmiş X19 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində yoldaşı X3 ona zəng edərək oğlu X12 avtomobil vurduğunu və Mərkəzi Klinikada olduğunu bildirmişdir. O, xəstəxanaya gələn zaman oğlunun kliniki ölüm vəziyyətində olduğunu görmüşdür. X17 24 gün həkim nəzarəti altında olduqdan sonra təqsirləndirilən şəxsin atası Yalçın oğlu Elvini Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmış, sonuncu həmin xəstəxanada xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, təqsiləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsini bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Hundai İ30” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni Gəncə qəsəbəsindən gəlib “Daş körpü” tərəfə gedən zaman Bağmanlar küçəsində yerləşən “Dilqəm” marketin qarşısına çatanda qarşıdan gələn “Toyota Corolla” markalı avtomobil qarşısına anidən çıxan şəxsi vurmuş və həmin şəxs gəlib onun avtomobilinin krılosuna dəyərək yıxılmışdır. O, avtomobili saatda 20-30 km/sürətlə hərəkət etmişdir. O, həmin vaxt şokda olmuşdur. “Toyota Corolla” markalı avtomobilin sürücüsü xəsarət alan şəxsə yaxınlaşıb onun vəziyyətinə baxdıqdan sonra onu xəstəxanaya aparmaq üçün dərhal öz maşınına əyləşdirmiş və xəstəxanaya doğru yola çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nin YPX inpektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:42 radələrində həmkarı Şahid1 ilə birlikdə Gəncə şəhəri, Bağmanlar ərazisində xidmətdə olan zaman Gəncə şəhər BPİ-nin növbətçi hissəsindən “Toyota Corolla” markalı avtomobilin avtoqəza törətməsi barədə məlumat daxil olmuş, dərhal hadisə yerinə getmiş və hadisə yerində həqiqətən də “Toyota Corolla” markalı avtomobilin avtoqəza törətdiyini aşkar etmişlər. Hadisə Gəncə şəhəri Təbriz küçəsində yerləşən “Dilqəm” marketin qarşısında baş vermişdir. Hadisə baş verən avtomobil yolu 2 tərəflidir. Yolun ümumi eni 12 metrdir. Yolun hər iki tərəfində ictimai iaişə obyektləri vardır. Bundan başqa, ətrafa avtomobilə məxsus şüşə və plastik qırıntılar səpələnmişdir. Hadisə yerinin fotoşəkillərini və sxemi çəkilmişdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Hadisə yerinin təhlükəsizliyini təmin etmişdirlər. Onlar “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa təmin etmiş, avtomobilin sürücüsünü xəstəxanadan götürüb sərxoşluq müayinəsindən keçirmiş, daha sonra da Baş Polis İdarəsinə təhvil vermişlər. Məhkəmə iclasında iştirak etməmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi proses iştirakçılarının razılığına əsasən iclasda elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 ölməsi faktına əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə yeri ünvan 3-də baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, ikitərəfli hərəkət üçün nəzərədə tutulmuş, yolun ümumi eni 12 metrdir. “Toyota Corolla” avtomobilin gəldiyi yolun ümumi eni 6 metr, “HYUNDAİ İ 30” markalı avtomobilin gəldiyi yolun ümümi eni 6 metrdir, piyadanın “Toyota Corolla”markalı avtomobil tərəfindən vurulma yerindən yolun sağ tərəfinə isə 3 metrdir. Piyadanın vurulma yerindən yolun sol tərəfinə isə 9 metrdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Hadisə yerinə gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. ( i.v.7-16); - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 24 iyun 2024-cü il tarixli, 2553/2024 saylı müayinə protokolundan məlum olurki, Təqsirləndirilən şəxs alkoqol və narkotik vasitələrin təsiri altında olmamışdır(i.v.18); - xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmiş AE 137718 seriyalı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir ( i.v.21); - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi X9r. Həmin avtomobil idarə etmək səlahiyyəti etibarnamə əsasında 06 il 03 ay 08 gün müddətinə, yəni xx.xx.2030-cu il tarixədək Təqsirləndirilən şəxs verilmişdir( i.v.21); - “Meyitə baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, təşrih masası üzərində paltarsız meyit arxası üstə uzadılmışdır. Meyit kişi cinsidir, boyunun uzunluğu 176 sm- dir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda bir qədər istidir. Meyit ləkələri meyitin arxa səthlərində yerləşmişdir, göyümtülbənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə, 30 saniyədən sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, diametrləri. 5 mm-dir, buynuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda patoloji hərəkətlidir, xırçıltı səsi verir. Ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthi solğun çəhrayi rəngdədir. Dişləri tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, simmetrikidir. Qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Sol baldır sümüklərindən başqa yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Xəsarətər: Sol baldır nahiyəsində gips sarğısı vardır, sarğını açdıqda baldırın yuxarı 1/3 hissəsində deformasiya və patoloji hərəkətlik vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. (i.v.40); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.42); - AZ-İİ seriyalı, 440187 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 8 iyul 2024-cü il tarixdə baş beynin diffuz travması səbəbindən vəfat etmişdir. (i.v. 54); - “Video görüntüyə baxış keçirilməsi” haqqında 02 avqust 2024-cü il tarixli protokoldan və və məhkəmə baxışında maddi sübut DVD diskdə olan video görüntüyəbaxış keçirtməklə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə “Toyota Corolla” minik markalı **-FY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Ozan küçəsindən üzü Gəncə şəhəri, Bayan küçəsi istiqamətində hərəkətdə olub Gəncə şəhər Təbriz küçəsində yerləşən “Dilqəm” marketin qarşısında,yolun sağ istiqamətindən sol istiqamətinə keçən piyada X12 vuraraq əks tərəfdən gələn Hundai İ30 markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf tullamışdır. Daha sonra ətrafa insanlar yığışmışdır, Hundai İ30 markalı avtomobilin sürücüsü avtomobildən enərək vurulan piyadaya tərəfə getmişdir. Həmin vaxt “Toyota Corolla” markalı avtomobilin sürücüsü hadisə yerinə gələrək zərərçəkən piyadaya ilkin tibbi yardım göstərmişdir (i.v 55); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 12 iyul 2024-cü il tarixli, 2249 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabonoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesan edilən) aşkar edilməmişdir (i.v.65-67); - Göygöl rayon İHB-nın Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir cinayət xarakterli məlumat daxil olmamışdır (i.v.70); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli, 70 saylı rəyinə əsasən X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi- burun sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, baş beynin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, burun qanaxması, təpə-ənsə nahiyəsinin hematoması, sol qamış və incik sümüklərinin qapalı sınıqları. Qeyd olunan xəsarətlər həyatidir, küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə buru sümüklərinin kəllə əsasına keçən qəlpəli sınması, baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma ilə müşayiət olunan açıq küt kəllə beyin travması olmuşdur. X1 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər (i.v.72-77); -“cinayət işinin icraatının dayandırılması” haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********** nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən dayandırılmışdır (i.v.78); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1904 saylı rəyinə əsasən 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla”markalı, **-FY-*** dövlət qeydiyyatda nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyadamın vurulması hadisəsi ilə əlaqədar hərəkətlərində “X18” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai İ30 markalı, **-CY-*** dövlət qeydiyyatda nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır( i.v.82-85); - “cinayət işinin icraatının təzələnməsi” haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********** nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 86); - “qətimkan tədbirinin seçilməsi” haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 113); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 5101 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.122); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 5234 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.121); - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixliqərara əsasən, 1ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi tanınmışdır (i.v.149-159); - Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş “X11 Mərkəzi” MMC-nin mədaxil qəbzlərinin kötüklərindən görünür ki, X8 müalicə xərcləri ödənilmişdir (132-147); -xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X19 Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “X18” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “X18” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X18” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X18” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X18” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X18” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin müalicə xərclərini çəkməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyrmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillin qanuni sahibi X10 qaytarılmalı, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Dilqəm Market”in müşahidə kamerasından çıxarılmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi manat) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl rayonu probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillin qanuni sahibi X10 qaytarılsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-98/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-98/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver