Məhkəmə qərarları › İş №1(3-1)-16/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-16/2026

26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-16/2026 26.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Ilqar Məhərrəm oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi R Dövlət ittihamçısı, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, onun müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakları ilə ## ### 1991-ci ildə Şərur rayonu, Dizə kəndində doğulmuş, evli, 3 uşaq anası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən H.M.Məmmədov) ## ### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5ci maddələri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən, saat 17:45-dən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 qonşusu və rəfiqəsi təqsirləndirilən şəxs2 ilə ##.##.2025-ci il tarixdə söhbətləşərkən hər ikisi maddi vəziyyətlərinin çətin olması, müəyyən ödənişlərini qarşılamaları üçün pula ehtiyaclarının olması barədə müzakirə apardıqları zaman həmkəndliləri X9 öz təqaüdündən topladığı pulları üzərində gəzdirdiyi, hətta bir müddət əvvəl Zeynəb Ismayılovanın onlara gələrək özündə olan 8000 manat pulu saxlaması, yaxud da banka qoyması üçün qayınatası şahid20 xahiş etməsi və qayınatasının pulları qəbul etməkdən imtina etməsi barədə təqsirləndirilən şəxs2 məlumat verərək hər ikisi üzərində gəzdirdiyi həmin məbləğdə pulu ələ keçirmək üçün Zeynəb Ismayılovanı öldürmək qərarına gələrək cinayət əməlini törədəcəkləri vaxtı, yeri və üsulu müzakirə etdikdə təqsirləndirilən şəxs2 Zeynəb Ismayılovanın vaxtaşırı onlara gələrək paltaryuyan maşından istifadə etdiyini, növbəti gəlişində planlaşdırdıqları cinayət əməlini həyata keçirə biləcəklərini bildirmiş və bu barədə hər ikisi razılığa gəlmiş, növbəti gün, yəni ##.## 2025-ci il tarixdə Zeynəb Ismayılova paltarlarını maşında yumaq üçün onlara gəldikdə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 ilə planlaşdırdıqları cinayətin törədiləcəyi yeri və üsulunu, eləcə də sonuncunun həmin vaxt uyğun olub-olmadığını tam dəqiqləşdirmədiyindən, Zeynəb Ismayılovaya səhəri gün, yəni ##.##.2025-ci il tarixdə gəlməsini bildirmiş və bu barədə təqsirləndirilən şəxs1 məlumat verərək səhəri gün törədəcəkləri cinayəti ardıcıl şəkildə planlaşdırmışlar. Plana əsasən hər ikisi cinayət hadisəsinin törədilməsində istifadə etmək üçün təqsirləndirilən şəxs2 yaşadığı evdəki dəmir parçaların yığıldığı sandıqdan bir ədəd “T” şəkilli dəmir parçasını və bir ədəd dəmir çəkici seçərək paltaryuyan maşının yerləşdiyi mətbəx otağında görüntüsü məhdud, həm cinayətin alətinin gizlədilməsi, eləcə də cinayət əməlini bilavasitə törədəcək təqsirləndirilən şəxs1 gizlənməsi üçün uyğun olan yerdə divara söykəmiş, səhəri gün Zeynəb Ismayılova istənilən saatda gəldikdə və paltarlarının yuyulmasının bitməsinə az vaxt qalmış təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 səsləyəcəyi, sonuncunun evin arxa hissəsindəki qapısından mətbəx otağına daxil olacağı və Zeynəb Ismayılovanın yuyulmuş paltarlarını götürərkən təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 ilə birlikdə Zeynəb Ismayılovanı dəmir parçaları ilə öldürərək üstündə olan pulları ələ keçirəcəkləri barədə razılığa gəlmişlər. ##.##.2025-ci il tarixdə, saat 12:00 radələrində Zeynəb Ismayılova paltarlarını yudurtmaq üçün təqsirləndirilən şəxs2gilə gəlmiş, sonuncu Zeynəb Ismayılovanın paltarlarını paltaryuyan maşınına atmış və maşını 1 saatlıq rejimə qoymuş, paltaryuyan maşının dayanmasına az qalmış məqsədli şəkildə övladlarını həyətdə top oynamağa göndərmiş, daha sonra təqsirləndirilən şəxs1 səsləmiş, sonuncu həyətə daxil olaraq evin arxa giriş qapısında Zeynəb Ismayılovanın mətbəx otağına gəlməsini gözləmiş, təqsirləndirilən şəxs2 qabaqcadan planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək üçün paltarları maşından götürməsi üçün məqsədli şəkildə Zeynəb Ismayılovanı mətbəx otağına göndərmiş, həmin vaxt təqsirləndirilən şəxs1 evin arxa qapısından içəri daxil olaraq əvvəlcədən mətbəx otağının divarına söykədikləri “T” şəkilli dəmir parçasını götürmüş, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 görməməsi üçün paltaryuyan maşınından əyilərək paltarları çıxarmaqda olan Zeynəb Ismayılovanın sağ tərəfində durmuş, bu vaxt təqsirləndirilən şəxs1 əlində olan dəmir parçası ilə Zeynəb Ismayılovanın başın təpə nahiyəsindən qəsdən ardıcıl üç zərbə vuraraq həyat üçün təhlükəli olan ağır xəsarətlər - sağ alın, təpə və gicgah sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi, baş beyinin yumşaq toxumalarına və onun qişaları altına qansızma, başın, alın, təpə gicgahın əzilmiş çırılmış yaraları, sağ gözün ətrafının qançırı xəsarətləri yetirmiş, daha sonra ikisi birlikdə sonuncunu arxası üstə çevirmiş, təqsirləndirilən şəxs1 onun xırıldadığını gördükdə Zeynəb Ismayılovanın ölümünü tezləşdirmək məqsədilə təqsirləndirilən şəxs2 “bir şey gətir bunu boğaq” demiş, təqsirləndirilən şəxs2 da evdən yastıq və adyal gətirmiş, təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 birlikdə yastığı Zeynəb Ismayılovanın ağzına sıxıb nəfəs almağına imkan verməməklə onun ölümünü tezləşdirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb arzu etməklə qəsdən həyatdan məhrum etmişdir. təqsirləndirilən şəxs1 Zeynəb Ismayılovanın yaxasına qırmızı lentlə bağladığı torbanın içərisində olan təxminən 8000 manat pulu, 585 əyarlı, 648,6 manat dəyərində, üzərində klon olan 4,7 qram qızıl boyunbağını, 750 əyarlı, 1237,5 manat dəyərində 7,5 qram qızıl boyunbağını və 585 əyarlı, 579,6 manat dəyərində, üzərində dairəvi formalı yazısı olan 4,2 qram qızıl klonu götürüb cibinə qoymuşdur. Daha sonra təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 ilə birgə Zeynəb Ismayilovanın yudurtmaq üçün gətirdiyi paltarları, pul kisəsini, qırmızı lenti və Zeynəb Ismayılovanın meyitini adyalın içərisinə qoyaraq yastıqla birlikdə təqsirləndirilən şəxs2 evində olan hamam otağına aparmışdır. Bundan sonra təqsirləndirilən şəxs2 birgə razılıqlarına əsasən övladlarını Şərur rayon Qarxun kəndində yaşayan keçmiş əri Əziz Məmmədovgilə aparıb qoymuş, oradan qayıtdıqdan sonra həyətlərindən öz evində olan təqsirləndirilən şəxs1 səsləmiş, təqsirləndirilən şəxs1 yenidən onlara gələrək törətdikləri cinayət əməlini gizlətmək üçün təqsirləndirilən şəxs2 ilə birlikdə içərisində paltarlar, pul kisəsi, qırmızı lent və Zeynəb Ismayılovanın meyiti olan adyalı, həmçinin yastığı evin arxa qapısının yanına gətirib qoymuş, sonra təqsirləndirilən şəxs1 evin həyət qapısından çölə çıxıb ətrafa nəzər salmış, heç kimin olmadığına əmin olduqdan sonra təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 ilə birlikdə içərisində paltarlar, pul kisəsi, qırmızı lent və Zeynəb Ismayılovanın meyiti olan adyalı, həmçinin sonuncunu boğarkən istifadə etdikləri yastığı təqsirləndirilən şəxs2 həyətində olan su quyusuna atmışlar. Bundan sonra təqsirləndirilən şəxs1 tamah məqsədilə törətmiş olduqları cinayət əməli nəticəsində götürmüş olduğu Zeynəb Ismayılovaya məxsus puldan təxminən 5800 manatını və qeyd edilən qızıl əşyalarını gələcəkdə böləcəklərini bildirərək saxlaması üçün təqsirləndirilən şəxs2 vermişdir. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünü işə məhkəmə istintaqı ilə baxıb ləğv edərək, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin ləğv edilməsi və təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində hökmün təsviriəsaslandırıcı və nəticə hissəsində göstərilənləri qeyd edərək şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı cinayət işinə baxılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş, işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə araşdırması formal xarakter daşımış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallar lazımi qaydada araşdırılmadan, iş üzrə mövcud olan ciddi ziddiyyətlər aradan qaldırılmadan nəticəyə gəlinmişdir. Halbuki cinayət mühakimə icraatının əsas məqsədi formal nəticəyə deyil, obyektiv həqiqətin müəyyən edilməsinə xidmət etməlidir. Lakin hazırkı iş üzrə məhkəmə bu prinsiplərdən kənara çıxaraq işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız hökm çıxarmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə təsdiq olunmur, hökm ehtimallara və birtərəfli yanaşmaya əsaslanır. Məhkəmə müdafiə tərəfinin irəli sürdüyü dəlilləri, faktları və arqumentləri faktiki olaraq araşdırmamış, onlara hüquqi qiymət verməmiş, yalnız ittiham mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Bununla da təqsirsizlik prezumpsiyası, tərəflərin çəkişmə prinsipi və sübutların obyektiv qiymətləndirilməsi kimi fundamental cinayət-prosessual təminatlar pozulmuş, nəticədə hüquqlarını müdafiə etdiyim şəxs barəsində ədalətli məhkəmə araşdırması aparılmadan kifayət qədər ağır, əsassız və qanunsuz hökm çıxarılmışdır. Aşağıda qeyd etdiyi xüsusatlara istinadən hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü tamamilə qanunsuz və əsassızdır. Bildirir ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 müdafiə hüququnun kobud və aradan qaldırılması mümkün olmayan şəkildə pozulması ilə aparılmış ibtidai istintaq zamanı əldə edilmiş qanunsuz və qondarma sübutlar əsasında çıxarılmışdır. Birinci instansiya məhkəməsi isə həmin pozuntuların mahiyyətini və işin nəticəsinə təsirini araşdırmadan, müdafiə tərəfinin dəlillərinə formal münasibət göstərərək istintaq materiallarını olduğu kimi hökmün əsası kimi qəbul etmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə Şərur Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən faktiki olaraq saxlanılmış və həmin vaxtdan etibarən onun azadlığı məhdudlaşdırılmışdır. ## ##### 2025-ci il tarixdə Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarının çağırışı üzrə təqsirləndirilən şəxs1 qayınatası şahid20 tərəfindən şəxsən Şərur Rayon Polis Şöbəsində aparılmış, həmin vaxtdan etibarən təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən faktiki olaraq saxlanılmışdır. təqsirləndirilən şəxs1 ## ##### 2025-cı il tarixdə saxlanılmasını məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid20 və şahid24 öz ifadələrində birbaşa qeyd etmişdilər. Lakin birinci instansiya məhkəməsi öz hökmündə sözügedən şahidlərin ifadələrini təhrif edilmiş şəkildə qeyd etmiş, onların ifadələrini tam şəkildə, olduğu kimi hökmə daxil etməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər hadisənin birbaşa şahidi və ya cinayət hadisəsinə birbaşa aidiyyəti olan şəxslər olmamışdır. Buna baxmayaraq, məhkəmə həmin şəxslərin ifadələrinə hökm çıxararkən əsassız üstünlük vermiş, eyni zamanda onların məhkəmə iclasında verdikləri təqsirləndirilən şəxs1 leyhinə olan ifadələri hökmün təsviri-əsaslandırıcı hissəsində tam və düzgün şəkildə, olduğu kimi əks etdirməmişdir. təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə saxlanılması hazırkı apellyasiya şikayətinə əlavə etdiyi təqsirləndirilən şəxs1 məxsus +99460-325-35-36 mobil nömrəyə dair X10, eyni zamanda X11 Çıxarışlarla da tam şəkildə təsdiq olunur. Belə ki, təqdim edilmiş X10ndan açıq və birmənalı şəkildə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə saat 18:55:25-dən etibarən təqsirləndirilən şəxs1 məxsus +99460-325-35-36 mobil nömrənin yerləşdiyi məkan dəyişilməz olaraq ardıcıl şəkildə eyni ünvan üzrə qeydə alınmış, həmin vaxtdan sonra mobil nömrənin qoşulduğu baza stansiyası və anten sektoru üzrə hər hansı dəyişiklik baş verməmişdir. Təqdim edilmiş texniki məlumatlardan görünür ki, qeyd olunan tarix və saatdan etibarən mobil nömrə ardıcıl şəkildə eyni anten dairəsində aktiv olmuş, nömrənin fərqli ərazi və ya hərəkət trayektoriyası üzrə qeydə alınmasına dair hər hansı məlumat mövcud olmamışdır. Məlum olduğu kimi, mobil rabitə operatorlarının X10 şəxsin yerləşmə və hərəkət istiqamətinin müəyyən edilməsində obyektiv texniki vasitələrdən biri hesab olunur. Şəxsin sərbəst hərəkət etməsi halında mobil cihazın müxtəlif baza stansiyalarına və anten sektorlarına qoşulması qaçılmazdır. Lakin təqsirləndirilən şəxs1 məxsus mobil nömrə üzrə əldə edilmiş məlumatlar bunun əksini göstərir və həmin şəxsin qeyd olunan tarixdən, yəni ## ##### 2025-ci il tarixdə saat 18:55:25-dən etibarən faktiki olaraq sabit bir məkanda saxlanıldığını təsdiq edir. Bu hal təqsirləndirilən şəxs1 həmin tarixdən etibarən sərbəst hərəkət imkanının məhdudlaşdırıldığını və faktiki olaraq istintaq orqanının nəzarəti altında saxlanıldığını açıq-aşkar göstərən mühüm hallardan biridir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, onlara hər hansı hüquqi qiymət verməmiş və nəticədə hazırkı iş üçün mühüm əhəmiyyət daşıyan halları nəzərə almadan hökm çıxarmışdır. Eyni zamanda, təqsirləndirilən şəxs1 məxsus +99460-325-35-36 mobil nömrənin X11 çıxarışdan müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə saat 18:07:17-dən etibarən həmin nömrə vasitəsilə heç bir çıxış telefon danışığı həyata keçirilməmiş, təqsirləndirilən şəxs1 tərəfindən hər hansı şəxsə zəng edilməmişdir. Həmin vaxtdan sonra nömrəyə yalnız müxtəlif telefon nömrələrindən daxil olan zənglər qeydə alınmışdır. Lakin həmin zənglər cavablandırılmamış, təqsirləndirilən şəxs1 həmin vaxtdan etibarən heç kimlə danışmamışdır. ##.##.2025-ci il tarixdə saat 18:07:17-dən etibarən təqsirləndirilən şəxs1 məxsus mobil nömrəyə müxtəlif mobil nömrələrdən zənglər gəlsə də, lakin Firuzənin telefonla tanışıq müddəti 0 (sıfır) saniyə göstərilir. Bu da təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdə saat 18:07:17-dən etibarən telefonla danışmadığını, onun telefonun əlindən alındığını göstərir. Halbuki, qeyd olunan vaxtdan əvvəlki zaman kəsiyinə aid məlumatlara nəzər yetirildikdə təqsirləndirilən şəxs1 mütəmadi telefon əlaqəsində olduğu, müxtəlif şəxslərlə əlaqə saxladığı, həmçinin ona daxil olan və onun tərəfindən edilən zənglərin intensiv xarakter daşıdığı aydın şəkildə görünür. Göstərilən hallar birlikdə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs1 ## ##### 2025-cı il tarixdə saxlanılmışdır. Lakin buna baxmayaraq, təqsirləndirilən şəxs1 həmin tarixdə faktiki saxlanılması ilə bağlı istintaq orqanı tərəfindən qanunvericiliyin tələb etdiyi heç bir prosessual sənədləşdirmə aparılmamış, onun azadlığının məhdudlaşdırılması müvafiq hüquqi prosedurlar rəsmiləşdirilmədən həyata keçirilmişdir. Cinayət işinin materiallarında isə təqsirləndirilən şəxs1 saxlanılması ## ##### 2025-ci il tarixdən rəsmiləşdirilir. Qeyd edir ki, ## ##### 2025-ci il tarixdə Şərur Rayon Polis Idarəsinin inzibati binasında hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 qarşı ciddi psixoloji təzyiqlər göstərilmiş, ona hədə-qorxu gəlinmiş və nəticə etibarilə onun həm şəxsi toxunulmazlıq, həm də müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq saxlanıldığı andan müdafiəçi ilə təmin edilməmişdir. hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə saxlanılması, müdafiəçi ilə təmin edilməməsi müdafiə hüququnun daha ağır formada pozulması deməkdir. Bu isə yalnız prosessual pozuntu deyil, həm də Konstitusiyanın 61-ci maddəsində təsbit olunmuş hüquqi yardım almaq hüququnun kobud şəkildə pozulmasıdır. təqsirləndirilən şəxs1 faktiki olaraq ## ##### 2025-ci il tarixdə saxlanıldığını təsdiq edən mühüm hallardan biri də onun video çəkiliş vasitəsilə alınmış ifadəsi və həmin ifadə ilə bağlı iş materiallarında mövcud olan məlumatlardır. Belə ki, cinayət işinin materiallarında olan və Şərur Rayon Polis Idarəsi tərəfindən Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. Lakin məhkəmə iclasında tədqiq edilmiş video çəkilişin məzmunu həmin məlumatın həqiqətə uyğun olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, video çəkilişdən açıqaşkar anlaşılır ki, əvvəlcə təqsirləndirilən şəxs1 yazılı ifadəsi alınmış, daha sonra isə video çəkiliş vasitəsilə onun şifahi ifadəsi alınmışdır. Həmçinin video çəkilişin sonunda müstəntiq tərəfindən qeyd edilir ki, təqsirləndirilən şəxs1 ifadəsinin alınması saat 18:00-da yekunlaşmışdır. Burada xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, istintaq orqanının özünün təqdim etdiyi məlumata əsasən təqsirləndirilən şəxs1 saat 17:45-də tutulmuş hesab olunur. Halbuki cəmi 15 dəqiqə ərzində onun tutulması prosedurunun həyata keçirilməsi, hüquqlarının izah olunması, yazılı ifadəsinin alınması, həmin ifadənin rəsmiləşdirilməsi, daha sonra isə video çəkiliş vasitəsilə əlavə şifahi ifadəsinin alınaraq yekunlaşdırılması faktiki və məntiqi baxımdan mümkün deyildir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin yazılı ifadəsinin alınması və prosessual sənədlərin tərtib olunması adi məntiqə görə xeyli zaman tələb edən istintaq hərəkətləridir. Hətta ən qısa halda belə yazılı ifadənin alınması, onun oxunması, təsdiq olunması və imzalanması azı bir saat və ya daha artıq müddət tələb edir. Bundan əlavə, video çəkiliş vasitəsilə ifadənin elan olunması və rəsmiləşdirilməsi də əlavə vaxt aparan prosessual hərəkətlərdir. Belə olan halda, bütün bu hərəkətlərin cəmi 15 dəqiqə ərzində həyata keçirilməsi obyektiv olaraq mümkün deyildir. Bu ziddiyyət bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs1 rəsmi sənədlərdə göstərildiyi kimi ##.##.2025-ci il tarixdə deyil, faktiki olaraq daha əvvəl – ## ##### 2025-ci il tarixdə saxlanılmışdır. Istintaq orqanı isə həmin faktiki saxlanılma vaxtını gizlətmək məqsədilə sonradan prosessual sənədlərdə fərqli tarix göstərmişdir. Bu isə cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması olmaqla yanaşı, şəxsin müdafiə hüququnun və prosessual təminatlarının ciddi şəkildə məhdudlaşdırılması deməkdir. Göstərilən bu hallar məhkəmə istintaqı zamanı tərəflərindən ətraflı şəkildə təhlil edilərək məhkəmə kollegiyasının diqqətinə çatdırılmış, iş materialları və video çəkiliş əsasında əsaslandırılmış hüquqi mövqe təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin açıq prosessual ziddiyyətlərə və qanun pozuntularına hər hansı hüquqi qiymət verməmiş, onları araşdırmadan və qiymətləndirmədən hökm qəbul etmişdir ki, bu da məhkəmə araşdırmasının natamam və birtərəfli aparıldığını bir daha təsdiq edir. təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə faktiki olaraq saxlanıldığını təsdiq edən mühüm hallardan biri də onun hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ailə üzvləri tərəfindən işə dərhal vəkil cəlb edilməsi ilə bağlı atılmış addımlardır. Belə ki, təqsirləndirilən şəxs1 qardaşı X2 bacısının polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənən kimi, onun müdafiəsinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər görmüşdür. Orxan Imanov ## ##### 2025-ci il tarixdə, yəni təqsirləndirilən şəxs1 faktiki saxlanıldığı gün Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmək məqsədilə özü və anası X1 üçün ## ##### 2025-ci il tarixinə səhər saat 07:00-a aviabiletlər almışdır. Həmin biletlərin surətləri hazırkı apellyasiya şikayətinə əlavə olunur və biletlərin məhz ## ##### 2025-ci il tarixdə sifariş edilərək əldə olunması onların üzərində göstərilmiş tarix hissəsində açıq şəkildə öz əksini tapmışdır. X2 və anası ## ##### 2025-ci il tarixdə səhər saatlarında Naxçıvan şəhərinə gəlmiş, bundan dərhal sonra təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Vəfadar Fətullayev ilə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanılmışdır. Iş materiallarına əlavə edilmiş elektron vəkil orderindən də görünür ki, vəkil müdafiəyə məhz istintaq orqanının təqsirləndirilən şəxs1 saxlanılma vaxtı kimi göstərdiyi ## ##### 2025-ci il saat 17:45-dən əvvəl qoşulmuşdur. əgər istintaq orqanının bildirdiyi kimi təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə saat 17:45-də saxlanılmışdırsa, o zaman nəyə görə həmin tarix və saatdan əvvəl onun hüquqlarının müdafiəsi məqsədilə ailə üzvləri tərəfindən təcili şəkildə Naxçıvan Muxtar Respublikasına gəlinməsi üçün aviabilet alınmış, Naxçıvan şəhərin gəlinmiş, vəkillə hüquqi yardım müqaviləsi bağlanılmışdır. Əksinə, qeyd olunan hallar ardıcıl şəkildə onu təsdiq edir ki, təqsirləndirilən şəxs1 istintaq orqanının rəsmi sənədlərdə göstərdiyi tarixdən daha əvvəl — ## ##### 2025-ci il tarixdə faktiki olaraq saxlanılmış, sonradan isə həmin saxlanılma vaxtı istintaq orqanı tərəfindən qanunsuz olaraq saxtalaşdırılaraq ## ##### 2025-ci il kimi göstərilmişdir. Hazırkı apellyasiya şikayətinə əlavə edilmiş aviabiletlər, onların alınma tarixi, vəkil Vəfadar Fətullayev ilə bağlanmış hüquqi yardım müqaviləsi və elektron vəkil orderi məlumatları açıqaşkar göstərir ki, təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə istintaq orqanı tərəfindən saxlanılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, təqdim edilmiş sənədlərə hüquqi qiymət verməmiş və iş üzrə mühüm əhəmiyyət daşıyan bu xüsusatları nəzərə almadan nəticəyə gəlmişdir. təqsirləndirilən şəxs1 müxtəlif mərhələlərdə verdiyi ifadələrə birinci instansiya məhkəməsi tərəfindən selektiv və qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə münasibət göstərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025- ci il tarixli və ##.##.2025-ci il tarixli ifadələrini, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəni “özünü müdafiə xarakterli ifadələr” kimi qiymətləndirərək həmin ifadələri sübut kimi nəzərə almamışdır. Bunun əvəzində isə məhkəmə yalnız təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli ifadələrini sübut kimi əsas götürərək, hökmün əsaslandırılmasında həmin ifadələrə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsassız, birtərəfli və qanunsuz olmuşdur. təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təzyiq altında verdiyi ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli ifadələrinin sübut əhəmiyyəti olmadığını açıq-aşkar göstərəckdir. Bekə ki, istintaq orqanı təqsirləndirilən şəxs1 ## ##### 2025ci il tarixdə saxlayıb, ona hədə-qorxular gəldikdən, ona təzyiqlər etdikdən, yəni belə bir qeyri-qanuni təzyiq mühiti formalaşdırıldıqdan sonra, ## ##### 2025-ci il tarixdə Şərur Rayon Prokurorluğunda dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 etirafedici ifadəsi alınmışdır. Lakin həmin ifadə təqsirləndirilən şəxs1 bir gün əvvəl məruz qaldığı fiziki və psixoloji təzyiqlərin, hədə-qorxu mühitinin təsiri altında verildiyindən, hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq məcburiyyət qarşısında qalaraq guya cinayət hadisəsini törətməsi ilə bağlı etirafedici məzmunlu ifadə verməyə məcbur edilmişdir. Buradan açıq-aşkar görünür ki, təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə ifadəsinin alınması zamanı onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, ifadəsi faktiki olaraq təsir və təzyiq altında alınmışdır. Bu səbəbdən həmin ifadənin sübut kimi cinayət işinin materiallarına daxil edilməsi qanunvericiliyə uyğun deyil və qəbul oluna bilməz. ## ##### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 qardaşı tərəfindən onun hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Vəfadar Fətullayev ilə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanılmışdır. Həmin gün – ## ##### 2025-ci il tarixdə vəkil Vəfadar Fətullayev hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 müdafiəçisi qismində cinayət işinə qoşulmuşdur. Vəfadar Fətullayev müdafiəçi kimi işə qoşulduqdan sonra hüquqlarını müdafiə etdiyi şəxs hazırkı cinayət hadisəsini törətmədiyini, ümumiyyətlə qeyd olunan hadisə ilə hər hansı əlaqəsinin olmadığını açıq, rəsmi və qəti şəkildə bildirmişdir. Bundan sonra istintaq orqanı tərəfindən hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Şərur Rayon Məhkəməsinə müvafiq vəsatət və təqdimat verilmişdir. Həmin vəsatət və təqdimata ## ##### 2025-ci il tarixdə Şərur Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs1 çıxış edərək ona qarşı irəli sürülmüş ittihamla qətiyyən razı olmadığını, ümumiyyətlə hazırkı cinayət hadisəsini törətmədiyini və həmin hadisə ilə hər hansı əlaqəsinin olmadığını açıq və birmənalı şəkildə bəyan etmişdir. Bununla da hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə qarşısında verdiyi mövqe bir daha ondan ibarət olmuşdur ki, o, özünü irəli sürülmüş ittiham üzrə təqsirli hesab etmir və törədilmiş əmələ heç bir aidiyyəti yoxdur. Eyni zamanda, təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Şərur Rayon Məhkəməsinin qərarından onun müdafiəçisi Vəfadar Fətullayev tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində baxılmışdır. Apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı da təqsirləndirilən şəxs1 əvvəlki mövqeyini dəyişmədən, yenidən açıq şəkildə bəyan etmişdir ki, o, hazırkı cinayət hadisəsini törətməmişdir və həmin hadisə ilə hər hansı əlaqəsi yoxdur. Beləliklə, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasları zamanı hüquqlarını müdafiə etdiyi şəxs ardıcıl və qətiyyətli şəkildə eyni mövqedən çıxış etmiş, ona istinad edilən cinayət hadisəsinin törədilməsində iştirak etmədiyini açıq şəkildə bildirmişdir. Istintaq mərhələsində məhkəmənin qərarı ilə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçildiyindən, o saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Böyükdüz X12 Müəssisəsinin istintaq təcridxanasına gətirilmişdir. Burada da hüquqlarını müdafiə etdiyi şəxsə qarşı göstərilən təzyiq və qeyri-insani rəftar halları davam etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 qarşı çox ciddi psixoloji təzyiqlər göstərilmiş, ona qarşı hədə-qorxu xarakterli davranışlar edilmiş, nəticə etibarilə onun saxlanma şəraiti insan ləyaqətinə uyğun olmayan formada təşkil olunmuşdur. təqsirləndirilən şəxs1 istintaq təcridxanasında psixoloji təzyiqlərin göstərilməsi ilə bağlı müdafiə tərəfindən aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət və şikayətlər edilmişdir. Həmin şikayətlərdə təqsirləndirilən şəxs1 saxlanma şəraiti, ona göstərilən psixoloji təsir və müdafiə hüququnun həyata keçirilməsinə mane olan hallar ətraflı şəkildə qeyd olunmuşdur. Bu şikayətlərdən sonra istintaq təcridxanasının rəhbərliyi tərəfindən təqsirləndirilən şəxs1 ilə söhbətlər aparılmış, ona şikayətlərin davam etdirilməyəcəyi təqdirdə artıq heç bir təzyiqə məruz qalmayacağı, ona “normal münasibət” göstəriləcəyini bildirilməklə müəyyən vədlər verilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs1 məqsədyönlü şəkildə təsir altına salınaraq və aldadılaraq guya onun heç bir şikayət və tələbinin olmaması, istintaq təcridxanasında ona qarşı hər hansı təzyiq göstərilməməsi, həmçinin müdafiəçisi tərəfindən vəziyyətin “səhv başa düşülməsi” məzmununda əvvəlcədən hazırlanmış ərizəyə imza çəkdirilmişdir. Təqsirləndirilən şəxsin qardaşının bildirdiyinə görə Naxçıvan Muxtar Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Vəfadar Fətullayevin bacısı təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımdan narazı qaldığı üçün ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinin daha səmərəli müdafiə edilməsi məqsədilə əvvəlki müdafiəçi Cavidan Osmanlı ilə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlamışdır. Həmin gün – ## ### 2025-ci il tarixdə Cavidan Osmanlı təqsirləndirilən şəxs1 müdafiəçisi qismində çıxış etdiyini bildirmək məqsədilə, hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan Şərur Rayon Prokurorluğunun müstəntiqi ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı o, təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağlandığını, bundan sonra hüquqlarını müdafiə etdiyi şəxsin müdafiəçisi qismində cinayət işində iştirak edəcəyini, aparılacaq bütün istintaq hərəkətlərinin onun iştirakı ilə həyata keçirilməsinin zəruri olduğunu, həmçinin bu məqsədlə artıq Naxçıvan Muxtar Respublikasına gəldiyini istintaq orqanının diqqətinə çatdırmışdır. Lakin Şərur Rayon Prokurorluğu təqsirləndirilən şəxs1 yaxınlarının onun hüquqlarının səmərəli müdafiəsi üçün Bakı şəhərindən yeni vəkil ilə müqavilə bağladığı, həmin vəkilin artıq müdafiəçi qismində cinayət işinə qoşulduğu və bu məqsədlə Naxçıvan Muxtar Respublikasına gəldiyi barədə məlumat alan kimi yeni müdafiəçinin cinayət işində iştirakının təmin olunmasını gözləmədən və onun iştirakı olmadan, elə həmin gün – ## ### 2025-ci il tarixdə, həftənin şənbə günü (6-cı gün), yəni qeyri-iş günü olmasına baxmayaraq, təcili şəkildə təqsirləndirilən şəxs1 iştirakı ilə istintaq hərəkəti aparmışdır. Belə ki, həmin vaxt hüquqlarını müdafiə etdiyi şəxsə yenidən psixoloji təzyiqlər göstərilmiş, ona müxtəlif hədə-qorxular edilmiş və nəticədə vəkil Vəfadar Fətullayevin iştirakı ilə tələsik qaydada ondan etirafedici məzmunlu ifadə alınmışdır. Təqsirləndirilən şəxsin qardaşının bildirdiyinə görə Vəfadar Fətullayevin ## ### 2025-ci il tarixdə keçirilən istintaq hərəkətində iştirak etməsi, təqsirləndirilən şəxs1 hüquqlarını düzgün şəkildə müdafiə etməməsi, qətiyyətsiz bir mövqe göstərməsinə görə onunla olan hüquqi yardım müqaviləsini pozmuşdur. Bütün bunlar onu göstərir ki, istintaq orqanı yeni müdafiəçinin cinayət işində iştirakının təmin olunacağı təqdirdə hüquqlarını müdafiə etdiyi şəxsin azad iradə ilə ifadə verməsinin mümkün olacağını bildiyi üçün həmin ifadənin məhz bu şəraitdə və təcili qaydada alınmasına üstünlük vermişdir. Bundan sonra təqsirləndirilən şəxs1 əvvəlki müdafiəçisi Cavidan Osmanlı cinayət işinə müdafiəçi qismində qoşulmuşdur. Cavidan Osmanlı bildirmişdir ki, istintaq təcridxanasında təqsirləndirilən şəxs1 ilə konfidensial görüş zamanı təqsirləndirilən şəxs1 ona hazırkı cinayət hadisəsini törətmədiyini, ona qarşı hədəqorxuların gəlindiyini, fiziki və psixoloji işgəncələr edildiyini, insan ləyaqətini alçaldan formada saxlanıldığını demişdir. Bundan sonra hüquqlarını müdafiə etdiyi şəxsin təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqının tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə Cavidan Osmanlı istintaq orqanına çoxsaylı vəsatələr təqdim etmiş, təqsirləndirilən şəxs1 iştirakı ilə onun ifadəsinin yenidən alınmasını tələb etmiş, hüquqlarını müdafiə etdiyim şəxsin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi məqsədilə təqsirləndirilən şəxs1 saxlanıldığı istintaq təcridxanasının dəyişdirilməsi barədə rəsmi vəsatət vermişdir. Lakin qanunsuz və əsassız olaraq Cavidan Osmanlı tərəfindən verilmiş vəsatətlərin heç biri təmin edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin yaxınları tərəfindən onun saxlanıldığı istintaq təcridxanasında zorrakılığa məruz qalması ilə bağlı aidiyyəti orqanlara çoxsaylı şikayətlər edilmişdir. Eyni zamanda, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması üçün Şərur Rayon Məhkəməsinə müvafiq vəsatət verilmişdir. Həmin vəsatətə Şərur Rayon Məhkəməsində baxılan zaman (artıq bu ibtidai istintaq zamanı keçirilən 3-cü məhkəməsi iclası olmuşdur) təqsirləndirilən şəxs1 məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, o, hazırkı cinayət hadisəsini törətməyib və hadisə ilə hər hansı əlaqəsi yoxdur. Bundan əlavə, Cavidan Osmanlı işə qoşulduqdan sonra keçirilmiş bütün istintaq hərəkətləri zamanı hüquqlarını müdafiə etdiyi şəxs cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs1 hazırkı cinayət hadisəsini törətməsini heç bir zaman bildirməmişdir. Istintaq orqanı tərəfindən ona göstərilən güclü fiziki və psixoloji təzyiqlər, hədə-qorxu mühiti nəticəsində hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq məcburiyyət qarşısında qalmış və törətmədiyi bir cinayəti törətməsinə dair etirafedici ifadə verməyə məcbur edilmişdir. təqsirləndirilən şəxs1 istintaq dövründə keçirilmiş üç məhkəmə iclasında – həbs qətimkan tədbirinin seçilməsi, həbs qərarından apellyasiya şikayətinə baxılması və ev dustaqlığı vəsatətinə baxılması – hər dəfə ifadə verərkən açıq və qəti şəkildə bildirmişdir ki, o, hazırkı cinayət hadisəsini törətməyib və hadisə ilə heç bir əlaqəsi yoxdur. Bu fakt açıq şəkildə göstərir ki, məhkəmə qarşısında təqsirləndirilən şəxs1 özünü tam güvəndə hiss etmiş, azad iradə ilə ifadə vermiş və hazırkı hadisədə iştirak etmədiyini bildirmişdir. Əksinə, istintaq orqanının yaratdığı təzyiq və hədə-qorxu şəraiti səbəbindən hüquqlarını müdafiə etdiyi şəxs yalnız məcburiyyət qarşısında etirafedici ifadə verməyə məcbur olmuşdur. Beləliklə, istintaq orqanı tərəfindən alınmış ifadələr hüquqlarını müdafiə etdiyi şəxsin azad iradəsinə əsaslanmayan, təzyiq altında verilmiş sübut kimi qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi hansı hüquqi və faktiki əsaslara görə təqsirləndirilən şəxs1 sonrakı ifadələrini etibarsız hesab etdiyini, əksinə isə ilkin ifadələrini mötəbər sübut kimi qəbul etdiyini hökmündə əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən sadəcə olaraq “özünü müdafiə xarakterli ifadə” anlayışına istinad edilməsi həmin ifadələrin sübut kimi rədd olunması üçün kifayət hesab edilə bilməz. Çünki cinayət prosesində təqsirləndirilən şəxsin özünü müdafiə etməsi onun fundamental hüquqlarından biridir və şəxsin özünü müdafiə məqsədilə verdiyi ifadələr avtomatik olaraq etibarsız və ya qeyri-mötəbər sübut hesab edilə bilməz. Əksinə, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar göstərir ki, təqsirləndirilən şəxs1 ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli ifadələri sərbəst iradə şəraitində verilməmiş, ibtidai istintaq mərhələsində ona göstərilmiş təzyiq və psixoloji təsir nəticəsində əldə edilmişdir. Müdafiə tərəfi olaraq həm məhkəmə istintaqı zamanı, həm də təqdim edilmiş vəsatətlərdə həmin ifadələrin hansı şəraitdə alındığı, ifadələrin verilməsi zamanı prosessual hüquqların tam təmin edilmədiyi və müdafiə hüququnun məhdudlaşdırıldığı ətraflı şəkildə məhkəmənin diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin xüsusatları araşdırmadan, ifadələrin könüllülük prinsipi əsasında verilib-verilmədiyini yoxlamadan və müdafiə tərəfinin arqumentlərinə hüquqi qiymət vermədən həmin ifadələri sübut kimi qəbul etmişdir. Halbuki cinayət-prosessual qanunvericiliyinin əsas prinsiplərinə görə təzyiq, hədə-qorxu, psixoloji təsir və ya digər qanunsuz üsullarla əldə edilmiş ifadələr mötəbər sübut hesab edilə bilməz və belə sübutlar sübutlar siyahısından çıxarılmalıdır. Digər tərəfdən isə təqsirləndirilən şəxs1 sonrakı mərhələlərdə verdiyi ifadələr bir-biri ilə uyğunluq təşkil etmiş, o, ilkin ifadələrinin təzyiq altında alındığını ardıcıl şəkildə bildirmiş və hadisənin faktiki hallarını daha ətraflı izah etmişdir. Buna baxmayaraq, məhkəmə həmin ifadələri heç bir əsaslı hüquqi motiv göstərmədən rədd etmişdir ki, bu da sübutların obyektiv, hərtərəfli və qərəzsiz qiymətləndirilməsi prinsipinin pozulması deməkdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Ümumiyyətlə təqsirləndirilən şəxs1 verilmiş ittihamın əsası və məhkəmə tərəfindən bu ittihamın təsdiqi kimi onun məhkəməyədək icraatda ona edilmiş təzyiq və təsirlər nəticəsində vermiş olduğu ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli etirafedici ifadələridir. Lakin həmin ifadələr təzyiq və təsir nəticəsində verilmiş, bunun bariz sübutudur ki, təqsirləndirilən şəxs1 istintaq dövründə keçirilmiş üç məhkəmə iclasında – həbs qətimkan tədbirinin seçilməsi, həbs qərarından apellyasiya şikayətinə baxılması və ev dustaqlığı vəsatətinə baxılması – hər dəfə ifadə verərkən açıq və qəti şəkildə bildirmişdir ki, o, hazırkı cinayət hadisəsini törətməyib və hadisə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda onun əvvəlki vəkili Cavidan Osmanlı onun müdafiəçisi kimi işə qoşulduqdan sonra təqsirləndirilən şəxs1 ifadəsini dəyişərək işin əsl mahiyyətini izah etmişdir. Hesab edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin, istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs1 ilkin izahat və ifadəsini dəyişmiş, bunun səbəbini ona edilmiş təzyiqlərlə əlaqələndirmişdir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə özünə qarşı verdiyi ifadəsi məhz fiziki hədə qorxu nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Ittiham tərəfi təqsirləndirilən şəxs1 təsir və təzyiq edilmədiyini, öz iradəsilə müstəqil şəkildə etirafedici məzmunda ifadə verdiyini bildirir. Müdafiə tərəf olaraq biz də onun təsir-təzyiq nəticəsində etirafedici ifadə verdiyini bildiriririk. Göründüyü kimi ittiham və müdafiə tərəfininin bildirdikləri arasında ziddiyətli məqamlar vardır. Lakin birinci instansiya məhkəməsi bu ziddiyətli və şübhəli məqamları araşdırmadan selektiv yanaşma nümayiş etdirmiş, yalnız ittihamı dəstəkləyən ifadələri əsas götürmüş, müdafiə tərəfinin mövqeyini təsdiq edən ifadələri isə formal əsaslarla nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs özünü məhkəmə iclası şəraitində ibtidai istintaq mərhələsi ilə müqayisədə daha sərbəst və təhlükəsiz hiss edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hakim qarşısında bilavasitə dinlənilməsi, müdafiəçi ilə maneəsiz təmin olunmuş müdafiə hüququndan istifadə etməsi, açıq məhkəmə nəzarətinin mövcudluğu və çəkişmə prinsipinin təmin olunması onun ifadələrinin daha azad iradə şəraitində verilməsinə təminat yaradır. Məhz buna görə də həm milli cinayət-prosessual qanunvericiliyi, həm də Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyi məhkəmə mərhələsində verilmiş ifadələrin xüsusi diqqətlə qiymətləndirilməsini tələb edir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə keçirilmiş bütün məhkəmə iclaslarında — barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı, həmin qərardan verilmiş apellyasiya şikayətinə baxılarkən, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılarkən — ardıcıl, açıq və qəti şəkildə bildirmişdir ki, o, hazırkı cinayət hadisəsini törətməyib və hadisə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, işə yeni müdafiəçi qoşulduqdan sonra keçirilmiş bütün istintaq hərəkətləri zamanı da hüquqlarını müdafiə etdiyi şəxs eyni mövqedən çıxış etmiş, ilkin etirafedici ifadələrinin təzyiq və hədə-qorxu şəraitində alındığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin bilavasitə məhkəmə iclaslarında verdiyi, hakim tərəfindən birbaşa müşahidə edilən və ardıcıl xarakter daşıyan ifadələrinə üstünlük vermək əvəzinə, ibtidai istintaq mərhələsində əldə olunmuş və əldə edilmə şəraiti ciddi mübahisələndirilən ifadələri əsas götürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinin qiymətləndirilməsi zamanı ciddi qanun pozuntularına yol verilmiş, sübutların obyektiv, tam və qərəzsiz araşdırılması prinsipi kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin böyük əksəriyyəti hadisəni birbaşa görməmiş, cinayət hadisəsinin başvermə anına dair birbaşa məlumata malik olmayan şəxslər olmuşdur. Buna baxmayaraq, məhkəmə həmin şəxslərin ifadələrinə seçici yanaşmış, ittiham mövqeyinə uyğun olan hissələri əsas götürmüş, müdafiə tərəfinin mövqeyini təsdiq edən ifadələri isə ya ümumiyyətlə hökmdə əks etdirməmiş, ya da təhrif olunmuş formada göstərmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid20 və şahid24 öz ifadələrində təqsirləndirilən şəxs1 faktiki olaraq ## ##### 2025-ci il tarixdə saxlanıldığını birbaşa qeyd etmişlər. Həmin ifadələr müdafiə tərəfinin mövqeyi üçün mühüm əhəmiyyət daşıdığı halda, birinci instansiya məhkəməsi bu xüsusatları hökmündə ümumiyyətlə əks etdirməmiş və həmin ifadələrə heç bir hüquqi qiymət verməmişdir. Halbuki məhkəmə iş üzrə bütün sübutları həm ittiham, həm də müdafiə tərəfinin mövqeyi baxımından tam və obyektiv şəkildə qiymətləndirməyə borclu idi. Müdafiə tərəfinin mövqeyini təsdiq edən ifadələrin hökmə daxil edilməməsi və ya nəzərə alınmaması məhkəmənin birtərəfli yanaşmasının açıq göstəricisidir. Digər tərəfdən, iş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs2 oğlu şahid18 guya hazırkı cinayət hadisəsini gördüyünü bildirmişdir. şahid18 öz ifadəsində bildirmişdir: “Bir qədər sonra əlləri çirkləndiyi üçün evə qayıdıb əllərini yumaq istəmiş, bu vaxt quyu tərəfdəki qapıdan evə daxil olarkən pəncərədən Firuzənin Zeynəbin arxa tərəfində, anası Ayparanın isə yanında dayandığını, Firuzənin “T” şəkilli dəmiri iki əli ilə tutduğunu və Zeynəbin başından bir zərbə endirdiyini görmüşdür. Zeynəb Ismayılova paltaryuyan maşının kənarına üzü üstə yerə yıxılmış, lakin onun başından qan gəlib-gəlmədiyini görməmişdir. Gördüklərindən qorxub yenidən məhəlləyə uşaqların yanına getmiş, daha sonra olanları görməmiş, anası ilə Firuzənin nə barədə danışdıqlarını eşitməmişdir.” Bildirirəm ki, şahid qismində dindirilmiş digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 oğlu şahid18 iş üzrə verdiyi ifadələr həqiqəti əks etdirmir və işin faktiki halları ilə uzlaşmır. şahid18 ifadəsində göstərilən hallar onun bilavasitə gördüyü, müşahidə etdiyi və ya şəxsən qəbul etdiyi faktlar olmayıb, istintaq orqanının süni şəkildə formalaşdırılmış ziddiyyətli mülahizələrdən ibarətdir. Şahid şahid18 ifadəsində cinayət hadisəsini quyu tərəfdə yerləşən qapıdan evə daxil olarkən pəncərədən gördüyünü, həmin anda Firuzənin Zeynəbin arxa tərəfində, Aypara adlı şəxsin isə yanında dayandığını, Firuzənin “T” formalı dəmir parçasını hər iki əli ilə tutaraq Zeynəbin baş nahiyəsinə bir dəfə zərbə endirdiyini müşahidə etdiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş “ifadələrin yerində yoxlanılması” istintaq hərəkətinin videoçəkilişindən açıq-aşkar görünür ki, şahid18 hadisəni görməsini bildirdiyi həmin pəncərə hamam otağına aid pəncərə olmuş və həmin pəncərə hadisə zamanı mavi rəngli çadır- tentlə tam şəkildə örtülmüşdür. Buradan da açıq şəkildə aydın olur ki, qeyd olunan örtük səbəbindən nə çöldən daxili hissənin, nə də daxildən çöl hissəsinin görünməsi mümkün olmamışdır. Belə olan halda, şahid şahid18 hadisəni məhz həmin pəncərədən müşahidə etməsi barədə verdiyi ifadə obyektiv məlumatlarla və istintaq hərəkətinin protokolu ilə təkzib olunur. Çünki fiziki baxımdan görüntünün mümkün olmadığı bir şəraitdə şahid şahid18 hadisəni detallı şəkildə gördüyünü iddia etməsi inandırıcı hesab edilə bilməz. Bundan başqa şahid şahid18 həm ibtidai istintaq zamanı, həm məhkəmə baxışı zamanı verdiyi ifadələrində, həm də məhkəmə tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ciddi ziddiyyətlər olmuşdur. O, müxtəlif mərhələlərdə eyni hallar barədə fərqli və bir-birini təkzib edən məlumatlar vermişdir. Belə olan halda, onun ifadələrinin etibarlılığı ciddi şübhə altına düşməli və məhkəmə tərəfindən həmin ziddiyyətlər ətraflı şəkildə təhlil edilməli idi. Lakin birinci instansiya məhkəməsi bunun əksinə olaraq, həmin ziddiyyətli ifadələri olduğu kimi qəbul etmiş, hətta hökmündə onları təhrif olunmuş və ittiham mövqeyinə uyğunlaşdırılmış formada əks etdirmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş təqsirləndirilən şəxs1 oğlu X5 açıq şəkildə bildirmişdir ki, hadisə günü anası təqsirləndirilən şəxs1 evdən çıxaraq təqsirləndirilən şəxs2 evinə getməsinin şahidi olmamışdır. Eyni məzmunda ifadəni təqsirləndirilən şəxs2 digər oğlu şahid X3 da vermiş, o da hadisə günü təqsirləndirilən şəxs1 onların evinə gəldiyini görmədiyini məhkəmə istintaqı zamanı açıq şəkildə bildirmişdir. Beləliklə, həm təqsirləndirilən şəxs1 oğlu, həm də digər təqsirləndirilən şəxsin oğlu hadisə günü təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 evinə getmədiyini bildirmişdilər. Bu ifadələr müdafiə tərəfinin mövqeyi baxımından mühüm əhəmiyyət daşıdığı halda, birinci instansiya məhkəməsi həmin ifadələri mötəbər sübut kimi qəbul etməmiş və dindirilmiş təqsirləndirilən şəxs1 oğlu X5 ifadəsini formal şəkildə “anasını qorumaq xarakterli ifadə” kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu yanaşması açıq şəkildə ziddiyyətlidir və hüquqi baxımdan əsaslandırılmamışdır. Çünki məhkəmə bir tərəfdən təqsirləndirilən şəxs1 oğlunun ifadəsini “anasını müdafiə etməsi” arqumenti ilə rədd etdiyi halda, digər tərəfdən təqsirləndirilən şəxs2 oğlu şahid18 çoxsaylı ziddiyyətlərlə müşayiət olunan ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki təqsirləndirilən şəxs2 oğlunun ifadələri də onun anasını müdafiə etməsi ehtimalı baxımından eyni qaydada qiymətləndirilməli idi. Məhkəmənin yalnız müdafiə tərəfinin xeyrinə olan ifadələrə qarşı bu arqumentdən istifadə etməsi isə açıq şəkildə qərəzli yanaşmanın göstəricisidir. Bundan başqa küçədə oynayan uşaqların heç biri təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 evindən çıxaraq özünün yaşadığı evə qayıtmasını görməmişdir. Həmçinin ibtidai istintaq zamanı iddia edildiyi kimi hadisə günü küçədə oynayan uşaqların heç biri təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 səsləyərək çağırmasının da şahidi olmamışdır. Halbuki uşaqların oyun oynadığı yer təqsirləndirilən şəxs2 evinin tam yanındadır. Cinayət mühakimə icraatında məhkəmənin əsas vəzifəsi sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməkdən ibarətdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə də bu prinsiplərə əməl etməmiş, ittiham tərəfinin mövqeyinə uyğun gələn ziddiyyətli ifadələri qəbul etmiş, müdafiə tərəfinin mövqeyini təsdiq edən ifadələri isə ya nəzərə almamış, ya da əsassız şəkildə etibarsız hesab etmişdir. Bu hal isə məhkəmənin iş üzrə obyektiv araşdırma aparmadığını, sübutlara birtərəfli və qərəzli yanaşdığını açıq şəkildə göstərir və hökmün qanuniliyinə ciddi şübhə yaradır. Iş üzrə mövcud olan ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyi və ##.##.2025-ci il tarixli lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası ilə bağlı rəyi mötbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyi istər rəyin tərtibi ilə bağlı qaydalara riayət olunmaması, istər qoyulmuş suallara cavab verilməsi hissəsində qeyd olunan normanın tələblərinə cavab vermir. Ilk başda nəzər yetirməli olduğumuz məsələ “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə ## ###### 2020-ci il tarixli qərardır. Həmin qərarın 3.1-ci bəndində qeyd olunur ki, aparılmış tədqiqatların nəticələri üzrə ekspert öz adından yazılı rəy verir və onun bütün səhifələrini imzalayır. Ekspertin imzası Birliyin möhürü ilə təsdiq olunur. Lakin qeyd olunan ekspertiza rəyi ilə tanış olduqda bu normanın tələblərinə ümumiyyətlə riayət olunmadığı açıq-aşkar görünür. Belə ki, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyindən açıq-aşakar görünür ki, əsasnamənin tələbinə əsasən ekspert rəyinin bütün səhifələri imzalanmalı və möhürlənməli olduğu olduğu halda qanunun bu tələbi kobud şəkildə pozulmuş, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyinin bütün səhifələri imzalanmamış və möhürlənməmişdir. Bu hal ekspertiza rəyinin prosessual baxımdan qanunvericiliyin müəyyən etdiyi forma və rəsmiləşdirmə tələblərinə cavab vermədiyini açıq şəkildə göstərir. Ekspert rəyi xüsusi biliyə əsaslanan sübut növü olduğundan, onun qanunda nəzərdə tutulmuş qaydada və formada tərtib edilməsi mühüm əhəmiyyət daşıyır. Bütün səhifələrdə imza və möhürün olmaması sözügedən rəyin həqiqiliyini, rəsmiliyini şübhə altına alır. Eyni əsasnamənin 3.9-cu bəndində qeyd olunur ki, nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ekspert qarşısında qoyulmuş sualları qısa formada qeyd etsək, bunlar T şəkilli dəmir alətin üzərində qan olub olmaması, meyidib üzərindən çıxan paltarda qan olub-olmaması, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 üzərində qan olub-olmaması və mərhumun guya boğulduğu yastıqda və meyidin bükülüb atıldığı ədyalda qan olub-olmaması ilə bağlıdır. Lakin rəyin cavab hissəsində isə dəmir üzərində, mərhumun paltarında, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 paltarında qan olması və meyidin bükülüb atıldığı ədyalda qan olması ilə bağlıdır. Lakin iki sual cavabsız qalır: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 paltarında və meyidin guya boğulduğu yastıqda qanın olub-olmamasının cavabı verilmir. Bununla da rəyin natamam olması açıq-aşkar görünür. Bununla bağlı istintaq dövründə də iradımızı bildirsək də heç bir faydası olmamışdır. Məlum olduğu kimi ekspert cinayət prosesini həyata keçirən orqanın qoyduğu suallar əsasında tədqiqat aparır və rəy tərtib edir. Məhkəmədə elan olunan zaman belə ekspertiza rəylərinin nəticə hissəsi elan olunur və həmin hissədə qoyulmuş suallara tam cavab verilmədiyi görünür. Sual isə olduqca bəsit və konkretdir: “paltarlardan qan aşkar edilmişdirmi?” Həmin bu suala veriləcək cavab əsasında isə yeni suallara cavab verilməsi zərurəti yaranacaqdı. Lakin ekspert bilərəkdən iş üzrə mühüm əhəmiyyət daşıyan suala cavab vermir. Olduqca maraqlı hallardan biridir ki, cavabı verilməkdən yayınılan sual məhz ilk gündən istintaq orqanın qorumağa çalışdığı digər təqsirləndirilən şəxslə bağlı sual idi. Hüquqlarını müdafiə etdiyi şəxslə bağlı bütün zəruri hərəkətlər xüsusi diqqət ilə həyata keçirilməkdədir. Digər təqsirləndirilən şəxsə münasibətdə isə məhz onun cinayətdə iştirakını istisna edən formada rəy tərtib edilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Hazırda mübahisələndirilən rəydə isə qoyulmuş suallara tam formada cavab verilməmişdir. Belə olduğu halda isə ekspertizanın qarşısına qoyulmuş vəzifə icra edilmiş sayılmır. Məhkəmənin nəzərinə çatdırmaq istədiyi məqam ondan ibarətdir ki, ittihama əsasən təqsirləndirilən şəxslər mərhum başına zərbə aldıqdan və yerə yıxıldıqdan sonra yastıqla onu boğmağa çalışmışlar. Diqqət edilməli olan məqam burada həm yastıq, həm də hər iki təqsirləndirilən şəxsin paltarları ilə bağlıdır. Belə bir situasiyada hər iki təqsirləndirilən şəxsin paltarlarının, xüsusilə də yastığın qan olmaması mümkün deyil. Nəzərə alınsa ki, mərhum başın ön hissəsindən, sağ alın təpə nahiyəsindən xəsarət almışdı. Hətta yastıq mərhum ilə birlikdə ədyala bükülərək quyuya atılmış, bir neçə gün həmin quyuda qalmışdır. Bu isə artıq rəyin həm məntiqsiz, həm qanunsuz, həm də etibarsız olmasını göstərir. Həmçinin qeyd olunan bu xüsusat istintaq orqanının təqsirləndirilən şəxslərin guya əlbir olaraq mərhumu yastıqla boğmaları barədə irəli sürdüyü ittihamın obyektiv sübutlarla təsdiq olunmadığını və ciddi şəkildə şübhə doğurduğunu açıq şəkildə göstərir. Tərəflərindən vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunaraq ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyi mötəbər sübut olmadığından etibarsız hesab edilərək sübutlar siyahısından xaric edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi verilmiş vəsatəti təmin etməmiş və öz hökmündə vəsatətin təmin edilməməsini aşağıdakı kimi əsaslandırmışdır: “Vəsatətdə göstərilən xüsusatlara aydınlıq gətirilməsi üçün məhkəmə müvafiq ekspertizanı keçirib rəy vermiş ekspert X6 məhkəmə istintaqında dindirmiş və vəsatətdə göstərilən məsələyə aydınlıq gətirmişdir. Ekspert məhkəmə istintaqında verdiyi ifadəsində bir daha təsdiq etmişdir ki, cinayət işində olan təqdim olunmuş ##.##.2025-ci il tarixli ekspert rəyindəki bütün səhifələr (vərəqlər) ona məxsusdur və hər bir səhifə onun tərtib etdiyi rəyin tərkib hissəsidir. Möhür texniki səbəbdən vurulmamış ola bilər. Belə ki, ekspert rəyi hazırlayıb birinci və sonuncu 2 vərəqdə ad, soyadı olan səhifələri imzası ilə təsdiq etdikdən sonra rəy möhürlənməsi üçün səlahiyyətli şəxsə, yəni rəhbərliyə təqdim olunur və həmin şəxs imza olan səhifələri möhürlə təsdiq edir. Ekspert rəyindən görünür ki, rəyin imzalar olan birinci (giriş) və son iki vərəqi (nəticə hissəsi) olan səhifələr ekspert tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, müdafiəçi tərəfindən mübahisələndirilən ##.##.2025-ci il tarixli ekspert rəyinin (bioloji) mötəbərliyini şübhə altına alacaq heç bir xüsusat, yetərli dəlil olmadığından müdafiəçi C.Osmanlının mübahisələndirdiyi həmin rəyin etibarsız hesab edilərək sübutlar siyahısından xaric edilməsi barədə vəsatəti də təmin oluna bilməz və mübahisələndirilən həmin rəy mötəbər sübut kimi qəbul olunub qiymətləndirilir.” Lakin birinci instansiya məhkəməsinin vəsatətin rədd edilməsinə dair göstərdiyi əsaslandırma hüquqi baxımdan tamamilə əsassız və qəbuledilməzdir. Belə ki, müdafiə tərəfi olaraq mübahisələndirmiş hal ekspertin subyektiv izahı ilə bağlı deyil, birbaşa ekspertiza rəyinin qanunvericiliyin imperativ tələblərinə uyğun tərtib olunmaması və rəyin özündə mövcud olan ciddi prosessual pozuntularla bağlı olmuşdur. Tərəflərindən həm “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3.1-ci və 3.9-cu bəndlərinin, həm də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.2-ci maddəsinin tələblərinin pozulduğu konkret və hüquqi əsaslarla məhkəmənin diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, məhkəmə həmin pozuntuların mövcudluğunu rəyin məzmunu əsasında hüquqi cəhətdən qiymətləndirmək əvəzinə, sadəcə olaraq həmin rəyi vermiş ekspertin izahatı ilə kifayətlənmiş və bununla da öz üzərinə düşən obyektiv araşdırma vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən ekspertin “möhür texniki səbəbdən vurulmamış ola bilər” şəklindəki mülahizəsinə istinad olunması isə xüsusilə qəbuledilməzdir. Çünki qanunvericiliyin tələbləri ehtimallar və fərziyyələr əsasında deyil, dəqiq və məcburi qaydada tətbiq edilməlidir. Əsasnamənin 3.1-ci bəndində açıq şəkildə göstərilir ki, ekspert rəyinin bütün səhifələri ekspert tərəfindən imzalanmalı və ekspertin imzası müvafiq möhürlə təsdiq olunmalıdır. Həmin norma imperativ xarakter daşıyır və onun icrası ekspertin və ya məhkəmənin mülahizəsinə buraxılmamışdır. Bu səbəbdən “texniki səbəb” anlayışı qanunda nəzərdə tutulmadığı halda, məhkəmənin belə bir qeyri-müəyyən izahla prosessual pozuntunu legitim hesab etməsi qanunun mahiyyətinə və sübutların yolverilənliyi prinsipinə ziddir. Digər tərəfdən, müdafiə tərəfi olaraq əsas arqumentlərimizdən biri yalnız möhür və imza məsələsi ilə məhdudlaşmamış, eyni zamanda ekspert rəyinin natamam olması, ekspert qarşısında qoyulmuş sualların tam cavablandırılmaması və iş üzrə mühüm əhəmiyyət daşıyan halların cavabsız saxlanılması ilə bağlı olmuşdur. Məhkəmə isə hökmündə bu xüsusatlara ümumiyyətlə münasibət bildirməmiş, ekspert qarşısında qoyulmuş suallardan bir qisminin cavabsız qalmasının səbəblərini araşdırmamış və həmin natamamlığın rəyin mötəbərliyinə təsir edib-etmədiyini qiymətləndirməmişdir. Halbuki CPMin 127.2-ci maddəsinə əsasən ekspert qarşısında qoyulmuş suallara verilmiş cavablar əsaslandırılmış və tam olmalıdır. Mövcud rəydə isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 paltarında və mərhumun guya boğulduğu yastıqda qanın olub-olmaması barədə ümumiyyətlə nəticə göstərilməmişdir. Belə olan halda həmin rəy tamamlanmış və qanunauyğun ekspertiza rəyi hesab edilə bilməz. Bundan əlavə, məhkəmənin ekspertin ifadəsinə istinad etməklə rəyi mötəbər hesab etməsi özü-özlüyündə obyektivlik prinsipinə uyğun deyildir. Çünki rəy vermiş ekspertin sonradan məhkəmədə öz rəyinin qanunsuz və ya natamam olduğunu etiraf etməsi praktik olaraq gözlənilən deyildir. Məhz buna görə də qanunverici ekspertiza rəylərinin mötəbərliyinin qiymətləndirilməsini yalnız ekspertin şəxsi izahatı ilə deyil, rəyin forma və məzmun baxımından qanunun tələblərinə uyğun olub-olmaması əsasında müəyyən etməyi nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfinin təqdim etdiyi konkret hüquqi arqumentləri və normativ əsaslandırmaları araşdırmadan, formal şəkildə ekspertin mövqeyinə üstünlük vermiş və bununla da sübutların obyektiv, hərtərəfli və qərəzsiz qiymətləndirilməsi prinsipini pozmuşdur. Beləliklə, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyində mövcud olan prosessual və məzmun xarakterli ciddi pozuntular həmin rəyin mötəbər və yolverilən sübut kimi qəbul edilməsini istisna edir. Bundan başqa ##.##.2025-ci il tarixli “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertizanın rəyinin gəldiyi nəticəni və rəyin mötəbərliliyini şübhə altına salan məqam ekspertizaya təqdim olunmuş materialların götürmə, qablaşdırma və təqdim olunma forması ilə bağlıdır. Belə ki, ekspertiza rəyinin nəticəsinə əsasən qısa olaraq təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məxsus paltarların üzlərində mərhum Zeynəb Ismayılovaya məxsus paltarların və mərhumun boynunda olduğu bildirilən lentin liflərinə uyğun mikrohissəciklər aşkar edilmişdir. Ilk başda qeyd edilməli olan ondan ibarətdir ki, təqsirləndirilən şəxs1 məxsus olan, guya cinayət törədilən vaxt əynində olan paltarların götürülməsinə dair protokolda pozuntuya yol verilmişdir. Belə ki, protokola əyani baxış keçirdikdə orada guya təqsirləndirilən şəxs1 paltarları könüllü verməsinə dair qeydin protokol tərtib edildikdən sonra, tam fərqli qələmlə əlavə hissənin yazıldığı görünür. Həmçinin təqsirləndirilən şəxsin bildirdiyinə əsasən həmin vaxt götürülən paltarlar adi formada paketə yığılmış və qablaşdırma edilməmişdir. Şərur Rayon Prokurorluğunun inzibati binasına gəldikdə isə həmin paketləri mərhum Zeynəb Ismayılovaya və digər təqsirləndirilən şəxsə məxsus paltarların olduğu paketlərlə yanaşı olaraq Prokurorluq orqanının əməkdaşı olan Jalə xanımın otağına qoymuşlar. Bu zaman heç bir paket qablaşdırılmış və möhürlənmiş formada olmamışdır. Həmçinin paltarların götürülərkən hansı paltarın hansı selofan torbaya qoyulduğu, hansı formada qablaşdırıldığı qəti olaraq göstərilmir. Bu da paltarların həm daşınan, həm də saxlanan zaman bir-birlərinə toxunma ehtimalları olduqca yüksəksdir. Götürülən sübutların qablaşdırılmış formada olmadığını sübut edən bir digər fakt isə ##.##.2025-ci il tarixli ekspertiza rəyində təqdim olunmuş materialların siyahısı vardır. Ora nəzər yetirdikdə görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məxsus yaşıl dəst paltar və boz rəngli jaketin olduğu selefon torbalar möhürlənmiş formada olmamışdır. Halbuki digər sübutların sadalanması zamanı xüsusi olaraq selefon torbada neçə ədəd möhürün olması qeyd olunur. Göründüyü kimi ekspertiza rəyi üçün tədqiqat obyekti rolunu oynayan maddi sübutların götürülmə, qablaşdırma və möhürlənmə qaydaları pozulub. Yuxarıda sadalananlardan görünür ki, əldə edilən maddi sübutlar qanunvericiliyə uyğun formada saxlanılmamış və daşınmamışdır. Keçirilən ekspertizanın növünün paltarların bir-birinə toxunması nəticəsində liflərinin paltarın üzərində qalmaları ilə bağlı aparılan araşdırmadan ibarət olduğunu nəzərə aldıqda həmin paltarların ekspertizaya təqdim edilənə qədər və ya təqdim edilən zaman bir-birilərinə toxunma ehtimalının olduğu görünür. Həmçinin bu bir daha qanunvericiliyinin tələbinin məntiqi əsasını da xatırladır. Belə ki, maddi sübutların möhürlənərək saxlanılması məhz qeyd etdiyimiz növdən şübhələrin yaranmasının qarşısının alınması üçündür. Lakin birinci instansiya məhkəməsi tərəflərindən verilmiş bu vəsatəti də qanunsuz və əsassız olaraq təmin etməmiş və hökmdə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə verilmiş vəsatəti müzakirə edərək mübahisələndirilən hallarla bağlı aşağıdakıları qeyd edir; Cinayət işinin materialına əlavə olunmuş Şərur rayonu, Oğlanqala kənd sakini şahid20 Şərur Rayon Prokurorluğuna verdiyi ərizədən görünür ki, Oğlanqala kəndində yerləşən ona məxsus evdə axtarış aparılmasına etiraz etmir. (bax İ cild iş v.183.) ## ##### 2025-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsin dəvəti (icazəsi) ilə axtarış aparılması haqqında ## ##### 2025-ci il tarixli Qərarla Azərbaycan Respublikasının CPM-nin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs1 müdafiəçiləri Zakir Bayramov və müqavilə əsasında (təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən müqavilə bağlanıb) işə buraxılmış vəkil Vəfadar Fətullayevin, o cümlədən hal şahidlərinin və təqsirləndirilən şəxs1 iştirakı ilə onun yaşadığı evində axtarış aparılır. Qərardan görünür ki, götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsi təqsirləndirilən şəxs1 təklif edilir və o, razılıq bildirdikdən sonra boynu qırmızı rəngli üzərində güllər olan xalat, boz rəngli jaket, yaşıl rəngli idman dəsti götürülmüş və protokolda da qeyd olunduğu kimi götürülmüş həmin əşyalar istintaq hərəkətində iştirak etmiş şəxslərə təqdim edildikdən sonra qablaşdırılmışdır. Yekunda axtarış aparılmasında iştirak etmiş şəxslər protokolu imzalamışlar. Həmin vaxt axtarış aparılmasında iştirak etmiş şəxslər, o cümlədən təqsirləndirilən şəxs1 və müdafiəçiləri tərəfindən protokola əlavə və düzəliş barədə hər hansı qeyd aparılmamışdır. (bax İ cild iş v. 184-186). Göründüyü kimi müdafiəçi müdafiəçi1 vəsatətində qeyd etdiyi kimi axtarış aparılması zamanı pərakəndə formada qanunvericiliyin tələblərinin pozulması ilə axtarış və götürmə aparılması barədə göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Həmçinin müdafiəçi müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 vəsatətdə qeyd olunmuş qanun pozuntularını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində axtarış aparılarkən götürülmüş paltarları özünün könüllü olaraq şkafdan çıxarıb prokurorluq işçisinə təqdim etdiyini bir daha təsdiq etmişdir. Odur ki, məhkəmə sadalananlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, axtarış aparılan zaman CPM-nin 245-ci maddəsinin tələblərinə əməl olunmaqla heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş ona məxsus olan geyim əşyaları boynu qırmızı rəngli üzərində güllər olan xalat, boz rəngli jaket, yaşıl rəngli idman dəsti ilə bağlı verilmiş “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertizasının rəyinin mötəbərliyi də şübhə altına alına bilməz və sübut kimi qəbul olunub qiymətləndirilir.” Lakin birinci instansiya məhkəməsinin qeyd olunan vəsatətin rədd edilməsinə dair mövqeyi yenə də hüquqi və faktiki baxımdan tamamilə əsassız olmuşdur. Belə ki, müdafiə tərəfi olaraq mübahisələndirilən əsas məsələ axtarışın formal olaraq aparılıb-aparılmaması deyil, maddi sübutların götürülməsi, qablaşdırılması, möhürlənməsi və saxlanılması qaydalarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi nəticəsində sonradan əldə olunmuş ekspertiza rəyinin etibarlılığına ciddi şübhələrin yaranması olmuşdur. Birinci instansiya məhkəməsi isə tərəflərindən irəli sürülmüş konkret arqumentləri araşdırmaq əvəzinə yalnız axtarış protokolunda imzaların mövcud olmasına və axtarış zamanı müdafiəçilərin iştirak etməsinə formal şəkildə istinad etmişdir. Halbuki müdafiə tərəfi olaraq mövqeləri məhz ondan ibarət olmuşdur ki, protokolun formal qaydada tərtib olunması öz-özlüyündə maddi sübutların sonrakı mərhələdə qanunauyğun şəkildə saxlanıldığını və çirklənmədən mühafizə olunduğunu təsdiq etmir. Məhkəmənin hökmündə göstərdiyi kimi “əşyaların qablaşdırıldığı” qeyd olunsa da, iş materiallarında həmin qablaşdırmanın hansı qaydada aparılması, hansı əşyanın hansı qablaşdırmaya yerləşdirilməsi, qablaşdırmanın hansı formada möhürlənməsi və sonradan həmin sübutların necə saxlanılması ilə bağlı konkret və aydın məlumatlar mövcud deyildir. Əksinə, ##.##.2025-ci il tarixli ekspertiza rəyinin özündə təqdim edilmiş materialların bir qisminin möhürlənmiş vəziyyətdə olmadığı görünür. Bu isə müdafiə tərəfinin irəli sürdüyü şübhələrin obyektiv əsaslara söykəndiyini açıq şəkildə təsdiq edir. Əgər maddi sübutların bir hissəsi həqiqətən qanunun tələb etdiyi qaydada möhürlənmiş və izolyasiya olunmuş formada saxlanılmış olsaydı, həmin hal ekspertiza rəyində də dəqiq şəkildə öz əksini tapmalı idi. Bundan əlavə, keçirilmiş ekspertizanın mahiyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası” məhz liflərin qarşılıqlı təmas nəticəsində bir əşyadan digərinə keçməsi ehtimalının araşdırılmasına yönəlmiş ekspertiza növüdür. Belə olan halda, tədqiqat obyekti olan paltarların götürülməsi və saxlanılması zamanı bir-birinə toxunma ehtimalının mövcudluğu ekspertiza nəticələrinin etibarlılığına birbaşa təsir edən haldır. Məhz müdafiə tərəfi olaraq bu xüsusatı xüsusi qeyd etmişlər ki, paltarların qablaşdırılmadan, möhürlənmədən və digər maddi sübutlarla yanaşı saxlanılması nəticəsində liflərin sonradan mexaniki şəkildə bir əşyadan digərinə keçməsi ehtimalı istisna olunmur. Birinci instansiya məhkəməsi isə bu mühüm xüsusata ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmənin digər əsassız yanaşması isə ondan ibarət olmuşdur ki, hökmündə müdafiə tərəfinin qeyd olunan qanun pozuntularını təsdiq edən “hər hansı sübut təqdim etmədiyini” göstərmişdir. Halbuki cinayət prosesində sübutetmə yükü müdafiə tərəfinin deyil, ittiham tərəfinin üzərinə düşür. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müdafiə tərəfi isə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların qanunsuz və əsassız olmasını məhkəmənin diqqətinə çatdırmaq hüququna malikdir. Bu səbəbdən müdafiə tərəfinin təqdim etdiyi əsaslandırılmış şübhələri aradan qaldırmaq və maddi sübutların qanuna uyğun qaydada əldə olunub saxlanıldığını sübut etmək vəzifəsi məhz ittiham tərəfinin üzərinə düşürdü. Bundan başqa, məhkəmə cinayət prosesində obyektivliyin, tamlığın və hərtərəfli araşdırmanın təmin olunmasına cavabdeh olan orqan kimi təqdim edilən arqumentləri formal deyil, mahiyyəti üzrə araşdırmalı idi. Əgər maddi sübutların götürülməsi, qablaşdırılması və saxlanılması qaydaları ilə bağlı ən kiçik şübhə belə mövcuddursa, həmin şübhə qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi bu prinsipi tətbiq etmək əvəzinə, faktiki olaraq sübutetmə yükünü müdafiə tərəfinin üzərinə qoymuş, ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini və etibarlılığını isə lazımi səviyyədə yoxlamamışdır. Bu isə cinayət mühakimə icraatının fundamental prinsiplərinin pozulması olmaqla yanaşı, hökmün obyektivliyinə və qanuniliyinə ciddi şübhələr yaradır. Birinci instansiya məhkəməsi tərəflərindən təqdim edilmiş əsaslı hüquqi arqumentləri, iş materiallarında mövcud olan açıq ziddiyyətləri və ekspertiza rəylərindəki ciddi prosessual pozuntuları lazımi qaydada araşdırmadan, həmin xüsusatlara hüquqi qiymət vermədən ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyini və ##.##.2025-ci il tarixli “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertiza rəyini mötəbər sübut kimi qəbul etmişdir. Halbuki hər iki ekspertiza rəyi həm forma, həm məzmun, həm də əldə edilmə və tədqiq olunma qaydaları baxımından ciddi şübhələr doğurur və onların mötəbər sübut kimi qəbul edilməsi cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə ziddir. Belə ki, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyində ekspertiza rəylərinin tərtibi ilə bağlı normativ tələblərə əməl edilməmiş, rəyin bütün səhifələrinin qanunun tələb etdiyi qaydada təsdiq olunmaması, habelə ekspert qarşısında qoyulmuş mühüm sualların tam cavablandırılmaması nəticəsində rəy natamam və prosessual baxımdan qüsurlu şəkildə tərtib edilmişdir. Digər tərəfdən isə ##.##.2025-ci il tarixli kriminalistik ekspertiza rəyində tədqiqat obyekti olan maddi sübutların götürülməsi, qablaşdırılması, möhürlənməsi və saxlanılması qaydalarının pozulması nəticəsində ekspertiza nəticələrinin obyektivliyi və etibarlılığı ciddi şəkildə şübhə altına düşmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, həmin ekspertiza liflərin qarşılıqlı təmas nəticəsində keçməsi ehtimalının araşdırılmasına əsaslandığından, maddi sübutların qanunvericiliyin tələb etdiyi qaydada təcrid olunmadan saxlanılması ekspertiza nəticələrinin etibarlılığına birbaşa təsir göstərən haldır. Bütün bu pozuntular istər istintaq mərhələsində, istərsə də məhkəmə baxışı zamanı ətraflı şəkildə məhkəmənin diqqətinə çatdırılmış, qanunvericiliyin konkret normalarına istinad edilməklə həmin rəylərin mötəbər və yolverilən sübut hesab edilə bilməyəcəyi əsaslandırılmışdır. Lakin birinci instansiya məhkəməsi təqdim edilən arqumentləri obyektiv və hərtərəfli araşdırmaq əvəzinə, formal yanaşma nümayiş etdirmiş, müdafiə tərəfinin arqumnetlərinin mahiyyətini qiymətləndirməmiş və yalnız ittiham tərəfinin mövqeyinə üstünlük verməklə kifayətlənmişdir. Daha narahatedici məqam isə ondan ibarətdir ki, məhkəmə sübutların mötəbərliyinə və etibarlılığına dair mövcud olan şübhələri aradan qaldırmaq əvəzinə, faktiki olaraq sübutetmə yükünü müdafiə tərəfinin üzərinə qoymuşdur. Mövcud iş üzrə tərflərindən həm ekspertiza rəylərinin tərtib olunması, həm də maddi sübutların saxlanılması qaydaları ilə bağlı ciddi və əsaslandırılmış şübhələr irəli sürülmüş, eyni zamanda sübutlar təqdim edilmişdir. Beləliklə, ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyi və ##.##.2025-ci il tarixli “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertiza rəyi həm prosessual baxımdan, həm də məzmun etibarilə ciddi qüsurlara malik olduğundan onların mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin həmin rəyləri hökmün əsaslandırılmasında əsas sübutlardan biri kimi qəbul etməsi isə hökmün obyektivliyini, qanuniliyini və əsaslılığını ciddi şəkildə şübhə altına alır və qəbul edilmiş hökmün ləğv olunmasını zəruri edən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs1 təqsirliliyini, onun tərəfindən cinayət əməlini törədilməsini təkzibolunmaz, bir-biri ilə uzlaşan, qanuni üsullarla əldə edilmiş və hər hansı şübhə doğurmayan sübutlarla təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Iş materiallarında olan sübutlar ayrı-ayrılıqda və məcmu halında qiymətləndirildikdə təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətməsi barədə qəti nəticəyə gəlməyə əsas vermir. Əksinə, iş üzrə toplanmış sübutlar arasında çoxsaylı ziddiyyətlər, prosessual pozuntular və aradan qaldırılmamış şübhələr mövcuddur. Cinayət mühakimə icraatının fundamental prinsiplərindən biri təqsirsizlik prezumpsiyası prinsipidir. Həmin prinsipə əsasən şəxs yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada və ağlabatan şübhədən kənar şəkildə sübuta yetirildiyi halda təqsirli hesab edilə bilər. Təqsirləndirilən şəxsin üzərinə özünün təqsirsizliyini sübut etmək vəzifəsi qoyula bilməz. Hazırkı iş üzrə istintaq orqanı və birinci instansiya məhkəməsi faktiki olaraq bu fundamental prinsipi pozmuş, sübutetmə yükünü müdafiə tərəfinin üzərinə qoymuşdur. Belə ki, müdafiə tərəfi tərəfindən istər ekspertiza rəyləri ilə bağlı, istər şahid ifadələri ilə bağlı, istərsə də təqsirləndirilən şəxs1 faktiki saxlanılma vaxtı və ifadələrinin alınma şəraiti ilə bağlı çoxsaylı əsaslı arqumentlər və şübhələr irəli sürülmüşdür. Lakin ittiham tərəfi həmin şübhələri aradan qaldıra bilməmiş, təqdim edilmiş sübutların etibarlılığını və qanuniliyini ağlabatan şübhədən kənar şəkildə təsdiq edə bilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh etmək əvəzinə, əksinə, müdafiə tərəfindən təqdim olunan arqumentlərin ayrıca sübut olunmasını tələb etmiş və bununla da qanunvericiliyin müəyyən etdiyi sübutetmə qaydasını pozmuşdur. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin hadisə yerində olmamasını və ya cinayət hadisəsini törətmədiyini sübut etməsi hüquqi baxımdan onun vəzifəsi deyildir. Bu, həm milli qanunvericiliyin, həm də ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərindən biridir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxs1 təqsirliliyini birbaşa təsdiq edən, qanuni üsullarla əldə edilmiş, etibarlı və şübhəsiz heç bir sübut mövcud olmadığı halda, birinci instansiya məhkəməsi ziddiyyətli şahid ifadələrinə, prosessual pozuntularla müşayiət olunan ekspertiza rəylərinə və təzyiq altında alınmış ifadələrə əsaslanaraq ittiham hökmü çıxarmışdır. Halbuki mövcud şübhələr və ziddiyyətlər aradan qaldırılmadığı müddətdə şəxsin təqsirli hesab edilməsi cinayət-prosessual qanunvericiliyinin əsas prinsiplərinə və təqsirsizlik prezumpsiyasına açıq şəkildə ziddir. Buna görə də qəbul edilmiş hökm qanuni və əsaslı hesab edilə bilməz. Cinayət işinin materiallarında hazırkı cinayət hadisəsinin məhz təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini təkzibolunmaz, mötəbər və qanuni üsullarla əldə edilmiş sübutlarla təsdiq edən heç bir sübut mövcud deyildir. Ittiham tərəfi təqsirləndirilən şəxs1 təqsirliliyini əsaslandırmaq üçün faktiki olaraq yalnız iki sübut mənbəyinə istinad etmişdir: digər təqsirləndirilən şəxsin ifadələrinə və ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyinə, eləcə də ##.##.2025- ci il tarixli “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertiza rəyinə. Halbuki həmin sübutların hər biri ayrıca və məcmu halda qiymətləndirildikdə onların mötəbər və etibarlı sübut hesab olunması mümkün deyildir. Ilk növbədə qeyd edilməlidir ki, digər təqsirləndirilən şəxsin ifadələri obyektiv və qərəzsiz sübut kimi qəbul edilə bilməz. Çünki həmin şəxs özü də cinayət məsuliyyətinə cəlb olunmuş şəxs olmaqla, özünü müdafiə etmək, məsuliyyəti azaltmaq və ya hadisənin gedişini fərqli şəkildə təqdim etmək marağında olan şəxsdir. Cinayət prosesində digər təqsirləndirilən şəxsin ifadələri yalnız digər mötəbər sübutlarla təsdiq olunduğu halda etibarlı hesab oluna bilər. Hazırkı iş üzrə isə həmin ifadələri təsdiq edən heç bir birbaşa və təkzibolunmaz sübut mövcud deyildir. Əksinə, həmin ifadələr iş üzrə digər sübutlarla və şahid ifadələri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, digər təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs1 hadisə ilə bağlı guya bütün hərəkətlərini ətraflı və “real vaxt rejimində” təsvir etsə də, məhkəmə baxışı zamanı hadisə günü təqsirləndirilən şəxs1 əynində olan paltarın hansı rəngdə olduğunu xatırlamadığını bildirmişdir. Halbuki istintaq orqanı ittihamın əsas elementlərindən biri kimi təqsirləndirilən şəxs1 hadisə zamanı yaşıl rəngli paltarda olduğunu iddia etmişdir. Belə mühüm bir hal barədə digər təqsirləndirilən şəxsin qeyri-müəyyən və ziddiyyətli mövqe sərgiləməsi onun ifadələrinin etibarlılığına ciddi şübhələr yaradır. Digər tərəfdən isə iş üzrə dindirilmiş şahidlərin ifadələri ittiham tərəfinin bu mövqeyini təkzib edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid24 və şahid20 öz ifadələrində hadisə baş verən zaman təqsirləndirilən şəxs1 əynində istintaq orqanının iddia etdiyi yaşıl rəngli paltarın olmadığını açıq şəkildə bildirmişlər. Eyni məzmunlu ifadəni təqsirləndirilən şəxs1 özü də vermiş və hadisə günü həmin paltarı geyinmədiyini göstərmişdir. Bu isə ittiham tərəfinin əsaslandığı versiyanın şahid ifadələri ilə belə təsdiq olunmadığını göstərir. Ittiham tərəfinin istinad etdiyi digər sübutlar isə ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyi və ##.##.2025-ci il tarixli “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertiza rəyidir. Lakin həmin ekspertiza rəylərinin mötəbərliyi və yolverilənliyi ilə bağlı apellyasiya şikayətinin yuxarı hissəsində ətraflı hüquqi mövqe təqdim edilmişdir. Həmin hissədə də göstərildiyi kimi, ekspertizaların keçirilməsi və rəylərin tərtibi zamanı ciddi prosessual pozuntulara yol verilmiş, qanunvericiliyin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Xüsusilə bioloji ekspertiza rəyində ekspert qarşısında qoyulmuş sualların tam cavablandırılmaması, rəyin tərtib edilmə qaydalarının pozulması və nəticə hissəsində natamamlığın mövcud olması həmin rəyi etibarsız hala gətirir. Bundan əlavə, “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertizasının əsaslandığı maddi sübut olan paltarların götürülməsi, qablaşdırılması, möhürlənməsi və saxlanılması qaydaları da qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. Belə ki, paltlarları Firuzə özü selofan torbaya birlikdə yığaraq istintaq orqanına təqdim etmişdir. Iş materiallarından görünür ki, həmin paltarlar lazımi qaydada izolə olunmamış, qablaşdırılmamış və digər maddi sübutlarla təmas ehtimalını istisna edən formada saxlanılmamışdır. Halbuki keçirilmiş ekspertiza məhz liflərin qarşılıqlı təmas nəticəsində bir əşyadan digərinə keçməsi ehtimalının araşdırılmasına yönəlmişdir. Belə olan halda maddi sübutların saxlanılması və daşınması qaydalarının pozulması ekspertiza nəticələrinin obyektivliyini və etibarlılığını tamamilə şübhə altına alır. Beləliklə, ittiham tərəfinin təqsirləndirilən şəxs1 təqsirliliyini əsaslandırmaq üçün istinad etdiyi sübutlar nə ayrı-ayrılıqda, nə də məcmu halda onun cinayət hadisəsini törətməsini ağlabatan şübhədən kənar şəkildə təsdiq etmir. Əksinə, həmin sübutlar ciddi ziddiyyətlərlə, prosessual pozuntularla və etibarlılıq problemləri ilə müşayiət olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh etmək əvəzinə, etibarlılığı ciddi şəkildə mübahisələndirilən sübutlara əsaslanaraq ittiham hökmü çıxarmışdır ki, bu da hökmün qanunsuz və əsassız olmasına dəlalət edən xüsusatlardan biridir. Istintaq orqanının hazırkı cinayət işi üzrə irəli sürdüyü ittihamın məzmunu iş materiallarında mövcud olan ekspertiza rəyləri, maddi sübutlar və hadisənin obyektiv halları ilə uyğunluq təşkil etmir. Belə ki, istintaq orqanının mövqeyi ondan ibarətdir ki, guya təqsirləndirilən şəxslər əvvəlcə mərhum Zeynəb Ismayılovanın baş nahiyəsinə dəmir alətlə zərbə vurmuş, daha sonra isə o ölmədiyi üçün evdən yastıq gətirərək onu boğmaqla öldürmüşlər. Lakin cinayət işi üzrə toplanmış sübutlar bu versiyanı təsdiq etmir, əksinə, həmin versiyanın ehtimallara əsaslanan və obyektiv sübutlarla dəstəklənməyən süni ittiham olduğunu göstərir. Belə ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ## ##### 2025-ci il tarixli, ** nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zeynəb Ismayılovanın ölümünə səbəb baş beynin əzilməsi, baş beyin toxumasına və qişaları altına qansızma, baş beynin ödəmi ilə müşayiət olunan ağır kəllə-beyin travması olmuşdur. Ekspertiza rəyində birbaşa qeyd olunur ki, aşkar olunmuş xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və həmin xəsarətlər ölüm ilə birbaşa səbəbli əlaqədə olmuşdur. Yəni ekspertiza rəyi ölümün səbəbi kimi boğulmanı deyil, məhz baş nahiyəsinə vurulmuş ağır küt travmanı göstərir. Daha mühüm məqam isə ondan ibarətdir ki, həmin ekspertiza rəyində açıq şəkildə göstərilmişdir ki, “mərhum X9 bədən səthi üzərində, eləcə də burun və ağız boşluqlarında və onların ətrafında asfiksiyaya, eləcə də yastıqla boğulmaya xarakterik hər hansı bir əlamətlər müəyyən olunmamışdır.” Bu nəticə istintaq orqanının “yastıqla boğaraq öldürmə” versiyasını tam şəkildə təkzib edir. Çünki əgər mərhum həqiqətən yastıq vasitəsilə boğularaq öldürülmüş olsaydı, həmin hal tibbi ekspertiza zamanı müəyyən edilən klassik asfiksiya əlamətləri ilə müşahidə olunmalı idi. Lakin ekspertiza rəyində belə əlamətlərin olmadığı birbaşa göstərilmişdir. Bundan əlavə, guya boğulma aləti kimi istifadə edildiyi iddia olunan yastıq üzərində də istintaq orqanının versiyasını təsdiq edən hər hansı obyektiv sübut aşkar edilməmişdir. Ekspertiza zamanı həmin yastıq üzərində nə qan izləri, nə də əl-barmaq izləri müəyyən olunmuşdur. Halbuki ittiham tərəfinin təqdim etdiyi hadisə mexanizminə əsasən mərhum əvvəlcə baş nahiyəsindən ağır xəsarətlər almış, daha sonra isə yastıqla boğulmuşdur. Belə bir halda yastıq üzərində ən azı müəyyən qan izlərinin və ya istifadə edən şəxslərə aid izlərin olması gözlənilən idi. Lakin iş materiallarında belə sübutlar mövcud deyildir. Həmçinin ## ### 2025-ci il tarixli, *** nömrəli məhkəmə-daktiloskopik ekspertizası rəyindən də görünür ki, tədqiqata təqdim olunmuş metal çəkic, “T” formalı dəmir alət və digər maddi sübutların üzərində heç bir əlbarmaq və papilyar naxış izləri aşkar edilməmişdir. Ekspertiza rəyində açıq şəkildə qeyd olunur ki, predmetlərin səthində izlər aşkar edilmədiyindən təqsirləndirilən şəxslərin daktiloskopik müqayisəsi belə aparılmamışdır. Bu isə bir daha göstərir ki, istintaq orqanı təqdim etdiyi maddi sübutlarla təqsirləndirilən şəxslər arasında birbaşa əlaqəni müəyyən edə bilməmişdir. Beləliklə, iş materiallarında olan ekspertiza rəyləri və maddi sübutlar istintaq orqanının irəli sürdüyü “əvvəl dəmir alətlə vurma, daha sonra isə yastıqla boğaraq öldürmə” şəklindəki hadisə mexanizmini təsdiq etmir. Əksinə, məhkəmə-tibbi ekspertiza rəyində asfiksiya və yastıqla boğulmaya xarakterik əlamətlərin olmaması birbaşa göstərilməklə həmin versiya təkzib olunur. Bu səbəbdən də “yastıqla boğaraq öldürmə” hissəsinin istintaq orqanı tərəfindən hadisəni daha ağır və əlbirliklə törədilmiş cinayət görüntüsündə təqdim etmək məqsədilə formalaşdırılmış, lakin obyektiv sübutlarla təsdiqini tapmayan ehtimal xarakterli mülahizə olduğu açıq şəkildə görünür. Cinayət işində şəxsin təqsirliliyi ehtimallara, fərziyyələrə və istintaq orqanının subyektiv qənaətinə deyil, yalnız qanuni üsullarla əldə edilmiş, bir-biri ilə uyğunluq təşkil edən və ağlabatan şübhədən kənar sübutlara əsaslana bilər. Hazırkı iş üzrə isə istintaq orqanının təqdim etdiyi hadisə mexanizmi mövcud ekspertiza rəyləri ilə təkzib olunduğundan həmin ittihamın hüquqi və faktiki əsası mövcud deyildir. təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda guya hazırkı cinayət hadisəsinin tamah məqsədi ilə törədildiyi göstərilsə də, ittiham tərəfi bu halı təsdiq edən hər hansı mötəbər, təkzibolunmaz və obyektiv sübutu nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışı zamanı təqdim edə bilmişdir. Hazırkı iş üzrə “tamah məqsədi” ittihamın əsas kvalifikasiyaedici əlamətlərindən biri olsa da, həmin məqsədin mövcudluğu yalnız ehtimallarla deyil, konkret faktlar və sübutlarla təsdiq edilməlidir. Lakin iş materiallarında təqsirləndirilən şəxs1 maddi mənfəət əldə etmək niyyəti ilə hərəkət etdiyini göstərən heç bir sübut yoxdur. Hazırkı iş üzrə ittiham tərəfi bu məqsədin mövcudluğunu yalnız ehtimal xarakterli mülahizələrlə əsaslandırmağa çalışmış, lakin bunu təsdiq edən konkret sübut təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxs1 maddi sıxıntı içərisində olmadığını və onun pula ehtiyacının mövcud olmadığını göstərir. Şahid ifadələri ilə də təsdiq olunur ki, təqsirləndirilən şəxs1 ailəsinin kifayət qədər maddi imkanı olmuş, onun hər hansı ciddi maliyyə problemi və ya yerinə yetirilməmiş maddi öhdəliyi olmamışdır. Yəni ittiham tərəfi təqsirləndirilən şəxs1 hansı maddi maraq naminə belə ağır cinayət törətməsini əsaslandıra bilməmişdir. Digər tərəfdən isə iş materiallarından görünür ki, maddi sıxıntı və borc problemi yaşayan şəxs məhz digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 olmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o, Şərur rayonunun Oğlanqala kəndində yerləşən “Sənan market”in sahibi olmuş, təqsirləndirilən şəxs2 uzun müddət həmin mağazadan nisyə alış-veriş etmiş və onun xeyli borcu yaranmışdır. Şahid ifadəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs2 mağazaya olan borcu 1428 manat təşkil etmiş, ##.##.2025-ci il tarixdə isə Aypara gözlənilmədən mağazaya gələrək həmin borcu birdəfəlik ödəmişdir. Şahid onun maaşının belə məbləği ödəməyə kifayət etmədiyini bildiyini üçün bu qədər pulu haradan əldə etdiyini soruşduqda, Aypara guya lotereya oynayaraq pul qazandığını bildirmişdir. Şahid isə həmin vəziyyətdən şübhələndiyini açıq şəkildə qeyd etmişdir. Göründüyü kimi, iş materiallarında maddi maraq və maliyyə ehtiyacı ilə bağlı konkret hallar məhz digər təqsirləndirilən şəxslə bağlı mövcuddur. təqsirləndirilən şəxs1 isə hər hansı maddi sıxıntı yaşaması, borc içində olması və ya pul əldə etmək məqsədilə hərəkət etməsi ilə bağlı heç bir sübut yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu mühüm xüsusatları nəzərə almamış və tamah məqsədinin mövcudluğunu əsaslandırmadan həmin ağırlaşdırıcı halı təqsirləndirilən şəxs1 aid etmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş ## ### 2025ci il tarixli, *** nömrəli məhkəmə-daktiloskopik ekspertizası rəyindən də görünür ki, mərhuma məxsus olduğu bildirilən qızılzinət əşyalarının – boyunbağıların, üzüklərin və digər əşyaların üzərində təqsirləndirilən şəxs1 məxsus hər hansı əl-barmaq və ya papilyar naxış izləri aşkar edilməmişdir. Ekspertiza rəyində açıq şəkildə qeyd olunur ki, həmin predmetlərin səthində heç bir iz aşkar edilmədiyindən təqsirləndirilən şəxslərin əl-barmaq izləri ilə müqayisəli tədqiqat belə aparılmamışdır. Əgər ittiham tərəfinin iddia etdiyi kimi cinayət tamah məqsədi ilə törədilmiş və zinət əşyaları ilə bağlı hər hansı hərəkətlər edilmiş olsaydı, bu halda ən azı həmin əşyalar üzərində təqsirləndirilən şəxs1 aid izlərin aşkar olunması gözlənilən idi. Lakin belə bir sübut mövcud deyildir. Həmçinin ## ##### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 yaşadığı evdə aparılmış baxış və axtarış zamanı onun mənzilindən hər hansı külli miqdarda pul və ya cinayət nəticəsində əldə edildiyi iddia edilə biləcək maddi vəsait aşkar olunmamışdır. Bu da bir daha göstərir ki, təqsirləndirilən şəxs1 maddi mənfəət əldə etməsi və ya cinayətdən sonra hər hansı əmlak və pul əldə etməsi barədə ittiham tərəfinin iddiaları obyektiv sübutlarla təsdiqini tapmamışdır. Iş materiallarında təqsirləndirilən şəxs1 tamah məqsədi hazırkı cinayət hadisəsini törətməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Əksinə, həm şahid ifadələri, həm ekspertiza rəyləri, həm də maddi sübutlar ittiham tərəfinin bu versiyasını təsdiq etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tamah məqsədinin mövcudluğunu kifayət qədər araşdırmadan və bu halı sübuta yetirən konkret dəlillər olmadan həmin ağırlaşdırıcı əlaməti ittihamın əsası kimi qəbul etmişdir ki, bu da hökmün qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaradır. Son olaraq iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” ## ##### 2025-ci il tarixli, ** nömrəli protokola və “Əşyaya baxış aparılması haqqında” ## ##### 2025-ci il tarixli, ** nömrəli protokola istintaq orqanı tərəfindən sonradan adi gözlə baxış zamanı belə aydın şəkildə görünən formada qələmlə düzəlişlər edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, istintaq hərəkətlərinə dair tərtib olunan protokollar prosessual hərəkətin gedişini olduğu kimi əks etdirməli, həmin sənədlərdə edilən hər hansı əlavə və ya düzəlişlər isə qanunvericiliyin müəyyən etdiyi qaydada təsdiq edilməli və istintaq hərəkətinin iştirakçılarının diqqətinə çatdırılmalıdır. Lakin sözügedən protokollarda aparılmış düzəlişlərin nə vaxt, kim tərəfindən və hansı zərurətdən edildiyi qeyri müyyəndir. Eyni zamanda həmin dəyişikliklər prosessual qaydada da rəsmiləşdirilməmişdir. Bu isə həmin protokolların mötəbərliyi və etibarlılığı ilə bağlı ciddi şübhələr yaradır. Bu xüsusat birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, lakin məhkəmə tərəfindən həmin xüsusat araşdırılmamış, göstərilən arqumentlərə münasibət bildirilməmiş və nəticə etibarilə müdafiə tərəfinin əsaslı dəlilləri qiymətləndirilməmişdir. Beləliklə, hazrıkı cinayət işi üzrə birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, nəticədə isə qanunsuz və əsassız hökm qəbul etmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan açıq-aydın görünür ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi tamamilə qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 məhkəmə baxışı iclasında apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətini müdafiə etməklə şikayətin təmin olunmasını, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli ittiham hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması kollegiyadan xahiş etdilər. Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi R Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunmamasını, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün qanuni və əsaslı olduğunu bildirərək hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis verilmiş şikayətin təmin olunmamasını, qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Sözügedən Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası tədqiq edilmiş cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün dəlillər gətirərək ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli ifadələrində Zeynəb Ismayılovanı təqsirləndirilən şəxs2 ilə birlikdə öldürmədiyini, təqsirləndirilən şəxs2 onu şərlədiyini, cinayət hadisəsinə aidiyyətinin olmadığını, cinayət törədilməsində iştirak etmədiyini göstərsə də, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istinad edilən əməlin törədilməsini təsdiqləyən və cinayət işinin materiallarında əksini tapan hadisə yerinə baxış, əşyaya baxış, iş üzrə dindirmə protokolları, ifadənin yerində yoxlanması protokolu, üzləşdirmə protokolları, şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər mötəbər təkzib edilməz sübutlarla onun Аzərbаycаn Rеspublikаsı CM-in 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə Şərur Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən faktiki olaraq saxlanılması və həmin vaxtdan etibarən onun azadlığının məhdudlaşdırılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, istintaqın aparıldığı Şərur rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə çağırıldığı və həmin tarixdən istintaq orqanı tərəfindən onun azadlığının məhdudlaşdırıldığı cinayət işinin materialları ilə təsdiq edilmir. Eləcə də təqsirləndirilən şəxs1 faktiki olaraq Şərur Rayon Polis Şöbəsində ## ##### 2025-ci il tarixdən saxlanılmaqla ona apellyasiya şikayətində göstərilən fiziki və ya psixi təsirlər göstərilməsinə, onun müdafiə hüquqlarının pozulmasına dair hər hansı mötəbər sübut mövcud deyil. Ümumiyyətlə, təqsirləndirilən şəxsin Şərur Rayon Polis Şöbəsinə çağırılaraq saxlanılıb-saxlanılmaması istintaq orqanının iş üzrə prosessual fəaliyyətini əhatə etmir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən ## ##### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilmiş və həmin tarixdən azadlığı məhdudlaşdırılmışdır. təqsirləndirilən şəxs1 etirafedici ifadələrinin apellyasiya şikayətində qeyd edilən prosessual pozuntulara yol verilməklə fiziki və psixoloji təsir nəticəsində alınması ilə bağlı dəlillər hər hansı real əsaslara malik deyildir. ## ### 2025-ci il tarixdə, həftənin şənbə günü (6-cı gün), yəni qeyri-iş günü olmasına baxmayaraq, təcili şəkildə təqsirləndirilən şəxs1 iştirakı ilə istintaq hərəkəti aparılması dəlilini də kollegiya əsassız hesab edərək qeyri-iş günü hər hansı istintaq hərəkətinin aparılmasını prosessual norma pozuntusu olaraq qeyd etmir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 etirafedici ifadələri onun təqsirini müəyyən edən yeganə sübut deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin ifadələri, eləcə də ifadənin yerində yoxlanması zamanı verilmiş ifadəni ziddiyyət təşkil etmədiyi digər sübutlarla birlikdə nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündə də qeyd edildiyi kimi apellyasiya şikayətində göstərilən psixi və ya fiziki təsir, təzyiq və işgəncələrlə, o cümlədən istintaq təcridxanasında fiziki və psixoloji işgəncələr edilməsi, insan ləyaqətini alçaldan formada saxlanılması, zorakılığa məruz qalması ilə bağlı müvafiq araşdırmalar aparılmış və təsdiqini tapmamışdır. şahid18 hadisəni görməsini bildirdiyi həmin pəncərənin hamam otağına aid pəncərə olması və həmin pəncərə hadisə zamanı mavi rəngli çadır-tentlə tam şəkildə örtülməsi, qeyd olunan örtük səbəbindən nə çöldən daxili hissənin, nə də daxildən çöl hissəsinin görünməsinin mümkün olmaması ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarından aydın olduğu kimi hadisə ümumiyyətlə hamam otağında baş verməmişdir. Hökmdə qeyd olunan ifadəsində görə şahid18 quyu tərəfdəki qapıdan evə daxil olarkən pəncərədən gördüyünü göstərmişdir. ##.##.2025-ci il tarixli bioloji ekspertiza rəyinin bütün səhifələrinin imzalanmaması və möhürlənməməsi ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, texniki səbəblərdən formal əsaslarla ekspert rəyinin sübut olaraq mötəbərliyi inkar olunmur. Eləcə də həmin dəlillə bağlı birinci instansiya məhkəməsində dindirilən ekspert öz rəyini bir daha təsdiq etmişdir. təqsirləndirilən şəxs1 məxsus olan paltarların götürülməsinə dair protokolda pozuntuya yol verilməsi ilə bağlı dəlillər də inkar olunur. Belə ki, təqsirləndirilən şəxs1 məxsus evdə axtarış aparılması haqqında ## ##### 2025-ci il tarixli protokol təqsirləndirilən şəxs, müdafiəçilər, hal şahidləri və digərlərinin iştirakları ilə tərtib olunmuş, götürülən əşyaların qablaşdırılması protokolda qeyd olunmuş və iştirakçılar tərəfindən hər hansı əlavə və düzəlişlər barədə qeyd aparılmamışdır. Eyni zamanda “lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik” ekspertizasının əsaslandığı maddi sübut olan paltarların götürülməsi, qablaşdırılması, möhürlənməsi və saxlanılması qaydaları da qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi barədə dəlili də kollegiya əsaslı hesab etmir. Cinayətin motivi ilə bağlı, törədilmə üsulu ilə bağlı, maddi sübutların təmas ehtimalı ilə bağlı dəlillər də mülahizə xarakterli olduğundan əsaslı sayılmır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumi şəkildə qiymət verərək əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bəraətin əsaslarını təşkil etmir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilən sübutlar və işin digər faktiki halları təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərində təqsirli hesab edilməsinə kifayət edir. Kollegiya qeyd edir ki, məhkəmə cəza təyin edərkən qanunvericiliyin tələblərinə əməl etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, ədalətli, qanuni, əsaslı, təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin baxışı mərhələsində də təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli, * saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsas təşkil etmir. Buna görə də qeyd edilənlərə əsasən sonda kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəllənin 398.1.1, 407, 408.2.4, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410 və 412-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar