Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-11/2026 03.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Mirzəyev Ilqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, tərcüməçi Tərcüməçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakim F.İ.Heydərov) ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsi, ona həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmamasının nəzərə alınması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı ünvan 1 ünvanında yerləşən evin zirzəmisində xüsusi hazırlanmış gizli bölmədə 16 ədəd dibçəkdə əkərək kultivasiya etmiş, ## ### 2025-ci il tarixdə Naxçıvan MR Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin atası Rafiq Baxşıyevin verdiyi razılıq ərizəsinə əsasən Təqsirləndirilən şəxs Rafiq oğlunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, təqsirləndirilən şəxs özü həmin vaxt evin zirzəmisində çətənə bitkisi əkdiyini, marixuananın toxumlarının Brazilyadan gətirdiyini etiraf etmiş və polis əməkdaşlarına yerini göstərmiş, mütəxəssisin iştirakı ilə evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş, 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 ## ##### 2026-cı il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək X1 barəsində Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmün ləğv edilməsi və ona bəraət verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində qeyd etmişdir ki, mövcud cinayət işi üzrə təyin edilmiş ekspertiza tərəfindən verilmiş **** nömrəli, ## ###### 2025-ci il tarixli ekpert rəyi ilə müdafiə tərəfi olaraq tərəfimizdən qoyulmuş bəzi sualara cavab verilsə də bəzi suallara cavab verilməmişdir. Həmin suallara cavab verilməsi isə iş üzrə obyektiv hüquqi nəticəyə gəlinməsindən ötrü olduqca vacib və zəruri olmuşdur. Belə ki, rəydə şəxsin əkməkdə ittiham edildiyi həmin bitkilərin tibbi marixuana sayıla bilib-bilməməsi ilə bağlı sualına cavab verməyin həmin ekspertin səlahiyyətində olmadığı bildirilmişdir. Bundan başqa Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində etalon nümunələrin olmaması səbəbilə bitkilərin tərkibində tetrahidrokannabinolun faizlə miqdar analizinin aparılmasının mümkün olmadığı bildirilmişdir. Görünən budur ki, ekspert bu metod ilə hesablamanı aparıb nəticəyə gəlməkdə çətinlik çəkmişdir. Bu səbəbdən həmin suala cavab verilməsindən ötrü iş daha təcrübəli və daha geniş şəraitə malik ekspertə həvalə edilməli idi. Bundan başqa THC-nin faizlə miqdar analizinin aparılmasının mümkün olmaması səbəbilə də sonrakı sualın yəni həmin bitkilərin tərkibində olan THC faiz göstəricisinə əsasən narkotik tərkibli yəni şəxsə psixoaktiv təsir göstərə bilən həddə olub-olmaması sualı da cavablandırılmamışdır. Həmin bitkilərin tərkibində THC-nin faizlə miqdarının analizinin müəyyən olunması işə obyektiv qiymət verilməsindən ötrü olduqca zəruri idi. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə ilə müəyyən edilir ki, həmin bitkilər təxminən bir aydır ki, əkilmişdir. Təxminən 4 həftəlik (erkən vegetativ mərhələdə olan) kannabis bitkilərində isə THC miqdarı adətən 0–1% civarındadır, çox vaxt isə 0–0,5% olur. Bunun səbəbi THC-nin əsasən çiçəklənmə dövründə trixomlarda toplanmasıdır. Vegetasiya mərhələsində yarpaq və gövdələr üstünlük təşkil edir və bu hissələrdə THC çox az olur. THC-nin faizlə miqdarı 0-0.3 % qədər olduqda isə onun psixoaktiv təsiri olmur. Bu halın müəyyən olunması da hüquqlarını müdafiə etdiyim şəxsin əməlinə obyektiv şəkildə hüquqi qiymət verilməsindən çox böyük əhəmiyyətə malikdir. Belə ki, Sənaye (texniki) kannabisi psixoaktiv təsir göstərməyən və qanunvericiliklə müəyyən edilmiş aşağı THC tərkibli bitkilərdir. Avropa Ittifaqında bu hədd adətən ≤0,2%, ABŞ və Kanadada isə ≤0,3% təşkil edir. Bu həddi keçən bitkilər hüquqi baxımdan sənaye kannabisi hesab edilmir. Sənaye kannabisi lif, toxum, yağ, tekstil və CBD məhsulları üçün yetişdirilir. Faiz miqdarının bu həddə olması isə Cinayət Məcələsinin 237-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti yarada bilməz. Yuxarıda qeyd olunan səbəblərdən dolayı iş üzrə təkrar və əlavə məhkəmə bioloji ekspertizalarının təyin edilməsi və ekspertizaların aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi haqqında qərar çıxarılması haqqında məhkəməyə vəsatət verərək xahiş etdim. Lakin təəssüflər olsun ki, vəsatətimiz təmin olunmadı və bu səbəblə də iş üzrə obyektiv həqiqətə nail olunması mümkün olmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Göründüyü kimi iş ilə bağlı son nəticəyə gəlinmədiyindən yəqin həqiqət həmin vasitənin tərkibində THC-nin faizlə miqdarı müəyyən edilmədiyindən həqiqətdə onun narkotik vasitə olub-olmadığı şübhə altında qaldı. Belə olan təqdirdə isə həmin şübhə yalnız təqsirləndirilən şəxsin xeyrinə həll edilə bilər. Bundan başqa həmin vasitələrin həqiqətdə tibbi marixuana olması müəyyən edilməsi halında belə təqsirləndirilən şəxsə bu fəaliyyətlə məşğul olmasına icazə verilməsi anlamına gəlmir. Lakin bu hal eyni zamanda onun Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə də gətirib çıxarmamalıdır. O ən pis halda qanunamüvafiq şəkildə icazə verilməmiş fəaliyyət ilə məşğul olmağa görə inzibati və ya buna yol verildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilərdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməni nəzərdə tutur. Lakin hüquqlarını müdafiə etdiyim şəxsin əməlində isə bu cinayətin tərkib əlamətləri yoxdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətim əsaslı və qanuni olduğundan təmin edilməlidir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, X1 barəsində Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmün ləğv edilməsi və ona bəraət verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə razılaşaraq əhv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı çıxışında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Sözügedən Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Kollegiya verilmiş apellyasiya şikayətinin hər bir dəlili üzrə hüquqi qiymət vermədən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsinə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası tədqiq edilmiş cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədən ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticə verməklə həmin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif etmiş və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, ədalətli, qanuni, əsaslı, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs qeyd edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən dəlillərini müzakirə edərək qeyd olunan dəlilləri subyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində və vəsatətdə göstərilən çətənə bitkilərin tərkibində tetrahidrokannabinolun faizlə miqdar analizinin aparılması və həmin çətənə kollarının tibbi marixuana olması ilə əlaqədar sualla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, iş materiallarında olan ekspertiza rəylərində tədqiqata təqdim olunmuş bitki nümunələrinin tərkibində çətənə (kannabis) bitkisinə məxsus kannabinol (CBN), kannabidol (CBD) və tetrahidrokannabinol (THK) olduğu aşkar olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş çətənə bitkilərin tərkibində tetrahidrokannabinolun faizlə miqdarının aşağı-yuxarı həddinin müəyyən olunması verilmiş ittiham üçün heç bir əhəmiyyət daşımır. Belə ki, cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sondakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, *** nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilən, hər iki tərəfində “... Rafiq oğlunun evinə baxış keçirilməsi barədə...” yazıları, ad, soyad və imzalar (10 imza) olan və 03 yerdən “AZƏRBAYCAN RESPUBLIKASI DIN NAXÇIVAN MR DIN ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. ## ### 2025-ci il tarixli aqronomun aktına əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 birinci instansiya məhkəməsinə “Əkilmiş bitkilərin narkotik tərkibli olub-olmamasının müəyyən olunması üçün təkrar ambulator məhkəmə narkoloji ekspertizasının təyin edilməsi” barədə yazılı vəsatət vermiş, müdafiə tərəfinin vəsatəti əsasında Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə iş üzrə təkrar məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. Iş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən, hər iki tərəfində “... Rafiq oğlunun evinə baxış keçirilməsi barədə...” yazıları, ad, soyad və imzalar (10 imza) olan və 02 yerdən“AZƏRBAYCAN RESPUBLIKASI NAXÇIVAN MR ƏDLIYYƏ NAZIRLIYI MƏHKƏMƏ EKSPERTIZASI MƏRKƏZI TƏDQIQAT OBYEKTI № *” ştamp əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki natamam qurumuş vəziyyətdə ümumi təmiz çəkisi – 42,648 qram olan 32 ədəd bitki nümunələrinin tərkibində çətənə (kannabis) bitkisinə məxsus kannabinol (CBN), kannabidiol (CBD) və tetrahidrokannabinol (THK) olduğu aşkar edildi. Məhkəmə Ekspertizası Mərkəzində etalon nümunələr olmadığına görə bitkilərin tərkibində tetrahidrokannabinolun (THC) faizlə miqdar analizini aparmaq mümkün olmadı. “Bu bitkilər tibbi marixuana sayıla bilərmi” sualı müvafiq ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmır. Odur ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin sözügedən əməli törətməsi və buna görə də təqsirli sayılması qanuni və əsaslıdır, buna görə də onun CM-in 58-ci maddəsi üzrə cəzalandırılması qanunvericiliyin tələblərinə uyğundur. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsi xahiş edilsə də, Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilən hallardan heç biri mövcud olmadığından və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları ilə öz təsdiqini tapdığından apellyasiya şikayətində qeyd edilən hallar birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Kollegiya təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və аğırlаşdırаn hаllаrı nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz, göstərilən hal cəza təyin etmənin ümumi prinsiplərinə uyğun deyildir. Məhkəmə kollegiyası ona görə də bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Belə ki, ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi mötəbər şəkildə öz təsdiqini tapır, onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Kollegiyanın gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və əməlindən səmimi peşmançılığı ilə bağlı izahatı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, qeyd olunanlar birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədlər daxilində azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onlara qanuni və ədalətli cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə kollegiya belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407.2, 408.2.4, 409, 410, 412-ci maddələrini rəhbər tutaraq kollegiya qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmədə tərcüməçi qismində iştirak edən Tərcüməçi təqdim etdiyi ərizəyə uyğun olaraq yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi Tərcüməçi AZ**AIIB******************** nömrəli hesabına 203 (iki yüz üç) manat miqdarında pul köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Ilqar Mirzəyev Hakimlər: Vüqar Quliyev, Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(3-1)-11/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-11/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver