Məhkəmə qərarları › İş №1(3-10)-101/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-101/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-101/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş appelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-166)-3/2026 ( sədrlik edən A.Babyeva ) nömrəli hökmü ilə, ##.##.1996-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, H.Əliyev prospekti 149/41-da qeydiyyatda olmaqla, Bərdə rayonu, Lək kəndində yaşayan barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dən saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin əvvəli Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 1,192 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi hökm edilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanışları şahid1 və şahid2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edərək istifadə etmək barədə razılaşaraq həmin niyyətlə birlikdə ##.##.2025-ci il tarixdə avtomobil ilə Bərdə rayonu ərazisindən çıxıb Yevlax rayonunun Salahlı kəndinə gələrək həmin günü saat 18 radələrində şahid2, şahid1 və Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükümdə olan xeyli miqdarda çəkisi 1,242 qram psixotrop maddə olan metamfetamini istintaqla müəyyən edilməyən mənbədən 55 manat pul müqabilində əldə edərək həmin psixotrop maddə olan metamfetamini sonradan aralarında bölmək üçün şahid2 üzərində saxlamış, ## ####### 2025-ci il tarixdə saat 19 radələrində Yevlax RPŞ-nin PPXB-nün polis əməkdaşları Salahlı kəndi ərazisində xidmətdə olan zaman Təqsirləndirilən şəxs şahid2 və şahid1 Salahlı kəndi ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, həmin günü saat 22:35-dən 23:00-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə şahid2 üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində şahid2 əynindəki gödəkcənin sol yan cibindən şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladıqları 1 ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 1,242 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən appelyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsalandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzanın təyini təcrübəsi haqqında" ## ###### 2012-ci il tarixli Qərarının tələblərini nəzərə almamışdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər, lakin belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Protest müəllifi bildirmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı halla bağlı belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Protest müəllifi bundan başqa qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup halında törətmişdir. Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin, məhkəmə cinayət qanununun qeyd olunan tələbini də nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Protest müəllifi şərh olunanlardan da göründüyü kimi, məhkəmənin cəza təyininin əsaslarını müəyyən edən cinayət qanununun normalarını, Ali Məhkəmənin müvafiq izahlarını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, psixotrop maddənin miqdarını nəzərə almadan yüngül cəza təyin etdiyini bildirmişdir. Prokurorun fikrincə, həmin cəza cinayətin ağırlığına uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül növdə - azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya protestinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin faktiki halları hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, toplanmış mötəbər sübutlara hüquqi baxımdan düzgün qiymət verilmiş və nəticədə qanuni, əsaslı və ədalətli hökm çıxarılmışdır. Belə ki, dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə gətirdiyi protestin arqumentləri işin real halları, cinayət qanunvericiliyinin prinsipləri və məhkumun şəxsiyyətini xarakterizə edən amillərlə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi işin ədalətli həlli üçün zəruri olan bütün maddi və prosessual hüquq normalarına dəqiqliklə riayət etmiş, apellyasiya protestində isə aşağı instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən hər hansı hüquqi əsas təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən cinayət-prosessual qanunvericiliyinin sübutetmə nəzəriyyəsinə və qanunçuluq prinsipinə tam uyğun hərəkət etmişdir. CPM-in 125-ci maddəsinin tələblərinə əsasən, iş üzrə toplanmış və birinci instansiya məhkəməsində araşdırılmış şəxsi axtarış protokolları, götürülmüş maddi sübutların fiziki və kimyəvi xüsusiyyətlərinə dair ekspertiza rəyləri, videoçəkiliş daşıyıcıları və təqsirləndirilən şəxsin ifadələri bir-birini tamamlayan mötəbər sübutlar zəncirini təşkil edir. Bu sübutlar aşkar şəkildə nümayiş etdirir ki, məhkum satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda (1,242 qram) psixotrop maddə olan metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxlamışdır. Məhkəmə kollegiyası müəyyən edir ki, əməlin hüquqi qiymətləndirilməsi qüvvədə olan cinayət qanununun dispozisiyasına tam uyğundur və tövsif baxımından hər hansı bir maddi hüquq normasının pozulması halı mövcud deyildir. Cəzanın təyin edilməsi və fərdiləşdirilməsi məsələsində birinci instansiya məhkəməsi CM-in 8-ci, 41-ci və 58.3-cü maddələrinin tələblərini rəhbər tutaraq sosial ədalətin bərpası və məhkumun islah olunması prinsipləri arasında balans yaratmışdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, onun ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın məhkumun islahına və onun ailəsinin maddi-məişət şəraitinə təsiri kompleks şəkildə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, gənc yaşda olması, törətdiyi əməli ibtidai istintaq və məhkəmə baxışı zamanı səmimi etiraf edərək peşmançılıq keçirməsi CM-in 59.2-ci maddəsinin mənasına uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi düzgün qəbul edilmişdir. İş üzrə cəzanı ağırlaşdıran hər hansı halın müəyyən edilmədiyi şəraitdə, qanunvericiliyin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi tam qanunauyğundur. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestində irəli sürdüyü cəzanın sərtləşdirilməsi və azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması barədə dəlillərini əsassız hesab edərək rədd edir. Dövlətin cəza tədbirlərinə qənaət prinsipinə görə cinayət qanununun sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı daha yüngül alternativ cəza növləri müəyyən edildiyi halda, məhkəmələr dövlət məcburiyyət tədbirlərinə qənaət və humanizm prinsiplərini ön plana çəkməlidirlər. Azadlıqdan məhrum etmə cəzası yalnız o halda tətbiq edilə bilər ki, daha yüngül cəza növü ilə cinayət-hüquqi məsuliyyətin məqsədlərinə, xüsusilə məhkumun islah olunmasına nail olmaq qeyri-mümkün hesab edilsin. Təqsirləndirilən şəxs cinayət qrupundakı rolu, psixotrop maddənin sırf şəxsi istehlak məqsədilə əldə edilməsi faktı və onun cəmiyyətdən təcrid olunmasını tələb edən aqressiv cinayətkar meyllərinin olmaması aşağı instansiya məhkəməsinin azadlığın məhdudlaşdırılması cəzasına üstünlük verməsinin tam hüquqi əsasıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması barədə gəldiyi nəticə də tam qanunidir. Azadlığın məhdudlaşdırılması cəzasının icrası çərçivəsində tətbiq edilən bu reabilitasiya tədbirləri CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın profilaktik və islahedici məqsədlərinə xidmət edir. Şəxsin cəmiyyətdən təcrid olunmadan, müəyyən edilmiş elektron və məkan məhdudiyyətlərinə (saat 22:00-dan 07:00-a qədər yaşayış yerini tərk etməmək, Bərdə rayonunun hüdudlarından kənara çıxmamaq və s.) tabe edilməklə müalicə olunması onun gələcəkdə yeni cinayətlər törətməsinin qarşısını almaq üçün adekvat tənbeh mexanizmidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən seçilmiş cəza növü və onun üzərinə qoyulmuş vəzifələr cinayətin ağırlıq dərəcəsinə tam mütənasibdir. Nəticə etibarilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müəyyən edir ki, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü həm işin faktiki hallarının tamlığı, həm də maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunauyğundur. CPM-in prinsiplərinə əsasən, apellyasiya instansiyası məhkəməsi aşağı instansiya məhkəməsinin gəldiyi hüquqi nəticələrin obyektivliyini təsdiq etdiyi təqdirdə hökmü dəyişdirmədən, verilmiş protesti isə təmin etmədən saxlamaq barədə qərar qəbul etməlidir. İş üzrə məhkumun cəzasının ağırlaşdırılmasını tələb edən hər hansı yeni hüquqi fakt və ya maddi qanunvericiliyin pozulması halı müəyyən edilmədiyi üçün dövlət ittihamçısının apellyasiya protesti tam həcmdə rədd edilməli, birinci instansiya məhkəməsinin hökmü isə qüvvəsində saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, CM-in 59.2ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallarır məcmusuna uyğun olaraq təqsirkara onun təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növündə cəza təyin etmişdir. Göstərilən hallarla məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt və ya daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal və ya yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və ya çoxaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki, protestin və şikayətin məzmunundan göründüyü kimi, həmin protestdə və şikayətdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət (CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş) CM-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinaytlər” adlandırılan CM-nin 26-cı fəslində nəzərdə tutulmuşdur və həmin cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai münasibətlərdir. Narkotik vasitlələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əlavə obyekti kimi ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması o halda nəzərdən keçirilə bilər ki, həmin cinayətlər həmçinin bu obyektlərə qəsd edilməsi ilə törədilmiş olsun, yaxud da belə cinayətlərin törədilməsi nəticəsində ictimai təhlükəsizliyə zərər yetirilsin, ya da dövlət idarə və müəssisələrin normal fəaliyyəti pozulmuş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işindən, o cümlədən ona elan olunmuş ittihamdan məhkumun ictimai təhlükəsizlik qaydalarını pozması, bu qaydalara qəsd etməsi, yaxud da onun törətdiyi əməl nəticəsində dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması görünmür. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, ilk dəfə məhkum olunmasını, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını həm qanuni, həm də ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407-ci maddələrini, rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X2 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar