Məhkəmə qərarları › İş №1(3-10)-103/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-103/2026

31.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-103/2026 31.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Tahirov Zamin Cəbrayıl oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Mahatov İlham Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(091)-166/2025 ( sədrlik edən T.Əfəndizadə) nömrəli hökmü ilə, ##.##.1977-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə 07 ay 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş, Balakən şəhəri, Fizuli küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Mahatov İlham Məhəmməd oğlunun 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona həmin maddə ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməai və cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2024-cü il tarixdən hesablanması, Mahatov İlham Məhəmməd oğlu barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Mahatov İlham Məhəmməd oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Balakən Rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 2129,60 qram olan narkotik vasitə qurudulmuş marixuana, 502,257 qram olan narkotik vasitə heroin, 3074 ədəd metadon həbləri və 0.587 qram çəkidə narkotik vasitə metadonun məhv edilməsi hökm edilmişdir. İşin halları: Verilmiş ittihama görə Mahatov İlham Məhəmməd oğlu külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 02 (iki) ədəd üzərləri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram və 1080 qram olmaqla ümumi çəkiləri 2130 qram - külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd plastik şüşənin içərisində, təmiz çəkisi 502,457 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd sellofana bükülmüş vəziyyətdə üzərində “METHADONE 40” sözləri qeyd edilmiş 310 (üç yüz on) ədəd blisterdə və 02 (iki) ədəd blister kəsiyində “F\M 40” göstəricili ümumilikdə 3084 (üç min səksən dörd) ədəd bütöv və 04 (dörd) ədəd yarımçıq vəziyyətdə dərman həblərinin tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 123,432 qram, yəni külli miqdar hesab edilən narkotik vasitə - metadonu satış məqsədi ilə əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ## ###### 2024-cü il tarixdə saat 16:28-də yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısında, küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldıqdan sonra yaşadığı evə baxış keçirilərkən 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 02 (iki) ədəd üzərləri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan torbalarda külli miqdarda - 2130 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana, 01 (bir) ədəd plastik şüşənin içərisində, külli miqdarda - 502,457 qram çəkidə narkotik vasitə olan heroin, ümumilikdə 3084 (üç min səksən dörd) ədəd bütöv və 04 (dörd) ədəd yarımçıq vəziyyətdə blisterlərdəki külli miqdarda - 123,432 qram çəkidə narkotik vasitə - metadon evin birinci mərtəbəsindəki qaraj otağından aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyildir. Təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi şikayətini onunla əsaslandırmışdır ki, Mahatov İlham Məhəmməd oğlunun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin hökmü ilə barəsində ittiham hökmü çıxarılaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Müdafiəçi İlham Mahatovun barəsində çıxan ittiham hökmünü əsassız hesab etmişdir. İstintaqın əvvəlindən İlham Mahatovun özünə qarşı verilən ittihamı qəbul etmədiyi bildirilmişdir. ##.##.2024-cü il tarixdə saat 14-15 radələrində polis əməkdaşlarının çoxluq şəklində İlham Mahatovun yaşadığı evə daxil olduqları, həmin vaxt evdə onun yaşlı anası X19 da olması, daha sonra Rəisət Mahatovanın gözü qarşısında polislərin İlham Mahatovu məcburi şəkildə Balakən Rayon Polis Şöbəsinə apardıqları, X19 polis əməkdaşlarına nə baş verdiyini soruşduqda, polis əməkdaşlarının səbrli olmağını və çəkilişlə yenidən evə geri qayıdacaqlarını bildirərək İlham Mahatovu apardıqları qeyd edilmişdir. Daha sonra İlham Mahatovu Balakən Rayon Polis Şöbəsində fiziki və mənəvi təzyiqə məruz qoyaraq evə daha çox narkotik qoyulacağını və evdə yaşayan anasını, həyat yoldaşını və oğlunu da şöbəyə gətirəcəklərini bildirərək onların dediyi senaryo üzrə hərəkət etməsinə razılaşdırdıqları, əlavə olaraq da ona bu iş üzrə onlarla razılaşarsa yalnız CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəyini yalandan vəd etdikləri bildirilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə saat 16.28 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından birinin əvvəlcə evin qaraj hissəsinə pencəyinin altında torba yerləşdirdiyi və İlham Mahatova çəkiliş gələn zaman çəkiliş altında polis əməkdaşlarını evin qaraj hissəsinə aparması və orada çıxacaq narkotikə bənzər kütlələrin guya səhər saatlarında Kamil adlı şəxs tərəfindən verilməsini deməsini bildirdikləri qeyd edilmişdir. Bundan sonra saat 16.28 radələrində İlham Mahatovun təlimat üzrə evin girişində qaz durbasının üzərində siqaret çəkməsini bildirərək polis əməkdaşlarının çəkiliş altında ona yaxınlaşdıqları, İlham Mahatovun isə təlimat üzrə üzəri yoxlandıqdan sonra həmin şəxsləri evin qaraj hissəsinə apardığı və polisin əvvəlcədən qoyduğu torbanı təlimat üzrə çəkiliş altında polis əməkdaşlarına təqdim etdiyi və deyildiyi üzrə Kamil adlı tanışının səhər saat 7 radələrində həmin narkotiki ona saxlamaq üçün verdiyini bildirdiyi qeyd olunmuşdur. Müdafiəçi iş materiallarında işin mahiyyəti üzrə bütün qeyd olunanların Balakən Rayon Polis Şöbəsinin uydurma senarisi olduğunu bildirmiş və bu barədə əllərində kifayət qədər sübutların olduğunu qeyd etmişdir. Birinci sübut olaraq, İlham Mahatovun anası X19 həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşlarının ##.##.2024-cü il tarixdə saat 16.28-də yox, ondan 2-3 saat əvvəl zorla evə daxil olduqlarını, İlham Mahatovu isə Balakən Rayon Polis Şöbəsinə apardıqlarını və bir müddət sonra çəkilişlə gələcəklərini bildirdikləri qeyd edilmişdir. İlham Mahatovun polislər tərəfindən məcburi aparılmasından Rəisət Mahatovanın narahat olaraq bu barədə qızına və nəvələrinə məlumat verdiyi bildirilmişdir. İkinci sübut olaraq, İlham Mahatovun ##.##.2024-cü il tarixdə saat 14-15 radələrində Balakən Rayon Polis Şöbəsinə aparılmasından məlumat alan bacısı oğlu X20 və onun həyat yoldaşı X6 arasında ##.##.2024-cü il tarixdə saat 15.25-15.34 radələrində yazışma olması, yazışma zamanı X27 Hacıyevaya "dayını tutublar", "nənə evdə pis gündədi" kimi mesajlaşma olması, qeyd olunan mesajların elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilməsi, eyni zamanda X28 və X6 məhkəmə iclası zamanı şahid qismində ifadələrinin alınması və onların ifadələrində yuxarıda qeyd olunan halları təsdiq etmələri, X6 məxsus yazışmalar olan mobil telefonun məhkəməyə təqdim edilərək həmin yazışmanın real olub-olmamasını müəyyən etmək üçün baxış keçirilməsi bildirilmişdir. Göründüyü kimi, bu yazışma İlham Mahatovun ##.##.2024-cü il tarixdə saat 16.28 radələrində çəkilişlə polis əməkdaşları tərəfindən tutulduğunu deyil, əksinə saat 15.25- 15.34 radələrindən əvvəl tutulduğunu təsdiq edir. Üçüncü sübut olaraq, iş materiallarında olan şübhəli şəxsin dindirilməsinə dair protokolda guya İlham Mahatovun özünün ifadəsi üzrə ##.##.2024-cü il tarixdə saat 16.28 radələrində çəkilişlə polis əməkdaşları tərəfindən tutulmasının protokolda müstəntiq tərəfindən yazıldığı, lakin həmin dindirmənin video çəkiliş diskinə baxdıqda video çəkilişin 15.24-cü dəqiqəsində müstəntiqin İlham Mahatova nə vaxt polis əməkdaşlarının evinə gəldiyini soruşduqda onun "günorta saat 3 radələrində evdə yatan zaman polis əməkdaşlarının gəldiyini" bildirdiyi, daha sonra müstəntiqin qeyd olunan halı gizlətmək üçün mövzunu dəyişdiyi, çünki iş materialları üzrə İlham Mahatovun yatan zaman deyil, evin qarşısında qaz durbasının üzərində oturub siqaret çəkən zaman polis əməkdaşlarına yaxınlaşdığı, həmçinin iş materiallarında polislərin evə gəlməsi 16.28 radələri qeyd olunsa da İlham Mahatovun saat 15.00 radələrində polis əməkdaşlarının evinə gəldiyini qeyd etdiyi bildirilmişdir. Video çəkilişdə İlham Mahatovun faktiki olaraq dediklərinin həmin video çəkilişdə deyildiyi yox, şübhəli şəxsin dindirmə protokolunda təhrif olunmuş formada dəyişdirilərək ittihamın senarisinə uyğunlaşdırıldığı qeyd edilmişdir. Dördüncü sübut olaraq, ittihamın şahidi olaraq qeyd olunan Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, R şahid1 Hüseyn oğlunun məhkəmə iclası zamanı ifadəsində müdafiəçinin suallarına cavab olaraq İlham Mahatovun saat 15.00 radələrində tutulduğunu etiraf etdiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlar İlham Mahatovun ##.##.2024-cü il tarixdə saat 16.28 radələrində deyil, əksinə saat 14-15 radələrində tutulduğunu tam təsdiq edir. Digər məsələlər isə işin qurma senarisinin özünün də tam bərbad şəkildə nöqsanlarla qurulmasıdır. İş materiallarında olan raportda qeyd olunur ki, "##.##.2024-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Balakən şəhər sakini İlham adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və yaşadığı evdə saxlaması barədə Balakən Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur." İş materiallarında olan qərarda qeyd olunur ki, əməliyyat qrupu yaradılsın və İlham Mahatovun daxil olmuş məlumata görə üzərində və yaşadığı evdə olan narkotik vasitənin aşkar olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilsin. Göründüyü kimi, əməliyyat məlumatı və təxirəsalınmaz əməliyyat hərəkətləri İlham Mahatovun yaşadığı evdə narkotik vasitənin olmasında köklənsə də, ümumiyyətlə polis əməkdaşları tərəfindən İlham Mahatovun yaşadığı evə baxış keçirilməmiş, yalnız İlham Mahatovun dediyinə əsaslanaraq evin qaraj hissəsində baxış keçirilmişdir. Məhkəmə iclasında ifadə verən şahid Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili şahid2 dediklərindən belə başa düşüldüyü, əməliyyat məlumatını məhz İlham Mahatovun sözlərinə inanaraq araşdırmadıqları, halbuki əməliyyat məlumatında verilmiş məlumatın etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olduğu göstərildiyi bildirilmişdir. Digər şahid şahid1 saat 3 radələrində İlham Mahatovun evinə yaxınlaşdıqları və Mahatovun evinə baxış keçirtməsi barədə dediklərinin əslində həqiqət olduğu, sadəcə olaraq uzun müddət keçdiyi üçün yadında qalan hadisələri məhkəməyə bildirdiyi, Rəisət Mahatovanın da ifadəsində saat 15.00 radələrində İlham Mahatovun evdə yatan zaman 4 nəfər polis əməkdaşının evə daxil olduqlarını bildirdiyi qeyd edilmişdir. İş üzrə əməliyyat məlumatının araşdırılması üçün qrup yaradılmasına və həmin məlumatın araşdırılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ##.##.2024-cü il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, iş üzrə əməliyyat qeydiyyat işi açılmamışdır. Müdafiəçi "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 15-ci bəndində qeyd olunduğunu bildirmişdir ki, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğu təsbit edilmişdir. Lakin bu tələbə əməl edilməmişdir. İş materiallarında ##.##.2024-cü il tarixdə əməliyyat qrupu üzrə yalnız 3 nəfərin göstərilməsinə baxmayaraq, əməliyyat-axtarış tədbirinə dair video çəkilişin 00.52-00.55-ci dəqiqəsində polis əməkdaşlarının İlham Mahatova yaxınlaşdığı avtomobilin mühərrikinin səsli işləməsi səbəbindən şahid1 göz qaş hərəkətləri etməsilə iş üzrə görünməyən polis əməkdaşlarından birinin avtomobilin mühərrikini söndürdüyü və həmin əməkdaşın mülki geyimdə olmasının avtomobilin yan güzgüsündən açıq-aşkar göründüyü qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, ##.##.2024-cü il tarixdə İlham Mahatovun yaşadığı evin birinci mərtəbəsindəki qaraj otağından bir ədəd qara sellofan torbanın içərisində olan iki ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkiləri 2310 qram narkotik vasitəyə oxşar kütlə, bir ədəd sellofan bağlamada olan bir ədəd plastmas şüşədə 555.11 qram narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofana bükülmüş vəziyyətdə üzərində Metadone 40 yazısı olan 3101 ədəd həblər aşkar edilərək götürülmüşdür. Daha sonra həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılıb təqsirləndirilən şəxsin iştirakı ilə zərflərə və kisəyə yerləşdirilmişdir. Bundan sonra maddi sübut kimi qablaşdırılmış zərflər Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tədbirdə iştirak etmiş polis əməkdaşları təhqiqatçının iştirakı ilə lakin təqsirləndirilən şəxs İlham Mahatovun iştirakı olmadan qanunsuz olaraq qablaşdırılmış maddi sübutları açaraq yenidən baxış keçirmişlər və bu barədə protokol tərtib edərək iş materiallarına əlavə etmişlər. Baxış keçirilən zaman İlham Mahatov Balakən Rayon Polis Şöbəsində olmuş, lakin həmin baxışda onun iştirakına təhqiqatçı lüzum görməmişdir. Ekspertizaya göndərilən və gələcəkdə ona veriləcək ittihamın əsası olan narkotik vasitələrin qablaşdırıldığı zərfin üzərində təqsirləndirilən şəxsin və ya müdafiəçinin imzası yoxdur. Müdafiəçi şübhələri artıran məqamlardan birinin də İlham Mahatovun yaşadığı evin birinci mərtəbəsindəki qaraj otağından aşkar edilən kütlələrlə ekspertizaya göndərilən kisələrdə olan kütlələr arasındakı çəki fərqi olduğunu bildirmişdir. Aşkar edilən kütlələrin ümumi çəkisi 2310 qram marixuana, 555.11 qram heroin və 3101 ədəd Metadone 40 həblər olduğu halda, ekspertə göndərilən kisələrin içərisindən 2130 qram marixuana, 502.457 qram heroin və 3084 ədəd Metadone 40 həblər aşkar olunmuşdur. Bu, 180 qram marixuana, 52.653 qram heroin və 17 ədəd Metadone 40 həblərinin yoxa çıxması deməkdir. İstintaq bu fərqi narkotik vasitənin üzərində olan bükümlə və qablaşdırma ilə birlikdə çəkilməsindən çəkinin artıq olması və 17 ədəd Metadone 40 həblərinin yoxa çıxmasını isə texniki səhv olaraq 3101 ədəd olduğu qeyd olunması ilə əsaslandırmışdır. Lakin videoçəkiliş zamanı əməliyyat-axtarış qrupuna rəhbərlik edən şəxs aşkar olunmuş Metadone 40 həblərinin sayının 3101 ədəd olmasını qeyd etmişdir. Göründüyü kimi, istintaqın texniki səhv dediyi xüsusat özlərinin apardıqları çəkilişlərlə təkzib edilir. İlham Mahatova verilən ittihamlardan biri də CM-in 234.4.1-ci maddəsidir ki, bu maddədə qabaqcadan əlbir olan bir qrup şəxsdən söhbət gedir. Həmin ittihamın verilməsinin əsasında duran səbəb isə polisin əvvəlcədən quraşdırılmış senarisi üzrə İlham Mahatova guya narkotik vasitə olan qara kloku X7 adlı şəxsin səhər saat 7 radələrində İlham Mahatova verməsi olmuşdur. Halbuki ##.##.2025-ci il tarixli diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Mahatov İlham Məhəmməd oğlunun istifadəsində olan mobil nömrələrlə onun Kamil Həsənovla danışdığını göstərdiyi mobil nömrə arasında heç bir danışıq və zəng olmadığı müəyyən edilmiş, həmçinin İlham Mahatovun nömrələri ilə Kamil Həsənovun nömrəsi arasında ümumiyyətlə heç bir danışıq olmadığı müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq İlham Mahatova CM-in 234.4.1-ci maddəsi ilə ittiham verilmiş, guya o, bu əməli törədən zaman X7 ilə əlbir olmuşdur. X7 varlığını qeyd edərək İlham Mahatova əlavə maddə ilə ittiham verilməsinə baxmayaraq, X7 istintaqa cəlb olunmamışdır. Müdafiəçi İlham Mahatova narkotik vasitənin Kamil Həsənovdan alınmasını ona görə deməsini bildirdiklərini qeyd etmişdir ki, İlham Mahatov əvvəllər Kamil Həsənovla birlikdə törətdikləri iş üzrə cinayət işi mövcud olmuşdur. X8 almasını deməsinin gələcəkdə inandırıcı olacağı bildirilmişdir. Lakin ibtidai istintaq zamanı daha sonra İlham Mahatovun müqavilə üzrə özünə müdafiəçi tutması və ifadəsini dəyişərək reallıqları deməsi səbəbindən, İlham Mahatovu narkotik vasitəni ona Kamil Həsənov verməsi barədə üzünə yalan ifadə verməsini təmin edə bilməyəcəklərindən, eyni zamanda Kamil Həsənovla İlham Mahatov arasında telefon danışıqları müəyyən edə bilmədikləri səbəbindən Kamil Həsənovu ümumiyyətlə istintaq axtarmamış, barəsində axtarış qərarı çıxarmamış, Balakən Rayon Polis Şöbəsinə şahid qismində belə dəvət etməmiş, həmin şəxs rahatlıqla ölkə ərazisində hərəkət etmiş, 2-3 ay əvvəl isə Rusiya Federasiyasına getmişdir. Müdafiəçi həmçinin iş materiallarına baxdıqda İlham Mahatova verilmiş ittihamın yalnız onun etirafına əsaslandığını, lakin onun etirafının polis əməkdaşlarının təzyiqi altında, qorxu ilə verildiyini, heç bir faktiki sübuta əsaslanmadığını bildirmişdir. Müdafiəçi hüquqi əsas olaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarının 32-ci bəndinə, ***-IQ nömrəli Qanunun 12-ci maddəsinin III hissəsinin 6-cı bəndinə, 15-ci maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 446.2.9-cu maddəsinə, 350.1, 350.2, 349.5.1, 351.3, 139, 144, 145.1, 145.3, 8.0.5, 21.1, 21.2, 21.3, 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə, Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" ## ###### 1996-cı il tarixli * saylı qərarına, Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə ## ######## 2005-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Barbera, Messege və Yabardo İspaniyaya qarşı" qərarına, Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsinə (sübutların əldə edilməsi qaydaları) və Konstitusiyanın 63-cü maddəsinə (təqsirsizlik prezumpsiyası) istinad etmişdir. Müdafiəçi Mahatov İlham Məhəmməd oğlunun 17 aydır ki, qanunsuz olaraq tutularaq həbs olunduğunu, onun hazırkı ittiham üzrə narkotik vasitə sayılan kütlələrlə əlaqəsinin olmadığını, Balakən Rayon Polis Şöbəsinin İstintaq Bölməsi tərəfindən ona verilən heç bir ittihamın sübuta yetirilmədiyini, yuxarıda qeyd etdiyi xüsusatların açıq-aşkar İlham Mahatovun günahsız tutulduğunu və polisin əvvəlcədən qurma senaryosu olduğunu sübut etdiyini bildirmişdir. Müdafiəçi bir ildən çoxdur məhkəmə istintaqı getməsinə baxmayaraq iş üzrə heç bir halın obyektiv araşdırılmadığını, bütün məhkəmə iclaslarının tez-tələsik olmaqla keçirildiyini, bəzi məhkəmə iclaslarının ümumiyyətlə təxir olunduğunu, yekunda isə müdafiəçi çıxışının tez-tez oxunması bildirilərək 9 il 6 ay müddətinə İlham Mahatova ədalətsiz ittiham hökmü ilə cəza təyin edildiyini bildirmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, iş üzrə aparılan bütün istintaq hərəkətlərinin senari üzrə yalan olduğuna dair sübutlara obyektiv qiymət verilməsini, İlham Mahatov barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından azad olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2 çıxış edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(091)-166/2025 nöməli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə və CPM-in 21-ci maddəsinə əsasən, şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir, aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır CM-in 31.1-ci maddəsinə əsasən, cinayətdə iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən cinayətin törədilməsində birgə iştirakı deməkdir. CM-in 34.2-ci maddəsinə görə isə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndinə əsasən CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı irəli sürülmüş ittiham üzrə ədalətli məhkəmə araşdırması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququnda qeyd etmişdir ki, cinayət məsuliyyəti və ittihamın tərkib əlamətləri yalnız kifayət qədər inandırıcı və qanuni sübutlara əsaslana bilər; ağırlaşdırıcı hallar isə xüsusi dəqiqliklə sübuta yetirilməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istinntaqı aparmaqla araşdıraraq, həmçinin tərəflərin çıxışlarını dinləyərək, bu qənaətdədir ki, təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Mahatov İlham Məhəmməd oğlunun CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi hissəsində dəyişdirilməli, hökmdən CM-in 234.4.1-ci maddəsi ilə bağlı müddəalar xaric edilməli, hökm baxılmış apellyasiya şikayətlərinə aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Mahatov İlham Məhəmməd oğlu özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 noyabr tarixində evdə uzandığı vaxt bir də görmüşdür ki, polis əməkdaşları qanunsuz olaraq əllərində baxış sənədi olmadan evinə daxil olmuşlar. Anası gəlib onu oyandırmışdır və nə olduğunu soruşmuşdur. Sonra bir anda polisləri evin içərisində görmüşdür. Ona demişlər ki, barəsində cinayət işi açılmışdır. Evinə baxış keçirmək istəyirmişlər. O da demişdir ki, sənədsiz baxış keçirə bilməzlər. Onlar sənədin lazım olmadığını, gəlib evi yoxlayacaqlarını demişlər. Öz şəxsi otağına keçmişlər və otağına baxış keçirmişlər. Döşəyi qaldırıb altına baxmışlar. Bu əsnada anasının halı pisləşmişdir. Sonra həyətdə polis əməkdaşları qışqırmışlar ki, gəl-gəl tapmışıq. Həyətə düşüb nə tapdıqlarını soruşmuşdur. Ona demişlər ki, şöbəyə getsin, orada nə tapdıqlarını öyrənəcəkdir. Polislər saat 14:00-da onu şöbəyə aparmışlar. Saat 17:00-da ona hədəqorxu gəlirmişlər ki, çəkilişdə onların istədiklərini desin. Onlara özbaşınalıq etdiklərini demişdir. Onlar isə ona demişlər ki, az danışsın. Sonra yolda qaz durbasının üzərində oturarkən onlar onu çəkə-çəkə gəlmişlər. Daha sonra onu qaraja aparmışlar. Gödəkçəni də aparıb qaraja qoymuşlar. Həyətə çıxanda qarajın qapısının bağlı olduğunu görmüşdür. Qarajı niyə bağlamadıqlarını soruşmuşdur. Ona demişlər ki, elə olmalıdır. Bir də hansı məntiqə uyğundur ki, o, evdə narkotiki qoysun, yolun və qarajın qapısını da açıq saxlasın. Belə ədalətsizlik olar? Kimsə əvvəllər narkotiklə bağlı məhkum olunubsa, bu o demək deyil ki, o, hər dəfə türmələrdə çürüməlidir. Onu aparıb məcbur etmişlər ki, CM-in 234.1-ci maddəsinə qol çəksin. O da razılaşmağa məcbur olmuşdur. Sonradan başa düşmüşdür ki, ona CM-in 234.1-1-ci maddəsinə imza çəkdirmişlər. Aydın məsələdir ki, onu aldatmışlar. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Yəni aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs İlham Mahatov bildirmişdir ki, Kamil Həsənov əvvəllər onunla məhkum olunmuşdur. Polislər məcbur edirmişlər ki, Kamilin üzünə durmalıdır. Güya narkotiki ondan almışdır. İlk əvvəl polislərlə razılaşmışdır. Sonradan özünə müdafiəçi tutmuşdur. Ona demişlər ki, müdafiəçidən imtina etməlidir. Yoxsa ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verəcəklər. Çünki müdafiəçi çox məsələni aşkar etmişdir. Narkotiki Kamildən almışdırsa, niyə danışıqları çıxmamışdı? Müstəntiqə verdiyi ifadənin hamısını oxumuşdur. Orada ifadə vermişdir ki, Kamil ona narkotik vermişdir. Çünki polis əməkdaşları ona təzyiq etmişdirlər. Əməliyyatçıların hamısı onu döymüşdür. Kamillə bağlı demişlər ki, deməlidir ki, güya ona narkotiki Kamil vermişdir. O da onlarla razılaşmışdır. Çünki təzyiq altında olmuşdur. Eyni zamanda onu aldatmışlar ki, ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Əvvəllər CM-in 237-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik istifadə edən olmamışdır. 2023-cü il tarixdə onu polis şöbəsinə aparmışlar. Yəni ona qarşı qərəzli plan qurulmuşdur. Balakən polisi ilə düşmənçiliyi yoxdur. Onu niyə həbs etdiklərini bilmir. İş üzrə təqsiri yoxdur. Polis əməkdaşları günorta saat 14-15 radələrində evinə daxil olmuşdurlar. Polislər evə daxil olduqda onların əllərində məhkəmə qərarı olmamışdır. Polislər evinə qanunsuz daxil olmuşdur. Həmin vaxt evdə anası olmuşdur. Anasının ad və soyadı Rəisət Mahatovadır. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Belə ki, dizinə, dabanının altına və qarnına vurmuşlar. Bakıdan tutduğu vəkil Nurlan Məmmədovun təşəbbüsü ilə maddəsi dəyişmişdir. O polislərin törətdiyi qanunsuzluqları aşkarlamışdır. Polislər onu hədələmişdir ki, o, vəkildən imtina etsin. Ona demişlər ki, imtina etməsə, maddəni ağırlaşdıracaqlar. Evdən çıxan narkotiki görməmişdir, istifadə etməmişdir. Xahiş edir ki, məhkəmə ekspert təyin edib araşdırsın. Narkotikdə əl izi yoxdur. Qaraja narkotiki polis əməkdaşları qoymuşdur. Narkotikin evdə qablaşdırılmasına dair onun məlumat yoxdur. Polis şöbəsində bir gün yarım qalmışdır. Vəkil Kamillə onun telefon danışıqlarının çıxarılmasını tələb etmişdir. Aparılan ibtidai istintaqla razılaşmır. İstintaq düzgün aparılmamışdır. Vəkili Nurlan Məmmədovdan sonrakı cinayət işi düzgün aparılmamışdır. Ona təzyiq göstərmişlər. Ona görə də, demişdir ki, güya narkotiki Kamildən almışdır. Halbu ki, belə bir hal baş verməmişdir. Kamillə həmin hadisədən bir ay əvvəl görüşmüşdür. Kamil ona heç nə verməmişdir. Polislər istəyirmiş ki, onu da onunla bir yerdə tutsunlar. İşgəncəyə məruz qalmışdır. Onu döymüşlər. Polislərin onu döyməsi nəticəsində böyrəyindən xəsarət almışdır. Onu hədələmişlər ki, onlar barədə məhkəmədə danışmasın. Polislər onun işini ağırlaşdıracaqları ilə hədələdikləri üçün, pentensiar xidmətdə onların işgəncələri haqqında danışmamışdır. Vəkili Nurlan Məmmədova polislərin ona etdiyi işgəncələri bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə Balakən şəhər sakini İlham adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və yaşadığı evdə saxlaması barədə Balakən RPŞyə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Mahatov İlham Məhəmməd oğlunun cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şahid1 və X3 da iştirak etdiyi əməliyyat qrupu yaradılmışdır. Daha sonra ##.##.2024-cü il tarixdə saat 16:28 radələrində o, şahid1 və Sadiq Vəzirov ilə birlikdə Balakən şəhəri Fizuli küçəsinə gedərək qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli bilinən Mahatov İlham Məhəmməd oğlunu ünvan 3 ünvanındakı evinin qarşısında, küçədə olan zaman saxlamış, İlham Mahatova hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra İlham Mahatova üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş və daha sonra Mahatov İlham Məhəmməd oğlunun üstü yoxlanılmışdır. Yoxlama zamanı İlham Mahatovun üzərindən hər hansı narkotik vasitə və ya başqa qanunla qadağan edilən əşya və vasitə aşkar olunmamışdır. İlham Mahatov üstünə baxış keçirilən zaman İlham yaşadığı evin qarajında narkotik vasitə saxladığını, təqdim edə biləcəyini və buna etirazının olmadığını bildirmişdir. Bundan sonra İlham Mahatovun iştirakı ilə yaşadığı evin birinci mərtəbəsindəki qaraj otağına baxış keçirilən zaman oradan bir ədəd qara rəngli sellofan torbanın içərisində olan iki ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkiləri 2310 qram narkotik vasitə marixuanaya okşar kütlə, bir ədəd sellofan bağlamada olan bir ədəd plastmas şüşədə 555.11 qram çəkidə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofana bükülmüş vəziyyətdə, üzərində "Metadone 40” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Daha sonra həmin kütlələr qablaşdırılaraq İlham Mahatov və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Həmin vaxt İlham Mahatovdan aşkar edilmiş narkotik vasitələrə oxşar kütlələri haradan və kimdən əldə etməsi barədə soruşulduqda yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri saxlaması üçün dostu Kamil adlı şəxsin verdiyini, həmin kütlələrin narkotik vasitə olduğunu bilərək yaşadığı evdə saxladığını bildirmişdir. Qeyd olunan proseslər “Panasonic” markalı video kamera və “Redmi” markalı mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, R X3 tərəfindən video çəkilişlə qeydə alınmışdır. Bundan sonra onlar Mahatov İlham Məhəmməd oğlunu və yaşadığı evin qarajından aşkar edilərək qablaşdırılıb götürülmüş narkotik vasitələrə oxşar kütlələri Balakən RPŞ-nə gətirərək aidiyyəti üzrə təhvil vermiş və raportla bu barədə məruzə etmişdir. Bundan sonra isə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, R X2 tərəfindən təqdim etdikləri narkotik vasitələrə oxşar kütlələrə videoçəkilişlə baxış keçirilmiş və götürülmüşdür. Daha sonra isə İlham Mahatov müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 eyni məzmunlu ifadə verərək şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, saat 13-14 radələrində İlhamın oğlu ilə aptekə gedib-gəlmişdir. O, gəldikdən 5 dəqiqə sonra polis əməkdaşları həyətə daxil olmuşlar. Birneçə nəfər polis əməkdaşı oğlunun harada olduğunu soruşmuşlar. O da oğlunun evdə olduğunu bildirmişdir. Evə daxil olub görmüşdür ki, oğlu İlham evdə yatır. Polis əməkdaşları da onun arxasınca gəlmişlər. Oğlunu yuxudan oyandırıb polis əməkdaşlarının gəldiklərini demişdir. 4 nəfər polis əməkdaşı oğlunu tutub mətbəxə aparmışlar. Oğlundan nə baş verdiyini soruşmuşdur. Oğlu çiyinlərini çəkərək heç nə bilmədiyini qeyd etmişdir. Polis əməkdaşına nə əsasla gəldiklərini soruşdur. Polis əməkdaşı sualına “biləcəksiniz” deyərək cavab vermişdir. Sonra onun halı pisləşmişdir. Polis əməkdaşı ona su vermişdir. Sonra oğlunu harasa aparmışlar. O da onun arxasınca qaçmışdır. Ancaq ona icazə verməmişlər. Oğlunun ayaqqabısını verə bilməmişdir. Oğlunu yola aparmışlar. Oğlunu nə əsasla apardıqlarını soruşmuşdur. Yol qapısını kobud şəkildə üzünə bağlayıb çəkilişə gələcəklərini bildirmişlər. İlhamın oğluna zəng edib demişdir ki, atasını aparırlar. Nəvəsini çağırmış və ona demişdir ki, onu qızıgilə aparsın. Saat 17-18 radələrində qonşuları zəng edib qapılarında nə baş verdiyini soruşmuşlar. Polis əməkdaşları qonşuları evdən çıxmağa qoymamışlar. Qonşuların kameralarını götürmüşlər. Küçədə çəkiliş etmişlər. Oğluna onların küçəsində çəkiliş etmişlər. Heç kimi küçəyə qoymamışlar. Bundan sonra oğluna demişlər ki, qaz borusunun üstündə otursun, güya onları görməmişdir. Uzaqdan gəlib yalan çəkiliş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Rəisət Mahatova göstərmişdir ki, polis əməkdaşları birinci dəfə onların evinə saat 13:30, 14 radələrində gəlmişdirlər. Polis əməkdaşları ikinci dəfə onların küçəsinə gələn vaxt o, evdə olmamışdır. Qonşular ona zəng edib məlumat vermişlər. Müstəntiqə ifadə vermişdir. Müstəntiqə də eyni məzmunlu ifadə vermişdir. Polis əməkdaşları həyətə daxil olan vaxt evdə olmuşdur. Polis əməkdaşları evə daxil olub oğlunu aparmışlar. Polis əməkdaşları ikinci dəfə saat 16-17 radələrində təkrar onların küçəsinə gəlib, İlhama çəkiliş etmişlər. İlhamı küçəyə gətirən vaxt evdə olmamışdır. Həmin vaxt qızıgildə olmuşdur. Oğluna demişlər ki, qaz borusunun üstündə otursun, çəkiliş edəcəklər. Bu hissələri ona qonşuları demişdir. O, həmin çəkilişi görməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, hadisə günü saat 13:30 radələrində Bakı şəhərində iş yerində imiş. Həmin vaxt bibisi zəng edib demişdir ki, eşitdiyinə görə İlhamı tutmuşlar və nə məsələ olmasını maraqlanmasını demişdir. O da nənəsinə zəng etmişdir. Nənəsi hadisə barədə ona ətraflı məlumat vermiş və demiş ki, iki nəfər evə gəlmişdir. Həmin vaxt İlham mətbəxdə uzanmışdır. İki nəfər İlhamın yanına qalxmış onu götürüb getmişlər. Nənəsi nə məsələ olduğunu soruşmuşdur. Polis əməkdaşları nənəsinə çəkilişə gəldikləri vaxt nə məsələ olduğunu biləcəklərini demişlər. Sonra o, xalasına zəng edib demişdir ki, nənəsinin vəziyyəti pisdir. Bir müddət sonra yoldaşı telefonuna mesaj yazmışdır. O da İlhamın saxlanılması barədə yoldaşına mesaj yazmışdır Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Elvin Keserovski göstərmişdir ki, o, İham Mahatovun tutulduğunu 13 və ya 13:30 radələrində bilmişdir. Dəqiq yadında deyil, ancaq günorta radələri olduğunu xatırlayır. Nənəsinə zəng etmişdir. Nənəsi də İlhamın saxlanılması barədə ətraflı məlumat vermişdir. Nənəsi demişdir ki, iki nəfər evə gəlmişdir. Həmin vaxt İlham mətbəxdə uzanmışdır. İki nəfər İlhamın yanına qalxmış və onu götürüb getmişlər. Hadisədən sonra İlhamın saxlanılması barədə hamı bir-birinə məlumat vermişdir. Sonra o, zəng edib İlhamın oğlundan soruşmuşdur. Oğlu demişdir ki, İlhamı evə gətirmişlər, sonra çəkiliş olmuşdur. Yoldaşı ilə saat 14 və ya 15:30 radələrində əlaqə saxlamışdır. Yoldaşı “Whatsapp”la ona mesaj yazmışdır. O da ona hadisə barədə məlumat vermişdir. Həmin yazışmalar yoldaşının telefonunda mövcuddur. Yoldaşının telefonunda mesajların vaxtını görmək olur. İstintaq dövründə ifadə verməmişdir. Çünki onu çağırmamışlar. İş üzrə mənkəməyə dəvət edilmişdir. İlham 14 və ya 15 radələrində tutulmuşdur. Çünki o, yoldaşına saat 15:30-da mesaj yazmış və demişdir ki, təxminən 1 saat əvvəl İlhamı saxlayıblar. İlhamın ailə üzvləri vardır. Elə hesab etmişdir ki, polisə onlar məlumat verməlidir, o yox. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə günü yoldaşı ona mesaj yazmış ki, onun dayısı İlhamı saxlamışlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Günel Hacıyeva göstərmişdir ki, yoldaşı ilə təxminən 15:30 radələrində danışmışlar. Yoldaşı ilə “Whatsapp” vasitəsilə danışmışdır. Hazırda telefon üzərindədir. Mesajda adı Elvin olan şəxs yoldaşıdır. 22 noyabr tarixində yoldaşı ilə mesajlaşmışdır. “Mama hələ bilmir” yəni yoldaşı orada qaynanasını nəzərdə tutmuşdur. Nənənin hadisədən məlumatı olub-olmadığını bilmir. Yazışmalar yoldaşı ilə onun arasında olmuşdur. İlham Mahatovun saxlanılması ilə bağlı başqa şəxsə zəng etməmişdir. Hazırkı apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya məhkəməsinə vəsatətlə müraciət edərək məhkəmədən əməliyyat qrupuna rəhbərlik edən şahid2 və qrupun digər üzvü şahid1 şahid qismində məhkəməyə dəvət olunması və şahid qismində ifadələrinin alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli qərarda qeyd olunur ki, Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, R şahid2 rəhbərliyi altında Balakən Rayon Polis X21 Bölməsinin baş əməliyyat müvəkkili, R şahid1 Hüseyn oğlu və Balakən Rayon Polis Şöbəsinin Kriminalistika və Texniki Qrupunun baş inspektor-kriminalisti, R X3 ibarət əməliyyat qrupu yaradılsın və İlham Mahatovun daxil olmuş məlumata görə üzərində və yaşadığı evdə olan narkotik vasitənin aşkar olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilsin. Qərardan göründüyü kimi, ##.##.2024-cü il tarixdə əməliyyat qrupu üzrə yalnız 3 nəfər, yəni şahid2, şahid1 və Sadiq Vəzirov göstərilmişdir. Lakin ##.##.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinə dair video çəkilişin 00.52-00.55-ci dəqiqəsində polis əməkdaşlarının İlham Mahatova yaxınlaşdığı avtomobilin mühərrikinin səsli işləməsi səbəbindən şahid1 göz qaş hərəkətləri etməsilə iş üzrə görünməyən polis əməkdaşlarından birinin avtomobilin mühərrikini söndürdüyü və həmin əməkdaşın mülki geyimdə olmasının avtomobilin yan güzgüsündən açıq-aşkar göründüyü qeyd edilmişdir. Əməliyyat çəkilişindən məlum olduğu kimi, qrupun rəhbəri şahid2 şübhəli şəxs İlham Mahatova hüquq və vəzifələrini izah edir. Qrupun digər üzvü şahid1 İlham Mahatovun yanında dayanmış, Sadiq Vəzirov isə əməliyyat çəkilişini həyata keçirir. Belə olduğu təqdirdə videoda görünən 4-cü şəxsin kim olması sual altındadır. Həmçinin əməliyyat çəkilişi avtomobildə başladığından və avtomobildə 3 nəfərdən başqa heç bir şəxs olmadığından görünür ki, şəxsiyyəti məlum olmayan 4-cü şəxs əməliyyatı həyata keçirən qrupun 4-cü üzvü olmuşdur. Müdafiəçi əməliyyat qrupuna rəhbərlik edən şəxsin Balakən Rayon Polis Şöbəsinin əməkdaşı şahid2 olduğunu, avtomobilin mühərrikini söndürmək təlimatını göz qaş hərəkətləri ilə bildirən qrupun digər üzvünün şahid1 olduğunu bildirmişdir. Bu səbəbdən həmin çəkilişdə qrup üzvlərindən başqa, İlham Mahatovun yaxınlığında gözləmə mövqeyində çəkilişin gəlməsini gözləyən 4-cü şəxsin kim olmasını müəyyən etmək üçün iş üzrə şahid qismində birinci instansiya məhkəməsi zamanı dindirilmiş, əməliyyat qrupuna rəhbərlik edən şahid2 və qrupun digər üzvü şahid1 şahid qismində məhkəməyə dəvət olunması və bu xüsusatlar üzrə ifadələrinin alınmasının zəruri olduğu bildirilmişdir. İşin obyektiv, hərətərəfli və tam araşdırılması məqsədi ilə məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatətlərini təmin etmiş, iş üzrə aşağıda qeyd edilən şahidlər dəvət edilmişdir. Belə ki, məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini şahid2 bildirdi ki, ## ###### 2024-cü il tarixdə baş əməliyyat müvəkkili vəzifəsində olduğu zaman Mahatov İlham Məhəmməd oğlu barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. ## ###### 2024-cü il tarixdə səhər saatlarında Mahatov İlham Məhəmməd oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında ## ###### 2024-cı ildə saat 16:28 də Balakən RPŞ-nin əməkdaşları şahid1 Hüsən oğlu və X3 ilə birlikdə video-çəkiliş aparmaqla Mahatov İlham Məhəmməd oğlunu yaşadığı evin qarşısında saxlamış və üzərinə baxış keçrimişdirlər. Mahatov İlham Məhəmməd oğlunun üzərində heç bir narkotik vasitə aşkarlanmamışdır. Bundan sonra İlham Mahatov özü narkotik vasitəni yaşadığı evin zirzəmi hissəsində saxladığını bildirmişdir. Zirzəmiyə baxış keçirilmiş.və 2310 qram marixuanaya bənzər kütlə, 555.11 qram heroinə bənzər kütlə və üzərində “Metadone 40” yazısı olan həblər qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt əməliyyatın video çəkilişində 3 nəfər iştirak etmişdir. Ancaq əməliyyat zamanı İlham Mahatovun yaşadığı küçənin mühafizə edilməsi məqsədi ilə digər polis əməkdaşaları da cəlb edilmişdir. Əməliyyat zamanı götürulmüş narkotik vasitələr təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin X29 bölmə rəisi şahid1 bildirdi ki, ## ###### 2024-cü il tarixdə Mahatov İlham Məhəmməd oğlu barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində əməliyyat qrupunun üzvi kimi iştirak etmişdir. Həmin vaxt əməliyyat qrupunda X3 və şahid2 iştirak etmişdir. Küçənin giriş və çıxışlarının mühafizəsini isə digər polis əməkdaşları icra etmişdir. Mahatov İlham Məhəmməd oğlu barəsində keçirilən əməliyyat tədbirinin saat 16:00-17:00 radələrində keçirildiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin məsul növbətçisi X13 bildirmişdir ki, İlham Mahatov ## ###### 2024-cü il tarixdə saat 17:25 radələrində Balakən RPŞ-ə gətirilmişdir. Həmin gün Daxili İşlər Nazirinin Balakən RPŞ-ə gəlişi ilə əlaqədar şöbədə təmir işləri aparıldığı üçün şöbəyə gətirilən şəxslərin qeyduyyatı qaralama vərəqdə aparılmışdır. Bu səbəbdən “Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabında“ onun səhv etməsi səbəbindən İlham Mahatovun Balakən RPŞ-ə gətirilməsi 14:00 kimi və çıxış vaxtı 15:00 kimi qeyd edilmişdir. Bu nöqsana görə onun barəsində intizam tənbehi də tətbiq edilmişdir. Həmin vaxt təmir işlərinin olması və iş yükünün həddindən çox olması səbəbi ilə Mahatov İlham Məhəmməd oğlunun kim tərəfindən gətirildiyi və gətirilmə saatı qeydiyyat kitabında səhv qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis nəfəri X4 bildirdi ki, Mahatov İlham Məhəmməd oğlunun sadəcə şöbədə təhqiqatçının otağında görmüşdür. Həmin vaxt məsul növbətçi X14 ondan təhqiqatçı Yusif Əliyevin otağında olan şəxsin adının dədiqləşdirilməsini xahiş etmişdir və o da həmin şəxsin adını dəqiqləşdirərək məsul növbətçiyə bildimişdir. Mahatov İlham Məhəmməd oğlunun şöbəyə gətirilməsində iştirak etməmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin təhqiqatçısı X2 bildirmişdir ki, Mahatov İlham Məhəmməd oğlunun evinin zirzəmisindən aşkar edilmiş narkoyik vasitərə baxış keçirmiş və ekspertizaya göndərmişdir. Baxış keçirilən zaman fasiləsiz video çəkilişdən istifadə edilmişdir. Narkotik vasitələr götürülən zaman qablaşdırıldıqdan sonra Mahatov İlham Məhəmməd oğlu tərəfindən qablaşdırmaya imza atmaqla təsdiq edildiyindən, istintaq baxışı zamanı İlham Mahatovun baxışda iştirakı və qablaşdırılmanı imzalaması zərurl hesab edilməmişdir. Çünki video-çəkilişin aparılması baxışın obyektivliyino bir başa sübut edir. Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, Balakən RPŞ-yə həmin tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Balakən şəhər sakini İlham adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində “İlham” adlı şəxsin, ##.##.1977-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, CM-nin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmuş, Balakən şəhəri, Fizuli küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan Mahatov İlham Məhəmməd oğlu olması müəyyən edilmişdir (cild 01, iş vər. 03) Cinayət işinin materiallarında olan ##.##.2024-cü tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Mahatov İlham Məhəmməd oğlunun əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 4-5). Cinayət işinin materiallarında olan ## ###### 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə olunmuş CD disklərdən görünür ki, ##.##.2024-cü il tarixdə saat 16:28 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli bilinən Mahatov İlham Məhəmməd oğlu ünvan 3 ünvanındakı evinin qarşısında olan zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən küçədə üzəri yoxlanılmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Mahatov İlham Məhəmməd oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Mahatov İlham Məhəmməd oğlunun üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən hər hansı narkotik vasitə və ya başqa qanunla qadağan edilən əşya və vasitə aşkar olunmamışdır. İlham Mahatov üstünə baxış keçirilən zaman yaşadığı evin qarajında narkotik vasitə saxladığını, təqdim edə biləcəyini və buna etirazının olmadığını bildirmişdir. İlham Mahatovun yaşadığı evin birinci mərtəbəsindəki qaraj otağına baxış keçirilən zaman oradan bir ədəd qara rəngli sellofan torbanın içərisində olan iki ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkiləri 2310 qram narkotik vasitə marixuanaya oxşar kütlə, bir ədəd sellofan bağlamada olan bir ədəd plastmas şüşədə 555.11 qram narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofana bükülmüş vəziyyətdə, üzərində "Metadone 40” yazısı olan 3101 ədəd həblər aşkar edilərək götürülmüşdür. Sonra həmin kütlələr qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mahatov İlham Məhəmməd oğlu verilən suallara cavab olaraq, yaşadığı evdən aşkar edilmiş kütlələri saxlaması üçün dostu Kamil adlı şəxsin ona verdiyini, həmin kütlələrin narkotik vasitə olduğunu bilərək yaşadığı evdə saxladığını bildirmişdir. Mahatov İlham Məhəmməd oğlunun üstünü yoxlama “Panasonic” markalı video kamera ilə, evə baxış isə “Panasonic” markalı video kamera və “Redmi” markalı mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, R X3 tərəfindən video çəkilişlə qeydə alınmışdır (cild 01, iş vər. 13-15) Cinayət işinin materiallarında olan ## ###### 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol və ona əlavə olunmuş CD diskdən görünür ki, ##.##.2024-cü il tarixdə, saat 16:28 dəqiqədə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Mahatov İlham Məhəmməd oğlu narkotik vasitələr əldə edib istifadə etməkdə, həmçinin üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğundan yaşadığı küçədəki evin qarşısında olduğu zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun üzərindən heç bir narkotik vasitə və ya başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar olunmamış, İlham Mahatov üstünə baxış keçirilən zaman yaşadığı evin qarajında narkotik vasitə saxladığını, təqdim edə biləcəyini və buna etirazının olmadığını bildirmiş, İlham Mahatovun yaşadığı evin birinci mərtəbəsindəki qaraj otağına baxış keçirilən zaman oradan bir ədəd qara rəngli sellofan torbanın içərisində olan iki ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkiləri 2310 qram narkotik vasitə marixuanaya oxşar kütlə, bir ədəd sellofan bağlamada olan bir ədəd plastmas şüşədə 555.11 qram narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofana bükülmüş vəziyyətdə, üzərində “Metadone 40” yazısı olan 3101 ədəd həblər aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd sintetik kisə, 02 (iki )ədəd ağ rəngli zərfə və 02 (iki) ədəd DVD disklərə baxış keçirilmişdir. Üzərində “Mahatov İlham Məhəmməd oğlunun yaşadığı evindən aşkar edilmiş” yazılı 01 (bir) ədəd zərfdə narkotik vasitə heroinə oxşar kütlə, 01 (bir) ədəd zərfdə üzərində “Metadone 40 “ yazısı olan həblər və 01 (bir) ədəd sintetik kisədə olan 02 (iki) ədəd sellofan bağlamalarda açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 02 (iki) ədəd DVD disklərə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD disklərdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, İlham Mahatovun yaşadığı evin qaraj otağından narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı «Panasonic» markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, R X3 tərəfindən video çəkiliş aparılmışdır (cild 01, iş vər. 21) Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Mahatov İlham Məhəmməd oğlu müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 31). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin ## ###### 2024-cü il tarixli **/*** nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda 'Vət. Mahatov İlham Məhəmməd oğlunun yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman götürülmüş 2 ədəd bağlamada olan narkotik vasitə marixuanaya bənzər kütlə ümumi çəkisi 2310 qram.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki üzərləri yapışqan lentlə sarınmış 02(iki) ədəd qara rəngli sellofan torbalarada, ayrı-ayrılıqda təmiz çəkiləri- 1050,0 qr. və 1080.0 qr., ümumi çəkiləri - 2130,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Mahatov İlham Məhəmməd oğlunun yaşadığı ünvan 4 ünvanından baxış zamanı aşkar edilmiş 1 ədəd plastik butulkada narkotik vasitə heroinə bənzər maddə ümumi çəkisi 555,11 qram.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd plastik şüşənin içərisində, təmiz çəkisi - 502,457 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. MEM-nin Şəki regional bölməsində müvafiq laboratoriya cihazı olmadığından təqdim olunmuş 01 (bir) ədəd zərfin içərisindəki həblərin tədqiqatını aparmaq mümkün olmadı. Marixuana (kannabis) və heroin ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (siyahı İ) (cild 01, iş vər. 46-50). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli Balakən Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Mahatov İlham Məhəmməd oğlu barəsində əvvəli ##.##.2024-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 109-111). Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Mahatov İlham Məhəmməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azadlığa buraxılmışdır (cild 01, iş vər. 114-117) Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən ##.##.2024-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Mahatov İlham Məhəmməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə 07 ay 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 128-129). Cinayət işinin materiallarında olan ##.##.2021-cil tarixli, *(***)-*/**** nömrəli qərarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 131-163). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli Balakən Rayon Məhkəməsinin qərarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin CABnın baş əməliyyat müvəkkili, R şahid2 ## ###### 2024-cü il tarixli qərarı Mahatov İlham Məhəmməd oğlunun yaşayış evinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir (cild 01, iş vər. 174-175). Cinayət işinin materiallarında olan ## ###### 2025-ci il tarixdə tərtib olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Balakən rayon Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən ##.##.2024-cü il tarixli **/*-*****m saylı məktub ilə göndərilmiş 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı həmin 01 ədəd kompakt disk xidməti otaqda HP markalı xidməti komputer vasitəsi ilə açılan zaman diskdə 54 ədəd qovluğun olduğu müəyyən edilmişdir.Baxış zamanı “2024_015_Zəng_statistika- TN_(qarşı_abunə_ilə)_994505889828_15.xlsx” adlı qovluq açılaraq həmin qovluğun içərisində olan məlumatlara baxış keçirilən zaman ##.##.2024-cü il tarixdə saat 07-08 radələrində İlham Mahatovun istifadəsində olan ***-***-**-** saylı nömrədən heç bir danışıq aparılmadığı, ##.##.2024-cü il tarixdə saat 11:16-da İlham Mahatovun ***-***-**-** saylı nömrə ilə X5 adına olan +************ saylı nömrə arasında 152 saniyə, həmin tarixdə 12:08də Rəcəbov Yusif İsa oğlunun adına olan 050-554-33-10 nömrə arasında 205 saniyə danışıq aparıldığı, həmin tarixdə saat 13:31-də X5 adına olan +************ saylı nömrədən İlham Mahatovun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edildiyi, həmin tarixdə saat 15:07-də İbrahimov Kamran Fazil oğlunun adına olan 051-535-11-01 nömrədən İlham Mahatovun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilməsi müəyyən edilmişdir. Baxış zamanı “2024_018_Zəng_statistikaTN_(qarşı_abunə_ilə)_994705889828_18.xlsx” adlı qovluq açılaraq həmin qovluğun içərisində olan məlumatlara baxış keçirilən zaman ##.##.2024-cü il tarixdə saat 07-08 radələrində İlham Mahatovun istifadəsində olan ***- ***-**-** saylı nömrədən danışıq aparılmadığı, həmin tarixdə saat 16:49-da İbrahimov Kamran Fazil oğlunun adına olan 051- 535-11-01 nömrədən, həmin tarixdə saat 18:22-də X15 adına olan ***-***-**-** saylı nömrədən İlham Mahatovun istifadəsində olan 070-588- 98- ** saylı nömrəyə zəng edilməsi müəyyən edilmişdir. Baxış zamanı Mahatov İlham Məhəmməd oğlunun istifadəsində olan 050-588-98-28 və ***-***-**-** saylı mobil nömrələrlə onun ifadəsində Kamil Həsənovla danışdığını göstərdiyi mobil nömrə arasında heç bir danışıq və zəng olmadığı müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı Mahatov İlham Məhəmməd oğlunun istifadəsində olan mobil nömrələrlə Kamil Həsənovun istifadəsində olan mobil nömrələr arasında ümumiyyətlə heç bir danışıq olmadığı da müəyyən edilmişdir. Diskdəki digər qovluqlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Baxış keçirilən kompakt disk iş üçün sübut əhəmiyyəti daşıdığından protokola əlavə edilmişdir (cild 01, iş vər. 191). Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli Balakən Rayon Mərkəzi X30 şəxsin məktubundan görünür ki, Balakən rayon sakini 1977-ci il təvəllüdlü Mahatov İlham Məhəmməd oğlu RMX-nın poliklinika şöbəsində Narkoloji və Psixiatriya kabinetdə qeydiyyatda yoxdur (cild 02, iş vər. 11). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */** nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 X23 № *” dairəvi möhür əksləri olan, “Ekspert rəyi 17/878, Verildiyi tarix “23” noyabr 2024-cü il...; Balakən RPŞ; 310 ədəd blisterlərdə və 02 ədəd blister kəsiklərində ümumilikdə 3084 (üç min səksən dörd) ədəd bütöv və 04 (dörd) ədəd yarımçıq vəziyyətdə həblər (Methadone 40”); Mahatov İlham Məhəmməd o.; Ekspert “imza” Ə.Əsədullayev” yazıları qeyd edilmiş Məhkəmə Ekspertizası Mərkəzinə aid maddi sübutlar üçün nəzərdə tutulmuş bir ədəd zərfdəki: - üzərində “Methadone 40” sözləri qeyd edilmiş 310 (üç yüz on) ədəd blisterdə və 02 (iki) ədəd blister kəsiyində “F/M 40” göstəricili ümumilikdə 3084 (üç min səksən dörd) ədəd bütöv və 04 (dörd) ədəd yarımçıq vəziyyətdə ümumi təmiz çəkisi -0,728 qram olan dərman həblərinin əsas təsiredici maddəsi metadondur. Ümumi sayı 3084 (üç min səksən dörd) ədəd olan bütöv dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 123,36 qram təşkil edir. 04 (dörd) ədəd yarımçıq vəziyyətdə ümumi təmiz çəkisi - 0,728 qram olan dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı isə 0,072 qram təşkil edir. Beləliklə tədqiqata təqdim olunmuş dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 123,432 qram təşkil edir. Metadon 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı II) daxildir (cild 02, iş vər. 44-48). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Mahatov İlham Məhəmməd oğlunda kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Mahatov İlham Məhəmməd oğlnda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 49). Cinayət işinin materiallarında olan ## ###### 2025-ci il tarixli Balakən RİHB-nin Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlar və xasiyyətnamədən görünür ki, Mahatov İlham Məhəmməd oğlu ailəsi ilə (anası, yoldaşı, 1999 və 2002-ci il təvəllüdlü oğulları) Balakən rayonu Fizuli küçəsi * saylı ünvanda yaşayır və yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 02, iş vər. 53- 55). Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Mahatov İlham Məhəmməd oğlunun törətdiyi cinayətə yetkinlik yaşına çatmış digər ailə üzvlərinin aidiyyəti sübut olunmadığından həmin xüsusat üzrə CM-in 234.4.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 77-92) Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli “cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayılması qərara alınmışdır (cild 02, iş vər. 94-96). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin ****/**** nömrəli məhkumun tibbi kitabçasından görünür ki, tibbi müayinə zamanı Mahatov İlham Məhəmməd oğlunda xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan 2024-cü il tarixli Balakən RPŞ-nin “Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan çıxarışdan görünür ki, Mahatov İlham Məhəməd oğlu ##.##.2024-cü il tarixdə, saat 14:00-da Balakən RPŞ-yə gətirilmişdir Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli Balakən RPŞ-nin məktubundan və ona əlavə olunmuş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarış görünür ki, Mahatov İlham Məhəmməd oğlu Balakən Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman tibbi müayinədən keçirilmişdir və tibbi müayinə zamanı Mahatov İlham Məhəmməd oğlundan xəsarət aşkar olunmamışdır Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli “xxxx” MMC-nin ***** nömrəli məktubuna əlavə edilmiş CD diskdən görünür ki, ##.##.2024-cü il tarixdə saat 11:16:00-də İlham Mahatovun istifadəsində olan 050-588-98-28 telefon nömrəsinə Rəcəbov Yusif İsa oğluna məxsus 050- 554-33-10 nömrəsindən zəng daxil olmuş və həmin gün saat 12:08:21də İlham Mahatov tərəfindən Yusif Rəcəbova zəng etmişdir. Həmçinin, Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək, İlham Mahatovun ##.##.2024-cü il tarixdə saat 14:00-da Balakən Rayon Polis Şöbəsinə narkotik adı ilə gətirilməsinə əsas olan halların, İlham Mahatova həmin narkotikə görə hər hansı məsuliyyətə cəlb edilməsi, həmin gün saat 15:00da Balakən Rayon Polis Şöbəsindən azad olunmasına səbəbin nə olması məqsədilə Balakən Rayon Polis Şöbəsinə sorğu ilə müraciət olunmasını və iş üzrə əməliyyat qeydiyyat işinin açılıb-açılmamasını müəyyən etmək məqsədilə Balakən Rayon Polis Şöbəsinə sorğu ilə müraciət olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İlham Mahatovun dediyinə görə ##.##.2024-cü il tarixdə günorta radələrində polis əməkdaşları çoxluq şəklində onun yaşadığı evə daxil olmuş və İlham Mahatovu Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində hədə-qorxu və təzyiq altında süni çəkilişin çəkilməsinə razılıq verməsinə nail olduqdan sonra hazırkı ittiham üzrə senaryo qurulmuş və İlham Mahatovun guya evindən külli miqdarda narkotik vasitəyə bənzər kütlə aşkar edərək götürmüşlər. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2024-cü il tarixli Balakən Rayon Polis Şöbəsinin "Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı"ndan çıxarışdan göründüyü kimi, Mahatov İlham Məhəmməd oğlu ##.##.2024-cü il tarixdə saat 14:00-da Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Halbuki iş materiallarında işin senaryosuna görə İlham Mahatov ##.##.2024-cü il tarixdə saat 16.28-də evinin qarşısında olan qaz durbasının önündə siqaret çəkən zaman polis əməkdaşlarının ona yaxınlaşdığı və evin qaraj hissəsində olan narkotikə bənzər kütlələr aşkar olunduqdan sonra İlham Mahatovun Balakən Rayon Polis Şöbəsinə gətirildiyi qeyd edilmişdir. Həmçinin 2024-cü il tarixli qeydiyyat kitabından çıxarışda İlham Mahatovun saat 15:00-da azad edildiyi görünür. Müdafiəçi sual etmişdir ki, əgər İlham Mahatov ##.##.2024-cü il tarixdə saat 16.28də tutulmuşdursa, onun həmin vaxtdan 2 saat yarım öncə saat 14:00-da Balakən Rayon Polis Şöbəsinə narkotik adı ilə gətirilməsinə səbəb nə olmuş və hansı səbəbdən o, 15:00da buraxılmışdır. Həmin dəftərdə isə İlham Mahatovun saat 16.28-də tutulmasına dair heç bir məlumat qeyd olunmamışdır. Müdafiəçi iş üzrə digər nüansın iş üzrə əməliyyat məlumatının araşdırılması üçün qrup yaradılmasına və həmin məlumatın araşdırılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ##.##.2024-cü il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, iş üzrə əməliyyat qeydiyyat işinin açılmaması olduğunu bildirmişdir. Halbuki "Əməliyyataxtarış fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinin III hissəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsasların məhkəmənin (hakimin) qərarları, istintaq orqanlarının qərarları və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları olduğu, həmin Qanunun 15-ci bəndində isə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin nəticələrinin əməliyyat qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğu təsbit edilmişdir. Müdafiəçinin vəsatəti təmin edilmiş aşağıdakı materiallar məhkəmə kollegiyası tərəfindən hərtərəfli tədqiq edilmişdir. Mahatov İlham Məhəmməd oğlunun barəsində açılmış əməliyyat-qeydiyyat işindən görünür ki, Mahatov İlham Məhəmməd oölu barəsində etibarlı mənbədən onun külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında ardıcıl və qanuni əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarına olan “MSY-də Saxlanılan şəxslərin Uçotu” Kitabından görünür ki, Mahatov İlham Məhəmməd oğlu ##.##.2026-cı il tarixdə saat 16:28-də tərtib edilmiş tutulma protokolu əsasında MSY-də qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan “Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” Kitabından görünür ki, Malahtov İlham Məhəmməd oğlu ## ###### 2026-cı ildə tibbi müayinə edilmiş və üzərində heç bir zorakılıq izləri aşkar edilməmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlunun və müdafiəçisinin bəraət hökmünün çıxarılması barədə tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və CPM-in 21-ci maddəsinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənədək o, təqsirsiz hesab olunur, aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni zamanda, CPM-in 145.1 və 146.1-ci maddələrinə görə, bəraətverici nəticəyə yalnız o halda gəlinə bilər ki, ittihamı təsdiqləyən sübutların məcmusu qeyri-müəyyən, ziddiyyətli və ya digər obyektiv dəlillərlə təkzib olunsun. Hazırkı işdə belə şərait mövcud deyildir, belə ki, ittiham iş materiallarında olan çoxsaylı, bir-birini qarşılıqlı təsdiq edən obyektiv sübutlarla əməliyyat-axtarış tədbirinin fasiləsiz video-çəkilişi, ekspert rəyləri, təhqiqatçının və əməliyyat qrupu üzvlərinin ifadələri, tibbi arayışlar və sənədlərlə təsdiqlənir. Belə ki, müdafiə tərəfinin birinci dəlili Mahatov İlham Məhəmməd oğlunun ##.##.2024cü il tarixdə iddia edildiyi kimi saat 16:28-də deyil, daha erkən saatlarda saat 15:00 radələrində tutulması barədə arqumentinə gəldikdə, məhkəmə kollegiyası bu məsələni xüsusi diqqətlə araşdıraraq qeyd edir ki, müdafiə tərəfinin bu istiqamətdə irəli sürdüyü bütün dəlillər təqsirləndirilən şəxsin anası X19 ifadəsi, bacısı oğlu X20 ilə onun həyat yoldaşı X6 arasındakı yazışmalar, dindirmə protokolu ilə video-çəkiliş arasındakı iddia edilən uyğunsuzluq, habelə şahid şahid1 ilkin ifadəsindəki qeyri-dəqiqlik bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməli və hər birinin sübut əhəmiyyəti ayrılıqda müəyyən edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən əlavə olaraq dindirilmiş şahid, Balakən RPŞnin məsul növbətçisi olmuş X13 ifadəsində qəti və dəqiq şəkildə bildirmişdir ki, "Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı"nda Mahatov İlham Məhəmməd oğlunun gətirilmə vaxtının saat 14:00, azad edilmə vaxtının isə saat 15:00 kimi qeyd olunması onun şəxsi səhvi nəticəsində baş vermişdir. Şahidin ifadəsinə görə, məhz həmin gün Daxili İşlər Nazirinin Balakən RPŞ-yə gəlişi ilə əlaqədar şöbədə təmir işləri aparıldığından və bununla bağlı iş yükü kəskin artdığından, şöbəyə gətirilən şəxslərin qeydiyyatı müvəqqəti olaraq qaralama vərəqlərdə aparılmış, bu da növbəti mərhələdə əsas qeydiyyat kitabına köçürülərkən texniki qeyri-dəqiqliyə səbəb olmuşdur. Bu faktın mötəbərliyini artıran hal ondan ibarətdir ki, şahidin öz etirafı əsassız deyildir o, bu nöqsana görə xidməti qaydada intizam tənbehinə məruz qalmışdır ki, bu da onun ifadəsinin bəhanə deyil, real inzibati faktın nəticəsi olduğunu təsdiqləyir. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, əməliyyat qrupunun digər üzvü, şahid şahid1 ilkin ifadəsində İlham Mahatovun saat 15:00 radələrində tutulduğunu iddia etsə də, məhkəmə kollegiyası qarşısında əlavə dindirilmə zamanı bu ifadəsini dəqiqləşdirərək, əməliyyat-axtarış tədbirinin faktiki olaraq saat 16:00-17:00 radələri arasında keçirildiyini bildirmişdir. Şahidin bu izahatı, uzun müddət keçdiyi üçün konkret saatların yaddaşda dəqiq qalmaması ilə əlaqələndirilmişdir və bu, təcrübədə adi haldır belə ki, hadisədən məhkəmə iclasına qədər uzun müddət (bir ildən artıq) keçmişdir və şahidlərin yaddaşında təfərrüatların itməsi və ya təhrif olunması normal psixoloji prosesdir, bu isə şahidin ifadəsinin bütövlükdə etibarsız hesab edilməsi üçün əsas vermir. Diqqətəlayiq haldır ki, şahid şahid1 dəqiqləşdirilmiş ifadəsi məhz əməliyyat-axtarış tədbirinə dair videoçəkilişdə əks olunan obyektiv, texniki vasitə ilə qeydə alınmış zaman göstəriciləri ilə tam üst-üstə düşür. Belə ki, videoçəkiliş materialları insan yaddaşından fərqli olaraq subyektiv təhrifə məruz qalmayan, avtomatik qeydə alınan obyektiv sübut mənbəyidir və CPM-in 125-ci maddəsinin tələblərinə uyğun olaraq əldə edilmiş bu sübut prosessual sübutların arasında şahid ifadələrindən üstün etibarlılıq dərəcəsinə malikdir. Videoçəkilişdə əks olunan zaman göstəriciləri ilə əməliyyat-axtarış tədbirinin protokolunda göstərilən saat 16:28 arasında ziddiyyət aşkar edilməmişdir Müdafiəçi Müdafiəçi bu istiqamətdə irəli sürdüyü dəlilə diqqətlə yanaşan məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin mövqeyi öz daxilində də ciddi məntiqi ziddiyyət daşıyır və məhz bu ziddiyyət onun əsassızlığını üzə çıxarır. Belə ki, müdafiəçi bir tərəfdən "Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı"ndakı yazını mötəbər, həqiqəti əks etdirən sənəd kimi qəbul edərək, bunun heç bir texniki səhv olmadığını, əksinə, Mahatov İlham Məhəmməd oğlunun məhz həmin sənəddə göstərildiyi kimi saat 14:00-da Balakən Rayon Polis Şöbəsinə gətirildiyini israr edir və bununla şahid X13 "texniki səhv" izahatını əsassız bəhanə hesab edir. Digər tərəfdən isə, eyni müdafiəçi şahid şahid1 ilkin ifadəsinə və İlham Mahatovun dindirilməsi zamanı qeydə alınmış video yazıdakı ifadəsinə istinad edərək, Mahatov İlham Məhəmməd oğlunun əslində saat 15:00 radələrində tutulduğunu iddia edir. Digər tərəfdən nə təqsirləndirilən şəxsin özü, nə də onunn müdafiəçisi təqsirləndirilənn şəxsin saat həqiqətən də 15:00-da azad edildiyinni israr etmirlər. Məhkəmə kollegiyası hesab edir ki, bu iki hal eyni zamanda doğru ola bilməz. Belə ki, əgər qeydiyyat kitabındakı "saat 14:00-da gətirilmə" və “15-00-da azad olunma” yazısı, müdafiəçinin təsdiq etdiyi kimi, doğrudan da real, dəqiq və texniki səhvsiz məlumatdırsa, bu zaman şəxsin polis tərəfindən tutulması həmin andan yəni saat 14:00-dan gec olmayaraq baş vermiş olmalıdır, çünki bir şəxsin polis şöbəsinə "gətirilməsi" məntiqi olaraq onun tutulmasından, yəni azadlığının məhdudlaşdırılmasından sonra baş verən hadisədir, əvvəl deyil. Başqa sözlə, tutulma həmişə gətirilmədən əvvəl və ya onunla eyni zamanda baş verə bilər, heç vaxt ondan sonra deyil. Buna görə, əgər şəxs saat 14:00-da artıq şöbəyə gətirilmişdirsə, onun saat 15:00-da, yəni bundan bir saat sonra tutulması barədə iddia zaman baxımından obyektiv qeyri-mümkündür. Bu baxımdan, müdafiəçinin öz mövqeyi öz-özünü inkar edir. Əgər qeydiyyat kitabı düzgündürsə (14:00-da gətirilmə), deməli tutulma bundan əvvəl baş verməli idi, bu isə nə ittiham, nə də müdafiə tərəfindən heç vaxt iddia edilməmişdir. Əgər tutulma doğrudan da saat 15:00-da baş vermişdirsə necə ki, müdafiəçi bunu əsas dəlil kimi irəli sürür, onda qeydiyyat kitabındakı "14:00" yazısı həqiqəti əks etdirə bilməz və mütləq şəkildə səhv olmalıdır. Müdafiəçi isə bu iki qarşılıqlı istisna edən tezisi eyni zamanda, bir-birini dəstəkləyən dəlillər kimi təqdim etməyə çalışır ki, bu, formal məntiq baxımından yolverilməzdir və sübutların qiymətləndirilməsi zamanı ciddi etibarsızlıq amili kimi qəbul edilməlidir. Ailə üzvləri arasında olan, yəni X20 ilə X6 arasındakı "WhatsApp" tətbiqi vasitəsilə aparılmış yazışmaların ekran görüntüləri şəklində məhkəməyə təqdim edilməsi və bunun tutulma vaxtının daha erkən olduğunu təsdiqləyən sübut kimi qəbul edilməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu sübut növü mötəbərlik baxımından ciddi qeyri-müəyyənlik daşıyır və ittihamın əsassızlığını təsdiqləyən qəti dəlil kimi qəbul edilə bilməz. Belə ki, mobil tətbiqlərindən (o cümlədən "WhatsApp"dan) əldə edilən ekran görüntüləri, müasir texnoloji imkanlar nəzərə alındıqda, asanlıqla redaktə edilə, dəyişdirilə, yaxud müxtəlif proqram təminatları vasitəsilə saxtalaşdırıla bilən rəqəmsal materiallardır. Ekran görüntüsündə göstərilən tarix, saat, mətn məzmunu və ya göndərən, qəbul edən məlumatları, xüsusi bilik və ya bacarıq tələb etməyən sadə redaktə proqramları vasitəsilə belə asanlıqla dəyişdirilə bilər ki, bu da onların özbaşına, heç bir əlavə texniki ekspertiza aparılmadan mötəbər sübut kimi qəbul edilməsini qeyri-mümkün edir. Müdafiə tərəfinin digər mühüm dəlili narkotik vasitələrə oxşar kütlələrin ilkin olaraq Mahatov İlham Məhəmməd oğlunun iştirakı ilə qablaşdırılıb zərflərə yerləşdirilməsindən sonra, Balakən Rayon Polis Şöbəsinə gətirildikdən sonra təhqiqatçı tərəfindən aparılan təkrar baxış zamanı təqsirləndirilən şəxsin iştirakının təmin olunmaması, habelə ekspertizaya göndərilən zərflərin üzərində nə təqsirləndirilən şəxsin, nə də müdafiəçinin imzasının olmaması barədə arqumentinə gəldikdə, məhkəmə kollegiyası bu məsələni cinayət-prosessual qanunvericiliyin sübutların əldə edilməsi qaydalarına dair tələbləri baqxımından ətraflı təhlil edir. CPM-in 125-ci maddəsinə əsasən, istintaq hərəkətləri, o cümlədən əşyaların baxışı və götürülməsi qanunla müəyyən olunmuş qaydada, sübutların sonrakı mötəbərliyini təmin edəcək şəkildə aparılmalıdır. Bu tələbin əsas məqsədi ondan ibarətdir ki, maddi sübutlarla dəyişdirilməsi, onların əvəz edilməsi və ya təhrif olunması ehtimalı tamamilə istisna edilsin. Bu baxımdan, təqsirləndirilən şəxsin iştirakı və ya onun imzası, ilk növbədə, qablaşdırılmış maddi sübutun bütövlüyünə əlavə təminat rolunu oynayır və prosessual qanunun tələbi kimi arzuolunandır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, təhqiqatçı X2 həm ibtidai istintaq, həm də məhkəmə kollegiyası qarşısında verdiyi ifadədə açıq şəkildə bildirilmişdir ki, narkotik vasitələrə oxşar kütlələr artıq İlham Mahatovun iştirakı və imzası ilə ilkin mərhələdə yəni evin qaraj hissəsində baxış keçirilərkən qablaşdırılmış və möhürlənmişdir. Təhqiqatçı tərəfindən Balakən RPŞ-də aparılan sonrakı baxış isə artıq bağlanmış, möhürlənmiş qablaşdırmanın təkrar açılıb yenidən nəzərdən keçirilməsindən ibarət olmuşdur və bu proses fasiləsiz video-çəkiliş vasitəsilə tam əhatə olunmuşdur. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, təhqiqatçının bu təkrar baxış zamanı təqsirləndirilən şəxsin iştirakını zəruri hesab etməməsi, mahiyyət etibarilə prosessual qaydalarından kənara çıxsa də, bu, avtomatik olaraq əldə edilmiş sübutların yolverilməzliyi və ya etibarsızlığı nəticəsinə gətirib çıxarmır. Belə nəticəyə yalnız o halda gəlmək mümkün olardı ki bu pozuntu ilə maddi sübutun bütövlüyünün pozulması arasında real, faktiki əsaslandırılmış əlaqə mövcud olsun yəni ilkin qablaşdırma ilə təkrar baxış arasındakı müddətdə kütlələrin əvəz edilməsi, onların üzərində dəyişikliklər aparılması ehtimalını təsdiqləyən konkret dəlillər irəli sürülsün. Hazırkı işdə isə belə konkret dəlillər müdafiə tərəfindən təqdim edilməmişdir. Əksinə, məhkəmə kollegiyası nəzərə alır ki, məhz fasiləsiz video-çəkilişin mövcudluğu bu prosessual qüsurun nəticələrini əhəmiyyətli dərəcədə aradan qaldırır. Belə ki, video-çəkiliş, insan amilindən fərqli olaraq, obyektiv, texniki vasitə ilə əldə edilmiş sübut mənbəyi olmaqla, ilkin qablaşdırmadan tutmuş, kütlələrin təhqiqatçı tərəfindən yenidən nəzərdən keçirilməsinə, yenidən qablaşdırılmasına və ekspertizaya göndərilməsinə qədər bütün mərhələləri ardıcıl şəkildə əks etdirmişdir. Bu, sübutlar zəncirinin qırılmadan davam etməsinə imkan verir və imzanın olmaması ilə yaranan boşluğu faktiki cəhətdən doldurur. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, ekspertizaya təqdim edilmiş kütlələrin növü ilkin baxış zamanı müəyyən edilmiş kütlələrin növü ilə tam üst-üstə düşür, çəkilər arasındakı fərq isə yuxarıda ayrıca qiymətləndirildiyi kimi, bükümlə birgə və ayrıca çəkilmə ilə izah olunan, obyektiv əsası olan fərqdir və bu kütlələrin əvəz edilməsi ehtimalını əsaslandırmır. Əgər həqiqətən kütlələrin əvəz edilməsi və ya onlara əlavə narkotik vasitənin qatılması baş vermiş olsaydı, bu, həm çəkidə, həm də maddələrin növündə daha kəskin, izahsız fərqlərin yaranmasına səbəb olardı ki, belə fərqlər iş materiallarında aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası xüsusi olaraq onu da vurğulamağı mümkün bilir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Balakən Rayon Polis Şöbəsinin CAB-nın baş əməliyyat müvəkkili, R şahid2 ## ###### 2024-cü il tarixli qərarı Mahatov İlham Məhəmməd oğlunun yaşayış evinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir (cild 01, iş vər. 174-175). Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * nömrəli qərarının 32-ci bəndində qeyd edilir ki, “Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyataxtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Həmin Qərarın 33-cü bəndində görə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Yuxarıda qeyd olunanların məcmusuna əsaslanaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təhqiqatçının təkrar baxış zamanı təqsirləndirilən şəxsin iştirakını təmin etməməsi və zərflərin üzərində onun imzasının olmaması, tək başına, CPM-in 145.3-cü maddəsinin mənasında "aradan qaldırılması mümkün olmayan şübhə" yaratmır, belə ki, bu boşluq fasiləsiz video-çəkiliş, ekspert rəyləri və digər obyektiv sübutların məcmusu ilə əvəz olunur. Ona görə də, müdafiə tərəfinin bu dəlili əsasında maddi sübutların etibarsız hesab edilməsi və bunun nəticəsində bəraət hökmünün çıxarılması tələbi əsassızdır və təmin edilməməlidir. İşgəncə və mənəvi-fiziki təzyiq iddialarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu iddialar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tibbi kitabçası və Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul zamanı aparılmış tibbi müayinənin nəticələri ilə təkzib olunur, belə ki, hər iki sənəddə təqsirləndirilən şəxsdə heç bir xəsarətin aşkar olunmadığı qeyd edilmişdir. Bu obyektiv tibbi sübutlar mövcud olduğu halda, sırf şifahi iddialara əsaslanaraq ifadələrin məcburiyyət altında verildiyi qənaətinə gəlmək CPMin 145 və 146-cı maddələrinin tələblərinə uyğun olmazdı. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə sübut kimi iş materiallarında olan Balakən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarına istinad edir. Belə ki, həmin qərardan aydın görünür ki, təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclası zamanı, yəni tutulmasından çox qısa müddət sonra, hələ heç bir uzunmüddətli istintaq təzyiqi baş verməmiş bir mərhələdə, o, özü şəxsən ona qarşı irəli sürülən ittihamla bağlı təqsirini etiraf etmiş və peşmançılıq hissi keçirdiyini bildirmişdir. Müdafiə tərəfinin daha bir dəlili əməliyyat məlumatında Mahatov İlham Məhəmməd oğlunun narkotik vasitəni ümumilikdə "yaşadığı evdə" saxlaması barədə göstərildiyi halda, polis əməkdaşları tərəfindən niyə yalnız evin qaraj hissəsinə baxış keçirildiyi, evin digər otaqlarına isə baxış keçirilmədiyi barədə iddiaya, yəni bunun əməliyyat məlumatı ilə faktiki hərəkətlər arasında uyğunsuzluğu göstərməsi və senarinin qabaqcadan qurulduğunu təsdiqləməsi arqumentinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, ilk növbədə, evin qaraj hissəsi, hüquqi və faktiki mənada, təqsirləndirilən şəxsin yaşadığı yaşayış sahəsinin struktur tərkib hissəsidir və "yaşadığı ev" anlayışına tam daxildir. Əməliyyat məlumatının "evdə saxlama" barədə ümumi xarakter daşıması, bu ifadənin evin hər bir konkret otağının, yaxud köməkçi sahəsinin ayrı-ayrılıqda əməliyyat məlumatında dəqiqləşdirilməsini tələb etmir, belə ilkin əməliyyat məlumatları, öz təbiətinə görə, ümumiləşdirilmiş xarakter daşıyır və konkret otağın göstərilməsi adətən mümkün olmur. Bu baxımdan, polis əməkdaşlarının məhz qaraj hissəsinə baxış keçirməsi, əməliyyat məlumatının hüdudlarından kənara çıxma kimi qiymətləndirilə bilməz. İkincisi, və daha əhəmiyyətlisi, iş materiallarından, o cümlədən şahid şahid2 ifadəsindən və əməliyyat-axtarış tədbirinə dair fasiləsiz video-çəkilişdən aydın görünür ki, polis əməkdaşları evin bütün otaqlarına deyil, məhz qaraj hissəsinə baxış keçirmişlər, çünki bu, təqsirləndirilən şəxsin özünün könüllü ifadəsi əsasında baş vermişdir. Belə ki, Mahatov İlham Məhəmməd oğlu, üstünə baxış keçirilən zaman, özü şəxsən narkotik vasitəni yaşadığı evin qaraj hissəsində saxladığını bildirmiş, onu təqdim edə biləcəyini və bu barədə heç bir etirazının olmadığını ifadə etmişdir. Belə olduğu halda, polis əməkdaşlarının bütün digər otaqlara deyil, məhz təqsirləndirilən şəxsin özünün göstərdiyi konkret yerə qaraja baxış keçirməsi tamamilə məntiqli və prosessual qaydalara uyğun addımdır, belə ki, əməliyyat-axtarış tədbirinin məqsədi əvvəlcədən mövcud olan operativ məlumatı yoxlamaqdan ibarətdirsə və şübhəli şəxsin özü konkret yeri göstərirsə, digər otaqlara əlavə, zəruri olmayan baxış keçirilməsi nə hüquqi zərurət, nə də praktiki əhəmiyyət daşıyır. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, ilkin əməliyyat məlumatını ötürən, şəxsiyyəti istintaqla müəyyən edilməmiş mənbə, narkotik vasitənin evin daxilində məhz hansı otaqda, yaxud köməkçi sahədə saxlanıldığını dəqiq və konkret şəkildə bilə bilməzdi Adətən bu cür ilkin məlumatlar ümumi xarakter daşıyır, konkret otağın, yerin dəqiq göstərilməsini tələb etmir, Bu baxımdan, ilkin məlumatda yalnız "evdə saxlama" ifadəsinin işlədilməsi və sonradan konkret yerin yalnız təqsirləndirilən şəxsin özünün göstərişi ilə müəyyənləşdirilməsi, tam təbii və işin real gedişatına uyğun senaridir, bu heç bir şəkildə əməliyyatın qabaqcadan hazırlanmış, süni senari üzərində qurulduğunu təsdiqləmir. Bununla əlaqədar, məhkəmə kollegiyası əlavə olaraq nəzərə alır ki, əgər iddia edildiyi kimi, narkotik vasitə əvvəlcədən polis əməkdaşları tərəfindən qaraja yerləşdirilmiş olsaydı, bu zaman onların əməliyyat məlumatının "evdə saxlama" kimi ümumi formada tərtib edilməsinin özü, əksinə, məntiqsiz olardı belə ki, əgər ssenari əvvəlcədən planlaşdırılmışdırsa, ən azı əməliyyat sənədlərinin konkret olaraq "qarajda saxlama" formasında tərtib edilməsi daha inandırıcı görünərdi. Lakin ilkin sənədlərdə yalnız ümumi "evdə saxlama" ifadəsinin işlədilməsi, sonrakı konkretləşdirmənin isə yalnız təqsirləndirilən şəxsin özünün ifadəsi əsasında baş verməsi, əksinə, əməliyyatın təbii, real gedişatının əlaməti kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, əməliyyat məlumatının "evdə saxlama" barədə ümumi xarakter daşıması ilə faktiki olaraq yalnız qaraj hissəsinə baxış keçirilməsi arasında heç bir hüquqi və ya məntiqi ziddiyyət mövcud deyildir, belə ki, qaraj evin struktur hissəsidir, baxışın məhz bu yerə yönəldilməsi təqsirləndirilən şəxsin özünün könüllü göstərişi ilə şərtlənmişdir, ilkin məlumat mənbəyinin isə konkret otağı dəqiq bilməsi zəruri deyildi. Ona görə də, müdafiə tərəfinin bu dəlili əsassızdır və ittihamın qabaqcadan qurulmuş senari olması qənaətini təsdiqləmir əksinə təkzib edir. Müdafiə tərəfinin daha bir dəlili şahid şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadədə Mahatov İlham Məhəmməd oğlu barəsində əməliyyat qeydiyyat işinin açılmadığını bildirməsinə əsaslanaraq, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun tələblərinin pozulduğu və bunun əməliyyat-axtarış tədbirinin bütövlükdə qanunsuz, qabaqcadan qurulmuş senari olduğunu təsdiqlədiyi barədə arqumentinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan əlavə araşdırma nəticəsində Mahatov İlham Məhəmməd oğlu barəsində əməliyyat qeydiyyat işinin həqiqətən mövcud olduğu müəyyən edilmiş və əməliyyat-qeydiyyat işi apellyasiya instansiyası məhkəməsinin iclasında bilavasitə tədqiq edilmişdir. Bununla, şahid şahid2 birinci instansiya məhkəməsindəki ifadəsində bu barədə dəqiq məlumat verə bilməməsi, faktiki vəziyyəti deyil, yalnız şahidin həmin konkret detalı yadında dəqiq saxlamamasını əks etdirir. Məhkəmə kollegiyası nəzərə alır ki, əməliyyat-axtarış fəaliyyəti üzrə ixtisaslaşmış əməkdaşlar, o cümlədən şahid şahid2, xidməti vəzifələrinin icrası çərçivəsində il ərzində çoxsaylı, onlarla, bəzən yüzlərlə əməliyyat-axtarış materialı və qeydiyyat işi ilə məşğul olurlar. Bu şəraitdə, bir ildən artıq müddət keçdikdən sonra, konkret bir işin inzibatiprosessual təfərrüatlarının yaddaşında dəqiq qalmaması, işin mahiyyətinə aid olmayan, tamamilə təbii və izahedilə bilən haldır. Bu cür unutqanlıq şahidin ümumi etibarlılığına, yaxud onun verdiyi ifadələrin mötəbərliyinə xələl gətirmir. Bundan əlavə, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əməliyyat qeydiyyat işinin faktiki mövcudluğunun və onun apellyasiya instansiyası məhkəməsində bilavasitə tədqiq edilməsinin özü, əslində, müdafiə tərəfinin əsas tezisini yəni əməliyyat məlumatının uydurma olduğu, hadisələrin tam qabaqcadan hazırlanmış senari üzrə cərəyan etdiyi iddiasını təkzib edir. Əməliyyat qeydiyyat işinin real, sənədləşdirilmiş şəkildə mövcud olması və bunun apellyasiya instansiyası tərəfindən tədqiq edilməsi, əksinə, onu göstərir ki, Mahatov İlham Məhəmməd oğlu barəsində real, qanuni qaydada rəsmiləşdirilmiş əməliyyat məlumatları həqiqətən mövcud olmuş və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun tələblərinə uyğun olaraq sənədləşdirilmişdir. Belə ki, Mahatov İlham Məhəmməd oğlu barəsində açılmış əməliyyat-qeydiyyat işindən görünür ki, əməliyyat məlumatları kifayət qədər dəqiq və etibarlı olmuş və hüquqi əsaslara söykənmişdir. Əməliyyat-axtarış tədbirlərinin qanuniliyinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə şahid2 ##.##.2024-cü il tarixli qərarı əsasında keçirilmiş yaşayış evinə baxış qanuni hesab edilmişdir və bu məhkəmə aktı qüvvədədir, ləğv edilməmişdir Müdafiə tərəfinin videoçəkilişin fasilələrlə aparılması, konkret olaraq bir video-qeydin dayandırılıb yeni video-qeydin başladılması ilə bağlı irəli sürdüyü dəlilə, yəni bunun əməliyyat-axtarış tədbirinin bütövlükdə fasiləsiz, kəsilmədən aparılmadığını və bu fasilə zamanı hadisələrin manipulyasiyaya məruz qala biləcəyini göstərdiyi barədə arqumentinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, iş materiallarında olan video-çəkiliş materiallarına baxış zamanı müəyyən edilmişdir ki, bir video-faylın yekunlaşıb, ardınca yeni video-faylın başladılması, videoçəkilişin məzmununda, ardıcıllığında və əks olunan hadisələrin xronologiyasında heç bir kəsinti, boşluq və ya uyğunsuzluq yaratmır, əksinə, hadisələr bir video-faylın sonu ilə digərinin əvvəli arasında ardıcıl məntiqi surətdə davam edir. Bu, texniki baxımdan, uzunmüddətli əməliyyat-axtarış tədbirlərinin aparılması zamanı istifadə olunan videoçəkiliş avadanlığının (o cümlədən "Panasonic" markalı video kamera və "Redmi" markalı mobil telefonun) enerji təchizatı, yəni akkumulyator resursu və yaddaş tutumu məhdudiyyətləri ilə bağlı adi, texniki xarakterli haldır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hər iki video-faylda əks olunan hadisələrin ardıcıllığı, iştirakçıların yerləşməsi, geyimi və davranışı bir-biri ilə tam uzlaşır, bu da videoçəkilişin fasiləsi zamanı hər hansı əhəmiyyətli, sübutlara təsir edə biləcək hadisənin baş vermədiyini əlavə təsdiqləyir. Əgər fasilə zamanı maddi sübutların yerdəyişməsi və ya digər hallar baş vermiş olsaydı, bu, ilk videonun bitdiyi an ilə ikinci videonun başladığı an arasında iştirakçıların mövqeyində, əşyaların düzülüşündə, yaxud digər vizual detallarda uyğunsuzluqla özünü göstərərdi ki, belə uyğunsuzluqlar aşkar edilməmişdir. Yuxarıda qeyd edilən faktlara iş materiallarına və ifadələrə istinad edən məhkəmə kollegiyası bir daha vurğulayır ki, qeyd edilən xüsusatlar Mahatov İlham Məhəmməd oğlunun əməlini tam şəkildə sübüut edir və müdafiə tərəfinin gətirdiyi dəlillər heç bir halda bəraət üçün əsas ola bilməz. Nəhayət, məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1-ci maddəsi ilə yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti ilə tövsif edilməsinin əsassız olması barədə dəlilinə gəldikdə, bu dəlili əsaslı hesab edir və bu aşağıdakı mülahizələrə əsaslanır. CM-in 31.1-ci maddəsinə əsasən, cinayətdə iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən cinayətin törədilməsində birgə iştirakı deməkdir. CM-in 34.2-ci maddəsinə görə isə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bu normaların məzmunundan aydın olur ki, belə ağırlaşdırıcı əlamətin tətbiqi üçün ən azı üç şərt mövcud olmalıdır: birincisi, iştirak edən şəxslərin mövcudluğu konkret və sübut olunmuş olmalıdır; ikincisi, həmin şəxslərin kimliyi müəyyən edilməlidir; üçüncüsü, onların birgə qəsdi və əvvəlcədən razılaşması mötəbər sübutlarla təsdiqlənməlidir. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021ci il tarixli ** nömrəli Qərarının 31-ci bəndinə əsasən isə, cinayət iştirakçılıqla törədildikdə, iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə konkret təsvir edilməlidir mücərrəd, ümumi ifadələr kifayət deyildir. Hazırkı işdə ittihamın əsas mövqeyi ondan ibarətdir ki, Mahatov İlham Məhəmməd oğlu külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 02 (iki) ədəd üzərləri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram və 1080 qram olmaqla ümumi çəkiləri 2130 qram - külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd plastik şüşənin içərisində, təmiz çəkisi 502,457 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd sellofana bükülmüş vəziyyətdə üzərində “METHADONE 40” sözləri qeyd edilmiş 310 (üç yüz on) ədəd blisterdə və 02 (iki) ədəd blister kəsiyində “F\M 40” göstəricili ümumilikdə 3084 (üç min səksən dörd) ədəd bütöv və 04 (dörd) ədəd yarımçıq vəziyyətdə dərman həblərinin tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 123,432 qram, yəni külli miqdar hesab edilən narkotik vasitə - metadonu satış məqsədi ilə əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Verilmiş ittihama görə Mahatov İlham Məhəmməd oğlu narkotik vasitələri naməlum şəxs və ya şəxslərlə qabaqcadan əlbir olaraq əldə etmiş, saxlamış və daşımışdır. Lakin məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, bu iddianı təsdiqləyən heç bir obyektiv, müstəqil sübut mövcud deyildir, həmçinin digər naməlum şəxslərin iddia edilən konkret iştirak forması və rolu heç bir sübutla açıqlanmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə alır ki, həmin naməlum şəxs və ya şəxslərin İlham Mahatova qarşı ittihamın formalaşdırılmasında əsas rol oynamasına baxmayaraq, istintaq tərəfindən şəxsiyyəti və ya şəxsiyyətləri müəyyən edilməmişdir. Bu hal öz növbəsində, istintaqın özünün də digər şəxslərin bu işdə real iştirakçı olmasına dair kifayət qədər əsaslı şübhəyə malik olmadığını göstərir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ilkin ifadələrində Kamil Həsənovun adının çəkilməsi, sonradan onun özü tərəfindən inkar edilmişdir və bu ifadə dəyişikliyi, müdafiəçinin iştirakı ilə, istintaq gedişində baş vermişdir. Belə şəraitdə, yalnız təqsirləndirilən şəxsin sonradan inkar etdiyi ilkin ifadəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı ilə "qabaqcadan əlbirlik" institutunun tətbiqi, CPM-in 145.1 və 145.3-cü maddələrinin tələb etdiyi mötəbərlik və kifayətlilik standartına cavab vermir. Bu baxımdan, məhkəmə kollegiyası Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 6-cı bəndində təsbit olunmuş, sübutların hərtərəfli qiymətləndirilməsi və nəyə görə bir sübutun mötəbər hesab edilib, digərinin rədd olunduğunun əsaslandırılması tələbini rəhbər tutaraq, Kamil Həsənovun iştirakını "sübut edən" yeganə mənbənin yəni sonradan inkar edilmiş ilkin ifadənin mötəbər hesab edilə bilməyəcəyini, əksinə, mobil rabitə operatorundan əldə edilmiş obyektiv məlumatların üstün mötəbərlik dərəcəsinə malik olduğunu qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə və CPM-in 21-ci maddəsinə əsasən, şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir, aradan qaldırılması mümkün olmayan şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu prinsip Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 23-cü bəndində də təsbit olunmuşdur. Şəxsin təqsirinin sübuta yetirilmiş hesab edilməsi üçün məhkəmənin qənaəti yalnız mötəbər və mümkün sübutlara əsaslanmalı, təqsirliliyə dair aradan qaldırıla bilinməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi" əlaməti ittihamın ağırlaşdırıcı elementi olduğundan, onun mövcudluğu xüsusi dəqiqliklə, tam, mötəbər və birbaşa sübutlarla təsdiqlənməlidir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququ nəzərə alınmaqla, ağırlaşdırıcı hallar məhz "ağlabatan şübhədən kənar" səviyyədə sübuta yetirilməlidir. Hazırkı işdə isə, kimliyi müəyyən olunmamış, müvafiq istintaqa cəlb edilməmiş, barəsində heç bir prosessual tədbir görülməmiş şəxsin iştirakı əsasında ağırlaşdırıcı tərkibin tətbiqi üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Bu şəraitdə, "qabaqcadan əlbirlik" əlamətinin mövcudluğu barədə yaranan şübhələr aradan qaldırıla bilməz və bu şübhələr, təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli məhkəmə təcrübəsini ümumiləşdirən qərarı ilə bir daha vurğulanmışdır ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi" əlaməti ittihamın ağırlaşdırıcı elementi olduğundan, onun mövcudluğu xüsusi dəqiqliklə, tam, mötəbər və birbaşa sübutlarla təsdiqlənməlidir Belə ki cinayətin törədilməsində iştirak edən şəxslərin şəxsiyyətin naməlum olması cinayətin 234.4.1-ci maddə ilə tövsif edilməsini birbaşa istisna edir. Yuxarıda göstərilən bütün hüquqi və faktiki əsasları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mahatov İlham Məhəmməd oğlunun əməlinin CM-in 234.4.1-ci maddəsi ilə əlavə tövsif edilməsi həm maddi-hüquqi (CM-in 31.1 və 34.2-ci maddələrinin tələbləri), həm də prosessual-əsaslandırma (Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 6, 23 və 31-ci bəndləri) baxımından əsassızdır və bu hissədə apellyasiya şikayətinin dəlili əsaslı hesab edilməlidir. Bununla əlaqədar, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən CM-in 234.4.1-ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric edilməli, təqsirləndirilən şəxsin əməli yalnız CM-in 234.4.3-cü maddəsi üzrə tövsif edilməlidir. Cəza təyini məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hökmdən CMin 234.4.1-ci maddəsi ilə bağlı müddəaların xaric edilməsi təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın həcminin azaldılmasını zəruri edir və bu qənaətə aşağıdakı mülahizələr əsasında gəlinir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə görə isə, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu tələblərə əsaslanaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, məhz təqsirləndirilən şəxsin əməlinin İKİ tövsifedici əlamətlə həm "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə" (234.4.1-ci maddə), həm də "külli miqdarda törədilmə" (234.4.3-cü maddə) – yekun ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi əsasında müəyyənləşdirilmişdir. Belə ki, "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə" əlaməti, əlavə şəxsin iştirakı ilə əlaqədar cinayətin planlaşdırılmış, təşkilatlanmış xarakter daşıdığı təsəvvürünü yaratmış və birinci instansiya məhkəməsi cəza həcmini məhz bu əlavə, ağırlaşdırıcı ünsürü nəzərə almaqla müəyyənləşdirmişdir. Hazırkı apellyasiya baxışı nəticəsində bu əlamətin hüquqi və faktiki əsasdan məhrum olduğu, yəni real olaraq mövcud olmadığı müəyyən edildiyi üçün, məhz bu ünsürün yaratdığı əlavə ictimai təhlükəlilik təsəvvürü də aradan qalxır. Belə şəraitdə, ilkin cəza həcmini olduğu kimi saxlamaq, faktiki mövcud olmayan bir ağırlaşdırıcı halın cəzada əks olunmasına gətirib çıxarardı ki, bu, CM-in 8.1-ci maddəsində təsbit olunmuş ədalət prinsipi ilə uzlaşmazdı. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirkarın şəxsiyyətinə dair halları da nəzərdən keçirir. Belə ki, iş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-*/**** nömrəli hökmündən göründüyü kimi, Mahatov İlham Məhəmməd oğlu artıq bir dəfə CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə isə 07 ay 13 gün müddətindən əvvəl şərti azadlığa buraxılmışdır. Bu məhkumluq hökmün çıxarıldığı tarixədək nə ödənilmiş, nə də götürülmüşdür. Məhkəmə kollegiyası bu halı, CM-in 18-ci maddəsinin mənasına görə cinayətlərin residivini əks etdirən, təqsirkarın şəxsiyyətini mənfi xarakterizə edən mühüm amil kimi qəbul edir və bunun cəza həcminin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsinə imkan vermədiyini vurğulayır. Digər tərəfdən, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları da nəzərə alır: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin rəyinə görə, təqsirləndirilən şəxsdə hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir; Balakən RİHB-nin təqdim etdiyi xasiyyətnaməyə görə, o, ailəsi (anası, yoldaşı, iki oğlu) ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Bu əsaslara görə, məhkəmə kollegiyası hesab edir ki, CM-in 234.4.3-cü maddəsinin sanksiya hüdudları daxilində qalmaqla, lakin "qabaqcadan əlbirlik" əlamətinin yaratdığı əlavə ictimai təhlükəlilik dərəcəsi artıq mövcud olmadığından, cəzanın 09 il 06 aydan 08 (səkkiz) il müddətinədək azaldılması, işin bütün hallarının həm ağırlaşdırıcı (əvvəlki ödənilməmiş məhkumluq, külli miqdarda, 2 növ narkotik vasitə), həm yüngülləşdirici halların məcmusuna daha dəqiq mütənasiblik təşkil edir və CM-in 8.1 və 58.3-cü maddələrinin tələb etdiyi ədalətlilik prinsipinə tam cavab verir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndinin ikinci abzasında qeyd edilir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyat-axtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası CPM-in digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir.. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlunun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, eləcədə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli, hökmdən CM-in 234.4.1-ci maddəsi ilə bağlı müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Mahatov İlham Məhəmməd oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Mahatov İlham Məhəmməd oğlunun CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və bu maddələrələ təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Hökmdən CM-in 234.4.1-ci maddəsi ilə bağlı müddəalar xaric edilsin. Mahatov İlham Məhəmməd oğlu CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 8 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2024-cü il tarixdən hesablansın. Hökm baxılmış apellyasiya şikayətlərinə aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar