Məhkəmə qərarları › İş №1(3-1)-19/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-19/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-19/2026 22.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun vəkili-nümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: Təhqir və böhtana görə xüsusi ittiham qaydasında verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbuldan imtina edilməsi Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), X8 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun vəkili-nümayəndəsi müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun vəkilinümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat

1. Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.Heydarov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.

2. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun vəkili-nümayəndəsi müdafiəçi2 Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarının tamamilə ləğv edilməsini, Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə materialların icraata götürülməsi üçün işin Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

3. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun vəkili-nümayəndəsi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə şahid kimi dəvət olunmuş, verdiyi ifadəsində “bacım Gülləri Əli və atası Kərim öldürüb basdırmışdır” demiş, məhkəmə ona dərhal bu barədə məsuliyyəti olacağına dair qısa xəbərdarlıq etmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etmiş, heç bir dəlil və sübutu olmaya-olmaya onu açıq-aşkar ağır cinayəti törətməkdə ittiham etmiş, bu hal ##.##.2026-cı il tarixdə, saat 09:30-da Naxçıvan Şəhər Məhkəməsində keçirilən *(*-**)-**/**** saylı mülki işin audio-video çəkilişləri ilə də tam təsdiqini tapır. Həmçinin həmin məhkəmə iclasında iştirak edən Budaqova (Əhmədova) Laləzar Əli qızı, X3, X1, məhkəmə iclasında dinləyici kimi iştirak edən tərəflər də şahid olmuşdurlar. Bundan əlavə ##.##.2026-cı il tarixdə məhkəmə iclası yekunlaşdıqdan sonra Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasından çıxarkən (pilləkənləri düşərkən) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu kobud və nalayiq söyüşlərlə) təhqir etmiş, bunu bir neçə şəxsin yanında etmişdir. Orada olan şahidlər Budaqova (Əhmədova) Laləzar Əli qızı, X2 və X4 idilər. Həmin şəxslərin yanında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Onlar tərəfindən böhtan ilə bağlı ##.##.2026-cı il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin hakimi X5 icraatında olan *(*- **)-**/**** saylı mülki işin audio-video çəkilişləri ilə bağlı CD-nin sübut qismində əldə olunaraq iş materiallarına əlavə olunması və Budaqova (Əhmədova) Laləzar Əli qızı, X3, X1 və X2 məhkəmə iclasında şahid kimi iştirak edərək həmin şəxslərin şahid kimi ifadə verməsinə şərait yaradılması barədə vəsatətlər verilmiş, lakin 10 dəqiqəlik məhkəmə prosesində həmin vəsatətlər ümumiyyətlə müzakirə olunmamış, məhkəmə ümumiyyətlə əhəmiyyət verməmiş, məhkəmə qərarın 4-cü səhifəsində (15-ci bənd) AR CPM-nin 302.1.6 və 302.1.7 istinad etmiş, 18-ci bənddə isə böhtanla bağlı ifadəni təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir deyə qeyd etmiş, lakin məhkəmə onlar tərəfindən verilmiş vəsatətə əhəmiyyət versə və hüquqi dəyərləndirmə aparsa idi bu nəticəyə gəlmiyə bilərdi. Məhz verilmiş vəsatətin mahiyyəti ondan ibarətdir ki, həmin böhtanla bağlı ifadəni mülki işin gedişində şahid ifadə verərkən səsləndirmiş, həmin məhkəmə iclas protokolunun və ya iclasın çəkilişinə dair videonun əldə olunması mümkünsüz bir məsələdir. Belə olan halda şikayət vermiş şəxs heç bir halda həmin mötəbər sübutu məhkəməyə təqdim edə bilməz. Bundan əlavə məhkəməyə verilmiş şikayət ərizəsində kimin kimi təhqir etməsi, eyni zamanda təhqirin harada deyilməsi konkret olaraq görsədilmiş, həmçinin buna dair sübutlar (şahidlərin şəxsiyyət vəsiqələri və vəsatət) məhkəməyə təqdim olunmuş, nəticə etibarı ilə məhkəmə işə formal mülahizələr əsasında yanaşmış, ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Mülki işin gedişində işə baxan hakim həmin ifadəni işlədən şahidə məsuliyyəti barədə xəbərdar etmiş, şikayətə baxan məhkəmə isə həmin sübutun onlar tərəfindən əldə edilmə imkanının olmamasını bilə-bilə mötəbər sübut olmadığını qeyd etməsi ədalət prinsipi ilə tamamilə ziddiyyət təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs zala girəndə Şamxala “mənə niyə belə baxırsan? dediyini, Şamxalın da “danışırsan baxıram” dediyini, sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Əli ilə atası mənim bacımı öldürüb basdırıblar” dediyini, həmin işə sədrlik edən hakimin (Gülsüm xanımın) qısa da olsa Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cinayət məsuliyyəti barədə xəbərdarlıq etdiyini, xüsusi ittiham qaydasında şikayətə baxan hakimin (Aslan Heydarovun) qərarın 18-ci bəndində “Əlinin əlində video material yoxdur” deyə qeyd etdiyini, video materialı necə əldə edə bilərəm?, həmin video materialın onun xüsusi ittiham qaydasında verdiyi işə əlavə olunması ilə bağlı vəsatət verdiyini, məhkəmədən əlavə olunmasını istədiyini, həmin işə baxan hakimin 10 dəqiqəlik proses keçirdərək, “mən onsuzda bu işə baxsaydım da bəraət verəcəkdim” dediyini, videoya baxmamış necə qərar çıxarılır? video materialların alınıb işə əlavə edilməsi barədə verdikləri vəsatət təmin edilmədən, həmin videoya baxılmadan qərar çıxarıldığını, şahidlərin məhkəmə iclasına çağırılıb dindirilmələri barədə vəsatət verdiyini, Aslan Heydarovun “mən həmin videoya baxmışam, həmin videoda cinayət tərkibi yoxdur” dediyini, videoya niyə hamının iştirakı ilə baxılmadığını, hamının iştirakı ilə baxılaraq hüquqi qiymət verilməsini tələb etdiyini, bundan sonra cinayətin olub-olmaması barədə qərar verilməsini istədiyini, mötəbər sübutunun həmin video olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında məhkəmə tərəfindən şahidlərin dindirilmədiyini bildirdi.

6. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili-nümayəndəsi müdafiəçi2 Xüsusi ittihamçı qeyd etdiklərinə əlavəsinin olmadığını, əsas tələblərinin birinci instansiya məhkəməsində vəsatətə qiymət verilmədən işin icraata qəbul edilməsindən imtina edilməsi olduğunu, onların iştirakı olmadan videoya baxıldığını, təhqirlə bağlı isə şahidlərin dinlənilməsi barədə vəsatət verdiklərini, iş araşdırılmadan şikayətin icraata qəbul edilməsindən imtina edildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı onun qardaşı oğlu olduğunu, koridorda 2 nəfər gördüyünü, onların Ağamalıoğlu küçəsində yaşayan şəxslər olduğunu, onlardan niyə gəldiklərini soruşduğunu, onların da “gəlmişik şahidlik edək ki, sənin bacın orada yaşamayıb” dediyini, onlara “sən bizdən 3 döngə aralıda yaşamısan, bacımın orada yaşayıb-yaşamadığını sən hardan biləcəksən” dediyini, şahidlik edəcək olan digər şəxsə isə “mən 71 yaşındayam indiyə kimi səni orada görməmişəm, sən necə olur şahidlik edirsən” dediyini, onun da “mən babamgilə gəlib-gedirdim” dediyini, bundan sonra əsəblərinin korlandığını, nə etdiyini, nə cür danışdığını bilmədiyini, hakimin ona suallar verdiyini, səhhətində problemlər olduğu üçün ağzına gələni danışmış ola biləcəyini, ancaq təhqir olmadığını, bacısının niyə ölməsi soruşulanda “mənim bacımın ölüm haqqında kağızını Əli çıxartdırıb, sənədlərini o, toplayıb” dediyini, ancaq “Əli öldürüb, basdırıb” demədiyini, o cür söz işlətməyini xatırlamadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Suallara cavabında “Əli ilə atası bacımı öldürüb, basdırıb” ifadəsini işlətməyini xatırlamadığını bildirdi.

8. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi müdafiəçi1 hazırkı iş üzrə xüsusi ittihamçının müdafiə etdiyi şəxsin mülki məhkəmə iclasında ona münasibətdə müraciətlə "bacım Gülləri Əli və atası Kərim öldürüb basdırmışdır" ifadəsini işlətdiyini, lakin bu ifadənin həqiqətən onun tərəfindən işlədilməsinin hazırda öz təsdiqini tapmadığını, işlədilmiş ifadə və sözlərin hüquqi qiymətləndirilməsi zamanı yalnız sözlərin məzmunu deyil, onların hansı şəraitdə, hansı məqsədlə və hansı prosessual mühitdə deyilməsinin də nəzərə alınmalı olduğunu, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən işlədilən sözlər və ifadələrin açıq ictimai çıxış zamanı deyil, sosial şəbəkələrdə deyil, kütləvi informasiya vasitələrində deyil, məhz məhkəmə iclasında, tərəfin izahatı zamanı səsləndirildiyini, əgər məhkəmə iclasında deyilmiş hər bir fikir sonradan xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olarsa, bu, Konstitusiya ilə təmin edilmiş məhkəmə müdafiəsi hüququnu formal xarakterə çevirəcəyini, şəxslərin məhkəmə qarşısında sərbəst ifadə vermək hüququnu ciddi şəkildə zədələmiş olacağını, hazırkı işdə xüsusi ittihamçının Cinayət Məcəlləsinin böhtan cinayətinin bütün obyektiv və subyektiv əlamətlərini təsdiq edən heç bir mötəbər sübut təqdim etmədiyini, məhkəməyə yalnız ifadənin səsləndirilməsi faktının təqdim edildiyini, müdafiə etdiyi şəxsin, yaşlı, II qrup əlil, ağır ürək əməliyyatı keçirdiyini, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insan olduğunu, məhkəmə prosesində gedən ailə daxili mübahisə zəminində gedən çəkişmələr halında güclü emosianal gərginlik, hətta nəfəs darlığı yaşayan şəxsin məqsədli və düşünülmüş şəkildə birbaşa qəsdlə əhatə oluna biləcək heç bir söz demədiyini, nəticə etibarı ilə birinci instansiya məhkəməsinin iş üzrə həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etdiyini, cinayət tərkibinin açıq-aşkar müəyyən edilmədiyini əsaslı şəkildə qiymətləndirərək xüsusi ittiham şikayətini mümkün saymadığını, apellyasiya şikayətində isə həmin nəticəni təkzib edən yeni hüquqi və ya faktiki arqumentlərin göstərilmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. III. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

9. Maddə 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

10. Maddə 148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. b) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

11. Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

12. Maddə 397.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

13. Maddə 398.1.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır.

14. Maddə 399.1.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

15. Bənd 15. Xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. (“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrəli Qərarı) d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi

16. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı) IV. Apellyasiya şikayətinə baxılması hüdudları

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

19. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009cu il tarixli qərarı)

20. Hazırkı apellyasiya şikayətində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və onun vəkili-nümayəndəsi Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarının tamamilə ləğv edilməsini, Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə materialların icraata götürülməsi üçün işin Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmasını xahiş etdiklərindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini ağırlaşdırdığı halda hakimləri tərəfindən yalnız yekdilliklə yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. V. Məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən hazırlıq iclası mərhələsindən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

22. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və onun nümayəndəsi hazırlıq iclasında məhkəməyə yazılı vəsatət təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsinin binasının qarşısında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Xüsusi ittihamçı bir neçə şəxsin yanında ağır təhqir etdiyini, buna görə də həmin binanın qeyd edilən hissəsinə aid kamera görüntülərinin əldə olunmasını və sübut kimi qiymətləndirilməsini xahiş etmişlər. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, göstərilən vəsatət ümumiyyətlə müzakirə edilməmiş, onun təmin və ya rədd edilməsinə dair hər hansı prosessual qərar qəbul olunmamış, həmin vəsatətin hansı səbəbdən təmin edilmədiyi əsaslandırılmamışdır.

23. Bundan başqa, kollegiya nəzərə alır ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən istinad edilən əsas sübutlardan biri başqa məhkəmə icraatında aparılmış audiovideo qeyddir. Belə sübutun əldə edilməsi prosessual baxımdan xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin öz imkanları daxilində olan hərəkət hesab edilə bilməz. Məhkəmə iclaslarının audio-video yazıları məhkəmənin sərəncamında saxlanılır və həmin materialların əldə olunması yalnız qanunla müəyyən olunmuş prosessual qaydada, məhkəmənin qərarı əsasında mümkündür. Belə olan halda, birinci instansiya məhkəməsinin bir tərəfdən həmin sübutun iş materiallarına əlavə olunmamasını əsas gətirməsi, digər tərəfdən isə həmin sübutun əldə olunmasına yönəlmiş vəsatətə ümumiyyətlə hüquqi qiymət verməməsi CPM-in çəkişmə və tərəflərin bərabərliyi prinsipləri ilə uzlaşmır.

24. Kollegiya hesab edir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş vəsatətə baxdıqdan sonra həmin audio-video yazının iş üçün əhəmiyyət kəsb edib-etmədiyini müəyyən etməli, zərurət olduğu halda həmin sübutun əldə edilməsini təmin etməli, yalnız bundan sonra CPM-in 302.1.6 və ya 302.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğu barədə nəticəyə gələ bilərdi.

25. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin istinad etdiyi ifadənin işlədilməsini təsdiq edən sübutların təqdim edilmədiyini göstərmişdir. Halbuki iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhz həmin ifadənin audio-video yazıda əks olunduğunu bildirmiş, bu sübutun əldə edilməsi barədə vəsatət vermiş, həmçinin həmin hadisəni təsdiq edə biləcək şahidlərin dindirilməsini xahiş etmişdir. Belə olan halda həmin sübutların əldə olunması imkanları araşdırılmadan onların mövcud olmaması qənaətinə gəlinməsi vaxtından əvvəl verilmiş nəticə hesab edilməlidir.

26. Eyni qaydada təhqir epizodu üzrə də xüsusi ittiham qaydasında şikayət vermiş şəxs konkret şahidlərin adlarını göstərərək onların dindirilməsi barədə vəsatət vermişdir. Birinci instansiya məhkəməsi isə həmin vəsatətə hüquqi qiymət vermədən, yalnız şikayət ərizəsində işlədilmiş konkret ifadələrin göstərilmədiyini əsas gətirməklə şikayətin əsassız olması nəticəsinə gəlmişdir.

27. Kollegiya hesab edir ki, hazırlıq iclası mərhələsində məhkəmə tərəfindən sübutların kifayət edib-etməməsi barədə nəticəyə gəlinərkən təqdim edilmiş vəsatətlərə baxılmadan, həmin vəsatətlər üzrə prosessual qərar qəbul edilmədən və onların nəticələri qiymətləndirilmədən şikayətin əsassız hesab olunması CPM-in 302-ci maddəsinin məqsəd və məzmununa uyğun deyildir.

28. Apellyasiya baxışı zamanı da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "Əli ilə atası bacımı öldürüb basdırıblar" ifadəsini işlədib-işlətməsini dəqiq xatırlamadığını bildirmişdir. Bu hal da həmin ifadənin olub-olmaması məsələsinin yalnız məhkəmə iclasının audio-video yazısı və digər sübutlar araşdırıldıqdan sonra müəyyən edilə biləcəyini göstərir. Belə bir şəraitdə həmin sübutlar əldə olunmadan və qiymətləndirilmədən cinayət əlamətlərinin ümumiyyətlə mövcud olmaması barədə nəticəyə gəlinməsi əsaslı hesab edilə bilməz.

29. Kollegiya xüsusi olaraq vurğulayır ki, hazırkı apellyasiya baxışı zamanı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətlərinin olub-olmaması barədə hər hansı yekun hüquqi qiymət verilmir. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərinə tam riayət etməmiş, təqdim olunmuş vəsatətlərə baxmamış, iş üçün əhəmiyyət kəsb edə biləcək sübutların əldə olunması imkanlarını araşdırmadan və həmin sübutların qiymətləndirilməsi üçün zəruri prosessual hərəkətləri həyata keçirmədən şikayətin icraata qəbul edilməsindən imtina etmişdir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında şikayətə dair iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Səxavət Bəylərli, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar