Məhkəmə qərarları › İş №1(3-10)-102/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-102/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-102/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə, ## ####### 1992-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli 1(037)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 3(üç) ay 17(on yeddi) gün hissəsini çəkmiş, üzərində çəkilməmiş 2(iki) il 8(səkkiz) ay 8(səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası qalmış, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməklə həmin cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun İsmayıllı kəndində) qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X22 həbsdə saxlanılan (fərdi indentifikasiya nömrəsi *******) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il saat 12:09-dan ## ##### 2025-ci il saat 17:50-yə dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, təqsirləndirilən şəxsin İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində dispanser qeydiyyatda olmasının nəzərə alınması, cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan – 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonrakı ümumi qalıq çəkisi 13,25 qram qurudulmuş marixuananın, 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonrakı ümumi qalıq çəkisi 0,21 qram qurudulmuş marixuanaların və 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış, 0,07 qram tütünə oxşar narkotik vasitə olmayan kütlənin, 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonrakı ümumi qalıq çəkisi 43,31 qram qurudulmuş marixuananın, 02 (iki) ədəd kağız zərfdə qablaşdırılmış, 02 (iki) ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 71,94 manatın (yetmiş bir manat doxsan dörd qəpik) hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 13,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə daşıyaraq həmin evdə, otaqların birində, divanın alt hissəsində gizlədərək ##.##.2025-ci il tarixədək saxlamış, ##.##.2025-ci il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə baxış keçirilərkən divanın alt hissəsində gizlədərək saxladığı xeyli miqdar təşkil edən cəmi 13,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 43,84 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinə daşıyaraq, satış məqsədini həyata keçirmək üçün həmin narkotik vasitəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,61 qram, 0,40 qram, 0,40 qram, 0,42 qram, 0,48 qram, 0,47 qram, 0,48 qram, 1,87 qram, 0,48 qram, 0,51 qram, 0,79 qram və 0,29 qram təşkil edən hissələrə ayırıb sellofan bükümlərdə, narkotik vasitənin 36,64 qram çəkidə olan hissəsini isə ayrıca sellofan bağlamada qablaşdıraraq yaşadığı həmin evdə gizlədib saxlamış, ##.##.2025-ci il tarixdə, saat 12 radələrində o, İsmayıllı rayonunun Mican kəndində yaşayan tanışı Şahid ondan marixuana almaq istəməsi barədə mobil telefon danışığından sonra Şahidla əvvələcən yerini təyin etdikləri İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində görüşərək sonuncuya borclu olduğu 10 manat pulun əvəzində 1 ədəd sellofan bükümdə 0,29 qram çəkidə qurudulmuş marixuananı Şahid qəsdən qanunsuz olaraq satmış, ##.##.2025-ci il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində saxlanılıb üzərinə baxış keçirilərkən 1 ədəd kağız bükümdə və 1 ədəd papirosda saxladığı 0,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüş, bundan sonra İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfədindən ##.##.2025-ci il tarixdə, saat 03 radələrində onun yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə baxış keçirilərkən ailə üzvlərinin ümumi istifadə etdiyi otaqda, şüşəli şkafın üstündən 1 ədəd sellofan bağlamada satış məqsədi ilə saxladığı xeyli miqdarda, təmiz çəkisi 36,64 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitəni çəkib hissələrə bölmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi, habelə həmin otaqda olan divanın alt hissəsindən cəmi 11 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,61 qram, 0,40 qram, 0,40 qram, 0,42 qram, 0,48 qram, 0,47 qram, 0,48 qram, 1,87 qram, 0,48 qram, 0,51 qram, 0,79 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuana və narkotik vasitəni çəkib hissələrə bölmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən isə apellyasiya şikayəti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı Dövlət ittihamçısı verdiyi apellyasiya protestini əsaslandıraraq bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## ####### 1992-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.2-ci maddəsi ilə 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 13,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə daşıyaraq həmin evdə, otaqların birində, divanın alt hissəsində gizlədərək ##.##.2025-ci il tarixədək saxlamış, ##.##.2025-ci il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə baxış keçirilərkən divanın alt hissəsində gizlədərək saxladığı xeyli miqdar təşkil edən cəmi 13,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 43,84 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinə daşıyaraq, satış məqsədini həyata keçirmək üçün həmin narkotik vasitəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,61 qram, 0,40 qram, 0,40 qram, 0,42 qram, 0,48 qram, 0,47 qram, 0,48 qram, 1,87 qram, 0,48 qram, 0,51 qram, 0,79 qram və 0,29 qram təşkil edən hissələrə ayırıb sellofan bükümlərdə, narkotik vasitənin 36,64 qram çəkidə olan hissəsini isə ayrıca sellofan bağlamada qablaşdıraraq yaşadığı həmin evdə gizlədib saxlamış, ##.##.2025-ci il tarixdə, saat 12 radələrində o, İsmayıllı rayonunun Mican kəndində yaşayan tanışı Şahid ondan marixuana almaq istəməsi barədə mobil telefon danışığından sonra Şahidla əvvələcən yerini təyin etdikləri İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində görüşərək sonuncuya borclu olduğu 10 manat pulun əvəzində 1 ədəd sellofan bükümdə 0,29 qram çəkidə qurudulmuş marixuananı Şahid qəsdən qanunsuz olaraq satmış, ##.##.2025-ci il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində saxlanılıb üzərinə baxış keçirilərkən 1 ədəd kağız bükümdə və 1 ədəd papirosda saxladığı 0,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüş, bundan sonra İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfədindən ##.##.2025-ci il tarixdə, saat 03 radələrində onun yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə baxış keçirilərkən ailə üzvlərinin ümumi istifadə etdiyi otaqda, şüşəli şkafın üstündən 1 ədəd sellofan bağlamada satış məqsədi ilə saxladığı xeyli miqdarda, təmiz çəkisi 36,64 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitəni çəkib hissələrə bölmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi, habelə həmin otaqda olan divanın alt hissəsindən cəmi 11 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,61 qram, 0,40 qram, 0,40 qram, 0,42 qram, 0,48 qram, 0,47 qram, 0,48 qram, 1,87 qram, 0,48 qram, 0,51 qram, 0,79 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuana və narkotik vasitəni çəkib hissələrə bölmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışında Təqsirləndirilən şəxs 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunda sonra CPM) 28.4.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Həmin Məcəllənin 346.1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halların olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. CPM-in 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırcı hissəsində göstərilməlidir. CPM-nin 416.1.21 -ci maddəsinə əsasən, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan başqa məhkəmə cəza təyin etmənin əsaslarını müəyyən edən CM-nin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərini nəzər almadan Təqsirləndirilən şəxs yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs törötdiyi cinayətin ictgimai təhlükəliliyi ondan ibarətdir ki, CMnin 234.1 və 234.2-ci maddələridə nəzərdə tutulmuş əməllər narkotik vasitələrin və psixiatrik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmaqla cinayət əməlinin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət , idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan-fərdi sağlamlığı hesab olunur. Təqsirləndirilən şəxs cinayət əməllərini birbaşa qəsdlə törətmiş və başa çatdırmışdır. İş materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli 1(037)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sabit cinayətkar yönümlüdür onda kriminal qətiyyət formalaşmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlik dərəcəsi habelə onun sabit cinayətkar şəxsiyyəti ona təqsirli bilirdiyi maddələr və cinayətlərin məcmusu ilə daha sərt cəza verilməsini zəruri etdiyi halda məhkəmə qeyd olunanların əksnə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (hökmdə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən hallara münasibət bildirilməklə) dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə razı deyildir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, İsmayıllı rayon polis şöbəsində izahat verərkən polis əməkdaşları tərəfindən döyülərək, hədə-qorxu gəlinərək və zor tətbiq olunaraq polis əməkdaşlarına lazım olan formada izahatı alınmışdır. Qanunla hədə-qorxu və zor tətbiq olunaraq alınan izahatlar tam olaraq əsassız hesab olunur. O, nə pul müqabilində nə də hədiyyə olaraq Şahid marixuana verməmişdir. Məhkəmə istintaqı zamanı Natiqin guya 10 manat borc müqabilində ondan marixuana almasını qeyd etməsi faktı da əsassızdır. Çünki Şahid ifadəsində polis əməkdaşları tərəfindən döyülməsini bildirsə də yenidən polis əməkdaşlarının narkotik vasitə ilə həbs edəcəklərindən ehtiyat etdiyi üçün guya onun 10 manat müqabilində marixuana verdiyini qeyd eymişdir. Bütün bunları tam olaraq aydınlaşdırmaq məqsədilə şahid Şahid Apellyasiya Məhkəməsi zamanı yenidən dindirilməsi və Şahid ifadəsinin əsas sayılmasınn düzgün olacağını hesab edir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edir, heç kimə narkotik vasitə satmadığı və hədiyyə vermədiyi üçün onun barəsindəki işə CM-nin 234.1-ci maddəsi ilə baxılmasını ədalətli hesab edir. Odur ki, narkotik maddə istifadəçisi olması nəzərə alınaraq işinə CM-nin 234.1-ci maddəsilə baxılmasını, himayəsində xəstə anasının olmasını və əməlindən peşman olması nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini və şahid Şahid verəcəyi ifadənin əsas götürülərək ona yekun cəzanın təyin edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 apellyasiya protestinin dəlillərini müdafiə edərək bildirdi ki, apellyasiya protestinin əsas mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmişdir. Cəza müddətinin artırılmasına əsaslar mövcuddur. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza onun islah olunmasına xidmət etməyəcək. O, da həmin qənaətdədir. İttiham aktından da görünür ki, təqsirləndirilən şəxs iki epizod üzrə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs birinci epizod üzrə cinayət əməlini ## ##### 2025-ci il tarixdə, ikinci epizod üzrə cinayət əməlini isə 2025-ci ilin iyun ayında törətmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, xırda bükümlərdə yaşadığı evdə saxlamış və bir qismini Şahid vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində ## ##### 2025-ci il tarixdə cinayət təqibi başlanılır və o, 2025-ci ilin iyun ayında daha ağır cinayət törədir. Bu hal da şəxsin ictimai təhlükəliliyini göstərir. Hər iki epizod üzrə cinayət əməlinin törədildiyi vaxt təqsirləndirilən şəxsin üzərində məhkumluğu olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum olunub. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə məhkumluğunu çəkdiyi vaxtda hazırkı cinayət əməlini törətmişdir. Hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilmişdir. Qeyd etdikləri nəzərə alınaraq təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməlidir. Həmçinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmünün tərtibində də səhvə yol verilib. Apellyasiya protestinin ikinci dəlili bununla bağlıdır. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları hökmdə göstərməlidir. Lakin hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündə bu hallar göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, polis əməkdaşları onu polis şöbəsinə gətirəndə ona narahat olmamasını, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişlər. O, da bununla razılaşmışdır. O, musiqiçidir, Şahid da çoxdan tanımışdır. O, əvvələr də Şahidla birlikdə narkotik vasitə istifadə etmişdir. Şahid polis əməkdaşlarının təsir və təzyiqi altında ona qarşı ifadə vermişdir. O, bu barədə İsmayıllı Rayon Məhkəməsində ifadə verərkən də bildirmişdir. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, aşkar olunan elektron tərəzi anasına məxsus olmuş, anası xəstə olduğu üçün müalicəsi üçün istifadə etdiyi qurudulmuş dərman bitkilərini həmin tərəzi ilə çəkmişdir. Onu polis şöbəsinə ## ##### 2025-ci il tarixdə aparmışlar. O, Şahidla birlikdə narkotik vasitə istifadə etdikdən sonra, Şahid narkotik vasitə vermişdir, çünki Şahid xəstəliyi ilə əlaqədar narkotik tərkibli dərmanlardan istifadə etmişdir. O, Şahid bir bükümdə narkotik vasitə olan marixuana vermişdir. Narkotik vasitəni Şahid pul qarşılığında verməmiş, pay vermişdir. O, narkotik vasitəni İsmayıllı şəhəri ərazisindən tapmışdır. Evindən aşkar olunan narkotik vasitə də, tapdığı narkotik vasitə olmuşdur. O, Şahid narkotik vasitə verdikdən sonra özündə 30-40 qram narkotik vasitə qalmışdır. Həmin narkotik vasitə bükümlərdə olmuşdur. O, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. O, özünü ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsində verdiyi ifadəsi doğrudur. Anası təqaüd almır və bu bərədə də məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X1 bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Hüquqlarını müdafiə etdiyi şəxs özünü ittiham olunduğu CM-nin 234.1ci maddəsi ilə təqsirli bilsə də, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də hesab edir ki, apellyasiya protestinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya protestində qeyd olunan dəlillər əsassızdır. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 234.1 və 234.2-ci maddələrinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs barəsində CM-nin 59-cu maddəsində qeyd olunan yüngülləşdirici halları nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş edir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə qismən, cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (hökmdə cəzanı ağırlaşdıran və yüngülləşdiriən hallara münasibət bildirilməklə) dəyişdirilməlidir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində hökmün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmiş, təyin edilmiş cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya protestində məhkəmənin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadığı, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etdiyi vurğulanmış, həmçinin təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olmasına dair apellyasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Apellyasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda müəyyən olunur ki, qeyd olunan dəlillər təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli * №li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il saat 12:09dan ## ##### 2025-ci il saat 17:50-yə dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya protestinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hökmdə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən hallara münasibət bildirməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin qeyd edilən dəlillərini əsaslı hesab edir və bununla bağlı aşağıdakıları xatırlatmağı mümkün sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunda sonra CPM) 28.4.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Həmin Məcəllənin 346.1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halların olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. CPM-in 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırcı hissəsində göstərilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək tərəfləri dinləyərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edlmiş İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyə məlumat daxil olmamışdır. Xasiyyətnamədən də göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilməmiş sadəcə onun barəsində nümayəndəliyə məlumatın daxil olmaması göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilməklə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili narkotik maddə istifadəçisi olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, o cümlədən Şahid narkotik vasitə satmamasının nəzərə alınaraq işinə CM-nin 234.1-ci maddəsilə baxılması, himayəsində xəstə anasının olması və əməlindən peşman olması nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində sərbəst ifadə vermiş Təqsirləndirilən şəxs Əbüləfəz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2025-ci ilin aprel ayının ortalarında yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən meşədə gəzərkən oradakı zibillik ərazidən 1 ədəd şəffaf sellofan torba görmüş və torbanı açdıqda bitki kütləsi olduğunu görmüşdür. O, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş və torbanı özü ilə götürüb yaşadığı ünvana gəlmişdir. Tapdığı narkotik vasitəni gələcəkdə istifadə etmək üçün yaşadığı evdəki divanın altında gizlətmişdir. ## ##### 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında, küçədə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və polis əməkdaşı olduqlarını bildirərək barəsində qəbul olunmuş qərarı ona elan etmişlər. Bundan sonra həmin əməkdaşlar onun yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Etiraz etməmiş və bundan sonra polis əməkdaşları videoçəkilişlə onun yaşadığı evə baxış keçirmişlər. Videoçəkiliş zamanı polis əməkdaşları yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə olub-olmadığını soruşduqda, o, yaşadığı evdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra o, yaşadığı evdə divanın altında olan sellofan torbada saxladığı qurudulmuş marixuananı təqdim etmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmişdir. Daha sonra bitki kütləsi zərfdə qablaşdırılmış və üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, polis əməkdaşlarına həmin vasitəni İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən meşədə gəzərkən zibillik ərazidə tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları evin digər yerlərinə də baxış prosesini həyata keçirmiş və dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birgə İsmayıllı RPŞ-nə gəlmişdir. O, özünü narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin, himayəsində xəstə anasının olmasını nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə, yəni ##.##.2025-ci il tarixdə yaşadığı evə baxış zamanı aşkar edilmiş narkotik vasitə ilə bağlı isə bildirmişdir ki, həmin bitki kütləsini də 2025-ci ilin iyun ayının əvvəllərində yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən meşədə gəzərkən tapmışdır. Belə ki, meşədə gəzərkən qarşısına bir ədəd şəffaf sellofan torba çıxmış və torbanı açaraq içinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. O, marixuanadan istifadə etdiyi üçün həmin şəffaf sellofan torbanı özü ilə götürüb yaşadığı ünvana gəlmiş, bir hissəsini yaşadığı evdə şkafın üstünə, bir hissəsini isə divanın altına qoymuşdur. ## #### 2025-ci il tarixdə saat 12 radələrində həmkəndlisi Şahid ona zəng edərək kənddə ot biçdiyini demiş, ona bir çəkimlik marixuana verməyini xahiş etmişdir. O, etiraz etməmiş və bir müddət sonra Natiq onun yaşadığı evə gəlmişdir. O, Natiqə bir çəkimlik bükümdəki qurudulmuş marixuananı pay vermiş və evinə qayıtmışdır. Həmin gün saat 22 radələrində evinin yaxınlığında piyada gəzən zaman bir neçə nəfər mülki geyimdəki tanımadığı şəxslər yaxınlaşıb öz xidməti vəsiqələrini göstərərək İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməli olduğunu bildirmişlər. O, etirazının olmadığını bildirmiş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində narkotik vasitə olmadığını bildirmiş və üzərində olan özünə məxsus telefonu, 1 qutu siqareti və 1 ədəd alışqanı təqdim etmişdir. Telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Siqaret və alışqan özünə qaytarılmışdır. Daha sonra onlar birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər və o, vəkillə təmin edilmişdir. O, şöbədə izahat verərək yaşadığı evdə və ya digər yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra yaşadığı evə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı əşya saxlayıb-saxlamadığı soruşulduqda, o, yaşadığı evdə narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Evindəki şüşəli şkafın üstündən bir ədəd sellofan bağlamada bitki kütləsini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bağlamadakı kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmişdir. O, elektron tərəzinin də özünə məxsus olduğunu, onun vasitəsilə evdə ədviyyatın çəkisini ölçdüyünü bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə ölçülmüş, sellofan bağlama ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona məxsus 1 ədəd elektron tərəzi də götürülmüşdür. Otağa baxış davam etdirilərkən qırmızı örtüklü divanın oturacağının altında saxladığı 1 ədəd sellofan bağlamanın içərisində sellofan bükümlərdə bitki kütlələri və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. O, həmin sellofan bağlamada olan bitki kütlələrinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Sellofan bağlamanın içərisinə baxış zamanı 11 ədəd xırda bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. 11 ədəd sellofan bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri elektron tərəzidə ölçülərək çəkiləri müəyyən edilmişdir. O, bitki kütlələrini şəxsi istifadəsini asanlaşdırmaq üçün bükümlərdə saxladığını bildirmişdir. 11 ədəd sellofan bükümlərdəki bitki kütlələri qablaşdırılaraq götürülmüşdür. Daha sonra elektron tərəzi də götürülmüşdür. Evin digər otaqlarına və saxlanc yerlərinə baxış davam etdirilsə də, hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər. O, Natiqə harkotik vasitə satmamış, Natiqin istəyinə görə həmin narkotik vasitəni təmənnasız olaraq Natiqə vermişdir. O, bir daha qeyd edir ki, Natiqə və başqa şəxslərə narkotik vasitə satmamışdır. Onun təqdim etdiyi narkotik vasitələri satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün evində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq ayrı-ayrı bükümlərdə saxlamaqda məqsədi isə onları rahat şəkildə üzərində gəzdirmək və ailə üzvərini şübhələndirməmək olmuşdur. Elektron tərəziləri isə evdə ədviyyatları çəkmək məqsədi ilə saxlamışdır. Həmin narkotik vasitələri gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Bir daha qeyd edir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Evində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara əlavə cavab olaraq bildirdi ki, o, özü narkotik vasitələrdən istifadə edir, hətta buna görə məhkum olunmuşdur. Şahid isə onun həmkəndlisidir. Natiq bir neçə dəfə onların həyətində müəyyən təsərrüfat işləri gördüyündən aralarında yaxın münasibət yaranmışdır. Natiqə narkotik vasitəni pul qarşılığında verməmiş, sonuncunun xahişinə görə ona həmin natkotik vasitəni pay vermişdir. Şahid başqa heç kimə narkotik vasitə satmamış, yaxud pay verməmişdir. yaşadığı evdən aşkar olunan elektron tərəzilər isə evdə ədviyyat ölçülməsi məqsədi ilə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid İmamverdiyev Rahib Sahib oğlu ifadə verərək göstərmişdrir ki, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evdə üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı əsasında ## ##### 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar o və RPŞ-nin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və həmin gün saat 12:09-da Təqsirləndirilən şəxs İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib yaşadığı evə və üzərinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmişlər. Sonuncu buna etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və başqa yerdə narkotik vasitə saxlayıb saxlamaması, saxladığı halda təqdim etməsi təklif olunmuşdur. Hüseyin yaşadığı evdə qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini demişdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs divanın altında saxladığı şəffaf sellofan bağlamanı təqdim edərək içərisində özünə məxsus marixuana olduğunu bildirmişdir. Kisə açıldıqda içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bağlama qablaşdırılaraq çəkisi müəyyən edilmiş və üzəri iştirakçılar tərəfindən imzalanıb möhürlənərək götürülmüşdür. Onlar götürülmüş maddi sübutlarla və Təqsirləndirilən şəxslə birlikdə İsmayıllı RPŞ-nə gəlmiş, müstəntiq öz xidməti otağında əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla maddi sübutlara baxış keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi ittihamı üzrə isə bildirir ki, ##.##.2025ci il tarixdə İsmayıllı şəhər sakini Şahid Mehman oğlunun üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və İsmayıllı RPŞ-nin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17:32-də Şahid İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində saxlanılmış və xidməti vəsiqələri göstərib özlərini təqdim edərək sonuncunu narkotik vasitələr saxlaması barədə əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib üzərinə videoçəkiliş aparılmaqla yoxlanış keçiriləcəyini bildirmişlər. Yoxlanış zamanı Şahid üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, şalvarinin sağ yan cibindən ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan kiçik bir büküm və papiros dənəsinin içərisinə doldurulmuş vəziyyətdə olan vasitəni təqdim etmişdir. Əvvəlcə kağız bükülüdə olan vasitə açılaraq içərisində spesifik qoxuya malik əzilərək bükülü formaya salınmış quru halda bitki kütləsinin olması aşkar edilmişdir. Həmin vasitə elektron tərəzi ilə ölçüldükdə, ümumi təmiz çəkisinin 0,4 qram olması müəyyən edilmişdir. Təqdim edilən bir ədəd papiros dənəsi isə qismən yanmış vəziyyətdə olmuş və ümumi təmiz çəkisi 0,5 qram olmuşdur. Şahid həmin vasitələrin qurudulmuş marixuana olduğunu, şəxsi istifadə məqsədi ilə üzərində saxladığını, Hüseyin adlı İsmayıllı rayon sakinindən 10 manat pul ödəməklə aldığını bildirmişdir. Aşkar olunan vasitələr zərfə yerləşdirilməklə qablaşdırılmış, üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilərək, ucadan oxunmuş, o, və digər iştirakçılar protokolun düzgünlüyü imzalarla təsdiq etmişlər. Protokol tərtib edildikdən sonra götürülmüş maddi sübutlarla və Şahidla birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər və müstəntiqin xidməti otağında əməliyyat qrupunun üzvləri və Şahid iştirakı ilə videoçəkiliş aparılmaqla maddi sübutlara baxış keçirmişdir. Daha sonra müstəntiq tərəfindən verilən raport əsasında Hüseyin adlı şəxsin İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Elə həmin gün, yəni ## #### 2025-ci il tarixdə saat 22:41-də Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və xidməti vəsiqələri göstərib özlərini təqdim etmişlər. Hüseyinin narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə videoçəkiliş aparılmaqla yoxlanış keçiriləcəyini bildirmişlər. Yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərində baxış keçirilsə də, qanunla dövriyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə, artıq ## #### 2025-ci il tarixdə saat 03 radələrində əməliyyat qrupunun üzvləri və müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı əşya saxlayıb-saxlamadığı soruşulduqda, o, yaşadığı evdə narkotik vasitə saxladığını, təqdim edə biləcəyini bildirmişdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs evin giriş qapısı ilə üzbəüz otaqda, qapının sol tərəfindəki şüşəli şkafın üstündən 1 ədəd sellofan bağlamada bitki kütləsini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bağlamadakı kütlənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofan bağlama açıldıqda içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzinin də özünə məxsus olduğunu, onun vasitəsilə evdə ədviyyatın çəkisini ölçdüyünü bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə ölçülərək çəkisinin 39,4 qram olduğu müəyyən edilmişdir. Həmin bitki kütləsi sellofan bağlama ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin otağa baxış zamanı qırmızı örtüklü divanın oturacağının altında saxlanılan 1 ədəd sellofan bağlamanın içərisində sellofan bükümlərdə bitki kütlələri və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sellofan bağlamada olan bitki kütlələrinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Sellofan bağlamanın içərisinə baxış zamanı 11 ədəd xırda bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. 11 ədəd sellofan bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri elektron tərəzidə ölçülərək çəkiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütlələrini nə məqsədlə bükümlərdə saxladığını soruşduqda sonuncu şəxsi istifadəsi üçün bükümlərdə saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütlələri və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Evin digər otaqlarına və saxlanc yerlərinə baxış davam etdirilsə də, hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxış bitdikdən sonra müvafiq protokol tərtib edilərək ucadan oxunmuş, o, və digər iştirakçılar protokolun düzgünlüyü imzalarla təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R X5, İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfəri, R X6, İsmayıllı RPŞ-nin PPXB-nin polis nəfəri, R X8 və İsmayıllı RPŞ-nin PPXB-nin polis nəfəri, R X3 eyni məzmunlu ifadələr verərək şahid İmamverdiyev Rahib Sahib oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər Birinci instansiya məhkəməsinin iclasında şahid Şahid ifadə verərək bildirmişdir ki, təxminən 2 ilə yaxın müddətdir ki narkotik vasitə olan marixuanadan istifadə edir. ## #### 2025- ci il tarixdə həmkəndlisi İlyas adlı şəxs ona İsmayıllı rayonu ərazisində “Padstansiya” adlanan yerdə ot biçdirmək istədiyini bildirmiş, o, bir nəfəri də özünə kömək götürərək həmin yerə ot biçməyə getmişdir. Saat 12 radələrində tarixdə həmkəndlisi Hüseyinə istifadəsində olan mobil nömrənin “Whatsapp” hesabı vasitəsilə zəng edərək ondan qurudulmuş marixuana istəmişdir. Xəstəxananın verdiyi dərmanlar onun xəstəliyinə az təsir etdiyi üçün marixuanadan istifadə etmiş və bunu yaxınları da bilmişlər. Hüseyin də sağ olsun, ona təmənnasız bir başlıq narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Həmin gün onun cibində bircə manat pulu olmuş, o pulu da kola almaq üçün cibində saxlamışdır. narkotik vasitəni ot biçdiyi yerdə çəkmək istəmiş, bu zaman polislər ora gələrək onu saxlamışlar. Ona işi sifariş verən İlyas adlı şəxsin oradan getməsi ilə polislərin ora gəlməsinin arasında heç iki dəqiqə vaxt intervalı olmamışdır. Təqsirləndirilən şəxs həmin hadisədən əvvəl də üç dörd dəfə narkotik vasitə götürmüş, daha doğrusu Hüseyin ona həmin narkotik vasitələri pay vermişdir. Polis şöbəsində verdiyi ifadəsinə gəldikdə isə bildirir ki, həmin ifadə ona əvvəlcədən adını bilmədiyi polis əməkdaşı tərəfindən deyilmiş, videoçəkiliş zamanı dindirilərkən həmin ifadəni bildirməyə məcbur edilmişdir. Xəstə adamdır, onu qorxuzduqlarından ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni 10 manat qarşılığında aldığını demişdir. O polis əməkdaçları tərəfindən kürəyindən kəmərlə vurulmuş, bu barədə sonradan İsmayıllı rayon prokurorluğuna şikayət etmişdir. İş materiallarında olan cinayət işi başlama haqqında qərardan görünür ki, İsmayıllı RPŞ-nin İB-nin sabiq müstəntiqi, R Muradov İsmayıl Muxtar oğlu tərəfindən ##.##.2025ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə saat 15:31-də Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi, R İsmayıl Muradov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi, R İsmayıl Muradov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət işi başlamaq haqqında qərardan görünür ki, İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, R X4 tərəfindən ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə saat 00:35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda görünür ki, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 4(037)- **/**** saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, baxış keçirilən Təqsirləndirilən şəxs yaşadığı ev İsmayıllı rayonu İsmayıllı kəndinin yuxarı hissəsində yerləşir. Ev kürsüsüz, otaq və eyvandan ibarətdir, evin çardağı vardır,evin həyətyanı sahəsində yardımçı tikili vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin evdə anası və atası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı evdə və digər hər hansı yerdə narkotik vasitə saxlayıb saxlamaması, vardırsa təqdim etməsini bildirildikdə o, yaşadığı evin içərisində qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Evin giriş qapısından içəri daxil olunduqda, özünün deməsinə görə Təqsirləndirilən şəxs yatdığı divanın altından 1 ədəd şəffaf selofan salafanda təqdim edərək içərisində özünə məxsus marixuana olduğunu bildirmişdir. Həmin kisə açılaraq içərisinə baxıldıqda narkotik vasitəyə bənzər kütlə olduğu müəyyəm edilmişdir. 1 ədəd sellofan bağlama 1 ədəd zərfdə qablaşdırılmış və elektron tərəzi ilə çəkildikdə çəkisinin 14 qram olması müəyyən edilərək üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı evdən digər qanunsuz predmetlər və əşyalar aşkar edilməmişdir. 11. ##.##.2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, təqdim olunmuş əşyaya baxış zamanı üzərində “Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən evindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütəsi” sözləri, adlar və imzalar olan, İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd zərfə baxış zamanı içərisində 1 ədəd şəffaf sellofan torbanın içərisində spesifik qoxuya malik yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu və İsmayıllı rayonu, İsmayıllı kəndində meşədə gəzərkən zibillik ərazidə tapdığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə ölçülərək, sellofan torba ilə birlikdə çəkisinin 15,8 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırıldığı zərfə qoyularaq başqa kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “İsmayıllı r. İsmayıllı k. yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və təqdim edilmiş bitki kütləsi.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-13,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34(otuz dörd) manat 55(əlli beş) qəpik təşkil edir. İş materiallarında olan ##.##.2025-ci il tarixli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, Şahid üzərinə baxış keçirilməzdə nəvvəl ondan saxlanılma səbəbi üzrə üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı tərkibl narkotik vasitə və ya psixotrop maddə, habelə digər qanunsuz əşya olub-olmaması soruşulduqda, o, üzərində həqiqətən də narkotik tərkibli qurudulmuş marixuana bitki kütləsini saxladığını, həmin vasitənin şalvarinin sağ yan cibində olduğunu bildirərərək, könüllü olaraq təqdim etmişdir. Təqdim edilən vasitənin bir ədədi ağ rəngli kağıza bükülmüş, digər biri isə papiros dənəsinin içərisinə doldurulmuş vəziyyətdə olmuşdur. Əvvəlcə kağız bükülüdə olan vasitə açılmış və içərisində çətənə bitkisindən qurudulmuş marixuana hesab edilən narkotik vasitələrin spesifik qoxusuna malik və görünüşü həmin vasitəni xatırladan qismən əzilrək, bükülü formasına saınmış quru halda bir ədəd bitki kütləsinin olması aşkar edilmişdir. Həmín vasitə elektron tərəzi ilə ölçülmüş və ümumi təmiz çəkisinin 0,4 qram olması müəyyən edilmişdir. Həmçinin təqdim edilən bir ədəd papiros dənəsi qismən yanmış vəziyyətdə olmuş və ümumi təmiz çəkisi 0,5 qram təşkil etmişdir. Şahid təqdim etdiyi vasitələrin qurudulmuş marixuana tərkibli narkotik vasitə olduğunu, həmin vasitələri şəxsi istifadə məqsədi ilə üzərində saxladığını, Hüseyin adlı İsmayıllı rayon sakinindən 10 manat pul ödəməklə aldığını, üzərində başqa hər hansı bu kimi digər vasitə olmadığını və həmçinin üzərinin yoxlanılmasına etirazının olmadığıni bildirmişdir. Şahid üzəri və paltarları prosesdə iştirak edən polis əməkdaşlar tərəlindən yoxlanıldıqda dövriyyəsi qanunla qadağan edilmiş və ya cinayət məsuliyyəti yaradan başqa hər hansı vasitə və ya əşya aşkar edilməmişdir. Şahid tərəfindən təqdim edilən narkotik tərkibli olmasına kifayət qədər şübhələr olan vasitələr bir ədəd zərfə yerləşdirilməklə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, maddi sübutlara baxış zamanı üzərində “Şahid üzərindən aşkar edilmiş bitki kütlələri” sözləri, adlar və imzalar olan, İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd kağız zərfə baxış zamanı içərisində 1 ədəd yarımçıq papirosda və 1 ədəd kağız bükümdə yaşımtıl rəngli bitki kütləsi aşkar edilmişdir. Baxışda iştirak edən Şahid həmin bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, Hüseyin adlı şəxsdən aldığını bildirmişdir. 1 ədəd yarımçıq papirosda narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə ölçülərək çəkisinin 0,5 qram olduğu müəyyən edilmişdir. 1 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə ölçülərək çəkisinin 0,4 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bitki kütlələri qablaşdırıldığı zərfə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞnin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli şəxsin üstünün yoxlanılmasına və əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, baxışın keçirildiyi yer İsmayıllı rayonu İsmayıllı kəndidir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hərhansı əşya saxlayıbsaxlamaması, vardırsa təqdim etməsini bildirildikdə o, üzərində heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya saxlamadığını bildirmiş və üzərində olan özünə məxsus 1 ədəd “Xiaomi” markalı telefonu, 1 qutu siqareti və 1 ədəd alışqanı təqdim etmişdir. 1 ədəd “Xiaomi” markalı telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin telefon 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Daha sonra 1 qutu siqaret və 1 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli evə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videodiskə baxış keçirilərkən görünür ki, baxış keçirilən ev İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı əşya saxlayıb-saxlamadığı soruşulduqda, o, yaşadığı evdə narkotik vasitə saxladığını, təqdim edə biləcəyini bildirmişdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs evin giriş qapısı ilə üzbəüz otaqda, qapının sol tərəfindəki şüşəli şkafın üstündən 1 ədəd sellofan bağlamada bitki kütləsini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bağlamadakı kütlənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofan bağlama açıldıqda içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzinin də özünə məxsus olduğunu, onun vasitəsilə evdə ədviyyatın çəkisini ölçdüyünü bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə ölçülərək çəkisinin 39,4 qram olduğu müəyyən edilmişdir. Həmin bitki kütləsi sellofan bağlama ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞnin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra həmin otağa baxış zamanı qırmızı örtüklü divanın oturacağının altında saxlanılan 1 ədəd sellofan bağlamanın içərisində sellofan bükümlərdə bitki kütlələri və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sellofan bağlamada olan bitki kütlələrinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Sellofan bağlamanın içərisinə baxış zamanı 11 ədəd xırda bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. 11 ədəd sellofan bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri elektron tərəzidə ölçülərək çəkilərinin 0,5 qram, 0,9 qram, 0,6 qram, 0,6 qram, 0,6 qram, 0,6 qram, 0,5 qram, 0,6 qram, 0,5 qram, 0,6 qram və 2,0 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütlələrini nə məqsədlə bükümlərdə saxladığını soruşduqda, o, bitki kütlələrini şəxsi istifadəsi üçün bükümlərdə saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş 11 ədəd sellofan bükümlərdə narkotik vasitəyə bənzər bitki kütlələri 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞnin ** saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otaqlarına və saxlanc yerlərinə baxış davam etdirilsə də, hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli mobil telefona baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi Redmi” markalı telefona baxış zamanı mobil telefonun korpusunun deformasiyaya uğradığı, ekranın qırıldığı və ekranın korpusdan ayrıldığı, telefonun işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. 18. ##.##.2025-ci il tarixli mobil telefonu təhvil vermə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Şahid istintaqa verdiyi ifadəsini təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs ilə üzləşməkdən imtina etmişdir. İş materiallarında olan. ##.##.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən yer İsmayıllı rayonun İsmayıllı kəndi ərazisidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, ## #### 2025-ci il tarixdə ## #### 2025-ci il tarixdə saat 12 radələrində Şahid ona zəng edərək ona bir baş qurudulmuş marixuana verə biləcəyini soruşmuş və o, etiraz etməmişdir. Bir müddət sonra Natiq onun yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən ev tərəfə gəlmiş və o, hazırda baxış keçirilən yerdə Şahid 1 ədəd sellofan bükümdə qurudulmuş marixuananı pay vermişdir. İş materiallarında olan. ##.##.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD diskin içərisində X15 adına olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrədən ##.##.2024-cü il tarixdən, ##.##.2025-ci il tarixədək çıxan və daxil olan zənglərə, sms mətnlərinə dair çıxarışlara, habelə anten dairəsinə dair məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid üzərindən aşkar edilmiş bitki kütlələri...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki; - 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, - 01(bir) ədəd yarımçıq papirosda təmiz çəkisi- 0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi 0,09 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. - Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd kağız bükümdə və 01(bir) ədəd yarımçıq papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd şəffaf bağlamada...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi- 36,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sellofan bükümlərdə...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfi açdıqda açdıqda içərisindəki 11(on bir) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,61qr., 0,40qr., 0,40qr., 0,42qr., 0,48qr., 0,47qr., 0,48qr., 1,8qr., 0,48qr., 0,51qr., 0,79qr., ümumi təmiz çəkisi- 6,91 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. - Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan torbada və 11(on bir) ədəd sellofan bükümlərdə olan olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, digər 01(bir) ədəd zərfin içərisindəki 11(on bir) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar ilə 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə və 01(bir) ədəd yarımçıq papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, 02(iki) ədəd elektron tərəzilərin hər birinin üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Həmin çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. - Tədqiqata təqdim edilmiş, 02(iki) ədəd elektron tərəzilərin hər birinin üzərindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin hissəciklərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35(otuz beş) manat 97(doxsan yeddi) qəpik təşkil edir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış ##.##.2025ci il tarixli 18-1- **/*-***/**** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur, lakin ##.##.2024-cü il tarixdən xəstəxananın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində narkoman diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə edilmiş, özü və ailəsi barəsində İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmünün surətindən, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 1(107)- **/**** nömrəli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 1(037)- **/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 3(üç) ay 17(on yeddi) gün hissəsini çəkmiş, üzərində çəkilməmiş 2(iki) il 8(səkkiz) ay 8(səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 3(üç) ay 17(on yeddi) gün hissəsini çəkmiş, üzərində çəkilməmiş 2(iki) il 8(səkkiz) ay 8(səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası qalmış Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməklə həmin cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir. Göründüyü kimi apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, buna görə də özünü təqsirli hesab etdiyini, lakin heç kimə narkotik vasitə satmadığını və hədiyyə kimi vermədiyini qeyd edərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etsə də birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, “...## #### 2025-ci il tarixdə saat 12 radələrində həmkəndlisi Şahid ona zəng edərək kənddə ot biçdiyini demiş, ona bir çəkimlik marixuana verməyini xahiş etmişdir. O, etiraz etməmiş və bir müddət sonra Natiq onun yaşadığı evə gəlmişdir. O, Natiqə bir çəkimlik bükümdəki qurudulmuş marixuananı pay vermiş və evinə qayıtmışdır...” Həmçinin, apellyasiya məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...O, Şahidla birlikdə narkotik vasitə istifadə etdikdən sonra, Şahid narkotik vasitə vermişdir, çünki Şahid xəstəliyi ilə əlaqədar narkotik tərkibli dərmanlardan istifadə etmişdir. O, Şahid bir bükümdə narkotik vasitə olan marixuana vermişdir. Narkotik vasitəni Şahid pul qarşılığında verməmiş, pay vermişdir. O, narkotik vasitəni İsmayıllı şəhəri ərazisindən tapmışdır. Evindən aşkar olunan narkotik vasitə də, tapdığı narkotik vasitə olmuşdur. O, Şahid narkotik vasitə verdikdən sonra özündə 30-40 qram narkotik vasitə qalmışdır. Həmin narkotik vasitə bükümlərdə olmuşdur...” Bundan başqa birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs ona pay verdiyini bildirmişdir. Belə ki, Şahid ifadəsində göstərmişdir ki, “...## #### 2025- ci il tarixdə həmkəndlisi İlyas adlı şəxs ona İsmayıllı rayonu ərazisində “Padstansiya” adlanan yerdə ot biçdirmək istədiyini bildirmiş, o, bir nəfəri də özünə kömək götürərək həmin yerə ot biçməyə getmişdir. Saat 12 radələrində tarixdə həmkəndlisi Hüseyinə istifadəsində olan mobil nömrənin “Whatsapp” hesabı vasitəsilə zəng edərək ondan qurudulmuş marixuana istəmişdir. Hüseyin də ona təmənnasız bir başlıq narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Təqsirləndirilən şəxs həmin hadisədən əvvəl də üç dörd dəfə narkotik vasitə götürmüş, daha doğrusu Hüseyin ona həmin narkotik vasitələri pay vermişdir....” Həmçinin, iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, digər 01(bir) ədəd zərfin içərisindəki 11(on bir) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar ilə 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə və 01(bir) ədəd yarımçıq papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, 02(iki) ədəd elektron tərəzilərin hər birinin üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli * №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid təmənnasız olaraq pay verdiyini bildirməklə narkotik vasitənin satılmasını qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdikləri və həmin şikayətin dəlillərilə bağlı məhkəmə kollegiyasının iclasında bildirdikləri onun əməlinin təkcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iə tövsif edilməsi üçün əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslı hesab edir. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X20 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilməklə dəyişdirilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəllənin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməkdə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qismən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilməklə dəyişdirilsin. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar