Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-15/2026 24.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 274cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Casusluq formasında dövlətə xəyanət, qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə etmə və saxlama ittihamları verilmiş, birinci instansiya məhkəməsində cinayətlərin məcmusu üzrə 15 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən bəraət (CM 274) və şərti məhkumetmənin tətbiqi (CM 228.1) üçün apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunmamış, xüsusi müsadirə ilə bağlı birinci isntansiya məhkəməsinin hökmündə dəyişiklik edilmiş Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## ##### 1969-cu ildə Şərur rayonu, Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 274-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə Iran Islam Respublikasının Culfa şəhərində olan zaman əvvəllər tanıdığı həmin ölkənin xüsusi xidmət orqanı olan Informasiya və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ilə əməkdaşlıq edən Iran Islam Respublikasının vətəndaşı X2 tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, Təqsirləndirilən şəxs tamah məqsədi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən ## ### 2025-ci il tarixdə idarə etdiyi “**-CA-***” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobillə Naxçıvan-Şahbuz istiqamətində hərəkətə başlayaraq, istifadəsində olan “Samsung Galaxy A15” markalı mobil telefonu vasitəsilə həmin marşrut üzrə yerləşən bütün hərbi hissələrin nömrələri və digər hərbi, eləcə də strateji əhəmiyyətli obyektlər barədə səsli formada izahlar verməklə 38:21 və 21:41 dəqiqədən ibarət iki videoçəkiliş aparmış və ## ### 2025-ci ildə Iran Islam Respublikasının Culfa şəhərinə gedərək qeydə aldığı həmin videoçəkilişləri Rza Hüseynquluzadəyə verərək casusluq formasında dövlətə xəyanət etmişdir.
2. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsi niyyətlə hər biri 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, təyinatı üzrə istifadəyə yararlı 02 ədəd darağı qəsdən qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, ## #### 2025-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilmiş baxış zamanı qeyd olunan odlu silahın komplekt hissələri aşkar edilərək götürülmüşdür. II. Birinci instansiya məhkəməsində icraat
3. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakim F.Heydərov) ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 274-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, ona həmin Məcəllənin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 274-cü maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının qəti cəza təyin edilməsi, onun, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən, saat 00:25-dən hesablanması, cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.
4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək apellyasiya baxışı zamanı məhkəmə istintaqının tam şəkildə aparılmasının təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetmədiyindən onun barəsində bəraət hökmünün çıxarılması, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona təyin olunmuş cəzaya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaya şərti məhkum edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin apellyasiya baxışının ilkin məhkəmə baxışında dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs istər istintaq, istərsə də məhkəmə baxışı zamanı ona elan olunmuş ittihamla özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilsə də, CM-nin 274-cü maddə ilə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində oğlu Niyaməddinin göndərdiyi pulu götürmək üçün Kəngərli rayon Bələdiyyə binasının yanına getdiyini, həmin vaxt Cavid və başqa əməliyyatçı bələdiyyə binasının qabağında ona “Səni rəis çağırır" demişdirlər. Naxçıvan şöbəsinin əməkdaşları Kamran, Musa onu DTX-nın Kəngərli rayon şöbəsinə apardıqlarını, ondan "Balaca gəlinlə necə yola gedirsən?-deyə soruşanda her şeyin yaxşı olduğunu söyləmişdir. Onlar da "Bizdə olan məlumata əsasən sən gəlinlə yola getmirsən" demişdilər, təqsirləndirilən şəxsin isə "Siz mənim ailəmi müzakirə etmək üçün bura gətirmisiniz? deyə soruşmuşdur, "Iranla əlaqəsi olan bir nəfəri müstəntiqə verməliyik" deyə cavab vermişdirlər. Təqsirləndirilən şəxs də Irana gedib-gələn olduğunu, amma yol bağlı olduğu üçün çoxdandır getmədiyini, ancaq Türkiyəyə getdiyini bildirmiş, daha sonra kəndin icra nümayəndəsi ona zəng edərək məhkəmədən məktub gəldiyini və gəlib məktubu götürməyini istəmiş, təqsirləndirilən şəxs nümayəndəliyin inzibati binasına daxil olan kimi, Cavidlə şərurlu oğlanın onun qoluna girib öz avtombili ilə Kəngərli rayon Dövlət təhlükəsizliyi Xidmətinin binasının qarşısına gətirdiklərini, avtomobildən enib qapıları bağladıqlarını, ona "Naxçıvan şəhərində rəis səni gözləyir" demişlər. Təqsirləndirilən şəxsi şərurlu oğlanın avtomobilinə mindirib Naxçıvan şəhərinə gətirib Dövlət Təhlükəsizliyi binasının zirzəmisinə salıb onu sorğusual olunduğunu bildirmişdir. Sonra təqsirləndirilən şəxsə orada ağır işgəncələr verilmiş, ayaqlarından baş barmaqlarının dırnaqları çıxarılmış, həmin vaxt təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilmiş, həmin videolarda hərbi hissəyə andiçmədə iştirak etmək üçün gedən valideyni apararkən valideyin soruşmuş bu hansı hərbi hissədir? Təqsirləndirilən şəxs isə "Qurban olduqlarımın və kürəyi yerə dəyməyən igidlərin işlədiyi yerdir" deyə cavab vermişdir. Təqsiləndirilən şəxsin 1-ci qarabağ müharibəsində iştirakı ilə bağlı kontuziya almış və xəstəliyi ilə əlaqədar mütəmadi dərman qəbul etdiyindən məlumatı olmadan mobil telefonun kamerası açıq olduğundan yol-boyu video çəkiliş olmuşdur. DTX-nin Naxçıvan Baş Idarəsində təqsirləndirilən şəxs nə hərbi hissənin nə də ki, hər hansı bir strateji obyektin videogörüntüsünun onun tərəfindən çəkilmədiyini bildirmiş, Iran Islam Respublikası vətəndaşı Rza Hüseynquluzadə ilə 1995-1996-cı illərdə xırda ticarətçi kimi tanıdığını qeyd etmiş, 13 yaşından narkotik vasitə istifadə etdiyini, əvvəllər Lakin Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il, 1(4-21)-*/**** №-li hökmündə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə kəskin ziddiyət olduğu qeyd edilərək, guya ## ### 2025-ci il tarixdə Culfa şəhərində olarkən Rza Hüseynquluzadə ona mobil telefon vasitəsi ilə zəng edərək Naxçıvan şəhəri və Şahbuz rayonu ərazisində yerləşən bütün hərbi və strateji obyektlərin video görüntülərini qeydə alınmasını və bu görüntülərin Iran ərazisində şəxsən özünə təqdim olunması tapşırıldığı qeyd olunmuşdur. ## ### 2025-ci il tarixdə Rza ilə telefon danışıqları zamanı Rza ona nə vaxt Irana gələcəyini soruşmuş, o da 20 may tarixinə avtobusa bilet aldığını bildirəndə Rza ondan üstüörtülü “Tiktoku çəkdin” deyə soruşduğu qeyd olunur. ## ### 2025-ci il tarixdə O, Irana gedən zaman təxminən axşam saatlarında Rza ilə Iranın Culfa şəhərində görüşdüyü qeyd olunmuş, Rza ilə görüşləri zamanı "Iphone” markalı mobil telefon sata bilən adamın kənarda dayanan maşının içərisində olduğunu və onu gözlədiyi qeyd olunmuş, həmin adamın maşına oturmaq istəyəndə Rza Naxçıvan şəhərində Avtovağzaldan Şahbuza qədər olan yolu, eləcədə yol boyu yerləşən hərbi hissələrin çəkildiyi video görüntüləri olan mobil telefonun ondan istədiyini onun da telefonun kodunu açaraq Rzaya təhvil verdiyi qeyd olunmuş, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən Naxçıvan şəhəri və Şahbuz rayonu ərazisində yerləşən hərbi və strateji obyektlərin video görüntülərin qeydə alınmasına baxmayaraq, Iran Islam Respublikası vətəndaşı Rza adlı şəxsə həmin görüntülərin hər hansı şəkildə göndərilməsi və ya ötürülməsi öz təsdiqini tapmamışdır. Belə ki, ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxs həyat yoldaşı X1 ilə birlikdə Iran yolundan istifadə etməklə Pərvanə Fərzəliyevanın xəstə olan bacısına baş çəkmək üçün Bakı şəhərinə getmişdilər. "Iran Culfasında" avtobusdan düşüb pasportu peçat vurdurub və orada 4 ədəd kabab alıb yenidən avtobusa qayıtmışlar. Həmin vaxt orada təqsirləndirilən şəxs heç bir Iran vətəndaşı ilə görüşməmiş və əlaqədə olmamış, sonra isə Təqsirləndirilən şəxs və həyat yoldaşı Pərvanə Fərzəliyeva birlikdə avtobusa minib yenidən Bakı şəhərinə yola düşüblər. Hətta bütün bu hallarla bağlı şahid qismində Pərvanə Fərzəliyeva məhkəmə istintaqında ifadə vermişdir. Təqsirləndirilən şəxsin döymə, işgəncə və təzyiq altında ifadə verməsi və onun ayaq baş barmaqlarının dırnaqlarının çıxarılmasının DTX-nin Naxçıvan baş Idarəsində onun həyat yoldaşı Pərvanə Fərzəliyeva ilə görüşən zaman video kamera altında corablarını çıxararaq həyat yoldaşına göstərmiş, hətta təqsirləndirilən şəxsin həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə Iran yolu vasitəsi ilə birlikdə getmələrini təsdiq edən həmin tarixə alınmış avtobus biletləri sübut qismində məhkəməyə təqdim olunmuşdur. Sadəcə istintaq orqanı 20 may tarixində Təqsirləndirilən şəxs Iran vətəndaşı Rza Hüseynquluzadə arasında telefon danışığı olmuşdur ki, sadəcə danışıq müddəti qeydə alınmışdır ki, bu da təqsirləndirilən şəxsin xarici ölkə vətəndaşına hansı məlumatın və ya dövlət sirrinin ötürülməsi ilə bağlı sübut qismində istifadə etmək olmaz. Cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittiham və məhkəmənin ittiham hökmü ehtimala əsaslanır. Yəni təqsirləndirilən şəxs tərəfindən sözügedən videogörüntülərin xarici ölkə vətəndaşına bu və ya digər şəkildə ötürülməsi tam olaraq sübut edilmir. Həmçinin təqsirləndirilən şəxs DTX-nin Naxçıvan Baş idarəsində vəkilin iştirakı olmadan sorğu-sual olunarkən ciddi işgəncələrə məruz qalmışdır ki, məhz həmin işgəncə və təzyiq altında təqsirləndirilən şəxs ifadə vermişdir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il, 1(4-21)-*/**** №-li hökmündə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadədən kəskin şəkildə fərqləndiyi qeyd olunur ki, məhkəmə sanki ittiham mövqeyindən və ibtidai istintaqın dəlillərindən çıxış edərək, məhkəmə istintaqında təqsirləndirilən şəxsin və şahidin verdiyi ifadələrə məhəl qoymamış, obyektiv və hərtərəfli araşdırma aparmamışdır. CPM-nin tələblərinə əsasən müdafiəçinin iştirakı olmadan şübhəli və ya təqsirləndirilən şəxs qismində verilən izahata istintaq və məhkəmə orqanları sübut qismində istinad etməyə haqlı deyil. DTX-nin Naxçıvan Baş idarəsində təqsirləndiririlən şəxs Təqsirləndirilən şəxs işgəncə və təzyiq altında verdiyi ifadəsini sübut kimi yolverilməz hesab olunması, əlavə məhkəmə istintaqının keçirilməsi və şəxsin ayaq baş dırnaqlarının çıxarılması ilə bağlı məhkəmə tibbi ekspertizanın keçirilməsinə zərurət yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasına yol vermir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq ayın 7-də avtobusla Bakı şəhərinə getdiyini, 9-u qayıdanda 2 siqaretdə narkotik vasitə aldığını, əvvəl “çəkəni” olduğunu, maşında oturub narkotiki , səhər də 4 ədəd baralgin dərmanı atdığını, buna görə “hallı” olduğunu, gedib gələrək çəkdiyini, yadından da çıxdığını, ümumiyyətlə elə bir şeyin olduğunu da bilmədiyini, prokurorun 6 ay əvvəl Səbail Rayon Məhkəməsinin hökm verdiyini dediyini, hökm vermişdisə onu niyə əməliyyatçıların tutmadığını, fevral ayı Naxçıvana gəldiyini, Türkiyədə “hambal” işlədiyini, uzağı 1 həftə Naxçıvanda olduğunu, ayın 22-si Bakıya qayıtdığını, videonu Iranda gedib verdiyini dediklərini, Iranda 30-40 dəqiqəyə kimi gördüyünü, üstəlik yoldaşının da yanında olduğunu, izahatlarda arvadını demədiyini, Ağır Cinayətlər Məhkəməsində ona sübut, dəlil taparsa deyəcəyini bildirdiklərini, döyülməyindən şikayətçi olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında videonu “hallı” olduğu üçün çəkdiyini, həmin videodakı səsin ona aid olduğunu, həmin videonu xarici xidmət orqanlarına vermədiyini, Iranda heç kimlə görüşmədiyini, Rza adlı şəxsi təxminən 2010-cu ildən tanıdığını, onunla hal-əhval soruşmaq üçün danışdığını, 20 may tarixində Irana saat 7-nin yarısı getdiyini, Whatsapp mobil tətbiqindən biletininin şəkilini Rza adlı şəxsə Bakıya gedirdi deyə atdığını, ona görə tez-tez zəng etdiyini, ona Bakıya gedib ev tutmağını dediyini, Rza adlı şəxslə 17:50-dən başlayaraq 21:01-dək avtobusda olanda danışdığını, Türkiyəyə işləmək üçün, Irana da benzin, salyarka kimi şeylər gətirib satmaq üçün getdiklərini, Rza adlı şəxsin ona Bakı şəhərində ev tapmasını, malın gəlib ora yığılacağını, satacaqlarını dediyini, silahın darağını döyüşdə olan zaman düşmən əsgərin üzərindən götürdüyünü, həmin vaxt bacısının ona zəng edərək oğlunun doğulduğunu dediyini, evə gələrkən onu da gətirdiyini, sonra da yaddan çıxararaq evə qoyduğunu bildirdi.
8. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq təqsirləndirilən şəxsin işgəncəyə, qeyri-qanuni rəftara, hədə-qorxuya məruz qaldığını, ailə üzvlərinə işgəncələr olacağı ilə hədələnərək etirafedici ifadəsinin alındığını, telefonunda olan məlumatların Iran Islam Respublikasında başqa şəxslərə verməsinin digər istintaq materialları ilə öz təsdiqini tapmadığını, məhkəmə istintaqında onun verdiyi ifadəsinə qiymət verilmədiyini, təqsirləndirilən şəxsin telefonunda olan məlumatları hər hansı bir şəxsə, konkret olaraq Iran Islam Respublikasında hər hansı şəxsə vermədiyini məhkəmədə bildirməsinə, məlumatın verilməsi ilə bağlı sübutların öz təsdiqini tapmamasına baxmayaraq məhkəmənin onun barəsində ittihamedici hökm çıxardığını, konkret olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə razılaşmadıqlarını, digər maddəyə münasibətdə şəxsin evindən çıxdığını etiraf etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Dövlət ittihamçısı Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Rza adlı Iran vətəndaşını 2010-cu ildən tanıdığını bildirdiyini, lakin birinci instansiya məhkəməsində 1995-1996-cı illərdən həmin şəxsi tanıdığını, dostluq münasibətləri olduğunu bildirdiyini, bunun hökmdə də qeyd olunduğunu, istintaq orqanı tərəfindən araşdırılmış və məhkəməyə təqdim edilmiş sübutların obyektiv, ədalətlə qiymətləndirildiyini, təqsirləndirilən şəxsin verdiyi vəsatətlərin, dinlənilməsini istədiyi şahidlərin olduğunu, hamısına əməl olunmaqla keçirildiyini, nə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 70-ci maddənin tətbiq edilməsinə, nə də Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə bəraət hökmü çıxarılmasına əsas olmadığını, kifayət qədər sübutların olduğunu, bəraətverici əsasların olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
10. Maddə 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
11. Maddə 274. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
12. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
13. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
14. 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
15. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.
16. 145.3. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
17. 25. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPMin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndi)
18. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndi) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)
20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)
21. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)
22. Hazırkı apellyasiya şikayətində təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetmədiyindən onun barəsində bəraət hökmünun çıxarılmasını və CM-nin 228.1-ci maddəsi ilə ona təyin olunmuş cəzaya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaya şərti məhkum edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, Azərbaycan Respublikasının cinayət və cinayət-
23. qanunvericiliyinin tələblərini, yuxarıda qeyd edilən plenum qərarlarında əks olunan prosessual hüquqi mövqeləri araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar onun təmin olunması üçün əsas deyildir.
24. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi təqsirləndirilən şəxsin döyülmə, işgəncə və təzyiq altında ifadə verməsi ilə əlaqədar dəlilini əsassız hesab edir. Belə ki, ## #### 2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan (cild 1, səh. 43) görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Leyla Isgəndərovanın iştirakı ilə AR DTX-nın inzibati binasında dindirilmiş, törətdiyi əməldən peşman olduğunu bildirmiş, protokolun sonunda sərbəst şəkildə ifadə verdiyini öz xətti ilə qeyd etmiş, protokolun düzgün yazıldığını göstərərək hər hansı əlavə və ya etirazının olmadığını yazmışdır. Həmin vaxt təqsirləndirilən şəxs ona DTX Naxçıvan baş idarəsində hər hansı qanunsuz təsir göstərilməsi ilə bağlı heç bir etiraz bildirməmişdir. Bundan başqa, işdə olan ## #### 2025-ci il tarixli həbs edilmiş şəxsin anket məlumatlarına əlavə edilmiş sağ, sol və öndən çəkilmiş fotoşəkildən (cild 1, səh. 82) görünür ki, təqsirləndirilən şəxsin üzündə və görünən bədən nahiyələrində döyülmə, zorakılıq və ya işgəncəni təsdiq edə biləcək hər hansı xəsarət əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunandan 4 ay sonra başqa müdafiəçi seçmiş və bundan sonra ona qarşı işgəncə verilməsi ilə bağlı ifadələr və vəsatətlər verilməyə başlamışdır. Bu hal onun ifadələrinin özünümüdafiə xarakteri daşıdığını və müdafiəçisinin buna əsaslanan müdafiə strategiyası kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs və müdafiəçisi qeyd edilən hallarla bağlı məhkəmə nəzarəti qaydasında da müraciət etməmişlər.
25. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov
29. və digərləri Azərbaycana qarşı” işi üzrə qərarında verilən təfsirə görə isə bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
26. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülən digər dəlili ondan ibarətdir ki, təqsirləndirilən şəxs tərəfindən sözügedən videogörüntülərin xarici ölkə vətəndaşına bu və ya digər şəkildə ötürülməsi tam olaraq sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə Naxçıvan-Şahbuz marşrutu üzrə hərəkət edərkən yolboyu yerləşən hərbi hissələr və digər strateji əhəmiyyətli obyektlər barədə məlumatlar verməklə iki ayrı videoyazı aparmış, məhkəmə fonoskopik ekspertizasının rəyinə əsasən videolardakı səs təqsirləndirilən şəxsə məxsus olmuş, həmçinin təqsirləndirilən şəxsin özüdə məhkəmə iclasındakı çıxışında videodakı səsin ona məxsus olduğunu bildirmişdir. Həmçinin telefon danışıqlarının tədqiqi ilə bağlı tərtib edilmiş ## ######## 2025-ci il tarixli baxış protokolundan (cild 1, səh. 256) görünür ki, +************ və +************ saylı mobil nömrələr Iran vətəndaşı Rzanın adına rəsmiləşdirilmiş və təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 19:45-də Iran ərazisinə keçdikdən sonra və həmin gün saat 21:01-dək Rza ilə aralarında çoxsaylı telefon zəngləri olmuşdur. Işdə olan sərhədkeçmə məlumatlarıda (cild 1, səh. 114) həmin vaxtda təqsirləndirilən şəxsin Iran Islam Respublikasına daxil olmasını təsdiq edir.
27. Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində casusluq dövlətə xəyanət cinayətinin törədilmə üsullarından biri kimi çıxış edir. CM-nin 276-cı maddəsində “casusluq” dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama başa düşülür. Iş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs hərbi və strateji əhəmiyyətli obyektlərə dair məlumatları məqsədyönlü şəkildə toplamış, videoya çəkmiş və həmin məlumatları xarici dövlət nümayəndəsinə təqdim etmək niyyəti ilə saxlamışdır. Belə ki, onun çəkdiyi videolarda (cild 1, səh. 73, N) hərbi hissə və digər hərbi obyektlərin dəqiq nömrələri səsləndirilir, həmçinin videonun məqsədli şəkildə çəkildiyinə dair ifadələrə yer verilir. “Gedək görək, Allaha təvəkkül. Inşallah çəkirsən... itlər də çox fırlanır... Görək nə olur... qabağımızda korpus, bu avtoparkdı... bunların hamısı ordunun binalarıdı, qarşımızda korpusdu,... burada olan vertolyotlar, bunlar kukuruzlardır, bir dənə vertolyotdu, bir dənə köhnə maşın üstündə, ... (hərbi hissələrin nömrələri səsləndirilir)..., o yandan fırlanıb, inşallah keçib içəri girməyə imkan olacaq..., girib hospitalın yanından fırlanım, orada uyğun bir adam tapacağıq..., Bacardığım qədər oraları da çəkəcəyəm... Aha, buradan da yenim, keçim o yandan, görüm indi nə çəkə bilirəm... Inşallah bir şeylər ələ keçirdəcəyik...” kimi ifadələr videonun məhz məqsədli şəkildə çəkildiyini bir daha təsdiq edir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməllərinə düzgün hüquqi qiymət vermiş, onun şəxsiyyəti, cinayətin xarakteri, nəticələri, yüngülləşdirən və ağırlaşdıran halları tam və hərtərəfli qiymətləndirmiş, ona qanunun tələblərinə uyğun, ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi və ya təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən xüsusi müsadirə olunmalı əmlakla bağlı hökmün əsaslandırma hissəsində səhvə yol verilmişdir. Baxmayaraq ki, hökmün nəticə hissəsində xüsusi müsadirə olunmalı əmlakın olmaması göstərilmişdir, hökmün təsviriəsaslandırma hissəsində Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə səhv istinad edilmiş, xüsusi müsadirə olunmalı əmlakın (ittiham aktında xüsusi müsadirə olunmalı əmlak kimi təklif olunan DTX Maddi-texniki təminat baş idarəsində saxlanılan 02 ədəd avtomat daraq və 02 ədəd daraq qabı) olması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəanın tətbiq edilməli olması əsaslandırılmışdır.
30. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 84-cü bəndində göstərilir ki, CPM-in 132.1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə maddi sübut qismində tanınmış mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla), mülki dövriyyədən çıxarılmış əmlak barəsində onların CM-in 99-1.1-ci maddəsində göstərilən əmlak növlərinə aid olub-olmamasından asılı olmayaraq xüsusi müsadirə tətbiq olunmamalı, hökmdə, digər yekun qərarda həmin predmetlərin müvafiq təşkilatlara verilməsi, dəyəri olmadıqda isə məhv edilməsi haqqında qərar qəbul edilməlidir.
31. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə qeyd olunan maddi sübut qanuni əsaslarla əldə olunmadığından xüsusi müsadirənin tətbiqi ilə bağlı müddəalar hökmün təsviri əsaslandırıcı hissəsindən (32-ci səhifəsi, 4-5-ci abzaslar) xaric edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü maddi sübutun xüsusi müsadirə olunmalı əmlaklara aid edilməsi hissəsində dəyişdirilsin. DTX Maddi-texniki təminat baş idarəsində saxlanılan 02 ədəd avtomat daraq və 02 ədəd daraq qabının xüsusi müsadirə olunmalı əmlak hesab olunması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəanın tətbiq edilməli olması ilə bağlı müddəalar hökmdən (təsviri-əsaslandırıcı hissə, 32-ci səhifə, 4-5-ci abzaslar) xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev