Məhkəmə qərarları › İş №1(3-1)-18/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-18/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-18/2026 22.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: Güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz əldə etmə və satmağa görə ittiham verilmiş, birinci instansiya məhkəməsində 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən CM-in 62 və ya 70-ci maddəsinin tətbiqi üçün apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunmamış Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## #### 1987-ci ildə Babək rayonu Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, əvvəllər məhkumluğu olan, yük avtomobili idarə edən, Babək rayonu, Kültəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ##.##.2026-cı il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq üzərində "Mahtram Tramadol 100" yazısı olan 4 ədəd konvalyutda, hər birində 10 ədəd olmaqla ümumilikdə 40 ədəd, həmçinin üzərində "X3 100" yazısı olan 1 ədəd konvalyutda 10 ədəd olmaqla ümumilikdə 50 ədəd güclü təsir edən maddə hesab olunan dərman həblərini (təsiredici maddəsinin ümumi miqdarı 5 qram) qanunsuz olaraq əldə etmiş və üzərində saxlamış, ## ###### 2025-ci il tarixdə saat 01:40 radələrində Naxçıvan şəhəri Topçubaşov küçəsində, "Türk Məscidi"nin qarşısında, yol kənarında dayanmış "AzSamand" markalı, 67- BL-539 dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədilə üzərində saxladığı qeyd olunan dərman həblərini 90 manat pul müqabilində şahid6 İsfəndiyar oğluna satmış, saat 02:00-da Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi "AzSamand" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən Naxçıvan Şəhər Məhkəməsinin qarşısında saxlanılmış, hər iki şəxsin üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ cibindən özünün təqdim etdiyi ümumilikdə 144 manat pul vəsaiti, şahid6 İspəndiyar oğlunun üzərində olan gödəkçənin sağ cibindən isə özünün təqdim etdiyi Təqsirləndirilən şəxs 90 manat pul müqabilində aldığı, üzərində "Mahtram Tramadol 100" və "X3 100" yazısı olan güclü təsir edən maddə hesab olunan dərman həbləri aşkar edilərək prosessual qaydada götürülmüşdür. II. Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## #### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə təqsirli bilinməsi və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** saylı hökmünün cəza təyini hissəsində dəyişdirilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın, bunun mümkün sayılmadığı halda isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti təyin olunmaqla şərti cəzanın təyin edilməsini və onun, real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və onun, dərhal həbsdən azad edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cəza həm törədilmiş əməlin faktiki ictimai təhlükəlilik dərəcəsinə, həm də Təqsirləndirilən şəxs şəxsiyyətinə açıq-aydın uyğun deyildir. Məhkəmə real azadlıqdan məhrum etmə cəzası təyin etməzdən əvvəl, cəzanın məqsədlərinə daha yumşaq tədbirlərlə, o cümlədən cəzanın şərti tətbiqi yolu ilə nail olmağın mümkünlüyü məsələsini araşdırmağa borcludur. Mübahisələndirilən hökmdə isə bu məsələ ümumiyyətlə müzakirə edilməmiş, məhkəmə nəyə görə məhz real azadlıqdan məhrum etmənin zəruri olduğunu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi Plenumun tələbinə zidd olaraq, ilk dəfə az ağır cinayət törətmiş, əvvəllər məhkum olunmamış şəxs barəsində daha yüngül cəza, eləcə də cəzanın şərti tətbiqi məsələsini heç araşdırmamış, sanki bu imkanlar mövcud deyilmiş kimi, birbaşa real azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç azyaşlı övladı vardır: ## ###### 2013-cü il təvəllüdlü Uğur, ## ###### 2014-cü il təvəllüdlü Zeynəb və ## #### 2021-ci il təvəllüdlü Mələykə. Bu uşaqların hər üçü hökm çıxarıldığı tarixə on dörd yaşına çatmamış, yəni azyaşlıdır. Onun həyat yoldaşı işləmir, ailənin yeganə qazanc gətirəni isə məhz Təqsirləndirilən şəxsdur. Beləliklə, ailənin yeganə dolanışıq mənbəyi olan atanın azadlıqdan məhrum edilməsi birbaşa üç azyaşlı uşağın və işsiz qadının ən zəruri vasitələrdən məhrum qalması nəticəsini doğurur. Bütün bu mühüm hallar nə hökmün təsviri-əsaslandırıcı hissəsində qiymətləndirilmiş, nə də cəza təyini zamanı nəzərə alınmışdır. Şəxsin himayəsində bir deyil, üç azyaşlı uşaq olduğu halda, məhkəmə bu cəzanı yüngülləşdirən halı hökmdə əks etdirməmiş və nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarına görə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar hökmdə tam göstərilməli, cəzanın seçilməsi və onun növünün müəyyən edilməsi əsaslandırılmalıdır; mübahisələndirilən hökm bu baxımdan əsaslandırılmamış qalır. Birinci instansiya məhkəməsinin diqqətindən tamamilə kənarda qalan digər hal isə əməlin törədilmə motivi və onun yaranma şəraitidir. Belə ki, Təqsirləndirilən şəxs həmin dərman preparatını əldə etməsində ilkin və əsl məqsədi satış deyil, öz səhhəti ilə bağlı olmuşdur. O, uzun müddətdir böyrək ağrılarından və sancılarından əziyyət çəkmiş, bu səbəblə dəfələrlə İran İslam Respublikasının Ərdəbil şəhərində böyrəyi ilə bağlı tibbi müayinələrdən keçmiş və ona müvafiq müalicə təyin edilmişdir. Lakin təyin olunmuş müalicə onun şiddətli ağrılarını aradan qaldırmadığından, o, məcburiyyət qarşısında qalaraq həmin preparatı ağrıkəsici kimi istifadə etmək üçün əldə etmişdir. Sonradan ağrıları müəyyən qədər səngidikdə isə, öz müalicəsi üçün xərclədiyi pulun büsbütün hədərə getməməsi düşüncəsi ilə əlində qalan preparatı satmaq qərarına gəlmişdir. Göründüyü kimi, burada tamah və ya qazanc məqsədi ilə törədilən, planlı surətdə həyata keçirilən bir cinayət fəaliyyəti deyil, ağır səhhət vəziyyəti zəminində, hadisələrin təsadüfi axarı nəticəsində yaranmış bir vəziyyət söhbət gedir. Bu hal əməlin faktiki ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə aşağı salır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs kimi ilk dəfə, öz xəstəliyi və ağrıları ilə bağlı yaranmış ağır vəziyyət zəminində bu əməli törətmişdir. Beləliklə, baxılan işdə cəzanı ağırlaşdıran heç bir hal mövcud deyil, cəzanı yüngülləşdirən hallar isə bir neçədir: şəxsin himayəsində üç azyaşlı uşağın olması, onun ilk dəfə və ağır həyat şəraiti zəminində, hadisələrin təsadüfi axarı nəticəsində az ağır cinayət törətməsi, əvvəllər məhkum olunmaması, müsbət xarakterizə olunması. Bu hallar Cinayət Məcəlləsinin 62-ci maddəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs şəxsiyyəti - onun əvvəllər məhkum olunmaması, daimi yaşayış və qeydiyyat yerinin olması, üç azyaşlı uşağın atası kimi sabit ailə şəraiti, az ağır cinayət törətməsi və cəzanı ağırlaşdıran halların tam yoxluğu - onun cəmiyyətdən təcrid edilmədən, sınaq müddəti təyin olunmaqla islah oluna biləcəyini şübhə altına almağa əsas vermir. Birinci instansiya məhkəməsi bu imkanı da qiymətləndirməmiş, hökmdə nə üçün məhz cəmiyyətdən real təcridin zəruri olduğunu göstərməmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs real azadlıqdan məhrum etmə cəzası təyin etməsi mümkün sayılsaydı belə, təyin olunmuş 6 (altı) ay müddət özü-özlüyündə əsassız və ədalətsizdir. Belə ki, Cinayət Məcəlləsinin 55.2-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir, yəni bu cəza növü üçün qanunla nəzərdə tutulmuş aşağı hədd üç aydır. Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyası azadlıqdan məhrum etmə cəzasının yalnız yuxarı həddini (üç il) müəyyən etdiyindən, həmin cəza növünün aşağı həddi məhz Məcəllənin Ümumi hissəsinin 55.2-ci maddəsi ilə müəyyən olunan üç ay təşkil edir. Beləliklə, məhkəmə cəzanı bu cəza növünün qanunla yol verilən ən aşağı həddində - üç ay müddətində də təyin edə bilərdi. Baxılan işdə cəzanı ağırlaşdıran bir hal belə mövcud deyilkən, cəzanı yüngülləşdirən hallar isə bir neçə olduğu halda, məhkəmə təqsirləndirilən şəxsə cəza növünün aşağı həddini deyil, onun iki mislini - altı ay müddətini təyin etmiş, üstəlik bu seçimi, yəni nəyə görə məhz aşağı həddin yetərli sayılmadığını hökmdə heç bir şəkildə əsaslandırmamışdır.

5. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə əlavəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs arvadı, ## ##### 1993-cü il təvəllüdlü Nəcəfova İlahə Məhəmməd qızı onurğa sütununun ağır xəstəliyindən əziyyət çəkir. Təqdim olunan tibbi sənədlərdən görünür ki, ona L5-S1 onurğa fəqərələri arasında hər iki S1 sinir kökünü sıxan disk yırtığı (diaqnoz G55.1) qoyulmuş və bu xəstəliklə əlaqədar ## ####### 2023-cü il tarixdə X5 Mərkəzində ağır cərrahi əməliyyat aparılmışdır. Əməliyyat zamanı ona bilateral hemilaminektomiya, mikroskopik diskektomiya, habelə L5-S1 səviyyəsində transpedikulyar vida və rod sistemi ilə metal konstruksiya yerləşdirilərək fiksasiya icra olunmuşdur. Sonradan keçirilmiş müayinələr - ## ###### 2025-ci il tarixli kompüter tomoqrafiyası və ## #### 2025-ci il tarixli bel-oma (lomber) maqnit-rezonans tomoqrafiyası onurğanın həmin metal konstruksiya ilə fiksasiya olunduğunu, disklərdə degenerativ dəyişiklikləri və residiv xarakterli yırtıq əlamətlərini təsdiq edir. Bu, birdəfəlik aradan qaldırılmış deyil, davam edən, xroniki xarakter daşıyan, daimi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunan bir xəstəlikdir. Bu halın cəza təyini üçün əhəmiyyəti olduqca böyükdür. Müdafiə etdiyi şəxsin ailəsi üç azyaşlı uşaqdan və yuxarıda təsvir olunan ağır onurğa xəstəliyindən əziyyət çəkən, məhz bu xəstəliyə görə işləyə bilməyən və özü qulluğa, qayğıya ehtiyacı olan anadan ibarətdir. Belə bir ailədə yeganə əmək qabiliyyətli qazanc gətirən və qayğı göstərən şəxs məhz Təqsirləndirilən şəxsdur. Onun real olaraq azadlıqdan məhrum edilməsi yalnız işsiz qadını deyil, ağır xəstə, cərrahi əməliyyat keçirmiş, davamlı müalicə və qayğıya ehtiyacı olan ananı və üç azyaşlı uşağı eyni anda həm dolanışıq mənbəyindən, həm də gündəlik qayğıdan məhrum qoyur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən yalnız təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, lakin ailənin real vəziyyətini - üç azyaşlı uşağın və ağır xəstə, işləməyən həyat yoldaşının mövcudluğunu, təqsirləndirilən şəxsin ailənin yeganə qazanc gətirəni olmasını qiymətləndirməmişdir. Məhkəmə həyat yoldaşının səhhəti ilə bağlı bu halları qiymətləndirə də bilməzdi, çünki onu təsdiq edən tibbi sənədlər birinci instansiya məhkəməsinə təqdim edilməmiş, həmin sənədlər yalnız indi, apellyasiya mərhələsində əldə edilərək toplanmışdır. Həyat yoldaşının ağır səhhət vəziyyəti, üç azyaşlı uşağın himayədə olması və təqsirləndirilən şəxsin ailənin yeganə təminatçısı olması, hər biri ayrılıqda və xüsusən də məcmu halda, Cinayət Məcəlləsinin 59.2ci maddəsi baxımından cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq apellyasiya şikayəti verdiyi zaman hökmün hələ tam olaraq çıxmadığını, çıxarış hissəsinin onlara təqdim edilmədiyini, ətraflı tanış ola bilmədiyinə və birinci instansiya məhkəməsində müdafiəçi qismində iştirak etmədiyinə görə məlumatsız olduğunu, müddəti buraxmamaq üçün apellyasiya şikayəti verdiklərini, daha sonra hökm və təqsirləndirilən şəxsin həyat yoldaşının tibbi sənədləri əldə edildikdən sonra bununla əlaqədar olaraq apellyasiya şikayətinə əlavəni hazırlıq iclasından əvvəl elektron kabinetə yüklədiklərini, bu işdə rəsmi olaraq azadlıqdan məhrum edilən bir nəfər, lakin cəzanı çəkənin beş nəfər olduğunu, onlardan üçünün uşaq olduğunu, dördüncüsünün isə onların anası olduğunu, uşaqların anasının bel ağrılarından əziyyət çəkdiyini, əməliyyat icra olunsa da təkrarlanan, fəqərələrində metal konstruksiya ilə fiksasiya əməliyyatı keçirdiyini, bu gün faktiki olaraq el ağrıları ilə əlaqədar olaraq yataq xəstəsinə çevrildiyini, hal-hazırda tərpənə, hətta uzandığı yerdə sağa-sola dönə bilmədiyini, təqsirləndirilən şəxsin planlı cinayət biznesinə görə deyil, cəmi 90 manatlıq bir epizoda görə cəmiyyətdən təcrid edildiyini, nəticədə üç azyaşlı uşağın bir gündə həm atadan, həm də çörəkdən məhrum qaldığını, birinci instansiya məhkəməsinin hökmdə yalnız bir cümlə ilə "himayəsində azyaşlı uşağının olması" yazmaqla kifayətləndiyini, uşağın bir deyil, üç olduğunu, ananın sağlam deyil, yataq xəstəsi olduğunu, ailənin başqa gəlir mənbəyinin olamdığını, bu halların heç birinin hökmdə qiymətləndirilmədiyini, çünki ananın səhhətini təsdiq edən tibbi sənədlərin birinci instansiya məhkəməsinə təqdim olunmadığını, təqsirləndirilən şəxsin böyrək ağrılarından əziyyət çəkdiyini, həmin vaxt ağrıları dözülməz həddə olduğu üçün məcbur qalaraq həmin dərman preparatını aldığını, bir müddət sonra həmin dərman preparatının istifadəsinə zərurət olmadığı üçün və müəyyən qədər məvacib xərclədiyi üçün satdığını, təqsirləndirilən şəxsin niyyətinin həmin dərman preparatını sataraq hər hansı şəxsləri zəhərləmək, güclü təsir edən maddələrin təsiri altında saxlamaq deyil, sadəcə olaraq itirdiyi məbləği bərpa etmək olduğunu, bu da onun maddi vəziyyəti ilə əlaqədar olan bir hal olduğunu bildirərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza, bu mümkün sayılmadıqda isə 70-ci maddə tətbiq edilməklə şərti cəza təyin edilməsini xahiş etmişdir. Suallara cavabında təqsirləndirilən şəxsin və onun ailə üzvlərinin heç vaxt şəxsin barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilə biləcəyini düşünmədiklərini, savadsızlıqdan və bilgisizlikdən şəxsin həyat yoldaşının xəstəliyinə dair sənədləri birinci instansiya məhkəməsinə təqdim etmədiklərini, həmin sənədlərin 2025-ci ilin sonuna aid olduğunu, həmin sənədlərdən təqsirləndirilən şəxsin həyat yoldaşının belindən əməliyyat olunduğu, sonradan həmin halın yenidən təkrarlandığının göründüyü, təqsirləndirilən şəxsin pul zərurəti olduğundan, ailənin maddi təminatının qarşılanması, həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq həmin dərmanları satdığını, həyat yoldaşının müalicəsinin davam etdiyini, bunun üçün kifayət qədər vəsaitin lazım olduğunu bildirdi.

8. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin dedikləri ilə razılaşdığını, əlavəsinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında Babək rayon, Kültəpə kəndində yaşadığını, həmin evin mülkiyyət hüququ ilə əmisinə məxsus olduğunu, həyat yoldaşına anasının baxdığını, anasının Bakıda yaşadığını, 1 həftədir ki, çıxıb getdiyini, həyat yoldaşına qızının baxdığını, dərmanın tam olaraq nə olduğunu bilmədiyini, ağrı kəsici olaraq bildiyini, həmin dərmanları almaq üçün verdiyi pulu geri qaytarmaq və həyat yoldaşının dərmanlarını almaq məqsədilə satdığını, həyat yoldaşının 2023cü ildə əməliyyat olunduqdan sonra fəqərələrinin arasına metal qoyulduğunu, ondan sonra əziyyət çəkdiyini, indi də müalicə olunduğunu bildirdi.

9. Dövlət ittihamçısı dövlət ittihamçısı1 müdafiəçinin təqdim etdiyi təqsirləndirilən şəxsin həyat yoldaşının xəstə olması ilə bağlı sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin birinci instansiya məhkəməsinin günahı ucbatından baş vermiş hal olmadığını, apellyasiya şikayətində təqsirləndirilən şəxsə cəza təyin edilərkən ağırlaşdırıcı halların olmaması və yüngülləşdirici halların nəzərə alınmadığının göstərildiyini, hökmdə şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olması, himayəsində azyaşlı uşağının olmasının öz əksini tapdığını, şəxsin barəsində aşağı həddə cəza təyin edildiyini, hökmdə göstərilən və göstərilməyən yüngülləşdirici halların nəzərə alındığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

10. Maddə 240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

11. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

12. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)

13. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

14. Məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən *(***)- ****/**** nömrəli 3 ulduzlu qərarı)

15. Məhkəmə qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə məqamlara aydınlıq gətirilmiş və qeyd edilmişdir ki, həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən *(***)-**/**** nömrəli 3 ulduzlu qərarı)

16. CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. (Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli qərarının 8-ci bəndi) c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi

17. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarı) V. Apellyasiya şikayətinə baxılması hüdudları

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

19. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

20. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli qərarı)

21. Hazırkı apellyasiya şikayətində müdafiəçi Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın, bunun mümkün sayılmadığı halda isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti təyin olunmaqla şərti cəzanın təyin edilməsini və təqsirləndirilən şəxsin real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, Azərbaycan Respublikasının cinayət və cinayət-

22. qanunvericiliyinin tələblərini, yuxarıda qeyd edilən qərarlarda əks olunan hüquqi prosessual mövqeləri araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi üçün əsas deyildir.

23. CPM-in 143-145-ci maddələrinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, bütün sübutların məcmusuna isə onların ittihamın həlli üçün kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir.

24. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin tələblərə əməl etmiş, təqsirləndirilən şəxsin öz etirafedici ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, əməliyyat-axtarış tədbirləri ilə bağlı sənədləri, üzərinə baxış və götürmə protokollarını, maddi sübutları, videoçəkilişi və iş üzrə digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək əsaslandırılmış nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə güclü təsir edən maddələri qanunsuz əldə etmiş, saxlamış və satmışdır.

25. Apellyasiya şikayətində əmələ hüquqi qiymət verilməsi mübahisələndirilməmiş, yalnız təyin olunmuş cəzanın ağır olduğu, Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda onun barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən etmişdir. Belə olan halda apellyasiya şikayətində göstərilən “cəzanı yüngülləşdirən halların nəzərə alınmaması” barədə dəlillər iş materialları ilə təkzib olunur.

26. Müdafiəçi apellyasiya şikayətində həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxsin həyat yoldaşının ağır xəstə olması, ailənin yeganə gəlir mənbəyinin məhz təqsirləndirilən şəxs olması, himayəsində üç azyaşlı uşağın olması onun barəsində daha yüngül cəzanın təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hallar şəxsiyyəti səciyyələndirən məlumatlar olmaqla cəza təyin edilərkən nəzərə alına bilsə də, özlüyündə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi baxımından müstəsna hal hesab edilə bilməz.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cəzanı yüngülləşdirən halların mövcudluğu öz-özlüyündə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Həmin hallar öz xarakterinə və məcmusuna görə müstəsna olmalı və törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalıdır. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilməmişdir.

28. Müdafiəçinin Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin tətbiqi məhkəmənin hüququdur və bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və cəzanın məqsədlərinə real cəza çəkmədən nail olunmasının mümkünlüyü qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə həmin məqsədlərə yalnız real azadlıqdan məhrum etmə cəzasının tətbiqi ilə nail olmaq mümkündür.

29. Birinci instansiya məhkəməsi sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əmələ görə mümkün olan aşağı həddə yaxın, yəni altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, eyni zamanda cəzanı yüngülləşdirən hallara da hüquqi qiymət vermişdir.

30. Apellyasiya baxışı zamanı təqdim edilmiş təqsirləndirilən şəxsin həyat yoldaşının xəstəliyini təsdiq edən tibbi sənədlər də araşdırılmışdır. Həmin sənədlər ailənin sosial vəziyyətini xarakterizə etsə də, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və ya Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiqini zəruri edən müstəsna hallar kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanununun tələblərini düzgün tətbiq etmiş, cəzanın fərdiləşdirilməsi prinsipinə əməl etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Yusifəli Qurbanov, Müşfiq Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar