Məhkəmə qərarları › İş №1(3-1)-10/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-10/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-10/2026 14.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Ilqar Məhərrəm oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı oğlu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə ## #### 1964-cü il tarixdə Şahbuz rayonu, Biçənək kəndində doğulmuş, evli, deməsinə görə 3 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləmiş, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Babək rayonu, Aşağı Uzunoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən H.M.Məmmədov) *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə isə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilməsi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025-ci il tarixdən hesablanması, cinayət işi üzrə mülki iddianın verilməməsinin nəzərə alınması, iş üzrə aparılmış məhkəmə bioloji ekspertizalarına görə 295 (iki yüz doxsan beş) manat məbləğində ekspertiza xərcininTəqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ**NABZ******************** nömrəli hesabına ödənilməsi, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 50000 qram qurudulmuş marixuana narkotik vasitəsinin məhv edilməsi, Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 12999,7 qram qurudulmuş marixuana narkotik vasitəsinin Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikası Komissiyasının ## ###### 2025-ci il tarixli, ** nömrəli aktı ilə məhv edilməsinin nəzərə alınması, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi Idarəsinin anbarında saxlanılan PVC yüklü 30 ədəd kisənin məhv edilməsi, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung A25” və 1 (bir) ədəd “Redmi 10” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması, Təqsirləndirilən şəxs məxsus C******** nömrəli pasportun cəzanı icra edən müəssisəyə göndərilməsi, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılması, cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmənin hökmündən görünür ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilməmiş cinayətlərin xüsusilə təhlükəli residivi halında, ## ######## 2025-ci il tarixədək olan müddət ərzində Iran Islam Respublikasında istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq 63.000 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparacağı barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun Iran Islam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 63.000 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasında istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə 63.000 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi **BK***/**ZA*** qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsi ilə daşıdığı “PVC” yükü yığılmış kisələrin içərisində saxlamış, ## ######## 2025-ci il tarixdə, saat 04:00 radələrində Iran Islam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımaqla, Naxçıvan Baş Gömrük Idarəsinin “Culfa” Gömrük postu vasitəsilə Iran Islam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə daxil olarkən idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı “PVC” yükü yığılmış kisələrin içərisində həmin 30 ədəd bağlamada 63.000 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük Idarəsinin “Culfa” Gömrük postunun əməkdaşları tərəfindən nəqliyyat vasitəsində yoxlama aparılarkən daşıdığı “PVC” yükü yğılmış kisələrin 30 ədədinin içərisindən aşkarlanmasını çətinləşdirən üsullarla gizlədilmiş halda 30 ədəd şəffaf sellofan bağlamalarında ayrı-ayrılıqda təmiz çəkiləri 1-2100 qram, 2-2100 qram, 3-2100 qram, 4-2100 qram, 5-2100 qram, 6-2100 qram, 7-2100 qram, 8-2100 qram, 9-2100 qram, 10-2100 qram, 11-2100 qram, 12-2100 qram, 13-2100 qram, 14- 2100 qram, 15-2100 qram, 16-2100 qram, 17-2100 qram, 18-2100 qram, 19-2100 qram, 20-2100 qram, 21-2100 qram, 22-2100 qram, 23-2100 qram, 24-2100 qram 25-2100 qram, 26-2100 qram, 27-2100 qram, 28-2100 qram, 29-2100 qram, 30-2100 qram olmaqla xüsusilə külli miqdarda ümumilikdə təmiz çəkisi 63.000 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hökmlə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündə göstərilənləri qeyd edərək göstərmişdir ki, hökm ədalətsiz və əsassızdır. Təqsirləndiriən şəxsin əməli düzgün hüquqi qiymətləndirilməmiş, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, habelə cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi ilə bağlı qərar qəbul edilməlidir. Hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza törədilmiş əmələ nisbətdə adekvat deyil, ədalətsiz olaraq cəza müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hüquq və mənafelərini formal olaraq hökmündə sadalayıb, "güya" şəxsin əməlində olan cinayət tərkibinin əlamətlərinin mövcudluğunu tam aydın ifadə edib əsaslandırmaq üçün qanunvericiliyə istinad edib. Amma şəxsin barəsində məhkəmə istintaqında araşdırılan, müdafiəçi tərəfindən şəxsin təqsirsizliyinə dair təqdim edilən, əsaslı sübut hesab edilən sənədlər (Iran Islam Respublikasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən əldə edilərək göndərilən və məhkəmə iclasları zamanı təqdim etdikləri) barəsində heç bir qeyd aparılmadan, verilmiş vəsatətlər təmin edilməmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs öz ifadəsində də istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqında olduğu kimi hər şeyi dəqiqliklə bildirmişdir. Nəqliyyat vasitələrinin təşkilini həyata keçirən Iran Islam Respublikasında X3 və Ticarət qrupu şirkətinin işçisi olan Rza adlı tanışının vasitəsilə bir neçə dəfə müxtəlif yükləri dünyanın müxtəlif bölgələrinə aparmış və heç zaman belə hüquq pozuntuları ilə rastlaşmamışdır. Sonuncu dəfə yenə onun tapdığı mallar Iran Islam Respublikasındakı Culfa gömrüyünün ərazisində Tıra yüklənən "PVC" yükü paletlərdə selafona bükülü vəziyyətdə gətirilmiş və işçilər tərəfindən Rza adlı şəxs olmaqla 2 nəfər şirkət işçisinin və Təqsirləndirilən şəxs da nəzarəti əsasında onun istifadəsində olan nəqliyyat vasitəsinə yüklənmişdir. CMR-ə diqqət edilən zaman malları göndərən tərəfin Iran Islam Respublikasında fəaliyyət göstərən X3 və Ticarət qrupu şirkəti olduğu və malları təhvil alacaq şəxsin isə Türkiyə Respublikasında Mersin şəhərində fəaliyyət göstərən OBR TARIM ürünləri şirkəti olduğunun, və həmçinin paletlərdəki ağızları fabrika üsulu ilə tikilmiş həmin kisələrin içərisində nə olduğunun isə ancaq CMR-ə baxdığımızda şahidi ola bilirik. Həmçinin təqdim etdikləri və cinayət işinin materiallarına əlavə olunan, Iran Islam Respublikasındakı müdafiəçinin araşdırdığı nəticələrdən və təqdim olunmuş ##.##.2025-ci il tarixli rəsmi sənəddən də bəlli olmuşdur ki, ##.##.2025-ci il tarixdə saat 16:39-da həmin PVC-plastik xammal 22.000 kq çəki ilə sənədləşdirilmiş və yük X2 Aghdasha məxsus **E*** nömrəli Tıra təhvil verilmiş, eyni gün saat 17:20-də 60 tonluq tərəzidə yükün çəkisi 24.190 kq olaraq qeydə alınmış, daha sonra yük Jolfa gömrük anbarına çatdırılmış və Hossein Bagheri (Nila şirkətinin nümayəndəsi) tərəfindən təhvil alınmış, bir neçə gün sonra yük Reza (Rza) Ahmadpohur tərəfindən müraciət edilərək Təqsirləndirilən şəxs tərəfindən götürülmüş və yenidən çəkildikdə isə yükün çəkisi 24.330 kq olmuşdur. Yükün bu qədər artmasından da görünür ki, plomblanana qədər istintaqa məlum olmayan digər şəxslər cinayət əməlini törədiblər və Təqsirləndirilən şəxs isə heç nədən xəbəri olmayıb. Əgər məlumatı olsaydı ən azından anten məlumatları və ya telefon yazışmalarından da bu faktlar öz əksini tapa bilərdi. Təqsirləndirilən şəxs yüklər yükləndikdən sonra nəzarəti əsasında idarə etdiyi tır plomblanmış və Azərbaycan Respublikası ərazisində yerləşən Gömrük tərəfinədək plomba müdaxilə olunmadan, zədələnmədən gətirilmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin ittihamı əsaslandırmaq niyyətilə hökmündə əsaslandığı sübutlardan biri gömrük əməkdaşları olan şəxslərin şahid qisminə verdikləri ifadələri olmuşdur. Ittiham tərəfindən və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsirli olması sübuta yetirilə bilmədiyindən və hər hansı başqa, yanaşı mötəbər sübutlar olmadığından sadəcə şablon xarakterli şahidlər dəvət olunaraq dindirilmişdir. Məhkəmə istintaq müddətində dövlət ittihamçısı və müdafiə tərəfindən də şahid qismində dəvət olunmuş həmin gömrük əməkdaşlarına "Qutulara baxış keçirilərkən Təqsirləndirilən şəxs hansı emosional hisslər keçirirdi?" sualı verildikdə, onlarda öz ifadələrində təqsirləndirilənin rahat olduğunu, yəni qutulardan hər hansı narkotik vasitələr çıxa biləcəyini gözləmədiyini bildirmişlər. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tranzit keçid edərkən bəyan edəcək daşıdığı mallarının siyahısı beynəlxalq yük daşımalarına dair qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və gömrüyə təqdim edilmiş CMR sənədlərində öz əksini tapmışdır. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmünə diqqət edilən zaman görünür ki, Azərbaycan Respublikasının da qoşulduğu "Beynəlxalq yük daşınmaları müqaviləsi haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasında daşıyıcı (sürücü) üçün birmənalı şəkildə vəzifə və ya öhdəlik olaraq müəyyən olunmayan maddələrə istinad olunmuşdur. CMR qaiməsinin 18-ci bəndində nəzərdə tutulmuş hallar sürücüyə hüquq olaraq verilmiş, vəzifə və ya öhdəlik olaraq müəyyənləşdirilməmişdir. Həmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də yük qaiməsində hansı məlumatların olmalı olduğu birmənalı və aşkar şəkildə qeyd edilmişdir. Cinayət işinə məhkəmədə baxılarkən (ittiham hökmü də bu fikri təsdiq edir) aydın şəkildə bəlli olur ki, istintaq bütünlüklə təqsirləndirilən şəxsin əleyhinə çalışmışdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxin əleyhinə olan ittihamedici sübutlarla yanaşı, onun xeyrinə olan sübutları da toplamaq ve qiymətləndirmək vəzifəsi daşıyır. Bu, bir tərəfdən çəkişmə və tərəflərin bərabərliyi prinsipinə zidd olaraq ittihamın təsdiqinə xidmət edirsə, digər tərəfdən ibtidai istintaq zamanı və cinayət işinə məhkəmədə baxılarkən ifadə verən şəxslərə ibtidai istintaq orqanının təsirinin olmasından irəli gəlir. Cinayət işində sübut - cinayət hadisəsinin baş verməsini, təqsirləndirilən şəxsin təqsirini və digər hüquqi əhəmiyyətli halları birbaşa və ya dolayı şəkildə təsdiqləyən məlumatlardır ki, hazırkı işdə demək olar ki, bu cür sübutlar ya yoxdur, ya yolverilməzdir, ya da ziddiyyətlidir. Birinci instansiya məhkəməsinin hökmünə nəzər yetirdikdə istinad edilən sübutların bu qəbildən olmadığını görmək heç də çətin deyil. Babək rayon Yuxarı Uzunoba kənd Icra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması, ambulator məcburi narkoloji yoxlamanın rəyində də onun narkoman olmaması, sidik nümunəsindən götürülmüş analiz nəticələrində hər hansı narkotik vasitələrin aşkar olunmaması da bunun bariz nümunəsidir. Məhkəmə hökm çıxararkən istinad etdiyi sənəd və normaların adlarını çəkməklə kifayətlənmiş və onların baxılan cinayət işinə münasibətdə necə, niyə və hansı meyarlarla aidiyyatı olmasını və tətbiqinin nədə ifadə olunmasını əsaslandırmamışdır. Aparılan əsaslandırmalar isə məhkəmənun arbitr funksiyasından çox, yalnız ittihamın təsdiq edilməsinə xidmət etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hökmü məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədən, sanki ittiham mövqeyindən çıxış edilməklə çıxarılmışdır. Məhz bütün bu səbəblərə görə də birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və məhkum edilmiş şəxsin barəsində yeni, bəraətverici əsaslarla hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə baxışı iclasında apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətini müdafiə etməklə şikayətin təmin olunması, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı oğlu verilmiş apellyasiya şikayətində göstərilənləri qəbul etməməklə şikayətin təmin olunmamasını, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)- **/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğunu bildirərək hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Sözügedən Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası tədqiq edilmiş cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar kollegiya qeyd edir ki, "Beynəlxalq yük daşınmaları müqaviləsi haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasında yüklə bağlı tərəflər arasında hüquq və vəzifələr müəyyən edilmişdir ki, yük qaiməsində qeyd olunan məlumatlarla uyğun gəlməyən hallarla bağlı hazırkı iş üzrə daşıyıcının riski və məsuliyyəti istisna edilmir. Eləcə də yükün içərisinə narkotik vasitənin əvvəlcədən qoyulub-qoyulmaması, plomba müdaxilə olunub-olunmaması və apellyasiya şikayətində göstərilən digər hallar daşıyıcının risk dairəsindən kənarda deyil. Apellyasiya şikayətinin bütün dəlillərinə ümumi şəkildə qiymət verərək kollegiya həmin dəlillərin apellyasiya şikayətinin təmin olunması üçün əsas təşkil etməməsi qənaətinə gəlir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə cəza təyin edərkən qanunvericiliyin tələblərinə əməl etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, ədalətli, qanuni, əsaslı, təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin baxışı mərhələsində də təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli, * saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də qeyd edilənlərə əsasən sonda kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəllənin 398.1.1, 407, 408.2.4, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410 və 412-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar