Məhkəmə qərarları › İş №1(125)-99/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-99/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-99/2023 30.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz bir ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən yeddi ədəd patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanına daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 noyabr 2022-ci il tarixdə saat 08:32-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən yeddi ədəd patron evin giriş hissəsində olan şkafdan bir ədəd göy rəngli sellofan paketin içərisində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 2022-ci ilin noyabr ayında yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanına yaxın ərazidə zibilxananın yanından keçərkən o torba görmüş və onun diqqətini çəkmiş, içərisinə baxarkən silah olduğunu görmüş, onu götürüb evə gətirmiş və silaha nəzər salaraq müəyyən etmişdir ki, onun içərisində 01 ədəd “Makarov” tapançası, 01 ədəd tapançaya salınmış vəziyyətdə daraq da var. Darağı tapançadan ayırmış və darağın içərisində patronların da olduğunu görmüşdür. Patronları sayan zaman 07 ədəd olmasını müəyyən etmiş, daha sonra patronları yenidən darağa yığmış və darağı tapançaya birləşdirərək kisənin içərisinə qoymuşdur. Silahlara marağının olduğu üçün həmin silahı götürmək qərarına gəlmiş və onu polis əməkdaşları tərəfindən saxlanılan ana qədər evdə saxlamışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, 11 noyabr 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar olunmamış və bundan sonra haradasa odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlamağı barədə soruşulmuş və o hazırda yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında 01 ədəd “Makarov” tipli odlu silah, 01 ədəd daraq və 07 ədəd patron gizlədib saxladığını və həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. O ifadəsində tapança tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanının yaxınlığında zibilxanadan təsadüfən tapdığını və silahlara marağının olduğu üçün aparıb yaşadığı evdə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd ev açarı və 100 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “İphone” markalı mobil telefon isə götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazdıqdan sonra o polis əməkdaşları ilə birlikdə həmin ünvana getmiş və evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o evin girişində şkafda 01 ədəd “Makarov” tapança tipli odlu silah, 01 ədəd daraq və 07 ədəd patron gizlədib saxladığını bildirib, özü şkafın qapısını açaraq silahı, darağı və darağın içərisində olan patronları götürüb təqdim etmiş və 01 ədəd “Makarov” tapança tipli odlu silah, 01 ədəd daraq və 07 ədəd patron olduğunu bildirmiş və onları təqdim etmiş, təqdim etdiyi 01 ədəd tapança, 01 ədəd daraq və 07 ədəd patron ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Əməlində peşmandır. 44 X6 iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2022-ci il tarixli Sərəncamı ilə ona müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Döyüş hazırlığında, qoşun xidmətinin təşkilində və hərbi intizamın yüksəldilməsində əldə etdiyi nailiyyətlərə, eləcə də “26 iyun Silahlı Qüvvələr günü” münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Aqil İsmayılov tərəfindən, 44 X6ndə göstərdiyi igidliyə görə üzvü olduğu “X2 Kömək” X4 Regional Mərkəzinin sədri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki xidmətlərini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 11 noyabr 2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmiş və onlar həmin yerə getmiş, saat 22:35-də həmin ünvanda Şəhriyar Hevdərova oxşar bir nəfər şəxsi müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Sadıq oğlu olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş şursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmişlər. O da buna etiraz etməyərək onlarla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qara rəngli pencəyinin sol iç cibindən “İphone” markalı mobil telefonu, pencəyinin sağ yan cibindən yaşadığı evin açarını, əynində olan şalvarının sol yan cibindən 100 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamış, üzərindən aşkar edilmiş açar, 100 manat pul onun özünə geri qaytarılmış, aşkar edilmiş “İphone” markalı mobil telefon isə onlar tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında 01 ədəd tapança, 01 ədəd sandıqça və 07 ədəd patron saxladığını və həmin ünvana gedildiyi halda tapançanı, sandığı və 07 ədəd patronu təqdim edə biləcəyini və bununla bağlı yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif, və protokola qeydlər daxil olmadıqdan sonra imzalarla təsdiq edilmişdir. Bundan sonra Baş İdarənin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı şifahi sorğu əsasında yaşadığı Gəncə şəhəri H.Ağayev küçəsi ev 25 ünvanında 01 ədəd tapança tipli odlu silah, 01 ədəd daraq və Ü7 ədəd patron gizlədib saxladığını və həmin predmetləri təqdim edə biləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra onlar birlikdə ünvan 5 ünvana çatmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, baxışdan əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatları, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qarşısında dayandıqları ünvanın yaşayış ünvanı olduğunu və 01 ədəd tapança, 01 ədəd daraq və 07 ədəd patronu evin girişində şkafda saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan açarla həyətin qapısını açaraq onları içəri dəvət etmiş və daha sonra onları evə dəvət edərək həmin evdə giriş hissədə olan şkafı açıb şkafda olan 01 ədəd göy rəngli sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılarkən paketin içərsində 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd patronla doldurulmuş daraq aşkar ed mış, 01 ədəd daraqda olan patronlar boşaldılarkən 07 ədəd tamlığı pozulmamış patronun olması muəyyən edilmiş, 01 ədəd tapança tipli predmetə və 01 ədəd darağa baxış keçirilərkən üzərində hər hansı xüsusi əlamət aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş 01 ədəd şapança tipli dəmir predmet, 07 ədəd patron və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfdə qablaşdırılıb Azərbaycan gespublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 və ibtidai istintaqdakı ifadəsi elan edilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 12 noyabr 2022-ci il tarixli 22/686R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə istehsal olunmuş, 9x18mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən cgüllə-gilizə kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 07 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 12 noyabr saat 08:32 dəqiqədən etibarən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında istintaq hərəkəti həyata keçirilmiş və nəticədə evin giriş hissəsində olan şkafdan 01 ədəd göy rəngli sellofan paketin içərisindən 01 ədəd tapança tipli dəmir predmet, 07 ədəd tamlığı pozulmamış patron və 01 ədəd daraq aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış davam etdirilərkən ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi və əşyaların götürülməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, H.Ağayev küçəsi, ev 25 ünvanında istintaq hərəkəti həyata keçirilmiş və nəticədə evin giriş hissəsində olan şkafdan 01 ədəd göy rəngli sellofan paketin içərisindən 01 ədəd tapança tipli dəmir predmet, 07 ədəd tamlığı pozulmamış patron və 01 ədəd daraq aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış davam etdirilərkən ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası”nda müalicədə olmayıb. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “X2 Kömək” İctimai Birliyi tərəfindən verilmiş ***-**** nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İctimai Birliyin üzvüdür və 44 X6 iştirakçısıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 10 mart 2022-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. 26 iyun 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs döyüş hazırlığında, qoşun xidmətinin təşkilində və hərbi intizamın yüksəldilməsində əldə etdiyi nailiyyətlərə, eləcə də “26 iyun Silahlı Qüvvələr günü” münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnikleytenant Aqil İsmayılov tərəfindən təltif edilmişdir. “X2 Kömək” X5 Fərmanından görünür ki, Təqsirləndirilən şəxs 44 X6ndə göstərdiyi igidliyə görə üzvü olduğu “X2 Kömək” X4 Regional Mərkəzinin sədri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 08 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus, onun yaşadığı Gəncə şəhəri H.Ağayev küçəsi ev 25 ünvanından aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq, eksperimental atəşdən sonra 04 ədəd qalmış döyüş sursatı olan patron maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, baxış və götürmə istintaq hərəkətinin, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 44 X6 iştirakçısı olmasını, döyüşlərdə iştirakına görə iki dəfə Fəxri Fərmanla təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 12 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bu baxımdan, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Makarov” konstruksiyalı tapança silahın, 01 ədəd darağın, eksperimental atəşdən sonra 04 ədəd qalmış döyüş sursatı olan patronların atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patronlar müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə evinə baxış və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 13 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı, 18 noyabr 2022-ci il tarixdən isə 30 avqust 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 09 (doqquz) ay, 19 (on doqquz) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə alınadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “Makarov” konstruksiyalı tapança silah, 01 ədəd daraq, eksperimental atəşdən sonra 04 ədəd qalmış döyüş sursatı olan patronlar atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patronlar müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar